Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-148/2024 03.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə (Azərbaycan Respublikası Maliyyə Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: xidmət müqaviləsi üzrə borcun ödənilməsi Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə (Azərbaycan Respublikası Maliyyə Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) qarşı xidmət müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I.İŞİN HALLARİ
1. İddiaçı MMC (icraçı) ilə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (sifarişçi) arasında 01 dekabr 2015-ci il tarixli K/68 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin: - 2.1-ci bəndinə əsasən tərəflər təsdiq edirlər ki, sifarişçi Dövlət Sərhəd Xidmətinin Şəmkir sərhəd dəstəsinin “N” saylı hərbi hissəsində təmir işlərinin satınalınması məqsədilə icraçının 1.104.595,78 manat məbləğində birbaşa müqavilə əsasında təklifini qəbul etmişdir. - 2.2-ci bəndinə əsasən icraçı, müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satınalınan işlərin və xidmətlərin təhvil verilməsini öhdəsinə götürür. Görülmüş işlər və göstərilmiş xidmətlər bu müqavilənin şərtlərinə uyğun olmadıqda, İcraçı aşkar olunan qüsurlann müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasına təminat verir. - 2.3-cü bəndinə əsasən sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında tikinti və təmir işlərinin icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. - 2.4-cü bəndinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, müqavilənin məbləği dəyişilməz qalır. - 5.1-ci bəndinə əsasən icraçı malların (işlərin, xidmətlərin görülməsi) üzrə müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib malları (işləri, xidmətləri) sifarişçiyə müəyyənləşdirilmiş qaydada təhvil verməlidir. - 5.4-cü bəndinə əsasən sifarişçi müqavilə üzrə göndərilmiş malların (işlərin, xidmətlərin görülməsi) təxirəsalınmadan (aşkar olunan qüsurların icraçı tərəfindən aradan qaldrılmasını nəzərə almaqla) qəbul edilməsini və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürür. - 12.1-ci bəndinə əsasən müqavilə üzrə ödəmələr sifarişçi tərəfindən və müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, icraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında aparılır. - 12.2-ci bəndinə əsasən sifarişçi müqavilənin icrasını təmin etmək məqsədi ilə hər ödənişdən müəyyən olunmuş məbləği tutur. Həmin vəsait müqavilənin icrası tam başa çatdırıldıqdan (texniki təminat müddəti daxil olmaqla) və bunu təsdiq edən sənədlər tərtib olunduqdan sonra tqüsurıarın aradan qaldırılmasını nəzərə almaqla) icraçıya ödənilir. - 12.3-cü bəndinə əsasən müqavilə icraçı və ya sifarişçi tərəfindən ləğv olunursa, tərəflər müqavilənin xüsusi şərtlərində göstərilən qaydada ödənişlərin məbləğini müəyyənləşdirən və müqavilənin icrasını təsdiq edən sənədlər tərtib edirlər. Tərtib olunmuş sənədlər əsasında müəyyən edilmiş fərq 15 bank günü müddətində ödənilir. - 17.1-ci bəndinə əsasən müqavilənin icrası müddətində sifarişçi aşkar olunmuş qüsurlar haqqında icraçıya dərhal bildiriş verməlidir. Bildirişdə qüsurların aradan qaldırılması üçün məsuliyyət müddəti göstərilməlidir. - 17.2-ci bəndinə əsasən icraçı qüsurlar haqqında bildiriş aldıqdan sonra həmin qüsurları bildirişdə müəyyən edilmiş məsuliyyət müddəti ərzində aradan qaldırır. - 17.3-cü bəndinə əsasən icraçı məsuliyyət müddəti ərzində qüsurları aradan qaldırmırsa, sifarişçi həmin qüsurların aradan qaldırılması üçün tələb olunan məbləği hesablayır və icraçıya ödəniləcək məbləğdən çıxır. - 25-ci bəndinə əsasən bu müqavilə tərəflərin imzalandığı andan qüvvəyə minir və xx.xx.2016-cı il tarixədək qüvvədədir. Müqavilə tərəflərin imzaları və möhürü ilə təsdiq edilmişdir.
2. xx.xx.2015-ci il tarixli ********** nömrəli ödəniş sənədinə (tapşırığı) əsasən DSX-nin xx.xx.2015-ci il tarixli aktı (Forma 2) üzrə təmir işlərinə görə Dövlət Sərhəd Xidməti tərəfindən 246.548,45 manat məbləğində pul vəsaiti İddiaçı MMC-nin bank hesabına köçürülmüşdür.
3. xx.xx.2015-ci il tarixli ********** nömrəli ödəniş sənədinə (tapşırığı) əsasən DSX-nin xx.xx.2015-ci il tarixli aktı (Forma 2) üzrə təmir işlərinə görə Dövlət Sərhəd Xidməti tərəfindən 44.378,71 manat məbləğində pul vəsaiti (ƏDV) İddiaçı MMC-nin bank hesabına köçürülmüşdür.
4. xx.xx.2015-ci il tarixli ********** nömrəli ödəniş sənədinə (tapşırığı) əsasən DSX-nin xx.xx.2015-ci il tarixli aktı (Forma 2) üzrə cari təmir işlərinə görə Dövlət Sərhəd Xidməti tərəfindən 45.593,02 manat məbləğində pul vəsaiti İddiaçı MMC-nin bank hesabına köçürülmüşdür.
5. xx.xx.2015-ci il tarixli ********** nömrəli ödəniş sənədinə (tapşırığı) əsasən DSX-nin xx.xx.2015-ci il tarixli aktı (Forma 2) üzrə cari təmir işlərinə görə Dövlət Sərhəd Xidməti tərəfindən 8.206,74 manat məbləğində pul vəsaiti (ƏDV) İddiaçı MMC-nin bank hesabına köçürülmüşdür.
6. xx.xx.2017-ci il tarixli ********** nömrəli ödəniş sənədinə (tapşırığı) əsasən DSX-nin xx.xx.2017-ci il tarixli aktı (Forma 2) üzrə tikinti işlərinə görə Dövlət Sərhəd Xidməti tərəfindən 643.956,72 manat məbləğində pul vəsaiti İddiaçı MMC-nin bank hesabına köçürülmüşdür.
7. xx.xx.2017-ci il tarixli ********** nömrəli ödəniş sənədinə (tapşırığı) əsasən DSX-nin xx.xx.2017-ci il tarixli aktı (Forma 2) üzrə tikinti işlərinə görə Dövlət Sərhəd Xidməti tərəfindən 115.912,21 manat məbləğində pul vəsaiti (ƏDV) İddiaçı MMC-nin bank hesabına köçürülmüşdür.
8. İddiaçı MMC (icraçı) ilə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (sifarişçi) arasında 21 noyabr 2018-ci il tarixli K/62 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin: - 2.1-ci bəndinə əsasən tərəflər təsdiq edirlər ki, sifarişçi Dövlət Sərhəd Xidmətinin Lot 1 üzrə Xudat şəhəri ərazisində yerləşən 11-ci SZ-nın (Sərhəd Zastavasının) əsaslı tikintisi şlərinin satınalınması məqsədilə icraçının 2.106.064,80 manat məbləğində tender təklifini qəbul etmişdir. - 2.2-ci bəndinə əsasən icraçı, müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satınalınan Xudat şəhəri ərazisində yerləşən 11-ci SZ-nın əsaslı tikintisi işlərinin təhvil verilməsini öhdəsinə götürür. Görülmüş tikinti və təmir işləri icraçının tender təklifinə və bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, İcraçı aşkar olunan qüsurlann müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasına təminat verir. - 2.3-cü bəndinə əsasən sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında tikinti və təmir işləbnin İcraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. - 2.4-cü bəndinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, müqavilənin məbləği dəyişilməz qalır. - 5.1-ci bəndinə əsasən icraçı tikinti və təmir işləri üzrə müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib sifarişçiyə müəyyənləşdirilmiş qaydada təhvil verməlidir. - 5.4-cü bəndinə əsasən sifarişçi müqavilə üzrə görülmüş tikinti və təmir işlərinin təxirəsalınmadan (aşkar olunan qüsurların icraçı tərəfindən aradan qaldrılmasını nəzərə almaqla) qəbul edilməsini və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürür. - 10.1-ci bəndinə əsasən müqavilə üzrə ödəmələr sifarişçi tərəfindən tenderin əsas şərtlər toplusunda və müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, icraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında aparılır. - 10.2-ci bəndinə əsasən sifarişçi müqavilənin icrasını təmin etmək məqsədi ilə hər ödənişdən müəyyən olunmuş məbləği tutur. Həmin vəsait müqavilənin icrası tam başa çatdırıldıqdan (texniki təminat müddəti daxil olmaqla) və bunu təsdiq edən sənədlər tərtib olunduqdan sonra tqüsurıarın aradan qaldırılmasını nəzərə almaqla) icraçıya ödənilir. - 10.3-cü bəndinə əsasən müqavilə icraçı və ya sifarişçi tərəfindən ləğv olunursa, tərəflər müqavilənin xüsusi şərtlərində göstərilən qaydada ödənişlərin məbləğini müəyyənləşdirən və müqavilənin icrasını təsdiq edən sənədlər tərtib edirlər. Tərtib olunmuş sənədlər əsasında müəyyən edilmiş fərq 15 bank günü müddətində ödənilir. - 15.1-ci bəndinə əsasən müqavilənin icrası müddətində sifarişçi aşkar olunmuş qüsurlar haqqında icraçıya dərhal bildiriş verməlidir. Bildirişdə qüsurların aradan qaldırılması üçün məsuliyyət müddəti göstərilməlidir. - 15.2-ci bəndinə əsasən icraçı qüsurlar haqqında bildiriş aldıqdan sonra həmin qüsurları bildirişdə müəyyən edilmiş məsuliyyət müddəti ərzində aradan qaldırır. - 15.3-cü bəndinə əsasən icraçı məsuliyyət müddəti ərzində qüsurları aradan qaldırmırsa, sifarişçi həmin qüsurların aradan qaldırılması üçün tələb olunan məbləği hesablayır və icraçıya ödəniləcək məbləğdən çıxır. - 23-cü bəndinə əsasən bu müqavilə tərəflərin imzalandığı andan qüvvəyə minir və xx.xx.2019-cu il tarixədək qüvvədədir. Müqavilə tərəflərin imzaları və möhürü ilə təsdiq edilmişdir.
9. Dövlət Sərhəd Xidmətinin Şəmkir sərhəd dəstəsinin (SD) 7-ci Sərhəd Zastavası üzrə görülmüş əlavə işlərin qəbulu aktına (Forma 2) və təhvil-təslim aktına əsasən xx.xx.2015-ci il tarixli K/68 saylı müqavilə üzrə Dövlət Sərhəd Xidmətinin Şəmkir sərhəd dəstəsinin (SD) 7-ci Sərhəd Zastavası üzrə ümumi dəyəri 64.630,96 manat (9.858,96 manat ƏDV daxil) məbləğində olan görülmüş işlər (afslt altı bitki qatının kəsilməsi, şeben atının verilməsi, asfatlt ötrtüyünün qoyulması, (Bayraq Meydanında – beton döşəmənin düzəldilməsi, döşəmə və divarın aqlayla üzlənməsi; At tövləsində - divarın hörülməsi, daxili və xarici divarlara suvağın vurulması) və s.) təhvil alınmışdır. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
10. Yuxarı Tahircal məktəbində təmir-tikinti işləri barədə (qiymətləndirilmə) cədvəldən görünür ki, Yuxarı Tahircal məktəbində təmir-tikinti işlərinin dəyəri cəmi 96.814,40 manat təşkil edir. Cədvəl İddiaçı MMC-nin direktor (Aydın Əliyarov) imzalamaqla möhürü ilə təsdiq edilmişdir.
11. Dövlət Sərhəd Xidmətinin X7 (SD) 11-ci Sərhəd Zastavasının tikintisində əlavə yerinə yetirilmiş işlərin qəbulu aktına (Forma 2), təhvil-təslim aktına və əlavə və əvəzedici işlərin qiymətləndirilməsi cədvəlinə əsasən xx.xx.2018-ci il tarixli K/62 saylı müqavilə üzrə X7 (SD) 11-ci Sərhəd Zastavası üzrə ümumi dəyəri 149.660,93 manat (22.829,63 manat ƏDV daxil) məbləğində olan yerinə yetirilmiş işlər (kənd yolun buldozerlə hamarlanması, idman meydançasının quraşdırılması, yaşayış binasına və əsgər yataqxanasına jalyuzların vurulması və s.) təhvil alınmışdır. Akt və cədvəl hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
12. AR Dövlət Sərhəd Xidmətinin saytından (dsx.gov.az) çıxarışından görünür ki, xx.xx.2018-ci ildə Dövlət Sərhəd Xidmətinin X1 qeyd edilir ki, “Dövlət Sərhəd Xidməti sərhədlərimizin etibarlı mühafizəsi ilə yanaşı eyni zamanda sərhədyanı rayonların əhalisi ilə sıx qarşılıqlı əlaqələr quraraq onların müqəddəs sərhədlərimizin mühafizəsindəki roluna xüsusi önəm verir və sosial-məişət problemlərinin həllində də yaxından iştirak edir. Belə sosial yönümlü tədbirlərdən biri də 2018-ci ilin sentyabr ayının 17-də X7 xidməti ərazisində yerləşən Yuxarı Tahircal kənd orta məktəbinin Dövlət Sərhəd Xidməti tərəfindən əsaslı təmir olunaraq məktəblilərin istifadəsinə verilməsi olmuşdur. Respublikamızın şimal sərhədləri mühafizə altına götürülərkən heç bir sərhəd infrastrukturu olmayan Qusar rayonunun ərazisində yerli sakinlər sərhədçilərin yardımına gəlmiş, sərhəd zastavalarının yaradılmasında, dövlət sərhədinin mühafizəsinin təşkilində onlara yaxından köməklik göstərmişlər. Bu yaxınlarda Yuxarı Tahircal kəndində ən müasir tələblərə cavab verən yeni sərhəd zastavası tikilib sərhədçilərin istifadəyə verildikdən sonra vaxtilə yerli sakinlər tərəfindən sərhədçilərin istifadəsinə verilmiş məktəb binası sərhədçi minnətdarlığının və ehtiramının ifadəsi olaraq Dövlət Sərhəd Xidməti tərəfindən əsaslı təmir edilərək və yenidən qurularaq kənd sakinlərinin istifadəsinə verilmişdir. Məktəbin açılış mərasimində iştirak edən Qusar Rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək məktəbin pedoqoji kollektivini və şagirdləri yeni dərs ilinin başlanması münasibəti ilə təbrik etmiş, ucqar kənd məktəbinin əsaslı təmir olunmasında öz köməkliyini əsirgəməyən Dövlət Sərhəd Xidmətinə rayon ictimaiyyəti adından minnətdarlığını bildirmişdir. Tədbirdə sərhədçi–vətəndaş əlaqələrinin möhkəm zəmin üzərində qurulmasının Vətənimizin hüdudlarının qorunması işində müsbət rol oynadığı, dövlət sərhədlərimizin mühafizəsinə ümumхalq qayğısının ilbəil artmasının sərhədçilər tərəfindən böyük minnətdarlıq hissi ilə qarşılandığı qeyd edilmişdir. Tədbirin sonunda rəmzi qırmızı lent kəsilmiş və qonaqlar yeni təmir edilmiş məktəbin sinif otaqlarını gəzərək yaradılmış şəraitlə tanış olmuşlar.”
13. İddiaçı MMC xx.xx.2020-ci il tarixli məktubla Dövlət Sərhəd Xidmətinə müraciət edərək, bildirmişdir ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 01 yanvar 2011-ci ildən 21 may 2020-ci il tarixə kimi olan dövrdə maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması zamanı müəyyən edilmişdir ki, Dövlət Sərhəd Xidmətinin sifarişçisi olduğu İddiaçı MMC tərəfindən yerinə yetirilmiş Şəmkir sərhəd dəstəsinin 7-ci sərhəd zastavasında 2 ədəd 1 mərtəbəli 4 mənzilli yaşayış evinin tikintisi üzrə 185.701 manat, X7 11-ci sərhəd zastavasının tikintisi üzrə 141.533 manat, cəmi 327.234 manat iş həcmləri artırılmışdır. Eyni zamanda dövlət büdcəsinin X9 (investisiya xərcləri) hesabına titkinti obyektlərində aparılan təmir-tikinti işləri üzrə Dövlət Sərhəd Xidmətinin olduğu İddiaçı MMC “X7 11-ci sərhəd zastavasının tikintisi” üzrə 319.293,72 manat kreditor borcu yaranmışdır. Göstərilənləri və yoxlama qrupu tərəfindən “X7 11-ci sərhəd zastavasının tikintisi” üzrə iş həcmlərinin nəzarət-ölçü qaydasına yoxlandığını nəzərə alaraq, artırılmış iş həcmlərinin hesabına ödənilmiş 327.234 manat vəsaitdən 319.293,72 manat kreditor borc hesabına bağlanmasına köməklik göstərilməsini xahiş etmişdir.
14. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xidməti ərazisində İddiaçı MMC tərəfindən görülmüş təmir-tikinti işlərinə dair xx.xx.2020-ci il tarixli üzləşmə aktına əsasən müəyyən edilir ki, İddiaçı MMC-nin xx.xx.2018-ci il tarixli K/62 nömrəli müqavilə üzrə Dövlət Sərhəd Xidmətinə debet borcu 319.293,70 manat təşkil edir. Üzləşmə aktı tərəflərin rəhbər şəxslərinin imzaları və möhürü ilə təsdiq edilmişdir.
15. Hesabat sənədində (maliyyə arayışı) göstərilmişdir ki, Qubadlı rayonu Hocahanda (Yeni kənd) görüləcək işlərin (inzibati bina, anbar, ayaqyolu, hasar, qazanxana) dəyəri cəmi 71.900 manat, Zəngilan rayonu 2-ci Əlibəyli kəndində görüləcək işlərin (inzibati bina, anbar, giriş hissə, ayaqyolu, hasar) dəyəri cəmi 213.820 manat olmaqla ümumilikdə görüləcək işlərin dəyəri 285.720 manat təşkil etmiş, həmin məbləğdən cəmi 208.700 manat o cümlədən nağd - 146.000 manat, əmək haqqı - 62.700 manat alınıb, onlara qalıq borc 77.020 manat təşkil edir. Hesabat sənədi (maliyyə arayışı) X6 və X3 tərəfindən imzalanmışdır.
16. Dövlət Sərhəd Xidməti İddiaçı MMC-nin DSX-nin hərbi hissələrində görülmüş tikinti işləri nəticəsində yaranmış borcların ödənilməsinə dair xx.xx.2022-ci il tarixli məktubuna xx.xx.2022-ci il tarixli məktubla cavab verərək, bildirmişdir ki, 2020-ci ildə Maliyyə Nazirliyi tərəfindən aparılan yoxlama zamanı DSX X5 Sərhəd Dəstəsinin 7-ci və X7 11-ci sərhəd zastavalarında yerinə yetirilmiş tikinti quraşdırma işləri üzrə İddiaçı MMC-nin DSX-yə 327234 manat məbləğində borcunun olması qeyd edilmişdir. X7 11-ci sərhəd zastavasının təmiri zamanı DSX-nin İddiaçı MMC-yə olan 319.293,72 manat kreditor borcu İddiaçı MMC-nin 24 avqust 2020-ci il tarixli, 14 nömrəli məktubuna əsasən silinmiş və qalan 7.940,28 manat isə nəğd şəkildə ödənilmiş, 25 sentyabr 2020-ci ildə üzləşmə aktı ilə DSXnin İddiaçı MMC-yə borcunun olmadığı təsdiqlənmişdir. Əlavə olaraq bildirirlər ki, Tahircal kəndi ərazisində yerləşən məktəb binasının təmir işlərini isə İddiaçı MMC yardım olaraq öz üzərinə götürmüşdür. Zəngilan rayonunun Yenikənd və 2-ci Alıbəyli kəndləri ərazisində yerləşən komendantlıq binalarının təmir işləri üzrə ödənişlər fərdi əmək müqaviləsi əsasında həyata keçirilmişdir.
17. Dövlət Sərhəd Xidmətinin xx.xx.2023-cü il tarixli xidməti məktubunda qeyd edilir ki, Dövlət Sərhəd Xİdməti ilə İddiaçı MMC arasında “Xudat” sərhəd dəstəsinin 11-ci sərəd zastavasının təmir-tikinti işləri ilə əlaqədar xx.xx.2018-ci il tarixli K/62 nömrəli müqavilə üzrə yaranmış 319.293,72 manat kreditor borc, Maliyyə Nazirliyi tərəfindən DSX-nin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması zamanı İddiaçı MMC tərəfindən “Şəmkir” sərhəd dəstəsinin 7-ci sərhəd zastavası üzrə 185.701 manat, “Xudat” sərhəd dəstəsinin 11-ci sərhəd zastavasının tikintisi üzrə 141.533 manat, cəmi 327.234 manat artırılmış iş həcmlərinin hesabına bağlanması barədə şirkət tərəfindən daxil olmuş 24 avqust 2020-ci il tarixli 14 nömrəli məktuba əsasən, xx.xx.2020-ci il tarixli üzləşmə aktı ilə DSX Maliyyə- Plan İdarəsinin mühasibat uçotunda sıfırlanmışdır. Belə ki, şirkətə olan 319.293,72 manat kreditor borc İddiaçı MMC-nin məktubuna əsasən silinmiş və qalan 7.940,28 manat debitor borc isə şirkət tərəfindən nəğd şəkildə Dövlət Büdcəsinə ödənilmişdir. Qeyd olunan hər iki müqavilənin və müqaviləyə dair digər sənədlərin saxlanma müddəti bitdiyi üçün xx.xx.2023-cü il tarixli qeyd 345m nömrəli məhvetmə aktına salınaraq məhv edilmişdir. Məktubda adıçəkilən Yuxarı Tahircal kənd ərazisində yerləşən məktəb binasının təmirtikintisi ilə əlaqədar DSX Maliyyə-Plan İdarəsinə müqavilə və müqaviləyə dair digər sənədlər təqdim olunmayıb və mühasibat uçotunda kreditor borc qeydə alınmayıb.
18. Dövlət Sərhəd Xidmətinin xx.xx.2023-cü il tarixli xidməti məktubunda qeyd edilir ki, Dövlət Sərhəd Xİdməti ilə İddiaçı MMC arasında “Şəmkir” sərhəd dəstəsinin 7-ci sərəd zastavasının tikintisi işləri üzrə ƏDV daxil 1.104.595,78 manat olan xx.xx.2015-ci il tarixli K/68 nömrəli müqavilə imzalanmışdır. Həmin müqavilə üzrə şirkət tərəfindən yerinə yetirilmiş işlərə görə yaranan kreditor borc tam şəkildə DSX tərəfindən ödənilmişdir. Ödənilmiş vəsaitə dair təsdiqedici sənədlər (xx.xx.2015-ci il tarixli ********** nömrəli, xx.xx.2015-ci il tarixli ********** nömrəli, xx.xx.2015-ci il tarixli ********** nömrəli, xx.xx.2015ci il tarixli ********** nömrəli, xx.xx.2017-ci il tarixli ********** nömrəli və xx.xx.2017-ci il tarixli ********** nömrəli ödəniş sənədi (tapşırığı)) Maliyyə Nazirliyinin ümumi bazasına istinad edilərək çap olunmuşdur.
19. Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki obyektlərinin tədqiqi ekspertizasının aparılmasından imtina edilməsi barədə 18 mart 2024-cü il tarixli məlumatında qeyd edilir ki, məhkəmə tərəfindən tədqiq olunan obyektə baxış keçirilməsi xx.xx.2024-cü il tarixə təyin edilmiş, lakin iş üzrə tərəflər tədqiqat obyektinə gəlmədiyindən qeyd olunan tarixdə baxış baş tutmamışdır, bu səbəbdən də tədqiq olunan obyektin yerləşdiyi ünvanın müəyyən edilməsi və qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır.
İİ. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
20. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, görülmüş işlərin dəyəri qismində cəmi 311.104 manat məbləğində pul vəsaitinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətindən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC təmir-tikinti işləri üzrə ixtisaslaşmış müəssisədir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Əsaslı Tikinti İdarəsinin sifarişi. DSX Şəmkir SD-nin 7-ci Sərhəd Zastavası üzrə tikinti-təmir işlərinin qəbulu aktından və həmin tərəflər arasında təhvil-təslim aktından görünür ki, sifarişçi əsasında müvafiq müqavilələr əsasında İddiaçı MMC tərəfindən bir sıra təmir tikinti işləri aparılmış, lakin cavabdeh tərəfindən görülmüş işlərin dəyəri dəfələrlə aparılan danışıqlara və xəbərdarlıqlara baxmayaraq ödənilməmişdir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli K/68 saylı müqaviləyə əsasən DSX Şəmkir SD-nin 7-ci Sərhəd Zastavası üzrə tikinti-təmir işləri aparılmışdır. Dövlət Sərhəd Xidmətinin ƏTİ-nin böyük məsləhətçisi M.İmaməliyev tərəfindən həmin müqavilə üzrə 18% ƏDV daxil olmaqla yekun dəyəri 64.630 manat olan işlər icraçıdan təhvil alınmışdır. Həmçinin tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli K-62 saylı müqaviləyə əsasən DSX X7 11 sərhəd zastavası üzrə tikinti-təmir işləri aparılmışdır. DSX X7 11 sərhəd zastavasının tikintisində əlavə yerinə yetirilmiş işlərin qəbulu aktından və həmin tərəflər arasında təhviltəslim aktından görünür ki, sifarişçi Dövlət Sərhəd Xidmətinin ƏTİ-nin böyük məsləhətçisi M.İmaməliyev tərəfindən həmin müqavilə üzrə 18% ƏDV daxil olmaqla yekun dəyəri 149.660 manat olan işlər icraçıdan təhvil alınmışdır. İddia ərizəsinə əlavə edilmiş sifarişçi tərəfdən sahə rəisi E.Həsənov ilə icraçı arasındakı DSX-nin rəisinin maddi-texniki təminat üzrə müavini general-leytenant İ.Əkbərov tərəfindən təsdiq edilmiş DSX-nin X7 11-ci sərhəd zastavasının əsaslı tikintisi ilə əlaqədar əmələ gələn əlavə və əvəzedici işlərin qiymətləndirilməsi Cədvəlindən görünür ki, sifarişçi icraçıdan k/62 saylı xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən görülmüş işləri təhvil almışdır. Həmçinin cavabdehin sifarişi ilə Yuxarı Tahircal məktəbində cəmi məbləği 96.814 manat məbləğində təmir tikinti işləri aparılmışdır. Tərəflərindən cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli 01 nömrəli müraciətlə sözügedən təmir-tikinti işləri ilə əlaqədar görülmüş işlərin dəyərinin ödənilməsi tələb edilmiş, lakin cavabdeh xx.xx.2022-ci il tarixli 9/474 saylı məktubla (Əsaslı tikinti idarəsinin rəisi polkovnik T.Nəzərovun cavab məktubu) müxtəlif əsaslar gətirərək qeyd olunan məbləğləri ödəməkdən yayınsa da, həmin işlərin icra edildiyini və icranın qəbul edildiyini təkzib etməmişdir. Həmin məktubda cavabdeh DSX X7 xidməti ərazisində yerləşən Yuxarı Tahircal kənd orta məktəbinin tikintisinin İddiaçı MMC tərəfindən könüllü qaydada yardım qismində icra edildiyi qeyd olunsa da, DSX-nın rəsmi internet saytında dərc edilmiş xx.xx.2018-ci il tarixli Dövlət Sərhəd Xidmətinin X1 həmin məktəbin DSX tərəfindən əsaslı təmir olunaraq məktəblilərin istifadəsinə verildiyi göstərilmişdir. Beləliklə, cavabdeh sifarişin icrası ilə əlaqədar öhdəlikləri icra etməkdən yayınmaq üçün həmin işin özgə işlərinin tapşırıqsız icrası qaydasında və yardım qismində icra edildiyini iddia etsə də özünün ictimaiyyətə bəyan etdiyi açıq informasiya ehtiyatlarında qeyd olunan işin icrasının bilavasitə özünün iradəsi və sifarişi ilə icra edildiyini etiraf etmişdir.
22. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 17.1, 385.1, 386.1, 386.2, 425.1, 425.2, 430.1, 442, 443.1, 445.1, 445.2, 447.1, 752.1, 752.2, 753.1, 769, 1087.1, 1087.2 və 1091-ci maddələrinə istinad etmişdir.
b) İddiaya qarşı etirazın dəlilləri
23. 06.10.2023-cü il tarixdə cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti etiraz ilə məhkəməyə müraciət edərək, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Etiraz onunla əsaslandırılmışdır ki, qoşmaya əlavə olunan İddiaçı MMC tərəfindən cavabdeh Dövlət Sərhəd Xidmətinə ünvanlanmış 24 avqust 2020-ci il tarixli, 14 nömrəli müraciət məktubunun məzmununda aşağıda qeyd olunan nüanslar göstərilmişdir: - “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 01 yanvar 2011-ci il tarixdən 21 may 2020-ci il tarixə kimi olan dövrdə maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması zamanı müəyyən edilmişdir ki, Dövlət Sərhəd Xidmətinin sifarişçisi olduğu İddiaçı MMC tərəfindən yerinə yetirilmiş Şəmkir sərhəd dəstəsinin 7-çi sərhəd zastavasında 2 ədəd 1 mərtəbəli 4 mənzilli yaşayış evinin tikintisi üzrə 185701 manat, X7 11-ci sərhəd zastavasının tikintisi üzrə 141533 manat, cəmi 327234 manat iş həcmləri artırılmışdır. Eyni zamanda dövlət büdcəsinin X9 (investisiya xərcləri) hesabına tikinti obyektlərində aparılan təmir tikinti işləri üzrə Dövlət Sərhəd Xidmətinin "Qara Qaya” MMC-yə X7 11 -ci sərhəd zastavasının tikintisi üzrə 319.293,72 manat kreditor borcu yaranmışdır. Göstərilənləri və yoxlama qrupu tərəfindən X7 11-ci sərhəd zastavasının tikintisi üzrə iş həcmlərinin nəzarət-ölçü qaydasında yoxlandığını nəzərə alaraq, artırılmış iş həcmlərinin hesabına ödənilmiş 327234 manat vəsaitdən 319.293,72 manat kreditor borc hesabına bağlanmasına köməklik göstərilməsini xahiş edirlər”. İddiaçı MMC-nin yuxarıda göstərilən müraciət məktubu əsasında Dövlət Sərhəd Xidmətinin xidməti ərazisində İddiaçı MMC tərəfindən görülmüş təmir-tikinti işlərinə dair 25 sentyabr 2020-ci il tarixli üzləşmə aktı tərtib olunmuşdur. Üzləşmə aktı əsasında Dövlət Sərhəd Xidmətinin İddiaçı MMC-yə olan borcunun olmadığı təsdiqlənmişdir. Üzləşmə aktı hər iki tərəfin sələhiyyətli nümayəndəsinin imzası və möhürü ilə təsdiq edilmişdir. Qoşmaya əlavə olunan Dövlət Sərhəd Xidmətinin Maliyyə-Plan İdarəsinin 21 avqust 2023-cü il tarixli, 3-38/3-2-996/23 №li xidməti məktubunda qeyd olunur ki, “Dövlət Sərhəd Xidməti ilə "xxxx" MMC arasında "Xudat" sərhəd dəstəsinin 11-ci sərhəd zastavasının təmir-tikinti işləri ilə əlaqədar xx.xx.2018-ci il tarixli K/62 nömrəli müqavilə üzrə yaranmış 319.293,72 manat kreditor borc, Maliyyə Nazirliyi tərəfindən DSX-nin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması zamanı "xxxx" MMC tərəfindən "Şəmkir" sərhəd dəstəsinin 7-ci sərhəd zastavası üzrə 185.701 manat, "Xudat" sərhəd dəstəsinin 11 -ci sərhəd zastavasının tikintisi üzrə 141.533 manat, cəmi 327.234 manat artırılmış iş həcmlərinin hesabına bağlanması barədə şirkət tərəfindən daxil olmuş 24 avqust 2020-ci il tarixli 14 nömrəli məktuba əsasən, 25 sentyabr 2020-ci il tarixli üzləşmə aktı ilə DSX Maliyyə-Plan İdarəsinin mühasibat uçotunda sıfırlanmışdır. Belə ki, şirkətə olan 319.293,72 manat kreditor borc "xxxx" MMC-nin məktubuna əsasən silinmiş və qalan 7.940,28 manat debitor borc isə şirkət tərəfindən nəğd şəkildə Dövlət Büdcəsinə ödənilmişdir. Qeyd olunan hər iki müqavilənin və müqaviləyə dair digər sənədlərin saxlanma müddəti bitdiyi üçün 30 mart 2023-cü il tarixli qeyd 345m nömrəli məhvetmə aktına salınaraq məhv edilmişdir. Məktubda adıçəkilən Yuxarı Tahircal kəndi ərazisində yerləşən məktəb binasının təmir-tikintisi ilə əlaqədar DSX Maliyyə-Plan İdarəsinə müqavilə və müqaviləyə dair digər sənədlər təqdim olunmayıb və mühasibat uçotunda kreditor borc qeydə alınmayıb”. Qoşmaya əlavə olunan Dövlət Sərhəd Xidmətinin Əsaslı Tikinti İdarəsinin 23 mart 2022-ci il tarixli, 9/474 №-li məktubunda qeyd olunur ki, “2020-ci ildə Maliyyə Nazirliyi tərəfindən aparılan yoxlama zamanı Dövlət Sərhəd Xidməti X5 Sərhəd Dəstəsinin 7-ci və X7 11-ci sərhəd zastavalarında yerinə yetirilmiş tikinti quraşdırma işləri üzrə "xxxx" MMC-nin Dövlət Sərhəd Xidmətinə 327.234 manat məbləğində borcunun olması qeyd edilmişdir. X7 11-ci sərhəd zastavasının təmiri zamanı Dövlət Sərhəd Xidmətinin “Qara Qaya" MMC-yə olan 319.293,72 manat kreditor borcu "xxxx" MMC-nin 24 avqust 2020-ci il tarxli, 14 nömrəli məktubuna əsasən silinmiş ve qalan 7.940,28 manat isə nəğd şəkildə ödənilmiş, 25 sentyabr 2020-ci ildə üzləşmə aktı ilə Dövlət Sərhəd Xidmətinin “Qara Qaya" MMC-yə borcunun olmadığı təsdiqlənmişdir. Əlavə olaraq bildirirlər ki, Tahircal kəndi ərazisində yerləşən məktəb binasının təmir işlərini isə "xxxx" MMC yardım olaraq öz üzərinə götürmüşdür”. Beləliklə xx.xx.2015-ci il tarixli, K/68 saylı və xx.xx.2018-ci il tarixli, K-62 saylı müqavilələr üzrə cavabdeh DSX-nin İddiaçı MMC-yə olan borc məbləği sonuncunun 24 avqust 2020-ci il tarixli, 14 nömrəli müraciət məktubu əsasında tərtib olunmuş və tərəflərin imza və möhürü ilə təsdiqlənmiş 25 sentyabr 2020-ci il tarixli üzləşmə aktı əsasında sıfırlanmışdır. Yuxarı Tahircal məktəbində təmir-tikinti üzrə 96814 manat məbləğində iddia tələbinə münasibətdə isə bildirirlər ki, bununla bağlı İddiaçı MMC tərəfindən müqavilə və ya təsdiqedici sənədlər iddia ərizəsində qeyd edilməmiş və təmin edilməmişdir. Birtərəfli qaydada tərtib edilmiş, yəni yalnız İddiaçı MMC tərəfindən imzalanmaqla möhürlənmiş cədvəlin hazırlanması və bunun əsasında DSX-dən 96814 manat məbləğində pul tutulmasının tələb edilməsi əsassızdır.
c) İddia müddətinin tətbiqi barədə ərizənin dəlilləri
25. Eyni zamanda cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixli, K/68 saylı Müqavilə üzrə Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin 7-ci sərhəd zastavasının təmir-tikintisi üzrə 64630 manat və 2018-ci il tarixdə istifadəyə verilmiş Yuxarı Tahircal məktəbində təmir-tikinti üzrə 96814 manat məbləğində tələblər üzrə iddia müddətinin keçməsini nəzərə alaraq, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. İddia müddətinin tətbiqi barədə ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh Dövlət Sərhəd Xidməti arasında "Şəmkir” sərhəd dəstəsinin 7-ci sərhəd zastavasının təmir-tikintisi üzrə ƏDV daxil 1.104.595,78 manat məbləğində xx.xx.2015-ci il tarixli, K/68 saylı Müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə İddiaçı MMC tərəfindən yerinə yetirilmiş işlərə görə yaranan kreditor borc tam şəkildə cavabdeh Dövlət Sərhəd Xidməti tərəfindən ödənilmişdir. Qeyd olunan ödənişlər Maliyyə Nazirliyinin xəzinədarlıq informasiya idarəetmə portalından edilmiş çıxarışlarla təsdiq olunur. Adıçəkilən müqavilə üzrə cavabdeh Dövlət Sərhəd Xidməti tərəfindən İddiaçı MMC-yə sonuncu dəfə ödəniş xx.xx.2017-ci il tarixdə olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2ci maddəsinə əsasən Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. d) İşdə iştirak edən şəxslər və onların izahatları
27. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
28. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə etmiş və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Vəkil1 izahatında həmçinin bildirmişdir ki, cavabdeh onlara ünvanladığı məktubunda məktəbin təmir edilməsinin tərəflərindən göstərilmiş yardım olduğunu qeyd etmiş, lakin məktəbin açılışında cavabdehin nümayəndələri iştirak edib. Əgər təmir yardım məqsədilə aparılsa idi, iddiaçı məktəbi özü açılışı edərdi. Vəkil1 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, onlara görülmüş işlərlə bağlı şifahi tapşırıqlar verilib. İşlər 2015-ci ildə görülsə belə 2019-cu ilədək iddiaçı şirkət əlavə işlər görürdü. Nümayəndələri əvvəlki məhkəmə iclasında səhv məlumat vermişdir. Təhvil aktlarında tarixlər sonradan yazılmayıb, belə ki, cavabdeh özü də işlərin 2021-ci ildə təhvil aldığını etiraf edir.
29. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi X3 izahatında bildirmişdir ki, Şəmkirdə 2015 və 2016-cı illərdə işlər görülüb və təhvil verilib. Hazırda dəyərini tələb etdikləri əlavə işlər də həmin vaxt görülmüşdür. Sadəcə həmin işlər forma 2 sənədində göstərilməyib. 64.000 manat dəyərində işlərin görüldüyü 2020-ci ildə aşkarlandı. Tahircal kəndində görülən işlərdə də eyni qaydada əlavə işlər aşkarlanıb. Yəni forma-2 sənədi ilə smeta arasında fərqlər yaranmışdı. E.Həsənov məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, 2018-ci ilin sonu da ödəniş edilib. Xudat rayonunda görülən işlər ilə bağlı 2018-ci ildə işlər görülüb, 2019-cu ildə ödəniş edilib. Onlar qeyd edirlər ki, 2019-cu ilədək işlər görməyə davam edirdilər.
30. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etməmiş və etirazda, eləcə də iddia müddətinin tətbiqi barədə ərizədə göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. K.Ağalarov məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, üzləşmə aktından borcları sıfırlandığı müəyyən edilir. Məktəbin təmirinə aid nə bazis qiymətləri müəyyən edilib, nə smeta tərtib edilib. Məktəbin təmiri ilə bağlı mətbuatda dərc olunan xəbərdə də İddiaçı MMC-nin adı çəkilmir. Sonuncu məhkəmə iclasında nümayəndə qeyd etmişdir ki, təqdim olunmuş təhvil-təslim aktında göstərilmiş əlavə işlər iddiaçı tərəfindən görülüb və tərəflərindən ödənilib.
31. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi F.Hacızadə məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, 2015-ci il müqaviləsinin məbləği 1.104.596 manat idi. Bu müqavilə üzrə qarşı tərəf bütün işləri görüb və onlar ödəniş etmişlər. Sonuncu dəfə 2017-ci ildə ödəniş etmişlər. 2015-ci il müqaviləsi üzrə əlavə iş görməmişlər. Yəni maliyyə sənədlərində bu öz əksini tapmır. X7 ərazisi ilə bağlı bağlanan müqavilə üzrə 1.819.000 manat məbləğində iş görülüb və onlar 1.500.000 manat məbləğində ödəniş etmişlər. Yəni 319.000 manat məbləğində borcları qalıb. Bu müqavilə üzrə 2018-ci ildə işlər görülüb və 2018-ci ildə ödəniş edilib. 319.000 manat məbləği ödəniş etməmişlər. 319.000 manat məbləği 2020-ci ildə Maliyyə Nazirliyinin yoxlama aktına əsasən əvəzləşdirərək, silmişlər. Xudat rayonunda görülmüş işlər ilə bağlı sənədlərin qaydasında olmaması ilə bağlı tələb rədd edilməlidir. AR Maliyyə Nazirliyi əlavə görülmüş işləri qəbul etməyib. Həmin işlər görülüb, sadəcə sənədlər qaydasında deyildi.
32. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi M.İmaməliyev izahatında bildirmişdir ki, ona iddiaçının tələbi əsasında sahəyə gedib əlavə işlərin görülüb-görülməməsini müəyyən etmək tapşırılmışdır. Sahəyə baxış keçirmiş və müəyyən etdi ki, əlavə işlər görülüb, lakin həmin işlərin görülməsi sənədlərdə öz əksini tapmır. Əlavə işlərin əksəriyyəti görülən işlərin həyata keçirilməsi üçün edilmişdir. 2021-ci ildə obyektlərə baxış keçirib əlavə işlər görüldüyünü aşkarlayıb. Həmin işləri aşkarladığından aktı imzalayıb. M.İmaməliyev məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, qiymətlər əvvəldən razılaşdırılmış formada hesablanıb. Əlavə işlər 2015-2016-cı illərdə görülüb, lakin 2021-ci ilin may ayında təhvil alınıb.
33. Müstəqil tələb irəli sürməyən üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
34. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
35. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
36. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
İV. TƏTBİQ EDİLƏN HÜQUQ
37. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. - 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 753.3-cü maddəsinə görə əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. - 372.1-ci maddəsinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. -372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. - 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. - 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. - 377.2-ci maddəsinə görə ucra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. - 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. - 380.1-ci maddəsinə görə müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
38. AR MPM-in: - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
39. “Dövlət rüsumu haqqında” AR Qanununun: - 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. 40.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. 41.İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
42. Məhkəmə hesab edir ki, qismən iddia təmin edilməlidir.
43. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı MMC (icraçı) ilə cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (sifarişçi) arasında Şəmkir sərhəd dəstəsinin “N” saylı hərbi hissəsində təmir işlərinin görülməsinə dair 01 dekabr 2015-ci il tarixli K/68 saylı və Xudat şəhəri ərazisində yerləşən 11-ci SZ-nın (Sərhəd Zastavasının) əsaslı tikintisi işlərinin görünməsinə dair 21 noyabr 2018-ci il tarixli K/62 saylı müqavilələr bağlanmışdır. İcraçı İddiaçı MMC həmin müqavilələrdə görülməsi nəzərdə tutulan işləri icra etmiş və sifarişçi tərəfindən isə həmin işlərin dəyəri ödənilmişdir.
44. Hazırda İddiaçı MMC cavabdehin şifahi sifarişinə əsasən hər iki müqavilədə nəzərdə tutulmayan əlavə işlər gördüyünü, o cümlədən Tahircal kənd məktəbini təmir etdiklərini iddia edir və aşağıdakı tələblər irəli sürür: a) xx.xx.2018-ci il tarixli K-62 saylı müqavilə üzrə DSX X7 11 sərhəd zastavası üzrə tikinti-təmir işləri ilə bağlı əlavə yerinə yetirilmiş işlərə görə 149.660 manat məbləğində pulun tutulması b) Şəmkir sərhəd dəstəsinin “N” saylı hərbi hissəsində təmir işlərinin görülməsinə dair 01 dekabr 2015-ci il tarixli K/68 saylı müqavilə üzrə görülmüş əlavə yerinə yetirilmiş işlərə görə 64.630 manat məbləğində pul tutulması c) Cavabdehin sifarişi əsasında icra edilmiş X7 11 sərhəd zastavasının yaxınlığından Tahircal kənd məktəbinin təmirinə görə 96.814 manat məbləğində pulun tutulması
45. Cavabdeh iddia tələblərinin rədd edilməsini tələb edir və mövqeyini Şəmkir sərhəd dəstəsinin “N” saylı hərbi hissəsinin təmiri ilə bağlı müqavilədə nəzərdə tutulmuş muzdun tam olaraq ödənilməsi, X7 11 sərhəd zastavası üzrə tikinti-təmir işlərinə görə iddiaçıya ödənilməmiş qalmış 319.293,72 manat məbləğində borcunun 2020-ci ildə iddiaçının cavabdehə olan borcu ilə əvəzləşdirilməsi və tərəflər arasında imzalanmış 25 sentyabr 2020-ci il tarixli üzləşmə aktı ilə həmin müqavilə üzrə borclarının olmamasının təsdiq edilməsi, Tahircal məktəbinin təmiri ilə bağlı müqavilənin və digər təsdiqedicici sənədlərin təqdim edilməməsi ilə, eyni zamanda Şəmkir sərhəd dəstəsinin hərbi hissəsində görülmüş işlər üzrə, eləcə də Tahircal məktəbinin təmiri ilə bağlı görülmüş işlər üzrə iddia müddətinin buraxılması ilə əsaslandırır.
46. Birinci tələbə münasibətdə məhkəmə qeyd edir ki, xx.xx.2018-ci il tarixli K-62 saylı müqavilə üzrə iddiaçı tərəfindən müqavilədə nəzərdə tutulmayan işlərin icra edilməsi və cavabdehə təhvil verilməsi tərəflərin imzası və Dövlət Sərhəd Xidmətinin Əsaslı Tikinti İdarəsinin möhürü ilə təsdiq edilmiş 2021-ci il tarixli təhvil-təslim aktı ilə öz təsdiqini tapır.
47. Bununla yanaşı məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndələri təhvil-təslim aktında göstərilmiş əlavə işlərin icra edilməsini inkar etməmiş, eləcə də ikitərəfli təhvil-təslim aktına imza etmiş şəxsin səlahiyyətlərini, eləcə də möhürün həqiqiliyini mübahisələndirməmişlər.
48. Əlavə işlərin icra edilməsinə haqq ödənilməli olub-olmaması ilə bağlı məsələyə münasibətdə qeyd edilməlidir ki, Mülki Məcəllənin 753.3-cü maddəsinin tələblərinə əsasən icraçı icra edilməsini sifarişçi tərəfindən tələb edilən müqavilədə nəzərdə tutulmayan əlavə işlərin yerinə yetirməsinə görə ayrıca muzd almaq hüququ vardır. Hazırkı halda icra edilmiş əlavə işlərin sifarişçi tərəfindən qiymətləndirilməsi və tərəflər arasında həmin işlərin dəyəri göstərilməklə təhvil-təslim aktının imzalanması sözügedən işlərin sifarişçinin tələbi ilə icra edilməsinə, eləcə də tərəflərin həmin işlərə görə ayrıca haqq ödənilməsi basrədə razılığa gəlmələrinə dəlalət edir.
49. Bundan əlavə cavabdeh əlavə işlərə görə muzdun tutulması hissəsində iddia tələbinə etirazının əsası kimi həmin işlərə görə muzdun ödənilməli olmamasına deyil, əlavə işlərin dəyərinin ödənilməsinə və 2020-ci ilin sentyabr ayında imzalanmış üzləşmə aktına əsasən iddiaçıya borclarının qalmamasına istinad etmişdir.
50. Cavabdehin sözügedən dəlilləri ilə bağlı qeyd edilməlidir ki, iddiaçı iddia ərizəsində ödənilməsi tələb olunan işlərə görə muzdun ödənilməsini iddia etsə də, həmin müqavilə üzrə müqavilə dəyərindən əlavə hər hansı bir məbləğin ödənilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.
51. 2020-ci ilin sentyabr ayında imzalanmış üzləşmə aktında iddiaçının mübahisəli müqavilə üzrə borcunun olmamasının müəyyən edilməsinə gəldikdə qeyd edilməlidir ki, tərəflər əlavə işlərin qiymətləndirilməsini yalnız 2021-ci ildə aparmış və həmin işlərin təhvil-təslimini də həmin ildə həyata keçirmişlər. Göstərilən hal isə həmin işlərə görə yaranmış borcun 2020-ci ilin sentyabrında imzalanmış üzləşmə aktında nəzərə alınmasını istisna edir. Belə ki, cavabdehin iddia etdiyi kimi mübahisəli işlərin dəyərini təşkil edən borcun 2020-ci ildə tərtib edilmiş üzləşmə aktında nəzərə alındığını və ödənildiyini ehtimal etsək həmin işlərin 2021-ci ildə cavabdeh tərəfindən yenidən qiymətləndirilməsi və qəbul edilməsi ağlabatan görünmür.
52. Odur ki, həmin hissədə iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətindən 149.660,93 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
53. İkinci tələblə bağlı məhkəmə qeyd edir ki, iddiaçı həmin hissədə də iddia tələbini əsaslığını sübuta yetirmək üçün cavabdehin nümayəndəsi tərəfindən imzalanmış və üzərinə möhür vurulmuş 2021-ci il tarixli təhvil-təslim aktına istinad etmişdir. Cavabdeh tərəf aktı imzalanmış nümayəndənin səlahiyyətlərini, eləcə də akta vurulmuş möhürün həqiqiliyini, eləcə də aktın 2021-ci ildə tərtib edilməsini, eləcə də aktda göstərilmiş müqavilədə nəzərdə tutulmayan işlərin iddiaçı tərəfindən həqiqətən icra edilməsini mübahisələndirməmişlər.
54. Odur ki, məhkəmə cavabdehin işlərin adını, həcmini və dəyərini əks etdirən təhviltəslim aktını imzalayaraq sözügedən işləri qəbul etməklə yanaşı faktiki olaraq həmin işlərə görə akta nəzərdə tutulan muzdun ödəməli olmasını da təsdiqlədiyini nəzərə alaraq hesab edir ki, İddiaçı MMC-nin həmin hissədə də iddiası əsaslıdır.
55. Digər tərəfdən iş materiallarından görünür ki, cavabdeh həmin hissədə iddia tələbinə iddia müddətinin tətbiqi barədə ərizə vermişdir.
56. Bununla bağlı tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, X7 11 sərhəd zastavasında görülmüş hazırda ödənilməsi tələb edilən əlavə işlər də həmin müqavilədə nəzərdə tutulmuş işlər kimi 2016-cı ildə görülüb başa çatmışdır, müqavilə üzrə son ödəniş isə 2017-ci ildə keçirilmişdir. Odur ki, cavabdeh ən geci 2017-ci ilin dekabrından öz hüquqlarının pozulduğunu bilməli olduğundan iddia müddətinin axımı həmin tarixdən başlamış və 2020-ci ilin dekabrında başa çatmışdır.
57. Belə olan halda 2021-ci ildə həmin işlərin qəbul edilməsi barədə aktın cavabdeh tərəfindən təsdiq edilməsini borcu etirafedici hərəkət kimi qəbul etsək belə həmin hərəkət müqavilə tələbləri üçün qanunda nəzərdə tutulmuş 3 illik müddət buraxıldıqdan sonra edildiyindən iddia müddətinin kəsilməsinə səbəb olan hərəkət kimi qəbul edilə bilməz.
58. Belə olan halda məhkəmə belə qənaətə gəlir ki, həmin hissədə iddia tələbi iddia müddəti buraxılmaqla irəli sürüldüyündən rədd edilməlidir.
59. Üçüncü tələbə münasibətdə isə qeyd edilməlidir ki, iddiaçı həmin hissədə iddia tələbini cavabdehin sifarişinə əsasən iddiaçı tərəfindən Tahircal kənd məktəbinin təmir edilməsi ilə əsaslandırılsa da, cavabdeh tərəfindən kənd məktəbinin təmir işlərinin sifariş edilməsini, həmin təmir işlərinin həcmi və dəyəri ilə bağlı cavabdehlə razılığa gəldiklərini, eləcə də icra edilmiş işlərin həcm və dəyərini təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir.
60. Həmin hissədə iddia tələblərini əsaslandırmaq üçün iddiaçının istinad etdiyi cavabdehin xx.xx.2022-ci il tarixli məktubunda İddiaçı MMC-nin həmin təmir işlərini yardım olaraq üzərinə götürməsini göstərməklə məktəbin təmir işlərinin MMC tərəfindən icra edilməsini faktiki etiraf etməsi, eləcə də məktəbin açılışında cavabdehin nümayəndələrinin iştirak etməsi barədə - dəlillərə münasibətdə məhkəmə qeyd edir ki, həmin dəlillər İddiaçı MMC tərəfindən iddia etdiyi həcmdə təmir işlərinin görülməsini, həmin işlərin cavabdeh tərəfindən sifariş edilməsini, eləcə də həmin işlərə görə cavabdeh tərəfindən 96.814 manat məbləğində muzdun ödənilməli olması barədə nəticəyə gəlmək üçün kifayət etmir.
61. Odur ki, həmin hissədə iddia əsassızdır. Sözügedən iddia tələbi əsassız olduğundan həmin tələbə münasibətdə iddia müddətinin tətbiq edilməsinə də zərurət yoxdur.
62. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 400 manat məbləğində mediasiya xərcləri və 205 manat məbləğində dövlt rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
63. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan görünür ki, hazırkı iddia tələbi üzrə dövlət rüsumunun məbləği 601 manat təşkil edir.
64. Göründüyü kimi hazırkı iş üzrə dövlət rüsumu mediasiya xərclərindən artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı həmin xərclərin həddində dövlət rüsumunu ödəməkdən azad edilmişdir.
65. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 200 və dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.
66. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətindən 149.660,93 manat məbləğində pul vəsaiti, mediasiya xərclərinin əvəzi olaraq 200 və dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva