Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1450/2021 15.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Aslanov Kamal Sahib oğlunun katibliyi, iddiaçı “xxxx” QSC-nin nümayəndəsi X2 və cavabdeh “xxxx” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi, vəkil X1 iştirakı ilə, İddiaçı “xxxx” QSC-nin cavabdeh “xxxx” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı müqavilənin ləğvi və pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” Qapalı Səhmdar Cəmiyyəti (Sifarişçi) ilə “ROBERTSON & BLUMS” CORPORATİON by xxxx. şirkəti (İcraçı) arasında olan xx.xx.2018-ci il tarixli “hüq 864” nömrəli müqavilənin ləğv edilməsi, “xxxx” QSC tərəfindən müqavilə üzrə ödənilmiş 54000 ABŞ dolları, müqavilə üzrə hesablanmış 18225 ABŞ dolları cərimə məbləği, müqavilə üzrə ödənilmiş 5400 ABŞ dolları məbləğində ödəmə mənbəyindən vergi və əldən çıxmış faydanın əvəzi olaraq ******* ABŞ dolları, cəmi ******* ABŞ dolları “ROBERTSON & BLUMS” CORPORATİON by xxxx. şirkətindən alınaraq “xxxx” QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi, vəkil X3 şifahi vəsatət verərək bildirmişdir ki, elektron məhkəmə sistemində yerləşdirilmiş iddia ərizəsində cavabdeh kimi “xxxx” Şirkətini deyil, onun Azərbaycan Respublikasındakı Nümayəndəliyi qeyd edilmiş, halbuki nümayəndəlik cavabdeh qismində iştirak edə bilməz. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxx” QSC-nin nümayəndəsi X4 iddia ərizəsində cavabdeh kimi “xxxx” şirkətini qeyd etdiklərini, iddia ərizəsini və pretenziyanın “xxxx” şirkətinin nümayəndəliyinə göndərildiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. 53.2-ci maddəsinə əsasən hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır. 53.3-ci maddəsinə əsasən nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. İddiaçı tərəfindən iddia ərizəsi və pretenziya cavabdehə çatdırılmamaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.4-cü maddəsinin, eyni zamanda 259.0.1-ci maddəsinin tələblərinə riayət edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 149.2.4-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxx” QSC-nin nümayəndəsi X4 iddia ərizəsində cavabdeh kimi “xxxx” şirkətini qeyd etdiklərini, iddia ərizəsini və pretenziyanın “xxxx” şirkətinin nümayəndəliyinə göndərildiyini bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırarkən müəyyən etmişdir ki, iddaçı ərizəsində cavabdeh qismində “xxxx” şirkətini göstərsə də, məhkəmə elektron sistemində cavabdeh qismində “xxxx” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi qeydə almış, pretenziya və iddia ərizəsinin Bakı şəhərində olan nümayəndəliyinə göndərmişdir. Göründüyü kimi “xxxx” QSC iddianı “xxxx” şirkətinə qarşı qaldırsa da, Çexiya Respublikasında olan şirkətin hüquqi ünvanına pretenziya və iddia ərizəsini göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1 və 259.0.12-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə və ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1—150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda və məhkəmə, ərizəni baxılmamış saxlayır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respubikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı “xxxx” QSC-nin cavabdeh “xxxx” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə qarşı müqavilənin ləğvi və pul tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər, eləcə də 30 manat dövlət rüsumunun ödənilməsi barədə xx.xx.2020-ci il tarixli ********* nömrəli qəbz geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1450/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1450/2021
15.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver