Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1714/2024 06.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Firmasının cavabdeh Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, X1 qızının katibliyi ilə, İddiaçı Firmasının Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Firması (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış ASP-18/09 nömrəli xx.xx.2019-cu il tarixli “X4” müqaviləsi əsasında iddiaçı tərəfindən cavabdehə ödənilmiş cəmi 601 000 manat (xx.xx.2019-cu il tarixdə ƏDV-siz 150.000 manat və 27.000 manat ƏDV olmaqla, xx.xx.2019-cu il tarixdə 424 000 manat nağd formada) pulun və hazırkı iddia ərizəsinin məhkəməyə verilməsi ilə bağlı ödənilmiş 891 manat məbləğində pulun əvəzinin cavabdehdən tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış ASP-18/09 nömrəli xx.xx.2019-cu il tarixli “X4” müqaviləsi üzrə xx.xx.2019-cu il tarixli RC seriyalı 004 nömrəli kassa mədaxil orderinin qəbzi ilə ödənilmiş 424 000 manat pulun və iddia ərizəsinin məhkəməyə verilməsi ilə bağlı ödənilmiş 891 manat məbləğində dövlət rüsumunun əvəzinin, yenə tərəflər arasında bağlanmış AP-10 nömrəli xx.xx.2019-cu il tarixli “Komissiya” müqaviləsi üzrə xx.xx.2019cu il tarixli 118034 nömrəli Ödəniş tapşırığı ilə ödənilmiş 272000 manat pulun və xx.xx.2019-cu il tarixli “Köçürmənin aparılması haqqında bildiriş”lə ƏDV qismində ödənilmiş 48960 manat pulun, xx.xx.2019-cu il tarixli 136076 nömrəli Ödəniş tapşırığı ilə ödənilmiş 150000 manat pulun və xx.xx.2019-cu il tarixli “Köçürmənin aparılması haqqında bildiriş”lə ƏDV qismində ödənilmiş 27000 manat pulun, cəmi 497960 manat pulun və həcmi artırılan iddia tələbinin məhkəməyə verilməsi ilə bağlı ödənilmiş 611 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, müqavilədə “Sifarişçi” adlanan Cavabdeh ilə müqavilədə “Podratçı” adlanan iddiaçı ”Kirs” firması arasında bağlanmış xx.xx.2019-cu il tarixli ASP-18/09 nömrəli “X4” müqaviləsinə görə bu müqavilənin ayrılmaz tərkib hissələri olan İş Proqramına, Qiymət Cədvəlinə və Vaxt Cədvəlinə əsasən, Sifarişçi yəni, cavabdeh "X2" MMC ünvan 1 ünvanında olan torpaq sahəsində “X4” yaşayış kompleksində 19 binanın (12-si 14 mərtəbəli, 7-si 8 mərtəbəli) inşası layihəsi üzrə işlərin görülməsini Podratçıya yəni, iddiaçı ”Kirs” firmasına sifariş edir, Podratçı isə Sifarişçinin sifarişini bu müqavilənin şərtlərinə uyğun surətdə yerinə yetirməlidir(Müqavilənin 16.1-ci bəndi). Müqavilənin şərtlərinə əsasən, müqavilə imzalandıqdan dərhal sonra Sifarişçinin digər xərcləri ilə əlaqədar olaraq, Podratçı tərəfindən Şifarişçiyə ƏDV xaric 574000 manat məbləğində ödəniş etməli olması nəzərdə tutulmuşdur (Müqavilənin 14.1-ci bəndinin “a” yarımbəndi). Müqavilə öhdəliklərini vicdanla yerinə yetirən Podratçı yəni, iddiaçı ”Kirs” firması müqavilə imzalanandan sonra Sifarişçi yəni, cavabdeh "X2" MMC-nə xx.xx.2019cu il tarixli elektron qaimə əsasında xx.xx.2019-cu il tarixdə ƏDV-siz 150.000 manat və 27.000 manat ƏDV olmaqla, cəmi 177 000 manat, 004№-li xx.xx.2019-cu il tarixli Kassa mədaxil orderinin qəbzi əsasında xx.xx.2019-cu il tarixdə isə nəqd formada 424.000 manat pul olmaqla, cəmi 601 000 manat pul ödəmişdir. Bununla da təsdiq edilir ki, müqavilə imzalanandan sonra Podratçı yəni, iddiaçı ”Kirs” firması tərəfindən Sifarişçi yəni, cavabdeh "X2" MMC-nə 177 000 manat + 424.000 manat olmaqla, cəmi 601 000 manat pul ödənmişdir. Müqavilədə “Sifarişçinin digər xərcləri” dedikdə nəyin nəzərdə tutulduğu, bu xərclərin konkret olaraq nədən ibarət olduğu, onun hazırkı müqavilənin vaxtında, tam və düzgün icrasına yönəlib-yönəlmədiyi aydın deyildir və orada 574000 manat pulun hansı işlərə (xidmətlərə) görə xərclənməsinin hesabatlılığı barədə də heç bir şərt yoxdur. Qeyd edilən müqavilədə göstərilən hüquqi imkanından sui-istifadə edən Sifarişçi yəni, cavabdeh "X2" MMC ona ödənilən 574000 manat pulun müqavilənin məqsədləri üçün hansı “digər xərcləri”nin ödənilməsinə yönəldiyinə dair Podratçı yəni, iddiaçı ”Kirs” firmasına indiyədək də heç bir məlumat verməmişdir. Tərəflər arasında müqavilə imzalandıqdan sonra Podratçı yəni, İddiaçı firmasının Sifarişçi yəni, cavabdeh "X2" MMC-nə ƏDV xaric 574000 manat pul ödəniş etməsinə baxmayaraq, sonuncu üzərinə düşən müqavilə öhdəliklərinin heç birini yerinə yetirməmişdir. Belə ki, Sifarişçi yəni, cavabdeh "X2" MMC müqavilə üzrə Daimi İşlərin yerinə yetirilməsi üçün planlaşdırma, zonalaşma və ya bənzər icazələri və layihələndirməni (İşçi Layihələri üçün yerli hakimiyyət orqanlarının bütün təsdiqləri daxil olmaqla) icranı başlamaq, həyata keçrmək və başa çatdırmaq üçün tikinti icazələri, elektrik xətti, su və qaz xətləri və digər kommunikasiya xidmətlərinə görə texniki şərtləri və ya Daimi işlərin aparılması və istismar edilməsi üçün tələb olunan icazələri və ya Spesifikasiyada, Sfarişçi yəni, cavabdeh "X2" MMC tərəfindən alınması göstərilmiş hər hansı digəri cazələri almamış (Müqavilənin 1.13-cü bəndinin “a” yarımbəndi), müqavilənin Başlanma Tarixindən 28 gün ərzində “Podratçı”ya yəni, iddiaçı ”Kirs” firmasına Sahənin bütün hissələrinə giriş və ona sahib olmaq hüququnu verməmiş (Müqavilənin 2.1-ci bəndi), sərəncamında olan Sahənin qrunt quruluşu və hidroloji şərtləri, o cümlədən, ətraf mühit aspektləri haqqında bütün müvafiq məlumatı təqdim etməmiş (Müqavilənin 4.8-ci bəndi), müvəqqəti və daimi İşlərin icra olunması üçün Sahənin sərhədlərinə bütün təchizat, su, kanalizasiya və digər kommunal təchizat xətlərinin gərginlik və təzyiq dərəcələri ilə təmin edilməsini təmin etməmiş (Müqavilənin 4.19-cu bəndi) və ünvan 1ndə yaşayış binalarının inşa ediləcəyi torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestri orqanında qeydiyyata alınmış hüququna dair sənədi, Əsas Çertyojları, Spesifikasiyanı, İş Proqramını, Qiymət Cədvəlini və Vaxt Cədvəlinə müqaviləyə əlavə etməmşdir. Müqavilə öhdəliklərinin yerinə yetirməsi barədə Podratçı yəni, iddiaçı ”Kirs” firmasının rəhbərliyi tərəfindən Sifarişçi yəni, iddiaçı "X2" MMC-nə telefon vasitəsilə əlaqələr, onun rəhbərliyi və digər məsul şəxsləri ilə birbaşa görüşlər zamanı edilən çoxsaylı müraciət, təklif və tələblər təəssüf ki, indiyədək nəticəsiz qalmışdır. Bununla da adıçəkilən müqavilənin şərtləri Sifarişçi yəni, cavabdeh "X2" MMC tərəfindən əhəmiyyətli dərəcədə və kobudcasına pozularaq yerinə yetirilməmiş, nəticədə isə Podratçı yəni, iddiaçı ”Kirs” firması müqavilə bağlanarkən ümid etdiyi gəliri əldə etməkdən məhrum olmuş və ona ciddi zərər dəymişdir. Ona görə də müqavilənin şərtlərini qəsdən pozan və ona əməl etməyən Sifarişçi yəni, cavabdeh "X2" MMC-dən ona ödədiyimiz574000 manat pulun geri qaytarılması dəfələrlə və təkidlə tələb edilməsinə baxmayaraq, həmin pul vəsaiti Podratçı yəni, iddiaçı ”Kirs” firmasına indiyədək geri qaytarılmamış və qanunsuz istifadə edilməkdədir.
İİ. Tərəflərin mövqeləri:
4. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qiyabi qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı tərəfindən cavabdehə ödənilmiş və hazırda geri tələb edilən məbləğlər üzrə iddiaçıya cavabdeh tərəfindən hər hansı bir xidmət göstərilməmişdir. Bu səbəbdən həmin vəsaitlər iddiaçıya geri qaytarılmalıdır.
5. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixdə məhkəməyə yazılı ərizə ünvanlayaraq sonuncu məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini göstərmişdir.
6. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.
8. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili Vəkil yazılı razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin nümayəndəsinin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
II. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
10. İddiaçı (podratçı) və cavabdeh (sifarişçi) arasında 18 sentyabr 2019-cu il tarixli ASP-18/9 nömrəli X4 Tikintisi müqaviləsi bağlanmışdır.
11. İddiaçı (podratçı) və cavabdeh (sifarişçi) arasında 10 iyul 2019-cu il tarixli AP-10 nömrəli X5 Tikintisi müqaviləsi bağlanmışdır.
12. Tərəflər arasında xx.xx.2019-cu il tarixli komissiya müqaviləsi imzalanmışdır.
13. xx.xx.2019-cu il tarixli ödəniş tapşırığı ilə iddiaçı tərəfindən cavabdehin hesabına 10 iyul 2019-cu il tarixli AP-10 saylı komissiya müqaviləsinə əsasən 272000 manat ödəniş edilmişdir.
14. xx.xx.2019-cu il tarixli ödəniş tapşırığı ilə iddiaçı tərəfindən cavabdehin hesabına 10 iyul 2019-cu il tarixli AP-10 saylı komissiya müqaviləsinə əsasən 150000 manat ödəniş edilmişdir.
15. 02 oktyabr 2019-cu il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, iddiaçı tərəfindən cavabdehə ASP-18/09 saylı müqaviləyə əsasən 424000 manat pul ödənilmişdir.
16. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən iddiaçıya verilmiş 089024 nömrəli lisenziyadan görünür ki, iddiaçıya müddətsiz olaraq tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərini həyata keçirməyə icazə verilmişdir.
17. xx.xx.2019-cu il tarixli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, iddiaçı tərəfindən cavabdehin ƏSV sub-uçot hesabına 27000 manat köçürmə aparılmışdır.
18. xx.xx.2019-cu il tarixli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, iddiaçı tərəfindən cavabdehin ƏSV sub-uçot hesabına 48960 manat köçürmə aparılmışdır.
19. Cavabdeh tərəfindən iddiaçıya EBAA 542537 nömrəli xx.xx.2019-cu il tarixli 177000 manat (müqaviləyə əsasən göstərilmiş xidmətlərin dəyəri), EAAX 874860 nömrəli xx.xx.2019-cu il tarixli 320960 manat məbləğində (müqaviləyə əsasən göstərilmiş xidmətlərin dəyəri) elektron qaimələr təqdim edilmişdir.
20. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı tərəfindən cavabdehə ASP-18/09 nömrəli xx.xx.2019-cu il tarixli “X4” müqaviləsi üzrə xx.xx.2019-cu il tarixli RC seriyalı 004 nömrəli kassa mədaxil orderinin qəbzi ilə 424 000 manat, tərəflər arasında bağlanmış AP-10 nömrəli xx.xx.2019-cu il tarixli “Komissiya” müqaviləsi üzrə xx.xx.2019cu il tarixdə 272000 manat, xx.xx.2019-cu il tarixli “Köçürmənin aparılması haqqında bildiriş”lə ƏDV qismində 48960 manat, xx.xx.2019-cu il tarixdə 150000 manat və xx.xx.2019-cu il tarixldə ƏDV qismində 27000 manat vəsait ödənilmiş, lakin həmin razılaşmalar üzrə cavabdeh tərəfindən hər hansı iş icra edilməmiş, iddiaçıya hər hansı xidmət göstərilməmişdir.
21. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir (maddə 491.1). Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır (maddə 491.2). Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır (maddə 491.3).
22. Məhkəmə qeyd etmək istəyir ki, avans digər tərəfin qarşılıqlı öhdəliyin icra edilməsi üçün aparılan ödənişdir. Öhdəlik icra edilmədikdə bütün hallarda avans geri qaytarılmalıdır. Avansın öhdəliyi icra etməyən tərəfdə qalması əsassız varlanma kimi qiymətləndirilir.
23. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı tərəflər arasında bağlanmış 18 sentyabr 2019-cu il tarixli ASP-18/9 nömrəli və 10 iyul 2019-cu il tarixli AP-10 nömrəli müqavilələr üzrə iddiaçı tərəfindən cavabdehə beh deyil, avans ödənildiyi, ödənilmiş avansın müqabilində cavabdeh tərəfindən iddiaçıya ümumiyyətlə hər hansı xidmətin göstərilmədiyi müəyyən edildiyindən iddia tələbi əsaslıdır və təmin edilməlidir.
24. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 921960 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
25. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
26. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 1502 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.
IV. Nəticə:
41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, Məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 846000 manat məbləğində pul, 75960 manat ƏDV, ödənilmiş 1502 manat dövlət rüsumu, ümumilikdə 923462 (doqquz yüz iyirmi üç min dörd yüz altmış iki) manat məbləğində pul tutularaq İddiaçı Firmasına ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova