Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1350/2024 04.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı X2 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət müqaviləsi, müqavilə azadlığı, iddia müddətinin axımının dayandırılması, qanuni faiz, pul öhdəliklərinin ödənilməsi növbəliyi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X3 iştirakı ilə İddiaçı X2 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı X5 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra "xxxx" ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 29 yanvar 2020-ci il tarixli xidmət müqaviləsi üzrə 16146 manat xidmət haqqının, əsas borca illik 5 faizlə hesablanmaqla 2421 manat məbləğində pulun və ödənilmiş 145,7 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 29 yanvar 2020-ci il tarixində xidmət müqaviləsi bağlanaraq cavabdehə onun təqdim etdiyi nəqliyyat vasitələrinin təmir işləri görülmüşdür. Həmin tarixdən uzun müddətin keçməsinə baxmayaraq, cavabdeh tərəfin iddiaçının göstərdiyi xidmətlərin dəyəri ödənilməmişdir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21, 23, 443.1-ci və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. İddiaçının nümayəndəsi və vəkili X6 məhkəmə iclaslarında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi.
6. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi və vəkili göstərdi ki, tərəflər arasında daha əvvəl də xidmət müqaviləsi olmuş, həmin müqavilə üzrə də cavabdehin iddiaçıya borcu qalmışdır. Bu səbəbdən cavabdeh tərəfindən köçürmə yolu ilə edilən ödənişlərdə ödənişin təyinatı kimi hazırkı müqaviləyə istinad edilsə də, iddiaçı tərəfindən həmin məbləğlər əvvəlki müqavilə üzrə borca silinmişdir. Eyni zamanda cavabdeh iddia müddətinin keçməsini bildirsə də, mediasiya prosesinə müraciətlə əlaqədar müddətin axımının dayandırıldığını nəzərə almamışdır.
7. Cavabdehin nümayəndəsi – qanuni təmsilçisi Ayhan Keskinkılıç məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Hazırda iddia müddəti ötdüyündən iddia rədd edilməlidir.
8. Məhkəmə bildirişləri cavabdehin və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində və X1 Sistemində yaradılmış elektron kabinetlərinə yerləşdirilməklə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş və iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Xidmət müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı
10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
11. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
12. İddia ərizəsinə əlavə edilmiş iddiaçı (icraçı qismində) ilə cavabdeh (sifarişçi qismində) arasında bağlanmış xx.xx.2020-ci il tarixli AX 07/0120 nömrəli xidmət müqaviləsinin şərtlərindən görünür ki, müqaviləyə əsasən Sifarişçinin tapşırığı əsasında İcraçı, Sifarişçinin təqdim etdiyi nəqliyyat vasitəsi(lər)nin yoxlanılmasını, elektron və mexaniki diaqnostikasını, tələb olunan bütün növ təmir işlərini həyata keçirir. Sifarişçi isə göstərilmiş xidmətlərin razılaşdırılmış dəyərini İcraçıya ödəyir (1.1). Xidmətlər Sifarişçi tərəfindən Təhvil-Təslim Aktı əsasında qəbul olunduqdan sonra icra edilmiş sayılır (1.2). Müqavilənin ümumi məbləği İcraçı tərəfindən göstərilən xidmətləri və bu xidmətlərin dəyərini özündə əks etdirən Əlavə(lər) ilə müəyyən olunacaq (2.1). Xidmətlərin və ehtiyat hissələrinin dəyəri həmin xidmətlər həyata keçirilməzdən əvvəl tərəflər arasında imzalanan Əlavə(lər)də müəyyən edilir (2.2). Bu Müqavilə üzrə İcraçı tərəfindən göstərilən xidmətlərin dəyəri, eləcə də ödəniş qaydası bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə(lər)də müəyyən edilir (2.3).
13. Məhkəməyə təqdim edilən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə” altsistemindən çıxarışlardan görünür ki, xx.xx.2020-ci il tarixli EBAG 402011 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) 230 manat, xx.xx.2020-ci il tarixli EBAG 402464 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) 70 manat, xx.xx.2020-ci il tarixli EBAG 602639 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş) 1373 manat, xx.xx.2020-ci il tarixli EBAG 602704 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş) 180 manat, xx.xx.2020ci il tarixli EBAG 602754 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş) 648 manat, xx.xx.2020-ci il tarixli EBAG 602816 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş) 185 manat, xx.xx.2020-ci il tarixli EBAG 603001 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş) 1155 manat, xx.xx.2020-ci il tarixli EBAG 603111 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş) 478 manat, xx.xx.2020-ci il tarixli EBAİ 963433 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) 80 manat, xx.xx.2020-ci il tarixli EBAJ 221678 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) 345 manat, xx.xx.2020-ci il tarixli EBAJ 904741 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) 90 manat, xx.xx.2020-ci il tarixli EBAJ 927044 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) 125 manat, xx.xx.2020-ci il tarixli EBAL 063840 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) 474 manat, xx.xx.2020-ci il tarixli EBAL 065577 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) 556 manat, xx.xx.2020-ci il tarixli EBAL 066092 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) 201 manat, xx.xx.2020-ci il tarixli EBAL 062383 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) 100 manat, xx.xx.2020-ci il tarixli EBAL 440404 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) 776 manat, xx.xx.2020-ci il tarixli EBAM 786568 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) 75 manat, xx.xx.2020-ci il tarixli EBAN 069963 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) 120 manat, xx.xx.2020-ci il tarixli EBAN 436961 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) 108 manat, xx.xx.2020-ci il tarixli EBAN 511036 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) 230 manat, xx.xx.2020-ci il tarixli EBAN 513503 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) 459,1 manat, xx.xx.2020-ci il tarixli EBAN 780412 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) 10 manat, xx.xx.2020-ci il tarixli EBAN 780720 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) 75 manat, xx.xx.2020-ci il tarixli EBAN 781174 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) 90 manat, xx.xx.2020-ci il tarixli EBAN 855076 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) 21 manat, xx.xx.2020-ci il tarixli EBAN 855451 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) 285 manat, xx.xx.2020-ci il tarixli EBAP 948166 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) 668 manat, xx.xx.2020-ci il tarixli EBAQ 031359 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) 70 manat, xx.xx.2020-ci il tarixli EBAQ 032286 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) 825 manat, xx.xx.2020-ci il tarixli EBAQ 032509 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) 832 manat, xx.xx.2020-ci il tarixli EBAQ 456418 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) 237 manat, xx.xx.2020-ci il tarixli EBAQ 457089 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) 250 manat, xx.xx.2020-ci il tarixli EBAQ 647474 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) 336 manat, xx.xx.2020-ci il tarixli EBAR 394578 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) 132 manat, xx.xx.2020-ci il tarixli EBAR 736975 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) 222 manat, xx.xx.2020-ci il tarixli EBAT 143274 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) 90 manat, xx.xx.2020-ci il tarixli EBAV 021625 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) 70 manat, xx.xx.2020-ci il tarixli EBAV 004565 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş) 1185 manat, xx.xx.2020-ci il tarixli EBAV 111249 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş) 2870 manat, xx.xx.2020ci il tarixli EBAV 122822 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş) 181 manat, xx.xx.2020-ci il tarixli EBAV 001357 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş) 5010 manat olmaqla ümumilikdə 21517,1 manat dəyərində xidmətin göstərilməsi üçün tərtib edilmişdir.
14. İş materiallarına əlavə edilən iddiaçıya məxsus AZ42AİİB**********1806889118 nömrəli bank hesabından çıxarışdan görünür ki, cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə “xx.xx.2020 ci il tar AX 070120 Muqesasen Naqliyyat vasitalarinin tamir xarci ucun odanis” təyinatı ilə 2000 manat, xx.xx.2020-ci il tarixdə “xx.xx.2020 TAR AX 07/0120 MUQ ASNEQL VASİT TEMİR XARCİ UC OD” təyinatı ilə 8000 manat, xx.xx.2020-ci il tarixdə “xx.xx.2020 ci il tar AX 07/0120 Muqesasen Naqliyyat vasitalarin tamir xarci ucun odanis.” təyinatı ilə 2385 manat olmaqla ümumilikdə 12385 manat ödəniş edilmişdir.
15. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2020-ci il tarixli AX 07/0120 nömrəli xidmət müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı müqaviləyə əsasən cavabdehin tapşırığı əsasında sonuncunun təqdim etdiyi nəqliyyat vasitələrinin yoxlanılmasını, elektron və mexaniki diaqnostikasını, tələb olunan bütün növ təmir işlərini həyata keçirməyi, cavabdeh isə göstərilmiş xidmətlərin razılaşdırılmış dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı həmin müqavilə üzrə 42 elektron qaimə əsasında ümumilikdə 21517,1 manat dəyərində xidmət göstərmiş, həmin xidmətlər üzrə cavabdeh tərəfindən ümumilikdə 12385 manat ödəniş edilmişdir.
16. İddiaçı xx.xx.2020-ci il tarixli AX 07/0120 nömrəli xidmət müqaviləsi 16146 manat məbləğində pulun tutulmasını tələb edir və cavabdeh tərəfindən təyinatı adıçəkilən müqavilə göstərilməklə edilmiş ödənişlərin əksər hissəsinin əvvəlki müqavilə üzrə borca silindiyini bildirir.
17. Cavabdeh iddiaya etiraz edərək, iddia müddətinin tətbiq olunmasını və iddianın rədd edilməsini xahiş edir.
18. Məhkəmə mübahisənin həlli üçün aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
19. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
21. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
22. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli AX 07/0120 nömrəli müqavilə xidmət müqaviləsidir. Lakin mülki qanunvericilikdə “xidmət müqaviləsi” münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil. Ona görə də məhkəmə bildirir ki, hazırkı iş üzrə mübahisənin həll edilməsi üçün mülki hüquq münasibətlərinin tənzimlənməsi ilə bağlı Mülki Məcəllənin 11.1-ci maddəsində qeyd olunanlar nəzərə alınmalıdır. Belə ki, həmin maddənin tələblərinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.
23. Qanunun tələbindən görünür ki, mülki hüquq münasibətləri ilk növbədə mülki qanunvericiliklə tənzimlənir və mülki qanunvericiliyin imperativ normalarının tələblərinin yerinə yetirilməsi ilə bağlı hər hansı istisna nəzərdə tutulmamışdır. Bundan fərqli olaraq tərəflər öz razılaşmaları ilə mülki qanunvericiliyin dispozitiv normalarını dəyişə, həmin normadan fərqli tənzimləmə razılaşdıra, eyni zamanda mülki qanunvericiliklə tənzimlənməyən mülki hüquq münasibətlərini birbaşa tənzimlənməyə bilərlər, bu şərtlə ki, bu tənzimləmə Mülki Məcəlləyə zidd olmasın.
24. Hazırkı iş üzrə müqavilədə tərəflər hüquqlarını və hər bir tərəfin icra etməli olduğu öhdəliklərini müəyyən etmiş, beləliklə, müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri tərəflərin razılaşması ilə birbaşa tənzimlənmişdir. Belə olan halda mübahisəyə də tərəflərin münasibətlərini tənzimlədikləri razılaşmaya uyğun qiymət verilməlidir.
25. Məhkəmə qeyd edir ki, müqavilənin ödəniş şərtlərində müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavələrdə müəyyən edilməsi şərtləşdirilmiş, lakin xidmətlərin dəyəri ödənilməmişdir.
26. Məhkəmə cavabdeh tərəfindən edilmiş xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli ödənişlərin sonuncunun əvvəlki öhdəliklərinə silinməsi ilə bağlı iddiaçının arqumentlərinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 440.1-ci maddəsinə əsasən, əgər kreditorun xeyrinə olaraq borcluya müxtəlif öhdəliklərdən irəli gələn bir neçə oxşar icra həvalə edilmişdirsə və icra edilənlər bütün borcların ödənilməsi üçün yetərli deyildirsə, borclunun icra zamanı seçdiyi öhdəlik ödənilir, borclu seçmədikdə isə ödəniş müddəti birinci çatan borc ödənilir.
27. Göründüyü kimi, ümumi qaydaya görə icra edilənlər bütün borcların ödənilməsi üçün yetərli deyildirsə, borclunun icra zamanı seçdiyi öhdəlik ödənilir. Hazırkı halda da xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli köçürmələrdə borclu, yəni cavabdeh tərəfindən ödənişin təyinatı kimi məhz xx.xx.2020-ci il tarixli AX 07/0120 nömrəli xidmət müqaviləsi göstərilmişdir. Başqa sözlə, kreditor kimi iddiaçının müəyyən etdiyi istənilən digər qayda əsassızdır. Lakin məhkəmə qeyd edir ki, iddiaçı digər öhdəliklər üzrə də cavabdehdən tələb hüququnu özündə saxlayır.
28. Cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibətdə isə göstərilməlidir ki, Mülki Məcəllənin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
29. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir.
30. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 3 iyun 2013-cü il tarixli Qərar).
31. Mülki Məcəllənin 377-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir (377.1). İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır (377.2). İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır (377.3).
32. Adıçəkilən qərarda Konstitusiya Məhkəməsi göstərmişdir ki, Mülki Məcəllənin 377.1-ci maddəsində iddia müddətinin axımının başlanmasının ümumi qaydası müəyyən edilmişdir. Həmin maddə müqavilədən irəli gələn öhdəliklərlə bağlı iddia müddətlərini deyil, müqavilədənkənar öhdəliklərin icrası ilə bağlı iddia müddətlərinin axımının başlanması hallarını ehtiva edir. ... Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM-in 368 və 377.2-ci maddələri).
33. Məhkəmə elektron qaimə-fakturalara istinadla qeyd edir ki, sonuncu elektron qaimə xx.xx.2020-ci il tarixdə tərtib edilərək cavabdehə göndərilmişdir. Müqavilənin bağlandığı andan həmin tarixədək isə tərəflər arasında öhdəlik münasibəti davamlı xarakterdə olmuş, müxtəlif nəqliyyat vasitələri iddiaçıya təqdim edilmiş, sonuncu tərəfindən təmir xidmətləri göstərilmişdir.
34. Ona görə də iddia müddətinin axımı sonuncu elektron qaimənin təqdim edilmə tarixindən (21 dekabr 2020-ci il) başlamış, həmin tarixdən hesablandıqda isə xidmət haqqının tələb edilməsi üçün üç illik iddia müddətinin müddətin axımının dayandırılması və kəsilməsi üçün əsas olmadıqda adi halda 21 dekabr 2023-cü il tarixdə başa çatdığı aydın olur.
35. Lakin məhkəməyə təqdim edilən 12 dekabr 2023-cü il tarixli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, mediasiya prosesinin tətbiqi barədə təklif xx.xx.2023-cü il tarixdə cavabdehə göndərilmişdir.
36. Göstərilməlidir ki, Mülki Məcəllənin 379-cu maddəsinə əsasən, tərəflər arasında yaranmış mübahisə üzrə mediasiya prosesi tətbiq edildikdə, iddia müddətinin axımı dayandırılır. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar dayandırılmış iddia müddətinin axımı “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tarixdən davam edir.
37. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 35-ci maddəsinə əsasən, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur (35.1). Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur (35.2).
38. Həmin Qanunun 21.5-ci maddəsinə əsasən, mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır.
39. Həmin Qanunun 21.6-cı maddəsinə əsasən, tərəflərdən biri mediasiya prosesinin tətbiqi barədə yazılı formada digər tərəfə bu Qanunun 22-ci (22.1.1-ci, 22.1.4cü, 22.1.7-ci və 22.1.8-ci maddələr istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları, həmçinin tərəflərin qarşılıqlı razılaşdığı mediator (mediatorlar) və ya mediasiya təşkilatı varsa, bu barədə məlumatı, olmadıqda isə bu barədə təklifləri əks etdirən təklifi göndərir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən təklif tərəfə mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir.
40. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında mediasiya prosesi məhz mediasiya prosesinin tətbiqi barədə təklifin göndərildiyi xx.xx.2023-cü il tarixdən başlanmış hesab olunmalıdır.
41. Digər tərəfdən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 32.4.2-ci maddəsinə əsasən, bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən mediasiya prosesinə xitam verilmiş hesab olunur və 35.2-ci maddəyə uyğun olaraq iddia müddətinin axımı bərpa edilir.
42. İş materiallarında əlavə edilən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə MSB18-2023/001617 nömrəli arayış xx.xx.2023-cü il tarixdə tərtib edilmişdir.
43. Beləliklə, tərəflər arasında mediasiya prosesi xx.xx.2023 – xx.xx.2023-cü il dövrlərini əhatə etmişdir.
44. Mülki Məcəllənin 379.3-cü maddəsinə əsasən, iddia müddətinin axımı bir şərtlə dayandırılır ki, bu maddədə göstərilmiş hallar iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində əmələ gəlsin və ya mövcud olmaqda davam etsin.
45. Həmin Məcəllənin 379.4-cü maddəsinə əsasən, müddətin dayandırılmasına əsas vermiş halın sona çatdığı gündən müddətin axımı davam edir. Müddətin qalan hissəsi altı aya qədər uzadılır, iddia müddəti altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddətinə qədər uzadılır.
46. Beləliklə, məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddia müddətinin axımı 21 dekabr 2020-ci il tarixdə başlamış, iddia müddətinin axımının dayandırılması üçün əsas iddia müddətinin son altı ayında mövcud olmaqda davam etdiyindən (mediasiya prosesinin xx.xx.2023 – xx.xx.2023-cü il dövrlərini əhatə etdiyi nəzərə alındıqda) iddia müddətinin axımı dayandırılmış, mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışın verildiyi 12 dekabr 2023-cü il tarixdən müddətin axımı davam etmiş və müddətin qalan hissəsi altı aya qədər uzadılmış və 12 iyun 2024-cü il tarixdə başa çatacaqdır. İddiaçı isə iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmiş, beləliklə, iddia müddətini ötürməmişdir.
47. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin etirazı əsassız olmuşdur.
48. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
49. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
50. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
51. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
52. Beləliklə, məhkəmə cavabdehin xidmət müqaviləsi üzrə göstərilmiş xidmətlərin dəyərini ödəmək ilə bağlı öhdəliyini pozaraq icra etmədiyini, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıdığını nəzərə alaraq hesab edir ki, hazırkı iddia tələbi xx.xx.2020-ci il tarixli AX 07/0120 nömrəli xidmət müqaviləsi üzrə 9132,10 (göstərilən xidmətlərin ümumi dəyəri: 21517,1 – hesabdan çıxarışa əsasən edilən ödənişlərin cəmi: 12385) manat məbləğində pul cavabdeh "xxxx" ASC-dən tutularaq iddiaçı X4 ödənilməlidir.
b) Xidmət müqaviləsi üzrə qanuni faizin tutulması tələbi ilə bağlı
53. İddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən əsas borca illik 5% ilə hesablanmaqla 2421 manat faiz borcunun da cavabdehdən tutulmasını xahiş edir.
54. Mülki Məcəllənin (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan - xx.xx.2023-cü tarixədək olan redaksiyası) 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
55. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.
56. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, Mülki Məcəllənin 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma həmin Məcəllənin 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarı).
57. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsi borclunun icranı gecikdirməsi nəticəsində yaranan kreditorun tələb hüququdur. Bu mənada həmin normanın tətbiqi bilavasitə borclunun icranı gecikdirməsi hüquqi faktının müəyyən olunmasından asılıdır.
58. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən, borclunun icranı gecikdirməsi üçün (1) öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və (2) icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi kimi hallar (ümumilikdə 2 hal) təsdiqlənməlidir.
59. Göründüyü kimi, mülki qanunvericiliyə əsasən, icranın gecikdirilməsi hüquqi faktının müəyyən olunması üçün öhdəliyin icrası müddəti çatanadək kreditor tərəfindən xəbərdarlıq göndərilməli və həmin xəbərdarlığa rəğmən öhdəlik müəyyənləşdirilmiş müddətdə icra edilməməlidir.
60. Qeyd edilən qaydadan istisnanı isə Mülki Məcəllənin 445.4-cü maddəsi təşkil edir. Belə ki, həmin maddəyə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Başqa sözlə, icra üçün təqvim gününün müəyyənləşdirilməsi zamanı öhdəliyin icrasının gecikdirilməsi hüquqi faktı üçün yalnız öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi halının təsdiq edilməsi kifayət edir, digər halın təsdiqinə zərurət olmur.
61. Lakin tərəflər arasında imzalanmış xx.xx.2020-ci il tarixli AX 07/0120 nömrəli xidmət müqaviləsində öhdəliyin icrası üçün təqvim günü şərtləşdirilməmişdir. Bu isə Mülki Məcəllənin 445.4-cü maddəsinin hazırkı işə tətbiqini istisna edir.
62. İddiaçının xx.xx.2023-cü il tarixdə cavabdehə mediasiya prosesi barədə təklif göndərməklə xx.xx.2020-ci il tarixli AX 07/0120 nömrəli xidmət müqaviləsi üzrə pulu tələb etməsini nəzərə alan məhkəmə qeyd edir ki, borclunun icranı gecikdirməsi anı Mülki Məcəllənin 445.2-ci maddəsinə uyğun olaraq xx.xx.2023-cü il tarixdən müəyyənləşdirilməli, ödənilməsi gecikdirilmiş borca görə illik 5% hesablamanın başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmaqla iddia ərizəsi verilən xx.xx.2024-cü il tarixə qədər 86 gün üçün həyata keçirilməlidir.
63. Həmin müddət üçün hesablama aparıldıqda isə müəyyən olunur ki, cavabdeh tərəfindən pul öhdəliyinin icrasının gecikdirilməsi nəticəsində əsas borca illik 5% ilə hesablanan məbləğ 107,58 manat (9132,1 manat x 5% / 100 / 365 gün (1 günün faizi) * 86 gün (gecikdirilən gün sayı) təşkil edir.
64. Belə olan halda məhkəmə hesab edir ki, bu hissədə iddia qismən təmin olunmalı, 107,58 manat pul cavabdeh "xxxx" ASC-dən tutularaq iddiaçı X4 ödənilməlidir.
c) Məhkəmə xərcləri ilə bağlı
65. İddiaçı ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 145,7 manat məbləğində pulun cavabdehlərdən tutulmasını xahiş etmişdir.
66. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli MSB18-2023/001617 nömrəli mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixində keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında cavabdeh iştirak etməmiş, iddiaçı sessiyada iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 210 manat məbləğində mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir.
67. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən, mediasiya prosesinə dair xərclərə daxildir: mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat (36.1.1); mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri (36.1.2).
68. Həmin Qanunun 36.5-ci maddəsinə əsasən, “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
69. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyası ilə bağlı müraciət olunarkən və mediasiya sessiyası keçirilərkən (2023-cü ilin noyabr-dekabr ayı) Mülki Prosessual Məcəllənin 4.6-cı maddəsinin tələbinə əsasən ilkin mediasiya sessiyasında iştirak qanunun tələbi olmuşdur. Cavabdeh mediasiya sessiyasında iştirak etmədiyindən və iştirak etməsinin səbəbləri və ya mümkünsüzlüyünün üzrlü olması barədə məlumat vermədiyindən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə uyğun olaraq mediasiya xərcləri (iddia ərizəsində tələb olunan mediasiya xərci nəzərə alınmaqla) cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.
70. Beləliklə, məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 145,7 manat məbləğində pul cavabdeh "xxxx" ASC-dən tutularaq iddiaçı X4 ödənilməlidir.
V. Nəticə:
71. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. X5 ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2010-ci il tarixli, AX 07/0120 saylı xidmət müqaviləsi üzrə 9132 (doqquz min yüz otuz iki) manat 10 (on) qəpik əsas borc, əsas borca illik 5% ilə hesablanmaqla 107 (bir yüz yeddi) manat 58 (əlli səkkiz) qəpik olmaqla ümumilikdə 9239 (doqquz min iki yüz otuz doqquz) manat 68 (altmış səkkiz) qəpik məbləğində pul cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq iddiaçı X4 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 145 (bir yüz qırx beş) manat 70 (yetmiş) qəpik məbləğində pul cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq iddiaçı X4 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova