Məhkəmə qərarları › İş №e-2-2(113)-182/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-182/2025

14.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-182/2025 14.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı2 Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğvi və pulun tutulması” tələbinə dair ilk, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı2 qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddiaları üzrə kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi, müqavilənin ləğvi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçı, onun nümayəndə və vəkilləri Vəkil1, Vəkil3, Cavabdehin nümayəndəsi X1, nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı2 Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğvi və pulun tutulması” tələbinə dair ilk, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı2 qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddiaları üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı2 (bundan sonra-iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra-cavabdeh) qarşı “müqavilənin ləğvi və pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə 31 oktyabr 2023-cü il tarixli 25/23 nömrəli xidmət müqaviləsinə xitam verilməklə, həmin müqavilə əsasında görülmüş işlərin və alınmış malların dəyəri olaraq 633576.5 manat yaranmış borcun, həmçinin pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə məbləği ödədiyi günə münasibətdə gecikdirilmiş vaxt üçün gecikdirilmiş borc məbləğinə illik beş faiz məbləğində əlavə vəsaitin və 925 manat dövlət rüsumunun iddiaçının bank hesabına ödənilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə 31 oktyabr 2023-cü il tarixli 25/23 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 3.1.1-ci maddəsinə əsasən cavabdehin Bilgəh qəsəbəsində yerləşən 187 nömrəli villanın landşaft işlərinin həyata keçirilməsi üçün tələb olunan lazımı şəraiti yaratmaq öhdəliyi mövcuddur. Lakin bildirilir ki, qeyd olunan öhdəliyini yerinə yetirmir. Müqavilənin icrası ilə bağlı iddiaçı tərəfindən bir çox yüksək səviyyədə işlər görülməsinə baxmayaraq, 03 aprel 2024-cü il tarixdə cavabdeh tərəfindən ərazidən uzaqlaşdırılmağı barədə əsassız göstəriş verildi. Dəfələrlə danışıqlar aparılmağına baxmayaraq, müqavilə üzrə öhdəliyini yerinə yetirməkdən imtina edərək məni əraziyə buraxmaqdan imtina etdi. Cavabdehin təsisçisi və işlərə əsas nəzarəti edən Adilə xanım və müəssisənin adından çıxış edən Leyla xanım da həmçinin ərazidən çıxmağı barədə göstərişlər verdilər. O da məcburən konteynerlərini götürərək ərazidən uzaqlaşmışdır. Müqavilə üzrə öhdəliklərini yerinə yetirmələri üçün 09 aprel 2024-cü il tarixli pretenziya göndərilmiş, ərazisində sifarişi icra etdiyi mülkiyyətçinin işinin yubanmaması, işlərin vaxtında və keyfiyyətlə görülməsi üçün müqavilə öhdəliklərini yerinə yetirməyi və iddiaçıyı əraziyə buraxmaqları ən uğurlu tərəfdaşlıq olardı deyə vurğulamışdır. Lakin məhəl qoyulmadı. Həmçinin müqavilə üzrə hazırda görülmüş işlərin də dəyərini ödəmək öhdəliyini xatırladaraq bildirir ki, hazırda görülmüş işlərin dəyərini və müqavilənin icrası üçün iddiaçı tərəfindən digər bir müəssisəyə sifariş verilmiş malmaterialların (qranit, prila və aqlay məhsulları) dəyəri ödənilməlidir. Həmçinin cavabdehin müqaviləyə əlavədə göstərilən tam məbləği avans olaraq ödəmək öhdəliyi vardır. Çünki, sifariş verdiyi məhsullar ölkə ərazisinə idxal olunub və hazırda cavabdehin ödəniş etməməsinə görə iddiaçıya cərimə məbləğləri, dəbbə pulu və faizlər, həmçinin bunlardan başqa anbarda saxlanılması üçün icarə haqqı hesablanır. Bütün bunlara baxmayaraq, iddiaçı işin yubanmaması, tərəfdaşlığın davamı üçün bütün lazımı tədbirləri görməyə çalışsa da, cavabdeh müqavilə öhdəliklərini kobud şəkildə pozdu. Həmçinin müqavilənin 2.2-ci bəndinə əsasən edilməli olan avans ödənişini də tam olaraq ödəmir. Halbuki, sifariş verilmiş mallar gətirilməzdən əvvəl və görülmüş işlər görülməzdən əvvəl cavabdeh avans olaraq həmin işlərin dəyərini ödəməli idi. Yuxarıda qeyd edilən müqavilə üzrə 461495 dollar (784541,5 manat) məbləğində tərəfimdən işlər görülmüş və materiallar sifariş verimişdir. Cavabdeh müxtəlif vaxtlarda (50 000, 34000, 34000, 2000, 2000, 17000, 5000, 5000, 770, 1195 manat olmaqla) bu ödənişdən cəmi 150965 manat vəsait vermişdir. Hazırda cavabdeh iddiaçıya görülmüş işlərdən və sifariş verilmiş mallardan 633576,5 manat vəsait borcludur. Sifariş verilmiş malların yarısı artıq istifadə olunmuşdur. Lakin nəinki tam avans məbləğini ala bilməmiş, heç gördüyü işlərin və sifariş üzrə hazır olan malların dəyərini belə cavabdeh ödəmir. Bu azmış kimi iddiaçını işin icrasından uzaqlaşdırır. Bunun da məqsədi əsas işlərin çox hissəsini görməyidir. İşin sonlandırılmasına yaxın ərəfədə cavabdehin bu cür qeyri-adekvat hərəkəti iddiaçının əldə edəcəyi gəlirə sahib olmaqdır. Bildirilir ki, tərəflər arasında bağlanılmış 31 oktyabr 2023-cü il tarixli 25/23 nömrəli xidmət müqaviləsinin 2.2-ci, 3.1.1-ci və 3.1.3-cü bəndləri cavabdeh tərəfindən yerinə yetirilmir.

3. İddiaçı2 xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 31 oktyabr 2023-cü il tarixli 25/23 nömrəli xidmət müqaviləsinin ləğv olunması, görülmüş işlərin dəyəri olaraq 168011 ABŞ dolları (285618,7 manat), vurulan qranit, tamet və aqlay mallarının dəyəri olaraq 96520,805 ABŞ dolları (164085,36 manat), cavabdeh tərəfindən müqavilə üzrə tələb olunaraq sifariş olunmuş hazırda anbarda saxlanan aqlay və qranit məhsullarının dəyəri olaraq 233145,225 ABŞ dolları (396346,34 manat), ödənişin gecikdirilməsinə görə illik 5% olmaqla 5 aylıq gecikdirmə üçün 17626,05 manat, ümumilikdə cəmi 863676,61 manat vəsaitin və 1154 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdeh MMC xx.xx.2024-cü il tarixdə qarşılıqlı iddia ərizəsi verərək, cavabdehdən 240000 manat məbləğində pul vəsaitinin və ödənilmiş 530 manat dövlət rüsumunun, ümumilikdə 240530 manat məbləğində pulun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli, 25/23 nömrəli xidmət müqaviləsi bağlanılmışdır. Müqavilənin ümumi dəyəri 655297 (altı yüz əlli beş min iki yüz doxsan yeddi) ABŞ dolları, yəni ******* (bir milyon yüz on dörd min dörd) manat olmuşdur. Müqavilə üzrə cavabdeh İddiaçı2 Bilgəh qəsəbəsində yerləşən 187 nömrəli villanın müqavilənin smetasında nəzərdə tutulan işləri vaxtında və keyfiyyətlə yerinə yetirməli idi. İlkin olaraq Cavabdeh MMC-nin yuxarıda qeyd edilən ünvanında mal, materialların sifariş verilməsi və müəyyən işlərin görülməsi üçün cavabdehə 255000 (iki yüz əlli beş min) manat pul nağd qaydada cavabdehə verilmişdir. Bununla bağlı o, müqavilənin iddiaçıda olan nüsxəsinə pulu almasını təsdiq edən qeydə öz imzasını çəkmişdir. Daha sonra cavabdehin öz iddia ərizəsində qeyd etdiyi kimi iddiaçı tərəfindən müxtəlif vaxtlarda cavabdehə 150965 (yüz əlli min doqquz yüz altmış beş) manat məbləğində pul verilmişdir. Ümumilikdə cavabdehə 405965 (dörd yüz beş min doqquz yüz altmış beş) manat pul verilmişdir. Lakin cavabdeh öhdəliklərini gec və keyfiyyətsiz icra etməyə davam etmişdir. Belə ki, ona dəfələrlə sifarişçi qarşısında vaxt öhdəliklərinin olması bildirilsə də, o gördüyü bütün işləri ləngitmiş və işlərin bir çoxunun keyfiyyətsiz icra etmişdir. Bununla bağlı sübutlar məhkəməyə təqdim olunacaqdır. Cavabdeh müqavilə öhdəliklərini düzgün və lazımı qaydada yerinə yetirmədiyi üçün ona dəfələrlə xəbərdarlıq edilmiş, cavabdehdən işin keyfiyyətini və danışılmış formasını tələb etmişdir. Lakin cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək, işin vaxtında icra olunması üçün heç bir tədbir görməmişdir. Həmçinin tələb edilmiş materiallar lazımı formada təmin edilməmişdir. Cavabdehin göstərdiyi işlərin görülməsi üçün lazımı şəraitin yaradılması ilə bağlı təklifinə iddiaçı heç zaman mane olmamışdır. Bu gün də cavabdehin öhdəliyində olan keyfiyyətdə mal-materialın onun tərəfindən təmin edilməsinə və əraziyə gətirilməsinə etiraz edilmir. Cavabdeh MMC şirkəti isə sifarişçi qarşısında öhdəliklərini keyfiyyətli və vaxtında yerinə yetirmək üçün həmçinin, şirkətin işgüzar nüfuzunu qorumaq məqsədi ilə ziyana düşməklərini də gözə alaraq, digər idxalçılardan material tədarük edir. Bu da əlavə xərclərin çəkilməsinə gətirib çıxarır. Cavabdeh ümumilikdə 160000 (yüz altmış min) manat məbləğində işlər görsə də qalan heç bir öhdəliyini icra etməmiş əvəzində isə iddiaçıdan ümumilikdə 405965 (dörd yüz beş min doqquz yüz altmış beş) manat pul almışdır. Bununla da cavabdeh tərəfindən Cavabdeh MMC-yə 240000 (iki yüz qırx min) manat məbləğində ziyan vurulmuşdur. Ona görə də məhkəməyə müraciət edilmək məcburiyyətində qalınmışdır.

6. Cavabdeh MMC xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı2 271604 manat pul vəsaiti və ödənilmiş 530 manat dövlət rüsumu olmaqla, ümumilikdə 272134 manat pulun tutularaq iddaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

7. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 ilk iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilk iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq qarşılıqlı iddia ərizəsinə etiraz edib qarşılıqlı iddia ərizəsinin təmin edilməməsini xahiş etdi.

8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil3 ilk iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilk iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq qarşılıqlı iddia ərizəsinə etiraz edib qarşılıqlı iddia ərizəsinin təmin edilməməsini xahiş etdi.

9. Məhkəmə iclasında iddiaçı ilk iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilk iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq qarşılıqlı iddia ərizəsinə etiraz edib qarşılıqlı iddia ərizəsinin təmin edilməməsini xahiş etdi. İzahatında göstərdi ki, cavabdeh tərəfindən ona müqavilə üzrə yalnız 150965 manat pul ödənilmiş, müqavilə bağlanan zaman ona hər hansı avans (cavabdehin iddia etdiyi kimi 255000 manat pul) ödənilməmişdir. Müqavilənin əlavəsində olan imzalar onun tərəfindən icra edilsə də, imza edilən zaman orada pulun ödənilməsi ilə bağlı hər hansı qeyd olmamış, müqavilənin əlavəsini özü həm yuxarı, həm də aşağı hissədə imzalamışdır. Müqavilə üzrə hər hansı təhvil aktı imzalanmamış, tərəfindən müqavilə üzrə mallar sifariş edilmiş, bir hissəsi İrandan idxal edilmiş, qalan hissəsi yerli bazardan alınmış, həmin malların dəyəri cavabdeh tərəfindən ödənilməmişdir.

10. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə qarşılıqlı iddia ərizəsini müdafiə edib, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq ilk iddia ərizəsinə pulun tutulması hissəsində etiraz edib ilk iddia ərizəsinin həmin hissədə təmin edilməməsini xahiş etdi, müqavilənin ləğvi barədə ilk iddianın təmin edilməsinə etiraz etmədiklərini bildirdi.

11. Məhkəmə iclasında cavabdehin nümayəndəsi A.Haqnəzərova qarşılıqlı iddia ərizəsini müdafiə edib, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq ilk iddia ərizəsinə pulun tutulması hissəsində etiraz edib ilk iddia ərizəsinin həmin hissədə təmin edilməməsini xahiş etdi, müqavilənin ləğvi barədə ilk iddianın təmin edilməsinə etiraz etmədiklərini bildirdi. İzahatında göstərdi ki, müqavilə üzrə görülmüş işlərlə bağlı hər hansı təhvil aktı olmasa da, cavabdeh iddiaçı tərəfindən ümumilikdə 119439,71 dollar həcmində işlərin görülməsini qəbul edir, bundan əlavə, həmin Forma 2 sənədində öz əksini tapmasa da, iddiaçı tərəfindən cavabdehə əlavə olaraq 120 kv.metr qranit verilmiş, həmin qranit iddiaçı layihəni tərk etdikdən sonra cavabdeh tərəfindən vurulmuş, lakin ilkin sifarişçinin həmin qraniti bəyənməməsi səbəbindən sökülərək atılmışdır. İddiaçı tərəfindən cavabdehə müqavilə bağlanan zaman 255000 manat avans verilmiş, həmin vəsait nağd qaydada şəxsən iddiaçıya ödənilmiş, o, həmin pulu almasını imzası ilə təsdiq etmişdir. Tərəflərindən yaranmış mübahisə ilə bağlı polis orqanına şikayət edilmiş, iddiaçı polisdə verdiyi izahatında ümumiyyətlə həmin pulu alması ilə bağlı imzanın ona məxsus olmamasını bildirmişdir. Cavabdeh layihə üzrə işlərin yubanmaması üçün dəyərini ödəmiş olduğu malların onlara təhvil verilməsini dəfələrlə iddiaçıdan tələb etsə də, həmin mallar onlara təhvil verilməmiş, malların gömrükdə olması, onların sənədləşməsi üçün əlavə olaraq 50000 dollar pulun ödənilməsi iddiaçı tərəfdən tələb edilmiş, bununla bağlı tərəflər arasında mübahisə yaranmışdır. İddiaçı tərəfindən alınması iddia edilən malları cavabdeh ümumiyyətlə görməmişdir. Daha sonra cavabdeh həmin malları məcbur olaraq özü öz vəsaiti hesabına almış, layihə üzrə işləri tamamlamış, hazırda ümumiyyətlə həmin mallara hər hansı marağı qalmamışdır.

III. Məhkəmə baxışının hədləri:

12. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

13. "xxxx" MMC (Sifarişçi) ilə İddiaçı2 (icraçı) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 25/23 nömrəli xidmət müqaviləsinə görə sifarişçi Bilgəh qəsəbəsində yerləşən 187 nömrəli Villanın ladşaft işlərinin yerinə yetirilməsini sifariş edir və icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin Əlavə 1 “Smeta"-da göstərilmiş işləri icra etməyi öhdəsinə götürür.

14. Müqavilənin 1.2-ci bəndinə görə göstərilən xidmətlərin həcmi bu Müqaviləyə Əlavə 1 “Smeta” ilə müəyyənləşdirilir.

15. Müqavilənin 1.3-cü bəndinə görə xidmətin göstərilməsi tərəflərin hazırkı Müqavilənin 5.2-ci bəndində göstərilən müddət ərzində heyata keçirilir.

16. Müqavilənin 2.1-ci bəndinə görə xidmətin göstərilməsi ilkin sifariş üzrə həyata keçirilir. Göstəriləcək xidmətin sifarişi sifarişçi tərəfindən verilir.

17. Müqavilənin 2.4-cü bəndinə görə icraçının yerinə yetirdiyi işlər işlərin icra olunma aktı imzalanmaqla sifarişçi tərəfindən təhvil alınır.

18. Müqavilənin 4.2-ci bəndinə görə hazırkı müqavilə üzrə hesablaşmalar nağd qaydada həyata keçirilir.

19. Müqavilənin 5.2-ci bəndinə görə bu Müqavilədə Əlavə 1 “Smeta"-da qeyd olunan müddət nəzərdə tutulur.

20. xx.xx.2023-cü il tarixli, 25/23 nömrəli xidmət müqaviləsinin Əlavəsinə əsasən, görülən işlərin dəyərinin 655297,26 ABŞ dolları olması razılaşdırılmışdır.

21. xx.xx.2023-cü il tarixli, 25/23 nömrəli xidmət müqaviləsinin Əlavəsində (c.2, i.v.9- 13) müqavilə üzrə görülməli olan işin həcmi, təhvil verilməli olan material, onun həcmi razılaşdırılmışdır. Əlavəyə əsasən podratçı işləri çertyojlara və ya hər hansı digər sənədə tam uyğun olaraq yerinə yetirmək üçün zəruri hesab etdiyi və hər hansı bir yerdə göstərilməyən hər hansı işin qiymətini qeyd edə bilər və bundan sonra qeyd olunmamış bütün xərclər və məsrəflər müqavilə sənədlərində göstərilən qiymətlərə daxil edilmiş hesab ediləcəkdir.

22. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş tikinti haqqında həftəlik hesabatlara əsasən 25-xx.xx.2023-cü il tarixlərdə icra edilmiş hörgü işlərinin ümumi həcmi 27.60 kv.m, 8-xx.xx.2024-cü il tarixlərdə icra edilmiş hörgü işlərinin ümumi həcmi 27.60 kv.metr, 25-xx.xx.2023-cü il tarixlərdə icra edilmiş hörgü işlərinin ümumi həcmi 38.33 və 51.77 kv.metr, 21-xx.xx.2024-cü il tarixlərdə icra edilmiş hörgü işlərinin ümumi həcmi 96.17 kv.metr, aqlay üzləmə işləri 7.6 kv.metr, section 1-də mayaklar atılmışdır – 55 faiz, 29.01xx.xx.2024-cü il tarixlərdə icra edilmiş hörgü işlərinin ümumi həcmi 174.555 kv.metr, section 2-də mayaklar atılmışdır – 55 faiz, suvaq işləri – 184.48 kv.metr, 12-xx.xx.2024-cü il tarixlərdə icra edilmiş hörgü işlərinin ümumi həcmi 191.49 kv.metr, aqlay üzləmə işləri – 20 kv.m, suvaq işləri – 300.252 kv.metr, section 1-də D/B işləri tamamlanmışdır. 05xx.xx.2024-cü il tarixlərdə icra edilmiş hörgü işlərinin ümumi həcmi 191.49 kv.metr, suvaq işləri – 293,252 kv.metr, section 1-də D/B işləri görülür. 19-xx.xx.2024-cü il tarixlərdə icra edilmiş hörgü işlərinin ümumi həcmi 191.49 kv.metr, suvaq işləri – 364.71 kv.metr, aqlay üzləmə işləri – 40 kv.metr, section 1-də D/B işləri tamamlanmışdır. 26.02-xx.xx.2024-cü il tarixlərdə icra edilmiş hörgü işlərinin ümumi həcmi 190.93 kv.metr, suvaq işləri – 574.52 kv.metr, aqlay üzləmə işləri – 40 kv.metr, section 1-də D/B işləri tamamlanmışdır. 04xx.xx.2024-cü il tarixlərdə icra edilmiş hörgü işlərinin ümumi həcmi 190.93 kv.metr, suvaq işləri – 589.52 kv.metr, izolyasiya – 200 kv.metr, beton dağıdılması – 24.51 p/m, yeni hörgü (20-30 sm) 31.2 p/m-dir. 11-xx.xx.2024-cü il tarixlərdə icra edilmiş hörgü işlərinin ümumi həcmi 190.93 kv.metr, suvaq işləri – 589.52 kv.metr, izolyasiya – 224 kv.m, beton dağıdılması – 48.63 p/m, yeni hörgü (20-30 sm) 31.2 p/m, hasar hörgü – 86.54 kv.metrdir. 17-xx.xx.2024-cü il tarixlərdə icra edilmiş hörgü işlərinin ümumi həcmi 190.93 kv.metr, suvaq işləri – 589.52 kv.metr, izolyasiya – 224 kv.m, beton dağıdılması – 48.63 p/m, yeni hörgü (20-30 sm) 31.2 p/m, hasar hörgü – 86.54 kv.metrdir. Kalon D/B – 37 p/m, kəmər D/B – 72.49 p/m, hasarın sökülməsi – 21.85 p/m-dir. 25-xx.xx.2024-cü il tarixlərdə icra edilmiş hörgü işlərinin ümumi həcmi 190.93 kv.metr, suvaq işləri – 589.52 kv.metr, izolyasiya – 224 kv.m, beton dağıdılması – 49.83 p/m, yeni hörgü (20-30 sm) 31.2 p/m, hasar hörgü – 134.13 kv.metrdir. Kalon D/B – 37 p/m, kəmər D/B – 72.49 p/m, hasarın sökülməsi – 21.85 p/m, hörgü – 36.88 p/m-dir.

23. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş müqavilə smetası üzrə görülmüş işlərin həcminə dair Forma 2 sənədinə əsasən iddiaçı tərəfindən görülmüş əsas və əlavə işlərin ümumi həcmi 119439,71 ABŞ dolları (hazırlıqlar – 40072,93 ABŞ dolları, döşəmə işi – 24561,76 ABŞ dolları, istinad və sərhəd divarı – 32919,70 ABŞ dolları, əlavə işlərin həcmi – 21885,32 ABŞ dolları) təşkil edir.

24. X2 (satıcı) ilə İddiaçı2 (alıcı) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 17- 11/23 nömrəli alqı-satqı müqaviləsinə əsasən bu Müqavilənin predmetini Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavələrdə qeyd edilən malların (aqlay məhsulu) Alıcı tərəfindən Satıcıya sifariş verilməsi, Satıcı tərəfindən sifariş verilən malların hazırlanması və Alıcıya təqdim edilməsi, Alıcı tərəfindən malların mülkiyyətinə qəbul edilməsi və müəyyənləşdirilmiş pul məbləğini ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil edir.

25. Müqavilənin 1.2-ci bəndinə görə malların təsviri, sayı (miqdarı), dəyəri və digər vacib şərtlər Əlavə ilə tənzimlənir.

26. Müqavilənin 2.1-ci bəndinə görə malın dəyəri üzrə ödəniş Azərbaycan manatı (AZN) ilə X5 bu Müqavilədə göstərdiyi bank hesablaşma hesabına köçürmə yolu ilə və ya nağd qaydada ödənilir.

27. Müqavilənin 2.1-ci bəndinə görə müqavilənin ümumi dəyəri Müqavilənin Əlavəsində göstərilən yekun məbləğin cəminə bərabərdir və bu məbləğ ümumilikdə 283000 (iki yüz səksən üç min) manat təşkil edir. Mallar hazırlandığı gündən 3 iş günü ərzində malların ümumi dəyəri tam ödənilməlidir və bundan sonra mallar Alıcıya təhvil verilir.

28. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə (satıcı) ilə İddiaçı2 (alıcı) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 52-12/23 nömrəli alqı-satqı müqaviləsinə əsasən bu müqavilənin predmetini Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavələrdə qeyd edilən malların (qranit məhsulu) Alıcı tərəfindən Satıcıya sifariş verilməsi, Satıcı tərəfindən sifariş verilən malların xaricdən gətirilməsi və Alıcıya təqdim edilməsi, Alıcı tərəfindən malların mülkiyyətinə qəbul edilməsi və müəyyənləşdirilmiş pul məbləğinin ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil edir.

29. Müqavilənin 1.2-ci bəndinə görə malların təsviri, sayı (miqdarı), dəyəri və digər vacib şərtlər Əlavə ilə tənzimlənir.

30. Müqavilənin 2.1-ci bəndinə görə malın dəyəri üzrə ödəniş Azərbaycan manatı (AZN) ilə X5 bu Müqavilədə göstərdiyi bank hesablaşma hesabına köçürmə yolu ilə və ya nağd qaydada ödənilir.

31. Müqavilənin 2.4-cü bəndinə görə müqavilənin ümumi dəyəri Müqavilənin Əlavəsində göstərilən yekun məbləğin cəminə bərabərdir və bu məbləğ ümumilikdə 115 000 (yüz on beş min) manat təşkil edir. Mallar ölkə ərazisinə daxil olaraq yük gömrük bəyannaməsi üzrə buraxılış verildiyi gündən 3 iş günü ərzində malların ümumi dəyəri tam ödənilməlidir və bundan sonra mallar Alıcıya təhvil verilir.

32. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə (satıcı) ilə İddiaçı2 (alıcı) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 24-12/23 nömrəli alqı-satqı müqaviləsinə əsasən bu müqavilənin predmetini Müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavələrdə qeyd edilən malların (qranit məhsulu) Alıcı tərəfindən Satıcıya sifariş verilməsi, Satıcı tərəfindən sifariş verilən malların xaricdən gətirilməsi və Alıcıya təqdim edilməsi, Alıcı tərəfindən malların mülkiyyətinə qəbul edilməsi və müəyyənləşdirilmiş pul məbləğinin ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil edir.

33. Müqavilənin 1.2-ci bəndinə görə malların təsviri, sayı (miqdarı), dəyəri və digər vacib şərtlər Əlavə ilə tənzimlənir.

34. Müqavilənin 2.1-ci bəndinə görə malın dəyəri üzrə ödəniş Azərbaycan manatı (AZN) ilə X5 bu Müqavilədə göstərdiyi bank hesablaşma hesabına köçürmə yolu ilə və ya nağd qaydada ödənilir.

35. Müqavilənin 2.4-cü bəndinə görə müqavilənin ümumi dəyəri Müqavilənin Əlavəsində göstərilən yekun məbləğin cəminə bərabərdir və bu məbləğ ümumilikdə 107 000 (yüz yeddi min) manat təşkil edir. Mallar ölkə ərazisinə daxil olaraq yük gömrük bəyannaməsi üzrə buraxılış verildiyi gündən 3 iş günü ərzində malların ümumi dəyəri tam ödənilməlidir və bundan sonra mallar Alıcıya təhvil verilir.

36. xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli təhvil-təslim aktlarına görə "xxxx" MMC tərəfindən İddiaçı2 onlar arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 52-12/23 nömrəli alqı-satqı müqaviləsinə əsasən mallar təhvil verilmişdir.

37. xx.xx.2024-cü il tarixli təhvil təslim aktına əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı2 onlar arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 24-12/23 nömrəli alqı-satqı müqaviləsinə əsasən 107000 manat dəyərində mallar təhvil verilmişdir.

38. xx.xx.2023-cü il tarixli təhvil təslim aktına əsasən X2 tərəfindən İddiaçı2 onlar arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 17-11/23 nömrəli alqı-satqı müqaviləsinə əsasən 283000 manat dəyərində mallar təhvil verilmişdir.

39. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/1534 nömrəli ekspert rəyinin nəticə hissəsinə görə Cavabdeh MMC ilə İddiaçı2 arasında bağlanmış 25/23 nömrəli, xx.xx.2023-cü il tarixli xidmət müqaviləsinə əlavədə “aldım: İddiaçı2 xx.xx.2023-255.000 AZN” əlyazmalarının qarşısındakı imza İddiaçı2 tərəfindən icra olunmuşdur. Parklənd” MMC ilə İddiaçı2 arasında bağlanmış 25/23 nömrəli, xx.xx.2023-cü il tarixli xidmət müqaviləsinə əlavədə “aldım: İddiaçı2 xx.xx.2023-255.000AZN” əlyazmaları – İddiaçı2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

40. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 5/1113 nömrəli ekspert rəyinin nəticə hissəsinə görə tədqiqata təqdim edilmiş e-2-2(113)-3115/2024 saylı işin materiallarında olan sənəddəki (2-ci cild, 8ci vər.) “ƏDV daxil deyil” yazısının yanındakı imzanın rəngləyiciləri “aldım: İddiaçı2 xx.xx.2023-255.000 AZN” yazılarının və imzanın rəngləyiciləri kimyəvi tərkibinə görə fərqlənirlər. Tədqiqata təqdim edilmiş e-2-2(113)-3115/2024 saylı işin materiallarında olan sənəddəki (2-ci cild, 8-ci vər.) “ƏDV daxil deyil” yazısının yanındakı imzanın “aldım: İddiaçı2 xx.xx.2023-255.000AZN” yazılarının və imzanın icra vaxtını müəyyən etmək mümkün olmadı.

41. Məhkəmə iclasında şahid qismində dindirilmiş Topçibaşeva Leyla Kərəmovna ifadəsində göstərdi ki, Cavabdeh MMC-nin bütün layihələri üzrə hesabatlar və kommersiya məsələləri ilə bağlı fəaliyyət göstərir. Q.Seymurun şəxsi bağ evində mebel işi ilə bağlı olaraq fəaliyyətini bəyənmiş, Bilgəh layihəsinə landşaft işləri ilə bağlı cəlb olunmasına vasitəçilik etmişdir. Q.Seymura avans məbləği kimi işi başlamaq, materialları almaq üçün 255000 manat vəsait verilmişdir. Müqavilədə ödənişin məzənnəsi dollar göstərilsə də ödənişlər Azərbaycan manatı şəklində verilmişdir. Müqavilə dəyəri 655297 dollar idi. Qranit İrandan, aqlay isə Bakıdan alınmalı idi. Müqaviləyə görə Q.Seymur 1500 kv.m qranit, təxminən 2000 kv.m aqlay almalı idi. Dekabr ayında layihə üzrə işlərə başlanılsa da 2024cü ilin fevral ayının sonunda fiziki olaraq işlər başlanılmışdır. Müqavilə üzrə 7 ay ərzində 2024-cü ilin may ayında işlər yekunlaşmalı idi. Müqavilə üzrə müəyyən həcmdə işlər görüldükdən sonra forma-2 aktı imzalanmalı idi, lakin Q.Seymur kifayət qədər həcmdə iş görmədiyi üçün müqavilə üzrə forma-2 aktı imzalanmamışdır. Q.Seymurun gətirdiyi materiallarda olan uyğunsuzluqlar, onların düzülüşü sifarişçi tərəfindən bəyənilmədiyindən bu məsələlərlə bağlı Adilə xanıma narazılıqlar olunurdu. Bunun nəticəsində Q.Seymura irad bildirdikdə o, sıxışdırıldığını, işləyə bilmədiyini bildirirdi. Bütün materiallar dekabr-fevral ayında gəlməli idi, lakin Q.Seymur müxtəlif bəhanələrlə malların gələcəyini bildirsə də mallar gecikdirilirdi. Beləlikdə 2024-cü ilin mart ayında Q.Seymur sahəni tərk etdi. Sahəyə gətirilməyən materialları heç vaxt görməmişlər. Seymur, materialların gömrükdən çıxarılması üçün əlavə pul tələb etmişdi. Buna baxmayaraq, sonradan malların təslim olunmadığı açıqlanmışdır. Seymur, bir neçə dəfə video göndərmiş, orada malların gəmiyə yükləndiyini göstərmişdi, lakin sahəyə mal gəlməmişdir. Malların gətirildiyi Seymur tərəfindən iddia edilsə də invoys sənədlərində onun adı yoxdur. İlk dəfə 255000 manat, sonra isə əlavə olaraq 10000 dollar və 30000 dollar vəsait Seymura ödənilmişdir. Seymur, gömrükdən malları çıxartmağa bir neçə dəfə cəhd edib, lakin sonuncu mal haqqında məlumat verilməmişdir. Sifariş etdiyi malları verməməsi və əlavə pul istəməsi məsələləri mübahisə yaradıb. Qranit və aqlay ilə bağlı yaranan problemlər, malın keyfiyyəti və uyğunsuzluğu ilə bağlı bir çox çətinliklər mövcud olub. Qranit - 340 kv.m sahəyə gətirilib, lakin heç bir faydalı iş görülməmişdir. Seymur hesabata görə 119440 dollarlıq iş görmüş, əlavə olaraq təxminən 12000 dollar dəyərində (120 kv.metr) qranit vermişdir. Qranit olaraq Seymur heç bir iş görməyib. Seymur 12000 dollar dəyərində (120 kv.metr) qranit vermiş, həmin qranit cavabdeh tərəfindən vurulmuş, lakin 120 kv.m qranit ilkin sifarişçinin xoşuna gəlmədiyi üçün sökülüb özünə qaytarılmışdır. Müqavilə üzrə qranitin 1 kv.m-nin dəyəri 102,35 dollar razılaşdırılmışdır. Tamet 320 kv.m gətirilib. Daha sonra tamet lazım olmadığından qranitlə əvəzləşdirilmişdir. 2555 dollar tametin dəyəri Cavabdeh MMC tərəfindən qarşılanıb. Birinci aqlaydan 250 kv.m gəlib. İkinci aqlay 10 reys maşın olub tamamilə uyğun olmadığından tullanılmışdır. Aqlayın neçə kv.m olmasını bilmir. Aqlayın uyğunsuz olduğu bildirilmiş, lakin Q.Seymur gəlib materialı aparmamışdır. Cavabdeh də yeri boşaltmaq üçün həmin aqlayı atmışdır. Sahəyə gəlməyən malı görməmiş, yalnız sahəyə gələn malı görmüşdür. Hasar işləri 14228 dollar, mata işləri 663 dollar və əlavə olaraq görülən işlər 40000 dollar, 4 ay üçün mobilizasiya xərcini cavabdeh qəbul etmişdir. Mobilizasiya 119000 dollara daxildir. Cavabdeh tərəfindən 2600 dollar Q.Seymurun işçilərinə pul ödənilmişdir. Q.Seymur işçiləri özü cəlb etsə də onların əmək haqqını cavabdehdən tələb etmişdir. Əlavə olaraq 2 ədəd konteyner götürdüklərini, onun da ödənişini ödədiklərini bildirmişdir. Q.Seymur paralel olaraq başqa layihədə də işləri yarımçıq görərək, layihədən çıxmışdır. Həmin layihə üzrə işçiləri də şantaj etmişdir. Q.Seymurun məhkəməyə təqdim etmiş olduğu yazışmaların tərəfi olan Elgün adlı şəxs Cavabdeh MMC-nin işçisi deyil. Şəxsi olaraq şahidin tanışıdır. Mübahisənin sülhyönümlü həlli üçün məsələni həll etməyə çalışmışdır.

42. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 öz ifadəsində göstərdi ki, keçən ilin yanvar ayında işə başlamış, layihə üzrə sahə rəisi vəzifəsində işləmiş, İddiaçı2 Bilgəh layihəsindən etibarən tanımışdır. Seymur layihə üzrə qranit işləri görməli idi. O isə işin keyfiyyətinə nəzarət edirdi. Seymur bəyin gətirməli olduğu material və mallara nəzarət edirdi. İddiaçı2 300-340 kv.m gətirdiyi qranit heç bir işə yaramamış, İddiaçı2 sahəyə tamet gətirib-gətirməməsi barədə məlumatlı deyil, lakin aqlay gətirməli olduğunu bilib. Təxminən 250 kv.m-yə yaxın partlama aqlay sahəyə gətirilmişdir. Malları Seymurun işçisi sahəyə gətirmiş, gətirilən malları şahid özü qəbul etmişdir. Sahəyə gətirilən qranitlər sınıq olub eyni zamanda ölçüləri fərqli olub. Yerə vurulan qranit isə sifarişçi tərəfindən sökdürülmüşdür. Mübahisə Seymurun səhlənkarlıqlarına görə yaranıb. Sonda isə Seymur özü sahəni dəfələrlə tərk etmişdir. Buna əsas səbəb isə onun işi tamamlaya bilməyəcəyini anlaması olub. O dəfələrlə İddiaçı2 qalıb işləməsini təklif edib, kömək etməyə çalışmışdır. Lakin İddiaçı2 onu da aldadaraq, işləyə bilməmişdir. İddiaçı2 Cavabdeh MMC tərəfindən sahədən qovulmayıb. Seymurun anbarında hansı malların olmasını bilmir, lakin İddiaçı2 bildirdiyinə görə anbarda material çox olub. O Seymura materialları sahəyə gətirməli olduğunu bildirdikdə Seymur onlara səbrli olub, gözləməli olduqlarını bildirib. Seymurun sahəyə gətirdiyi qranitin ölçüləri, rəngi uyğun olmayıb.

43. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, İddiaçı2 tanıyır. Onların rəhbəridir, əsas fəaliyyəti tikinti işidir, onunla əmək müqaviləsi bağlayıb və əmək müqaviləsi üzrə anbardardır. 2023-cü ildən anbardar vəzifəsində çalışır. Tərəflər arasında müqavilə bağlandığını bilir. Layihədə 2023-cü ildə işləmişdir. İlk gündən anbardar vəzifəsində işləmişdir. Anbar Bilgəh qəsəbəsində yerləşir və İddiaçı2 məxsusdur. Anbarda ümumi tikintiyə aid hər cür materiallar saxlanılır. Anbarda saxlanılan mallarla bağlı qaimələr saxlayırdı. Materialları əraziyə Şüvəlan qəsəbəsinə və Bilgəh qəsəbəsinə təhvil vermişdir. Tamet, taxta, armatur və sairə təhvil verirdi. Qeydiyyatı qaimələr əsasında aparırdı. Özü Cavabdeh MMC-yə təhvil verirdi. Hər dəfə material verəndə qaimə yazıb, qol çəkdirirdi. Daha sonra o qaimələri Pərviz müəllimə verirdi. Özündə bir nüsxə saxlayırdı. Pərviz orada sahə rəisi idi. Sonda materialları Cavabdeh MMC-də qalmışdır. Sonuncu dəfə sahəyə 2024-cü ilin aprel ayında, sahəyə nəzarət etməyə görə getmişlər. İşin 90 faizi yekunlaşmışdı. Daha sonra onları oradan çıxardılar. Adilə xanım çıxarmışdı. Vurulmayan aqlay, tamet, armatur, taxtalar orada qalmışdır. Anbarda Cavabdeh MMC-yə veriləsi tikinti materialları qalmışdı. 2024-cü ilin aprel ayında onlar sahədən çıxanda anbarda qalan malların verilməsinin tələb olunub-olunmamasını rəhbərlik bilir. 2024-cü ildə eyni vaxtda iki layihə üzrə çalışmışlar. Mal-materialın Bilgəhdəki layihədə olmasını onlar əvvəldən ayırmışlar. Bilgəh layihəsi üzrə malları Azərbaycandan alınmamışdı, əksər hissəsi xaricdən alınmışdı. Malları Seymur müəllim özü almışdı. Hansı xarici ölkədən alındığını bilmir. Təqdim edilmiş şəkillər Sumqayıt anbarında çəkilib. Mübahisə yaranmazdan əvvəl materiallar anbara gəlmişdi. Mübahisə yarandıqda Cavabdeh MMC materialların gəlməsini bilirdi. Lakin niyə qəbul etmədiyini bilmirlər. Yerin döşəmə hissəsi getmişdi, ora qranit vurulmalı idi. Divarın təməli düzgün olmadığından aşmışdı. Divarın aşması işlərin görülməsinə maneə yaradırdı. Gördüyü şəkillərdə qranitlər yerə vurulmalı idi. Divar aşdıqdan sonra daşlar yararsız vəziyyətə düşmüşdür. Ərazinin divarlarının hörgüsü işləri görülmüşdü, qranit və aqlayın düzülməsi qalmışdı. İddiaçı2 cavabdeh tərəfindən nə qədər pul verilməsini bilmir. Materialların pulunu Seymur nağd ödəmişdir.

44. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, əmək müqaviləsi üzrə 2024-cü ilin mart ayından "xxxx" MMC-də tikinti mühəndisi kimi çalışır. İddiaçı2 Cavabdeh MMC-nin layihəsi üzrə tanıyır. Layihədə iş icraçısı idi. Bilgəh qəsəbəsindəki layihə üzrə bir ay müddətində işləmişdir. Onu layihəyə İddiaçı2 nəzarət üçün dəvət etmişdi. Ora gedən aqlay, tamet işləri aparılırdı. Görülən işləri şifahi şəkildə özünə bildirirdi. Yazılı sənəd tərtib olunmurdu. Yağış yağdıqdan sonra bünövrəsinə su dolduğundan hasar uçdu. Divar uçana qədər mübahisə olub-olmamasını bilmir. Əsasən mübahisə 2024-cü ilin aprel ayında tametə görə yaşandı. Adilə xanım ödənişləri gecikdirirdi, buna görə mübahisə yaşanırdı. Seymurun ustaları sahədən qovulurdu. Müxtəlif bəhanələrlə işləri bəyənmirdi. Tamet piyada yollara vurulurdu. Orada olan vaqonlarını sahədən çıxarmışlar. Ona əmək haqqı verilmirdi, o da işdən çıxmışdır. Görülən qəlib işlərinin pulu ödənilməmişdir. İddiaçı2 əmək haqqını Cavabdeh MMC-dən pulunu ala bilmədiyi üçün gecikdirdiyini deyirdi. Seymur bəyin telefon danışıqlarında narazılıq olduğunu, pulun gecikdirildiyini görürdü. Layihə davam etsə idi işlər 60 iş günü ərzində yekunlaşmalı idi. İşin demək olar ki, hörgü işi bitmişdi, suvaq işi qalmışdı. Bəzək işi qutarmışdı. Tamet işinin 40 faizi qalmışdı. Tamet və qranit daşların vurulması qalmışdı. Yerə 10x10 qranit və tamet vurulmalı idi. Sahədən çıxanda vurulmayan material da qalmışdı. Material Sumqayıtdan gəlirdi. Layihə üzrə materialların bir hissəsi gəlmişdi, 860 kv.m qranit və tamet materialı sahəyə gəlmişdi. Sahəyə gətirilməmiş materiallar var idi. Anbarda qranitlər qalmışdı. Anbarı görməmişdir. 2024-cü ilin aprel ayında anbarda materialların qalmasını görməmişdir. Anbarda layihə üçün nəzərdə tutulan materiallar qalıb. Materialları Seymur bəy alırdı. Mart ayının sonunda pul ödənişi dayanmışdı. Bu günə qədər nə ödəniş olunduğunu bilmir. Adilə xanımı sahədə görmüşdür. Tamet işləri aparılarkən oraya gəlmişdi. Adilə xanımdan Seymur bəyin üzbəüz şəkildə pul istəməsinə şahid olmamışdır. Şüvəlan layihəsini də Cavabdeh MMC ilə işləyirdi. Mübahisə isə Bilgəh layihəsi üzrə başlamışdı. Onlar tərəfdən görülən işləi bəyənilmirdi. Gəlməli olan qranit və aqlay gələn materialdan çox olmalı idi. Adilə xanım bilərəkdən Seymur bəyi sahədən uzaqlaşdırmaq istəyirdi. 2023-cü ilin dekabrından Seymuru tanıyır, Şüvələn, Bilgəh, Yaşma layihəsi üzrə işləmişdir. Yaşma Layihəsi üzrə də ödənişlərlə bağlı gecikmələr var idi. Layihənin bütün materialları Seymur müəllimə həvalə edilmişdi. O da materialları almışdı. Bunu söhbət əsnasında eşitmişdir. Materiallar anbara yığılmışdı. Hasar uçduqdan sonra təqribi 8000 manat xərcləndi. Divar uçmasa idi əlavə xərclər yaranmazdı. Divar onların təqsirindən uçmadı, başqa şirkətin təqsiri səbəbindən uçmuşdu. Təqribən öz hesabı ilə 180000 manat xərc çəkilmişdi. Sement və sairə kimi materiallar tikinti sahəsində qalmışdı. Sonuncu dəfə sahədən aprelin 12-də çıxmışlar. Materialın niyə orada qalmasını bilmir. Qalan materiallar başqa layihə üzrə işlənə bilməzdi. Çünki ölçülər fərqli idi. O gəldikdən sonra işlərin 80 faizi görülmüşdü, bəzək işləri görülmüşdü, hasar uçduqdan sonra bərpa olunmuşdu. Uçan divarın üzlənməsi, aqlay, hörgünün suvağı, qranitlərin vurulmasının bir hissəsi qalmışdı. Ona göstərilən 520 kv.m yolun 330 kv.m işi görülmüşdü. Aqlay işinin 10 faizi qalmışdı. Mal-materialların hamısının Seymur bəyin alınmasını telefon danışıqlarında eşitmişdir. Adilə xanım əsasən işi bəyənmirdi, bir də mal-materialın rəngini bəyənmirdi. Lakin gələn materiallar eyni sifarişlər idi. Yağış yağanda daşın rəngini dəyişirdi, o da bəyənmirdi. Qalan materialları oradan çıxarmamışlar, hamısı orada qalmışdır.

45. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib materialları araşdıraraq hesab edir ki, ilk və qarşılıqlı iddialar qismən təmin edilməlidir.

46. Belə ki, ilk iddia dörd hissədən ibarətdir: 1. xx.xx.2023-cü il tarixli müqavilənin ləğv edilməsi; 2. Görülmüş işlərin və təhvil verilmiş materialların dəyəri olaraq 96520,805 ABŞ dolları (164085,36 manat) pulun tutulması; 3. Müqavilə üzrə iddiaçı tərəfindən alınaraq anbarda saxlanılan materialların dəyəri olaraq 233145,225 ABŞ dolları (396346,34 manat) pulun tutulması; 4. Ödənişlərin gecikdirilməsinə görə illik 5 faizlə 5 aylıq müddət üçün hesablanmış 17626,05 manat pulun tutulması.

47. Məhkəmə ilk iddia ərizəsini birinci hissədə əsaslı hesab edir.

48. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə podrat müqaviləsi bağlanmış, müqavilə üzrə ümumilikdə 655297,26 ABŞ dolları məbləğində işlərin görülməsi razılaşdırılmışdır.

49. Hazırda iddiaçı tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixdə podrat müqaviləsinin ləğv edilməsini xahiş edir, bununla bağlı iddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə xəbərdarlıq göndərməklə müqavilənin ləğvi ilə bağlı iradə ifadəsini bəyan etmişdir.

50. Məhkəmə iclaslarında cavabdehin nümayəndələri tərəflər arasında xx.xx.2023-cü il tarixdə bağlanmış podrat müqaviləsinin ləğv edilməsinə etiraz etmədiklərini, iddia tələbini bu hissədə qəbul etdiklərini bildirmişlər.

51. Bu səbəbdən məhkəmə hesab edir ki, hər iki tərəf xx.xx.2023-cü il tarixdə podrat müqaviləsinin ləğv edilməsində maraqlı olduğu üçün ilk iddia bu hissədə təmin edilməlidir.

52. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

53. Həmin Məcəllənin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.

54. Həmin Məcəllənin 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır.

55. Məhkəmə ilk iddia ərizəsini ikinci hissədə əsassız hesab edir.

56. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli podrat müqaviləsi üzrə ümumilikdə 655297,26 ABŞ dolları məbləğində işlərin görülməsi razılaşdırılmış, iddiaçı bu barədə müvafiq sübutlar olmasa da, cavabdeh tərəfindən ona müxtəlif tarixlərdə ümumilikdə 150965 manat muzdun ödənilməsini iddia ərizəsində qəbul etmişdir.

57. Cavabdeh həmin məbləğdən əlavə, iddiaçıya müqavilə və onun əlavəsi imzalanan zaman (xx.xx.2023-cü il tarixdə) 255000 manat avans ödənildiyini bildirir.

58. İddiaçı həmin vəsaitin ona ödənilmədiyini bildirmiş, məhkəmə iclasında verdiyi izahatında hazırkı iş üzrə hüquqi savadı olmadığı üçün məhkəmə-xətşünaslıq ekspertizasının hansı səbəbdən təyin edilməsi barədə məlumatlı olmadığı, bu səbəbdən ekspertiza təyin edilməmişdən əvvəl və sonra imzanın ona məxsus olmasını mübahisələndirmədiyi halda bu barədə vaxtında məhkəməyə bildirə bilməmiş, cavabdehin təqdim etdiyi müqavilə nüsxəsində imzaların ona məxsus olmasına baxmayaraq, həmin imzanı müqavilə daha mötəbər olsun deyə iddiaçıda qalan nüsxəsini iki yerdə yni səhifəni imza etmiş, o, müqavilənin əlavəsinin aşağı hissəsinə imza edən zaman orada pulun verilməsi ilə bağlı hər hansı yazı olmamış, həmin yazılar sonradan vərəqəyə əlavə edilmişdir, o, müqavilə bağlanan zaman 250000 manat vəsaiti almamışdır.

59. Məhkəmə iddiaçının həmin dəlili ilə razılaşmır.

60. Belə ki, hazırkı iş üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə yazılı vəsatət verib (nümayəndənin həmin vəsatəti verməsindən iddiaçının xəbərsiz olması barədə onun arqumentini məhkəmə ağlabatan hesab etmir) iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizasının təyin edilməsini, avansla bağlı qeydin altındakı imzanın cavabdehə məxsus olub olmamasının müəyyən edilməsini xahiş etmiş, məhkəmə tərəfindən vəsatət təmin edilmiş, xx.xx.2024-cü il tarixli, 4/1534 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh MMC ilə İddiaçı2 arasında bağlanmış 25/23 nömrəli, xx.xx.2023-cü il tarixli xidmət müqaviləsinə əlavədə “aldım: İddiaçı2 xx.xx.2023-255.000 AZN” əlyazmalarının qarşısındakı imza İddiaçı2 tərəfindən icra olunmuşdur.

61. Bundan əlavə, iddiaçı müqavilənin əlavəsinin onda olan nüsxəsinə bir dəfə, cavabdehdə olan nüsxəsinə isə iki dəfə (Əlavənin yuxarı və aşağı hissələri) imza etməsinin səbəbini, habelə heç bir qeyd və yazı olmadığı halda vərəqənin boş hissəni imza etməsinin səbəbini ağlabatan şəkildə məhkəməyə izah edə bilməmişdir.

62. Habelə, məhkəməyə təqdim edilmiş və məhkəmə iclaslarında tədqiq edilmiş iddiaçı və cavabdehin nümayəndəsi arasında olan vatsap proqramı vasitəsilə göndərilmiş səs yazılarında cavabdeh iddiaçıya ödədiyi 255000 manatla bağlı iddiaçıdan izah istədikdə, onun nəzərinə 255000 manat pul ödənildiyi halda əlavə pul tələb etməsinin səbəbi soruşulduqda iddiaçı buna dair hər hansı etirazını, ona həmin vəsaitin ödənilmədiyini bildirməmiş, iddiaçıya həmin pulun xərclənməsi ilə bağlı izahlar vermişdir.

63. Bu səbəbdən məhkəmə iddiaçının 255000 manat avansın onun tərəfindən alınmaması barədə dəlilini əsassız hesab edir.

64. İddiaçı iddia ərizəsində ilkin olaraq tərəfindən görülmüş işlərin və təhvil verilmiş materialların dəyərinin 461495 dollar (784541,50 manat) olmasını göstərmiş, məhkəmənin təklifi ilə verdiyi xx.xx.2024-cü il tarixli açıqlamada görülmüş işlərin dəyərinin 168011 dollar, verilmiş qranitin dəyərinin 51897 dollar, aqlayın dəyərinin 41505 dollar (ümumilikdə 261410 dollar) olmasını bildirmiş, xx.xx.2024-cü il tarixdə verdiyi tələbin həcminin artırılması barədə ərizədə isə cavabdehə 53223,56 dolları dəyərinə qranit, 6394,04 dollar dəyərində tamet, dəyəri 20541,205 dollar və 16362 dollar olmaqla 2 cür aqlay mallarının verildiyini, görülmüş işlərin həcminin 168011 dollar (ümumilikdə cəmi 264532,201 dollar) təşkil etdiyini göstərməklə təzadlı izahatlar vermişdir.

65. Tərəflər arasında görülmüş işlərin iki tərəfli təhvil aktlarının olmaması məhkəmə tərəfindən müəyyən edilmiş, cavabdeh tərəfindən məhkəməyə görülmüş işlər və təhvil verilmiş materiallarla bağlı həftəlik hesabatlar və forma 2 aktı təqdim edilmişdir.

66. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş müqavilə smetası üzrə görülmüş işlərin həcminə dair Forma 2 sənədinə əsasən iddiaçı tərəfindən görülmüş əsas və əlavə işlərin ümumi həcmi 119439,71 ABŞ dolları (hazırlıqlar – 40072,93 ABŞ dolları, döşəmə işi – 24561,76 ABŞ dolları, istinad və sərhəd divarı – 32919,70 ABŞ dolları, əlavə işlərin həcmi – 21885,32 ABŞ dolları) təşkil edir.

67. Bundan əlavə, cavabdehin nümayəndəsi A.Haqnəzərova, habelə cavabdehin vəsatəti əsasında dindirilmiş şahid Topçibaşeva Leyla Kərəmovna məhkəmə iclaslarındakı izahatlarında həmin Forma 2 sənədində öz əksini tapmasa da, iddiaçı tərəfindən cavabdehə əlavə olaraq 120 kv.metr qranit verildiyini, həmin qranitin iddiaçı layihəni tərk etdikdən sonra cavabdeh tərəfindən istifadə edildiyini, lakin ilkin sifarişçinin həmin qraniti bəyənməməsi səbəbindən daha sonra söküldüyünü bildirmişlər.

68. İddiaçı tərəfindən isə məhkəməyə cavabdeh tərəfindən mübahisələndirilən, lakin iddiaçı tərəfindən görülməsi və təhvil verilməsi iddia edilən həcmdə materialın təhvil verilməsini və işlərin görülməsini təsdiq edən hər hansı mötəbər sübut təqdim edilməmişdir.

69. Məhkəmə araşdırması ilə cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 405965 manat (255000 manat + 150965 manat) ödənildiyi, həmin vəsaitin müqabilində iddiaçı tərəfindən görülmüş işlərin material və işçilik xərci daxil olmaqla dəyərinin ümumilikdə 131721,71 dollar – 223927,40 manat (119439,71 ABŞ dolları + 12282 dollar (120 kv.m aqlay * 102,35 dollar)) olması müəyyən edilmişdir.

70. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

71. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.

72. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının hazırkı müqavilə üzrə hər hansı ödənilməmiş muzdu olmadığı üçün onun görülmüş işlərin və təhvil verilmiş materialların dəyəri olaraq 96520,805 ABŞ dolları (164085,36 manat) pulun tutulması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir.

73. Məhkəmə ilk iddia ərizəsini müqavilə üzrə iddiaçı tərəfindən alınaraq anbarda saxlanılan materialların dəyəri olaraq 233145,225 ABŞ dolları (396346,34 manat) pulun tutulması hissəsində də əsassız hesab edir.

74. Belə ki, iddiaçı iddia ərizəsində hazırkı müqavilə üzrə müqavilənin smetasında nəzərdə tutulmuş, habelə cavabdehin sifarişi əsasında tərəfindən alınmış, cavabdehə təhvil verilməli olan materialların dəyəri olaraq 233145,225 ABŞ dolları (396346,34 manat) pulun tutulmasını tələb etsə də, məhkəməyə həmin həcmdə malların (qranit və aqlay) alınmasını, dəyərinin ödənilməsini, anbarda saxlanan malların məhz hazırkı müqavilə (Bilgəh layihəsi) üzrə alınmalı olan mallar olmasını təsdiq edən hər hansı mötəbər sübut təqdim etməmişdir.

75. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 756.1-ci maddəsinə əsasən əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur.

76. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş alqı-satqı müqaviləsi, təhvil aktlarından görünür ki, iddiaçıya "xxxx" MMC tərəfindən təhvil verilmiş qranitin ümumi həcmi 1013,87 kv.metr, "xxxx" MMC tərəfindən təhvil verilmiş qranitin ümumi həcmi 722 kv.metr, Q.Bəxtiyarov tərəfindən təhvil verilmiş aqlayın ümumi dəyəri 283000 manat təşkil edir.

77. Q.Bəxtiyarov tərəfindən iddiaçıya mallar xx.xx.2023-cü il tarixdə, "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixdə, "xxxx" MMC tərəfindən isə xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixdə təhvil verilmişdir.

78. Həmin sənədlərdən göründüyü kimi, mallar iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdən (layihədən kənarlaşma tarixi) əvvəl alınmış, iddiaçı tərəfindən məhkəməyə həmin malların iddiaçıya təhvil verilməsinə cəhd edildiyini, iddiaçı tərəfindən malların qəbulundan imtina edildiyini, həmin malların məhz bu müqavilə üzrə alındığını, habelə dəyərinin ödənildiyini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir.

79. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilk iddia tələbi bu hissədə də əsassız olduğundan təmin edilməməlidir.

80. Məhkəmə ilk iddia ərizəsini sonuncu hissədə də əsassız hesab edir.

81. Belə ki, iddiaçı cavabdehdən ödənişlərin gecikdirilməsinə görə illik 5 faizlə 5 aylıq müddət üçün hesablanmış 17626,05 manat pulun tutulması tələbini irəli sürsə də, məhkəmə araşdırması zamanı cavabdehin iddiaçıya podrat müqaviləsi üzrə muzdun ödənilməsi ilə bağlı icra edilməli olan hər hansı öhdəliyinin olmaması müəyyən edildiyi üçün iddiaçının hazırkı tələbi əsassızdır, məhkəmə həmin tələb üzrə əlavə əsaslandırma aparılmasına zərurət görmür.

82. Məhkəmə qarşılıqlı iddia ərizəsini qismən əsaslı hesab edir.

83. Belə ki, qarşılıqlı iddiaçı ilkin olaraq 240000 manat pulun cavabdeh İddiaçı2 tutulmasını tələb etmiş, daha sonra məhkəməyə verdiyi iddia tələbinin həcminin artırılması barədə ərizədə isə 271604 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

84. Məhkəmə araşdırması ilə cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 405965 manat (255000 manat + 150965 manat) vəsait ödənildiyi müəyyən edilmiş, qarşılıqlı iddiaçı təqdim etdiyi forma 2 sənədində iddiaçı tərəfindən ümumilikdə 119439,71 ABŞ dolları həcmində işlərin görüldüyünü qəbul etmiş, cavabdehin nümayəndəsi A.Haqnəzərova, habelə cavabdehin vəsatəti əsasında dindirilmiş şahid Topçibaşeva Leyla Kərəmovna məhkəmə iclaslarındakı izahatlarında həmin sənəddə göstərilməsə də, iddiaçı tərəfindən əlavə olaraq cavabdehə 120 kv.m aqlay təhvil verildiyini təsdiq etmişlər.

85. Beləliklə, qarşılıqlı iddiaçı tərəfindən ilk iddiaçıya ödənilmiş 405965 manat pulun müqabilində iddiaçı tərəfindən görülmüş işlərin material və işçilik xərci daxil olmaqla dəyərinin ümumilikdə 131721,71 dollar, yəni 223927,40 manat (119439,71 ABŞ dolları + 12282 dollar (120 kv.m aqlay * 102,35 dollar)) olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır.

86. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir (maddə 491.1). Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır (maddə 491.2). Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır (maddə 491.3).

87. Məhkəmə qeyd etmək istəyir ki, avans digər tərəfin qarşılıqlı öhdəliyin icra edilməsi üçün aparılan ödənişdir. Öhdəlik icra edilmədikdə bütün hallarda avans geri qaytarılmalıdır. Avansın öhdəliyi icra etməyən tərəfdə qalması əsassız varlanma kimi qiymətləndirilir.

88. Bu səbəbdən məhkəmə hesab edir ki, qarşılıqlı iddia qismən təmin edilməli, 182037,60 manat məbləğində avans (405965 manat - 223927,40 manat) qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq qarşılıqlı iddiaçıya ödənilməlidir.

89. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

90. Məhkəmə hesab edir ki, ilk və qarşılıqlı iddialar qismən təmin edildiyindən 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, 472,04 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq qarşılıqlı iddiaçıya ödənilməli, qalan ödənilmiş 1054 manat dövlət rüsumu ilk iddiaçının, 57,96 manat dövlət rüsumu qarşılıqlı iddiaçının özlərinə aid edilməlidir.

V. Nəticə:

91. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı2 Cavabdeh MMC-yə qarşı “müqavilənin ləğvi və pulun tutulması” tələbinə dair ilk iddiası qismən təmin edilsin. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli podrat müqaviləsi ləğv edilmiş hesab edilsin. Cavabdeh MMC-dən 100 (bir yüz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı2 ödənilsin. İlk iddia qalan hissədə təmin edilməsin. İlk iddia ərizəsi verilərkən ödənilmiş 1054 (bir min əlli dörd) manat dövlət rüsumu ilk İddiaçı2 özünə aid edilsin. İddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı2 qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilsin. Cavabdeh İddiaçı2 182037,60 manat məbləğində pul, 472,04 manat dövlət rüsumu, ümumilikdə 182509,64 (bir yüz səksən iki min beş yüz doqquz manat altmış dörd qəpik) manat məbləğində pul tutularaq iddiaçı Cavabdeh MMC-yə ödənilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia ərizəsi verilərkən ödənilmiş 57,96 (əlli yeddi manat doxsan altı qəpik) manat dövlət rüsumu qarşılıqlı iddiaçı Cavabdeh MMC-nin özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar