Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1458/2025 03.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı SığortaŞirkəti ASC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər:subroqasiya,pul) X6 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı Sığorta Şirkəti ASC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK-dan X4 məxsus Bakı şəhəri Xətai ray, Əhmədli qəsəbəsi 7-ci Əhmədli küçəsi (yeni Həmid Cəfərli küçəsi) ev 55-də yerləşən fərdi yaşayış evinə dəymiş zərərə görə ödənilmiş 1204.48 AZN (min iki yüz dörd manat qırx səkkiz qəpik) sığorta ödənişi və ödənilmiş 32.04 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə q qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayonu Əhmədli Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli baxış aktına əsasən xx.xx.2024cü tarixdə Cavabdeh MTK tərəfindən inşa edilən yeni tikili binadan axan sudan Bakı şəhəri Xətai ray, Əhmədli qəsəbəsi 7-ci Əhmədli küçəsi (yeni Həmid Cəfərli küçəsi) ev 55-də yerləşən X3 məxsus fərdi yaşayış ziyam dəymişdir. İş materiallarına əlavə edilmiş RAT ********** nömrəli sığorta şəhadətnaməsinin 129925 nömrəli sığorta aktının surətindən göründüyü kimi X3 məxsus Bakı şəhəri Xətai ray,Əhmədli qəsəbəsi 7-ci Əhmədli küçəsi (yeni Həmid Cəfərli küçəsi) ev 55-də yerləşən fərdi yaşayış evi İddiaçı SŞ-da sığortalanmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli əmlakın zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən Bakı şəhəri Xətai ray, Əhmədli qəsəbəsi 7-ci Əhmədli küçəsi (yeni Həmid Cəfərli küçəsi) ev 55 yaşayış sahəsinə 1455 AZN (min dörd yüz əlli beş manat) məbləğində zərər dəymişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli **********7/766772405 nömrəli ödəniş tapşırığına əsasən, Bakı şəhəri Xətai ray, Əhmədli qəsəbəsi 7-ci Əhmədli küçəsi (yeni Həmid Cəfərli küçəsi) ev 55-də yerləşən fərdi yaşayış evinə görə zərərçəkən X2 etibarnamə üzrə nümayəndəsi X1 250 manat azadolma məbləği (franşiza) və 0.52 manat bərpa məbləği çıxılmaqla 1204.48 AZN (min iki yüz dörd manat qırx səkkiz qəpik) sığorta ödənişi həyata keçirmişdir. Bildirmək istəyirik ki, xx.xx.2024-cü il tarixdəki hadisə ilə əlaqədar Cavabdeh MTK-ya qarşı subroqasiya hüququmuz yaranmışdır. Belə ki, xx.xx.2024-cü il tarixli tərtib edilmiş baxış aktına əsasən dəymiş zərərin Cavabdeh MTK-ya məxsus yeni inşa edilən binadan olduğu müəyyən edilib. Bu səbəbdən hesab edirik ki, ödənilmiş sığorta ödənişi, yəni 1204.48 AZN (min iki yüz dörd manat qırx səkkiz qəpik) Cavabdeh MTKdan İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır.
II. Tərəflərin mövqeləri:
3. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.
4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
III. Məhkəmə baxışının hədləri:
5. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
6. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
IV. Sübutların tədqiqi:
7. RAT ********** nömrəli sığorta şəhadətnaməsinin 129925 nömrəli sığorta aktının surətindən göründüyü kimi X3 məxsus Bakı şəhəri Xətai ray,Əhmədli qəsəbəsi 7-ci Əhmədli küçəsi (yeni Həmid Cəfərli küçəsi) ev 55-də yerləşən fərdi yaşayış evi İddiaçı SŞ-da sığortalanmışdır.
8. Bakı şəhəri Xətai rayonu Əhmədli Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli baxış aktına əsasən xx.xx.2024-cü tarixdə Cavabdeh MTK tərəfindən inşa edilən yeni tikili binadan axan sudan Bakı şəhəri Xətai ray, Əhmədli qəsəbəsi 7-ci Əhmədli küçəsi (yeni Həmid Cəfərli küçəsi) ev 55-də yerləşən X3 məxsus fərdi yaşayış ziyan dəymişdir.
9. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli **********7/766772405 nömrəli ödəniş tapşırığına əsasən, Bakı şəhəri Xətai ray, Əhmədli qəsəbəsi 7-ci Əhmədli küçəsi (yeni Həmid Cəfərli küçəsi) ev 55-də yerləşən fərdi yaşayış evinə görə zərərçəkən X2 etibarnamə üzrə nümayəndəsi X1 1204.48 manat sığorta ödənişi həyata keçirmişdir.
V. Tətbiq edilən hüquq:
10. AR Mülki Məcəlləsinin: - 21.1 ci maddəsinə görə Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2 ci maddəsinə görə Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. - 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
11. AR MPM-in: - 14.2- ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” (§29) Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Vİ.Məhkəmənin mövqeyi:
12. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir.
13. Belə ki,İddiaçı Sığorta Şirkəti ASC-nin iddia tələbi Cavabdeh MTK-dan X4 məxsus Bakı şəhəri Xətai ray, Əhmədli qəsəbəsi 7-ci Əhmədli küçəsi (yeni Həmid Cəfərli küçəsi) ev 55-də yerləşən fərdi yaşayış evinə dəymiş zərərə görə ödənilmiş 1204.48 AZN (min iki yüz dörd manat qırx səkkiz qəpik) sığorta ödənişinin subroqasiya qaydasında alınmasından ibarətdir.
14. Məhkəmə ilk növbədə qeyd edir ki, sığortaçının subroqasiya hüququnun yaranması əsaslarını müəyyən edən Mülki Məcəllənin 936-ci maddəsinin məzmunundan göründüyü kimi sığortaçı tərəfindən sığorta ödənişi ödənildikdən sonra sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı zərərin ödənilməsini tələb etmək hüququ sığorta ödənişi həddində subroqasiya qaydasında sığortaçıya keçir.
15. Hazırkı halda İddiaçı Sığorta Şirkəti ASC ödədiyi sığorta ödənişini subroqasiya qaydasında tutulması tələbini Cavabdeh MMC-yə qarşı yönəltdiyi halda sığorta ödənişi almış şəxsə dəymiş zərərə görə Cavabdeh MMC-nin məsuliyyət daşımalı olmasını sübuta yetirə bilməmişdir. Belə ki, məhkəmə hesab edir ki, iddiaçı tərəfindəbn cavabdehin dəymiş zərərə görə məsuliyyət daşıyan şəxs olmasına dair məhkəməyə yeganəı təqdim edilən sübut Bakı şəhəri Xətai rayonu Əhmədli Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli baxış aktıdır, hansı ki, Bakı şəhəri Xətai ray,Əhmədli qəsəbəsi 7-ci Əhmədli küçəsi (yeni Həmid Cəfərli küçəsi) ev 55-də yerləşən fərdi yaşayış evinə axan su nəticəsində dəymiş zərərin cavabdehin təqsirli hərəkəti nəticəsində baş verməsini təsdiq edən sübut hesab edilə bilməz.
16. Məhkəmə qeyd edir ki, sübutların qiymətləndirilməsi həm də onların kifayətliliyi ilə bağlıdır. Məhkəmə iş üzrə nəticəyə gəlmək üçün kifayət qədər sübuta malik olmalıdır. Sübutlar o vaxt kifayət hesab oluna bilər ki, məhkəmə onlar əsasında işi həll etmək iqtidarında olur.
17. Məhkəmə həmçinin qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə əsaslı nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) əsaslı nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
18. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür.
19. Məhkəmə işə baxarkən və sübutlara qiymət verərkən nəzərə almışdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir.
20. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır
21. Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır.
22. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir kiİddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh MMC-yə qarşı iddiası əsassız olduğundan rədd edilməlidir.
23. Məhkəmə hesab edir ki, hazırkı qətnamə ilə iddia rədd edildiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:
İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 32.04 (otuz iki manat dörd qəpik) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Həşimova