Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1536/2023 13.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “nəqliyyat vasitəsinə zərər vurulmasına görə kompensasiya pulunun tələbi”nə dair kommersiya mübahisəsi (açar sözlər: zərər, mediasiya xərci) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan, İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı “nəqliyyat vasitəsinə zərər vurulmasına görə kompensasiya pulunun tələbi”nə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" ASCdən iddiaçı Resant Group MMC-ya məxsus nəqliyyat vasitəsinə zərər vuralmasına görə 2714 manat, mediasiyasının keçirilməsi üçün 70 manat, iddia ərizəsini göndərilməsi üçün 57.84 manat, cəmi olaraq 2841.84 manat məbləğində olan pul vəsatinin tutularaq iddiaçı Resant Group MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 19 sentyabr 2022-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsinin nəticəsində "xxxx" ASC-də “Avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası” üzrə sığortalanmış “Toyota” marakalı 99TX270 dövlət qeydiyyat nömrəli avtomobil tərəfindən İddiaçı MMC-yə məxsus olan X8 YÜK markalı 99JP581 qeydiyyat nömrəli olan atomobilə 2714 manat məbləğində ziyan vurulumşdur. Əlavə olaraq, qeyd olunan məbləğ "xxxx" MMC tərəfindən hesablanılmışdır. Bundan başqa Məhkəmə Ekspertizası Kriminalistika Bürosu MMC-nin Ekspert rəyinə əsasən avotomobilə dəymiş cəmi zərər 2690 manat məbləğində hesablanmışdır. Cavabdehə kompensasiya pulun ödənilməsi ilə bağlı 14 oktyabr 2022-ci il tarixində pretenziya məktubu Onlayn Kargüzarlıq elektron program vasitəsi ilə göndərilmişdir. 29 noyabr 2022-ci il tarixində cavabdeh tərəfindən daxil olunmuş məktuba qeyd olunmuşdur ki, zərərin məbləği 330 manat hesablanmışdır. Lakın iddiaçı cavabdeh tərəfindən müəyyən olunduğu məbləği düzgün olmaması barədə əsaslı məktubu cavabdehə təqdim etmişdir. Cavabdehə iddiaçının daşınar əmlaka zərərin vurulmasının nəticəsində kompensasiya pulun ödənilməsi bağlı rəsmi şəkildə göndərilmiş müraciətlərə baxmarayaq, cavabdeh heç bir pul vəsaiti ödəməmişdir. Bununla əlaqədar cavabdehə 02 dekabr 2022ci il tarixində X4 barədə təklif göndərilmişdir. Sonra isə iddiaçı 22 dekabr 2022-ci il tarixində Bakı 1 saylı X5 Mediasiya Sessiyası üçün Ərizəsi təqdim etmişdir. Bakı 1 saylı Mediasiya Təşkilatı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 13 yanvar 2023-cü il tarixində arayış alınmışdır. İddiaçı mediasiyasının keçirilməsi üçün 70 manat məbləğində mediasiya dair xərci ödəmişdir.
3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdeh "xxxx" ASC-dən İddiaçı MMC-yə məxsus nəqliyyat vasitəsinə zərər vurulmasına görə 2714 manat və mediasiyanın keçirilməsi üçün 70 manat, cəmi 2784 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Ərizə onunla əsaslandırımışdır ki, iddia ərizəsinin xahiş etdim hissəsində mediasiyanın keçirilməsi üçün ödənilmiş 70 manat mediasiya xərci və 57.84 manat dövlət rüsumu cavabdehdən tələb edilmişdir. “Dövlət Rüsumu” haqqında qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. İddia ərizəsinin “xahiş etdim” hissəsini dəqiqləşdirmədə göstərilən kimi qəbul edilməsini, əlavə olaraq ödənilmiş 57,84 manat dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 iddianın məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsini xahiş etdi.
6. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməməyib və gəlməməyinin səbəbləri barədə məlumat verməmişdir.
7. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. Nəqliyyat vasitəsini qeydiyyat şəhadətnaməsindən görünür ki, Fiat Ducato markalı, **-JP-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin sahibi "xxxx" MMCdir (hazırki adı İddiaçı MMC).
10. Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş nəqliyyat vasitələrinin zədələnməsi barədə 005592 saylı arayışa əsasən Toyota markalı 90TX220 dövlət qeydiyyat nişanlı vasitəsi ilə Fiat Ducato markalı, **-JP-*** dövlət qeydiyyat nömrə nişanlı arasında baş vermiş yol nəqliyyat hasidəsi nəticəsində Toyota markalı avtomobilin sağ yan arxa tərəfi, Fiat Ducato markalı avtomobildə isə ön sağ tərəfinin zədələndiyi qeyd olunmuşdur.
11. "xxxx" ASC tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli dəymiş zərərin hesablanmasına dair aktda zərər Fiat Ducato markalı 99JP581 d.q.n nəqliyyat vasitəsinə dəymiş zərər 330 manat müəyyən edilmişdir.
12. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli ilkin qiymətləndirmə aktına əsasən Fiat Ducato markalı, **-JP-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin ehtiyyat hissələrinin qiyməti 2380 manat, işçilik toplam 334 manat olmaqla, toplam xərcin 2714 manat olduğu qeyd olunmuşdur.
13. “Məhkəmə ekspertizası kriminalistika bürosu” MMC-nin xx.xx.2022-ci il tarixli, 6110 saylı rəyinə əsasən Fiat markalı, **-JP-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin ehtiyat hissəsinə dəymiş zərərin bazar qiyməti 2380 manat, işçilik xidmətləri isə 310 manat və 2690 manat avtomobilə dəymiş ziyan müəyyən olunmuşdur.
14. İddiaçı MMC tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziyada MMC-yə məxsus olan 99JP581 qeydiyyat nömrəli “X8 Yük” markalı nəqliyyat vasitəsinə xx.xx.2022-ci il tarixində baş verdiyi yol-nəqliyya hadisəsinin nəticəsində 2714 manat məbləğində ziyan dəydiyi və bununla əlaqədar pretenziyanın göndərildiyi tarixdən 10 gün müddətində 2714 manat kompensasiyanın ödənilməsini tələb olunmuşdur.
15. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cüil tarixli qərardadı ilə tədqiqat obyektinə baxış keçirməklə və mülki işin materiallarına əsasən yolnəqliyyat hadisəsi zamanı **-JP-*** dövlət qeydiyyat nişanlı, “Fiat Ducato” markalı nəqliyyat vasitəsinə zərər vurulub-vurulmamasının və zərər vurulduğu təqdirdə zərərin məbləğinin müəyyən edilməsi məqsədi ilə təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasına təqdim olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in xx.xx.2023-cü il tarixli, 9/3486 saylı ekspertiza rəyi ilə "xxxx" MMC-nin tərtib etdiyi, xx.xx.2021-ci il tarixli ekspert rəyindəki məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2016-cı il buraxışlı “Fiat Ducato” markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmi-bərpa xərci avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 2292 manat müəyyən edilmişdir.
16. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
17. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin:
18. 1096-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
19. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər.
20. 883.1-ci maddəsinə görə sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
21. 904.1-ci maddəsinə əsasən sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir.
22. 904.2-ci maddəsinə əsasən sığorta məbləği icbari sığorta üzrə icbari sığorta qanunları ilə, könüllü sığorta üzrə sığorta müqaviləsi ilə müəyyənləşdirilir.
23. 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.
24. 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir.
25. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
26. 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir.
27. 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir.
28. “İcbari sığortalar haqqında” 24 iyun 2011-ci il tarixli AR Qanununun:
29. 50.1-ci maddəsinə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.
30. 52.1-ci maddəsinə görə avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur.
31. 53.1-ci maddəsinə görə mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar.
32. 53.4-cü maddəsinə görə icbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir.
33. 20.2-ci maddəsinə görə bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir.
34. 20.7-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına dəymiş zərərlə əlaqədar sığortalı və ya sığorta olunan, həmçinin üçüncü şəxsin bağlamış olduğu digər müvafiq sığorta müqaviləsinin tərəfi olan sığortaçı tərəfindən zərərçəkənə ödənilmiş məbləğ zərər məbləğindən az olduqda, sığortaçı sığorta ödənişini ödənilmiş məbləğlə zərər məbləği arasındakı fərq həcmində zərərçəkənə, ödənilmiş məbləğin əvəzini isə sığortalıya və ya sığorta olunana, yaxud da subroqasiya qaydasında tələb irəli sürmüş digər sığortaçıya verməklə həyata keçirir.
35. İlkin olaraq məhkəmə qeyd edir ki, cavabdeh tərəf məhkəmə iclaslarında iştirak etməmiş, “Toyota” markalı 99TX270 dövlət qeydiyyatlı nişanlı nəqliyyat vasitəsinin "xxxx" ASC tərəfindən sığortalanmasına dair hər hansı etiraz təqdim etməmiş, sadəcə dəymiş zərəri mübahisələndirərək, xx.xx.2023-cü il tarixində məhkəməyə vəsatət ilə müraciət edərək bildirmişdir ki, “İcbari sığortalar haqqında” AR Qanununun 16.2-ci maddəsinə əsasən sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Qanunun tələblərinə əsasən qeyd olunan avtomobilə dəymiş zərər "xxxx" ASC tərəfindən 330 manat məbləğində qiymətləndirilmişdir. "xxxx" MMC həmin məbləğlə razı olmadığı təqdirdə müstəqil ekspertizanın keçirilməsinin tələb edə bilərdi, lakin o, “İcbari sığortalar haqqında” AR Qanununun verdiyi hüquqlardan istifadə etməyərək məhkəməyə müraciət etmişdir. Hesab edirlər ki, işıq avtomobilə dəymiş zərər həddindən artıq şişirdilmişdir. Həmin qiymətlə razı deyillər. Qeyd olunanları nəzərə alaraq, mülki iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası təyin olunmasını xahiş etmişdir.
36. İşin yuxarıda göstərilən hallarına və göstərilən qanunvericilik normalarına əsasən müəyyən edilir ki, mülki məsuliyyəti cavabdeh "xxxx" ASC tərəfindən sığortalanmış “Toyota” markalı 99TX270 nəqliyyat vasitəsi tərəfindən törədilmiş mülki hüquq pozuntusu delikt nəticəsində İddiaçı MMC-yə məxsus avtomobilə maddi zərər dəymişdir. Nəticədə zərərçəkmiş şəxs İddiaçı MMC-yə məxsus nəqliyyat vasitəsinə zərər vurmuş “Toyota” markalı 99TX270 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyətini sığortalamış cavabdeh "xxxx" ASC-dən dəymiş zərərin ödənilməsini (sığorta ödənişini) tələb etmək hüququ yaranmışdır.
37. İşin mübahisəli halı isə sözügedən avtomobilə dəymiş zərərin məbləği ilə bağlı olmuşdur.
38. Belə ki, iddiaçı məhkəməyə "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli ilkin qiymətləndirmə aktını təqdim edərək Fiat Ducato markalı, **-JP-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin ehtiyyat hissələrinin qiyməti 2380 manat, işçilik toplam 334 manat olmaqla toplam xərcin 2714 manat olduğunu və həmin məbləği iddia edir, cavabdeh isə məhkəməyə “xx.xx.2022-ci il tarixli dəymiş zərərin hesablanmasına dair aktda zərərin 330 manat olmasını iddia edir və həmin məbləğdə sığorta ödənişinin verilməsinə etiraz etmir.
39. Bu səbəbdən məhkəmə tərəfindən yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobilə dəymiş maddi zərərin məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin MEM-in xx.xx.2023-cü il tarixli, 9/3486 saylı ekspert rəyinə əsasən zərərin məbləği 2292 manat olması müəyyən edilmişdir.
40. xx.xx.2023-cü il tarixli, 9/3486 ekspert rəyinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmənin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/3486 ekspert rəyi ilə razılaşmaması üçün heç bir əsas yoxdur, odur ki, həmin rəy iş üzrə mötəbər sübut kimi qəbul edilməlidir.
41. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı MMC cavabdeh "xxxx" ASC-dən dəymiş zərərin tutulmasını tələb etməkdə haqlıdır.
42. Məhkəmə ekspert rəyi nəzərə alınmaqla iddia tələbi üzrə dəymiş zərərin 2292 manat həddində müəyyən edilməsini qanuna uyğun hesab edir.
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
44. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1- 1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur.
45. Materiallardan da göründüyü kimi iddiaçı ilkin mediasiya sessiyasında iştirak etməklə bağlı 70 manat mediasiya xərci ödəmişdir.
46. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş mediasiya xərci cavabdehə aid edilməlidir.
47. Bundan başqa məhkəmə iddiaçının 57.84 manat dövlət rüsumunun qaytarılması xahişi ilə bağlı bir sıra məqamı qeyd etməyi zəruri hesab edir.
48. Belə ki, Azərbaycan Respublikası MPM-in 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir.
49. Qeyd olunan normadan da göründüyü kimi dövlət rüsumunun yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməsi nəzərdə tutulmuşdur. Lakin, iddiaçının məhkəməyə təqdim etdiyi "xxxx" ASC-nin ********* saylı, xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən göründüyü kimi ödənilən məbləğ elektron qaydada həyata keçirilməmişdir.
50. Bundan əlavə həmin ödəniş qəbzindən rüsumun hansı məhkəmə (məhkəmənin adı) üzrə ödənilməsi və iddia məbləğinin düzgün göstərilməməsi də rüsumunun hazırkı məhkəmə işinə aid olması müəyyən edilmir.
51. Beləliklə, iddiaçının 57.84 manat dövlət rüsumunun qaytarılması tələbi təmin edilə bilməz.
V. Nəticə:
52. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 2292 (iki min iki yüz doğsan iki) manat zərər məbləği və mediasiya xərcinin əvəzi olaraq ödənilmiş 70 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova