Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1563/2020 31.05.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlu, İddiaçı “xxxx” MMC-nin Cavabdeh MMC-yə qarşı müqavilə üzrə yaranmış borcun tutulması tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat barədə ərizəyə məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN E T D İ M: İddiaçı “xxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC ilə “xxxx” MMC arasında xx.xx.2019-cu il tarixli 055 saylı Xidməti Müqavilə üzrə yaranmış 44697 manat məbləğində yaranmış borcun Cavabdeh MMC-dən tutularaq “xxxx” MMC-nə verilməsinə dair, iddia ərizəsinin baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Abşeron rayonu Masazır Bələdiyyəsi ilə “xxxx” MMC arasında 01 saylı xx.xx.2019-cu il tarixli Müqavilə əsasında “Masazır Bələdiyyəsi” ərazisində yerləşən fərdi yaşayış evlərində yaşayan sakinlərə “məişət tullantılarının yaşayış və qeyri-yaşayış məntəqələrindən daşınması üzrə” xidməti müqavilə bağlanmış, lakin Cavabdeh MMC öhdəliklərini tam yerinə yetirməmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirən məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-4.1.2-ci maddəsinə əsasən, verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir: 284-4.2-ci maddəsinə əsasən, bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. 284-4.3-cü maddəsinə əsasən, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Göründüyü kimi kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialara sadələşdirilmiş icraat qaydasında baxılması nəzərdə tutulsa da, hazırki tələb isə 44697 manat məbləğində olduğundan ərizənin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası MPM-in 263 və 264-cü maddələrinə əsasən, QƏRARA A L D İ M: İddiaçı “xxxx” MMC-nin Cavabdeh MMC-yə qarşı müqavilə üzrə yaranmış borcun tutulması tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat barədə ərizənin qəbul olunmasından imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin 30 manat məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən ********* nömrəli, xx.xx.2020-ci il tarixli qəbz geri qaytarılsın. “xxxx” MMC-yə izah edilsin ki, kiçik iddialar üzrə sadələşdirilmiş icraat barədə ərizənin qəbul edilməsindən imtina olunması onun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verilməsinə mane olmur. Qərardaddan şikayət verilə bilməz. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1563/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1563/2020
31.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver