Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1395/2023 31.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X3 katibliyi, İddiaçının və cavabdehin nümayəndələrinin iştirakı olmadan, İddiaçı Azərbaycan Respublikası FHN-nin Tikintidə X5 Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X4 İnstitutunun Cavabdeh MMC-yə qarşı “müqavilədən irəli gələn borc” barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası FHN-nin Tikintidə X5 Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X4 İnstitutu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanılmış 583/16 müqavilə üzrə 38871,52 manat (18% ƏDV ilə birlikdə) və ilkin mediasiya sessiyası ilə əlaqədar ödənilmiş 200 manat xidmət haqqı, ümumilikdə 39071,52 manat məbləğin Cavabdehn hesabından tutularaq, S.Ə. Dadaşov adına ElmiTədqiqat və Layihə-X4 İnstitutunun hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixində iddiaçının nümayəndəsi və cavabdehın nümayəndəsi və vəkili tərəfindən ayrı-ayrılıqda məhkəməyə EMİS vasitəsi ilə ərizə və barışıq sazişi daxil olmuşdur. Ərizədə bildirilmişdir ki, iddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin S. Ə. Dadaşov adına Elmi -Tədqiqat və Layihə- X4 İnstitutu Cavabdehnə qarşı “tərəflər arasında bağlanılmış 583/16 müqavilə üzrə 38871,52 manat (18% ƏDV ilə birlikdə) və ilkin mediasiya sessiyası ilə əlaqədar ödənilmiş 200 manat xidmət haqqı, ümumilikdə 39071,52 manat məbləğin Cavabdehn hesabından tutularaq, S.Ə. Dadaşov adına ElmiTədqiqat və Layihə-X4 İnstitutunun hesabına köçürülməsinə” dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikasının mülki və mülki-prosessual qanunvericiliyinə əsasən aralarındakı mübahisəni barışıq razılaşması ilə yekunlaşdırmağa qərar verdiklərini və buna dair xx.xx.2023-cü il tarixdə aralarında Barışıq Sazişi imzalanmışdır. Buna görə də barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, kommersiya mübahisəsinə dair işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası FHN-nin Tikintidə X5 Agentliyinin S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X4 İnstitutunun Cavabdeh MMC-yə qarşı “müqavilədən irəli gələn borc” tələbinə dair iddia ərizəsi üzrə tərəflər arasında bağlanmış 01 may 2023-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin və iş üzrə icraata xitam verilsin:
1. Tərəflərin hüquq və vəzifələri:
1.1. Tərəflər razılığa gəlirlər ki, 583/16 müqavilə üzrə Cavabdeh S.Ə. Dadaşov adına Elmi Tədqiqat və Layihə-X1 borcu 38 871,52 manat təşkil edir. 1.2. 38 871,52 manat borcdan 3887 manat xx.xx.2023-cü il tarixdə ödəniləcəkdir. Qalan məbləğ isə xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay 1500 manat olmaqla iddiaçı tərəfindən cavabdehə ödəniləcəkdir. 1.3. Bunun müqabilində, iddiaçı cavabdehə qarşı hazırkı iş üzrə iddia tələbindən imtina edir.
2. Digər müddəalar:
2.1. Tərəflər bu barışıq sazişi üzrə öhdəliklər tam olaraq icra edildikdən sonra birbirilərinə qarşı heç bir iddia və tələblərinin olmayacağını öhdələrinə götürürlər; 2.2. Tərəflərdən biri barışıq sazişinin şərtlərini pozması nəticəsində digər tərəfə vurduğu zərərin əvəzini ödəməlidir; 2.3. Hazırkı Saziş məhkəmə tərəfindən müvafiq qaydada təsdiq edildikdən sonra qüvvəyə minir və iş üzrə icraata xitam verilir. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardad rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində ondan elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Günay Namazova