Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1776/2022 19.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 56506 manat pul vəsaitinin cavabdehdən tutularaq İddiaçınə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 06.03.2018-ci il tarixində "xxxx" MMC (hazırkı adı İddiaçı MMC) ilə cavabdeh arasında 06.03.2018-ci il tarixində 18-0001 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh işlərin icra edilməsini öz öhdəsinə götürmüşdür. Belə ki, müqaviləyə əsasən cavabdeh işçi layihəsinin (baş plan, ərazinin şaquli planlaşdırılması və abadlaşdırılması layihəsi), eləcə də interyer dizayn layihəsinin hazırlanması, öhdəliklərin dəqiq, vaxtında və peşəkarcasına icra olunması, habelə görülmüş işlərin təhvil-təslim aktı əsasında təhvil verilməsini üzərinə götürmüşdür. Müqavilə öhdəliklərini tam şəkildə 1 il ərzində, yəni 06.03.2019-cu il tarixinə qədər icra etməyə borclu olsa da, bu günə qədər həmin öhdəliklərin icra olunmamış və iddiaçıya təhvil verilməmişdir. Buna baxmayaraq iddiaçı tərəfindən cavabdehə 19.03.2018-ci il tarixində 18080 manat, 21.06.2018-ci il tarixində 26570 manat, 30.04.2019-cu il tarixində 3514 manat və 10.09.2019-cu ildə 8342 manat olmaqla cəmi 56506 manat ödəniş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi, Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Məhkəmə, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 06 mart 2018-ci il tarixli "xxxx" (indiki adı İddiaçı MMC) ilə Cavabdeh arasında bağlanmış layihələndirmə işləri haqqında müqavilədən görünür ki, icraçı, yəni Cavabdeh Bakı şəhərinin Babək prospektində yerləşən 0,345 ha ərazidə yerləşəcək “Radius 2” adlanacaq anbar, servis və ofis kompleksinin layihələndirilməsi işlərinin görülməsini, sifarişçi, yəni "xxxx" (indiki adı İddiaçı MMC) isə bu işləri təhvil-təslim aktı əsasında qəbul edib bu müqavilə ilə müəyyən edilmiş şərtlər əsasında görülən işlərin haqqını ödəməyi öhdəsinə götürmüşdür. 03 aprel 2019-cu il tarixli EAAS seriyalı 432739 nömrəli, 29 avqust 2019-cu il tarixli EAAZ seriyalı 162458 nömrəli, 25 may 2018-ci il tarixli EAAJ seriyalı 372127 nömrəli və 19 mart 2018-ci il tarixli EAAH seriyalı 814689 nömrəli elektron qaimələrdən görünür ki, İddiaçı MMC Cavabdeh işlərin görülməsi məqsədilə ümumilikdə 56506 manat məbləğində ödəniş etmişdir. 30 aprel 2019-cu il tarixli **********73 nömrəli ödəmə qəbzindən, 19 mart 2018-ci il tarixli 3 nömrəli ödəniş tapşırığından, 21 iyun 2018-ci il tarixli **********14 nömrəli ödəmə qəbzindən və 10 sentyabr 2019-cu il tarixli #010XOH********** nömrəli çıxarışdan görünür ki, İddiaçı MMC Cavabdeh işlərin görülməsi məqsədilə ümumilikdə 56506 manat məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1 və 442-ci maddələrinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Göründüyü kimi İddiaçı MMC ilə Cavabdeh arasında layihələndirmə işləri haqqında müqavilə bağlanmış, iddiaçı yerinə yetiriləcək işlər üçün əvvəlcədən Cavabdeh 56506 manat məbləğində ödəniş etsə də, sonuncu müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirməyərək anbar, servis və ofis kompleksinin layihələndirilməsi işlərini görməmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı MMC-nin 56506 manat məbləğində tələbi əsaslı olduğundan təmin olunmalı və Cavabdeh 56506 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 56506 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1776/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1776/2022
19.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver