Məhkəmə qərarları › İş №e-2-2(113)-1511/2025

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1511/2025

17.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1511/2025 17.03.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Vəliyeva Nigar Rauf qızının katibliyi, İddiaçının nümayəndəsi/vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “podrat müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Cavabdeh” "xxxx" QSCdən İddiaçı MMC-nin xeyrinə müqavilə üzrə yaranmış 584 452, 39 ABŞ dolları (beş yüz səksən dörd min dörd yüz əlli iki ABŞ dolları otuz doqquz sent) məbləğin və1285 (bir min iki yüz səksən beş) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə məhkəmənin hazırlıq iclası xx.xx.2025-ci il tarixə, saat 11:30-a təyin edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 03 avqust 2012-ci il tarixdə bir tərəfdən Azərbaycan Respublikası qanunları ilə təsis olunmuş bir təşkilat olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra "Cavabdeh" və ya öz adı ilə adlandırılacaq) və digər tərəfdən fəaliyyət göstərən İddiaçı MMC (bundan sonra “İddiaçı” və ya öz adı ilə adlandırılacaq) arasındadartı yarımstansiyaları, elektrik təchizatı və digər əlaqəli komponentlər (qurğular) daxil olmaqla Bakı-Böyük Kəsik dəhlizi üzrə 25 kv 50 hz sistemin zavod layihələndirilməsi, təchizatı və quraşdırılması ilə bağlı müvafiq qurğu/avadanlıqların layihələndirilməsi, istehsalı, sınağı, quraşdırılması, tamamlanması və təhvil verilməsi işlərinin İddiaçı MMC tərəfindən yerinə yetirilməsinə dair AZRTTFP-DSİ-PQ-2İCB nömrəli müqavilə imzalanmışdır. Müqavilə şərtlərinə əsasən, müəyyən məbləğ müqabilində “İddiaçı”nın Bakı-Böyük Kəsik dəmir yolu dəhlizində elektrik təchizatı və bununla əlaqədar digər işlərin görülməsi nəzərdə tutulmuşdur. “İddiaçı” müqavilə üzrə öhdəliklərin icraetməsinə və aktlarlatəhvil verməsinə baxmayaraq, “Cavabdeh” müqavilə öhdəliklərini lazımıncaicraetməməkdədir. Məhkəmənin diqqətinə “İddiaçı”tərəfindən görülmüş işlər barədə aşağıdakı məlumatlar çatdırılır. Qeyd edilən müqaviləyə edilən əlavələr çərçivəsində göstərilən dəmir yolu dəhlizinin İ və İİ bölmələrini əhatə edən Böyük KəsikGəncə və Gəncə-Ucar hissəsində inşa olunan və quraşdırılan obyekt, qurğu, avadanlıq və şəbəkələrin tikintiləri tamamlanmış, onlar funksional və zəmanət sınaqlarından keçirilmişdir. Həmin bölmələrdə tikintisi başa çatdırılmış obyekt və qurğuların istismara qəbul aktları bu məqsəd ilə "xxxx" QSC-nin xx.xx.2021-ci il tarixli 60128 nömrəli və xx.xx.2022-ci il tarixli 154987 nömrəli əmrləri ilə yaradılmış istismara qəbul komissiyalarının üzvləri tərəfindən imzalanmış və ADY rəhbərliyi tərəfindən təsdiq olunmuşdur. Bununla da İ və İİ bölmələri istismara qəbul edilmiş və həmin sahələrdə qatarların dəyişən cərəyanda hərəkətləri təmin edilmişdir. 2023-cü ilin fevral ayında "xxxx" QSC-nin müvafiq qurumları tərəfindən dəmir yolunun istismara qəbul edilmiş Böyük Kəsik- Gəncə hissəsində SCADA sisteminin Gəncə dispetçer mərkəzindən idarə olunmasının təmin olunması tələbi irəli sürülmüşdür. Obyekt üzrə qüsürlara görə öhdəlik müddətinin keçməsinə baxmayaraq tələb İddiaçı MMC tərəfindən qəbul edilmiş və lazımı tədbirlər görülərək sistemin Gəncə dispetçer mərkəzindən idarə olunması əyani şəkildə "xxxx" QSC-nin məsul nümayəndələrinə nümayiş etdirilmişdir. Müqavilə şərtlərinə görə və tərtib edilmiş maliyyə cədvəli üzrə Bakı-Böyük Kəsik dəmir yolu dəhlizinin 4 bölməsi üzrə hər bölmə üçün 1 461 130,97 ABŞ dolları olmaqla ümumilikdə 5 844 523,86 ABŞ dolları məbləğində sınaq zəmanəti üçün vəsait saxlanılması qeyd olunmuşdur. Beləliklə, İ bölməni əhatə edən Böyük Kəsik-Gəncə hissəsi üzrə sınaq üçün saxlanılan vəsait tam həcmdə ödənilmiş, İİ bölməni əhatə edən Gəncə-Ucar hissəsi üçün sınaq üçün saxlanılan vəsaitin 60%-i (876 678,58 ABŞ dolları) ödənilmiş, qalan 40%-nin (584 452,39 ABŞ dolları) isə SCADA sisteminin Gəncə dispetçer mərkəzindən idarə olunmasının sınağından sonra ödəniləcəyi bildirilmişdir. Həmin sınaq yuxarıda qeyd olunduğu kimi keçirilmiş və 24 fevral 2023-cü il tarixli aktlarəsmiləşdirilmişdir. “Cavabdeh” yuxarıda qeyd olunan məsələlər ilə əlaqədar olaraq bu günədək ümumilikdə “İddiaçı”-ya584 452,39 ABŞ dolları dəyərində olan maliyyə vəsaiti ödəməli olduğu halda, həmin maliyyə vəsaitini ödəməkdən yayınaraq “İddiaçı”nı maliyyə çətinlikləri ilə üzləşməyə və üçüncü şəxslər qarşısında üzərinə götürdüyü öhdəlikləri icraedə bilməməsinə səbəb olmuşdur. Bildirmək istərdik ki, mübahisə ilə bağlı "xxxx" QSC-yə tərəfimizdən xx.xx.2024-cü il tarixdə №1/0260 nömrəli pretenziya məktubu göndərilmişidr. Yuxarıda qeyd olunanlar barədə “Cavabdeh”ə dəfələrlə şifahi və yazılı müraciətlər olunmasına və mübahisənin məhkəməyə qədər dinc yolla həll edilməsi cəhdlərinə baxmayaraq, müsbət nəticə əldə olunmamışdır. Cavabdehin nümayəndəsi vəsatət ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, hesab edir ki, məhkəmə Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsini rəhbər tutaraq iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarmalıdır. Belə ki, cavabdeh ADY ilə İddiaçı MMC arasında “Dartı yarımstansiyaları, elektrik təchizatı və digər əlaqəli komponentlər daxil olmaqla Bakı- Böyük Kəsik dəhlizi üzrə 25 kv 50 hz sistemin zavod layihələndirilməsinin, təchizatının və quraşdırılmasının satınalınması üzrə” 03.08,2012-ci il tarixli AZRTTFP-DSİ-PQ-2İCB nömrəli müqavilə bağlanmışdır. X4 46.1-ci maddəsinə (Mübahisələr və arbitrajlar) əsasən mübahisələr Ümumi Şərtlərin 46.3-cü alt-bəndinə müvafiq olaraq həll edilməsi üçün X1 çıxarıla bilər. Tərəflər Xüsusi Şərtlərdə göstərilmiş tarixlərdə X6 təyin etməlidir. Müqavilənin A X3 Mexanizmi (MHM) Razılaşmasının ümumi şərtləri əks olunub. Əlavəyə əsasən iddiaçı və cavabdeh müqaviləyə daxil olmuşlar, hansı ki, “Müqavilə” adlandırılır və özündə bu Əlavəni daxil edən X5 Razılaşmasını təyin etmişlər. Qeyd olunan Əlavənin 9-cü maddəsinə əsasən mübahisələr Hazırkı X5 Razılaşmasından yaranan və ya onunla bağlı istənilən mübahisə və iddialar, yaxud da bu Razılaşmanın pozulması, xitamı və ya etibarsızlığı ilə bağlı mübahisə və iddialar yekun olaraq arbitraj institutu tərəfindən həll olunmalıdır. Əgər heç bir arbitraj institutu barəsində razılıq yoxdursa, arbitraj prosesi Beynəlxalq Ticarət Palatasının Arbitraj Qaydaları altında arbitraj qaydalarına müvafiq olaraq təyin olunmuş bir arbitr tərəfindən aparılmalıdır. Digər Əlavədə isə X5 üzrə təlimatlar qeyd edilmişdir. X4 46.5-ci maddəsinə əsasən XŞ-də əksi göstərilməyincə, MHH-nin qərarının yekun qərara çevrilmədiyi və tərəflər üçün məcburi hüquqi qüvvəyə malik olmadığı hallarla bağlı istənilən mübahisələr yekun olaraq arbitraj instansiyasında həll edilməlidir. Qeyd olunanlara əsasən məlum olur ki, iddiaçının hər hansı bir mübahisəsi yarandığı zaman o X5 (MHM) Razılaşmasını rəhbər tutub mübahisənin həlli istiqamətində addımlar atmalı, Razılaşmanın pozulması ilə bağlı arbitraj institutuna müraciət etməli idi. Həmçinin Müqavilə ilə bağlı istənilən mübahisə yarandıqda iddiaçı məhkəməyə deyil, arbitraj instansiyasına müraciət etməli idi, lakin iddiaçı müqavilə şərtlərini kobud şəkildə pozmuş və müqavilənin şərtlərinə əməl etməmişdir. Yuxarıda göstərilənləri əsas tutaraq, İddiaçı MMC-nin cavabdeh "xxxx" QSC-yə qarşı “görülmüş işlərinin dəyərinin tam şəkildə ödənilməsinin tələb edilməsi” barədə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərinin geri qaytarılması barədə qərardad qəbul olunmasını məhkəmədən xahiş edir. İddiaçının nümayəndəsi cavabdehin vəsatət/ərizəsinə yazılı etirazı təqdim edərək bildirmişdir ki, İddiaçı MMC cavabdeh "xxxx" QSC-yə (AYD) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, müqavilə üzrə yaranmış 584 452, 39 ABŞ dolları ABŞ dolları məbləğin pulun və1285 manat dövlət rüsumunun cavabdeh "xxxx" QSC-yə (AYD) dən tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmin iddia əsasında Bakı Kommersiya Məhkəməsində 2(113)-1511/2025 №-li kommersiya işi başlanılmışdır. Hazırda cavabdeh "xxxx" QSC-nin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, İddiaçı MMC-nin iddia ərizəsinin və iddia ərizəsinə əlavə edilmiş sənədlərin iddiaçıya qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılır ki, iş üzrə tərəflər arasında “Dartı yarımsatnsiyaları, elektrik təchizatı və digər əlaqəli komponentlər daxil olmaqla Bakı Böyük Kəsik dəhlizi üzrə 25 kv 50 hz sisteminin zavod layihələndirilməsinin, təchizatınaın və quraşdırılmasının satınalınması üzrə” xx.xx.2012-ci il tarixli AZRTTFP-DSİ-PQ-2İCB №li müqavilə bağlanmışdır. X4 46.1- ci maddəsinə (Mübahisələrə və arbitrajlar) əsasən mübahisələr Ümumi Şərtlərin 46.3-cü alt bəndinə müvafiq olaraq həll edilməsi üçün X1 çıxarıla bilər. Tərəflər Xüsusi Şərtlərdə göstərilmiş tarixlərdə X6 təyin etməlidir. Müqavilənin A X3 Mexanizmi (MHM) Razılaşmasının ümumi şərtləri əks olunub. Əlavəyə əsasən iddiaçı və cavabdeh müqaviləyə daxil olmuşlar, hansə ki, “Müqavilə” adlandırılır və özündə bu Əlavəni daxil edən X5 Razışmasını təyin etmişlər. Qeyd olunan Əlavənin 9-cu maddəsinə əsasən mübahisələr hazırki X5 Razılaşmasından yaranan və ya onunla bağlı istənilən mübahisə və iddialar, yaxud da bu Razılaşmanın pozulması, xitamı və ya etibarsızlığı ilə bağlı mübahisə və iddialar yekun olaraq arbitraj institutu tərəfindən həll olunmalıdır. Əgər heç bir arbitraj institutu barəsində razılıq yoxdursa, arbitraj prosesi Beynəlxalq Ticarət Palatasının Arbitraj Qaydaları altında arbitraj qaydadarına müvafiq olaraq təyin olunmuş bir arbitr tərəfindən aparılmalıdır. Digər Əlavədə isə Müıbahisələrin həlli Mexanizmi üzrə təlimatlar qeyd edilmişdir. X4 46.5-ci maddəsinə əsasən XŞ-də əksi göstərilməyincə, MHH-nın qərarının yekun qərara çevrilmədiyi və tərəflər üçün məcburi hüquqi qüvvəyə malik olmadığı hallarla bağlı istənilən mübahisələr yekun olaraq arbitraj instansiyasında həll edilməlidir. Göstərilənlərə əsasən cavabdeh hesab edir ki, iddiaçının açıdığı mübahisəyə məhkəmədə deyil, arbitraj instansiyasında baxılmalıdır. Hesab edirik ki, cavabdeh "xxxx" QSC-nin ərizəsinin dəlilləri əsasızdır. İddiaçı haqlı olaraq hazızrki iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş, Məhkəmə isə düzgün olaraq həmin iddia ərizəsini icraata qəbul edərək, kommersiya işi başlamışdır. Sözügedən Müqavilənin 6-cı əlavəsi imzalanan zaman müqavilə tərəfləri "xxxx" QSC və İddiaçı MMCdir. Hər iki hüquqi şəxs Azərbaycan Respublikasında qeydiyyata alınan hüquqi şəxslərdir. Hazırki iş üzrə iddianın predmeti də xx.xx.2012-ci il tarixli müqavilənin 6-cı Əlavəsi üzrə yaranmış borcların tələb edilməsidir. Tərəflər arasında bağlanmış Müqavilənin Xüsusi şərtlərinin 5.1-ci bəndinə görə, tərəflər Müqavilənin müvafiq olaraq təfsir olunacağı ölkənin qanunları olaraq Azərbaycan Respublikasını müəyyən etmişlər. Müqavilənin 46.5-ci maddəsinə əsasən, Müqavilənin Xüsusi Şərtlərində əksi göstərilməyincə, MHH-nın qərarının yekun qərara çevrilmədiyi və tərəflər üçün məcburi hüquqi qüvvəyə malik olmadığı hallarla bağlı istənilən mübahisələr yekun olaraq arbitraj instansiyasında həll edilməlidir. Göründüyü kimi, Müqavilənin 46.5-ci maddəsinin mənasına görə, MHH-nın qərarının yekun qərara çevrilmədiyi və tərəflər üçün məcburi hüquqi qüvvəyə malik olmadığı hallarla bağlı istənilən mübahisələr yekun olaraq arbitraj instansiyasında həll edilməlidir. Lakin bu qayda Müqavilənin Xüsusi Şərtlərində başqa hal nəzərdə tutuldmadığı halda tətbiq olunur. Müqavilənin Xüsusi Şərtlərinin 46.5-ci maddəsinin “b” bəndinə görə isə ölkədaxili podratçılarla bağlanmış müqavilələr üçün arbitraj Sifarişçinin ölkəsinin qanunlarına müvafiq prosedurlarla aparılmalıdır. Qeyd olunan normanın tələbinin hazırda tərəflər arasında yaranmış mübahisənin həlli qaydadalarına tətbiqi nəticəsində müəyyən edilir ki, mübahisəyə Azərbaycan Respublikasında səlahiyyətli kommersiya məhkəməsində baxılmalıdır. Belə ki, tərəflər arasında yaranmış mübahisəni həll edən orqanla bağlı Müqavilənin Xüsusi Şərtində istisna nəzərədə tutulmuşdur ki, bu istisna ölkədaxili podratçılarla bağlanmış müqavilələr üçün arbitrajın Sifarişçinin ölkəsinin qanunlarına müvafiq prosedurlarla aparılmasıdır. Tərəflər arasında bağlanmış 6 AZRTTFP-DSİ-PQ-21GB №-li, xx.xx.2021-ci il tarixli müqavilə üzrə Sifarişçi Azərbaycan Respublikası qanunları ilə təsis olunmuş bir təşkilat olan "xxxx" QSC, Podratçı isə Azərbaycan Respublikasında birgə fəaliyyətdə olan “Optima Group Şirkəti və İddiaçı MMC-dir (OPTİMA-ATEF BFŞ) Hazırda İddiaçı MMC-nin ödənilməsini tələb etdiyi 584 452, 39 ABŞ dolları məbləğində pul da xx.xx.2021-ci il tarixdə bağlanmış və AZRTTFP-DSİ-PQ- 2İCB №-li, xx.xx.2012-ci il tarixli müqavilənin tərkib hissəsi olan 06 №-li Əlavə üzrə Sifarişçi olan cavabdehin tapşırığı ilə podratçı olan iddiaçının Azərbaycan Respublikası ərazisində gördüyü işlərin müqabilində sonuncuya haqqının ödənilməməsi nəticəsində yaranmış borcdur. Göründüyü kimi, iş üzrə İddiaçı MMC – ölkədaxili podratçı, Sifarişçi olan "xxxx" QSC də Azərbaycan Respublikasında təsis edilmiş hüquqi şəxsdir. Belə olan vəziyyətdə Müqavilədən yaranan mübahisənin Azərbaycan Respublikasının qanunlarına müvafiq prosedurlarla arbitraj trəfindən həll edilməsini tələb edir. Lakin Azərbaycan Respublikasının məhkəmə sistemində arbitraj məhkəmələri nəzərdə tutulmadığı üçün hər iki tərəfin sahibkarlıq fəaliyyətini həyata keçirmələrini, onlar arasında yaranmış mübahisənin məhz həmin sahibkarlıq fəaliyyətindən yarandığını, habelə cavabdehin hüquqi ünvanının Bakı şəhəri olduğunu nəzərə alaraq, hesab edirik ki, mübahisəyə aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. Çünki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-cü maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir (maddə 24.1). Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir (maddə 24.2). Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır (maddə 24.3). Həmin Məcəllənin 26-cı maddəsinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır (maddə 26.2) Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar (maddə 26.2). Bundan əlavə hazırki iş üzrə iddia ərizəsi artıq məhkəmə tərəfindən icraata qəbul edilib baxılmağa başlanılmışdığına görə, iddia ərizəsinin geri qaytarılması mümkün deyil. Çünki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1-ci maddəsinə əsasən hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri aşağıdakı hallarda geri qaytarır: 152.1.1. iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.1.2. iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda; 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə; 152.1.4. kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə; 152.1.5. müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; 152.1.6. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə; 152.1.6-1. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə; 152.1.7. bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə; 152.1.8. cavabdehdən borcun alınmasına dair iddialarda, əgər bu, qanuna, digər normativ hüquqi akta və ya müqaviləyə əsasən bank və ya digər kredit təşkilatı vasitəsi ilə alınmalıdırsa, banka və ya digər kredit təşkilatına müraciət edilməsinə dair sübut təqdim edilmədikdə; 152.1.9. iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda; 152.1.10. kommersiya mübahisələri üzrə iddia ərizəsi bu Məcəllənin 10-1.3-cü maddəsinin tələblərinə uyğun verilmədikdə. Göründüyü kimi, qanunvericilik iddia ərizəsinin iddiaçıya qaytarılması məsələsinin həllini yalnız həmin ərizə icraata qəbul edilməsi mərhələsində mümkün etmiş, iddia ərizəsi icraata qəbul edildikdən və baxılmağa başlandıqddan sonra isə yuxarıda qeyd olunan hər hansı bir əsasla ərizənin iddiaçıya qaytarılmasını nəzərdə tutmamışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, İddiaçı MMC-nin iddia ərizəsinin və iddia ərizəsinə əlavə olunmuş sənədlərinin qaytarılması barədə cavabdeh"xxxx" QSC-nin ərizəsinin təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi ərizə/vəsatətini müdafiə edərək bildirmişdir ki, iddia ərizəsinə məhkəmədə baxılmalı olmadığı, tərəflər arasında yaranmış mübahisə arbitraj qaydasında həll edilməli olduğu üçün iddia ərizəsinin geri qaytarılmasını xahiş edir. Məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçının nümayəndəsi cavabdehin vəsatətinə dair verilmiş yazılı etirazın məzmununa uyğun çıxış edərək vəsatətin rədd edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatını dinləyib, cavabdeh tərəfin vəsatətini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, mübahisənin məhkəmədə həll edilməsinə dair cavabdeh tərəfindən etiraz daxil olduğu üçün iddia ərizə baxılmamış saxlanmalıdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 03.08,2012-ci il tarixli AZRTTFP- DSİ-PQ-2İCB saylı X4 46.1-ci maddəsinə (Mübahisələr və arbitrajlar) əsasən mübahisələr Ümumi Şərtlərin 46.3-cü alt-bəndinə müvafiq olaraq həll edilməsi üçün X1 çıxarıla bilər. Tərəflər Xüsusi Şərtlərdə göstərilmiş tarixlərdə X6 təyin etməlidir. Qeyd olunan müqavilənin “A” X3 Mexanizmi (MHM) Razılaşmasının ümumi şərtləri əks olunub. Əlavəyə əsasən iddiaçı və cavabdeh müqaviləyə daxil olmuşlar, hansı ki, “Müqavilə” adlandırılır və özündə bu Əlavəni daxil edən X5 Razılaşmasını təyin etmişlər. Qeyd olunan Əlavənin 9-cü maddəsinə əsasən mübahisələr Hazırkı X5 Razılaşmasından yaranan və ya onunla bağlı istənilən mübahisə və iddialar, yaxud da bu Razılaşmanın pozulması, xitamı və ya etibarsızlığı ilə bağlı mübahisə və iddialar yekun olaraq arbitraj institutu tərəfindən həll olunmalıdır. Əgər heç bir arbitraj institutu barəsində razılıq yoxdursa, arbitraj prosesi Beynəlxalq Ticarət Palatasının Arbitraj Qaydaları altında arbitraj qaydalarına müvafiq olaraq təyin olunmuş bir arbitr tərəfindən aparılmalıdır. Digər tərəfdən iş materiallarından görünür ki, cavabdeh işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair etiraz etmişdir. Məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə tərəflərin müqavilədə mübahisənin həlli üçün arbitraj şərtini müəyyən etdikləri halda, məhkəmələrin səlahiyyətli olubolmamasına gəldikdə, qeyd edilməlidir ki, MPM-in 259.0.5-ci maddəsinə əsasən qanuna müvafiq olaraq tərəflər arasında həmin mübahisənin münsiflər məhkəməsində baxılması üçün müqavilə bağlanmışsa və işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair cavabdeh tərəfindən etiraz daxil olarsa iddia ərizəsi baxılmamış saxlanılmalıdır. MPM-də və digər normativ hüquqi aktlarda əksər hallarda “arbitraj” sözü “münsiflər məhkəməsi” söz birləşməsi ilə eyni mənada istifadə edilmiş, həmçinin, qanunvericilik münsif sözünün anlayışını müəyyən etməmişdir. Arbitraj sözünün anlayışı isə “Beynəlxalq arbitraj haqqında” Azərbaycan Respublikası Qanununda verilmişdir. Qanunda qeyd edilir ki, arbitraj – daimi arbitraj idarəsi tərəfindən keçirilib keçirilmədiyindən asılı olmayaraq hər bir arbitraj deməkdir. Bununla yanaşı, bir sıra ikitərəfli beynəlxalq sazişlərdə də “arbitraj” və “münsif” sözləri sinonim kimi istifadə edilmişdir. Qanunvericilik tərəflər arasında mübahisəyə arbitrajda baxılması barədə razılığın əldə olunduğu hallarda da işə məhkəmədə baxılmasını istisna etməmiş, bunu işə mahiyyəti üzrə baxılanadək tərəflərin razılığından asılı etmişdir. Bu baxımdan konkret mübahisənin arbitrajda baxılması ilə bağlı müvafiq müqavilə şərtinin olmasına baxmayaraq, işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair cavabdeh tərəfindən etiraz daxil olarsa, ərizəyə MPM-nin 259.0.5-ci maddəsinin tələbləri qaydasında qiymət verilə bilər. Azərbaycan Respublikası MPM-nin: - 259.0.5-ci maddəsinə əsasən qanuna müvafiq olaraq tərəflər arasında həmin mübahisənin münsiflər məhkəməsində baxılması üçün müqavilə bağlanmışsa və işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair cavabdeh tərəfindən etiraz olarsa məhkəmə ərizəni baxılmamış saxlayır. - 260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə qeyd edir ki, tərəflər aralarında bağlanmış müqaviləyə əsasən mübahisələrin həlli qaydasına arbitraj şərti müəyyən edildiyi üçün və iş üzrə cavabdeh işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin Bakı Kommersiya Məhkəməsində həll edilməsinə dair yazılı etiraz verdiyi üçün hazırkı iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı “podrat müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinin verilməsinə görə xx.xx.2024-cü il tarixli, ********** saylı qəbzə əsasən ödənilmiş 1285 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar