Məhkəmə qərarları › İş №e-2-2(113)-1583/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1583/2023

02.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1583/2023 02.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İş № e-2-2(113)-1583/2023 Azərbaycan Respublikasının adından QƏTNAMƏ 02 may 2023-cü il Bakı şəhəri Bakı Kommersiya Məhkəməsi Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə ödənilmiş məbləğin geri qaytarılması” tələbi barədə iddia ərizəsi üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən 14396.31 manat məbləğin, habelə gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğ olan 1572 manat məbləğin iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında xx.xx.2019-cu il tarixində və xx.xx.2020-ci il tarixində malların alqı-satqısına dair müqavilə bağlanmış və kommersiya hüquq münasibətləri həyata keçirilmişdir. Yuxarıda qeyd edilən müqavilələr üzrə cavabdehdən alınan məhsulların keyfiyyətində problemlər olduğu üçün müvafiq mallar cavabdehə təhvil-təslim aktları ilə təhvil verilmiş və həmin mallara görə tərəflərindən ödənilən pulun geri qaytarılması üçün cavabdehə elektron qaimələr göndərilmişdir. Adıçəkilən elektron qaimələr İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin onlayn kargüzarlıq sənəd dövriyyəsi vasitəsilə cavabdeh tərəfindən təsdiq edilmiş, lakin hazırkı günə qədər müraciətlərinə baxmayaraq bu qaimələr üzrə heç bir ödəniş edilməmişdir. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli 3932 nömrəli pretenziya ilə cavabdehə müraciət edilmiş və yuxarıda cədvəldə qeyd edilmiş qaimə məlumatları üzrə ümumi ödənilməli olan 14396.31 manat məbləğin xx.xx.2022-ci il tarixinədək İddiaçı MMC-yə ödənilməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən nəticə etibarilə heç bir ödəniş edilmədiyi üçün mediasiya haqqında AR Qanununun tələblərinə müvafiq olaraq ilkin mediasiya sessiyasında iddiaçı və cavabdeh iştirak etmiş və müvafiq prosesin davam etdirilə bilməməsi barədə Bakı 9 saylı Mediasiya sessiyasında məbləği 200 manat təşkil etmiş və iddiaçı tərəfindən tam həcmdə ödənilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə təqdim edilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh verdiyi izahatda bildirdi ki, həqiqətən mallar ona geri qaytarılmışdır. Lakin malların ziyan olmasında marketin özü də təqsirlidir. Belə ki, mallar vitrinlərdə düzgün sərgilənməmişdir. Rayonlar da 400-dən çox İddiaçı MMC fəaliyyət göstərir. O, hamısına nəzarəti həyata keçirə bilməz əlbəttə ki. Mallar anbara təhvil verirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - Alıcı qismində İddiaçı MMC və satıcı qismində Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, FTM/123 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə razılaşmalarla və dövri şəkildə verilən sifarişlərlə razılaşdırılmış miqdarda, çeşiddə, adda, keyfiyyətdə malı qəbul edib, bu müqavilənin 3.2-ci bəndində göstərilən şərtlərlə dəyərini ödəməyi öz öhdəsinə götürür. 2.1. Malın qiyməti və qiymətlərin qüvvədə olma müddəti qarşılıqlı razılaşdırılan qiymətlər cədvəli ilə (prayz-list) razılaşdırılır. - İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış EBA seriyalı 866943 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 535.50 manat, EDAL seriyalı 865295 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 760.41 manat, EBAL seriyalı 865546 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaiməyə 404.10 manat, EBAL seriyalı 864171 nömrəli xx.xx.2020-ci il tarixli 1350 manat, EBAM seriyalı 169381 xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 538.20, EBAM seriyalı 169448 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 687.60, EBAM seriyalı 224616 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 720 manat, EBAM seriyalı 223404 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 522 manat, EBAM seriyalı 221974 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 1849.50 manat, EBAM seriyalı 221691 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 468 manat, EBAM seriyalı 332377 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 720 manat, EBAQ seriyalı 048079 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 194.40 manat, EBAQ seriyalı 048217 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 275.40 manat, EBAV seriyalı 040096 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən 3105 manat, EBAV seriyalı 888286 xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 252 manat, EBAV seriyalı 888402 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 333 manat, EBAV seriyalı 888357 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 360 manat, EBAV seriyalı 888159 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 540 manat, EBAX seriyalı 002251 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 573.30 manat, EBBB seriyalı 203094 nömrəli xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 207.90 manat məbləğində ödənilmiş pulun geri qaytarılması xahiş edilmişdir. - İş materiallarına əlavə edilmiş qaimələrdən görünür ki, xx.xx.2021-ci il tarixdə 573.30 manat, xx.xx.2020-ci il tarixdə 939.60 manat, xx.xx.2020-ci il tarixdə 1350 manat, xx.xx.2020-ci il tarixdə 894.60 manat, xx.xx.2020-ci il tarixdə 1225.80 manat, xx.xx.2020-ci il tarixdə 1849.50 manat, xx.xx.2020-ci tarixdə 1440 manat, xx.xx.2020-ci il tarixdə 990 manat, xx.xx.2020-ci il tarixdə 469.80 manat, xx.xx.2020-ci il tarixdə 3105 manat, xx.xx.2020-ci il tarixdə 1485 manat, xx.xx.2020-ci il tarixdə 96.39 manat, xx.xx.2020-ci il tarixdə 141.30 manat, xx.xx.2020-ci il tarixdə 760.41 manat , xx.xx.2019cu ildə 343.80 manat və 279.90 manat, xx.xx.2020-ci il tarixdə 594 manat, xx.xx.2020-ci il tarixdə 751.50 manat məbləğində mallar İddiaçı MMC tərəfindən Cavabdeh geri qaytarılmışdır. - İş materiallarına əlavə edilmiş internet bankçılığı elektron qəbzlərdən məlum olur ki, İddiaçı MMC tərəfindən Cavabdeh hesabına xx.xx.2019-cu il tarixdə 3000 manat, xx.xx.2019-cu il tarixdə 4000 manat, xx.xx.2020-ci il tarixdə 1500 manat, xx.xx.2020-ci il tarixdə 1000 manat, xx.xx.2020-ci il tarixdə 500 manat, xx.xx.2020-ci il tarixdə 2023 manat, xx.xx.2020-ci il tarixdə 720 manat, xx.xx.2020-ci il tarixdə 900 manat, xx.xx.2020-ci il tarixdə 1620 manat, xx.xx.2020-ci il tarixdə 2500 manat, xx.xx.2020ci il tarixdə 750 manat, xx.xx.2020-ci il tarixdə 1000 manat, xx.xx.2020-ci il tarixdə 950 manat, xx.xx.2020-ci il tarixdə 1200 manat, xx.xx.2020-ci il tarixdə 1500 manat, xx.xx.2020-ci il tarixdə 1000 manat, xx.xx.2019-cu il tarixdə 1980 manat məbləğində ödəniş edilmişdir. - İddiaçı MMC tərəfindən xx.xx.2022-ci il tarixdə Cavabdeh 3932 nömrəli pretenziya qaydasında xəbərdarlıq məktubu ünvanlanaraq, 14396.31 manat məbləğində pulun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdehin İddiaçıya ona geri qaytarılmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış alğısatqı müqaviləsindən irəli gəlir Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi İddiaçıya alğı-satqı müqaviləsi və Mülki Məcəllənin sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; - 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Həmin Məcəllənin 587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə cavabdeh tərəfindən müvafiq qida məhsulları İddiaçı MMC-yə satılmışdır. Lakin həmin müqavilə üzrə alıcıya təhvil verilmiş malların bir qismi, ümumilikdə 14396.31 manat dəyərində mallar keyfiyyətsiz olması səbəbindən cavabdehə geri qaytarılmışdır. Belə ki, iş materiallarında olan malların geri qaytarılması barədə qaimələr və elektron qaimə fakturalar qeyd edilən faktı təsdiqləyir. Məhkəmə iclasında iştirak edən Cavabdeh özüdə bunu təkzib etməmiş, həqiqətən də iddia ərizəsində göstərilən məbləğdə malların ona geri qaytarıldığını qəbul etmişdir. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin alğı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə geri qaytarılmış mallara görə iddiaçıya 14396.31 manat manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 14396.31 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı eyni zamanda iddia tələbində cavabdehdən gecikdirilmiş vaxt üçün illik 5 % hesablanmaqla 1572 manat məbləğində pulun tutulmasını xahiş edir. Belə ki, iddiaçı tələbini bu hissədə MM-in 439,445-ci maddələri ilə əsaslandırılmağa çalışmışdır. Məhkəmə İddiaçının bu cür əsaslandırması ilə razılaşmır. Çünki MM-in 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. MM-in 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 9 iyul 2009-cu il tarixli Qərarında göstərmişdir ki, “MM-in 449.1-ci maddəsində əksini tapmış «ondan faydalanmağa görə» müddəası özgəsinin pul vəsaitinin qanunsuz saxlanılması, onu qaytarmaqdan boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində MM-in 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur; MM-in 449.3-cü və 449.4-cü maddələrində əksini tapmış «pul vəsaitindən qanunsuz istifadə» və «özgə vəsaitindən istifadə» müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcudluğu ilə şərtləndirilir”. Məhkəmə iddiaçının qanunvericiliyin qeyd edilən normasına istinad edərək 1572 manat məbləğinin tələbi hissəsində iddianı əsassız hesab edir. Beləliklə yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və cavabdehdən 14396.31 manat məbləğində pul tutularaq iddiaçı ya ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 14396.31 (on dörd min üç yüz doxsan altı manat otuz bir) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar