Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1398/2023 25.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı S.Ə.xxxxxx və Layihə-X2 İnstitutunun Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: müqavilə öhdəliyi, borcun ödənilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı S.Ə.xxxxxx və Layihə-X2 İnstitutunun Cavabdehnə (Cavabdeh MTK) qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı S.Ə.xxxxxx və Layihə-X2 İnstitutu Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanılmış 569/18 müqavilə üzrə 6825,54 (altı min səkkiz yüz iyirmi beş manat əlli dörd qəpik) manat və ilkin mediasiya sessiyası ilə əlaqədar ödənilmiş 100 manat xidmət haqqı olmaqla, ümumilikdə 6925,54 (altı min doqquz yüz iyirmi beş manat əlli dörd qəpik) manat məbləğin Cavabdeh MTK-dan tutularaq S.Ə. xxxxxx və Layihə-X2 İnstitutunun hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MTK tərəfindən Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin S.Ə.xxxxxx və Layihə-X2 İnstitutuna müraciət olunmuş və həmin müraciət əsasında Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi 57 yaşayış kompleksinin ərzsisində inşa edilən yaşayış binasının tikintisində istifadə edilən materialların sınağı ilə əlaqədar tərəflər arasında 569/18 nömrəli müqavilə bağlanılmışdır. Müqavilənin şərtlərinə əsasən İnstitut tərəfindən öhdəliklər tam yerinə yetirilərək yaşayış binalarının tikintisində istifadə edilən inşaat materiallarının keyfiyyətinin sınaq işləri aparılmışdır. Sınaq işlərinin aparılması ilə əlaqədar 569/18 nömrəli müqavilə üzrə 6825,54 (altı min səkkiz yüz iyirmi beş manat əlli dord qəpik) manat (18% ƏDV ilə birlikdə) bu günədək İnstitutun hesabına ödənilməmişdir. Cavabdehlə görülmüş işlərin qalıq dəyərinin ödənilməsi barədə uzun müddət aparılan danışıqlar nəticəsiz qalmışdır. Mövcud problem uzun müddətdir ki, davam edir və S.Ə.xxxxxx və Layihə-X2 İnstitutu təsərrüfat hesablı müəssisə olduğu üçün debitor borcların yığılması İnstitutun üçüncü şəxslər qarşısında öz öhdəliklərini vaxtında və lazımınca yerinə yetirməməsinə səbəb olub ki, bu da müəssisənin mənafeyinə və işgüzar nüfuzuna mənfi təsir göstərir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 448-ci maddələrinə istinad olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.
5. Cavabdeh MTK-ya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
6. İddiaçının nümayəndəsi nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
7. İş materiallarından görünür ki, sifarişçi qismində Cavabdeh MTK ilə icraçı qismində S.Ə.xxxxxx və Layihə-X2 İnstitutu arasında xx.xx.2018-ci il tarixli, 569/18 nömrəli sınaq işlərinin aparılmasına dair müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən sifarişçi həvalə edir, icraçı isə ünvan 1 ünvanında inşa olunacaq 1 (bir) ədəd, 1 (bir) girişli, zirzəmili, 17 (on yeddi) mərtəbəli (mansard, 1 və 2-ci mərtəbələr qeyri-yaşayış) yaşayış binasının tikintisində istifadə olunacaq tikinti materiallarının keyfiyyətinin və konstruktiv elementlərin betonunun naturada möhkəmlik göstəricilərinin layihəyə uyğunluğunun təyin edilməsi üçün Azərbaycan Respublikasında qüvvədə olan standartlara uyğun olaraq sınaq işlərinin həyata keçirilməsini öz öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən bu müqavilənin 2.1-ci bəndində göstərilən ünvanda inşa olunacaq yaşayış binasının tikintisi başa çatdıqdan sonra həmin binanın, əlavə razılaşdırma əsasında dinamiki parametrlərinin təyini nəzərdə tutulub. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən ümumi sınaq sahəsi - 12540,78 m2-dir. Sınaq işlərinin hər m2 üçün - 1.00 manat dəyərində razılaşdırılır və müqavilənin ümumi qiyməti (ƏDV-siz) - 12540,78 manat, ƏDV-18% - 2257,34 manat olmaqla, cəmi: 14798,12 manat təşkil edir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən sifarişçi görüləcək sınaq işlərinə görə icraçının hesabına ümumi məbləğin 30%-ni avans şəklində əvvəlcədən ödəyir. Ödənilən avansın həcmində işlər icraçı tərəfindən yerinə yetirildikdən sonra sifarişçi onları təhvil-qəbul aktı ilə qəbul edir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən müqavilə qiymətinin qalan hissəsinin (70%-i) ödənişi görülmüş işlərin həcmindən asılı olaraq ayrı-ayrılıqda təqdim edilmiş təhvil-qəbul aktına və hesab-fakturaya uyğun aparılır. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən ödənişlər, hesab-faktura daxil olan gündən 5 (beş) iş günü müddətində köçürmə yolu ilə, istisna hallarda nağd yolu ilə həyata keçirilir.
8. Tərəflər arasında bağlanmış sınaq işlərinin aparılmasına dair 569/18 saylı müqavilənin həcminə və dəyərinə dəyişiklik edilməsi barədə 06 iyun 2022-ci il tarixli 1 nömrəli X1 görünür ki, tərəflər aşağıdakılar barədə razılğa gəlmişlər: ünvan 1 ünvanında tikintisi nəzərdə tutulan 1 (bir) ədəd, zirzəmili, 1 (bir) girişli, 17 (on yeddi) mərtəbəli (mansard) yaşayış binasının layihə dəyişikliyi nəticəsində zirzəmili, 14 (on dörd) mərtəbəli (maşın şöbəsi) bina inşa olunur və bu müqavilə üzrə dəqiqləşdirilmiş sınaq sahəsi - 10021,64 m2 (əvvəl - 12540,78 m2) təşkil edir. Beləliklə, 569/18 saylı müqaviənin dəqiqləşdirilmiş həcmi və dəyəri aşağıdakı kimi qəbul olunur: 10021,64 m2 x 1,00 + 18% = 11825,54 AZN (On bir min səkkiz yüz iyirmi beş manat, 54 qəpik).
9. xx.xx.2022-ci il tarixli Qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktından görünür ki, xx.xx.2022-ci il tarixə Cavabdeh MTK-nın S.Ə.xxxxxx və Layihə-X2 İnstitutuna görülmüş işlərə görə ödənilməmiş ƏDV-siz qalıq borcu 5784,35 manat təşkil edir (müqavilənin dəyəri ƏDV-siz 12540,78 manat, görülmüş işlərin dəyəri ƏDV-siz 10021,64 manat, görülmüş işlərə görə ödənilmiş məbləğ ƏDV-siz 4237,29 manat, görülmüş işlərə görə ödənilməmiş ƏDV-siz qalıq borc 5784,35 manat). Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
10. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin S.Ə.xxxxxx və Layihə-X2 İnstitutu tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 11/2-390/2023 nömrəli maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh MTK şirkəti ilə institut arasında xx.xx.2018-ci il tarixdə 569/18 saylı müqavilə üzrə ümumi ƏDV - 18 % daxil olmaqla 11825,54 manat dəyərində müqavilə bağlanmışdır. xx.xx.2023-cü il tarixədək həmin müqavilə üzrə (ƏDV - 18 %) daxil olmaqla xx.xx.2019-cu il 5000 manat ödəniş olunmuşdur. Sifarişçinin ƏDV - 18 % ilə birlikdə 6825,54 manat borcu qalmışdır.
11. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin S.Ə.xxxxxx və Layihə-X2 İnstitutu tərəfindən Cavabdeh MTK-ya göndərilmiş pretenziya məktubundan görünür ki, borc məbləğinin ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.
12. Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş və müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya tam ödəməmişdir. Borcun mövcudluğu iş materialları və tərəflər arasında tərtib edilmiş üzləşmə aktı ilə öz təsdiqini tapır.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
14. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
Məhkəmənin mövqeyi
15. İddia tələbi cavabdehdən 6825,54 manat məbləğində pul vəsaitinin tutulmasından ibarətdirr.
16. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 6825,54 manat (altı min səkkiz yüz iyirmi beş manat əlli dörd qəpik) məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır.
17. Eləcə də, iddiaçı ödənilmiş 100 (yüz) manat məbləğində mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir.
18. Məhkəmə hesab edir ki, mediasiyaya ödənilmiş 100 (yüz) manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
19. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdehndən 6825,54 manat (altı min səkkiz yüz iyirmi beş manat əlli dörd qəpik) borc, 100 (yüz) manat mediasiya xərci olmaqla, cəmi 6925,54 manat (altı min doqquz yüz iyirmi beş manat əlli dörd qəpik) məbləğində pul iddiaçı S.Ə.xxxxxx və Layihə-X2 İnstitutunun xeyrinə tutulsun. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova