Məhkəmə qərarları › İş №e-2-2(113)-1530/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1530/2023

05.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1530/2023 05.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı sığorta ödənişinin və dəbbə pulunun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16.560 manat sığorta ödənişinin və qətnamə qəbul olunan günə qədər hər gecikdirilmiş günə görə sığorta ödənişinin 0,1 faizi həcmində dəbbə pulunun, mediasiya rusumunun "xxxx" ASC-dən tutularaq İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2iddia müddətinin tətbiqi barədə verdiyi ərizənin nəzərə alınaraq iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə hesab edir ki, cavabdehdən qətnamə qəbul olunan günə qədər hər gecikdirilmiş günə görə sığorta ödənişinin 0,1 faizi həcmində dəbbə pulunun tutulması hissəsində iddiaçı "xxxx" ASC-nin iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, MPM-in: 149.2.3-cü maddəsinə görə iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. 150.1.2-ci maddəsinə görə iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. Hazırkı halda iddia ərizəsinin məzmunundan göründüyü kimi cavabdehdən tutulması tələb edilən qətnamə qəbul olunan günə qədər hər gecikdirilmiş günə görə sığorta ödənişinin 0,1 faizi həcmində dəbbə pulunun məbləği konkret göstərilməmiş, iddia verilərkən həmin hissədə iddia qiymətinə müvafiq məbləğdə dövlət rüsumu ödənilməmiş, eləcə də göstərilən nöqsanlar məhkəmə prosesi gedişində iddiaçı tərəfindən aradan qaldırılmamışdır. MPM-in 259.0.12. ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən dəbbə pulunun tutulması hissəsində İddiaçı iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı qarşı iddiası qətnamə qəbul olunan günə qədər hər gecikdirilmiş günə görə sığorta ödənişinin 0,1 faizi həcmində dəbbə pulunun tutulması hissəsində baxılmamış saxlansın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar