Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1483/2020 26.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Səfərli Arzu Mahir qızının katibliyi ilə, cavabdehin qanuni təmsilçisi X2 cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən əsas borc olaraq 854.577 manat, gecikdirilmiş vaxt üçün 10,682 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul vəsaitinin İddiaçı bank hesabına və yaxud nəğd şəkildə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə onunla Cavabdeh arasında 19/003 nömrəli xidmətmüqaviləsi bağlanmışdır. Həmin müqavilənin 4-cü bəndinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu 8 ünvanında yerləşən 27 və 28-ci binalarda görülmüş işlərin ödənişi olaraqCavabdeh ona 854.577 manat məbləğində pul borcludur. 2019-cu ilin dekabr ayının son günlərində sözügedən müqavilə ilə nəzərdə tutulmuş işlər tərəfindən başa çatdırılmışdır. Dahasonratərəfindən cavabdehə borcun ödənilməsinə görə dəfələrləşifahi və pretenziya şəklində müraciətedilməsinə baxmayaraq cavabdeh tərəf hələ də öz öhdəliyini yerinə yetirməmişdir. Cavabdehin nümayəndəsi və vəkili X3 məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək bildirdi ki, iddiaçı mübahisəli podrat işlərin onun tərəfindən görülməsini təsdiq edən heç bir sübutu təqdim etməmişdir. İddiaçı tərəfindən 9/003 saylı xx.xx.2019-cu il tarixli xidmət müqaviləsinə əsasən heç bir iş görülməmişdir. Göstərilənlərə əsasən E.N.Şərifov iddianın rədd edilməsini xahiş etdi. Cavabdehin qanuni təmsilçisi X4 iddia tələbinə etiraz edərək iddianın iddianın rədd edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı (icraçı) və Cavabdeh MMC (sifarişçi) arasında xidmət göstərilməsinə dair 19/003 saylı xx.xx.2019-cu il tarixli müqavilə başlanmışdır. Həmin müqaviləyə əsasən sifarişçi tapşırıq verməyi, icraçı isə hazırkı müqavilədə aşağıda göstərilmiş şərtlərlə Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi yolu -8 ünvanda 27, 28 və 29 saylı yaşayış binalarında daxili rəngsaz işləri və mərmər, qranit, keramik tavacıqlar, pilləkən-döşəmə üzlüklərinin quraşdırılması xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürmüşdür. Həmin müqavilənin 4.4-cü bəndinə əsasən ödəniş qarşılıqlı təsdiq edilmiş akt və icraçı tərəfindən təqdim edilən elektron qaimə əsasında həyata keçirilir. İddiaçı tərəfindən Yasamal rayonu, Xarici Dairəvi yolu -8 ünvanda 28-ci binada 275.819 manat məbləğində işlərin görülməsinə dair “Görülmüş işlərin qəbulu barədə” akt tərtib edilmiş, lakin həmin akt Cavabdeh MMC tərəfindən imzalanmamışdır. İddiaçı tərəfindən Yasamal rayonu, Xarici Dairəvi yolu -8 ünvanda 27-ci binada 578.758 manat məbləğində işlərin görülməsinə dair “Görülmüş işlərin qəbulu barədə” akt tərtib edilmiş, lakin həmin akt Cavabdeh MMC tərəfindən imzalanmamışdır. İddiaçı tərəfindən pretenziya məktubu ilə Cavabdeh MMC-yə müraciət edilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 385, 752.1-ci maddələri təşkil edir. Mülki Məcəllənin: 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarından isə görünür ki, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni 19/003 saylı xx.xx.2019-cu il tarixli xidmət müqaviləsinə əsasən rəngsaz işləri və mərmər, qranit, keramik tavacıqlar, pilləkən-döşəmə üzlüklərinin quraşdırılması işlərini yerinə yetirməsini təsdiq edən sübutları mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçının məhkəməyə təqdim etdiyi işlərin görülməsi barədə birtərəfli qaydada tərtib edilmiş işlərin görülməsi barədə aktlarına münasibətdə isə məhkəmə qeyd edir ki, həmin aktlar müqavilənin şərtlərinə uyğun olaraq podratçı Cavabdeh MMC tərəfindən təsdiq edilməmiş və belə olan halda aktlarda göstərilmiş işlərin İddiaçı tərəfindən görülməsi faktının məhkəmə tərəfindən müəyyən edilməsi üçün yetərli deyil. MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası rədd edilsin. İddia verilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1483/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1483/2020
26.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver