Məhkəmə qərarları › İş №e-2-2(113)-1812/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1812/2021

10.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1812/2021 10.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “İddiaçı“MMC-nin nümayəndəsi və vəkili Vəkil, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “Cavabdeh“ MMC-nin nümayəndəsi X3 iştirakları ilə, “İddiaçı” MMC-nin Cavabdeh MMC-yə qarşı müqavilə üzrə borcun ödənilməsi tələbinə dair ilkin iddiası, Cavabdeh MMC-nin “İddiaçı” MMC-yə qarşı ödənilmiş pulun geri qaytarılması tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ“ddiaçı” MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13 avqust 2018-ci il tarixli “TUV_AZE_İND_000022” saylı və 01 aprel 2019-cu il tarixli “19- İNE-16” saylı müqavilə öhdəlikləri üzrə 272982.0 (iki yüz yetmiş iki min doqquz yüz səksən iki) manat əsas borc, 23597.0 (iyirmi üç min beş yüz doxsan yeddi) manat gecikdirmə faizi, 50000 (əlli min) manat əldən çıxmış fayda və mənəvi təzminat, 17459.00 (on yeddi min dörd yüz əlli doqquz) manat hüquqi yardım, konsultasiya və vəkil xidmətləri üçün çəkilmiş və ödəniləcəyi ilə bağlı öhdəlik götürülmüş xərc, 30 (otuz) manat dövlət rüsumu olmaqla cəmi – 364.068.00 (üç yüz altmış dörd min altmış səkkiz) manat məbləğin Cavabdeh MMC-dən tutularaq “xxxx” MMC-ə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh MMC qarşılıqlı iddia ərizəsi təqdim edərək, Cavabdeh MMC-yə dəymiş ziyanın əvəzi olaraq, ödənilmiş 933.371,68 ( doqquz yüz otuz üç min üç yüz yetmiş bir manat 68 qəpik) manatın və 60000 (altmış min) manat əldən çıxmış fayda və mənəvi təzminatın, eləcə də ödənilmiş dövlət rüsumu məbləğinin (30 manat), cəmi 993401,68 ( doqquz yüz doxsan üç min dörd yüz bir manat altmış səkkiz qəpik) manatın cavabdeh “xxxx” MMC-dən tutularaq, iddiaçı Cavabdeh MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçı “Cavabdeh“ MMC-nin nümayəndəsi 09 iyun 2021-ci il tarixində qarşılıqlı iddia üzrə iddia tələbi məbləğinin dəqiqləşdirilməsi barədə ərizə verərək, iddia tələbi məbləğində düzəliş olunmasını “İddiaçı” MMC-dən Cavabdeh MMC-nin xeyrinə 993401.68 manat tutulmasını məhkəmədən xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “İddiaçı” MMC Cavabdeh MMC ilə 13 avqust 2018-ci il tarixli “TUV_AZE_İND_000022” saylı və 01 aprel 2019-cu il tarixli “19-İNE-16” saylı podrat müqavilələri bağlamış və razılaşdırılmış öhdəliklərini tam və əksiksiz olaraq icra etmişdir. İşlərin icra edilməsi ilə bağlı gündəlik protokollar tərtib edilərək imzalanmış, göstərilən xidmət sahəsində mövcud olan bütün zəruri detalları özündə əks etdirən müvafiq aktlar hazırlanaraq cavabdehə təqdim edilmişdir. Hər iki müqavilədə yer alan işlərin ödənilməsi- bölməsinə əsasən “15 iş günü ərzində düzgün hesablanmış hesab fakturaların (o cümlədən hər hansı ƏDV hesab-fakturaların) və məzmundan asılı olaraq lazımi qaydada imzalanmış icra olunan işin ödənilməsinə dair hesabatlar və ya qəbul aktı təqdim edildikdən sonra həyata keçiriləcək” bəndinə baxmayaraq, bir sıra ödənişlər cavabdeh tərəfindən icra edilməmişdir. Belə ki, 13 dekabr 2018-ci il tarixli (#TUV_AZE_İND_000022) müqaviləyə əsasən: 1. Fevral ayı üzrə (Akt №07) 16,491 AZN qalıq qalmışdır; 2. Mart ayı üzrə (Akt №08) 116,491 AZN borc qalmışdır. 01 aprel 2019-cu il tarixli (19-İNE-16) müqaviləyə əsasən: 1. Aprel ayı üzrə (Akt №01) 20,000 AZN qalıq qalmışdır; 2. İyun ayı üzrə (Akt №03) 40,000 AZN borc qalmışdır;

3. İyul ayı üzrə (Akt №04) 40,000 AZN borc qalmışdır; 4. Avqust ayı üzrə (Akt №05) 40,000 AZN borc qalmışdır. İddiaçı tərəfindən cavabdehə xəbərdarlıq məktubları göndərilmiş, cavabdeh isə öz növbəsində müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınmışdır. Cavabdeh öz məktubları ilə dolayısı yolla borcu etiraf etmiş, lakin müqavilədə öz əksini tapmayan eyni zamanda, absurd bəhanələrlə ödəniş etməmişdir. 23.01.2019-cu il tarixli, 1/84 saylı Cavabdeh MMC-nin rəhbəri E.Əlixanbəyov tərəfindən imzalanmış məktubda maliyyə çətinliklərinin olduğu və borcu ödəyəcəkləri bildirilmişdir. Yəni xidmətlə bağlı hər hansı narazılıq və problemin olmadığı nəticəsini müşahidə edilir. Yenə Cavabdeh MMC-nin idarə heyətinin sədrinin imzasıyla göndərilmiş 1/370 saylı, 15.03.2019-cu il tarixli məktubdan məlum olur ki, cavabdeh, iddiaçının işindən razıdır və daha bir il işi davam etdirmək niyyətindədir. Beləliklə, yenidən 01 aprel 2019-cu il tarixli “19-İNE-16 saylı müqavilə imzalanmış və fəaliyyət davam etdirilmişdir. Daha sonra yığılmış borc məbləğini ödəməmək üçün müxtəlif bəhanələr axtarışına başlanmışdır. Belə ki, cavabdeh şirkətin idarə heyəti sədri tərəfindən imzalanmış 1/938 saylı 03.08.2020-ci il tarixli məktubda podratçı şirkətin aylar üzrə davamiyyət cədvəli tələb edilmişdir. Belə bir tələbin absurd olması, müqavilədə belə bir bəndin yer almaması və göstərilmiş xidmətin müvafiq protokollar və aktlarla təqdim edilməsi cavab məktubu ilə onlara bildirilmişdir. İddiaçı “İddiaçı” MMC tərəfindən borc tələbi ilə bağlı göndərilmiş məktuba isə yenə idarə heyətinin sədri tərəfindən imzalanmış 1/1318 saylı, 28.10.2020-ci il tarixli tamamilə absurd cavab verilmişdir. Bu dəfə təsdiq edilmiş iş günləri, görülən işlərin həcmlərinin (Forma-2 və Forma-3) olmaması və podratçı tərəfindən heç bir işin görülməməsi iddia edilmişdir.Bu məktuba diqqətlə baxarkən biznes etikasından nə qədər uzaq davranıldığının və nə qədər absurd bəhanələr gətirildiyinin şahidi olunur. Qeyd olunan tələblərin müqavilə öhdəliklərində yer almaması ilə birlikdə, məktubdə bəhs edilən “Forma- 2 və Forma-3” sənədlərinin ümumiyyətlə bu xidmətlə əlaqəsinin olmaması cavabdehin niyyətini göstərməkdədir. Eyni zamanda, podratçı tərəfindən heç bir işin görülməməsini, istehsalata maneçilik törədilməsini bəyan edən cavabdeh, özü tərəfindən müqavilənin uzadılması təklifinin edildiyini unutmuş kimi görünməkdədir. Qeyd olunanlara və müvafiq sənədlərə əsasən Cavabdeh MMC, iddiaçı “İddiaçı” MMC-nin xeyrinə aşağıdakı məbləğdə vəsaiti ödəməyə borcludur. 13 avqust 2018-ci il tarixli “TUV_AZE_İND_000022” saylı və 01 aprel 2019-cu il tarixli “19-İNE-16” saylı müqavilə öhdəlikləri üzrə 272982.0 (iki yüz yetmiş iki min doqquz yüz səksən iki) manat - əsas borc. Mülki Məcəllənin 445.7-ci maddəsi tələbi ilə illik 5% olaraq hesablanmış gecikdirmə faizi – 23597.0 (iyirmi üç min beş yüz doxsan yeddi) manat. Xidmət haqqı vaxtında ödənmədiyi üçün işçilərə daxili imkanlar hesabına ödəmələr edilmiş və şirkət ciddi maliyə problemləri ilə üzləşmişdir. Eyni zamanda “İddiaçı” MMC beynəlxalq şirkətə bağlı olduğu üçün və çalışan mütəxəssislər müxtəlif xarici ölkə vətəndaşları olduğu üçün ödəmələr və hesabatlar “Avro” maliyyə vasitəsi ilə aparılmaqdadır. 2 il kimi bir müddət ərzində “Avro”-nun dəyərində baş vermiş dəyişmələr də borc üzərindən şirkətə zərər vermişdir Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh MMC (bundan sonra mətində “Cəmiyyət” adlandırılacaq) ilə cavabdeh “xxxx” MMC (bundan sonra mətndə “TÜV” adlandırılacaq) arasında 13 avqust 2018-ci il tarixində TÜV_AZE_ İND_000022 saylı xidmət müqaviləsi bağlanmışdır. Bu müqaviləyə xitam verildiyindən, 01 aprel 2019-cu il tarixində yenidən 19- İNE-16 saylı, eyni məzmunlu müqavilə bağlanmışdır.Müqavilələnin predmetinə əsasən “TÜV” müəyyən muzd müqabilində “cəmiyyətdə”, istehsalın səviyyəsini dünya standartları səviyyəsinə qaldırmaq üçün müşahidə aparmalı, nöqsan və çatışmazlıqları müəyyən etməli, onların aradan qaldırılması üçün öz təkliflərini verməli, təlimlər keçməli və nəticədə istehsal səviyyəsinin dünyada qəbul olunmuş normalara cavab verdiyini təsdiqləyən sertifikatla “cəmiyyəti” təmin etməli idi. “Cəmiyyət” sifarişçi olaraq, “TÜV”-ün hesabına, əsas məbləğ olaraq, 782.532,96 manat, ƏDV məbləği olaraq isə 150838,72 manat köçürmüşdür. Köçürmələrin cəmi birlikdə 933.371,68 manat olmuşdur.Müqavilələrin 1.1-ci bəndində “TÜV”-ün görəcəyi işin (xidmətin) əhatə dairəsi sadalanmışdır. Yuxarıda qeyd olunanlardan əlavə olaraq orada (üçüncü bölmədə) podratçının, yəni “TÜV”-ün sifarişçini, yəni “cəmiyyəti” “uyğunsuzluq hesabatı” və “nəzarət (müşahidə) hesabatı” ilə təmin edəcəyi qeyd olunub. Müqavilə mətnində “inspeksiya”, “audit”, “nəzarət“ sözlərinə tez-tez rast gəlinir. Məlumdur ki, burada ancaq istehsal prosesinə müdaxilə etmədən, kənardan müşahidə, təftiş, araşdırma aparılmasından və bunların nəticəsində, istehsalın səmərəliliyinin artırılması məqsədi ilə təkliflər verilməsi nəzərdə tutulub. Yoxsa, “cəmiyyətdə” “keyfiyyətə nəzarət şöbəsi” var və oradakı mütəxəssislər öz işlərinin öhdəsindən layiqincə gəlirlər. Bu işə görə digər şirkətin, hansı ixtisas sahibləri olduğu məlum olmayan, əməkdaşlarına “cəmiyyətin” ehtiyacı olmayıb. Ehtiyac ancaq, beynəlxalq səviyyədə tanınan sertifikatlara olub. “TÜV”-ün əməkdaşları müqavilə üzrə öhdəliklərini düzgün anlamadığından, özlərini “inspektor” kimi aparmağa başlamış, yersiz olaraq istehsal proseslərinə müdaxilələr etmiş və özlərinin də “xidmət göstərilməsi barədə” tərtib etdikləri Aktlarının 2-ci qeydində yazdıqları və imza, möhürlə təsdiqlədikləri kimi, “cəmiyyətin” istehsal etdikləri malın 3-cü şəxs (“xxxx” QSC) tərəfindən qəbul olunmasının qarşısını almışlar. Bu aktlarda “inspeksiya” olunan mallar adında “MİS MF100”, “Alüminium AS70”, “Vkladısh”, “Zajim” və sairə malların adları (bəziləri rus dilində olsada) yazılmış, ancaq nə nəticə, nə də təklif yazılmamışdır. Nümunə kimi təqdim edilən 06 saylı “Xidmətlərin göstərilməsi barədə” AKT-da (tərtib olunub: 15 mart 2019-cu il tarixdə) və bir çox digər aktlarda göstərilən xidmətlər aşağıdakı kimi sadalanmışdır:Ötürücü məftil istehsalında 3-cü tərəf inspeksiya;Keyfiyyətə nəzarət meneceri, Polad/tikinti istehsal nəzarəti, 1 elektrik mühəndisi- orta və aşağı gərginlikli kabel istehsal fabriki, 1 elektrik mühəndisi-quru və yağlı tip transformator fabrik;İş yerləri üçün 2 elektrik mühəndisi;Ev kirayəsi xərcləri. Bu yazılanlara görə Cəmiyyətdən 137.459,38 manat tələb olunub.İstehsalda bir tərəf var, o da “cəmiyyətdir”, 3-cü tərəf nə deməkdir, bilinmir. Cəmiyyətdə polad-tikinti istehsalı yoxdur, fabriklər yoxdur, eləcə də, ştatlar və xərclər-görülən iş ola bilməz və fəaliyyəti bildirmir. “Cəmiyyətdə” bu şəxslərin peşəkarlıq səviyyəsinə şübhə yarandığından, məhkəmədən həmin dövrdə adları aktlarda qeyd olunan “TÜV” əməkdaşlarının ixtisaslarının və təhsillərinin araşdırılmasını xahiş olunur. Aktlar, göründüyü kimi, ancaq “TÜV”-ün bir nümayəndəsi tərəfindən imzalanıb və möhürlənib. “Cəmiyyət” tərəfindən bu aktlar təsdiqlənməyib.Müqavilənin 1.1-ci bəndinin üçüncü bölməsində qeyd olunan “Uyğunsuzluq Hesabatları” və “Müşahidə Hesabatları” heç vaxt “TÜV” tərəfindən “Cəmiyyətə” təqdim olunmayıb. “Xidmətlərin göstərilməsi Akt”larında ancaq mallara baxılmasının qeyd olunması və bununla kifayətlənilməsi (sadəcə baxmağın Cəmiyyətə heç bir faydası yoxdur) və hesabatların təqdim olunmaması, TÜV-ün müqavilə öhdəliklərini tamamilə icra etməməsinin sübutudur.Müqavilənin 4-cü bəndinin (İşlərin ödənilməsi) 1-ci yarımbəndində qeyd olunub ki, ödənişlər aylıq olaraq 40.000 (qırx min) AZN olacaq. Ödənişlər, lazımı qaydada imzalanmış hesabatlar və qəbul aktları əsasında aparılacaqdır. Göründüyü kimi, bu müqavilə şərtinə də “TÜV” tərəfindən əməl olunmamışdır. Hesab-fakturalarda köçürmə məbləğləri müqavilə üzrə müəyyən olunmuş limiti aşmışdır. Müqavilənin 3.3-cü bəndində podratçının (Burada TÜV nəzərdə tutulur) öhdəliklərinə daxil olanlardan: “e” abzasında TÜV-ün “Xidmətlərin gündəlik tələbatının Sifarişçi (burada Cəmiyyət nəzərdə tutulur) ilə razılaşdırılması” öhdəliyi var. “d” abzasında isə TÜV-ün “Qanunvericilikdə nəzərdə tutulan və avadanlığa aid bütün sertifikat və digər sənədləri sifarişçiyə (Burada Cəmiyyət nəzərdə tutulur) təqdim etmək“öhdəliyi var. Bu müqavilə öhdəliklərinə də “TÜV” tərəfindən əməl olunmayıb.Bu barədə “TÜV”-ə dəfələrlə irad məktubu göndərilmişdir. Bunlardan aşağıda qeyd olunanları misal göstərmək olar: 08.01.2019-cu il tarixli, 08 saylı məktubla hesab-fakturalarda, müqavilədə nəzərdə tutulan limit həddini, yəni 40000 AZN-i aşmamaq tələb olunmuşdur, ancaq TÜV tərəfindən buna əməl olunmamışdır. 16.01.2019-cu il tarixli, 58 saylı məktubda hesabat tələb olunmuşdur, ancaq TÜV tərəfindən tərəfindən heç bir hesabat təqdim edilməmişdir. 01.03.2019-cu il tarixli, 298 saylı məktubla, TÜV-ün öz öhdəliklərini layiqincə icra etmədiyi səbəbindən, müqaviləyə 7.2-ci bəndə uyğun olaraq, xitam verilmişdir. TÜV-ün səlahiyyətli nümayəndəsi ilə görüşdən sonra, müqaviləyə xitam verən tərəf olaraq, yenidən əməkdaşlığın davam etdirilməsinə (15.03.2019-cu il tarixli, 370 saylı məktubla) razılıq verilmiş və yeni müqavilə imzalanmışdır.Yenə, 01.08.2019-cu il tarixli, 1081 saylı məktubla TÜV-ə işlərin belə getməsinə davam edəcəkləri təqdirdə müqaviləyə xitam veriləcəyi xəbərdarlığı olunmuşdur.04.11.2019-cu il tarixli, 1481 saylı məktubla iş həcmi aktı və hər işə görə qiymət cədvəli TÜV-dən tələb olunmuşdur. Lakin, qarşı tərəf absurd işləri qiymətləndirilə bilməmişdir.02.12.2019-cu il tarixli, 1615 saylı məktubla TÜV-ə müqavilə şərtlərinə əməl olunmadığı barədə iradlar bildirilmişdir.12.02.2020-ci il tarixli, 1/172 saylı məktubda 08 saylı, 28 01.2020-ci il tarixli akda cəmiyyətin adının səhv olaraq “xxxx” MMC yazıldığı və idarə heyəti sədrinin vəzifəsinin direktor yazıldığı irad tutulmuşdur. Həmçinin bildirilmişdir ki, “İşlərin təhvili aktlarında xidməti, hərəkəti, görülən işlər barədə məlumat yoxdur. Aktlarda gah ixtisas ya da xərc yazılır. 28.10.2020-ci il tarixli, 1/1318 saylı məktubda yaxşılığa doğru irəliləyişin olmadığı və TÜV əməkdaşlarının arasıra Cəmiyyətə gəldikləri, tələb olunan sənədlərin təqdim olunmadığı vurğulanıb.Qarşı tərəf öz iddia ərizəsində, “TÜV” tərəfindən heç bir iş görülmədiyi, istehsala maneçilik törətdikləri barədə, “Cəmiyyət” tərəfindən yazılı irad göndərildiyini etiraf etmişdir. “TÜV” öz iddiasında müqavilə müddətinin uzadılması barədə təklifin “Cəmiyyət” tərəfindən qəbul olunduğunu bildirir. Ancaq, müqaviləyə xitam verən tərəfin də “ATEF” olduğunu qarşı tərəf yəqin ki, unutmayıb. Müqavilə müddətinin uzadılmasına tərəflər, “TÜV”-ün səlahiyyətli nümayəndəsinin, şirkətlərinin bundan sonra buraxdığı səhvləri təkrarlamyacağına və işi yekunlaşdıraraq, müvafiq sertifikatlar təqdim olunacağına söz verməsi müqabilində razılaşılmışdır. Yekun olaraq, demək olar ki, “TÜV”, onun hesabına köçürülmüş pul vəsaitin əvəzində kənardan müşahidəçi olmaqla kifayətlənmiş, heç bir səmərələşdirici təklif verməmiş, əksinə istehsal prosesinə maneə yaradaraq, hazır məhsulun 3-cü şəxslərə təhvil verilməsinin qarşısını almış, ən əsası sifarişçini (burada Cəmiyyəti) sertifikatla təmin etməmiş, bununla da müqavilə öhdəliklərini icra etməmişdir. O, “Cəmiyyət”-in hesabına pul vəsaitini əsasız əldə etməklə və ya toplamaqla, ondan faydalanmışdır. Qarşılıqlı iddia tələbi məbləğinin dəqiqləşdirilməsinə dair ərizə onunla əsaslandırılmışdır ki, texniki səhv nəticəsində, əsas tələb məbləğinin və dövlət rüsumu məbləğinin üzərinə, əldən çıxmış fayda kimi 60000 (altmış min) manat əvəzinə 6000 (altı min) manat hesablanmışdır. Düzəlişdən sonra tələb olunan məbləğ, ümumilikdə 993401.68 (doqquz yüz doxsan üç min dörd yüz bir manat altmış səkkiz qəpik) təşkil edir. Əldən çıxmış faydanın sübutu kimi, qeyd etmək olar ki, həmin vəsaitə xammal-material alıb, transformator istehsal edərək, satıb fayda (qazanc) əldə edə bilərdilər və ya banka, faiz müqabilində verərək əlavə gəlir əldə edə bilərdilər. Ən aşağı faizlə (10%-lə) hesablansa belə, gəlir 99000 (doxsan doqquz mindən) çox olardı. Hələ hesablama bir il üçün aparılmışdır. Müvafiq olaraq, bu məbləğ digər illərin sayına vurulsa idi, məlumdur ki, alınan məbləğ qat-qat çox olardı. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “İddiaçı” MMC-nin direktoru Cavid Hidayətov ilkin iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, 2018-ci ildən etibarən Cavabdeh MMC ilə əməkdaşlığa başlamış, 2019-cu ildə tərəflər müqaviləni yeniləmişlər. Tərəflər arasında imzalanmış müqavilənin əsas predmeti keyfiyyətə, istehsala nəzarət sistemlərinin qurulması xidmətini göstərməkdir. Müqavilədə ilkin olaraq ödənişi 100% həcmində icrası nəzərdə tutulmuşdur. Bir sıra hallarda buna riayət edilməmişdir.Cavabdeh tərəfindən onlara bir neçə dəfə şirkətin əməkdaşlarının işə gəlməmələrini bildirsələr də, tərəflər arasında imzalanmış müqavilədə qarşı tərəf əməkdaşların daşınması xidmətinin təşkilini öz üzərinə götürmüşdür. Cavabdeh MMC 2019-cu ilin avqust ayında 1 ay öncədən xəbərdarlıq edərək, artıq sentyabr ayından etibarən onlarla işləməyəcəkləri barədə məlumat vermişlər. Göstərilən xidmətlərin əvəzində yaranmış borcun ödənilməsi ilə bağlı müraciət etdikdə isə, borcu ödəməkdən imtina etmiş, 2019-cu ildən etibarən borcu ödəməkdən boyun qaçırmışlar. Qeyd olunanlara və iddia ərizəsinə əsasən iddiaçının nümayəndəsi ilkin iddianın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “İddiaçı“ MMC-nin nümayəndəsi və vəkili Vəkil ilkin iddianı müdafiə edərək, qarşılıqlı iddianı isə qəbul etməyərək, iddia ərizəsinə uyğun izahat verərək, qeyd etdi ki, “xxxx” MMC ilə bağlanmış podrat müqavilələrinə əsasən razılaşdırılmış öhdəliklərin tam və əksiksiz olaraq icra edilməsinə baxmayaraq, cavabdeh tərəfindən öhdəlikləri tam olaraq icra edilməmişdir. İcra edilmiş işlərlə bağlı cavabdeh tərəfindən gündəlik tərtib edilərək hər iki tərəfin nümayəndələri tərəfindən imzalanaraq təsdiq edilmiş, göstərilən xidmət sahəsində mövcud olan bütün zəruri detalları özündə əks etdirən protokollar, aylıq hesabatla bağlı tərtib edilmiş müvafiq aktlar məhkəməyə təqdim edilmişdir. İddia qaldırıldıqdan sonra cavabdeh tərəfindən tamamilə absurd, heç bir əsası olmayan və təhrif olunmuş ifadələrdən ibarət qarşılıqlı iddia ərizəsi məhkəməyə təqdim edilmişdir. Lakin keçirilən məhkəmə iclaslarında cavabdehin nümayəndəsi dolayısı yolla öz ərizələrində qeyd olunan fikirləri inkar etmiş, tutarsız və əsassız ifadələr işlətmişdir. Belə ki, cavabdeh qarşılıqlı iddiasında iddiaçı tərəfindən heç bir işin görülmədiyini, təlimlərin keçirilmədiyini qeyd etmişdir. Məhkəmə iclasında isə cavabdehin nümayəndəsi təlimləri keçmiş olan mütəxəssislərin ixtisas sənədlərinin məhkəmə tərəfindən araşdırılması ilə bağlı vəsatət vermişdir. Eyni zamanda məhkəmə iclası zamanı hər iki tərəfin imzalamış olduğu protokolları gördükdən sonra, onların başqa işlər olması, yazı xətalarının olması, fərqli dillərdə yazılıb və s. kimi bəhanələr demişdir.Öhdəliklərin icrası ilə bağlı keçirilmiş məhkəmə iclaslarında cavabdehin nümayəndəsi görülmüş işlərin inkarı ilə bağlı hər hansı dəlil ifadə edə bilməyərək, tamamilə əlaqəsiz olaraq müqavilələrin, təsdiq edilmiş protokolların və aktların bəndlərini müzakirə etmişdir. Halbuki, heç bir iddiada bu sənədlərin etibarsızlığı müzakirə mövzusu olmamışdır. Keçirilmiş məhkəmə iclaslarında cavabdeh müəssisənin idarə heyətinin sədri tərəfindən imzalanmış və təsdiq edilmiş sənədlərin saxta olması, baş direktorun bu sənədlərdən xəbərsiz olması və s. kimi absurd fikirlər səsləndirilmişdir. Keçirilmiş məhkəmə iclaslarında cavabdehin nümayəndəsi tərəfindən, hansı əsasla bəzi ayların ödənişinin tam edilməsi, bəzilərinin yarımçıq və bəzilərinin heç edilməməsi sualına heç bir aydınlıq gətirilməmişdir.Məhkəmə iclaslarında, iddaçının işindən (sertifikat, aktlarda və müqavilədə bəndlər) razı deyildinizsə, nəyə görə iddiaçı məhkəməyə müraciət edənə qədər məhkəməyə müraciət etməmisiniz və ya iddiaçıya konkret işlə bağlı yazılı xəbərdarlıq etməmisiniz suallarının dəfələrlə verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi tərəfindən tutarlı cavab verilməmişdir.“Bizə sertifikat verilməli idi” ifadəsinə qarşı, konkret hansı sertifikatdan söhbət getməsi, onlarda müvafiq sertifikatın olması və müqavilədə bununla bağlı bənd soruşulduqda heç bir tutarlı cavab verilməmişdir.Aidiyyəti heç bir sənədin etibarsızlığı müzakirə mövzusu olmadığı halda, cavabdeh qarşılıqlı iddia ərizəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4-cü maddəsinə əsasən əsassız varlanma qaydalarına uyğun olaraq ödənilmiş məbləği geri tələb etmişdir. Halbuki, tamamilə müqavilə öhdəliklərinə uyğun olaraq icra edilmiş, müvafiq protokollar və aktlarla öz təsdiqini tapmış bir situasiyada öhdəlikdən kənar pul ödənişindən söhbət etməyin mənasız olması ilə yanaşı, Mülki Məcəllənin 1095ci maddəsinə görə, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür.Görülmüş işlərdən narazı olmaq, heç bir işin görülməməsi və ödənilmiş məbləğin geri qaytarılması tələbi ilə bağlı qarşılıqlı iddia verən cavabdeh, bu iddialarla bağlı iddiaçı tərəfə heç bir pretenziya məktubu göndərməmiş, Mülki Prosessual Məcəllənin tələblərinə də riayət etməmişdir.Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış məktublarda həm borcun etirafı həm də yeni müqavilə bağlamaq arzusunun olması öz növbəsində yazmış olduqları qarşılıqlı iddianın və məhkəmə prosesində cavabdehin nümayəndəsi tərəfindən qeyd edilən fikirlərin hüquq və məntiq çərçivəsindən kənar olmasının sübutudur.Eyni zamanda, Cavabdeh MMC tərəfindən “Qarşılıqlı iddia üzrə izahat” adı altında məhkəməyə sənəd təqdim edilmişdir. Bu sənəd nə qədər məntiqə sığmayan, absurd ifadələrdən ibarətdir.Belə ki, işlərin icra edilməsini təsdiq edən protokolların surətinin iddiaçıda olmasından məhkəmə prosesində xəbər tutan cavabdeh, əlavə bəhanə tapmayaraq, bu protokollarda sınaqların Cavabdeh-da keçirildiyini qeyd etmişdir. İddiaçının bu protokollar və sınaqlarla əlaqəsi olmamışdırsa, nəyə əsasən protokollarda iddiaçının nümayəndələrinin təsdiqi və təklifləri qeyd edilmişdir? Sınaq keçirilən avadanlığın iddiaçının avadanlığı olması və bunu şirkət rəhbərinin bəyan etməsi fikri isə tamamilə yanlış və əsası olmayan ifadələrdir. Sadəcə bir protokolda qeyd olunmuş səmərələşdirici təklif tənqid edilmişdir. Nəzərə alsaq ki, bu tip yüzlərlə protokol var və onlarda olan bir təklifə qarşı belə bir tənqid yazan cavabdeh, nəyə əsasən zamanında bu kimi təkliflərə münasibət bildirməmişdir?Xidmət haqqı ilə bağlı ödənişi hesablamış cavabdeh, riyazi hesablamalar və məntiqi yanaşma ilə tamamilə gülünc mövqe sərgiləmişdir. Belə ki, 01 aprel 2019-cu ildə bağlanmış müqavilə əsasında ödənilməli olan aylıq 40000 manat ödəniş haqqını hesablayarkən, bu hesabı 12 aylıq aparmış və 2018-ci ilin müqaviləsi ilə tənzimlənən yanvar, fevral və mart aylarında olan ödənişi də bura daxil etmişdir. 13 avqust 2018-ci il tarixli müqavilədə aylıq 40000 manat ödəniş şərti olmadığı halda, 2019-cu il müqaviləsini geriyə şamil edərək “analoji” adı altında gülünc hesablama aparmışdır. Qarşılıqlı iddiaya izahatda cavabdeh tərəfindən 2019-cu il müqaviləsi üzrə 529 029 manat, 2018-ci il müqaviləsi üzrə isə 738 550 manat ödəniş edildiyi yazılmış və “böyük” hesablama aparılaraq artıq ödəniş edildiyi yazılmışdır. Bu izahatda qeyd edilən hər iki məbləği toplasaq belə çıxır ki, guya cavabdeh tərəfindən 1 367 579 manat ödəniş aparılıb. Halbuki, öz yazdıqları qarşılıqlı iddia ərizəsində və təqdim etdikləri sənədlərdə göstərilir ki, cəmi 782 532 manat köçürmə əməliyyatı aparmışlar. Bütün bu faktlara nəzər yetirdikdə, cavabdehin nümayəndəsinin dediyi kimi, bütün bu sənədləri imzalamış Cavabdeh İdarə heyəti sədrinin bütün bunlardan xəbərdar olması və yazılan ərizələrin tərkibi ilə tanış olması haqqında şübhələr meydana gəlir. Qeyd olunanlara, keçirilmiş məhkəmə iclaslarında verilmiş ifadələrə, məhkəməyə təqdim edilmiş sübutlara və müvafiq qanunvericiliyə əsasən ilkin iddianın təmin,qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “Cavabdeh“ MMC-nin nümayəndəsi X6 qarşılıqlı iddianı müdafiə edərək, ilkin iddianı isə qəbul etməyərək, qarşılıqlı iddia ərizəsinə uyğun izahat verərək, müqavilə üzrə üzərilərinə düşən öhdəliyi icra etdiklərini, bunun qarşılığında isə qarşı tərəfin onlara müqavilədə nəzərdə tutulmuş xidmətləri göstərmədiyini qeyd edərək, izahatında bildirmişdir ki, “xxxx” MMC məhkəməyə, görməli olduğu işlər haqqında, heç bir sübüt təqdim edə bilmədiyindən, əlacsız qalaraq, Cavabdeh MMC-nin blankında və Cavabdeh MMC-nin əməkdaşları tərəfindən tərtib olunmuş protokol təqdim etmişdir. Həmçinin bildirmişdir ki, bu protokol onların öz avadanlıqları ilə keçirdiyi sınağın nəticəsi barədədir. Protokolun 4.2-ci bölməsində qeyd olunduğu kimi sınaq malın istehsal olunduğu zavodun sınaq laboratoriyasında keçirilmişdir. Protokolun axırında yazılıb: mexaniki sınağı aparıb-X4, elekrik sınağını aparıb X5. Bunlar Cavabdeh MMC-nin əməkdaşlarıdır. Bütün vərəqlərdə ingilis dilində “ATEF tərəfindən test edilmişdir” ştampı vurulub. Protokolun 3-cü vərəqində başlıqda testin Cavabdeh MMC-nin X1 keçirildiyi açıq-aşkar qeyd olunub. Əgər protokol “xxxx” MMC tərəfindən keçirilsəydi, protokolu onlar tərtib edər və sənədin surəti yox, əsli onlarda olardı. Protokolda “xxxx” MMC-nin əməkdaşı nəzarətçi, yəni müşahidəçi kimi qed olunub. O da müşahidəçinin xahişi ilə. Sınağın “xxxx” MMC tərəfindən keçirildiyi barədə məruzə edən şirkət rəhbəri, sınaq keçirilən avadanlığın da onlara məxsus olduğunu məhkəmədə bəyan etdi. Əgər belədirsə, sübut olaraq, həmin avadanlığın alınması barədə alqı-satqı müqaviləsi və ya həmin avadanlığın texniki pasportu məhkəməyə təqdim edilməlidir. Digər tərəfdən, müqavilələrdə xidmət göstərənin sifarişçiyə hansı sənədləri təqdim etməli olduğu qeyd olunub və protokol haqqında heç nə yazılmayıb. Guya “xxxx” MMC şirkəti tərəfindən sıxacın (xamutun) təkmilləşdirilməsi barədə təklif verilib və bu səmərələşdirici təklif olub. Əslidə isə sıxacın qəlibi var və o, avadanlıq tərəfindən pərçimlənir (preslənir). Qaldı ki, bu sıxac transformatorun dirəyə bərkidilməsi üçün istifadə olunan, köməkçi materialdır. Əsas istehsal transformatordur. Onun dizaynının yenilənməsi, az hissələrdən istifadə etməklə, yüksək məhsuldarlıq (enerji) əldə edilməsi və s. kimi təkliflər verilə bilərdi. “xxxx” MMC iddialarında xidmət haqqı ödənilməyən aylardan bəhs edirlər.Əvvəla, ödənişlər, müqavilələrin 4-cü bölməsində qeyd olunduğu kimi, düzgün hazırlanmış hesab-fakturalar və hebatlar (yə ya qəbul aktları) əsasında həyata keçirilməli idi. Hansı ki, nə müqavilədə qeyd olunan müşahidə hesabatı, nə qüsur aktı, nə də xidməti bildirən işlərin təhvil-təslim aktları Cavabdeh MMC-yə təqdim olunmayıb. Ancaq malların adı yazılmış və xərclər yazılmış “İşlərin təhvili aktı” təqdim olunmuşdur və bu sənəddə heç bir xidməti (hərəkəti) bildirən məlumat olmayıb. Dəfələrlə aktlara yazılı iradlar tutulsa da dəyişiklik olmayıb. İkincisi, müqavilələrin 7-ci bölməsində (7.2) qeyd olunub ki, sifarişçi müqaviləyə xitam verilməsi tarixinədək, xidmətlərin qənaətbəxş dərəcədə görülmüş hissəsinə görə icraçıya ödəniş edəcək. Hər iki öhdəlik yerinə yetirilməyib. Təqdim olunan aktlarda xidmət adı ilə qeyd edilən (hərəkətsizliklər) qənaətbəxş sayıla bilməz. Digər tərəfdən, “xxxx”MMC-nin absurd iddia tələbinin əksinə olaraq, hesablamalar göstərir ki, həmin şirkətə əlavə ödənişlər olmuşdur. Nəzərə alsaq ki, 19-İNE-16 saylı, 01 aprel 2019cu il tarixli müqavilədə aylıq ödəniş haqqı 40000 manat nəzərdə tutulmuşdur, onda bir il üçün bu məbləğ 480000 manat təşkil edir. Ancaq, ödəniş 529029 manat olmuşdur. Bu da o deməkdir ki, hər ay üçün 44085 manat (529029 man : 12aya = 44085 manat) ödəniş olmuşdur. Deməli, hər ay 4085 manat ( 44085-40000=4085), ümumilikdə 49000 manat (4085x12=49000) artıq ödəniş olmuşdur. TUV_AZE_İND_000022 saylı, 13 avqust 2018-ci il tarixli müqavilə üzrə də anoloji hesablama aparsaq, məlum olar ki, bu müqavilə üzrə cəmi ödəmə 738550 manat edib və müqavilə 6 ay qüvvədə olduğundan ( əgər belə demək olarsa), həmin məbləği 6-ya bölərək aylıq ödənişin 123091 manat olduğunu müəyyən etmək olar. Nəzərə alsaq ki, ümümi ödəniş (40000 manat x 6ay) 240000 olmalı idi, onda faktiki ödənilən məbləğdən, ödənilməli olan məbləği çıxanda (738550-240000=498550 manat) 498550 manatın artıq ödənildiyi məlum olur.Şahid qismində dindirilən Nurəliyev Ehtiramın dediklərinin hüquqi qüvvəsi yoxdur, ona görə ki, onun “xxxx” MMC ilə hansı əlaqədə olması barədə sənəd məhkəməyə təqdim olunmamışdır. Bu gün, həmin sənəd təqdim olunsada belə, yenə onun gördüyü işlər barəsində, söylədiklərinin hüquqi qüvvəsi olmayacaq, ona görə ki, həmin şəxs “xxxx” MMC ilə xidmət barədə podrat müqaviləsi bağlayıb, ancaq Cavabdeh MMC ilə subpodrat müqaviləsi yoxdur. Yəni, E.Nurəliyev ancaq “xxxx” MMC-yə xidmət göstərə bilər. Digər tərəfdən, o əgər “İSO” tərəfindən akreditasiyalıdırsa, ancaq öz adından sertifikat verə bilərdi, başqa şirkətin adından yox. Əgər, bu şəxs tərəfindən həqiqətən də hər hansı bir xidmət göstərilmiş olsaydı, o, sübut olaraq, işlərin təhvil-təslim aktında yazılmış olardı. Ümumiyyətlə, əməkdaşların çalışdıqları şirkətin xeyrinə, şahid qismində, ifadə verməsinə qanunvericilik imkan versə də, bu düzgün yanaşma sayıla bilməz, çünki, qarşı tərəf də, əks ifadə verən, istənilən qədər əməkdaşı, məhkəməyə şahid qismində gətirə bilər. Onların dedikləri hər hansı bir sənəddə öz əksini tapmırsa, əsassız sözlərdən başqa bir şey deyildir. “xxxx” MMC-nin rəhbəri hər ay üçün 40000 manatdan artıq, hesablarına köçürülmüş pulların, iş vaxtından əlavə görülmüş işlərə görə olduğunu izahatında bildirdi. Əgər belə olsaydı, iş vaxtından əlavə görülən işlər barədə akt tərtib olunmalı və hər iki tərəfin səlahiyyətli şəxsləri tərəfindən təsdiqlənməli idi. Əslində, bir ara “xxxx” MMC-nin əməkdaşları, ya xidmət yerinə gəlmirdi, ya da iki nəfər tərkibdə gəlib görsənib gedirdilər. Son vaxtlar ümumiyyətlə gəlmədilər. Bu onlara ünvanlanmış irad məktublarında qeyd olunub. İş materiallarında həmin məktub mövcuddur.“xxxx” MMC-nin hesabına köçürmələr, işlərin icrasının sübutu kimi qəbul oluna bilməz. Belə olsaydı, onda heç kim köçürülən pulun geri qaytarılması barədə məhkəmədə iddia qaldıra bilməzdi. Mülki Məcəllənin 441.4-cü bəndində qeyd olunub: “Əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq, öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir”.Sənədlərin çatdırılması barədə qeyd olunmuşdur ki, müqavilələrin hər ikisinin 12-ci bəndində qeyd olunub ki, bildirişlər qarşı tərəfin göstərdiyi ünvana, yazılı şəkildə göndərildiyi təqdirdə hüquqi qüvvəyə malikdir. Bir də, xatırlatmaq istəyirəm ki, yalnız sənədlər, onları imzalamaq səlahiyyəti olan şəxslər tərtib edildikdə qanuni hesab edilə bilər. Mülki Prosesual Məcəllənin 89.2-ci maddəsinin tələbi belədir: “ Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulda əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazıı sübut kimi qəbul oluna bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun.Şahid qismində dindirilən X2 ilə “İddiaçı” MMC arasında subpodrat müqaviləsi imzalanmalı olduğu halda da, tərəf məhkəməyə buna dair heç bir sübut təqdim edə bilməmişdir. Qeyd olunanlara ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində izahat verən X2, qeyd etmişdir ki, hazırda o, İSO 140001, İSO 45001 beynəlxalq sertifikatlarının verilməsi üzrə müstəqil məsləhətçi kimi, müxtəlif şirkətlərlə xidmət mqavilələri əsasında işləyir. İddiaçı MMC şirkətinə mütəxəssis kimi dəvət edilmiş, hazırda da, müqavilə əsasında qeyd olunan şirkətlə əməkdaşlıq edir. 3 ildən artıq müddətdir ki, bir sıra şirkətlərlə əməkdaşlıq etməkdədir. İxtisası “Fövqəladə hallarda həyat fəaliyyətinin təhlükəsiziyidir”. “İddiaçı” MMC şirkətində işləyən zaman ona, Cavabdeh MMC barədə məlumat verilmiş daha sonra sentyabr ayından etibarən işə başlamışdır. İmzalanmış müqaviləyə əsasən sistemin qurulması və istehsal olunan məhsulların inspeksiyası olmaqla iki istiqamətdə xidmət göstərilməli idi. O, müqavilə üzrə öhdəliyinə verilən işi icra edərək, qeyd olunan şirkətin idarəetmə sistemini bütövlükdə analiz etmiş, daha sonra şirkət rəhbəriyi ilə iclaslar keçirərək, mövcud problemlər və onların həlli yolları barədə məlumatlar vermişdir. Şahid ifadəsinə yekunda şirkət rəhbərliyi ilə danışıqları mail vasitəsilə aparıldığını qeyd etmiş, qeyd olunan yazışmaların surətlərinin onda olduğunu bildirmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, iş materiallarında olan TUV_AZE_İND_000022 saylı 13 avqust 2018-ci il tarixli müqavilənin surətindən görünür ki, “sifarişçi” qismində “xxxx” MMC və “podratçı” qismində İ“ddiaçı” MMC arasında xidmət müqaviləsi bağlanmış, müqaviləyə əsasən podratçı müxtəlif spesifikasiya, audit, təlim və inspeksiya xidmətlərini göstərir və sifarişçi xidmətlərin göstərilməsi üçün podratçını cəlb etmək niyyətindədir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən, işlərin icrası müqabilində sifarişçi podratçıya bu müqaviləyə əlavələrdə öz əksini tapan qiymətlər əsasında (“Muzd") ödəyəcək. -Bu Müqaviləyə asasən ödənişlər Azərbaycan manatı ilə həyata keçiriləcək. ABŞ dollarında göstərilmiş qiymətlər müvafiq hesab-fakturanın kəsildiyi tarixdə Azərbaycanın Mərkəzi Bankının həmin tarix üçün müəyyən etdiyi rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatında hesablanır. -Bu Müqaviləyə əsasən ödənişlər 15 (on beş) iş günü ərzində düzgün hazırlanmış hesab-fakturaların (o cümlədən, hər hansı ƏDV hesab-fakturaların) və məzmundan asılı olaraq, lazımi qaydada imzalanmış icra olunan işin ödənilməsinə dair hesabatlar və ya Qəbul Aktı təqdim edildikdən sonra həyata keçirilir. -Bu Müqaviləyə əsasən bütün ödənişlər hesab-fakturalarda qeyd olunan podratçının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. İş materiallarında olan 01 aprel 2019-cu il tarixli 19-İNE-16 saylı müqavilənin surətindən görünür ki, “sifarişçi” qismində “xxxx” MMC və “podratçı” qismində “İddiaçı” MMC arasında xidmət müqaviləsi bağlanmış, müqaviləyə əsasən podratçı müxtəlif spesifikasiya, audit, təlim və inspeksiya xidmətlərini göstərir və sifarişçi xidmətlərin göstərilməsi üçün podratçını cəlb etmək niyyətindədir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən ödənişlər Azərbaycan manatı ilə həyata keçiriləcək və müvafiq olaraq 40.000 manat aylıq ödəniş edilməlidir. -Bu müqaviləyə əsasən hər ay 100 ilkin ödəniş 15 (on beş) iş günü ərzində düzgün hazırlanmış hesab-fakturaların (o cümlədən, hər-hansı ƏDV hesab-fakturaların) və məzmunundan asılı olaraq, lazımi qaydada imzalanmış icra olunan işin ödənilməsinə dair hesabatlar və ya “Qəbul Aktı” təqdim edildikdən sonra həyata keçirilir. - Bu Müqaviləyə əsasən bütün ödənişlər hesab-fakturalarda qeyd olunan Podratçının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. -Hesab-faktura Azərbaycan manatında veriləcək və ödəniş Sifarişçi tərəfindən İddiaçı hesabına müvafiq hesab-fakturanın kəsildiyi tarixdə Azərbaycanın Mərkəzi Bankının həmin tarix üçün müəyyən etdiyi rəsmi məzənnəyə uyğun olaraq həyata keçirilir. İşdə olan “İddiaçı” MMC tərəfindən tərtib edilmiş 08/19 saylı, 15.01.2019-ci il tarixli hesab fakturaya əsasən, 13 avqust 2018-ci il tarixli TUV_AZE_İND_000022 saylı xidməti müqaviləsində göstərilən xidmətlərə əsasən yanvar ayı üzrə ödəniş kimi cəmi 137.459,38 manat, 11/19 saylı, 25.01.2019-ci il tarixli hesab fakturaya əsasən, 13 avqust 2018-ci il tarixli TUV_AZE_İND_000022 saylı xidməti müqaviləsində göstərilən xidmətlərə əsasən fevral ayı üzrə avans ödəniş kimi cəmi 137.459,38 manat, 21/19 saylı, 22.02.2019-ci il tarixli hesab fakturaya əsasən, 13 avqust 2018-ci il tarixli TUV_AZE_İND_000022 saylı xidməti müqaviləsində göstərilən xidmətlərə əsasən mart ayı üzrə avans ödəniş kimi cəmi 137.459,38 manat olmaqla xidmət haqqı hesablanmışdır. -01 aprel 2019-cu il tarixli 19-İNE-16 saylı xidmət müqaviləsinə əsasən keyfiyyətə nəzarət xidməti üzrə “İddiaçı” MMC tərəfindən tərtib edilmiş 35/19 saylı, 08.04.2019-cu il tarixli, aprel ayı avans ödənişi üzrə hesab fakturaya əsasən, cəmi 47.2000 manat,50/19 saylı, 08.05.2019-cu il tarixli, may ayı avans ödənişi üzrə hesab fakturaya əsasən, cəmi 47.2000 manat,58/19 saylı, 12.06.2019-cu il tarixli, iyun ayı avans ödənişi üzrə hesab fakturaya əsasən, cəmi 47.2000 manat,79/19 saylı, 15.07.2019-cu il tarixli, iyul ayı avans ödənişi üzrə hesab fakturaya əsasən cəmi 47.2000 manat,88/19 saylı, 15.08.2019-cu il tarixli, avqust ayı avans ödənişi üzrə hesab fakturaya əsasən, cəmi 47.2000 manat xidmət haqqı hesablanmışdır. İş materiallarında olan 13 avqust 2018-ci il tarixli TUV_AZE_İND_000022 saylı xidmət müqaviləsi üzrə işlərin təhvil-təslim aktlarının təsdiqlənmiş surətlərindən görünür ki, 16 avqust 2018-ci il tarixli, 01 nömrəli işlərin təhvil-təslim aktına əsasən, cəmi 16.048 manat dəyərində, 31 oktyabr 2018-ci il tarixli, 02 nömrəli işlərin təhvil-təslim aktına əsasən, cəmi 138.331,042 manat dəyərində, 30 noyabr 2018-ci il tarixli, 03 nömrəli işlərin təhviltəslim aktına əsasən, cəmi 155.914,058 manat dəyərində, 14 dekabr 2018-ci il tarixli, 04 nömrəli işlərin təhvil-təslim aktına əsasən, cəmi 137.459,038 manat dəyərində, 25 yanvar 2019-cu il tarixli, 05 nömrəli işlərin təhvil-təslim aktına əsasən, cəmi 137.459,038 manat dəyərində “İddiaçı” MMC tərəfindən xidmətlər göstərilmiş “xxxx” MMC tərəfindən qeyd edilən aktlarda xidmətlərin keyfiyyətlə görülməsi qəbul edilərək təsdiqlənmişdir. İş materiallarında olan 13 avqust 2018-ci il tarixli TUV_AZE_İND_000022 saylı xidmət müqaviləsi üzrə 15 mart 2019-cu il tarixli, 06 nömrəli işin təhvil-təslim aktının surətinə əsasən cəmi 137.459,38 manat dəyərində 2019-cu ilin fevral ayı üzrə xidmətin göstərilməsi barədə işin təhvil-təslim aktı birtərəfli qaydada icraçı tərəfində imzalanmışdır. İş materiallarında olan xidmətin göstərilməsi barədə aktlardan görünür ki, “İddiaçı” MMC tərəfindən “xxxx” MMC-nin sifarişi əsasında 01 aprel 2019-cu il tarixli 19-İNE-16 saylı xidmət müqaviləsinə əsasən keyfiyyətə nəzarət xidmətinin həyata keçirilməsi , inspeksiya olunan sahələrin və detalların qeyd edilmiş siyahıya uyğun verilməsi barədə 2019-cu ilin aprel ayı üzrə həyata keçirilmiş xidmət üzrə 01 saylı akt, 2019-cu ilin may ayı üzrə həyata keçirilmiş xidmət üzrə 02 saylı akt, 2019-cu ilin iyun ayı üzrə həyata keçirilmiş xidmət üzrə 03 saylı akt, 2019-cu ilin iyul ayı üzrə həyata keçirilmiş xidmət üzrə 04 saylı akt, 2019-cu ilin avqust ayı üzrə həyata keçirilmiş xidmət üzrə 05 saylı akt tərtib edilmiş, “xxxx” MMC tərəfindən təsdiq edilməmişdir. İş materiallarında olan xidmətin göstərilməsi barədə 07 saylı aktdan görünür ki, İddiaçı MMC tərəfindən “xxxx” MMC-nin sifarişi əsasında13 avqust 2018-ci il tarixli TUV_AZE_İND_000022 saylı xidmət müqaviləsinə əsasən 124371.93 (ƏDV daxil) manat dəyərində xidmətin göstərilməsi aktı “İddiaçı” MMC tərəfindən təsdiqlənmişdir. İş materiallarında olan xidmətin göstərilməsi barədə 08 saylı aktdan görünür ki, İddiaçı MMC tərəfindən “xxxx” MMC-nin sifarişi əsasında13 avqust 2018-ci il tarixli TUV_AZE_İND_000022 saylı xidmət müqaviləsinə əsasən 137.459,38 (ƏDV daxil) manat dəyərində xidmətin göstərilməsi aktı İddiaçı MMC tərəfindən təsdiqlənmişdir. İlkin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 16.02.2021-ci il tarixli, TUV–LN 0090 saylı pretenziya məktubundan məlum olur ki, “İddiaçı” MMC 13 avqust 2018-ci il tarixli TUV_AZE_İND_000022 saylı və 2019-cu il tarixli 19-İNE-16 saylı xidmət müqailələrinə əsasən yaranmış 272982 manat borcun 7 iş günü ərzində ödənilməsini tələb etmiş, əks halda müvafiq məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən məlum olur ki, 02 aprel 2018-ci il tarixində və 15 mart 2019-cu il tarixində X2 ilə “İddiaçı” MMC arasında xidmət müqavilələri imzalanmışdır. İş materiallarında olan hesabdan çıxarışdan məlum olur ki, 13 avqust 2018-ci il tarixli TUV_AZE_İND_000022 saylı xidmət müqaviləsinə əsasən fevral ayı üzrə avans ödənişindən məlum olur ki, “xxxx” MMC-nin 2019-cu ilin fevral ayı üzrə 118“000 manat ödəniş olunmuş, 01 aprel 2019-cu il tarixli 19-İNE-16 saylı xidmət müqaviləsinə əsasən aprel ayı üzrə 23600 manat ödəniş olunmuşdur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında xidmət müqavilələri bağlanmış və tərəflər arasında bağlanmış hər iki xidmət müqaviləsi üzrə ödənilən vəsaitin məbləğinə dair mübahisə mövcud deyildir. İlkin iddiaçının 13 avqust 2018-ci il tarixli TUV_AZE_İND_000022 saylı müqavilə üzrə fevral və mart ayları, 2019-cu il tarixli 19-İNE-16 saylı müqavilə üzrə isə aprel, iyun, iyul, avqust ayları üzrə göstərilmiş xidmətinin dəyərinin ödənilməsi cavabdeh tərəfindən xidmət göstərilməməsi əsası ilə mübahisələndirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də tərəflər arasında imzlanmış müqavilələrə əsasən hesab edir ki, ilkin iddia üzrə cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyi üçün hazırda onun ilkin iddia üzrə iddiaçıya 36.491 manat borcu yaranmışdır, belə olan halda isə iddiaçı və qarşılıqlı cavabdehin göstərilən öhdəliklərin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq, iddia əsas borcun tutulması tələbinə dair hissədə qismən təmin edilməlidir. Belə ki, məhkəmə 2019-cu ilin fevral və aprel ayları xidmət göstərilməsi barədə “İddiaçı” MMC tərəfindən tərtib edilmiş aktların sifarişçi tərəfindən təsdiq edilməməsinə və məhkəmədə mübahisələndirilməsinə baxmayaraq, həmin aylar üzrə 118000 manat və 23600 manat ödənişin edilməsini göstərilmiş xidmətin qəbulu kimi qiymətləndirir və hesab edir ki, qalıq məbləğ yəni 36491 manat ilkin iddia üzrə cavabdehdən tutulmalıdır. Məhkəmə mart , iyun, iyul, avqust ayları üzrə borcun ödənilməsinə münasibətdə qeyd edir ki, ilkin iddia üzrə iddiaçı tərəfindən həmin aylar üzrə xidmətin göstərilməsi barədə məhkəmədə əsaslar müəyyən edilməmişdir. İş materiallarından göründüyü kimi 2019-cu ilin iyun, iyul, avqust ayları üzrə göstərilmiş xidmət haqqında 27.04.2019-cu il tarixdə tərtib edilmiş aktlar, 2019-cu ilin mart ayı üzrə göstərilmiş xidmət haqqında 28.01.2019-cu il tarixdə tərtib edilmiş akt birtəfəfli qaydada təsdiqlənmiş və həmin aylar üzrə xidmətin göstərilməsi ilə bağlı başqa sübut məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı və qarşılıqlı cavabdeh “İddiaçı” MMC iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən tələbi əsasında illik 5% hesablanmış gecikdirmə faizi - 23.597 manat məbləğində tələb irəli sürmüşdür. Eyni zamanda 50.000 (əlli min) manat əldən çıxmış fayda və mənəvi təzminat kimi 50.000 (əlli min) manat tələb edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci madəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.“ Həmin Məcllənin 21.2-ci maddəsinə əsasən əldən çıxmış fayda şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair“ 09 iyul 2009-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1- ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarında qeyd edilir ki, həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qeyd edilən tələblərlə bağlı sübut təqdim edilmədiyindən həmin hissələrdə rədd edilməlidir. Hüquqi yardım, konsultasiya xidməti və vəkil xidmətləri üçün çəkilmiş və ödəniləcəyi ilə bağlı öhdəlik götürülmüş xərc üzrə tələb olunan 17.459 manatla bağlı məhkəmə hesab edir ki, iddia tələbi qeyd olunan hissədə qismən təmin edilməlidir. Belə ki, qeyd olunan halların sübutu kimi məhkəməyə təqdim edilmiş, 05.03.2021-ci il tarixli, 111OPX********** saylı ödəniş tapşırığının surətindən məlum olur ki, 25.02.2021-ci il tarixli, EBAX seriyalı, 923249 saylı hüquqi yardım, konsultasiya və nümayəndəlik xidmətləri üzrə elektron qaimə əsasında “xxxx” MMC-nin hesabına “İddiaçı“MMC tərəfindən 4.000 manat vəsait köçürülmüşdür. Əlavə olaraq, 05.03.2021-ci il tarixli, 111OPX********** saylı ödəniş tapşırığının surətindən və 25.02.2021-ci il tarixli, EBAX seriyalı, 924030 saylı elektron qaimədən, məlum olur ki, vəkil xidmətləri ilə bağlı olaraq, 500 manat məbləğində ödəniş, “İddiaçı“MMC tərəfindən Vəkil hesabına köçürülmüşdür. Qeyd olunanlarla bağlı məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, ilkin iddia üzrə iddiaçı hüquqi yardım, konsultasiya və nümayəndəlik xidmətləri üzrə “xxxx” MMC-nin hesabına köçürülmüş 4.000 manat vəsaitin hazırki iş üzrə ödənilməsini təsdiqələyən hər-hansısa bir sübut məhkəməyə təqdim edilməmişdir. Vəkil xidmətləri olaraq, ödənilmiş 500 manatı təsdiqləyən sənədlər isə iddia tələbinin qismən təmin edilməsi üçün əsas hesab edilə bilər. Bu baxımdan iddia tələbi qeyd olunan hissədə qismən təmin edilməlidir. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə qeyd edir ki, qarşılıqlı iddia üzrı iddiaçının dəymiş ziyanın əvəzi olaraq ödənilmiş vəsaitin geri qaytarılması və mənəvi zərərin ödənilməsi tələbinə dair sübut təqdim edilmədiyindən və məhkəmə araşdırılması zamanı qeyd olunan hallar öz təsiqini tapmadığından qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi tələb edilən vəsaiti üzrə görülmüş işləri qarşılıqlı iddiaçı təhvil almış və bununla bağlı ödənişləri həyata keçirmişdir. Qarşılıqlı iddia ərizəsi üzrə 60.000 manat əldən çıxmış fayda və mənəvi təzminatın tələb edilməsi ilə bağlı məhkəmə qeyd edir ki, qarşılıqlı iddiaçı nə qarşılıqlı iddia ərizəsində, nə də ki, məhkəmə iclasları zamanı əldən çıxmış fayda və mənəvi təzminatın tələb edilməsini əsaslandıra bilməmiş, bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.“ Məhkəmə hazırkı qətnamə ilə iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 10 manat hissəsi iddiaçıya aid edilməli, dövlət rüsumunun qalan hissəsinin əvəzi olaraq 20 manat məbləğində pul vəsaiti cavabdeh “xxxx” MMC-dən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edilməli, 13 avqust 2018-ci il tarixli “TUV_AZE_İND_000022” müqavilə üzrə “xxxx” MMCdən 16.491 manat, 19-İNE-16 saylı, 01 aprel 2019-cu il tarixli müqavilə üzrə 20.000 manat əsas borc, 500 manat hüquqi yardım haqqı və 20 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. İlkin iddia qalan hissədə rədd edilsin. Qarşılıqlı iddia rədd edilsin. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq,

QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. “xxxx” MMC-dən 13 avqust 2018-ci il tarixli “TUV_AZE_İND_000022” müqavilə üzrə 16.491 manat, 19-İNE-16 saylı, 01 aprel 2019-cu il tarixli müqavilə üzrə 20.000 manat əsas borc, 500 (beş yüz) manat hüquqi yardım haqqı və 20 manat dövlət rüsumu olmaqla, cəmi 37.011 (otuz yeddi min on bir manat) manat pul vəsaiti “İddiaçı” MMC-nin xeyrinə tutulsun. İlkin iddia qalan hissədə rədd edilsin. Qarşılıqlı iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar