Məhkəmə qərarları › İş №e-2-2(113)-15/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-15/2023

26.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-15/2023 26.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İlk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı pul tələbi, müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı pul və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçınə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: podrat müqaviləsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, ilk iddia üzrə İddiaçı nümayəndəsi Nümayəndə, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İlk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı pul tələbi, müstəqil tələb irəli sürən üçüncü şəxs X4 cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı pul və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçınə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı (İddiaçı MMC) cavabdehlər Cavabdeh1nə (Cavabdeh1 MMC) və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 542159,35 ABŞ dolları məbləğində vəsaitin ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə ifadə olunan ekvivalentinin Cavabdeh1 MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Həmçinin İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək (e-2-2(113)- 877/2021 saylı iş) ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsinə uyğun olaraq 343921,56 ABŞ dolları məbləğində vəsaitin Azərbaycan manatı ilə ifadə olunan ekvivalentinin Cavabdeh1 MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Bakı Kommersiya Məhkəməsinin 18 mart 2021-ci il tarixli, e-2-2(113)-877/2021 saylı qərardadına əsasən İddiaçı MMC-nin Cavabdeh1 MMC-yə qarşı pul tələbinə dair e- 2-2(113)-877/2021 saylı işin İddiaçı MMC-nin Cavabdeh1 MMC-yə qarşı pul tələbinə dair digər işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır.

4. İddia tələbləri onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və Cavabdeh1 MMC arasında bağlanmış aşağıdakı podrat müqavilələrinə: -19 may 2015-ci il tarixli 909/335- 2015 saylı, Bilgəh İqamətgahında kennet damı və günbəzlərə görə zəruri materialların alınması və vurulması barədə, 05 mart 2016-cı il tarixli 909/386-16 saylı, Bilgəh İqamətgahında açılan şüşə konstruksiyası barədə, 25 mart 2016-cı il tarixli 909/391-15 saylı, Bilgəh İqamətgahında söhbətgah-təndirxana kompleksinin mis materialdan vurulması barədə, 17 iyun 2016-cı il tarixli 909/400-16 saylı, Bilgəh İqamətgahının dam örtüyünün vurulması barədə, 14 fevral 2017-ci il tarixli 909/445-17 saylı, Bilgəh İqamətgahda 2 mərtəbəli yaşayış evində podrat işlərinin göstərilən dizayn və görünüşdə təhvil verilməsi, 05 avqust 2017-ci il tarixli 909/495-17 saylı, Bilgəh İqamətgahının mansart işlərinin təmir edilməsi barədə, 21 noyabr 2017-ci il tarixli 909/518-17 saylı, Bilgəh İqamətgahında əlavə işlər və konstruksiya barədə müqavilələrin ayrılmaz hissələri hesab edilən əlavələrə (əlavə işlərin smetalarına) əsasən Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Salahzadə küçəsi 9, ev 4, 5, 7, 11, 14, 15 ünvanlarındakı obyektdə təmir tikinti-quraşdırma işlərinin görülməsinə dair podrat işlərinin yerinə yetirilməsi Cavabdeh1 MMC-yə həvalə olunmuşdur. Podrat müqavilələri üzrə ümumi görülməli işlərin smeta dəyəri ******* ABŞ dolları məbləğində müəyyən edilmişdir. Müqavilələr üzrə podrat işlərinin icra müddəti və tam təhvil verilməsi müddəti ərzində Cavabdeh1 MMC tərəfindən müqavilə öhdəlikləri lazımı qaydada yerinə yetirilməmişdir. Eyni zamanda həmin müddət ərzində də işlər müqavilə şərtlərinə uyğun keyfiyyət və kəmiyyətdə, həmçinin tələb olunan işgüzar adətlərə uyğun qaydada təhvil verilməmişdir. İddiaçı tərəfindən podrat müqaviləsi üzrə öhdəliklər tam olaraq yerinə yetirilmiş və müvafiq olaraq ******* ABŞ dolları məbləğində pul vəsaiti cavabdehə ödənilmişdir. Bundan əlavə 16/1028-2016 nömrəli xx.xx.2016-cı il tarixli məktubla Cavabdeh1 MMC-yə ünvanlanmış pretenziyada göstərilmişdir ki, Cavabdeh1 MMC ilə İddiaçı MMC arasında bağlanmış 05 mart 2016-cı il tarixli podrat müqaviləsinə əsasən cavabdehə həvalə olunmuş podrat işləri tamamlanmamış, müqavilə üzrə öhdəliklər tam icra edilməmişdir. Eyni zamanda 16/1918-20 nömrəli xx.xx.2020-ci il tarixli məktubla Cavabdeh1 MMC-yə ünvanlanmış pretenziyada göstərilmişdir ki, “19 may 2015ci il tarixli 909/335-2015 saylı, Bilgəh İqamətgahında kennet damı və günbəzlərə görə zəruri materialların alınması və vurulması barədə, 05 mart 2016-cı il tarixli 909/386-16 saylı, Bilgəh İqamətgahında açılan şüşə konstruksiyası barədə, 25 mart 2016-cı il tarixli 909/391-15 saylı, Bilgəh İqamətgahında söhbətgah-təndirxana kompleksinin mis materialdan vurulması barədə, 17 iyun 2016-cı il tarixli 909/400-16 saylı, Bilgəh İqamətgahının dam örtüyünün vurulması barədə, 14 fevral 2017-ci il tarixli 909/445-17 saylı, Bilgəh İqamətgahda 2 mərtəbəli yaşayış evində podrat işlərinin göstərilən dizayn və görünüşdə təhvil verilməsi, 05 avqust 2017-ci il tarixli 909/495-17 saylı, Bilgəh İqamətgahının mansart işlərinin təmir edilməsi barədə, 21 noyabr 2017-ci il tarixli 909/518- 17 saylı, Bilgəh İqamətgahında əlavə işlər və konstruksiya barədə müqavilələrə, o cümlədən həmin müqavilələrin ayrılmaz hissələri hesab edilən əlavələrə (əlavə işlərin smetalarına) əsasən cavabdehə həvalə olunmuş podrat işləri yerinə yetirilməmiş və öhdəliklər tam icra olunmamışdır. İddiaçı MMC-yə cavabdeh - Cavabdeh1 MMC arasında bağlanmış podrat müqavilələri üzrə müddətin başa çatması ilə əlaqədar olaraq iddiaçı podrat müqaviləsinin icrasına marağını itirmişdir. Rusiya Federasiyasının hüquqi şəxsi olan “Lyuks İnteriors” şirkətlər qrupuna daxil olan "xxxx" MMC-nin ekspert mütəxəssisləri tərəfindən görülmüş işlərin keyfiyyətinin və kəmiyyətinin təftişi (auditi) aparılmış və bunların nəticəsinə dair “31” iyul 2020-ci il tarixli, 5/3 nömrəli texniki rəy tərtib edilib təqdim edilmişdir. Aparılmış təftişin (auditin) nəticəsində müəyyən edilmişdir ki, icra edilmiş tikintiquraşdırma və bəzək işlərinin, eləcə də istifadə olunmuş materialların normativ sənədlərin tələblərinə uyğunluğunun müəyyən edilməsi üçün "xxxx" MMC-nin mütəxəssisləri – X3, X1 20 may 2020-ci il tarixdə cavabdehin nümayəndəsinin müşayiəti ilə Cavabdeh1 MMC-nin anbarına baxış keçirmişlər. Baxışın məqsədi Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Salahzadə küçəsi ünvanında yerləşən rezidensiyanın (iqamətgahın) əsas binasında mansarda mərtəbənin döşəməsinin üzlənilməsi üçün iş icraçısı tərəfindən tədarük edilmiş parket taxtasının say və keyfiyyətinin müəyyən edilməsi olmuşdur. Cavabdehin nümayəndəsinin sözlərinə görə parket taxtası anbara 6 aydan çoxdur ki, gətirilmişdir. Təftiş zamanı seçim üzrə foto fiksasiya aparılmışdır. Baxış zamanı müəyyən edilmişdir ki, anbar isidilməyən qaraj boksu sahəsindən ibarətdir. Qarajın daxilində qoruyucu konstruksiyanın (dəmir-beton örtüyü və suvaqlanmış divarlar) səthində duzlaşma aşkar edilmişdir. Duzlaşmanın əmələ gəlməsinin səbəbləri: havada rütubətin yüksək olması - suda həll olmuş duzların mövcudluğudur. Su beton və ya suvağa hopur və buxarlanma zamanı səthin üzərində duzlar qalır və onlar duzlaşma şəklində özünü büruzə verir. Döşəmənin səthində su izləri görünür. Parket taxtaları olan paçkalar nahamar asfaltbeton səthə araqatsız yığılıb. Paçkalar tip, marka, ölçü, plankaların ağac növü üzrə çeşidlənərək və onların yerləşdirmə variantları üzrə düzgün cərgələrə düzülərək və aralarında arakəsmə qoyularaq isidilən otaqlarda, havanın rütubəti 60%-dən artıq olmayan, göbələk və həşəratlara ziyan vurmağa imkan verməyən şəraitlərdə saxlanılmalıdır. Parket taxtaları olan bağlı paçkaların etiketlərində yalnız parketin süzülməsi üzrə tövsiyələr verilmişdir və üzərində aşağıdakılar qeyd edilməli olan hər hansı bir etiket və ya birka yoxdur: - İstehsalçı zavodun adı və əmtəə nişanı; - TNŞ (texniki nəzarət şöbəsinin) qəbuledicisinin nömrəsi; - Ədədlərdə və kvadrat metrdə parket taxtalarının sayı; - Üzlük plankaları ağacının növü. Parket taxtasına aşağıdakıların qeyd edilməli olduğu keyfiyyət haqqında sənəd təqdim edilməyib: - İstehsalçı-zavodun adı və onun ünvanı: - Taxtaların tipi və markası; - Ədəd və kvadrat metrlə parket taxtalarının sayı; - Partiya nömrəsi; - İstehsal tarixi; - Cari standartın işarəsi. Parket taxtası üçün birləşdirici şpon (həmçinin anbardakı) olan qablaşdırmalar istehsalçı-zavodun adını və ünvanını daşıyan etiketləri var: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, Belarus Respublikası, 213808, Bobruysk Respublikası, Zapadnaya küçəsi, 20, otaq 4. Birləşdirici şpon. TU BU 790911 150.001 – 2017. Şponun ölçüsü, mm: uzunluğu: 1140 (±) x eni 13 (±) x qalınlığı 4,3 (-0,3). Bir qablaşdırmada ədədlərin sayı: 100. Qablaşdırmada paçka yerinin sayı: 114”. Etiket tərtibat üslubu və rəng üzrə parket taxtası olan bağlanılmış paçkaların parketin düzülməsi üzrə yalnız tövsiyə xarakterli məlumat daşıyan etiketlərinə uyğundur. Parket taxtalarının bağlanılmış paçkaların yoxlanılması zamanı paçkaların bütövlüyünün pozulması aşkar olunmuşdur (paçkaların bir hissəsi hermetik deyil). Paçkaların etiketlərində şişkinlik və su ləkələri aşkar olunub. Paçkaları havanın nisbi rütubəti 60%-dən artıq olmayan, onların nəmlənməsinə imkan verməyən şəraitdə saxlamaq lazımdır. Parket taxtasının vəziyyətini və xarakteristikasını müəyyən etmək üçün hermetik bağlanılmış zavod qablaşdırması açılmışdır, nəticələrə görə müəyyən edilmişdir: - Paçkaların birində taxtanın əks tərəfində karandaş ilə rus dilində “BRAK” (brak) yazısı aşkar olunmuşdur; - Parket taxtaları öz aralarında rəng ilə fərqlənir (sarı və ağımtıl); - Parket taxtalarının bir hissəsində kənarlardan (tünd) mərkəzə (daha açıq) doğru rəng dəyişiklikləri var ki, bu da saxlanılma şəraitlərinin pozulması, rütubətin yüksək olmasının təsdiqidir; - Parket taxtalarında həndəsə pozuntuları var (əyilmişdir); - Taxtaların birləşdirilməsi zamanı çıxıntılar əmələ gəlir; - Parketin hazırlanmasında enə görə müxtəlif tiyə ağzı icra edilmişdir. Anbarda olan paçkaların sayı: - Parket – 356 paçka; - Birləşdirici şpon – 17 paçka, hərəsində 100 ədəd 1,25 m və 3 paçka hərəsində 100 ədəd 1,54 m. Aşkar olunmuş qüsurlar parket taxtasının saxlanılma, istehsalatda istehsal və ceşidləmə şərtlərinin pozulmasının nəticəsidir. Həmçinin markalanma və materialın keyfiyyətini təsdiq edən sənəd yoxdur. Aşkar olunmuş qüsur və pozuntular əsasında "xxxx" MMC-nin mütəxəssisləri elə bir nəticəyə gəlirlər ki, parket taxtasının keyfiyyəti normativ sənədlərin tələblərinə uyğun deyil və Sifarişçinin nümayəndələri tərəfindən qəbuledilə bilməz. Darvaza və qapılar istehsalat sahəsinin döşəməsində idi (iş icraçısının sözlərinə əsasən 3 ilə yaxın). Darvaza və qapıların istehsalı və gələcək naxış vurma üzrə işlər başa çatmayıb. Təftiş anına məmulatların vəziyyəti: - Taxta lövhələr bəzi yerlərdə bərkidilməyib; - Taxta səthlər cilovlanmayıb və üzərinə yağ vurulmayıb; - Mis bəzək elementləri yoxdur; - Avtomatik motor sistemi yoxdur. Bununla da müqavilənin şərtləri pozulur – darvazaların hazırlanma müddəti 6 (altı) ay təşkil edir. Smeta müqavilənin imzalanma tarixi xx.xx.2015ci ildir. Darvaza və qapıların yoxlanılmasının nəticələrinə əsasən bir sıra qüsurlar aşkar edilmişdir: - Taxta səthin üzərində qopuq və batıqlar var. - Darvaza və qapıların taxta üzlüyünün yapışdırılmış tikiş və birləşmələrində təbəqələşmə aşkar olunub, taxta üzlükdə işlərin icrası zamanı elementlərin bir-birinə sıx yerləşdirilməsi icra edilməyib, birləşmələrdə deşik və çıxıntılar aşkar olunub. Qapı ilgəkləri ətrafında çat və mişarlanma yerləri var - Lövhələrin taxta üzlüyündə qabarmış səthlər və faner əsasdan laylanma var. - Qapı ilgəklərinin üzərinə lak və boya vurulmayıb, səthində korroziya var. - Darvazaların üst tağ elementləri texniki tapşırığa uyğun deyil (foto “Dizayn”) müqavilə sənədlərinin aşkar olunmuş pozuntularına və aşkar olunmuş qüsurlara əsasən "xxxx" MMC-nin mütəxəssisləri belə bir nəticəyə gəlirlər ki, darvaza və qapılar müqavilənin şərtlərinə və normativ tələblərə uyğun deyil və bu vəziyyətdə Obyektdə quraşdırıla bilməz. - A (A) Bölməsi üzrə: ünvan 1 ünvanındakı obyektdə görüləsi işlərə dair icraçının təqdim etdiyi smetalar üzrə, faktiki görülmüş işlərdə aşkar edilmiş qüsurların və çatışmazlıqların aradan qaldırılması məqsədilə görülməli tikinti-montaj işlərinin dəyərinin 719772,57 ABŞ dolları təşkil etdiyi müəyyən edilmişdir. Nəzərə alınsa ki, 4325051,22 ABŞ dolları dəyərində faktiki işlər görülmüşdür və həmin işlərdə qüsurların aradan qaldırılması üçün 71977257 ABŞ dolları tələb olunur və ümumilikdə sifarişçi tərəfindən podratçıya ******* ABŞ dolları ödənilmişdir, beləliklə də podratçı tərəfindən sifarişçiyə 542159,35 ABŞ dolları məbləğində pul ödənilməlidir. Bundan başqa, İddiaçı MMC və Cavabdeh1 MMC arasında bağlanmış 909/386-16 saylı xx.xx.2016-cı il tarixli, 909/395-16 saylı xx.xx.2016-cı il tarixli, 909/504-17 saylı xx.xx.2017-ci il tarixli podrat müqavilələrinə və həmin müqavilələrin ayrılmaz hissələri hesab edilən əlavələrinə (əlavə işlərin smetalarına) əsasən ünvan 2 ünvanlarında yerləşən iddiaçının xüsusi mülkiyyətində olan binada podrat işlərinin yerinə yetirilməsi cavabdehə həvalə olunmuşdur. Podrat müqavilələri üzrə ümumi görülməli işlərin smeta dəyəri ******* ABŞ dolları məbləğində müəyyən edilmişdir. Müqavilələr üzrə podrat işlərinin icra müddəti və tam təhvil verilməsi müddəti ərzində Cavabdeh1 MMC tərəfindən müqavilə öhdəlikləri lazımı qaydada yerinə yetirilməmişdir. Eyni zamanda həmin müddət ərzində də işlər müqavilə şərtlərinə uyğun keyfiyyət və kəmiyyətdə, həmçinin tələb olunan işgüzar adətlərə uyğun qaydada təhvil verilməmişdir. İddiaçı tərəfindən podrat müqaviləsi üzrə öhdəliklər tam olaraq yerinə yetirilmiş və müvafiq olaraq 869,019.00 ABŞ dolları məbləğində pul vəsaiti cavabdehə ödənilmişdir. İddiaçının cavabdehə ünvanlandığı 16/1917-20 nömrəli xx.xx.2020-ci il tarixli pretenziyada göstərilmişdir ki, tərəflər arasında bağlanmış 909/386- 16 saylı xx.xx.2016-cı il tarixli, 909/395-16 saylı xx.xx.2016-cı il tarixli, 909/504-17 saylı xx.xx.2017-ci il tarixli podrat müqavilələri və həmin müqavilələrin ayrılmaz hissələri hesab edilən əlavələri (əlavə işlərin smetaları) üzrə Cavabdeh1 MMC tərəfindən öhdəliklər lazımı qaydada yerinə yetirilməmişdir, işlər təhvil verilməmişdir. Eləcə də bildirilmişdir ki, İddiaçı MMC və Cavabdeh1 MMC arasında bağlanmış 909/386-16 saylı xx.xx.2016-cı il tarixli, 909/395-16 saylı xx.xx.2016-cı il tarixli, 909/504-17 saylı xx.xx.2017-ci il tarixli müqavilələr üzrə müddətin başa çatması ilə əlaqədar olaraq iddiaçı podrat müqavilələrinin icrasına marağını itirmişdir. 16/1917-20 nömrəli xx.xx.2020-ci il tarixli pretenziya ilə iddiaçı tələb etmişdir ki, 343921,56 ABŞ dolları məbləğində vəsait iddiaçının bank hesabına ödənilsin. İddiaçının sifarişi əsasında Rusiya Federasiyasının hüquqi şəxsi olan “Lyuks İnteriors” şirkətlər qrupuna daxil olan "xxxx" MMC-nin ekspert mütəxəssisləri tərəfindən Bakı şəhəri, Səbail rayonu, Mirzə Şəfi küçəsi, 17 və 19 ünvanlarında yerləşən əmlakda cavabdehin yerinə yetirdiyi işlərin keyfiyyətinin və kəmiyyətinin cavabdehin nümayəndələrinin iştirakı ilə təftişi (auditi) aparılmış və bunların nəticəsinə dair “31” iyul 2020-ci il tarixli 0702 nömrəli “Texniki Rəy” tərtib edilib təqdim edilmişdir. Aparılmış təftişin (auditin) nəticəsində müəyyən edilmişdir ki, faktiki icra edilmiş tikinti-quraşdırılma işlərinin dəyəri 841237,63 ABŞ dolları təşkil edir, qüsur və pozuntuların aradan qaldırılması üçün tikinti quraşdırma və bəzək işlərinin dəyəri 305613,65 ABŞ dolları təşkil edir, pozuntuların aradan qaldırılması üçün 10526,54 ABŞ dolları tələb edilir. Ümumilikdə isə, 316140,19 ABŞ dolları məbləğində pul vəsaiti tələb olunur. Nəzərə alınsa ki, İddiaçı MMC və Cavabdeh1 MMC arasında bağlanmış 909/386-16 saylı xx.xx.2016-cı il tarixli, 909/395-16 saylı xx.xx.2016cı il tarixli, 909/504-17 saylı xx.xx.2017-ci il tarixli Podrat müqavilələrinə və həmin müqavilələrin ayrılmaz hissələri hesab edilən əlavələrinə əsasən Bakı şəhəri, Səbail rayonu, Mirzə Şəfi küçəsi, 17 və 19 ünvanda yerləşən iddiaçının xüsusi mülkiyyətində olan binada cavabdeh tərəfindən görülmüş işlərin ümumi dəyəri 841237,63 ABŞ dolları təşkil etmişdir, görülmüş işlərdə nöqsanların aradan qaldırılmasına ümumilikdə 316.140,19 ABŞ dolları məbləğində pul vəsaiti tələb olunur və həmin işlərə görə cavabdehə ümumilikdə təqdim edilmiş hesablar üzrə 869019 ABŞ dolları ödənilmişdir, beləliklə də cavabdeh tərəfindən iddiaçıya 343921,56 ABŞ dolları məbləğində pul ödənilməlidir.

5. Cavabdeh1 MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 3 ünvanında yerləşən torpaq sahəsinin onun xeyrinə ipoteka ilə yüklü edilməsi, İddiaçı MMC-dən ******* ABŞ dolları əsas, 475576 ABŞ dolları faiz, ümumilikdə cəmi ******* ABŞ dollarının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilkin iddia tələbinin dəlili kimi tərəflər arasında bağlanmış bir sıra podrat müqavilələrinə əsasən guya cavabdeh-qarşılıqlı iddiaçı "xxxx" MMC-yə həvalə edilmiş işlərin tam şəkildə yerinə yetirilməməsi, yerinə yetirilmiş işlərdə isə aşkar olunan qüsurların olması göstərilir. Dəlillərin əsası kimi Azərbaycan Respublkasına aid olmayan, eləcə də tərəflərin birgə iştirakı ilə aparılmadan RF hüquqi şəxsi olan “Lyuks İnteriors” şirkətlər qurupuna daxil olan "xxxx" şirkətinin mütəxəssisləri tərəfindən tərtib edilən müvafiq rəylər təşkil edir. İlkin iddia tələbinin məqsədi tərəflər arasında mövcud olan podrat münasibətlərində sifarişçi qismində çıxış edən qarşılıqlı cavabdeh MMC-nin podratçı "xxxx" MMC tərəfindən yerinə yetirilmiş işlərin əvəzində müəyyənləşdirilmiş muzdu əsassız dəlillər gətirməklə qərəzli, əsassız və qanunsuz olaraq ödəməkdən yayınmaqdadır. İlkin iddia tələbinin dəlilinin əsası kimi istinad olunan texniki rəyə münasibətən həmin rəyin mötəbərliyi və sübut əhəmiyyəti yoxdur. Sübut kimi qəbul edilə bilməz. Tərəflər arasında bağlanmış podrat müqaviləsinə əsasən ilkin iddiaçının sifarişi ilə ünvan 3 ünvanlarındakı obyektdə podratçı tərəfindən böyük həcmdə təmir-tikinti quraşdırma işləri aparılmışdır. Qeyd olunan podrat müqavilələri və həmin müqavilələr əsasında razılaşdırılmış smetalar üzrə podratçı tərəfindən görülmüş işlərin ümumi dəyəri ilkin iddia üzrə göstərildiyi kimi ******* ABŞ dolları təşkil etmişdir. Təxminən 2019-cu ilin may-iyun aylarında göstərilən podrat müqavilələri üzrə podratçı tərəfindən müvafiq təmir-tikinti, quraçdırma işləri yerinə yetirilib tamamlandıqdan sonra sifarişçi qarşılıqlı cavabdeh görülmüş işlər üzrə razıladşdırılmış smeta dəyərini-muzdu ödəməkdən yayınmışdır. Səbəb kimi isə ödənişin tezliklə ödəniləcəyi bəhanəsi, eləcə də sifarişçi qarşılıqlı cavabdeh tərəfndən görülmüş işlər üzrə auditin aparılması olmuşdur. Görülmüş işlərin dəyərinin ödənilməsi ilə bağlı dəfələrlə cəmiyyətə müracət edilsə də, müxtəlif bəhanələr və qərəzli mövqe göstərməklə heç bir müsbət nəticə olmamışdır.

7. Bakı Kommersiya Məhkəməsinin 20 avqust 2021-ci il tarixli, e-2-2(113)-640/2021 saylı qərardadına əsasən müstəqil tələbi irəli sürən üçüncü şəxs X4 iddia ərizəsi icraata qəbul edilmişdir.

8. İddiaçı MMC və müstəqil tələbi irəli sürən üçüncü şəxs X6 iddia tələbini dəqiqləşdirərək 886080,91 ABŞ dolları məbləğində pul vəsaitinin "xxxx" MMC və Cavabdeh2 tutularaq İddiaçı MMC və X5 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Həmin ərizə onunla əsaslandırılmışdır ki, 05 avqust 2017-ci il tarixli, 909/495-17 saylı və 25 sentyabr 2017-ci il tarixli, 909/504-17 podrat müqavilələri üçtərəfli qaydada bağlanmış müqavilələr olmuşdur. Belə ki, podrat müqavilələri bir tərəfdən İddiaçı MMC, digər tərəfdən isə "xxxx" MMC və onun təsisçisi – ********** №-li VÖEN-lə qeydə alınmış Cavabdeh2 tərəfindən imzalanmışdır. Bundan əlavə İddiaçı MMC-nin təsisçisi X6 görülmüş və görülməli olan işlər üzrə külli miqdarda vəsaitləri birbaşa Cavabdeh2 təqdim etdiyi hesablara köçürmə yolu ilə ödəmiş və nağd şəkildə şəxsən ona vermişdir. Podrat işləri üzrə ödənişlər cavabdehlər tərəfindən təqdim edilmiş hesablar üzrə İddiaçı MMC-nin tək təsisçisi X6 tərəfindən ödənilmişdir.

10. İddiaçı MMC və müstəqil tələbi irəli sürən üçüncü şəxs X6 Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin həcminin artırılması” barədə ərizə verərək, ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsinə uyğun olaraq 1018032,61 ABŞ dolları məbləğində vəsaitin Azərbaycan manatı ilə ifadə olunan ekvivalentinin və 56787,55 manat məbləğində pul vəsaitinin iş üzrə cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı MMC-yə və müstəqil tələb irəli sürən üçüncü şəxs X5 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmədən ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsinə uyğun olaraq 886080,91 ABŞ dolları məbləğində pul vəsaitinin Azərbaycan manatı ilə ifadə olunan ekvivalentinin iş üzrə cavabdehlər Cavabdeh1ndən və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "X10 İsteyts Limited" MMC-yə və müstəqil tələb irəli sürən üçüncü şəxs X5 ödənilməsi barədə qətnamənin qəbul edilməsi xahiş edilmişdir. Mübahisə ilə bağlı məhkəmə tərəfindən keçirilmiş məhkəmə prosesləri gedişatında iş üzrə birgə cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı olan iddia tələbinin həcminin artırılması zərurəti yaranmışdır. Belə ki, iş materiallarında olan 11 may 2023-cü il tarixli, 10/8221 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, iş üzrə iddiaçı “X10 İsteyts Limited" MMC-yə məxsus Bilgəh qəsəbəsində yerləşən yaşayış sahəsində görülmüş işlərin ümumi dəyəri 4334564,04 ABŞ dolları, İçərişəhərdə yerləşən yaşayış sahəsində görülmüş işlərin ümumi dəyəri isə ******* ABŞ dolları olmaqla, görülmüş işlərin cəmi dəyəri 5440078,04 ABŞ dolları təşkil etmişdir. İş materiallarında olan 25 oktyabr 2023-cü il tarixli, 9/6486 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçı "X10 İsteyts Limited" MMC və müstəqil tələb irəli sürən üçüncü şəxs X6 tərəfindən “Armadil Group" MMC-nin "xxxx" KB ASC-də olan bank hesabına 56787,55 manat məbləğində, "xxxx" MMC və Cavabdeh2 tərəfindən tərtib edilmiş preforma invoys və invoys məlumatlarında qeyd edilən bank hesablarına ümumilikdə 5362571,84 ABŞ dolları məbləğində vəsait köçürülmüşdür. Bundan əlavə iş materiallarında olan sənədlər ilə müəyyən edilir ki, iddiaçı “X10 İsteyts Limited" MMC-yə məxsus Bilgəh qəsəbəsində yerləşən yaşayış sahəsində və İçərişəhərdə yerləşən yaşayış sahəsində Cavabdeh1 MMC-nin görməli olduğu və 11 may 2023-cü il tarixli, 10/8221 saylı ekspert rəyi ilə dəyəri 5440078,04 ABŞ dolları məbləğində müəyyən edilmiş işlərin görülməsi üçün digər podratçılara (26 iyun 2019-cu il tarixli podrat müqaviləsi üzrə "xxxx" MMC-yə 547735,19 ABŞ dolları, 21 yanvar 2021-ci il tarixli, 01/2021 saylı müqavilə üzrə “X11 Projelendirme Ticaret Limited” Şirkətinə 129345 ABŞ dolları, 15 fevral 2021-ci il tarixli podrat müqaviləsi üzrə “X2 Company” MMC-yə 323630,50 ABŞ dolları, 20 may 2021-ci il tarixli, 2005/21 saylı müqavilə üzrə "xxxx" MMC-yə 65224,19 ABŞ dolları və 15 noyabr 2021-ci il tarixli, 1511/21 saylı müqavilə üzrə "xxxx" MMC-yə 29603,93 ABŞ dolları) iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs X6 tərəfindən ümumilikdə 1095538,81 ABŞ dolları mədləğində vəsait ödənilmişdir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq müəyyən olunur ki, e-2-2(113)-15/2023 saylı kommersiya mübahisəsinə dair iş üzrə cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 İddiaçı MMC- nin və müstəqil tələb irəli sürən üçüncü şəxs X4 xeyrinə müştərək qaydada (5362571,84 ABŞ dolları və 56787,55 manat Cavabdeh1 MMC-yə və Cavabdeh2 ödənilmiş pul vəsaiti - 5440078,04 ABŞ dolları məbləğində görülmüş işlərin dəyəri - 1095538,81 ABŞ dolları məbləğində digər podratçıların yerinə yetirdiyi işlərin ümumi dəyəri) = 1018032,61 ABŞ dolları və 56787,55 manat) 1018032,61 ABŞ dolları və 56787,55 manat məbləğində pul vəsaiti tutulmalıdır.

12. Cavabdeh1 MMC qarşılıqlı iddia tələbinin həcmini artıraraq, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilərək cavabdeh-qarşılıqlı iddiaçı Cavabdeh1 MMC-nin xeyrinə iddiaçı-qarşılıqlı cavabdeh İddiaçı MMC-dən ******* ABŞ dolları əsas, ******* ABŞ dolları faiz olmaqla, ümumilikdə cəmi ******* (yeddi milyon üç yüz iyirmi altı min beş yüz yetmiş səkkiz) ABŞ dolları məbləğin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Qarşılıqlı iddia ərizəsinə əlavə onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edildiyi tarixdən bu günədək xeyli müddət (2021-2023) keçdiyi üçün keçən illər (dövr) üzrə əsas borca faiz hesablanmalıdır. Odur ki, qarşılıqlı iddia üzrə cavabdeh “X10 İsteyts Limited" MMC görülmüş işlərin müqabilində yaranmış ******* (4755779 ABŞ dolları + ******* ABŞ dolları) ABŞ dolları borc pul vəsaitini qarşılıqlı iddiaçı “Armadil Group" MMC-yə ödənilməsini gecikdirdiyi üçün qarşılıqlı iddia üzrə cavabdehdən gecikdirilən 2019-2020-ci illər üzrə illik 5 faiz olmaqla (5861263 x 5%=293063 x 5 il (2019- 2023)= ******* ABŞ dolları) ümumilikdə ******* ABŞ dolları məbləğində zərər-pul tutulmalıdır.

14. İlk iddia üzrə, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MMC və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

15. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin İddiaçı nümayəndəsi ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin və müstəqil tələb irəli sürən üçüncü şəxsin tələbinin təmin, qarşılıqlı iddianın isə rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

16. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X4 nümayəndəsi və vəkili müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddia tələbinin və müstəqil tələb irəli sürən üçüncü şəxsin tələbinin təmin, qarşılıqlı iddianın isə rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

17. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə nümayəndəsi və vəkili qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, qarşılıqlı iddianın təmin, ilkin iddia tələbinin və müstəqil tələb irəli sürən üçüncü şəxsin tələbinin isə əsassız olduğundan rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

18. İş materiallarında olan İddiaçı MMC (sifarişçi) ilə Cavabdeh1 MMC (podratçı) arasında 05 mart 2016-cı il tarixli podrat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1ci bəndinə əsasən müqavilə şərtlərinə uyğun olaraq sifarişçi bu müqavilənin 1.2-ci bəndində göstərilən podrat işlərinin görülməsini podratçıya həvalə edir, podratçı müqavilədə nəzərdə tutulmuş işi icra etməyi, sifarişçi isə podratçıya bu müqavilədə razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2.1-ci bəndinə əsasən Bakı şəhəri, Sabunçu rayonu. Bilgəh qəsəbəsində dəniz sahilində inşa edilmiş iqamətgah kompleksində ümumi sahəsi 425 (+/-) kv.m təşkil edən sinklənmiş soyuq metal və paslanmayan polad (nerjaveyka) materialdan hazırlanan açılan tavan (avtomatik terrassa). Həmin müqavilənin 1.2.2-ci bəndinə əsasən ünvan 4 ünvanlarında yerləşən əmlak kompleksində ümumi sahəsi 106.00 (+/-) kvadrat metr təşkil edən sinklənmiş soyuq metal və paslanmayan polad (nerjaveyka) materialdan hazırlanan açılan tavan (avtomatik terrassa). Sözügedən müqaviləyə edilmiş Əlavə - 1 görünür ki, podrat müqaviləsi üzrə materialların kəmiyyəti və qiymətləri, podrat işlərinin dəyəri ümumilikdə 208721,45 manat təşkil etmişdir. Sözügedən müqaviləyə edilmiş Əlavə - 1 görünür ki, podrat müqaviləsi üzrə materialların kəmiyyəti və qiymətləri, podrat işlərinin dəyəri ümumilikdə 208721,45 manat (231912,72 manat – podratçının 10% endirim məbləği – 23191,27 manat) təşkil etmişdir. Sözügedən müqaviləyə edilmiş Əlavə - 1 görünür ki, podrat müqaviləsi üzrə materialların kəmiyyəti və qiymətləri, podrat işlərinin dəyəri ümumilikdə 187849,30 manat (208721,45 manat – podratçının 10% endirim məbləği – 20872,14 manat) təşkil etmişdir. Sözügedən müqaviləyə edilmiş Əlavə - 1 görünür ki, podrat müqaviləsi üzrə materialların kəmiyyəti və qiymətləri, podrat işlərinin dəyəri ümumilikdə 20872,14 manat (23191,27 manat – podratçının 10% endirim məbləği – 2319,13 manat) təşkil etmişdir. Sözügedən müqaviləyə edilmiş Əlavə - 2 görünür ki, podrat müqaviləsi üzrə materialların kəmiyyəti və qiymətləri, podrat işlərinin dəyəri ümumilikdə 311347,76 manat (345941,96 manat – podratçının 10% endirim məbləği – 34594,20 manat) təşkil etmişdir. Sözügedən müqaviləyə edilmiş Əlavə - 2 görünür ki, podrat müqaviləsi üzrə materialların kəmiyyəti və qiymətləri, podrat işlərinin dəyəri ümumilikdə 280212,99 manat (311347,76 manat – podratçının 10% endirim məbləği – 31134,78 manat) təşkil etmişdir. Sözügedən müqaviləyə edilmiş Əlavə - 2 görünür ki, podrat müqaviləsi üzrə materialların kəmiyyəti və qiymətləri, podrat işlərinin dəyəri ümumilikdə 31134,78 manat (34594,20 manat – podratçının 10% endirim məbləği – 3459,42 manat) təşkil etmişdir.

19. İddiaçı MMC (sifarişçi) ilə Cavabdeh1 MMC (podratçı) arasında 25 mart 2016-cı il tarixli podrat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən müqavilə şərtlərinə uyğun olaraq sifarişçi bu müqavilənin 1.2-ci bəndində göstərilən podrat işlərinin görülməsini podratçıya həvalə edir, podratçı müqavilədə nəzərdə tutulmuş işi icra etməyi, sifarişçi isə podratçıya bu müqavilədə razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2.1-ci bəndinə əsasən Bakı şəhəri, Sabunçu rayonu. Bilgəh qəsəbəsində dəniz sahilində inşa edilmiş iqamətgah kompleksində ümumi sahəsi (14.0 m. x 7.0 m.-98.0 kv.m) 98.0 kv.m təşkil besedka-təndirxana kompleksinin damının mis materialdan vurulması və bu müqaviləyə Əlavə-1 olan fotoşəkildə göstərilən dizayn və görünüşdə sifarişçiyə təhvil verilməsi. Həmin müqavilənin 1.2.2-ci bəndinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində dəniz, sahilində inşa edilmiş iqamətgah kompleksində hər birinin ümumi sahəsi 45.0 kv.m, 2 ədədinin sahəsi 90.0 kv.m təşkil besedkaların damının mis materialdan vurulması və bu müqaviləyə Əlavə-2 olan fotoşəkildə göstərilən dizayn və görünüşdə sifarişçiyə təhvil verilməsi.

20. İddiaçı MMC (sifarişçi) ilə Cavabdeh1 MMC (podratçı) arasında 19 may 2015-ci il tarixli, 909/335-2015 nömrəli podrat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə bu müqaviləyə uyğun olaraq sifarişçi Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən Bilgəh İqamətgahında kennet damının və günbəzlərin quraşdırılmasına dair zəruri materialların alınması və vurulmasına aid işlərinin görülməsini podratçıya həvalə edir, podratçı müqavilədə nəzərdə tutulmuş işi icra etməyi, sifarişçi isə podratçıya bu müqavilədə razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.1-ci bəndinə bu müqvilə üzrə icrası podratçıya həvalə edilən işlərin adları, həcmi və qiymətləri müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən əlavələrdə (təkliflər, smetalar, qaimələr, fakturalar və proforma-invoyslarda) qeyd edilir. Əlavələr və yeni layihələr yalnız sifarişçi tərəfindən təsdiq ediləndən və sifarişçi tərəfindən rəsmi bildiriş vasitələri (o cümlədən yazılı məktublar, elektron poçt vasitəsilə göndərilən məktublar) ilə podratçıya çatdırıldıqdan sonra bu müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edir.

21. İddiaçı MMC (sifarişçi) ilə Cavabdeh1 MMC (podratçı) arasında 21 may 2015-ci il tarixli podrat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən müqavilə şərtlərinə uyğun olaraq sifarişçi Bakı şəhəri, Bilgəh qəsəbəsində yerləşən Bilgəh İqamətgahında yaşayış sahəsi üçün Kenet damı və günbəzlərə görə zəruri olan materialların alınması, dam örtüyü və günbəzlərin vurulması işlərinin görülməsini podratçıya həvalə edir. Podratçı müqavilədə nəzərdə tutulmuş, işi icra etməyi, sifarişçi isə podratçıya bu müqavilədə razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən əlavələr: müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən əlavələr və sənədlər aşağıda qeyd edilmişdir. - yaşayış evinin günbəzlərinin smeta dəyəri (Əlavə-1); - yaşayış evinin Kenet damının smeta dəyəri (Əlavə-2); - KME Germany Gmbh&Co.KG-nin qarantiyası; (Əİavə-3); - KME Germany Gmbh&Co.KG-nin Cavabdeh1 MMC-yə təqdim edilən distributor sertifikatı (Əlavə-4). Əlavələr və yeni layihələr yalnız sifarişçi tərəfindən təsdiq ediləndən və sifarişçi tərəfindən rəsmi bildiriş vasitələri ilə podratçıya çatdırıldıqdan sonra bu müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edir.

22. İddiaçı MMC (sifarişçi) ilə Cavabdeh2 (podratçı) arasında 21 iyun 2016-cı il tarixli, 909/403-16 nömrəli podrat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən müqavilə şərtlərinə uyğun olanıq sifarişçi bu müqavilənin 1.2-ci bəndində göstərilən podrat işlərinin görülməsini podratçıya həvalə edir, podratçı müqavilədə nəzərdə tutulmuş işi icra etməyi, sifarişçi isə podratçıya bu müqavilədə razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən podrat işlərinin həcmi, yeri və digər xassələri: ünvan 5 ünvanlarında yerləşən sifarişçiyə məxsus daşınmaz əmlakda bu müqaviləyə Əlavə-1 olaraq podrat işlərinin ilkin smetasında və/və ya fotoşəkillərdə göstərilən dizayn və görünüşdə sifarişçiyə təhvil verilməsi.

23. İddiaçı MMC (sifarişçi) ilə Cavabdeh1 MMC (podratçı) arasında 17 iyun 2017-ci il tarixli, 909/400-16 nömrəli podrat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən müqavilə şərtlərinə uyğun olaraq sifarişçi bu müqavilənin 1.2-ci bəndində göstərilən podrat işlərinin görülməsini podratçıya həvalə edir, podratçı müqavilədə nəzərdə tutulmuş işi icra etməyi, sifarişçi isə podratçıya bu müqavilədə razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən podrat işlərinin həcmi, yeri və digər xassələri: 1.2.1. ünvan 5 ünvanlarında yerləşən, sifarişçiyə məxsus daşınmaz əmlakda bu müqaviləyə Əlavələr olacaq podrat işlərinin ilkin smetasında və/və ya fotoşəkillərdə göstərilən dizayn və görünüşdə sifarişçiyə təhvil verilməsi.

24. İddiaçı MMC (sifarişçi) ilə Cavabdeh1 MMC (podratçı) arasında 05 avqust 2017ci il tarixli, 909/495-17 nömrəli podrat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən podratçı, sifarişçi tərəfindən təqdim olunan layihəyə əsasən müqavilə ilə müəyyən edilmiş müddət ərzində ünvan 6 ünvanında yerləşən obyektdə əsas binanın bütün mansardasının örtüyü üzrə bəzək işlərini icra etməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən podratçı, hazırkı müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan işləri təsdiq olunmuş layihə-smeta sənədlərinə, müvafiq işlərin yerinə yetirilməsini nizamlayan normativ aktların tələblərinə tam uğun olaraq, iş həcmlərinin ehtimal olunan dəyişməsinin nəzərə almaqla öz gücü və vəsaitləri hesabına yerinə yetirməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən sifarişçi, təsdiq olunmuş layihəyə əsasən müəyyən edilmiş müddət ərzində lazımi qaydada yerinə yetirilmiş işləri qəbul etməyi və dəyərini ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən hazırkı müqavilə üzrə işlər, icra edilmiş işlərin cədvəlinə (2 nömrəli Qoşma) müvafiq olaraq mərhələlərlə icra edilir. Hesabat dövrü bir təqvim ayı təşkil edir. Hər hesabat dövrünün sonunda tərəflər müvafiq müddət ərzində icra edilmiş işlər üzrə ikitərəfli akt tərtib edirlər. Müvafiq dövr ərzində icra edilmiş işlər üzrə akt lərəflər tərəfindən imzaladıqdan sonra hesabat dövrü üzrə görülmüş işlər yerinə yetirilmiş hesab olunur. Həmin müqavilənin 1.5-ci bəndinə əsasən icra edilmiş işlər üzrə yekun akt tərəflər tərəfindən imzalandıqdan sonra hazırkı müqavilə üzrə işlər yerinə yetirilmiş hesab olunur.

25. İddiaçı MMC (sifarişçi) ilə Cavabdeh1 MMC (podratçı) arasında 22 sentyabr 2017-ci il tarixli, 909/502-17 nömrəli podrat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən podratçı, sifarişçi tərəfindən təqdim olunan layihəyə əsasən müqavilə ilə müəyyən edilmiş müddət ərzində ünvan 7 ünvanında yerləşən mülkün damının (dam örtüyünün) rekonstruksiyasını həyata keçirməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən podratçı, hazırkı müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan işləri təsdiq olunmuş layihə-smeta sənədlərinə, müvafiq işlərin yerinə yetirilməsini nizamlayan normativ aktların tələblərinə tam uğun olaraq, iş həcmlərinin ehtimal olunan dəyişməsinin nəzərə almaqla öz gücü və vəsaitləri hesabına yerinə yetirməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən sifarişçi, təsdiq olunmuş layihəyə əsasən müəyyən edilmiş müddət ərzində lazımi qaydada yerinə yetirilmiş işləri qəbul etməyi və dəyərini ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən hazırkı müqavilə üzrə işlər, icra edilmiş işlərin cədvəlinə (2 nömrəli Qoşma) müvafiq olaraq mərhələlərlə icra edilir. Hesabat dövrü bir təqvim ayı təşkil edir. Hər hesabat dövrünün sonunda tərəflər müvafiq müddət ərzində icra edilmiş işlər üzrə ikitərəfli akt tərtib edirlər. Müvafiq dövr ərzində icra edilmiş işlər üzrə akt lərəflər tərəfindən imzaladıqdan sonra hesabat dövrü üzrə görülmüş işlər yerinə yetirilmiş hesab olunur. Həmin müqavilənin 1.5-ci bəndinə əsasən icra edilmiş işlər üzrə yekun akt tərəflər tərəfindən imzalandıqdan sonra hazırkı müqavilə üzrə işlər yerinə yetirilmiş hesab olunur.

26. İddiaçı MMC (sifarişçi) ilə Cavabdeh1 MMC (podratçı) arasında 21 noyabr 2017ci il tarixli, 909/518-17 nömrəli podrat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən podratçı bu müqavilə ilə müəyyən edilmiş müddət ərzində ünvan 6 ünvanında yerləşən mülkdə əlavə işlərini və yenidən qurulmasını icra etməyi öhdəsinə götürür. Podrat işlərinin həcmi, işlər başa çatdıqdan sonra müəyyən edilir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən podratçı, hazırkı müqavilənin 1.1-ci bəndində nəzərdə tutulan işləri təsdiq olunmuş layihə-smeta sənədlərinə, müvafiq işlərin yerinə yetirilməsini nizamlayan normativ aktların tələblərinə tam uğun olaraq, iş həcmlərinin ehtimal olunan dəyişməsinin nəzərə almaqla öz gücü və vəsaitləri hesabına yerinə yetirməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən sifarişçi, təsdiq olunmuş layihəyə əsasən müəyyən edilmiş müddət ərzində lazımi qaydada yerinə yetirilmiş işləri qəbul etməyi və dəyərini ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən hazırkı müqavilə üzrə işlər, icra edilmiş işlərin cədvəlinə müvafiq olaraq mərhələlərlə icra edilir. Hesabat dövrü bir təqvim ayı təşkil edir. Hər hesabat dövrünün sonunda tərəflər müvafiq müddət ərzində icra edilmiş işlər üzrə ikitərəfli akt tərtib edirlər. Müvafiq dövr ərzində icra edilmiş işlər üzrə akt lərəflər tərəfindən imzaladıqdan sonra hesabat dövrü üzrə görülmüş işlər yerinə yetirilmiş hesab olunur. Həmin müqavilənin 1.5-ci bəndinə əsasən icra edilmiş işlər üzrə yekun akt tərəflər tərəfindən imzalandıqdan sonra hazırkı müqavilə üzrə işlər yerinə yetirilmiş hesab olunur.

27. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilən RX seriyalı, ******* nömrəli çıxarışdan müəyyən edilir ki, ünvan 8 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı MMC-nin adına xx.xx.2014-cü ildə Daşınmaz əmlakın dövlət reyestrində 2096 nömrəli reyestr kitabının 193951 nömrəli vərəqində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********).

28. İş materiallarına X6 ilə digər şəxslər arasında bağlanmış podrat müqavilələri əlavə edilmişdir.

29. İddiaçı tərəfindən iş materiallarına tərəflər arasında olan e-mail yazışmalar, preforma invoys və invoys adlı sənədlər təqdim edilmişdir.

30. İddiaçı tərəfindən iş materiallarına ödəniş tapşırıqları təqdim edilmişdir.

31. Bakı şəhəri 52 saylı notariat ofisinin xüsusi notariusu təsdiq edilmiş xx.xx.2018-ci il tarixli təhvil-təslim aktından görünür ki, Bakı şəhəri, Bilgəh qəsəbəsində yerləşən yaşayış evinin, Almaniya istehsalı olan mis materialından hazırlanmış suaxıtma boruları və aksessuarları üçün ödənilən 60000 (altmış min) ABŞ dolları məbləğinin ödənilməsini təhvil verən qismində X7, təhvil alan qismində isə Cavabdeh1 MMC adından Cavabdeh2 imza edərək təsdiq etmişdir.

32. Bakı şəhəri 52 saylı notariat ofisinin xüsusi notariusu təsdiq edilmiş subyektlər arasında müqavilə üzrə ödəniş və daxilolmaların nəzarət vərəqindən görünür ki, xx.xx.2017-ci il tarixdə Fərəc tərəfindən 100000 (yüz min) ABŞ dolları məbləğində pul vəsaiti nəğd şəkildə ödənilmişdir.

33. xx.xx.2015-ci il tarixli, 002OCL115152 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh1 MMC-nin AZ73UBAZ**********0060AZN001 nömrəli hesabına 31204,15 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Ödənişin təyinatı kimi xx.xx.2015-ci il tarixli müqavilə qeyd olunmuşdur.

34. xx.xx.2015-ci il tarixli, 002OCX115196 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh1 MMC-nin AZ73UBAZ**********0060AZN001 nömrəli hesabına 10401,38 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Ödənişin təyinatı kimi xx.xx.2015-ci il tarixli müqavilə qeyd olunmuşdur.

35. xx.xx.2016-cı il tarixli, 209OPXO16173 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh1 MMC-nin AZ73UBAZ**********0060AZN001 nömrəli hesabına 15182,02 manat məbləğində pul vəsaiti köçürülmüşdür.

36. Rusiya Federasiyasının hüquqi şəxsi olan “Lyuks İnteriors” şirkətlər qrupuna daxil olan "xxxx" MMC-nin ekspert mütəxəssisləri tərəfindən görülmüş işlərin keyfiyyətinin və kəmiyyətinin təftişi (auditi) aparılmış və bunların nəticəsinə dair tərtib olunmuş “31” iyul 2020-ci il tarixli, 5/3 nömrəli texniki rəydə qeyd edilmişdir ki, 1) materiallar (o cümlədən anbarda olan bəzək materialları) nəzərə alınmaqla faktiki olaraq yerinə yetirilmiş tikintiquraşdırma və bəzək işlərinin dəyəri 4325051,22 ABŞ dolları (dörd milyon üç üz iyirmi beş inin əlli bir dollar iyirmi iki sent) təşkil edir; 2) bir sıra qüsurlar və normativ sənədlərin tələblərinin pozulması hallan aşkar edilmişdir; 3) qüsur və pozuntuların aradan qaldırılması üçün tikinti-quraşdınlma və həzək işlərinin dəyəri 719772,57 ABŞ dolları (yeddi yüz on doqquz min yeddi yüz yetmiş iki dollar əlli yeddi sent) təşkil edir.

37. Rusiya Federasiyasının hüquqi şəxsi olan “Lyuks İnteriors” şirkətlər qrupuna daxil olan "xxxx" MMC-nin ekspert mütəxəssisləri tərəfindən görülmüş işlərin keyfiyyətinin və kəmiyyətinin təftişi (auditi) aparılmış və bunların nəticəsinə dair tərtib olunmuş 31 iyul 2020-ci il tarixli, 0702-1/1 nömrəli ünvan 9 ünvanında yerləşən TQİ ofisinin təftişinin nəticələri üzrə texniki rəydə qeyd edilmişdir ki, xx.xx.2019-cü il tarixli, 177 nömrəli müqavilə üzrə 1) faktiki icra edilmiş tikinti-quraşdırma işlərinin dəyəri 841237,63 ABŞ dolları təşkil edir; 2) bir sıra qüsurlar və normativ sənədlərin tələblərinin pozulması aşkar edilmişdir; 3) qüsur və pozuntuların aradan qaldırılması üçün tikinti-quraşdırma və bəzək işlərinin dəyəri 305613,65 ABŞ dolları təşkil edir.

38. Rusiya Federasiyasının hüquqi şəxsi olan “Lyuks İnteriors” şirkətlər qrupuna daxil olan "xxxx" MMC-nin ekspert mütəxəssisləri tərəfindən görülmüş işlərin keyfiyyətinin və kəmiyyətinin təftişi (auditi) aparılmış və bunların nəticəsinə dair tərtib olunmuş 31 iyul 2020-ci il tarixli, 0702-1/3 nömrəli ünvan 9 ünvanında yerləşən ofisin daxili işıqlandırma\ cərəyan avadanlıqları və su təchizatı\ kanalizasiya təftişinin nəticələri üzrə texniki rəydə qeyd edilmişdir ki, xx.xx.2019-cü il tarixli, 177 nömrəli müqavilə üzrə 1) Binada torpaqlama və ildırımdan müdafiə sisteminin layihələndirilməsi, quraşdırılması, qəbulu və istismara verilməsi üzrə sənədlər işlənib hazırlanmalıdır. Torpaqlamanın xarici konturunu quraşdırmaq, giriş və paylayıcı cihazı torpaqlamaq və torpaqlama sistemini TN-C-S-dən TN-S ilə dəyişdirmək; 2) Elektrik təchizatı, su təchizatı və kanalizasiya sistemlərinin quraşdırılması işləri layihə üzrə aparılmamışdır. Buna, obyektin hər hansı bir iş sənədlərinin olmamasını dəlildir; 3) Podratçıya obyektin mühəndis kommunikasiyalarının quraşdırması və təmiri üzrə işlər aparıldıqdan sonra, RD-xx-xx-2006-yə uyğun olaraq (2019-cu il dəyişiklikləri ilə) bütün növ aktların icra sənədlərini işlənib hazırlanması və təqdim edilməsi tapşırılsın ki, bunun tərkibində texniki materiallar üçün bütün növ aktlar, icra sxemləri, sertifikatlar olmalıdır. Ayrıca olaraq, obyektin elektrik təchizatı sisteminin laboratoriya ölçmələri üzrə texniki hesabat təqdim edilməlidir (İstehlakçıların elektrik qurğularının texniki istismarı qaydalarına (İEQTİQ) uyğun olaraq). Bu halda nəzərə almaq lazımdır ki, gizli işlərin aktlarını köhnə tarixlə rəsmiləşdirmək qadağandır; 4) Birinci mərtəbədə bir fazalı uçot məntəqəsi də daxil olmaqla, bütün müvəqqəti avadanlığın sökülməsi və, GPC-dan (Giriş paylayıcı cihaz) ayrı kabel xətti ilə qidalandıraraq həmin yerdə yerləşən üçfazalı paylayıcı lövhə quraşdırılsın; 5) Bütün lövhə avadanlıqlarında qoşulmaların yoxlanmasını aparmaq və birxətli sxemlərini və ya qoşulmaların dəqiq nömrələnməsi olan cədvəli asmaq lazımdır; 6) Bərkitmə tavanların arxasındakı məkanlarda bütün kabel çəkilməsi ilə bağlı işləri qaydaya salmaq. Lazım olan yerlərdə zəif cərəyan naqilinin altına əlavə perforasiya olunmuş metal qanov qoymaq. Bütün daha əvvəl qoyulmuş metal qanovları torpaqlamaq; 7) İsti döşəmələrin bütün idarəetmə pultları gizli pultlarla əvəz edilsin, çünki, əslində, açıq naqil quraşdırma avadanlıqları istifadə edilmişdir; 8) Bütün çatışmayan elektrik quraşdırma materialın (açarların, rosetlərin, idarəetmə pultların, divar, tavan və digər çıraqların lövhələrdə) lazım olan yerlərdə quraşdırılması həyata keçirilsin, avtomatik açarlar dəyişdirlsin və ya yeniləri quraşdırılsın. Bu işlər dəsti defektər cədvəldə əks olunub; 9) Defektlər cədvəlində göstərilən məlumatlar əsasında (Cədvəl 1) bina və tikililərdə aparılan natura təftişi zamanı aşkar edilmiş defektlər və pozuntuların dəyəri hesablansın. Hesablama kommersiya və ya cari dövr üzrə orta bazar qiymətləri ilə edilsin. Cədvəl 1-də bina və tikililərdə aparılan natura təftişi zamanı aşkar edilmiş defektlər və pozuntuların dəyəri cəmi 10526,54 ABŞ dolları olaraq hesablanmışdır.

39. "xxxx" MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə xx.xx.2021-ci il tarixli, ƏEM/A 110-431/21 saylı qiymətləndirmə rəyindən görünür ki, İddiaçı MMC-yə məxsus olan ünvan 8 ünvanında yerləşn mənzilin bazar dəyəri ******* manat təşkil edir.

40. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/7021 saylı ekspert rəyində qeyd edilmişdir ki, birinci sual üzrə Bakı şəhəri, ünvan 10 ünvanlarında yerləşən obyektə dair İddiaçı MMC və Cavabdeh1 MMC arasında bağlanmış 19 may 2015-ci il tarixli 909/335-2015 saylı, 05 mart 2016- cı il tarixli 909/386-16 saylı, 25 mart 2016-cı il tarixli 909/391-15 saylı, 17 iyun 2016-cı il tarixli 909/400-16 saylı, 14 fevral 2017-ci il tarixli 909/445-17 saylı, 05 avqust 2016-ci il tarixli 909/495-17 saylı, 21 noyabr 2017-ci il tarixli 909/518-17 saylı podrat müqavilələrə əsasən ******* ABŞ dolları və ünvan 11 ünvanlarında yerləşən binada 909/386-16 saylı xx.xx.2016-cı il tarixli, 909/395-16 saylı xx.xx.2016-cı il tarixli, 909/504-17 saylı xx.xx.2017ci il tarixli podrat müqavilələrə əsasən ******* ABŞ dollar dəyərində olmaqla, həmin təmirtikinti işlərinin bağlanmış müqavilələr üzrə həvalə edilmiş (icrası tapşırılmış) tikintiquraşdırma və təmir işlərinin həcmi smetalarda ətraflı göstərilmişdir. İkinci sual üzrə: Bakı şəhəri, ünvan 10 ünvanlarında yerləşən obyektdə təmir-tikinti işlərinin bağlanmış müqavilələr üzrə Cavabdeh1 tərəfindən görülmüş hissəsi, onların bazar qiymətləri və icra edilməsinə sərf olunan vəsaitin ümumi dəyəri 4463962,04 ABŞ dolları və ünvan 11 ünvanlarında yerləşən binada təmir-tikinti işlərinin bağlanmış müqavilələr üzrə Cavabdeh1 tərəfindən görülmüş hissəsi, onların bazar qiymətləri və icra edilməsinə sərf olunan ******* ABŞ dolları təşkil edir. Üçüncü sual üzrə: Bakı şəhəri, ünvan 10 ünvanlarında yerləşən obyektdə və ünvan 12 ünvanlarında yerləşən binada təmir-tikinti işlərinin müqavilələr olmadan tapşırıqsız icra edilən işlər olmadığından qərardadın bu sualı üzrə tədqiqat aparılmadı. Dördüncü sual üzrə: ünvan 13 ünvanlarında yerləşən obyektlərin dam hissələrində aparılmış tikinti-təmir işlərinə baxış keçirilən zaman hər hansı bir qüsurlar müəyyən olunmadı. Eyni zamanda Bakı şəhəri, ünvan 10 ünvanlarında yerləşən obyektlərin digər hissələrində və ünvan 11 ünvanlarında yerləşən binada Cavabdeh1 tərəfindən yerinə yetirilmiş tikinti işlərinin ilkin vəziyyəti saxlanılmadığı, eləcə də görülmüş işlərin üzərindən sifarişçi tərəfindən sonradan tikinti-rekonstruksiya xarakterli müxtəlif növ işlərin görülməsi səbəblərindən Cavabdeh1 tərəfindən yerinə yetirilmiş təmir-tikinti işlərində nöqsanların (qüsurlu işlərin) yol verilib-verilməməsini müəyyən etmək mümkün olmadı. Bu səbəbdən də, qərardadın bu sualı üzrə tədqiqat aparılmadı.

41. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/8221 saylı ekspert rəyində qeyd edilmişdir ki, birinci sual üzrə: Bakı şəhəri, ünvan 14 ünvanlarında yerləşən obyektə dair İddiaçı MMC və Cavabdeh1 MMC arasında bağlanmış 19 may 2015-ci il tarixli, 909/335-2015 saylı, 05 mart 2016-cı il tarixli, 909/386-16 saylı, 25 mart 2016-cı il tarixli, 909/391-15 saylı, 17 iyun 2016-cı il tarixli, 909/400-16 saylı, 14 fevral 2017-ci il tarixli, 909/445-17 saylı, 05 avqust 2017-ci il tarixli, 909/495-17 saylı, 21 noyabr 2017-ci il tarixli, 909/518-17 saylı podrat müqavilələrə əsasən ******* ABŞ dollar və ünvan 11 ünvanlarında yerləşən binada 909/386-16 saylı xx.xx.2016-cı il tarixli, 909/395-16 saylı xx.xx.2016-cı il tarixli, 909/504-17 saylı xx.xx.2017ci il tarixli podrat müqavilələrə əsasən ******* ABŞ dolları dəyərində olmaqla, həmin təmirtikinti işlərinin bağlanmış müqavilələr üzrə həvalə edilmiş (icrası tapşırılmış) tikintiquraşdırma və təmir işlərinin həcmi smetalarda ətraflı göstərilmişdir. İkinci sual üzrə: Bakı şəhəri, ünvan 14 ünvanlarında yerləşən obyektdə təmir-tikinti işlərinin bağlanmış müqavilələr üzrə “xxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən görülmüş hissəsi, onların bazar qiymətləri və icra edilməsinə sərf olunan vəsaitin ümumi dəyərinin 4334564,04 ABŞ dolları və bu məbləğdən əlavə podratçının Bakı şəhəri, Bakıxanov qəsəbəsində yerləşən anbarında saxlanılan sifarişçi tərəfindən təhvil alınmamış 2 laylı darvazanın, 4 ədəd qapının dəyərinin 60 % 129398 ABŞ dolları təşkil etdiyi müəyyən olunur. Eyni zamanda ünvan 11 ünvanlarında yerləşən binada təmir-tikinti işlərinin bağlanmış müqavilələr üzrə Cavabdeh1 tərəfindən görülmüş hissəsi, onların bazar qiymətləri və icra edilməsinə sərf olunan vəsaitin ümumi dəyərinin ******* ABŞ dolları təşkil etdiyi müəyyən olunur. Üçüncü sual üzrə: Bakı şəhəri, ünvan 14 ünvanlarında yerləşən obyektdə və ünvan 11 ünvanlarında yerləşən binada təmir-tikinti işlərinin müqavilələr olmadan tapşırıqsız icra edilən işlər olmadığından qərardadın bu sualı üzrə tədqiqat aparılmadı. Dördüncü sual üzrə: Bakı şəhəri, ünvan 14 ünvanlarında yerləşən obyektlərin dam hissələrində aparılmış tikinti-təmir işlərinə baxış keçirilən zaman hər hansı bir qüsurlar müəyyən olunmadı. Eyni zamanda ünvan 13 ünvanlarında yerləşən obyektlərin digər hissələrində və ünvan 11 ünvanlarında yerləşən binada Cavabdeh1 tərəfindən yerinə yetirilmiş tikinti işlərinin ilkin vəziyyəti saxlanılmadığı, eləcə də görülmüş işlərin üzərindən sifarişçi tərəfindən sonradan tikinti-rekonstruksiya xarakterli müxtəlif növ işlərin görülməsi səbəblərindən Cavabdeh1 tərəfindən yerinə yetirilmiş təmir-tikinti işlərində nöqsanların (qüsurlu işlərin) yol verilibverilməməsini müəyyən etmək mümkün olmadı. Bu səbəbdən də, qərardadın bu sualı üzrə tədqiqat aparılmadı.

42. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/6486 saylı ekspert rəyində qeyd edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş İddiaçı MMC ilə Cavabdeh1 MMC arasında rəsmiləşdirilmiş “podrat müqavilələri, həmin müqavilələr üzrə tərtib edilmiş preforma invoys, invoys, ödəniş tapşırıqları məlumatları nəzərə alınmaqla “X10 İsteyts Limited" MMC və müstəqil tələb irəli sürən üçüncü şəxs X6 tərəfindən Cavabdeh1 MMC-nin Unibank” KB ASC-də olan bank hesabına 56787,55 manat məbləğində, Cavabdeh1 MMC və Cavabdeh2 tərəfindən tərtib edilmiş preforma invoys və invoys məlumatlarında qeyd edilən bank hesablarına ümumilikdə 5.362.571,84 ABŞ dolları məbləğində vəsaitin köçürüldüyü müəyyən edildi. Preforma invoys və invoys məlumatlarında Bakı şəhəri, ünvan 15 ünvanlarındakı obyekt üzrə, həm də ünvan 11 ünvanlarındakı obyekt (İçərişəhər) üzrə görülmüş işlərin dəyəri əks etdirildiyindən aparılmış ödənişlərin hansı hissəsinin, hansı obyektə aid olduğunu ayırmaq mümkün olmadı.

43. İddiaçı MMC tərəfindən Cavabdeh1 MMC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 16/1918-20 nömrəli pretenziya məktubundan görünür ki, 542159,35 ABŞ dolları (921670,90 manat) məbləğində vəsaitin 3 (üç) təqvim günü müddətində İddiaçı MMC-yə ödənilməsi tələb olunmuş, əks təqdirdə vurulmuş birbaşa ziyanın, dəbbə pulunun, əldən çıxmış faydanın, məhkəmə xərclərinin və sair xərclərin məcburi qaydada İddiaçı MMC-nin xeyrinə tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

44. Beləliklə, hazırkı mübahisə tərəflər arasında bağlanmış podrat müqavilələrindən irəli gələn mübahisədir. Tərəflər arasında həmin müqavilələrdən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Həmin müqavilə və ona əlavələrdə görüləcək işlər və həmin işlərə uyğun ödəmələr tərəflər arasında əvvəlcədən razılaşdırılmışdır. İşlər qismən görülmüş, qismən də müvafiq ödənişlər edilmişdir. Həmçinin işlərin qismən qüsurlu görülməsi müəyyən olunmuşdur. Tətbiq edilən hüquq

45. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 752.3-cü maddəsinə əsasən podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 753.2-ci maddəsinə əsasən əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. 753.3-cü maddəsinə əsasən əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir. 753.4-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır. 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. 763.1-ci maddəsinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır.

46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə müntənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 206.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə, yaxud əlavə və ya təkrar ekspertiza təyini haqqında qərardadda əsaslandırılmalıdır. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmənin mövqeyi

47. ilk iddia üzrə iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X4 tələbi ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsinə uyğun olaraq 1018032,61 ABŞ dolları məbləğində vəsaitin Azərbaycan manatı ilə ifadə olunan ekvivalentinin və 56787,55 manat məbləğində pul vəsaitinin iş üzrə cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı MMC-yə və müstəqil tələb irəli sürən üçüncü şəxs X5 ödənilməsi barədə qətnamə qəbul edilməsindən ibarətdir.

48. Məhkəmə hesab edir ki, ilk iddia üzrə İddiaçı iddiası qismən təmin edilməlidir.

49. Belə ki, ilk iddia 1018032,61 ABŞ dolları və 56787,55 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutulmasından ibarətdir.

50. Podrat müqavilələri üzrə müəyyən olunan smeta dəyəri işin mübahisəsiz hallarındandır.

51. Podratçı tərəfindən işlərin tam yerinə yetirilməsi, yerinə yetirilmiş işlərdə qüsurların olması, həmin qüsurların aradan qaldırılması üçün çəkilmiş xərclər, podrat müqavilələri üzrə yerinə yetirilmiş işlərə görə muzdun ödənilməsi, məbləği işin mübahisəli hallarını təşkil edir.

52. Məhkəmə tərəfindən məhkəmə mühasibatlıq nə tikinti-texniki ekspertizalar təyin edilmiş və müvafiq rəylər verilmişdir. Rəylərdən görünür ki, podrat müqavilələrə əsasən bağlanmış müqavilələr üzrə həvalə edilmiş (icrası tapşırılmış) tikinti-quraşdırma və təmir işlərinin həcmi smetalarda Bilgəh layihəsi üzrə ******* ABŞ dolları və ünvan 11 ünvanlarında yerləşən bina üzrə isə ******* ABŞ dollar dəyərində müəyyən edilmişdir.

53. Həmin rəylərlə Bakı şəhəri, ünvan 14 ünvanlarında yerləşən obyektdə təmir-tikinti işlərinin bağlanmış müqavilələr üzrə “xxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən görülmüş hissəsi, onların bazar qiymətləri və icra edilməsinə sərf olunan vəsaitin ümumi dəyərinin 4334564,04 ABŞ dolları təşkil etdiyi, bu məbləğdən əlavə podratçının Bakı şəhəri, Bakıxanov qəsəbəsində yerləşən anbarında saxlanılan sifarişçi tərəfindən təhvil alınmamış 2 laylı darvazanın, 4 ədəd qapının dəyərinin 60 % 129398 ABŞ dolları təşkil etdiyi müəyyən olunmuşdur. Eyni zamanda ünvan 11 ünvanlarında yerləşən binada təmirtikinti işlərinin bağlanmış müqavilələr üzrə Cavabdeh1 tərəfindən görülmüş hissəsi, onların bazar qiymətləri və icra edilməsinə sərf olunan vəsaitin ümumi dəyərinin ******* ABŞ dolları təşkil etdiyi müəyyən olunur. Beləliklə, görülmüş işlərin müəyyən olunan ümumi həcmi 5569446,04 (4334564,04+129398+1105484=5569446,04) ABŞ dolları təşkil edir.

54. Görülmüş işlərə görə “xxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 56787,55 manat (33404,44 ABŞ dolları (56787,55 manat:1,70manat=33404,44 ABŞ dolları)) və ümumilikdə 5362571,84 ABŞ dolları, cəmi 5395976,28 (33404,44 +5362571,84=5395976,28) ABŞ dolları məbləğində vəsaitin ödənildiyi ekspert rəyi ilə öz təsdiqini tapmışdır. İlk iddiaçı ödəniş sənədləri, proforma invoys və s. mötəbərliyini mübahisələndirsə də, məhkəmə həmin sənədləri iş üzrə mötəbər sübut kimi qəbul edir.

55. Beləliklə, görülmüş işlərin həcmindən görülmüş işlərə görə edilmiş ödənişlərin cəmini çıxaraq, podratçıya ödənilməli olan məbləği müəyyən etmək olar. Həmin məbləğ 173469,76 ABŞ dolları (5569446,04-5395976,28=173469,76) təşkil edir.

56. İddiaçı görüləsi işlərə dair icraçının təqdim etdiyi smetalar üzrə faktiki görülmüş işlərdə qüsurların və çatışmazlıqların aşkar edildiyini və həmin qüsur və çatışmazlıqların aradan qaldırılması məqsədilə tikinti-montaj işlərinin görüldüyünü bildirmişdir.

57. Verilmiş rəylərdən görünür ki, Bakı şəhəri, ünvan 14 ünvanlarında yerləşən obyektlərin dam hissələrində aparılmış tikinti-təmir işlərinə hər hansı bir qüsurlar müəyyən olunmadı. Eyni zamanda rəylərdən görünür ki, ünvan 13 ünvanlarında yerləşən obyektlərin digər hissələrində və ünvan 11 ünvanlarında yerləşən binada Cavabdeh1 tərəfindən yerinə yetirilmiş tikinti işlərinin ilkin vəziyyəti saxlanılmamış, eləcə də görülmüş işlərin üzərindən sifarişçi tərəfindən sonradan tikinti-rekonstruksiya xarakterli müxtəlif növ işlər görülmüşdür. Həmin səbəbdən Cavabdeh1 tərəfindən yerinə yetirilmiş təmir-tikinti işlərində nöqsanlara (qüsurlu işlərə) yol verilib-verilməməsini müəyyən etmək mümkün olmamışdır.

58. Beləliklə, işlərin qüsurlu görülməsi ilə bağlı məhkəmənin gəldiyi qənaət bundan ibarətdir ki, həmin işlərin qüsurlu görülməsi öz təsdiqini tapır. Belə ki, ekspert rəylərindən göründüyü kimi, obyektlərin dam hissələrində aparılmış tikinti-təmir işlərinə baxış keçirilən zaman hər hansı bir qüsurlar müəyyən olunmasa da, hər iki ünvanda, birinci ünvanda obyektlərin digər hissələrində və ikinci ünvanda yerləşən binada Cavabdeh1 tərəfindən görülmüş işlərin üzərindən sifarişçi tərəfindən sonradan tikinti-rekonstruksiya xarakterli müxtəlif növ işlərin görüldüyü qeyd olunmuşdur. Belə olan təqdirdə məhkəmə iddiaçının qüsurlarla bağlı təqdim etdiyi "xxxx" MMC-nin ekspert mütəxəssisləri tərəfindən görülmüş işlərin keyfiyyətinin və kəmiyyətinin təftişinin nəticəsinə dair tərtib olunmuş texniki rəyləri sübut kimi qəbul edir.

59. İlk iddia üzrə cavabdehin nümayəndəsi həmin rəylərin sübut əhəmiyyətini, mötəbərliyini şübhə altına aldığını bildirmişdir. Lakin məhkəmə həmin rəyləri digər sübutlarla yanaşı qiymətləndirərək qeyd olunan nəticəyə gəlmişdir. Belə ki, iddiaçılar tərəfindən məhkəməyə hər iki layihə üzrə qeyd olunan işlərin görülməsi ilə bağlı üçüncü şəxslərlə bağlanan podrat müqavilələri, həmin işlərin görülməsi nəticəsində həmin müqavilələr üzrə icraçılara ödənilən məbləğlərlə bağlı sübutlar təqdim edilmiş, həmin pul vəsaitlərinin zərər kimi ilk iddia üzrə cavabdehdən tutulmasını xahiş edilmişdir.

60. Eyni zamanda ilk iddia üzrə cavabdehin nümayəndəsi işlərdə qüsurların olması, qüsurların aradan qaldırılması ilə bağlı iddiaçı tərəfindən podratçıya məlumatın verilmədiyini, hər hansı iradın bildirilmədiyini qeyd etsə də, həmin hal iş materialları ilə öz təsdiqini tapmır.

61. Müəyyən olunur ki, qüsurların aradan qaldırılması üçün tələb olunan məbləğ 1035912,76 (719772,57+316140,19 (305613,65+10526,54)=1035912,76) ABŞ dolları təşkil etmişdir. Həmin məbləğdən podratçıya ödənilməli olan məbləği çıxdıqda 862443 (1035912,76-173469,76=862443) ABŞ dolları məbləğ edir.

62. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 862443 ABŞ dolları məbləğində pul manatın ödəniş gününə məzənnə nisbəti ilə tutularaq İddiaçınə ödənilməlidir. Belə qənaətə gələrkən məhkəmə onu nəzərə almışdır ki, müqavilələrdən biri podratçı kimi Cavabdeh2 ilə bağlanmış, bəzilərində isə imza qoyulmuşdur. Hazırkı iş üzrə həm görülmüş işlər, həm edilmiş ödənişlərlə bağlı hansı hissənin hansı müqaviləyə aid olmasını müəyyən etmək mümkün olmadıığından, görülmüş işlər, edilmiş ödənişlər, yol verilmiş qüsurları ümumi şəkildə müəyyən etmək mümkün olduğundan məhkəmə hesab etmişdir ki, qeyd olunan məbləğ cavabdehlərdən müştərək qaydada tutulmalıdır.

63. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı 1018032,61 ABŞ dolları məbləğində vəsaitin cavabdehlərdən tutulmasını xahiş etsə də, iddia yuxarıda qeyd olunan əsaslara görə 862443 ABŞ dolları məbləğində pulun tutulması hissəsində təmin olunmalı, qalan hissədə isə təmin olunmamalıdır.

64. Məhkəmənin gəldiyi nəticəyə əsasən müstəqil tələb irəli sürən üçüncü şəxs X4 iddiası təmin olunmamalıdır. Belə ki, mübahisə bağlanmış podrat müqavilələrindən irəli gəldiyindən, X6 həmin müqavilələrdə tərəf olmadığından məhkəmə hazırkı nəticəyə gəlmişdir. Müqavilələr üzrə ödənişlərin X6 tərəfindən icra edilməsi müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının təmin olunması üçün əsas ola bilməz.

65. İlk iddia ilə bağlı gəlinən nəticə qarşılıqlı iddianın təmin edilməsini istisna edir. O baxımdan məhkəmə belə nəticəyə gəlir ki, qarşılıqlı iddia əsassız olduğundan təmin olunmamalıdır.

66. Ödənilmiş tələblərin məbləğinə müntənasib olaraq iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 400 (dörd yüz) manat pulun 328 manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, 72 (yetmiş iki) manat hissəsi isə İddiaçındən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir.

67. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 862443 ABŞ dolları məbləğində pul manatın ödəniş gününə məzənnə nisbəti ilə tutularaq İddiaçınə ödənilsin. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs X4 iddiası təmin edilməsin. Qarşılıqlı iddia təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 400 (dörd yüz) manat pulun 328 manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, 72 (yetmiş iki) manat hissəsi isə İddiaçındən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar