Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-148/2023 23.01.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova xxx Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı pul və iddiaçı Cavabdeh İddiaçınə qarşı pul tələblərinə dair birləşdirilmiş işlər üzrə kommersiya işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı (İddiaçı MMC) Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 27 yanvar 2021-ci il tarixli “serial çəkilişinə” dair müqaviləyə əsasən cavabdeh "xxxx" MMC-dən İddiaçı MMC-nin xeyrinə 52000 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı Cavabdeh İddiaçınə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20000 (iyirmi min) manat məbləğində pul vəsaitinin, ilkin mediasiya prosesində iştirak üçün ödənilmiş 200 (iki yüz) manat rüsum, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 500 (beş yüz) manat pul vəsaiti və iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 150 (yüz əlli) manat pul vəsaitinin cavabdeh İddiaçı MMC-dən tutularaq iddiaçı Cavabdeh MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-5580/2022 saylı qərardadı ilə iddiaçı "xxxx” MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı pul tələbinə dair e-2- 2(113)-5580/2022 nömrəli kommersiya işinin İddiaçı MMC-nin "xxxx” MMC-yə qarşı pul tələbinə dair e-2-2(113)- 5336/2022 nömrəli kommersiya işi ilə bir icraatda birləşdirilməsi qərara alınmışdır. İddiaçı Cavabdehnə qarşı iddia tələbi onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə Cavabdeh MMC ilə İddiaçı MMC arasında 27 yanvar 2021-ci il tarixdə “serial çəkilişinə” dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı MMC tərəfindən 36 bölümdən ibarət olan “xxx” adlı serial 15 mart 2021-ci il tarixə kimi çəkilməli və cavabdehə təhvil verilməli idi. Tərəflər arasında müqavilə bağlandıqdan sonra Cavabdeh MMC tərəfindən 04 fevral 2021-ci il tarixdə 4000 manat, 18 fevral 2021-ci il tarixdə 8000 manat, 06 aprel 2021-ci il tarixdə 4000 manat və sonradan 2000 manat olmaqla, ümumillikdə 20000 manat məbləğində vəsait iddiaçıya ödənilmişdir. İddiaçı MMC müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam şəkildə icra etmişdir. Belə ki, “xxx” adlı serialın 36 bölümünün hamısı çəkilmiş və 36 bölümün 29 bölümü cavabdeh "xxxx" MMC tərəfindən qeyd-şərtsiz qəbul edilmişdir, yalnız son 7 bölümü cavabdeh əsassız olaraq guya işin qusurlu icra edildiyini əsas gətirərək, təhvil almaqdan imtina etmişdir. Lakin cavabdeh, yəni sifarişçi işin qusuru icra edildiyinin nədən ibarət olmasını əsaslandıra bilməmişdir. Çünki iddiaçı, yəni icraçı tərəfindən çəkilən bütün bölümlər yüksək səviyyədə, keyfiyyətdə çəkilmiş və heç bir qüsur olmamışdır. Həmçinin “xxx” adlı serialın 36 bölümünün çəkilməsinə görə 72000 manat pul vəsaitindən cavabdeh, yəni sifarişçi cəmi 20000 manat ödəmişdir. Hal-hazırda Cavabdeh MMC-nin İddiaçı MMC-yə “xxx” adlı serialın 36 bölümünün çəkilib verilməsinə görə 52000 manat borcu qalmışdır. Dəfələrlə müraciət olunmasına baxmayaraq, heç bir ödəniş ödənilməmişdir. Bununla əlaqədar olaraq, İddiaçı MMC haqlı olaraq hüquqlarının qorunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı Cavabdeh İddiaçınə qarşı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 27 yanvar 2021-ci il tarixli “Serial çəkilişinə dair” müqaviləyə əsasən cavabdeh “xxx” adlı serialı 15 mart 2021-ci il tarixə qədər çəkib iddiaçıya təhvil verməli idi. Müqavilə imzalandıqdan sonra 04 fevral 2021-ci il tarixində 4000 (dörd min) manat, 18 fevral 2021-ci il tarixində 8000 (səkkiz min) manat və 06 aprel 2021-ci il tarixində 4000 (dörd min) manat olmaqla, ümumilikdə 20000 (iyirmi min) manat sifarişçi tərəfindən icraçıya avans şəklində ödənilmişdir. Cavabdeh müqavilənin 6.4.1-ci bəndinə əsasən xidməti yüksək keyfiyyətlə, qüsurlardan azad, müqavilənin və iddiaçının tələblərinə uyğun şəkildə icra etməli idi. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca və qeyd olunan vaxtda yerinə yetirməmişdir. Belə ki, cavabdeh tərəfindən serialın bir hissəsi bir neçə dəfə iddiaçıya təqdim olunsa da, təqdim olunan hissələr qüsurlu çəkildiyindən və keyfiyyət parametrləri aşağı olduğundan təhvil alınmamış və bu barədə cavabdehə məlumat verilmişdir. Serialın keyfiyyətli formada təqdim olunması üçün cavabdehə xeyli vaxt verilsə də və dəfələrlə danışıqlar aparılsa da, öhdəlik cavabdeh tərəfindən birtərəfli qaydada yerinə yetirilməmişdir. Müqaviləni 9.7-ci bəndinə əsasən icraçı işi keyfiyyətlə icra etmədikdə və müqavilənin şərtlərini pozmaqla icra etdikdə sifarişçiyə dəymiş zərərə görə tam maddi məsuliyyət daşıyır və zərəri belə zərərin baş verdiyi tarixdən 10 (on) iş günü ərzində ödəməlidir. Ödənilmiş avans məbləğin geri qaytarılması ilə bağlı iddiaçı tərəfindən cavabdeh ilə danışıqlar aparılmış və 26 yanvar 2022-ci il tarixdə yazılı qaydada xəbərdarlıq məktubu göndərilmişdir. Lakin cavabdeh tərəfindən edilən xəbərdarlıqlara əhəmiyyət verilməmiş və etinasız yanaşılmışdır. Yaranmış problemin həlli istiqamətində iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədə iddia qaldırılmamışdan öncə qanunvericiliyin tələbinə əsasən 16 mart 2022-ci il tarixdə iddiaçı və cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin tərəflər arasında hər hansı razılıq əldə olunmamışdır. 07 aprel 2021-ci il tarixdə sifarişçi “İnternet vergi idarəsi” tərəfindən yaradılan şəxsi kabinet vasitəsilə cavabdehə 20000 (iyirmi min) manat avans vəsaitin geri qaytarılması ilə bağlı pretenziya məktubu göndərilmiş, lakin qeyd olunan vəsait bugünə qədər ödənilməmişdir. Daha sonra İddiaçı MMC Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, 27 yanvar 2021-ci il tarixli “serial çəkilişinə” dair müqaviləyə əsasən Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 52000 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə onunla əsaslandıırlmışdır ki, iddiaçı tərəfindən Bakı Kommersiya Məhkəməsində iddia qaldırılmış və məhkəmədən 27 yanvar 2021-ci il tarixli “serial çəkilişinə” dair müqaviləyə əsasən cavabdeh, yəni (sifarişçi) Cavabdeh MMC-dən iddiaçı yəni (icraçı) İddiaçı MMC-nin xeyrinə 52000 (əlli iki min) manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. İddia ərizəsinin məhkəməyə təqdim edilmiş nümunəsinin “xahiş etdi” hissəsində Cavabdeh MMC əvəzinə səhvən "xxxx" MMC qeyd edilmişdir. Həmçinin iddia ərizəsinin giriş hissəsində tərəflər arasında bağlanmış müqaviləyə əsasən 04 fevral 2021-ci il tarixdə ödənilmiş 8000 manat əvəzinə səhvən 4000 manat qeyd edilmişdir. Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 04 fevral 2021-ci il tarixdə 8000 manat, 18 fevral 2021-ci il tarixdə 8000 manat və 06 aprel 2021-ci il tarixdə 4000 manat olmaqla, cəmi 20000 manat pul ödənilmişdir. İddiaçı MMC Cavabdeh MMC-nin iddia tələbinə etiraz etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh MMC cavabdeh İddiaçı MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, 20000 (iyirmi min) manat məbləğində pul vəsaitinin qətnamənin çıxarıldığı tarix üçün bank uçot dərəcəsi əsas götürülməklə hesablanmış faizləri ilə birlikdə, ilkin mediasiya prosesində iştirak üçün ödənilmiş 200 (iki yüz) manat rüsum, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 500 (beş yüz) manat pul vəsaiti və iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 150 (bir yüz əlli) manat pul vəsaitinin cavabdeh İddiaçı MMC-dən tutularaq, iddiaçı Cavabdeh MMC-yə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Hesab edilir ki, iddia tələblərinin dəlilləri tamamilə əsassız və qanunsuz olduğu üçün rədd edilməldir. Belə ki, Cavabdeh MMC iddia edir ki, guya “Serial çəkilişinə dair” müqaviləyə əsasən İddiaçı MMC-yə ümumilikdə 20000 (iyirmi min) manat avans şəklində ödəniş olmuşdur. Halbuki iddia ərizəsində də qeyd edildiyi kimi, sözügedən müqavilə imzalandıqdan sonra Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 04 fevral 2021-ci il tarixində 4000 (dörd min) manat, 18 fevral 2021-ci il tarixində 8000 (səkkiz min) manat və 06 aprel 2021-ci il tarixində 4000 (dörd min) manat olmaqla, ümumilikdə 16000 (on altı min) manat məbləğində pul vəsaiti ödənilmişdir. Bundan əlavə, tərəflər arasında bağlanmış müqaviləyə əsasən “xxx” adlı serial 36 seriyadan ibarət olmuş və cavabdeh (icraçı) müqavilə üzrə üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirərək 36 serialın hamısı çəkilmiş və 36 serialın 29 serialı iddiaçı (sifarişçi) tərəfindən qeyd-şərtsiz qəbul edilmiş, yalnız son 7 serialı iddiaçı (sifarişçi) əsassız olaraq guya işin qüsurlu icra edildiyini əsas gətirərək, xidməti təhvil almaqdan imtina etmişdir. Lakin iddiaçı (sifarişçi) işin qüsurlu icra edildiyinin nədən ibarət olmasını əsaslandıra bilməmişdir. Çünki, cavabdeh (icraçı) tərəfindən çəkilən bütün seriallar yüksək keyfiyyətlə çəkilmiş və heç bir qüsur olmamışdır. Serial iddiaçıya (sifarişçiyə) təqdim olunsa da, yerdə qalan məbləği ödəməmək üçün guya işin qüsurlu icra edildiyini əsas gətirərək, xidməti təhvil almaqdan imtina etmişlər və həmin pulu ödəməkdən imtina etmişlər. Qeyd olunan xüsusatlardan göründüyü kimi, cavabdeh (icraçı) tərəfindən müqavilə şərtləri tam olaraq vaxtında və layiqincə yerinə yetirilmiş, heç bir pozuntuya yol verilməmiş, lakin iddiaçı (sifarişçi) tərəfindən müqavilə öhdəlikləri pozulmuş və əlavə olaraq cavabdehə (icraçı) qarşı əsassız tələb irəli sürmüşlər. Halbuki cavabdeh (icraçı) iddiaçıya (sifarişçiyə) qarşı iddia qaldırıb görülmüş işlərin dəyərini ondan tələb etmək əvəzinə iddiaçı (sifarişçi) cavabdehə (icraçı) ödənilməli pul vəsaitini ödəməkdən yayınmaq üçün hazırkı tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında İddiaçı MMC-nin iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, İddiaçı MMC-nin iddia tələbinin təmin, Cavabdeh MMC-nin iddia tələbinin isə əsassız olduğundan rədd edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında Cavabdeh MMC-nin iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, Cavabdeh MMCnin iddia tələbinin təmin, İddiaçı MMC-nin iddia tələbinin isə əsassız olduğundan rədd edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə araşdırma apararaq hesab edir ki, İddiaçı MMC-nin iddia tələbi qismən təmin edilməli və Cavabdeh MMC-nin iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - “Sifarişçi” – Cavabdeh MMC ilə “icraçı” – İddiaçı MMC arasında 12 yanvar 2021-ci il tarixli “serial çəkilişinə dair” müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə icraçı 1.2-ci bənddə göstərilən xidməti bu müqaviləyə uyğun şəkildə icra edib sifarişçiyə təqdim etməyi, sifarişçi isə öz növbəsində, xidməti qəbul edib icraçıya bu müqavilə ilə razılaşdırılmış efir saatı verməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən bu müqavilə üzrə icraçının icra etdiyi xidmət bu müqavilənin Əlavəsində adı göstərilən audiovizual əsərin çəkilməsidir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən serialın xronometrajı və seriyalarının sayı bu müqavilənin Əlavəsində qeyd olunacaqdır. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən serialın çəkilməsi üçün zəruri olan bütün xərclər - aktyorlara ödəniləcək xidmət haqqı, nəqliyyat xərcləri, çəkiliş meydançalarının hazırlanması, çəkiliş məkanlarının icarəyə götürülməsi də daxil olmaqla bu müqavilədə göstərilməyən digər bütün xərclər bu müqavilə qiymətinə daxildir və bu müqavilə üzrə tərəflərin öhdəliyini tam olaraq icra etdiyi tarixə qədər icraçının bu müqaviləni imzalayarkən planlaşdırmadığı digər əlavə xərclərin yaranması sifarişçinin belə xərcləri qarşılayacağı kimi təfsir edilə bilməz və müvafiq xərclər icraçı tərəfindən qarşılanacaqdır. Həmin müqavilənin 2.14-cü bəndinə əsasən bu müqavilə üzrə görüləcək işlər icraçı tərəfindən yüksək keyfiyyət və sifarişçinin tələblərinə cavab verən şəkildə icra edilməlidir. Həmin müqavilənin 2.15-ci bəndinə əsasən icraçı işlərin görülməsi zamanı sifarişçinin irad və təkliflərini nəzərə almalı, şifahi və yazılı göstərişlərini yerinə yetirməlidir. Həmin müqavilənin 2.20-ci bəndinə əsasən icraçı sifarişçiyə serialın çəkilişləri ilə bağlı işlərin ayrı-ayrı mərhələlərinin icra edilməsi barədə sifarişçi tərəfindən müəyyənləşdirilən müddətlərdə və formada hesabat, habelə müddətlərə əməl edilməsini və görülmüş işlərin keyfiyyətini nəzarətdə saxlamaq üçün sifarişçinin müəyyən edəcəyi tarixlərdə yazılı hesabat verir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən serialın bütün seriyaları icraçının efir formatına uyğun formatında çəkilməlidir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən serialın dublyajı ilə bağlı hər seriya üçün əlavədə göstərilən həcmi keçməmək şərti ilə xərclər sifarişçi tərəfindən icraçıya sifarişçinin müəyyən edəcəyi qaydada və müddətdə ödəniləcəkdir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən səsləndirmə zamanı hansısa aktyorun rolunu üçüncü şəxsin səsləndirməsi zərurəti yaranarsa, sifarişçidən yazılı icazə alınmalıdır. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən bu müqavilə üzrə icraçı tərəfindən çəkiləcək bütün serialar sifarişçiyə sifarişçi tərəfindən müəyyən ediləcək elektron daşıyıcı növündə və təhvil təslim aktları əsasında təqdim ediləcəkdir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən icraçı serialın hər efirə verilməsindən 3 (üç) gün əvvəl növbəti seriyanı təqdim etməlidir. Sifarişçi seriyanı təhvil aldıqdan sonra özünün daxili qaydaları əsasında müəyyən edilmiş forma və qaydada analizi aparacaqdır. Analiz zamanı serialın Azərbaycan Respublikasının qanunvericiliyinə, Milli Televiziya və Radio Şurasının, bu müqavilənin, sifarişçinin daxili qaydalarının və icrası icraçı uçun məcburi olan sifarişçi tərəfindən verilmiş göstərişlərin tələblərinə uyğunluğu yoxlanılır. Analizin nəticələrindən asılı olaraq sifarişçinin xidməti qəbul etməkdən imtina etmək hüququ vardır. Analizin nəticəsindən asılı olaraq xidmət təhvil təslim aktı ilə sifarişçiyə təqdim edilir ki, yalnız bundan sonra xidmət qəbul edilmiş sayılır. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən işin qüsurlu icra edildiyi aşkar edildikdə, icraçı sifarişçi qarşısında bu müqavilədə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Həmin müqavilənin 6.1.1-ci bəndinə əsasən xidmət icraçı tərəfindən qüsurla icra edildikdə xidməti qəbul etməkdən imtina etmək və bununla əlaqədar əlavə icra tələb etmək və ya vurulmuş zərərin ödənilməsini tələb etmək – sifarişçinin hüququdur. Həmin müqavilənin 9.7-ci bəndinə əsasən icraçı işi keyfiyyətlə icra etmədikdə, yəni Azərbaycan Respublikası qanunvericiliyinin, Milli Televiziya və Radio Şurasının, bu müqavilənin, sifarişçinin daxili qaydalarının və icrası icraçı üçün məcburi olan sifarişçi tərəfindən verilmiş göstərişlərin tələblərini pozmaqla icra etdikə, bunun nəticəsində sifarişçiyə və hər hansı üçüncü şəxslərə dəymiş zərərə görə sifarişçi qarşısında tam məsuliyyət daşıyır və zərəri belə zərərin baş verdiyi tarixdən 10 (on) iş günü ərzində ödəməlidir. - Cavabdeh MMC ilə İddiaçı MMC arasında bağlanmış 27 yanvar 2021-ci il tarixli “serial çəkilişinə dair” müqaviləyə 1 nömrəli əlavədən görünür ki, tərəflər bu Əlavəni: 1) Serialın adı: "xxx"; 2) Serialın xronometrajı və sayı: 42-45 dəqiqə hər seriya; 3) Serialın yayımlanması sifarişçi tərəfindən müəyyən olunacaq; 4) Serialın ilk dəfə təhvil veriləcəyi tarix: 15 mart 2021-ci il; 5) Anonsun ilk dəfə təhvil veriləcəyi tarix: 01 mart 2021-ci il; 6) Serialın çəkilmə prosesi: bu müqavilə imzalandıqdan 1 (bir) həftə ərzində serialın ilk 5 (beş) seriyasının ssenarisi və sujet xətti icraçı tərəfindən müəyyən olunaraq sifarişçiyə təqdim edəcəkdir ki, sifarişçi müvafiq ssenari və sujet xətti ilə bağlı icrası icraçı üçün məcburi əhəmiyyətə malik göstərişlər verə bilər və yalnız sifarişçi tərəfindən təsdiq edildikdən sonra icraçı serialın çəkilişlərinə başlayacaqdır. İcraçı hər növbəti dörd seriyanın ssenarisini sifarişçiyə təqdim edəcəkdir; 7) Xidmət haqqı: hər seriya üçün 2000 (iki min) manat; 8) 8000 (səkkiz min) manat avans şəklində ödəniləcəkdir. kimi şərtlərlə bağlamışlar. Sözügedən əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir. - xx.xx.2021-ci il tarixli, EBAX seriyalı, 595941 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin (qeyd: serialın 4 bölüm xidmət haqqı) ümumi məbləği 8000 manat təşkil edir. - xx.xx.2021-ci il tarixli, EBAZ seriyalı, 643560 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin (qeyd: serialın 6 bölüm xidmət haqqı) ümumi məbləği 12000 manat təşkil edir. - "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş 005XOH********** nömrəli, xx.xx.2021ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin AZ80AİİB400900C**********115 nömrəli hesabına 8000 (səkkiz min) manat məbləğində ödəniş edilmişdir. Ödənişin təyinatı hissəsində xx.xx.2021-ci il tarixli, 01 saylı hesabfaktura, xx.xx.2021-ci il tarixli müqaviləyə 1 saylı əlavəyə əsasən avans ödənişi qeyd edilmişdir. - "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş 005XOH********** nömrəli, xx.xx.2021ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin AZ80AİİB400900C**********115 nömrəli hesabına 8000 (səkkiz min) manat məbləğində ödəniş edilmişdir. Ödənişin təyinatı hissə EBAX seriyalı, 59594 nömrəli elektron qaimə üzrə ödəniş qeyd edilmişdir. - "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş 005XOH********** nömrəli, xx.xx.2021ci il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-nin AZ80AİİB400900C**********115 nömrəli hesabına 4000 (dörd min) manat məbləğində ödəniş edilmişdir. Ödənişin təyinatı hissəsində EBAZ seriyalı, 643560 nömrəli elektron qaimə üzrə ödəniş qeyd edilmişdir. - İddiaçı MMC tərəfindən iş matariallarına çəkilmiş “xxx” adlı serial maddi daşıyıcıda təqdim edilmişdir. - İddiaçı MMC Cavabdeh MMC-yə xx.xx.2022-ci il tarixli pretenziya qaydasında xəbərdarlıqla müraciət edərək, müqavilə üzrə yaranmış borcun ödənilməsi xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət etmək zəruriyyəti yaranacağını bildirmişdir. - Cavabdeh MMC İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixli pretenziya qaydasında məktubla müraciət edərək, müqavilə üzrə yaranmış borcun 7 (yeddi) gün müddətində ödənilməsini xahiş etmiş, əks təqdirdə pul tələblərinin ödənilməsi və müqavilənin birtərəfli qaydada ləğv edilməsi üçün məhkəməyə müraciət etmək zəruriyyəti yaranacağını bildirmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuş, tərəflər həmin müqavilə üzrə üzərlərinə müvafiq öhdəliklər götürmüşlər. Belə ki, Cavabdeh MMC (sifarişçi) ilə İddiaçı MMC (icraçı) arasında 12 yanvar 2021-ci il tarixli “serial çəkilişinə dair” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən icraçı xidməti bu müqaviləyə uyğun şəkildə icra edib sifarişçiyə təqdim etməyi, sifarişçi isə öz növbəsində, xidməti qəbul edib icraçıya bu müqavilə ilə razılaşdırılmış efir saatı verməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən icraçının icra etdiyi xidmət bu müqavilənin Əlavəsində adı göstərilən audiovizual əsərin çəkilməsi olmuşdur. Müqavilə və müqaviləyə 1 nömrəli əlavəyə əsasən icraçı tərəfindən hər seriya üçün xidmət haqqı 2000 manat olmaqla razılaşdırılmışdır. İcraçı tərəfindən bölümlər çəkilmiş və sifarişçi tərəfindən icraçıya ümumilikdə 20000 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. 768.2-ci maddəsinə əsasən əgər podratçının vaxtında etdiyi xəbərdarlığa baxmayaraq, sifarişçi müvafiq müddətdə yararsız və ya keyfiyyətsiz materialı əvəz etməzsə, işin yerinə yetirilməsi qaydaları haqqında verdiyi göstərişi dəyişməzsə və ya hazırlanan məmulatın yararlığına və möhkəmliyinə zərər vura bilən digər halları aradan qaldırmazsa, podratçı müqavilədən imtina edə bilər və bununla vurulan zərərin əvəzini ödəməyi tələb edə bilər. 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin hallarından görünür ki, icraçı tərəfindən serialın son 7 seriyası istisna olmaqla, qalan 29 seriya sifarişçiyə təhvil verilmiş və sifarişçi tərəfindən həmin seriyaların dəyərinin bir hissəsi (20000 manat) ödənilmişdir. Cavabdeh MMC-nin nümayəndəsi müqavilə şərtlərinə əsasən seriyaların təhvil təslim aktları əsasında təqdim edilməli olduğunu və tərəflər arasında belə aktların bağlanmadığını bildirsə də, sifarişçi tərəfindən xidmət haqqı ödənilmiş seriyalar üzrə də tərəflər arasında hər hansı təhvil təslim aktı tərtib olunmamışdır. Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasında işin qüsuru qismində aktyor dəyişikliyini göstərmiş (baş rol ifaçısının atası rolunu oynayan aktyor), aktyorun 5-ci seriyadan sonra dəyişdirildiyini və bunun qüsur olduğunu bildirmişdir. Lakin sifarişçi tərəfindən edilən ödənişlərdən də görünür ki, Cavabdeh MMC müqavilə şərtlərinə uyğun olaraq 8000 manat məbləğində ödəniş etdikdən sonra, yəni qüsur kimi istinad etdiyi halı bildikdən sonra daha 12000 manat məbləğində ödəniş etmişdir. Eyni zamanda sifarişçi tərəfindən aktyor dəyişikliyi ilə bağlı hər hansı bir iradın bildirilməsi və ya serialın növbəti hissələrinin çəkilişlərinə həmin aktyorla davam etdirilməməsi ilə İddiaçı MMC-yə iradların, xəbərdarlıqların bildirilməsi ilə bağlı sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. Eyni zamanda hər hansı başqa qüsurların nədən ibarət olması və bununla bağlı sübutlar da məhkəməyə təqdim olunmamışdır. Eyni zamanda müəyyən edilir ki, ödənilmiş 20000 manat məbləğin 8000 manatı avans ödəniş olmuş, qalan hissəsi isə serialın bölüm xidmət haqları olaraq ödənilmişdir. xx.xx.2021-ci il tarixli, EBAZ seriyalı, 643560 nömrəli elektron qaimədən müəyyən edilir ki, serialın 6 bölüm xidmət haqqının ümumi məbləği 12000 manat təşkil etmiş, onun 4000 manat hissəsi ödənilmiş, 8000 manat hissəsi isə ödənilməmişdir. 36 seriyanın tam çəkilməsini özündə əks etdirən maddi daşıyıcı məhkəməyə təqdim olunmuşdur. Məhkəmə sifarişçi tərəfindən 29 seriyanın qəbul edildiyini və buna görə 20000 manat məbləğində ödəniş edildiyini nəzərə alaraq qeyd edir ki, 29 seriyaya görə ödənilməli olan 58000 manat məbləğin (29X2000=58000) 20000 manat hissəsi sifarişçi tərəfindən ödənildiyindən, qalan 38000 manat məbləğində pul Cavabdeh MMC-dən (sifarişçi) tutularaq İddiaçı MMC-yə (icraçı) ödənilməlidir. Eyni zamanda İddiaçı MMC-nin iddia tələbində 36 bölümün xidmət haqqının ödənilməsi tələb olunsa da, məhkəmənin gəldiyi qənaətə əsasən 7 bölümə görə xidmət haqqının tutulması hissəsində iddia təmin olunmamalıdır. Belə nəticəyə gələrkən nəzərə alınmışdır ki, iddiaçı iddia ərizəsində 7 bölümün cavabdeh tərəfindən qəbul olunmadığını qeyd etmiş, müqavilənin 5.2-ci bəndinə əsasən sifarişçinin seriyanı təhvil aldıqdan sonra özünün daxili qaydaları əsasında müəyyən edilmiş forma və qaydada analizini aparmaq, analiz zamanı serialın Azərbaycan Respublikasının qanunvericiliyinə, Milli Televiziya və Radio Şurasının, bu müqavilənin, sifarişçinin daxili qaydalarının və icrası icraçı uçun məcburi olan sifarişçi tərəfindən verilmiş göstərişlərin tələblərinə uyğunluğunu yoxlamaq, analizin nəticələrindən asılı olaraq sifarişçinin xidməti qəbul etməkdən imtina etmək hüququ olmuşdur. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən qanunvericilik normalarını, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, İddiaçı iddiası qismən təmin olunmalı, Cavabdehndən 38000 manat məbləğində pul tutularaq İddiaçınə ödənilməli, iddia qalan hissədə təmin edilməməli, həmçinin Cavabdeh İddiaçınə qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddiası qismən təmin olunsun. Cavabdehndən 38000 (otuz səkkiz min manat) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddiası qalan hissədə təmin olunmasın. İddiaçı Cavabdeh İddiaçınə qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim xxx Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-148/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-148/2023
23.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver