Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1462/2020 22.05.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyev Emin Zöhrab oğlunun sədrliyi və Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi ilə, İddiaçı “xxxx” MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı“xxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli podrat müqaviləsi üzrə cavabdeh “xxxx” MMC-dən 5500 manat borcun və 1080 manat cərimənin, ümumilikdə 6580 manat məbləğində pul vəsaitinin tutularaq “xxxx” MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.4-cü maddəsinə əsasən, kommersiya mübahisələr üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Sənədləri nəzərdən keçirən məhkəmə müəyyən etmişdir ki, iddia ərizəsi “xxxx” MMC-nın direktoru tərəfindən xx.xx.2020-ci il tarixdə imzalanmış, ərizəyə əlavə edilmiş xəbərnamə cavabdeh tərəfindən xx.xx.2020–ci il tarixdə imzalanmışdır. Göründüyü kimi cavabdeh pretenziyanı (xəbərnaməyə əsasən) alsa da, “xxxx” MMC tərəfindən iddia ərizəsi sonuncuya təqdim edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddia ərizəsinin alınması ilə bağlı iddiaçı sübut təqdim etmədiyinə görə iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 263 və 264-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı “xxxx” MMC-nin iddia ərizəsi və ona əlavə olunmuş sənədlər, həmçinin 30 manat məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən ********* nömrəli, xx.xx.2020-ci il tarixli qəbz geri qaytarılsın. İddiaçı “xxxx” MMC-yə izah edilsin ki, cavabdeh tərəfindən iddia ərizəsinin alınması barədə sənəd əldə edildikdə təkrarən məhkəməyə müraciət oluna bilər. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondanBakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1462/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1462/2020
22.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver