Məhkəmə qərarları › İş №e-2-2(113)-1639/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-1639/2023

01.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-1639/2023 01.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, X2 Fərzalı oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı-nin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı cavabdehdən 5.034.193,25 ABŞ dolları (beş milyon otuz dörd min yüz doxsan üç ABŞ dolları 25 sent) məbləğində pul vəsaiti və məhkəmə qətnaməsi çıxarılan günə olan uçot faiz dərəcəsinə uyğun olaraq hesablanmış faiz məbləğinin tutularaq iddiaçının hesabına ödənilməsi tələbinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı-nin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı cavabdehdən 5.034.193,25 ABŞ dolları (beş milyon otuz dörd min yüz doxsan üç ABŞ dolları 25 sent) məbləğində pul vəsaiti və məhkəmə qətnaməsi çıxarılan günə olan uçot faiz dərəcəsinə uyğun olaraq hesablanmış faiz məbləğinin tutularaq iddiaçının hesabına ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin geri qaytarılması barədə ərizəni məhkəməyə təqdim edərək iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi ərizəyə etiraz etmədiyini və işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyini bildirdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin ərizəsini və iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə iddia ərizəsinin baxılmamış saxlanılmasını mümkün hesab edir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.6, 263, 264, 267, 268, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə verilə bilər. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar