Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-173/2024 05.11.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı “X8 Elektrik Elektronik ve X5 Ticaret Limited” Şirkətinin Cavabdehnə qarşı ”pulun tutulması” tələbinə dair ilk, iddiaçı Cavabdeh “X8 Elektrik Elektronik ve X5 Ticaret Limited” Şirkətinə qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddiaları üzrə kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi, zərər, əldən çıxmış fayda) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə3, İddiaçının nümayəndəsi Mesut Özdemir, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı “X8 Elektrik Elektronik ve X5 Ticaret Limited” Şirkətinin Cavabdehnə qarşı “pulun tutulması” tələbinə dair ilk, iddiaçı Cavabdeh “X8 Elektrik Elektronik ve X5 Ticaret Limited” Şirkətinə qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddiaları üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı “X8 Elektrik Elektronik ve X5 Ticaret Limited” Şirkəti (bundan sonra – iddiaçı) Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, podrat müqaviləsi üzrə dəymiş zərər kimi 5 516 151.25 ABŞ dolları məbləğində (5 278 699.76 ABŞ dolları məbləğində zərər + 237 451.49 ABŞ dolları məbləğində gecikmə faizi) pul vəsaitinin və iddiaçı tərəfindən ödənilən 5 479 (beş min dörd yüz yetmiş doqquz) manat məbləğində dövlət rüsumu və 8 000 (səkkiz min) manat məbləğində vəkilə ödənilməli olan nümayəndəlik haqqının cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixində iddiaçı ilə cavabdehin İraqın Bağdad şəhərində yerləşən filialı arasında İCBA-0018 saylı X7 tikintisi ilə əlaqədar elektrik işlərinin görülməsinə aid podrat müqaviləsi imzalanmışdır. Layihənin müddəti 24 ay kimi müəyyən edilsə də, işlərin görülməsə 30 aya qədər uzanmışdır. Bu müddətdə iddiaçı üzərinə düşən layihə işlərini özü maliyyələşdirməyə və mal-materialı özü alıb gətirməyə məcbur qalmışdır. Yubanmanın əsas səbəbi cavabdehin binanın inşa edilməsində yaşadığı yubanmalar və ortaya girən COVİD-19 pandemiyası olmuşdur. İddiaçı öz üzərinə düşən bütün işləri layiqincə icra etsə də, cavabdeh iddiaçının fəaliyyətinə maneələr yaratmış, iddiaçının işçilərinin sahəyə buraxılmasına məhdudiyyət qoymuş, onun işçilərini qanunsuz şəkildə öz tərəfinə cəlb etmiş və xx.xx.2023-cü il tarixində müqavilənin birtərəfli qaydada ləğv etmək barədə bildiriş göndərmişdir. Bu ana qədər iddiaçı üzərinə düşən işlərin təxminən 90%-ni bitirsə və qarşılıqlı hesablaşmaların aparılmasına dair cavabdehə məktublar göndərsə də, cavabdeh nə görülmüş işləri qəbul etmiş, nə də iddiaçıya bu işlərə görə çatası muzdu ödəmişdir. İddiaçının müqavilənin sonlandırılmasına qədər olan real zərəri (məsələn, mal-material, işçilik və s.) 2 621 435 ABŞ dolları təşkil etmişdir. Bundan əlavə, müqavilənin vaxtından əvvəl birtərəfli qaydada ləğv edilməsi səbəbindən İddiaçıya əldən çıxmış fayda şəklində əlavə olaraq 2 557 264.79 ABŞ dolları məbləğində zərər dəymişdir. Beləliklə, sözügedən müqavilənin cavabdeh tərəfindən birtərəfli qaydada sonlandırılması nəticəsində iddiaçıya toplam 5 278 699.76 ABŞ dolları məbləğində zərər dəymişdir ki, iddiaçı bu məbləği və Azərbaycan Respublikası mülki qanunvericiliyi ilə nəzərdə tutulan aşağıda qeyd edilən faizlər ilə birgə cavabdehdən tələb edir. Podrat müqaviləsinin 21.1.3-cü bəndindən müqaviləyə cavabdeh tərəfindən birtərəfli qaydada xitam verildiyi təqdirdə artıq görülmüş işlərə görə iddiaçı ilə hesablaşmaların aparılması qaydası müəyyən edilsə də, cavabdeh müvafiq bildirişlərə məhəl qoymadan hər hansı hesablaşma aparmaqdan yayınmışdır. Nəticədə, iddiaçıya artıq görülmüş işlərə görə ödənilməyən muzd olaraq real zərər olaraq 2 621 435 ABŞ dolları, podrat müqaviləsi birtərəfli qaydada xitam edilməsəydi iddiaçının əldə edəcəyi əldə çıxmış fayda kimi 2 557 264.79 ABŞ dolları, toplam 5 278 699.76 ABŞ dolları məbləğində zərər dəymişdir.
3. İddiaçı daha sonra iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 5178640,58 ABŞ dolları məbləğində əsas borc və 388397 ABŞ dolları məbləğində faiz borcu, cəmi 5567037,58 ABŞ dolları məbləğində pulun, ilk iddia üzrə ödənilmiş 5524 manat dövlət rüsumu və 8000 manat məbləğində hüquqi xidmət haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbinin həcminin artırılması barədə ərizə məhkəməyə təqdim olunmuş yazılı açıqlama ilə belə əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC, görülmüş işlərin təhvil-təsliminin təşkilinə məqsədli şəkildə maneə yaratmışdır. Belə ki, SinerjiPro-nun gördüyü və böyük məbləğdə muzdun ödənilməsini nəzərdə tutan təhvil- təslim aktlarının tərtibi mərhələsində DAAX müqaviləyə əsassız olaraq birtərəfli qaydada xitam vermişdir. Nəticədə, SincrjiPro gördüyü işlərin işçilik haqlarını da əldə edə bilməmişdir. Ancak aylarla bu işçilərin əmək haqları SincrjiPro tərəfindən ödənilmişdir. Sübutlar: ödənilmiş əmək haqlarının ətraflı siyahısı və məbləğləri, bank ödəniş sənədləri, qəbzlər. SinerjiPro və DAAX-ın səlahiyyətli şəxslərinin imzaladığı 22 oktyabr 2022-ci il tarixli təhvil-təslim protokollarında (“Tutanak”) əksini tapmış materiallar üzrə birinci protokol (24 ədəd kabel qrupu) üzrə materialların qiyməti: 1.405.797,67 ABŞ dolları İkinci protokol üzrə materialların qiyməti: 877.492,05 ABŞ dolları Sübutlar: İş materiallarında olan 22 oktyabr 2022-ci il tarixli SinerjiPro və DAAX-m səlahiyyətli şəxslərinin imzaladığı təhvil-təslim protokolları (“Tutanak”), habelə Ekspert rəyi. Rəsmi qəbul edilmiş 3 təhvil-təslimi aktında (“Hakediş”) əksini tapmış işlər üzrə Quraşdırılmış malların qiyməti: 145.618,15 ABŞ dolları Sübutlar: İş materiallarında olan və DAAX-ın rəsmi olaraq qəbul etdiyi 3 təhvil-təslim aktı, habelə Ekspert rəyi. DAAX-ın faktiki qəbul etdiyi, ancaq imzalamaqdan heç bir əsas olmadan imtina etdiyi 4 nömrəli təhvil-təslim aktında (“Hakediş”) əksini tapmış işlər üzrə Təhvil verilmiş malların qiyməti: 179.954,02 ABŞ dolları Sübutlar; İş materiallarında olan və DAAX-ın heç bir əsas göstərmədən imzalamaqdan imtina etdiyi 4 nömrəli təhvil-təslim aktı, habelə ekspert rəyi MM maddə 770-ə görə, “Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul eciilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının'müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. DAAX-ın qanunsuz olaraq özündə saxladığı SinerjiPro-ya məxsus inventarın (“Dcmirbaş” əşyaların) dəyəri .Bu əşyalar SinerjiPro-ya məxsusdur və DAAX tərəfindən qanunsuz olaraq saxlanılmışdır. Hazırda həmin əşyaların yeri, hətta mövcud olub-olmadığı barədə məlumatlı deyilik. Həmin əşyaların dəyəri 195.947,95 ABŞ dollarına bərabərdir. Sübutlar: İş materiallarında olan SincrjiPro anbar üzrə məsul şəxsi Suat Yılmazın xx.xx.2022- ci il tarixində DAAX səlahiyyətli şəxsi Barış Öngelə göndərdiyi elektron poçt məktubu; 22 oktyabr 2022-ci il tarixli SincrjiPro və DAAX-ın səlahiyyətli şəxslərinin imzaladığı təhviltəslim protokolu (“Tutanak”); İnventarın qiymətini əks etdirən siyahılar; Ekspert rəyi. DAAXın təlimatı ilə görülmüş (kabel kanalı açma + tavan və divar borulama, zirzəmi koridorlarında 3.000 metr metal kabel tavaları montajları) işlərinin dəyəri Sadalanan işlər DAAX-ın təlimatı ilə SinerjiPro tərəfindən görülmüşdür. Bu işlər üzrə quraşdırılmış materialların dəyəri 105.959,43 ABŞ dolları, işçiliyin dəyəri 91.882,75 ABŞ dolları, cəmi 197.842,18 ABŞ dolları təşkil etmişdir. Sübut: Ekspert rəyi DAAX-m tələbi ilə SinerjiPro tərəfindən görülmüş dizayn işlərinin dəyəri Tərəflər arasında bağlanmış podrat müqaviləsinin 4.2-ci maddəsinə görə, “Bu müqavilə çərçivəsində Podratçıdan heç bir dizayn xidməti gözlənilmir”. Lakin müddətin daralması və layihənin icrası, DAAX-m tələbi ilə SinerjiPro dizaynları da düzəltmək məqsədilə əlavə işlər görməyə məcbur olmuş, nəticədə, həm əhəmiyyətli ölçüdə vaxt itirilmiş, həm də əvvəlcədən görülməsi mümkün olmayan əlavə məsrəfləri çəkməli olmuşdur. Dizayn işlərinin görülməsinə görə, SinerjiPro tərəfindən işçilərə 424.860,9 ABŞ dolları məbləğində əmək haqqı ödənilmişdir. Sübutlar: Dizayn işçilərinin adı və soyadları və aparılmış ödəmələrin tarix və məbləğlərini əks etdirən siyahı; həmin siyahıda göstərilmiş şəxslərin bank hesablarına ödəmələrin həyata keçirildiyini təsdiq edən elektron bank (Garanti Bankası) ödəniş sənədləri; Dizayn qrupuna daxil olan və layihıdə çalışmış yerli (İraqdan olan) işçilərə əmək haqqı ödəmələrinin həyata keçirildiyini təsdiqləyən sənədlər. Digər xərclər Podrat müqaviləsinin 9-cu maddəsinə görə, DAAX bir sıra xidmətləri, o cümlədən məskunlaşdırma/yerləşdirmə xidmətlərini yerinə yetirmək öhdəliyini daşıyır. Lakin SinerjiPro-nun sahəyə getdiyi andan etibarən işçi heyəti üçün kifayət sayda yerləşmə/məskunlaşma yeri hazırlanmamışdır. Buna görə də, SinerjiPro, öz işçiləri üçün məskunlaşma yerləri təşkil etməyə məcbur olmuşdur. DAAX-ın müqavilədən irəli gələn öhdəliyini icra etməməsi səbəbindən SinerjiPro baxımından əlavə vaxt itkisi və məsrəflər ortaya çıxmışdır. SinerjiPro tərəfindən göndərilmiş xx.xx.2021-ci il tarixli CBİ-COM-RPL-001 nömrəli məktubla da bu hallar DAAX- a bildirilmişdir. Eyni zamanda, DAAX-a ünvanlanmış Ankara 2-ci Notariat Ofisinin 7 sentyabr 2022-ci il tarixli 18467 nömrəli və 25 noyabr 2022-ci il tarixli 24772 nömrəli pretenziyalarında da bu xüsus öz əksini tapmışdır. Beləliklə, SinerjiPro çəkdiyi 61.000 ABŞ dolları kirayə haqqı, 217.353,37 ABŞ dolları ofis xərcləri, işçilərin İraqa girişi üçün ödənilmiş 30.353,13 ABŞ dolları gömrük xərci, işçilər üçün ödənilmiş 73.749,27 ABŞ dolları təyyarə bileti xərci və işçilərin miqrasiya məsələlərində hüquqi xidmət göstərmiş yerli vəkilə ödənilmiş 41.900 ABŞ dolları hüquqi yardım xərcinin əvəzini, ümumilikdə, 424.356,77 ABŞ dolları məbləğində vəsaitin ödənilməsini DAAX-dan tələb edir.
5. Cavabdeh ilk iddia ərizəsinə yazılı etiraz verib iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ərizəsində yubanmanın əsas səbəbi kimi binanın inşa edilməsində yubanmaların və “Covid-19” pandemiyasının olduğunu, cavabdeh tərəfindən işçilərin sahəyə buraxılmasına məhdudiyyət qoyulduğunu və cavabdehin onun fəaliyyətinə maneə yaratdığını qeyd etmişdir. İddiaçının mövqeyinə cavab olaraq bildirilir ki, cavabdeh tərəfindən əraziyə girişlə bağlı hər hansı məhdudiyyət qoyulmamış və hər hansı formada iddiaçının fəaliyyətinə maneə yaradılmamış, əksinə işin vaxtında yekunlaşdırması üçün iddiaçıya möhlət verilmişdir. Belə ki, Müqavilənin 4-cü maddəsinə əsasən, işin yekunlaşma müddəti müqavilə tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzaladığı gündən 24 ay təşkil edir. Bu müddət ərazinin təhvil verilməsi ilə başlayır və cavabdeh tərəfindən işin təsdiq edilib təhvil alınması ilə bitir. 12 fevral 2020-ci il tarixində tərəflər arasında imzalanmış protokol əsasında iddiaçı ərazini cavabdehdən təhvil almışdır. Müqavilənin 15-ci maddəsinə əsasən, iddiaçı müqavilədə göstərilən müddət ərzində qüsursuz və nöqsansız olaraq işləri təhvil verməyi qəbul edir və razılaşır. İddiaçı ərazini vaxtında təhvil alsa da, 24 ay müddətində işləri tam yekunlaşdıra bilməmiş və bununla bağlı cavabdeh tərəfindən 31 avqust 2022-ci il və 22 sentyabr 2022ci il tarixlərində Türkiyə Respublikasının notariat kontoru tərəfindən təsdiq edilmiş pretenziya məktubları iddiaçıya təqdim edilmiş, işlərin tamamlanması üçün ağlabatan möhlət verilərək ödənişlər dayandırılmışdır. Müqavilənin 18.2-ci maddəsinə əsasən, layihənin icrası mərhələsində gecikmə aşkar olunarsa, gecikmə aradan qaldırılanadək ödəmə dayandırıla bilər. ümumi gecikmənin və ya hər hansı bir mərhələdə baş verəcək gecikmənin 30 təqvim günü keçməsi halında cavabdeh iddiaçıdan gecikmə cəriməsi alaraq işi davam etdirmək və ya müqaviləni tək tərəfli xitam vermək və ya işi digər bir hüquqi və ya fiziki şəxsə iddiaçının adından və hesabına icra etdirmək hüququna malikdir. İddiaçı ərizəsində cavabdehin onun işinə maneə törətmiş olduğunu qeyd etsə də, cavabdehin bunu hansı formada etdiyini nə bildirmiş, nə də əsaslandırmışdır. Eyni zamanda bununla bağlı hər hansı sübut təqdim edilməmişdir. Göründüyü kimi, iddiaçı verilən möhlətlərə baxmayaraq işin icrasını özü gecikdirmiş. Müqavilə bağlanıldığı tarixdən xitam tarixinədək, 2 il ərzində işi tam həcmdə təhvil verməmişdir. Öz iddia ərizəsində üzərinə düşən bütün işlərin təxminən 90%-ni layiqincə icra etdiyini qeyd etsə də. İddiaçı qismən təhvil verdiyi işləri belə qüsurlu formada icra etmişdir. Belə ki, təhvil verilən işlərin keyfiyyətinin dəyərləndirilməsi məqsədi ilə Layihəyə mühəndislik xidməti göstərən ‘‘Meinhardt” Şirkəti tərəfindən 03 və 12 iyun 2023-cü il tarixlərində tərtib edilən uyğunsuzluq hesabatlarına əsasən, cavabdeh tərəfindən işlə bağlı istifadə edilən naqillərdə qüsurlar aşkar olunmuş, əraziyə gətirilən faktiki naqillər ilə təqdimat zamanı göstərilən nümunədəki naqillər arasmda ziddiyyətin olduğu, ağ naqillər yerinə qırmızı naqillərdən istifadə olunduğu məlum olmuşdur. Bununla da Cavabdeh qüsurlu materiallardan istifadə etməsi nəticəsində İddiaçıya 873 949 ABŞ dolları məbləğində zərər vurmuşdur. Bundan əlavə, layihəyə mühəndislik xidməti göstərən "xxxx" Şirkəti tərəfindən subpodratçının (İddiaçının) gördüyü işlərlə bağlı dəfələrlə podratçıya (Cavabdehə) xəbərdarlıq məktubları və bildirişlər göndərilmişdir. Bu fakt onu təsdiqləyir ki, iddaçı müqavilə üzrə öhdəliklərini davamlı şəkildə pozmuş və işi qüsurlu icra etməkdə davam etmişdir. Cavabdeh iddiaçının işçilərinə hər hansı təsir göstərməmişdir. İddiaçı ərizəsində işçilərin Cavabdehin təsirinə məruz qaldığım desə də. bunu hansı formada baş verdiyini nə bildirmiş, nə də əsaslandırmışdır. Xüsusilə, müqavilənin 7.3-cü maddəsinə əsasən, işçi heyətin maaşından, sığorta ödənişlərindən və digər bütün xərclərindən İddiaçı məsuliyyət daşıyır. Buna baxmayaraq, cavabdeh işlər daha da gecikməsin deyə işçilərin maaşlarını öz hesabına ödəmişdir. İddiaçının oldon çıxmış faydanın cavabdeh tərəfindən ödənilməsini tələb etmək hüququ yoxdur. İddiaçı ərizəsində Müqavilənin vaxtından əvvəl bir tərəfli qaydada ləğv edilmədiyi halda 2 557 264.79 ABŞ dollar məbləğində əldə edəcəyi gəliri əldən çıxmış fayda kimi Cavabdehdən tələb etmişdir. Bildirlir ki, iddiaçı gələcəkdə əldə edə biləcəyi gəlirlərin Cavabdehdən tələb etmək hüququnun olmadığını tərəflər arasında bağlanılmış müqavilə ilə təsdiqləmişdir. Belə ki, müqavilənin 21.1.3-cü maddəsinə əsasən, müqavilənin xitamı halında iddiaçının hələ görülməmiş işlər və ya təhvil-təslim edilməmiş materiallar, avadanlıqlarla bağlı hər hansı xərclər, təminat, əldən çıxmış fayda və ya istənilən adda digər ödənişlərin edilməsinə dair cavabdehdən hər hansı tələbi olmayacağını təsdiq və bəyan etmişdir. Buna baxmayaraq. İddiaçı Müqavilənin şərt və müddəalarına zidd davranaraq gələcəkdə əldə edə biləcəyi gəliri iddia ərizəsində cavabdehdən tələb etmişdir. İddiaçının ərizəsində tələb etdiyi real zərər məbləği əsassızdır. İddiaçı ərizəsində müqaviləyə xitam verilməsinə qədər olan real zərərin 2 621 435 ABŞ dollar təşkil etdiyini bildirsə də, qeyd olunan məbləğin hüquqi və maliyyə aspektini əsaslandırmamışdır. Bundan əlavə, iddiaçı tərəfindən ödənilməli olan xərclərdə gecikmələr olduğu üçün cavabdeh işin zamanında yekunlaşması məqsədi ilə müəyyən materialları öz hesabına almış və işin icrasına dair yaranmış digər xərcləri öz hesabına qarşılamışdır. Bu da onu deməyə əsas verir ki, cavabdeh tərəfindən edilmiş ödənişlər İddiaçının tələbində nəzərə alınmamışdır. Cavabdeh Müqavilənin xitamından sonra son hesablaşmanı aparmışdır. İddiaçı ərizəsində cavabdehin Müqavilənin xitamından sonra hesablaşma aparılmasından yayındığını qeyd etmişdir. Cavabdeh 08 may 2023-cü il tarixində Müqaviləyə uyğun olaraq son hesablaşmaya dair akt tərtib etmişdir. Buna baxmayaraq, İddiaçı qeyd edilən son hesablaşmada iştirak etməmiş, iddia ərizəsində isə bu halın tamamilə əksini bildirmişdir.
7. Daha sonra iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraicət edərək, 12 fevral 2020-ci il tarixli, İCBA 0018 saylı podrat müqaviləsi üzrə vurulmuş maddi zərər kimi 3 411 473 ABŞ dolları məbləğində pul vəsaitinin, 10.000 manat hüquqşünas xərclərinin və 3 695 manat məbləğində ödənilmiş dövlət rüsumunun “X8 Elektrik ve X5 Ticaret Limited” Şirkətindən tutularaq "Daax Construction” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsini xahiş etmişdir.
8. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, müqaviləyə əsasən Cavabdeh işləri 24 ay müddətində təhvil almalı olduğu halda Sinerji Pro işləri gecikdirmişdir. Bununla bağlı “Daax Construction“ tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara, xüsusilə 31 avqust 2022-ci il və 22 sentyabr 2022-ci il tarixlərində Türkiyə Respublikasının notariat kontoru tərəfindən təsdiq edilmiş pretenziya məktublarına və işin tamamlanması üçün verilən möhlətlərə baxmayaraq, Sinerji Pro işləri yekunlaşdırmamışdır. Buna görə də, “Daax Construction" Müqavilənin 21.1.3-cü maddəsinə əsasən, Türkiyə Respublikasının notariat kontoru tərəfindən təsdiq edilmiş 06 yanvar 2023-cü il tarixli bildirişlə Müqaviləyə bir tərəfli olaraq xitam vermiş və dəyən maddi zərərin ödənilməsini Sinerji Pro şirkətindən tələb etmişdir. Öz iddia ərizəsində üzərinə düşən bütün işlərin təxminən 90%-ni layiqincə icra etdiyini qeyd etsə də, Sinerji Pro şirkəti işləri Müqavilədə göstərilən qaydada və tarixdə Cavabdeh şirkətinə tam təhvil verməmiş, o cümlədən Müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək 'Daax Construction” şirkətinə maddi zərər vurmuşdur. Sinerji Pro şirkəti işləri Müqavilədə göstərilən müddətdə Cavabdeh şirkətinə təhvil verməmişdir. Müqavilənin 4-cü maddəsinə əsasən, işin yekunlaşma müddəti Müqavilə tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzaladığı gündən 24 ay təşkil edir. Bu müddət ərazinin təhvil verilməsi ilə başlayır və Cavabdeh şirkəti tərəfindən işin təsdiq edilib təhvil alınması ilə bilir. Qeyd edilir ki, 12 fevral 2020-ci il tarixində tərəflər arasında imzalanmış proıokol əsasında Sinerji Pro şirkəti ərazini Cavabdeh şirkətindən təhvil almışdır. Müqavilənin 15-ci maddəsinə əsasən. X9 göstərilən müddət ərzində qüsursuz və nöqsansız olaraq işləri təhvil verməyi qəbul edir və razılaşır. Sinerji Pro ərazini vaxtında təhvil alsa da, 24 ay müddətində işləri tam yekunlaşdıra bilməmiş və bununla bağlı Cavabdeh şirkəti tərəfindən 31 avqust 2022-ci il və 22 sentyabr 2022-ci il tarixlərində Türkiyə Respublikasının notariat kontoru tərəfindən təsdiq edilmiş pretenziya məktubları Sinerji Pro şirkətinə təqdim edilmiş, işlərin tamamlanması üçün ağlabatan möhlət verilərək ödənişlər dayandırılmışdır. Müqavilənin 18.2-ci maddəsinə əsasən. Layihənin icrası mərhələsində gecikmə aşkar olunarsa, gecikmə aradan qaldırılanadək ödəmə dayandırıla bilər. Ümumi gecikmənin və ya hər hansı bir mərhələdə baş verəcək gecikmənin 30 təqvim günü keçməsi halında Cavabdeh şirkəti Sinerji Pro şirkətindən gecikmə cəriməsi alaraq işi davam etdirmək və ya Müqaviləni tək tərəfli xitam vermək və ya işi digər bir hüquqi və ya fiziki şəxsə Sinerji Pro şirkətinin adından və hesabına icra etdirmək hüququna malikdir Buna baxmayaraq, Sinerji Pro şirkəti pretenziya məktublarına məhəl qoymamış və Müqavilə bağlanıldığı tarixdən xitam tarixinədak, 2 il ərzində işi tam həcmdə təhvil verməmişdir. Sinerji Pro şirkəti iş üçün tələb olunan həcmdə işçi qüvvəsini təmin etməmişdir. Belə ki, Sinerji Pro şirkəti işin təşkilini düzgün aparmamış, edilən xəbərdarlıqlara məhəl qoymamış və işçi qüvvəsini bütünlüklə cəlb etməyərək işin vaxtında görülməsini yubatmışdır. Müqavilənin 7.3-cü maddəsinə əsasən, Sinerji Pro şirkəti işin şərtləri və standartları üçün tələb olunan keyfiyyətdə, iş proqramının tələb olunan müddətdə icra olunması üçün kifayət edəcək sayda və işin icrası üçün tələb olunan lazımi peşəyə sahib işçi heyəti təmin etmək öhdəliyini daşıyır. Müqavilənin 15-ci maddəsinə əsasən. Sinerji Pro şirkəti Layihə üçün tələb olunan şərtlər və müddət ərzində birinci sinif işçilik anlayışına uyğun formada işləri yerinə yetirməlidir. Sinerji Pro şirkəti təhvil verdiyi işləri belə qüsurlu formada yerinə yetirmişdir. Belə ki, təhvil verilən işlərin keyfiyyətinin dəyərləndirilməsi məqsədi ilə Layihəyə mühəndislik xidməti göstərən "xxxx" Şirkəti tərəfindən 03 və 12 iyun 2023-cü il tarixlərində tərtib edilən uyğunsuzluq hesabatlarına əsasən, Sinerji Pro tərəfindən işlə bağlı istifadə edilən naqillərdə qüsurlar aşkar olunmuş, əraziyə gətirilən faktiki naqillər ilə təqdimat zamanı göstərilən nümunədəki naqillər arasında ziddiyyətin olduğu, ağ naqillər yerinə qırmızı naqillərdən istifadə olunduğu məlum olmuşdur. Bununla da Sinerji Pro şirkəti qüsurlu materiallardan istifadə etməsi nəticəsində Cavabdeh şirkətinə 873 949 ABŞ dolları məbləğində zərər vurmuşdur. Sinerji Pro şirkətinin öhdəliyi olduğu halda, Cavabdeh şirkəti işin icrası ilə bağlı yaranmış xərcləri öz hesabına qarşılamışdır. Müqavilə üzrə Sinerji Pro şirkətinin öhdəliyi olsa da, Cavabdeh şirkəti işçilərin maaşını öz hesabına ödəmişdir. Belə ki, müqavilənin 7.3-cü maddəsinə əsasən, işçi heyətin maaşından, sığorta ödənişlərindən və digər bütün xərclərindən Cavabdeh şirkəti məsuliyyət daşıyır. Buna baxmayaraq, Cavabdeh şirkəti işlər daha da gecikməsin deyə Sinerji Pro şirkətinin işçilərinin maaşlarını öz hesabına ödəmək məcburiyyətində qalmışdır. Bu da bir daha təsdiqləyir ki. Sinerji Pro şirkəti işin vaxtında təhvil verilməsi üçün tələb olunan işçi qüvvəsini təmin edə bilməmişdir. Bundan əlavə, Sinerji Pro şirkəti tərəfindən ödənilməli olan xərclərdə gecikmələr olduğu üçün Cavabdeh şirkəti işin zamanında yekunlaşması məqsədi ilə müəyyən materialları öz hesabına almış və işin icrasına dair yaranmış digər xərcləri öz hesabına qarşılamışdır. Beləliklə, Sinerji Pro şirkəti nəinki Müqavilə üzrə Cavabdeh şirkətinin işləri vaxtında təhvil almaq hüququnu pozmuşdur, hətta üzərinə düşən maliyyə öhdəliklərini vaxtında icra etməyərək iddiaçıya maddi zərər də vurmuşdur.
9. İddiaçı “X8 Elektrik Elektronik ve X5 Ticaret Limited” şirkəti qarşılıqlı iddia ərizəsinə yazılı etiraz verib qarşılıqlı iddia ərizəsinin rədd edilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Etiraz onunla əsaslandırılmışdır ki, SinerjiPro, podrat müqaviləsi üzrə elektrik materiallarının tədarükünü və bunların quraşdırıİmasına dair işlərin görülməsini öhdəsinə götürmüşdür. Sözügedən işin yerinə yetirilməsi, yəni elektriklə işləyəcək sistemlərin quraşdırılması ancaq mövcud bir binaya, tikiliyə .münasibətdə mümkündür. Məhkəməyə təqdim etdiyimiz video yazılardan da göründüyü kimi, DAAX-ın çatışmazlıqların tamamlanmasına dair xəbərdarlıqları (pretenziyalan) göndərdiyi tarixlərdə binanın qaba inşaatı hələ yekunlasdırılmamışdı. Bizdə olan məlumata və hazırkı etiraza əlavə edilmiş “Google Xəritələr" tətbiqi vasitəsilə 22 oktyabr 2023-cü il tarixində əldə edilmiş peyk görüntüsünə əsasən də, binanın hələ də yarımçıq vəziyyətdə olduğu təsdiqlənməkdədir. Podrat Müqaviləsinin “İşin müddəti, işə Başlama” adlı 4-cü maddəsində müqavilə müddətinin 24 ay olduğu təsbit edilmiş, bu müddətin verin təhvil verilməsindən etibarən başlayacağı göstərilmişdir. Bir podrat müqaviləsində də uyğun olan onsuz da işin görüləcəyi sahənin təhvili ilə işin görülmə müddətinin başlamasıdır. Lakin DAAX tərəfindən iş yeri vaxtında və lazımınca təhvil verilməmişdir. İş materiallarında olan 9 sentyabr 2023cü il tarixli DAAX əməkdaşı Orçun Akın tərəfindən SinerjiPro əməkdaşı və müdiri Volkan Eyiyə göndərilmiş elektron poçt məktubu ilə təsdiq edilir ki, yer təhvil aktı Podrat Müqaviləsinin bağlanmasından 1 (bir) il sonra tərtib edilmişdir. Layihənin davam etdirilməsi və qarşılıqlı müqavilə təməlli etimada söykənən münasibətlərə əsasən, bir il sonra ölkə müdiri Tan Aydın tərəfindən sözü gedən yer təhvil aktı imzalanaraq DAAX-a təqdim edilmişdir. Hər nə qədər, SinerjiPro iş sahəsinə. Müqavilənin bağlanmasından əvvəlki dövrdə ölçmə, mobilizasiya işlərinin əlaqələndirilməsi məqsədilə getmiş olsa da, DAAX-ın sahəni işin yerinə yetirilməsi üçün əksiksiz təhvil verməməsi səbəbindən işə tam şəkildə dərhal başlamaq imkanından məhrum olmuş, mobilizasiya dövrü çox gecikmişdir. Müqavilənin 9.1-ci maddəsinə görə, məskunlaşdırma xidməti DAAX tərəfindən təmin edilməlidir. Lakin Müqavilənin imzalandığı tarixdə iş sahəsi bu baxımdan da hazır edilməmiş, bu səbəbdən SinerjiPro-nun işçilərinin iş sahəsinə keçidindən sonra problemlər meydana gəldiyindən SinerjiPro öz hesabına məskunlaşdırma yeri təmin etməli olmuşdur. İş yerinin təhvili ilə əlaqədar yaranan bir çox nöqsan və əksiklik səbəbindən Müqavilənin 4.1-ci maddəsində nəzərdə tutulmuş mobizilizasiya dövrü uzanmış və DAAX-ın öhdəliklərini icra etməməsindən doğan əlavə məsrəflər meydana çıxmışdır. Bu xüsuslar, iş materiallarında olan SinerjiPro-nun xx.xx.2021 tarixli CBİ-COM-RPL-OOl istinad nömrəli məktubu, Ankara 2-ci Notariat Ofisinin 7 sentyabr 2022-ci il tarixli və 18467 nömrəli, 25 noyabr 2022-ci il tarixli və 24772 nömrəli pretenziyaları ilə DAAX-a bildirilmişdir. Müqavilədə nəzərdə tutulan işlərin yerinə yetirilməsi üçün hər şeydən vacib olan məqam hələ inşaat başlanmazdan əvvəl hazırlanmalı və planlaşdırılmalı olan dizaynlardır. Belə ki, əvvəlcə binada bütöv binanın memarlıq dizaynına uyğun olaraq elektrik layihəsinin dizaynı hazırlanmalı, bu layihədəki tələblərə müvafiq olaraq hansı elektrik sistemlərinə ehtiyac olduğu ən ideal şəkildə təsbit edilməli, sonrasında bütün bunlara uyğun olaraq mühəndislik biliyi tələb edən hesablamalar ilə zəruri material və avadanlıqlar müəyyənləşdirilməlidir. Dizayn mərhələsi bitdikdən sonra Podrat Müqaviləsinin predmetini təşkil edən bu avadanlıq və materiallar tədarük edilməklə mühəndislik dilində məna kəsb edən dizaynlar işi görəcək olan ustamn/işçinin başa düşəcəyi daha kiçik hissələrdən ibarət əməli layihələrə ("shop drowing"lərə) çevirilərək həyata keçirilir. Lakin Müqavilənin “Layihələr/Modellər (Mock-Up) İstehsallar" başlıqlı 12-ci maddəsinin 1-ci hissəsinin zəruri layihələrin 1 nüsxə formasında SinerjiPro-ya təhvil verilməli olması barədə açıq göstərişinə rəğmən layihələr təqdim olunmamışdır. Bu məqam, pretenziyaiarda DAAX-a bildirilmişdir. Müqavilənin bağlanması tarixindən kifayət qədər vaxt keçdikdən sonra Müqavilədə nəzərdə tutulmuş nəzarətçi müşavir/məsləhətçi şirkət olan CME şirkəti layihədən uzaqlaşdırılmış və onu əvəzləyən "xxxx" şirkəti idarə üçün məsləhətçi/nəzarətçi şirkət olaraq işə başlamışdır. Dizaynlar/layihələr "A-Uyğun; B-X2; C-Uyğun deyil; D-Qətiyyən qəbul edilə bilməz" şəklində təsnifləşdirilir və nəzarətçi şirkət tərəfindən qiymətləndirilir. “Meinhardt" şirkətinin işə başlaması ilə birlikdə sözü gedən dizaynların layihəyə uyğunsuz olduğu və əksəriyyətinə “C-Uyğunsuz" qiyməti verildiyi bildirilmişdir. Belə bir vəziyyətdə, SineıjiPro- nun həmin tarixə qədər uyğun olaraq bildiyi dizaynları rəhbər tutmaqla hazırladığı əməli layihələr də əhəmiyyətini itirmişdir. Bu dövrdən sonra layihə tam bir düyünə düşmüş, Müqavilənin 4.2-ci maddəsində açıq şəkildə "Bu müqavilə çərçivəsində Podratçıdan heç bir dizayn xidməti gözlənilmir" deyilməsinə baxmayaraq müddətin daralması və layihənin icrası üçün SinerjiPro dizaynları da düzəltmək məqsədilə əlavə işlər görməyə məcbur olmuş, nəticədə, həm əhəmiyyətli ölçüdə vaxt itirilmiş, həm də əvvəlcədən görülməsi mümkün olmayan əlavə məsrəfləri çəkməli olmuşdur. Müqavilənin predmetini təşkil etməyən və SinerjiPro-nun yerinə yetirdiyi müqavilədən kənar dizayn xidmətlərinin əvəzi DAAX-dan tələb edilsə də, hər hansı bir ödəniş edilməmişdir. Halbuki MM m. 753.3-ə görə. "Əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır”. Yeri gəlmişkən. Dizaynlarla bağlı problemlər Podrat Müqaviləsinin xitamından sonra belə hələ də davam etməkdədir. Dizaynların hazırlanmasına dair öhdəliyi DAAX-ın daşıdığı aşkardır. Layihəyə başlanmazdan əvvəl layihələrin lazımınca hazırlanmamasında DAAX-ın ağır təqsirinin olduğu ortadadır. İş materiallarında olan DAAX-ın səlahiyyətli şəxsi Atilla Gündüzün 8 avqust 2022-ci il tarixli elektron poçt məktubu dizayn dəyişikliklərinin hələ də davam etdiyini təsdiq edən hallara dair nümunələrdən yalnız biridir. Üstəlik, 12 mart-19 mart 2021-ci il tarixlərində DAAX-ın cavabdeh mühəndis və memarları ilə SinerjiPro-nun səlahiyyətli şəxsləri arasında aparılmış elektron poçt məktublaşmaları dizaynlarla bağlı problemlərin varlığını, burada meydana çıxan problemlərin Sinerji Pro tərəfindən aradan qaldırılmasının DAAX tərəfindən tələb edildiyini təsdiqləyir. Beləliklə də bu yazışmalar, dizaynlardakı çatışmazlıqları isbat etməklə Müqavilədən kənar işlərin Sinerji Pro-nun üzərinə qoyulduğuna dəlalət edir. Müqavilənin imzalandığı xx.xx.2020-ci il tarixində muzd məbləği 29.500.000 ABŞ dolları müəyyənləşdirilmişdi; xx.xx.2021-ci il tarixdə tərəflər arasında Əlavə-1 imzalanaraq muzd məbləği 19.521.656.58 ABŞ dollarına endirilmişdir. Aradakı təxminən 10 milyon ABŞ dolları məbləğindəki fərqin yaranma səbəbi. Smetada (BOQ) alınması SineıjiPro-nun üzərinə qoyulmuş materialların artıq DAAX tərəfindən əldə ediləcəyi barədə razılığa gəlinməsi olmuşdur. Müqavilənin 8.2-ci maddəsi Sifarişçi tərəfindən təmin ediləcək avadanlıqlar və materiallar və bunlarla əlaqədar şərtlər' adlanmaqdadır. Müqavilənin tərkib hissəsi olan Smetada (BOQ) və Əlavə-l-in Smetasında DAAX-ın təmin elməli olduğu materiallar açıq şəkildə öz əksini tapmışdır. Adı çəkilən materiallar vaxtında əldə edilmədiyi kimi qüsurlu (xətalı) satın almalara da yol verilmişdir. DAAX tərəfindən əldə edilməli olan materiallar elektrik işlərinin görülməsi üçün əhəmiyyətli əsas materiallar olduğundan; materialların vaxtında alınmaması səbəbindən yuxanda verilən nümunələrdə oldu&u kimi, dizayn prosesinin tamamlanması mümkün olmamışdır. Üstəlik, xətalı satın almalara vol verilməsi səbəbindən lavihənin dəyişdirilməsi zərurəti mevdana cıxmıs və əhəmiyyətli miqdarda əlavə xərc çəkilməli olmuşdur. Bu vəziyyət, 26 may-22 iyun 2021-ci ¡1 tarixləri arasında DAAX səlahiyyətli şəxsləri ilə SinerjiPro məsul şəxsləri arasındakı elektron poçt məktublaşmalarında bildirilmişdir. Yenə SinerjiPro X10 Ufuk Aydın, layihə müdiri Sadık Şentürk ilə DAAX Mexanik və Elektrik Layihələri Əlaqələndiricisi Feridun Pasinler arasındakı 29 may-24 iyun 2021-ci il tarixləri arasında aparılmış elektron poçt məktublaşmalarında DAAX tərəfindən səhv alman Fancoil (FCU) vahidlərinin bu səbəbdən ortaya çıxan problemləri ətraflı olaraq izah edilmiş, ancaq DAAX tərəfindən hər hansı düzəlişlər edilməmişdir. xx.xx.2022-ci il tarixli və SNJPRO-CBİ-109-22 istinad nömrəli bildiriş və iş materiallarında olan pretenzi yal ardan göründüyü kimi, xətalı və gecikdirilmiş satın almalar DAAX-a dəfələrlə bildirilmişdir. Bütün Dünyaya təsir göstərən Covid-19 Pandemiyasma baxmayaraq işlərin görülməsi təxirə salınmamış və ya fors-major hal maddəsi tətbiq edilməmişdir. Bu azmış kimi, bütün tələblərə baxmayaraq yeni iş proqramı formalaşdırılmamışdır. Müqavilə müddətinin bitməsinə rəğmən zəruri uzadılma aparılmamış, əsla bir X17 müəyyənləşdirilməmişdir. Covid-19 pandemiyası səbəbindən 2020-ci ilin mart ayı etibarı ilə iş sahəsində çalışma imkanı qalmamış, tikinti meydançasında fəaliyyət tamamilə dayandırılmış. 2020-ci ilin noyabr ayına qədər, təxminən 9 ay ərzində hər hansı bir iş görülməmişdir. Müqavilənin “işin dayandırılması" başlıqlı 20-ci maddəsinə görə, fors-major səbəb ortaya çıxdığı halda, tərəflərin görüşərək ortaq (müştərək) hesabat tərtib etmələri zəruri ikən, DAAX tərəfindən işin faktiki olaraq dayandırılmasından başqa hər hansı bir hərəkət edilməmişdir. Yenə, Müqavilənin “Forsmajor səbəblər və Təsirlər” başlıqlı 22-ci maddəsinin, həmin tarixdə işin mövcud olmuş mərhələsinə dair razılığın (uzlaşmanın) əldə olunmasının zəruriliyi barədə göstərişinə də əməl olunmamışdır. Bu azmış kimi, is müddəti və proqramında bu qədər əhəmiyyətli vaxt itkisinin bas verməsinə baxmavarao DAAX tərəfindən veni bir is proqramı hazırlanmamış və bütün tələblərə rəEmən uzadılma müddəti/isin bitmə tarixi müəyyənləşdirilməmişdir. SinerjiPro tərəfindən öz is proqramı pandemiva sonrası dövrdə də DAAX-a təQdim edilmişdir. Halbuki yalnız SinerjiPro-nun proqramının deyil, əlaqəli şəkildə işləməli olan digər subpodratçılar ilə birlikdə qarşılıqlı çalışmanın müəyyənləşdiriləcəyi X17nın Müqavilənin başlanğıcında olduğu kimi, yenidən tərtib edilməsi işin görülməsi baxımından mühüm əhəmiyyət kəsb edirdi. Bu zərurət onsuz da Müqavilənin 7.5-ci maddəsində "Digər subpodratçılarla işləmə" şəklində ayrıca tənzimlənmiş və DAAX-ın üzərinə xüsusilə qarşılıqlı iş proqramı hazırlamaq ilə işləmə əsaslarını müəyyənləşdirmə öhdəliyi qoyulmuşdur. Belə ki, bəzi ixtisas sahələrinin öz işini bitirməmiş SineıjiPro-nun işini icra etməsi mümkün deyildi, eyni zamanda, mexarpk işləri kimi bəzi işlərin SineıjiPro-nun görməli olduğu elektrik işləri ilə birlikdə yerinə yetirilməsi zəruri idi. Çünki bu işlər eyni nöqtədə (yerdə) görülməkdədir, məsələn: SinerjiPro-nun elektrik təsisatına aid sistemi keçirdiyi eyni nöqtədən (yerdən) havalandırma sisteminə dair avadanlıqlar keçirilməkdədir. Bu sistemlərin bir-birinə uyğun olması üçün hər iki ixtisas sahəsi işçilərinin ortaq çalışması tələb olunur. İş proqramının SinerjiPro tərəfindən mtltəmadi olaraq yeniləndiyi, DAAX-ın Müqavilənin müddətinin bitdiyini iddia etdiyi tarixdən sonra yeni iş proqramı tələb etməsi CBİ-DAAX-SNJ- LT-0010 nömrəli və 19 iyun 2022-ci il tarixli DAAX Layihə Koordinatoru Abdullah Salih Özdoğanın imzaladığı məktubla təsdiqlənir (iş materiallarına əlavə olunmuşdur). SinerjiPro-ya ödənilməli olan pul vəsaitlərinin ödənişi vaxtında və tam olaraq həyata keçirilməmişdir. SinerjiPro-nun Azərbaycan banklarından təqdim etmək istədiyi zəmanət məktubu qəbul edilməmişdir. SinerjiPro-nun Türkiyə banklanndan xx.xx.2021 -ci il tarixində zəmanət məktubu təqdim etməsindən sonra Müqavilənin 17.1-ci maddəsinə əsasən, 10 gün ərzində ödənilməli olan 10 faiz avans ödənişi belə gecikdirilərək həyata keçirilmişdir. Avans ödəməsinin Myqavilədəki mötəbər bank xüsusatına əsaslanılmaqla zəmanət məktubları qəbul edilmədiyindən Avans ödənişi Müqavilənin bağlanması tarixində 1 il sonra edilmiş, bu müddət ərzində SinerjiPro maliyyə planlaşdın İmasından ziyadə layihəni özü maliyyələşdirməyə məcbur olmuşdur. Bu hal, işdəki zəmanət məktubları və ödəmə sənədləri ilə təsdiq edilir. Tərəflərin qarşılıqlı etimadı və DAAX-ın ehtiyacı səbəbindən tərəflər arasında belə bir razılıq əldə edilmişdir: SinerjiPro nağd avans məbləğinin bir hissəsini qaytarır. DAAX isə, zəmanət məktublarının geri verilməsini təmin edir. Eyni zamanda, DAAX, qaytarılan avans məbləğinin layihənin davamı müddətində hissə-hissə Sinerji Pro-ya ödəməyi öhdəsinə götürmüşdür. Zəmanət məktubunun qaytarılmasına dair xx.xx.2021 -ci il tarixli DAAX səlahiyyətli şəxsləri Ruhi Şenel və Hüseyin Berkyürek elektron poçt məktubları və Hasan Gozal tərəfindən imzalanmış xx.xx.2021 -ci il tarixli məktub iş materiallarına əlavə edilmişdir. Zəmanət məktublarının qaytarılması ilə SinerjiPro tərəfindən xx.xx.2021 -ci il tarixində 500.000 ABŞ dolları və xx.xx.2021 -ci il tarixində 250.000 ABŞ dolları məbləğində pul vəsaiti DAAX-a geri verilmişdir. Qaytarma əməliyyatlarım təsdiqləyən bank ödəniş sənədləri iş materiallarına əlavə olunmuşdur. Lakin DAAX, layihənin davamı mərhələsində 750.000 ABŞ dolları məbləğində avans ödənişini həyata keçirməmişdir. Layihə davam etdiyi, müddətdə SinerjiPro tərəfindən görülmüş islərin təhvil-təslim aktlarının hazırlanmasına daima mane olunmuş. Müqavilənin 6,1-ci maddəsinə uyğun olaraq aylıq tərtib edilməli olan təhvil-təslim aktları hazırlanmamışdır. İş materiallarından da aydın olur ki. cəmi 3 ədəd təhvil-təslim aktı təsdiqlənmişdir. Buna görə də Sinerji Pro gördüyü işlər ilə təhvil verdiyi materialların əvəzini, yaxud Müqavilənin 8.3-cü maddəsinə əsasən almalı olduğu pul vəsaitini ala bilməmiş və ya çox gec ala bilmişdir. SineriiPro-nun 2022-ci ilin may ayında DAAX- a təqdim etdivi 4 nömrəli təhvil-təslim aktı üzrə ödəmə həyata keçirilməmişdir. Yuxarıda göstərilənlər bir daha təsdiq edir ki, işlərin vaxtında yerinə yetirilməməsində SinerjiPro-nun heç bir təqsiri olmamışdır. MM m. 445.5-ə görə, “Əgər öhdəlik borclunun təqsiri olmadan baş vermiş halların nəticəsində icra edilməzsə, hu, gecikdirmə sayılmır. AAX tərəfindən 31 avqust 2022-ci il və 22 sentyabr 2022-ci il tarixlərində göndərilən pretenziyalarda işin tamamlanması üçün möhlət (əlavə vaxt) verildiyi iddia edilsə də. bu hal. tamamilə həqiqətə ziddir. SinerjiPro-nun xx.xx.2022-ci il tarixindən sonra iş sahəsində çalışmasına əsla icazə verilməmişdir. İş materiallarında olan 4 və 29 sentyabr 2022-ci il tarixli aktlarla təsdiq edildiyi kimi, əvvəlcə, SinerjiPro-nun işçiləri təhdid edilmiş, onlara "DAAX-da çalışa biləcəklər i, əks halda, tikinti sahəsindən kənarlaşdırılacaqları" barədə xəbərdaqlıqlar olunmuşdur. SinerjiPro-nun sahə üzrə cavabdeh şəxsləri sahə işlərinə 4 sentyabr 2022-ci il tarixdən sonra cəlb edilməmiş, işçilərin bir hissəsi 4 sentyabr tarixində, digər hissəsi isə, 25 sentyabr tarixində DAAX-da işləməyə başlamışdır. Yenə iş materiallarına əlavə olunmuş X18 X19 Aydının video yazısından aydın olduğu kimi, 4 sentyabr 2022-ci il tarixində əlavədə təqdim edilən giriş kartları olan Sinerji Pro işçilərinin hamısının iş sahəsinə giriş kartları ləğv edilmişdir. Məhkəməyə təqdim etdiyimiz 26 sentyabr 2022-ci il tarixli video yazı ilə təsdiq edilir ki. SinerjiPro-nun layihələrə çıxışını təmin edən, işlərin aparıldığı serverlərə girişi bağlanmışdır. Eyni tarixlərdə, SinerjiPro-dan başqa 17 nəfərlik elektrik heyətinin sahəyə gətirildiyi müəyyənləşdirilmişdir. Bütün bunların nəticəsində SinerjiPro bir daha iş sahəsinə daxil ola bilməmiş, işləmək imkanından tam məhrum olmuşdur. Bu hərəkətləri ilə SinerjiPro-nun işləməsinə icazə verməyən DAAX-ın müqavilənin tamamlanması məqsədilə əlavə müddət (möhlət) verməsi barədə iddiası həqiqətə uyğun deyildir. Bu məqamlar. xx.xx.2022-ci il tarixli SNJPRO-CBİ-118-22 və SNJPRO- CBİ-117-22 istinad nömrəli bildirişləri, habelə Ankara 2-ci Notariat ofisinin 7 sentyabr 2022-ci il tarixli və 18467 nömrəli pretenziyası, Ankara 2-ci Notariat ofisinin 25 noyabr 2022-ci il tarixli və 24772 nömrəli pretenziyası, Ankara 2-ci Notariat ofisinin 24 yanvar 2023-cü il tarixli və 02324 nömrəli pretenziyası ilə DAX-ın diqqətinə çatdırılmışdır. Müqavilənin 8-ci maddəsində ətraflı şəkildə ifadə edildiyi kimi, SinerjiPro tərəfindən layihə predmetini təşkil edən materiallar təhvil verilməmişdən 15 gün əvvəl yazılı şəkildə DAAXa bildirilir, materialların daşıma və bütün gömrük əməliyyatları DAAX tərəfindən həyata keçirilir. Bu mənada, daşııpa və gömrük əməliyyatları zamanı materialların siyahısı DAAXa çatdırılmaqda və gömrük uyğunluğuna nəzarət edilməkdədir. Əks təqdirdə, materialların İraqa çatdırılması mümkün olmazdı. Sözügedən materiallar iş sahəsinə daxil olarkən DAAX və məsləhətçi şirkət tərəfindən materialların Müqaviləyə uyğunluğu ilə bağlı X3 (X6) tərtib edilərək materialların sahəyə çatdırılması təmin edilir. Yəni layihəyə və ya Smetaya uyğun olmayan hər hansı bir materialın onsuz da sahəyə gətirilməsi mümkün deyildir. Materiallar təkrar-təkrar nəzarətdən keçdikdən sonra sahəyə təhvil verilirdi. DAAX-ın qarşılıqlı iddiasında irəli sürdüyü SineıjiPro tərəfindən sahəyə qüsurlu material gətirildiyinə dair dəlili qəbul etmədiyimizi bildirmək istəyirik. Üstəlik, DAAX-ın SinerjiPro-nu iş yerindən çıxarmasından sonra qarşılıqlı üzləşmə aktı ilə bütün materiallar DAAX-ın cavabdeh şəxslərinin nəzarəti və razılığı ilə onların özlərinə təhvil verilmişdir (iş materiallarına əlavə edilmişdir). SinerjiPro-nun layihədən kənarlaşdırılmasından sonra ortaya atılmış qüsurlu material alınması səbəbindən zərər dəydiyi barədə iddiaların qəbulu yolverilməzdir. Digər tərəfdən, tərtib edilmiş üzləşmə aktlarında SinerjiPro-ya qaytarılmalı olan az miqdarda materiallar da bu günə kimi bizə təhvil verilməmişdir. Bundan başqa, görülmüş işlər həm DAAX, həm də nəzarətçi şirkət tərəfindən yoxlanılmaqda, bütün işlərin X11 (Method Statements) və NFİ formaları ilə təsdiqi həyata keçirilməkdə idi. Odur ki, qüsurlu bir materialın təhvili, yaxud qüsurlu bir işin görülməsi mümkün deyildir. DAAX-ın yetərli sayda və ixtisaslı işçilərin cəlb olunmadığına dair dəlili də yersizdir. Belə ki. Müqavilənin "İşçilər və Ümumi iş şəraiti” başlıqlı 7.3-cü maddəsinə əsasən, SinerjiPro çalışdıracağı işçilərin işə başlamasından əvvəl onlar barədə xülasə təqdim etməklə təsdiq almaqda, təsdiq ala bilmədiyi işçilərin işə başlamasına icazə verməməkdədir. DAAX-ın əməkdaşı Recep Çalışkanın 6 fevral 2021 -ci il tarixli elektron poçt məktubundan görüldüyü kimi, təqdim edilmiş onlarla işçidən yalnız iki nəfəri təsdiqlənməmiş, onlar da SinerjiPro tərəfindən işə cəlb olunmamışdır. Digər tərəfdən, yuxarıda ətraflı şəkildə izah edildiyi kimi, DAAX hər nə qədər keyfiyyətli və yetərli sayda işçi olmadığını iddia etsə də, SineriiPro-nun sahədə çalısan bütün əməkdaşlarını işə qəbul etmişdir. Bununla yanaşı SineırjiPro-da çalışan bəzi işçilər də bu gün belə DAAX tərəfindən işə qəbul edilməkdədir. Belə ki, X16 Layihəsində işlədikdən sonra isə xitam verilməsi səbəbindən SineriiPro-nun Azərbaycandakı işlərinə cəlb edilən Nazım Dal xx.xx.2023-cü il və Ferav Acar xx.xx.2023-cü il tarixlərində müqavilələrinə xitam verərək DAAX-da X16 isində calısmaüa başlamışlar. Adı çəkilən işçilərin vaxtı ilə SinerjiPro-da işləmələri və hazırda DAAX-da çalışmağa başlamalarını təsdiq edən sənədlər hazırkı etiraza əlavə edilmişdir. Üstəlik, məhkəməyə təqdim edilmiş işçi heyət giriş kartlarından da aydın olduğu kimi, sahədə həmişə işi görməyə kifayət edən yetərli sayda işçi çalışmış, işin gedişatına əsasən işçi sayı artırılmışdır. DAAX-ın yetərli savda və keyfiyyətdə işçilərin olmadığına dair dəlili həqiqətə uyğun deyildir. Sahədə kifayət sayda işçi çalışdığı ölkə müdiri Tan Aydın və Anbara görə cavabdeh şəxs Suat Yılmaz başda olmaqla layihədə iştirak etmiş bir çox işçinin şahid ifadələri ilə asanlıqla təsdiqlənə bilər. DAAX avans ödənişi başda olmaqla SinerjiPro-nuh ödənişlərini vaxtında və lazımınca həyata keçirməmişdir. Avans ödənişləri hesabına həyata keçirilməli olan ödəmə zamana yayılmış, ancaq lazımı qaydada SinerjiPro-ya ödənilməmişdir. Müqavilənin sonuna doğru birbaşa SinerjiPro-ya ödəniş etməkdən boyun qaçıran DAAX digər üçüncü şirkətlərdən aldığı satın almalara görə bilavasitə özü ödəniş həyata keçirmək qərarına gəlmişdir. Eyni qaydada, DAAX-da çalışmağa başlamaları ilə birlikdə işçilərin işin təbii axınına görə içəridə saxlandan bəzi ödəmələri və sentyabr ayından başlayaraq DAAX-da çalışmalarına görə almalı olduqları ödəmələrin də edilməsindən SinerjiPro tərəfindən haqlı olaraq imtina edilmişdir. DAAX tərəfindən tələb edildikdən sonra, məsuliyyət daşımadığımıza dair bildiriş 24 oktyabr 2022-ci il tarixində DAAX səlahiyyətli şəxslərinə ölkə müdiri Tan Aydın tərəfindən, işçilərə zərər vurulmaması məqsədilə, təqdim edilmişdir. Sözügedən ödəmələrin yalnız bununla məhdudlaşdığını nəzərə alsaq, sanki bütün layihədəki maaşların DAAX tərəfindən qarşılandığı kimi bir iddianın ortaya atılması həqiqəti təhrif etməyə yönəlmişdir. Həmin ödəmələrin SinerjiPro- ya verilməyən avans ödənişlər hesabına birbaşa DAAX tərəfindən edilmiş ödəmələr olduğu aşkardır.
II. Tərəflərin mövqeləri:
11. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilk iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq qarşılıqlı iddia ərizəsinə etiraz edib yazılı etirazlarının məzmununa uyğun izahat verib qarşılıqlı iddia ərizəsinin təmin edilməməsini xahiş etdi.
12. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə3 iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilk iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq qarşılıqlı iddia ərizəsinə etiraz edib yazılı etirazlarının məzmununa uyğun izahat verib qarşılıqlı iddia ərizəsinin təmin edilməməsini xahiş etdi.
13. Məhkəmə iclasında iddiaçının nümayəndəsi M.Özdemir iddia ərizəsini müdafiə edərək, ilk iddianın təmin edilməsi, qarşılıqlı iddia ərizəsinin təmin edilməməsini xahiş etdi.
14. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 qarşılıqlı iddia ərizəsini müdafiə edib, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq ilk iddia ərizəsinə etiraz edib yazılı etirazlarının məzmununa uyğun izahat verib ilk iddia ərizəsinin təmin edilməməsini xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
15. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
16. Cavabdeh MMC (sifarişçi) ilə “X8 Elektrik Elektronik ve X5 Ticaret Limited” şirkəti (podratçı) arasında bağlanmış xx.xx.2020-ci il tarixli, İCBA-0018 nömrəli müqaviləyə əsasən, müqavilə X12 X13 layihəsinin inşaatı çərçivəsində yer alan layihənin elektrik təchizatıyla bağlı bütün işlərin podratçı tərəfindən yerinə yetirilərək test və işə salma prosedurlarının sonunda qüsursuz şəkildə müvəqqəti və son qəbul ilə İdarə/Müşavir və Sifarişçiyə təhvil verilməsi işləriylə bağlıdır.
17. Müqavilənin 4-cü bəndinə görə, işin başa çatma müddəti müqavilə tərəflərinin səlahiyyətli nümayəndələri tərəfindən imzalandıqdan sonra 24 aydır.
18. Müqavilənin 5.1-ci bəndinə görə, bu müqavilənin predmeti sayılan işin toplam dəyəri müqavilənin tərkib hissəsi sayılan əlavə 2-də göstərilən araşdırma xülasəsində göstərildiyi kimi (ƏDV xaric olmaqla) ******* (iyirmi doqquz milyon beş yüz min) ABŞ dollarıdır.
19. Müqavilənin 5.5-ci bəndinə görə, iş müddətinin uzadılması hər nə səbəb olursa olsun xidmət dəyərindəki məbləğə təsir göstərmir.
20. Müqavilənin 6-cı bəndinə görə “görülən işlərin təhvil-təslim aktları” işə başlanan tarixdən sonrakı aydan başlamaqla hər ayın 25-də podratçı tərəfindən tərətib ediləcək və araşdırıldıqdan sonra 7 gün ərzində sifarişçi tərəfindən müvafiq sayıldığı təqdirdiə təsdiq ediləcəkdir. Tərtib ediləcək təhvil-təslim aktlarına və bu müqavilənin qiymətlərinə qanunvericiliyə əsasən ediləcək tutulmalar daxil ediləcəkdir. Təhvil-təslim aktlarına əsasən ediləcək ödənişlər varsa pul formasında olan təminatı, podratçının digər borcları və İraq Respublikasının qanunvericiliyinə əsasən bu müqavilə çərçivəsində olmaqla yanaşı podratçının adından sifarişçi və sifarişçi tərəfindən müəyyən edilən üçüncü şəxslər tərəfindən çəkilən bütün xərc və ödənişlər də ödənişlərdən tutulacaqdır.
21. Müqavilənin 6.4-cü bəndinə görə, bu müqavilə və onun əlavələrinə əsasən podratçı tərəfindən görüləcək işlərin dəyəri son ödəniş olmamaqla və qazanılan haqq sayılmamaqla podratçının təhvil-təslim aktının dəqiqləşməsi və dəqiqləşən aktın miqdarı qədər tərtib etdiyi hesab-fakturaya əsasən hesab fakturanın tərtib edildiyi tarixdən etibarən 56 gün ərzində podratçının bank hesabına köçürüləcəkdir.
22. Müqavilənin 18.2-ci bəndinə görə layihənin davam etməsi mərhələsində gecikmə aşkar edildiyi təqdirdə həmin hissəylə bağlı ödəniş gecikmə ortadan qaldırılana qədər dayandırıla bilər. Toplam gecikmənin və ya iş proqramının hər hansı bir mərhələsində yaranacaq gecikmənin 30 təqvim gününü keçməsi zamanı sifarişçi podratçıdan gecikmə cəriməsi alaraq işi davam etdirməyə və ya müqaviləni birtərəfli şəkildə ləğv etməyə və ya işi podratçının adından və onun hesabına başqa bir təşkilata və ya şəxsə gördürməyə səlahiyyətlidir. Sifarişçinin işi bu maddədə göstərilən səbəblərlə üçüncü şəxsə gördürməsi zamanı yaranacaq məsrəflərə görə podratçı məsuliyyət daşıyacaqdır. Ancaq bu gecikmənin podratçının səhvi və ya nəzarəti xaricindəki səbəblərlə ortaya çıxdığı aşkar edildiyi təqdirdə podratçıya bu səbəblərin təsiri nisbətində müddət uzadılması verilir və bu maddədə tənzimlənən cərimə və ləğvetməylə bağlı maddələrdəki məhdudiyyətlər tətbiq edilmir.
23. Müqavilənin 21.1.3-cü bəndinə görə müqavilənin podratçı tərəfindən pozulmasına görə müqavilə başa çatarsa, podratçının alacaq hesabı aşağıdakı maddələrə görə ləğv edilir. Müqavilənin ləğv edildiyi tarixdən etibarən 7 gün ərzində müqavilənin ləğv edildiyi tarixə qədər görülən işlər üçün tərəflər tərəfindən aparılacaq ölçmələrə görə bir “ölçmə protokolu” tərtib edilir. Ölçmə protokolunda göstərilən emalatın son dəyəri müqavilədəki üsul və əsaslara görə qiymətləndirilir. Əksik qalan işlərin başa çatmasından sonra başa çatan bu işlərin dəyəri son təminat məbləğindən yuxarıdırsa, podratçının bloklanan və varsa sığortada olan alacaqlardan xəbərdarlıq göndərməyə və məhkəmə qərarı qəbul edilməsinə ehtiyac qalmadan çıxılır. Əksik qalan işlərin dəyəri podratçının sifarişçidən alacağı ilə, bloklanan miqdarla və ya təminatla ödənilmədiyi təqdirdiə sifarişçiyə alacaq olaraq qeyd edilir və podratçı sifarişçinin ilk tələbində ödəyəcəyini öhdəsinə götürür. Əskik qalan işlərin dəyəri təminat miqdarından az olduğu təqdirdə təminatdan qalan miqdar geri qaytarılmayaraq sifarişçiyə gəlir olaraq qeyd edilir. Gəlir olaraq qeyd edilən təminat heç bir halda podratçının üçüncü şəxslərə olan borcuna aid edilə bilməz.
24. Müqavilənin 24.2-ci bəndinə əsasən müqavilənin şərh edilməsi, tətbiq edilməsi Azərbaycan Respublikasının hüququndan asılıdır. Müqavilənin tətbiq edilməsinə görə yaranacaq mübahisəli məsələlərin həll edilməsində Azərbaycan Respublikasının səlahiyyətli məhkəmələri səlahiyyət daşıyır.
25. İş materiallarında olan cavabdehin bank hesabından çıxarışlara əsasən cavabdeh tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixində 120000 ABŞ dolları, xx.xx.2022-ci il tarixində 250000 ABŞ dolları, xx.xx.2021-ci il tarixində ******* ABŞ dolları (sonradan xx.xx.2021-ci ildə 500000 ABŞ dolları, xx.xx.2021-ci ildə 250000 ABŞ dolları olmaqla, ümumilikdə 750000 ABŞ dolları geri qaytarılmışdır), xx.xx.2020-ci il tarixində 110000 ABŞ dolları, xx.xx.2022-ci ildə 155000 ABŞ dolları, xx.xx.2022-ci ildə 140000 ABŞ dolları, xx.xx.2022-ci ildə 50000 ABŞ dolları nağdsız qaydada ödəniş edilmişdir.
26. İş materiallarında olan ödəniş qəbzlərinə görə əsasən cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü ildə 22304 ABŞ dolları, xx.xx.2022-ci ildə 50000 ABŞ dolları, xx.xx.2022-ci ildə 4200 ABŞ dolları, xx.xx.2022-ci ildə 6000 ABŞ dolları, xx.xx.2022-ci ildə 3540 ABŞ dolları, xx.xx.2022-ci ildə 25971 ABŞ dolları, xx.xx.2022-ci ildə 20000 ABŞ dolları, xx.xx.2022-ci ildə 40000 ABŞ dolları, xx.xx.2022-ci ildə 31207 ABŞ dolları, xx.xx.2021-ci ildə 28500000 İQD (21719 ABŞ dolları) nağd qaydada ödəniş edilmişdir.
27. Cavabdeh MMC (sifarişçi) ilə “X8 Elektrik Elektronik ve X5 Ticaret Limited” şirkəti (podratçı) arasında bağlanmış xx.xx.2020-ci il tarixli, İCBA-0018 nömrəli müqaviləyə Əlavə 1-in 2.1-ci bəndinə əsasən, tərəflər podratçıya adi edilmiş və podratçının sifarişçiyə müqavilə ilə təmin və təhvil verməyi öhdəsinə götürdüyü, bəzi materialların bu əlavə ilə sifarişçi tərəfindən satın alınması və bu materialların podratçının cavabdeh olduğu işlərin dairəsindən çıxarılması barəsində razılığa gəliblər.
28. Əlavənin 2.2-ci bəndinə görə, tərəflər bu əlavə əsasında edilən dəyişikliklə yeni müqavilə qiymətinin 19521656,58 ABŞ dolları olaraq yenilənməsini qəbul edirlər. Yenilənmiş smeta icmalı əlavə olunur.
29. Tərəflər arasında imzalanaraq təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 1 nömrəli hakediş raporuna (təhvil-təslim aktı) görə iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş materialın dəyəri 1104263,07 ABŞ dolları, icra edilmiş işlərin işçilik dəyəri 0 322814,32 ABŞ dolları, xx.xx.2021-ci il tarixli, 2 nömrəli hakediş raporuna görə təhvil verilmiş materialın dəyəri 322814,32 ABŞ dolları, işçilik dəyəri 63311,88 322814,32 ABŞ dolları, xx.xx.2022-ci il tarixli 3 nömrəli hakediş raporuna görə təhvil verilmiş materialın dəyəri 320820,66 322814,32 ABŞ dolları, işçilik dəyəri 78318,03 322814,32 ABŞ dolları təşkil edir.
30. İddiaçı tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, 4 nömrəli hakediş raporuna (təhvil-təslim aktı) görə iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş materialın dəyəri 179954,02 ABŞ dolları, icra edilmiş işlərin işçilik dəyəri 51671,56 ABŞ dolları təşkil edir.
31. Tərəflər arasında imzalanaraq təsdiq edilmiş xx.xx.2022-ci il tarixli “tutanak (protokol)” adlı sənəddə cavabdeh tərəfindən iddiaçıdan təhvil alınmış materiallar (24 çeşiddə) göstərilmişdir.
32. Tərəflər arasında imzalanaraq təsdiq edilmiş xx.xx.2022-ci il tarixli “tutanak (protokol)” adlı sənəddə cavabdeh tərəfindən iddiaçıdan təhvil alınmış materiallar (535 çeşiddə) göstərilmişdir.
33. Tərəflər arasında olan (Suat Yılmaz və Barış Öngel) xx.xx.2022-ci il tarixli elektron poçt yazışmalarından görünür ki, iddiaçı tərəfindən cavabdehə qaytarılmayan inventar əşyaların siyahısı göndərilmişdir.
34. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 10/1001-9/1020 nömrəli ekspert rəyinin nəticə hissəsinə əsasən: SinerjiPro və "xxxx" MMC-nin imzaladığı 3 təhvil-təslim aktına (hakediş) əsasən SinerjiPro tərəfindən "xxxx" MMC-yə 1747898,05 ABŞ dolları məbləğində mal təhvil verilmişdir. 3 ədəd qəbul edilmiş təhvil-təslim aktına (hakediş) əsasən Sinerjipro tərəfindən "xxxx" MMC-yə təhvil verilmiş mal-materialın miqdarı rəyin tədqiqat hissəsində ətraflı göstərilmişdir. SinerjiPro və "xxxx" MMC-nin imzaladığı 3 ədəd qəbul edilmiş təhviltəslim aktına (hakediş) əsasə SinerjiPro tərəfindən görülmüş işlərin (işçiliyin) dəyəri 141629,92 ABŞ dolları olduğu müəyyən edilir. İş materiallarında olan 22 oktyabr 2022-ci il tarixində Sinerjipro və "xxxx" MMC-nin səlahiyyətli şəxsləri arasında imzlanmış təhviltəslim protokollarına (tutanak) əsasən həmin tarixə "xxxx" MMC-nin SinerjiPro anbarından təhvil aldığı materialların dəyəri (müqavilənin smetasındakı qiymətlər əsas götürülməklə) aşağıdakı kimi müəyyən olunur. 1. Birinci protokolda, 24 ədəd kabel qrupu material nəzərdə tutulmuşdur. Bu materialların ümumi dəyəri, 1405797,67 ABŞ dolları təşkil edir. 2. İkinci protokolda 309 ədəd material nəzərdə tutulmuşdur. Bu materialların ümumi dəyəri 877492,05 ABŞ dolları təşkil edir. Sinerjipro tərəfindən "xxxx" MMC-yə göndərilmiş, lakin imzalanmamış 4 nömrəli təhvil-təslim aktına (hakediş) əsasən 51671,56 ABŞ dolları dəyərində iş (işçilik) görülmüşdür. Eyni zamanda, 4 nömrəli təhvil-təslim aktına əsasən 179954,02 ABŞ dolları dəyərində materiallar təhvil verilmişdir. 22 oktyabr 2022-ci il tarixində SinerjiPro və "xxxx" MMC-nin səlahiyyətli şəxsləri tərəfindən imzalanmış təhviltəslim protokolunda (tutanak) "xxxx" MMC tərəfindən saxlanılan SinerjiPro-ya məxsus inventar əşyaların (Demirbaş malzemeler) bazar dəyəri 195947,95 Abş dolları təşkil etdiyi müəyyən olunur. "xxxx" MMC-nin təlimatı ilə SinerjiPro tərəfindən görülmüş (kabel kanalı açma+tavan və divar borulama, zirzəmi koridorlarında 3000 metr metal kabel tavaları montajları) işlərin smetaya görə dəyəri (material+işçilik) 197842,18 ABŞ dolları, o cümlədən istifadə edilmiş materialların dəyəri 105959,43 Abş dolları məbləğində, işçilik dəyəri 91882,75 ABŞ dolları məbləğində müəyyən edilir. İş materiallarında mövcud olan sənədlərə əsasən “X8 Elektrik Elektronik ve X5 Ticaret Limited” Şirkəti tərəfindən təchiz edilmiş və Meinhardt şirkətinin uyğunsuzluq hesabatlarında əks olunan kabellərin ümumi dəyəri 873949 ABŞ dolları məbləğində müəyyən olunur.
35. Məhkəmə iclasında şahid qismində dindirilmiş Damar Gökan ifadəsində bildirdi ki, proyekt üzrə 2021-ci ildə dizayn üzrə cavabdeh olmuşdur. Əvvəlcə onun işlədiyi firmada razılıq əldə olunmuş, işin irəliləməsi üçün tərəflərindən koordinasiya işləri edilmiş, mexaniki işlər üçün podratçı 1 il sonra gəlmişdir. Onlar işlərini görən zaman "xxxx" MMC başqa firmalarla da işləyirdi. Proyekt onlara əskik formada verilmiş, işlərini yekunlaşdırmağa az qalmış iş dayandırılmışdır. Daha sonra onların hazırladıqları proyekt ilə işlər görülməsinə başlanmışdır, lakin hazırda orada iş irəliləmir, onların qurduqları proyektin davamı gətirilə bilmir. "xxxx" MMC onların işindən narazı qalsa da, sonra yenə iş təklifi ünvanlamışdır.
36. Məhkəmə iclasında şahid qismində dindirilmiş Suat Yılmaz ifadəsində bildirdi ki, 2020-ci ildə SinerjiPro şirkətində işləmiş, 1 il sənəd işləri ilə məşğul olmuşdur. 2021-ci ilin mart ayında depoya getmişlər, həmin vaxt depo şefi işləmişdir. Gələn və gedən mallara cavabdeh olmuşdur. Ora gələn mallar təsdiq olunur, təsdiq gələndən sonra sifariş verilir və hazırlanmağa başlanırdı. Mallar "xxxx" MMC-nin mərkəzi anbarına boşaldılırdı, onlar isə malları ordan özlərinə məxsus anbarına çəkirdilər. Malları alanda o da sənədləri imzalamışdır. Gətirilən və aparılan mallar orada olan mühafizəçilər tərəfindən yoxlanılır, daha sonra buraxılırdı. Hər hansı qüsurlu mal "xxxx" MMC-nin razılığı olmadan nə sifariş edilə, nə də anbara daxil ola bilərdi.
37. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yalçıner Cengiz ifadəsində bildirdi ki, 2018-ci ildən etibarən "xxxx" MMC-də texnik ofis müdiri kimi işləyir. X14 görülən işlərlə bağlı hakediş hazırlanması və digər mühasibatlıq işlərini yerinə yetirir. Sahədə nə iş olsa onun proyektini hazırlayıb rəhbərliyə təqdim etmişdir. Miqdarların aşağı olmağı səbəbi ilə mübahisə başlamış, malların sahəyə gəlməməsi ilə mübahisə davam etmişdir. Mein Hard şirkəti çertyojlara və tətbiqə baxaraq uyğunluğu yoxlayırdı, uyğunluq müəyyən edilərsə, hakediş hazırlanırdı. Şopdroinqlər az miqdarda gəldiyi üçün sahədə işlər yarımçıq qalmış, 3 dəfə rəsmi məktub yazılmasına baxmayaraq ətraflı iş proqramı SinerjiPro tərəfindən "xxxx" MMC-yə təqdim edilməmişdir. Kabellərin dəyərinin bir hissəsi SinerjiProya ödənilmişdir. X16 nə ödəniş etsə, onlar da onu ödəmişlər. Gətirilmiş kabellərdə uyğunsuzluq olmuşdur.
38. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kaya Murad ifadəsində bildirdi ki, o, elektronik işlərlə məşğul olmuş, SinerjiPro şirkətindən smeta istəmiş, lakin onlar vermədiyi üçün uyğunsuzluqlar başlamışdır. SinerjiPro Simensdən malları ala bilmədiyi üçün "xxxx" MMC almış, firma taparaq dəstək olmuşlar. Kabellərin ödənişini etmiş, gömrükdən çıxarmış və iş görülməsi üçün SinerjiProya vermişlər. SinerjiPro tərəfindən maaşların ödənməsində gecikmələr olurdu.
39. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, pandemiya bitdikdən sonra sifarişlər verilib sahədə işə başlanmış, lakin işçi azlığı səbəbi ilə işlər zəifləmişdir. İşçilərin üzərinə çox yük düşür və təcrübəsiz olduqları üçün problemlər yaranırdı. Onlar komanda quraraq işləri aparmış, daha sonra SinerjiPronun işçiləri 45 günlük pulun verilmədiyini deyərək işə çıxmamağa başlamışdır. İşçilərə maaşlarının onlar tərəfindən ödənəcəyi deyilərək işə çıxmaqları deyilsə də, bir hissəsi qayıtmışdır.
40. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirin Gökmən ifadəsində bildirdi ki, o, elektrik mühəndisidir və SinerjiPro ilə işləməmişdir. SinerjiPronun hazırladığı işlərdə problem olmuş, hazırladıqları sahədə olanlarla uyğun olmamışdır. Dizaynın edilməsini şopdrolinqlər hazırlamış, heç olmasa da müəyyən qədəri SinerjiPro tərəfindən hazırlanmışdır.
41. Məhkəmə nümayəndələrin izahatlarını dinləyib materialları araşdıraraq hesab edir ki, ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia təmin edilməməlidir.
42. Belə ki, ilk iddia ərizəsi 7 hissədən ibarətdir: 1. İcra edilmiş işlərə, habelə təhvil verilmiş materiallara görə ödənilməli olan qalıq 1033596,88 ABŞ dolları məbləğində borcun tutulması; 2. Dəymiş zərərin əvəzi qismində 2557264,79 ABŞ dolları məbləğində pulun tutulması; 3. İddiaçıya məxsus olan, cavabdeh tərəfindən qaytarılmayan malların əvəzi olaraq 195947,95 ABŞ dolları pulun ödənilməsi; 4. İddiaçı tərəfindən mobilizasiya, məskunlaşdırma, daşıma, digər məsrəflərin əvəzi olaraq 783250 ABŞ dolları məbləğində pulun tutulması; 5. Müqavilədə nəzərdə tutulmayan əlavə işlərin icrası ilə bağlı 310148,61 ABŞ dolları məbləğində pulun tutulması; 6. Müqavilə müddətinin uzadılması nəticəsində iddiaçının çəkdiyi əlavə xərclərin əvəzi qismində 298432,35 ABŞ dolları məbləğində pulun tutulması; 7. Cavabdehin öhdəliklərini vaxtında icra etməməsi ilə bağlı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən illik 5 faizlə hesablanmış 215776 ABŞ dolları faiz borcunun, habelə Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən illik 4 faizlə hesablanmış 172621 ABŞ dolları məbləğində faiz borcunun ödənilməsi.
43. Məhkəmə ilk iddia ərizəsini birinci hissədə əsaslı hesab edir.
44. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixli, İCBA-0018 nömrəli müqaviləyə əsasən materiallarda olan tərəflərin səlahiyyətli nümayəndələrinin imzaları ilə təsdiqlənmiş 3 ədəd hakediş raporu adlanan forma 2 sənədlərinə əsasən iddiaçı tərəfindən müqavilə çərçivəsində icra edilmiş işlərin ümumi dəyəri 141629,92 ABŞ dolları, iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş materialların ümumi dəyəri 4031187,77 ABŞ dolları (hakediş raporları üzrə ümumilikdə 1747898,05 ABŞ dolları, tutanak adlanan sənədlərə əsasən isə 1405797,67 ABŞ dolları və 877492,05 ABŞ dolları) təşkil edir.
45. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş sənədləri, habelə ilk iddia ərizəsində iddiaçının mübahisəsiz olaraq qəbul etdiyinə görə cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 3084161,58 ABŞ dolları məbləğində vəsait ödənilmiş, qalıq 1088656,11 ABŞ dolları borc (4172817,69 ABŞ dolları - 3084161,58 ABŞ dolları) hazırkı günədək ödənilməmişdir.
46. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
47. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.
48. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməlidir.
49. Məhkəmə həmçinin qeyd edir ki, ödənilməmiş qalıq borcun 1088656,11 ABŞ dolları olması məhkəmə araşdırması zamanı müəyyən edilsə də, ilk iddia ərizəsində ödənilməmiş 1033596,88 ABŞ dolları məbləğində borcun tutulması tələb edilir.
50. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərini (hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər) rəhbər tutaraq hesab edir ki, cavabdehdən ümumilikdə 1033596,88 ABŞ dolları məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
51. Məhkəmə ilk iddia tələbini ikinci hissədə əsassız hesab edir.
52. Belə ki, ilk iddia ərizəsində iddia tələbinin bu hissəsi ilə bağlı iddiaçı göstərmişdir ki, müqaviləyə 1 saylı Əlavə imzalanan zaman iddiaçının çəkəcəyi xərclərin hesabatı aparılmış, bu məbləğ 16964391,79 ABŞ dollarına bərabər olmuş, lakin müqavilənin 1 saylı əlavəsində smetanın ümumi dəyəri 19521656,58 ABŞ dolları təşkil etmişdir. Bu səbəbdən bu iki rəqəm arasındakı fərq, yəni 2557264,79 ABŞ dolları müqavilə vaxtından əvvəl cavabdeh tərəfindən xitam edildiyi üçün iddiaçının məhrum olduğu gəlir kimi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
53. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir.
54. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir.
55. Materiallarda olan podrat müqaviləsinin xx.xx.2021-ci il tarixli əlavəsi ilə tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, İCBA-0018 nömrəli müqaviləyə dəyişiklik edilmiş, əlavə və dəyişiklik hər iki tərəfdən təsdiq edilmiş, Əlavənin 2.2-ci bəndinə görə, tərəflər bu əlavə əsasında edilən dəyişikliklə yeni müqavilə qiymətinin 19521656,58 ABŞ dolları olaraq yenilənməsini qəbul etmişlər.
56. İddiaçı müqavilənin sifarişçi (cavabdeh) tərəfindən vaxtından əvvəl ləğv edilməsi ilə bağlı ona 2557264,79 ABŞ dolları məbləğində zərərin dəyməsini bildirsə də, dəymiş zərərin nədən ibarət olması, həmin zərəri təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, bununla da MPM-nin 77.1-ci maddəsinə ilə üzərinə düşən sübutetmə vəzifəsini icra etməmişdir.
57. Bundan əlavə, tərəflər arasında bağlanmış müqavilənin 5.5-ci bəndinə əsasən iş müddətinin uzadılması hər nə səbəblə olur olsun xidmət dəyərindəki məbləğə təsir göstərmir, podratçı sifarişçidən əlavə pul tələb edə bilməz.
58. Bu səbəbdən məhkəmə hesab edir ki, ilk iddia bu hissədə əsassız olduğundan təmin edilməməlidir.
59. Məhkəmə ilk iddia ərizəsini üçüncü hissədə əsaslı hesab edir.
60. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş tərəflər arasında olan xx.xx.2022-ci il tarixli elektron poçt yazışmasından çıxarışa əsasən iddiaçının nümayəndəsi Suat Yılmaz cavabdehin nümayəndəsi Barış Öngelə iddiaçıya məxsus olan, lakin qaytarılmayan, sahəyə təhvil verilmiş materialların (malzeme) “depo çıkış fişi” adlı sihayısını təqdim etmişdir.
61. Cavabdeh tərəfindən məhkəməyə həmin siyahının cavabdeh tərəfindən mübahisələndirilməsini, habelə cavabdehdə olması iddia edilən həmin əşyaların iddiaçıya geri qaytarılmasını təsdiq edən hər hansı sübut təqdim edilməmiş, ekspert rəyində həmin əşyaların dəyərinin 195947,95 ABŞ dolları olması müəyyən edilmişdir.
62. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı həmin əşyaların qaytarılmaması nəticəsində ona vurulan 195947,95 ABŞ dolları zərərin cavabdeh tərəfindən ödənilməsini tələb etməkdə haqlıdır, bu səbəbdən iddia bu hissədə təmin edilməli, göstərilən vəsait cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
63. Məhkəmə ilk iddia tələbini 4-cü hissədə qismən əsaslı hesab edir.
64. İddiaçı iddia ərizəsində müqavilənin icrası ilə bağlı çəkdiyi mobilizasiya, məskunlaşdırma, daşıma, digər məsrəflərin əvəzi qismində 783250 ABŞ dolları məbləğində pulun cavabdehdən tutulmasını xahiş edir.
65. Məhkəmə iclasında iddiaçının nümayəndəsi M.Özdemir iddiaçı tərəfindən tərtib edilmiş 4 saylı hakediş raporu üzrə ödənilməli olan 231625,58 ABŞ dolları məbləğində pulun da iddia ərizəsi yazılarkən hazırkı tələbə (məbləğə) daxil edildiyini bildirmişdir.
66. Materiallardan görünür ki, tərəflər arasında imzalanaraq təsdiq edilmiş sonuncu hakediş raporunun tarixi xx.xx.2022-ci ildir.
67. Tərəflərin nümayəndələrinin məhkəmə iclaslarında verdiyi izahatlardan, habelə tərəflər arasında olan elektron poçt yazışmalarından məlum olur ki, cavabdehin təşəbbüsü ilə işlər 2022-ci ilin sentyabr ayında dayandırılmışdır. Göstərilən hal cavabdeh tərəfindən iddiaçıya göndərilmiş materiallarda olan xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubları ilə də təsdiq olunur.
68. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1, məhkəmə iclasında dindirilmiş şahidlər işlərin cavabdeh tərəfindən dayandırılana qədər iddiaçı tərəfindən icra edilməsinin davam etdirildiyini təsdiq etmişlər.
69. Materiallardan görünür ki, sonuncu təhvil aktı tərtib edildiyi tarixdən (xx.xx.2022-ci il) işlərin cavabdeh tərəfindən dayandırıldığı ana qədər iddiaçı tərəfindən müqavilə üzrə icra edilmiş öhdəliklər tərəflər arasında rəsmiləşdirilməmiş, iddiaçı tərəfindən tərtib edilmiş sonuncu 4 saylı təhvil aktı (hakediş raporu) cavabdeh tərəfindən təsdiq edilməkdən tutarlı səbəb göstərilmədən imtina edilmişdir.
70. Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli vəsatətdə göstərilmişdir ki, 4 nömrəli Təhvil-təslim aktı (“Hakediş-4”) imzalanmayıb və tərəflər arasında bağlanmış müqavilədə göstərilmiş qaydada (Müqavilənin 6-cı maddəsinə uyğun olaraq) cavabdeh tərəfindən təsdiq edilməyib. Ekspert rəyindəki 4 nömrəli Təhvil-təslim aktı (“Hakediş-4”) üzrə riyazi hesablamalar tamamilə yanlışdır.
71. Bununla yanaşı, cavabdeh tərəfindən məhkəməyə iddiaçı tərəfindən tərtib edilmiş sonuncu 4 saylı təhvil aktının hansı səbəbdən əsassız olması, cavabdehin həmin təhvil aktını hansı hissədə doğru hesab etməməsi barədə hər hansı sübut, əks arqument (düzgünlüyünü iddia etdiyi riyazi hesablamalar) təqdim edilməmiş, cavabdeh ekspert rəyi ilə 4 saylı təhvil aktı üzrə görülmüş işlərin dəyəri, habelə təhvil verilmiş materiallar hissədə razılaşmadığını bildirsə də, bu hissədə təkrar ekspertizanın təyin edilməsi barədə vəsatət verməmişdir.
72. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehin 4 saylı hakediş raporunun tərəflərindən təsdiq edilməməsi əsası ilə ödənilməli olmaması barədə dəlili əsassızdır, iddiaçı hazırda 231625,58 ABŞ dolları məbləğində pulun (podrat müqaviləsi üzrə muzdun) ödənilməsini tələb etməklə haqlıdır, göstərilən vəsait cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
73. Məhkəmə qalan 551624,42 ABŞ dolları (783250 ABŞ dolları - 231625,58 ABŞ dolları) xərcin cavabdehdən tutulması hissəsində iddianı əsassız hesab edir.
74. Belə ki, iddiaçı hazırda çəkilmiş mobilizasiya, məskunlaşdırma, daşıma və sairə xərclərin əvəzinin ödənilməsini xahiş etsə də, məhkəməyə həmin xərclərə dair hər hansı sübut təqdim etməmiş, bundan əlavə, müqavilə və onun əlavəsində tərəflər arasında bağlanmış podrat müqaviləsinin qiyməti (göstərilən xərclərin iddiaçıya aid edilməli olması nəzərə alınmaqla) razılaşdırılmış, iddiaçı həmin xərclərin müqavilədə cavabdeh tərəfindən ödənilməsi, habelə qarşılanması barədə hər hansı öhdəlik nəzərdə tutulmadığı halda, hansı səbəbdən həmin xərclərin cavabdehdən tutulmalı olmasını sübuta yetirə bilməmişdir.
75. Bundan əlavə, tərəflər arasında imzalanmış sözügedən müqavilənin 7.1, 7.3-cü bəndlərinə əsasən, işçi heyətin iş və yaşayış icazələrinin alınması, maaşından, sığorta ödənişlərindən və digər bütün xərclərindən iddiaçı məsuliyyət daşıyır. Müqavilənin 8.1-ci bəndinə əsasən müqavilə çərçivəsində işlərin görülməsi ilə bağlı istifadə ediləcək material və avadanlığın Türkiyədən göndərilməsi, habelə geri qaytarılması ilə bağlı yaranacaq xərc, təminat və digər xərclərə görə də iddiaçı məsuliyyət daşıyır. Habelə, müqavilənin 21.1.3-cü bəndinə əsasən, müqavilənin xitamı halında iddiaçının hər hansı xərclər, təminat, əldən çıxmış fayda və ya istənilən adda digər ödənişlərin edilməsinə dair cavabdehdən hər hansı tələbi olmayacağı razılaşdırılmışdır. Müqavilənin 10-cu bəndinə əsasən podratçı öz işçilərinin kommunikasiya və internet xərclərini, habelə öz işçi heyətinin İraqa gediş-gəliş xərclərini özü təmin etməli, viza və digər rəsmi icazələrin alınması, bilet, sığorta, tibbi xidmət və sairə xərclərini özü qarşılamalıdır. Müqavilənin 15-ci bəndinə əsasən işlərin yerinə yetirilməsi üçün lazım olan, podratçının istifadə edəcəyi bütün material, maşın və avadanlıqların tikinti sahəsinə gətirilməsi, yenidən öz ölkəsinə aparılması ilə bağlı yaranacaq xərclər (gömrük, daşıma, sığorta və sairə) podratçıya (iddiaçı) aiddir.
76. Məhkəmə ilk iddia ərizəsini 5-ci hissədə qismən əsaslı hesab edir.
77. Belə ki, iddiaçı müqavilədə nəzərdə tutulmasa da, sifarişçinin tələbi üzrə əlavə işlər icra edildiyini, həmin işlərin dəyərinin 310148,61 ABŞ dolları təşkil etdiyini bildirir.
78. Bununla yanaşı, materiallarda olan ekpert rəyi ilə (cild 5, iş v. 210-211-də olan sənədlərə əsasən) iddiaçı tərəfindən icra edilmiş əlavə işlər: kabel kanalı açma+tavan və divar borulama, zirzəmi koridorlarında 3000 metr metal kabel tavaları montajları işlərinin smetaya görə dəyərinin (material+işçilik) 197842,18 ABŞ dolları (istifadə edilmiş materialların dəyəri 105959,43 ABŞ dolları və işçilik dəyəri 91882,75 ABŞ dolları) məbləğində olması müəyyən edilmiş, göstərilən hissədə eskpert rəyi iddiaçı tərəfindən mübahisələndirilməmiş, rəyi bu hissədə şübhə altına ala biləcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.
79. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 753.3-cü maddəsinə əsasən əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir.
80. İddiaçının tərəflər arasında bağlanmış podrat müqaviləsində nəzərdə tutulmasa da, sifarişçinin tələbi üzrə icra etdiyi əlavə işlərə görə muzd almaq hüququna malik olmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, cavabdehdən 197842,18 ABŞ dolları məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
81. Məhkəmə ilk iddia ərizəsini müqavilə müddətinin uzadılması nəticəsində iddiaçının çəkdiyi əlavə xərclərin əvəzi qismində 298432,35 ABŞ dolları məbləğində pulun tutulması hissəsində isə əsassız hesab edir.
82. İddiaçı tərəfindən məhkəməyə həmin xərclərlə bağlı hər hansı sübut təqdim edilməmiş, çəkilmiş əlavə xərclərin nədən ibarət olması iddia ərizəsində ümumiyyətlə göstərilməmişdir.
83. Bundan əlavə, xx.xx.2020-ci il tarixli müqavilənin tərəflər arasında razılaşdırılmış 5.5-ci bəndinə əsasən iş müddətinin uzadılması hər nə səbəblə olursa olsun xidmət dəyərindəki məbləğə təsir göstərmir, podratçı sifarişçidən əlavə pul tələb edə bilməz.
84. Bu səbəbdən məhkəmə bu hissədə iddianın əsassız olması qənaətinə gəlir.
85. Məhkəmə ilk iddia tələbini sonuncu hissədə qismən əsaslı hesab edir.
86. Belə ki, materiallardan və işin məhkəmə tərəfindən araşdırılan hallarından görünür ki, podrat müqaviləsi üzrə (görülmüş işlərin, təhvil verilmiş materialların müqabilində) cavabdeh iddiaçının ödənilməsini tələb etdiyi 1033596,88 ABŞ dolları məbləğində pulu işlərin dayandırıldığı tarixdən iddia ərizəsi verilən tarixə qədər keçən 10 ay ərzində hazırkı günədək ödəməmişdir.
87. Məhkəmə hesab edir ki, iddiaçı borclunun icranı gecikdirməsi nəticəsində əsas borc (yəni podrat müqaviləsi üzrə 1033596,88 ABŞ dolları məbləğində ödənilməli olan vəsait) üzrə iddiaçıya vurulmuş zərər qismində 43066,53 ABŞ dolları faiz borcunun (MMnin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla) ödənilməsini tələb etməkdə haqlıdır, göstərilən vəsait (1033596,88 ABŞ dolları * 5 faiz / 12 ay * 10 ay) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
88. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
89. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
90. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:
91. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;
92. 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. ...
93. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. ...”
94. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
95. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
96. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “Kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir. ... ...icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. ... Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.”
97. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir.
98. Mülki Məcəllənin 445.7-ci maddəsindən və Konstitusiya Məhkəməsi Plenumunun istinad edilən mövqeyindən aydın olur ki, kredit müqaviləsi üzrə borc öhdəliyi gecikdirildikdə, Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş gecikdirilmiş vaxt üçün illik beş faiz kreditorun əlavə sübutlar, dəlillər gətirmədən borcludan tələb edə biləcəyi minimal vəsaitdir. Başqa sözlə, borcun gecikdirilməsi faktının müəyyən olunması kreditorun gecikdirilmiş vaxt üçün borcludan illik beş faizin tutulmasına dair tələbinin təmin olunması üçün əsasdır.
99. Borcun gecikdirilməsi faktı işin materialları ilə təsdiq olunduğundan məhkəmə belə qənaətə gəlir ki, iddiaçının həmin tələbi qismən əsaslıdır, 43066,53 ABŞ dolları faiz borcu (MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
100. Məhkəmə tələb edilən əldən çıxmış fayda, zərər, habelə təmin edilməyən tələblərə münasibətdə də MM-nin 445.7-ci maddəsinin tələbləri qaydasında – illik 5% olmaqla faiz borcunun tələb edilməsi hissəsində isə iddianı əsassız hesab edir.
101. İddiaçı həmçinin MM-nin 449.1 maddəsinin tələbləri qaydasında – illik 4 % olmaqla hesablanmış (Mərkəzi Bank tərəfindən müəyyən edilmiş bank uçot dərəcəsi olan 9 faiz – illik 5 faiz) 172621 ABŞ dolları faiz borcunun cavabdehdən tutulmasını da tələb etmişdir.
102. Belə ki, iddiaçının həmin tələbinin qanuni əsasını Mülki Məcəllənin 449.1-ci maddəsi təşkil edir.
103. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.
104. Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, “Mülki Məcəllənin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. ...Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur”.
105. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün kreditor sübut etməlidir ki, borclu onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyr əldə etmişdir.
106. Məhkəmə hesab edir ki, iddiaçı qeyd olunan halların təsdiqi barədə sübut təqdim etməməklə üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirə bilmədiyindən, cavabdehdən Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən bank uçot faizi dərəcəsinə uyğun hesablanmış faizlər tutula bilməz.
107. Məhkəmə qarşılıqlı iddia ərizəsini aşağıda göstərilənlərə əsasən əsassız hesab edir, təmin edilməli olmaması qənaətinə gəlir.
108. Qarşılıqlı iddiaçı tərəfindən məhkəməyə bununla təqdim edilmiş Meinhardt şirkətinin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli uyğunsuzluq hesabatlarına əsasən “X8 Elektrik Elektronik ve X5 Ticaret Limited” şirkəti tərəfindən təchiz edilmiş kabellərin ümumi dəyəri 873949 ABŞ dolları təşkil edir.
109. Belə ki, qarşılıqlı iddiaçı bildirir ki, təhvil verilən işlərin keyfiyyətinin dəyərləndirilməsi məqsədi ilə Layihəyə mühəndislik xidməti göstərən ‘‘Meinhardt” Şirkəti tərəfindən 03 və 12 iyun 2023-cü il tarixlərində tərtib edilən uyğunsuzluq hesabatlarına əsasən, cavabdeh tərəfindən işlə bağlı istifadə edilən naqillərdə qüsurlar aşkar olunmuş, əraziyə gətirilən faktiki naqillər ilə təqdimat zamanı göstərilən nümunədəki naqillər arasında ziddiyyətin olduğu, ağ naqillər yerinə qırmızı naqillərdən istifadə olunduğu məlum olmuşdur. Bununla da iddiaçı qüsurlu materiallardan istifadə etməsi nəticəsində cavabdehə 873 949 ABŞ dolları məbləğində zərər vurmuş, cavabdeh işlərin daha da gecikməməsi Sinerji Pro şirkətinin işçilərinin maaşlarını öz hesabına ödəmək məcburiyyətində qalmış, müəyyən materialları öz hesabına almış və işin icrasına dair yaranmış digər xərcləri öz hesabına qarşılamış, iddiaçı üzərinə düşən maliyyə öhdəliklərini vaxtında icra etməyərək onlara maddi zərər də vurmuşdur.
110. Qarşılıqlı iddiaçı iddia ərizəsində ona vurulmuş zərərin ******* ABŞ dolları olmasını bildirsə də, həmin məbləğin hansı qaydada hesablanması, zərər müəyyən edilən zaman hansı hesablamaların, hansı qaydada aparılması, ümumiyyətlə həmin məbləğin necə müəyyən edildiyini ərizədə ümumiyyətlə göstərə bilməmiş, məhkəməyə təqdim etdiyi özü tərəfindən tərtib edilmiş ölçmə protokoluna əsasən xx.xx.2023-cü il tarixli yazılı bildirişlə müqaviləyə xitam verildikdən sonra ona ödənilməli olan vəsaitin məbləğinin isə ******* ABŞ dolları olması göstərmişdir.
111. Məhkəmə ilk növbədə cavabdehin iddiaçı tərəfindən ona təhvil verilmiş materiallarda qüsurlar olması barədə dəlilini əsassız hesab edir.
112. Belə ki, iddiaçı tərəfindən müqavilə üzrə təhvil verilən mallar tərəflər arasında imzalanmış hakediş reporları və 2 ədəd tutanakla cavabdeh tərəfindən qəbul edilmiş, həmin materiallarda qüsurlar olması barədə iddiaçıya pretenziya verilməsini, habelə həmin materialların qüsurlu olması əsası ilə iddiaçıya geri qaytarılmasını, yaxud buna cəhd edilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.
113. Halbuki, tərəflər arasında bağlanmış podrat müqaviləsinin 11-ci bəndinə əsasən sifarişçi iş müddəti ərzində özü, habelə podratçının təmin etdiyi materialları, gördüyü işləri bütün mərhələlərdə yoxlamalı, iş yerində görülən işlərin müqaviləyə uyğun olub olmamasını müəyyən etməli, podatçının təhvil aktlarını araşdırmalıdır. Hər hansı bir uyğunsuzluq halında sifarişçi tərəfindən yazılı təlimat verilməlidir.
114. Məhkəmə Sinerji Pro şirkətinin işçilərinin maaşlarını ödəmək məcburiyyətində qalmaqla əlavə xərc çəkməsi barədə qarşılıqlı iddiaçının dəlilinə cavab olaraq bildirir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş elektron poçt yazışmaları, nağd ödənişlər barədə ödəniş qəbzlərinin bəzilərinə əsasən cavabdeh tərəfindən iddiaçının işçilərinə imza edilməklə ödənilmiş vəsaitlər müqavilə çərçivəsində sifarişçinin podratçıya ödəməli olduğu vəsaitdən çıxılmış, göstərilən halı məhkəmə iclasında iddiaçının nümayəndəsi M.Özdemir də təsdiq etmişdir.
115. Bu səbəbdən nağd qaydada ödənilmiş həmin vəsaitlərin hazırda geri tələb edilməsi barədə iddia tələbi təmin edilə bilməz.
116. Belə ki, MM-nin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
117. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
118. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.
119. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.
120. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır.
121. Bundan əlavə, məlum olduğu kimi, MM zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1).
122. MM daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur.
123. MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
124. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
125. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
126. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir.
127. Belə ki, ziyanın ödənilməsi ilə bağlı tələb öncə həmin ziyanı onu vuran şəxsə aid edilməsini nəzərdə tutur.
128. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
129. Həmin Məcəllənin 78.1-ci maddəsinə müvafiq olaraq sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
130. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı).
131. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdehin vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün onun iddiaçıya birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur.
132. Hazırkı halda qarşılıqlı iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, MM-in 21-ci maddələrində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi əsassızdır və təmin edilməməlidir.
133. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilk iddia qismən təmin edilməli, cavabdehdən 1659012,59 ABŞ dolları məbləğində pul, 43066,53 ABŞ dolları faiz borcu, ümumilikdə 1702079,12 ABŞ dolları məbləğində pul tutularaq iddiaçıya ödənilməli, ilk iddia qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia tələbi rədd edilməlidir.
134. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər.
135. Belə ki, tərəflər arasında bağlanmış müqavilə və onun əlavələrində pul öhdəliyi (müqavilə qiyməti, ödənilməsi şərtləri) xarici valyutada (ABŞ dolları) ifadə edilmiş, tərəflər arasında yaranmış işgüzar münasibətlər zamanı ödənişlərin cavabdeh tərəfindən iddiaçıya ABŞ dolları ilə Azərbaycan Respublikasının hüdudlarından kənarda edildiyi müəyyən edilmişdir.
136. Bu səbəbdən məhkəmə cavabdehdən müqavilə üzrə tutulacaq önənişlərin (əsas borc və faiz borcu) ABŞ dolları ilə tutulmalı olması qənaətinə gəlir.
137. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
138. Məhkəmə hesab edir ki, ilk iddia qismən təmin edildiyindən ilk iddia ərizəsi ilə bağlı ödənilmiş 2236,77 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatoru əsas götürülməklə) cavabdehə, qalan ödənilmiş 3287,23 manat dövlət rüsumu iddiaçının özünə, qarşılıqlı iddia təmin edilmədiyindən qarşılıqlı iddia ərizəsi verilərkən ödənilmiş 3695 manat dövlət rüsumu, 1000 manat hüquqi yardımla bağlı xərc qarşılıqlı iddiaçının özünə aid edilməlidir.
139. Bundan başqa ilk iddia ərizəsində 8000 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərcin cavabdehdən tutulması tələb edilsə də, həmin xərci təsdiq edən hər hansı sənəd materiallara əlavə edilməmişdir. Bu səbəbdən Məhkəmə hesab edir ki, çəkilmiş hüquqi yardımla bağlı xərc iddiaçının özünə aid edilməlidir.
140. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
141. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq və məhkəmə-tikinti-texniki ekspertizalarının xərclərinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri 200 manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza xərci cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.
V. Nəticə:
142. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İlk iddia qismən təmin edilsin. Cavabdehndən 1659012,59 ABŞ dolları məbləğində pul, 43066,53 ABŞ dolları faiz borcu, ümumilikdə 1702079,12 (bir milyon yeddi yüz iki min yetmiş doqquz dollar on iki sent) ABŞ dolları məbləğində pul və 2236,77 (iki min iki yüz otuz altı manat yetmiş yeddi qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı “X8 Elektrik Elektronik ve X5 Ticaret Limited” Şirketinə ödənilsin. İlk iddia qalan hissədə təmin edilməsin. İddiaçı Cavabdeh “X8 Elektrik Elektronik ve X5 Ticaret Limited” Şirkətinə qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Çəkilmiş qalan məhkəmə xərcləri (dövlət rüsumu və hüquqi yardımla bağlı vəsait) tərəflərin özlərinə aid edilsin. Aparılmış ekspertiza tədqiqatı ilə bağlı 200 (iki yüz) manat ekspertiza xərci Cavabdehndən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova