Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1426/2020 06.07.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, Bağırov Bəhruz Mirhəsən oğlunun katibliyi ilə, İddiaçı sseṅ ısuB" Management Group" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nin cavabdeh "Cavabdeh" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə qarşı cavabdehlə bağlanılmış xx.xx.2019-cu il tarixli müqavilə üzrə görülmüş işlərə görə qalıq xidmət haqqı kimi 265500 ABŞ dolları məbləğində pulun, müqavilə öhdəliklərini vaxtında icra etmədiyinə görə, 4035 ABŞ dolları məbləğində dəbbə pulunun, pul vəsaitini qanunsuz şəkildə özündə saxladığına görə 5528 ABŞ dolları məbləğində qanuni faizin, müqavilə öhdəliklərinin icrasını gecikdirdiyi üçün uğradılan 50000 manat maddi zərəri, işgüzar nüfuza vurulan ziyana görə 300000 manat mənəvi zərəri və alınan hüquq xidməti üzrə 10000 manat pulun, iddianın məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən dövlət rüsumu qismində ödənilmiş 30 manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı cavabdehlə bağlanılmış xx.xx.2019-cu il tarixli müqavilə üzrə görülmüş işlərə görə qalıq xidmət haqqı kimi 265500 ABŞ dolları məbləğində pulun, müqavilə öhdəliklərini vaxtında icra etmədiyinə görə, 4035 ABŞ dolları məbləğində dəbbə pulunun, pul vəsaitini qanunsuz şəkildə özündə saxladığına görə 5528 ABŞ dolları məbləğində qanuni faizin, müqavilə öhdəliklərinin icrasını gecikdirdiyi üçün uğradılan 50000 manat maddi zərəri, işgüzar nüfuza vurulan ziyana görə 300000 manat mənəvi zərəri və alınan hüquq xidməti üzrə 10000 manat pulun, iddianın məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən dövlət rüsumu qismində ödənilmiş 30 manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının direktoru ərizəylə məhkəməyə müraciət edərək, iş üzrə iddiadan imtina etdiyini bildirmiş, iş üzrə icraata xitam verilməsini və işə, nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin vəkili Vəkil1 ərizəylə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən iddia ərizəsindən imtina edilməsi barədə ərizənin təmin edilməsini, iş üzrə icraata xitam verilməsini və işə, onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının iddiadan imtina etməsi barədə ərizəni tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən imtina məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı sseṅ ısuB" Management Group" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nin cavabdeh "Cavabdeh" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə qarşı cavabdehlə bağlanılmış xx.xx.2019-cu il tarixli müqavilə üzrə görülmüş işlərə görə qalıq xidmət haqqı kimi 265500 ABŞ dolları məbləğində pulun, müqavilə öhdəliklərini vaxtında icra etmədiyinə görə, 4035 ABŞ dolları məbləğində dəbbə pulunun, pul vəsaitini qanunsuz şəkildə özündə saxladığına görə 5528 ABŞ dolları məbləğində qanuni faizin, müqavilə öhdəliklərinin icrasını gecikdirdiyi üçün uğradılan 50000 manat maddi zərəri, işgüzar nüfuza vurulan ziyana görə 300000 manat mənəvi zərəri və alınan hüquq xidməti üzrə 10000 manat pulun, iddianın məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən dövlət rüsumu qismində ödənilmiş 30 manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair iddiaçının iddiadan imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. İddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1426/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1426/2020
06.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver