Məhkəmə qərarları › İş №e-2-2(113)-1584/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1584/2021

26.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1584/2021 26.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndələri X3 və X1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdehnə qarşı cavabdehdən 18648.66 AZN məbləğində dəymiş ziyan və 16531.59 AZN məbləğində cərimə olmaqla, ümumilikdə 35180.25 AZN məbləğində pul vəsaitinin, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında tərəflər aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsini xahiş etmişlər. Eyni zamanda tərəflər barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinin prosessual nəticələrinin onlara aydın olduğunu bildirmişlər. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış və tərəflərin imzası ilə təsdiqlənmiş xx xxxxx 2021-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər:

1. İddiaçı MMC: Cavabdeh MMC tərəfindən iddia tələbi üzrə 13000 AZN (on üç min manat) məbləğinin bu Barışıq Sazişi ilə müəyyən edilən qaydada və müddətdə ödənilməsi müqabilində mülki iddianı Barışıq Sazişi ilə bağlamağa razılığını bildirir.

2. Cavabdeh MMC: İddia tələbinin Barışıq Sazişi ilə bağlanması müqabilində İddiaçı MMC-yə 13000 AZN (on üç min manat) məbləğini iki (2) hissədə aşağıdakı qaydada ödəməyi öhdəsinə götürür. Birinci ödəniş 6500 AZN (altı min beş yüz manat) olmaqla xx.xx.2021 tarixinə kimi, ikinci ödəniş 6500 AZN (altı min beş yüz manat) olmaqla xx.xx.2021 tarixinə kimi İddiaçı MMC-yə ödənilməlidir. Cavabdeh qəbul edir ki, göstərilən tarixlərdə və məbləğdə ödənişləri icra etmədiyi təqdirdə, 18648,66 (on səkkiz min altı yüz qırx səkkiz manat altmış altı qəpik) AZN məbləğində dəymiş ziyanı tamamilə ödəməyi öhdəsinə götürür.

3. Tərəflərə məlumdur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 4 .Barışıq Sazişi məhkəmə tərəfindən təsdiq edildikdən soma qanuni qüvvəyə minir və icrası tərəflər üçün məcburidir.

5. X5 icra edilməməsi və ya lazımınca/vaxtlı-vaxtında icra edilməməsi icra icraatının başlanması üçün əsas şərtdir.

6. X4 tərəflərin hər birinə bir (1) nüsxə və Bakı şəhəri Kommersiya Məhkəməsində bir (1) nüsxə verilməklə 3 (üç) əsl nüsxədə imzalanmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və kommersiya iş üzrə icraata xitam verilsin:

1. İddiaçı MMC: Cavabdeh MMC tərəfindən iddia tələbi üzrə 13000 AZN (on üç min manat) məbləğinin bu Barışıq Sazişi ilə müəyyən edilən qaydada və müddətdə ödənilməsi müqabilində mülki iddianı Barışıq Sazişi ilə bağlamağa razılığını bildirir.

2. Cavabdeh MMC: İddia tələbinin Barışıq Sazişi ilə bağlanması müqabilində İddiaçı MMC-yə 13000 AZN (on üç min manat) məbləğini iki (2) hissədə aşağıdakı qaydada ödəməyi öhdəsinə götürür. Birinci ödəniş 6500 AZN (altı min beş yüz manat) olmaqla xx.xx.2021 tarixinə kimi, ikinci ödəniş 6500 AZN (altı min beş yüz manat) olmaqla xx.xx.2021 tarixinə kimi İddiaçı MMC-yə ödənilməlidir. Cavabdeh qəbul edir ki, göstərilən tarixlərdə və məbləğdə ödənişləri icra etmədiyi təqdirdə, 18648,66 (on səkkiz min altı yüz qırx səkkiz manat altmış altı qəpik) AZN məbləğində dəymiş ziyanı tamamilə ödəməyi öhdəsinə götürür.

3. Tərəflərə məlumdur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 4 .Barışıq Sazişi məhkəmə tərəfindən təsdiq edildikdən soma qanuni qüvvəyə minir və icrası tərəflər üçün məcburidir.

5. X5 icra edilməməsi və ya lazımınca/vaxtlı-vaxtında icra edilməməsi icra icraatının başlanması üçün əsas şərtdir.

6. X4 tərəflərin hər birinə bir (1) nüsxə və Bakı şəhəri Kommersiya Məhkəməsində bir (1) nüsxə verilməklə 3 (üç) əsl nüsxədə imzalanmışdır. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar