Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-183/2025 06.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı QSC-nin Cavabdeh şirkətinə qarşı “podrat müqaviləsi üzrə pul” tələbinə dair və birləşdirilmiş (qarşılıqlı iddia) iş üzrə iddiaçı Cavabdeh şirkətinin cavabdeh İddiaçı QSC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçün şəxs X5 X7 Şəxsi) zərərin ödənilməsi və s. tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi, pulu geri qaytarılması, zərərin tutulması ) Hakimi Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Məmmədzadə Nilgün Azər qızının katibliyi ilə, İlkin iddia üzrə iddiaçının/qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi/vəkili Nümayəndə iştirakı ilə, İlkin iddia üzrə cavabdehin/qarşılıqı iddia üzrə iddiaçının nümayəndəsi/vəkili Vəkil3 (video-görüntü ilə qoşulmaqla) iştirakı ilə, İlkin iddia üzrə İddiaçı QSC-nin Cavabdeh şirkətinə qarşı “podrat müqavilə üzrə pul” tələbinə dair və birləşdirilmiş (qarşılıqlı iddia) iş üzrə iddiaçı Cavabdeh şirkətinin cavabdeh İddiaçı QSC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçün şəxs X5 X7 Şəxsi) zərərin ödənilməsi və s. tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" S.R.O.dan iddiaçının xeyrinə müqavilə üzrə alınan 164000 ABŞ dolları məbləğində pulun, xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilə qədər olan dövr üçün 403,88 ABŞ dolları məbləğində cərimənin, mütəxəssislərin (ekspertlərin) cəlb edilməsi ilə bağlı 60300 min ABŞ dolları məbləğində zərərin, 9800 ABŞ dolları məbləğində borc vəsaitləri üzrə faizlərin, 500.000 ABŞ dolları məbləğində itirilmiş mənfəətin, cəmi 734 503,88 (yeddi yüz otuz örd min beş yüz üç) ABŞ dolları 88 sent, hüquqi yardıma görə 1000 (bir min) AZN və 1415 AZN dövlət rüsumututularaq İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş İddiaçı QSC ilə Çexiya Respublikasında qeydiyyatdan keçmiş Cavabdeh arasında 13 yanvar 2023-cü il tarixli 130123 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən podratçı “İldə 12 000 ton silisiumlu ferroərinti məhsuldarlığı olan ferroərinti sexinin tikintisi” layihəsinin Texniki-iqtisadi əsaslandırmasının (TİƏ) işlənib hazırlanması üzrə injinirinq xidmətlərinin göstərilməsini, sifarişçi isə xidmətləri hazırkı müqavilənin şərtlərinə uyğun qəbuletməyi və ödəməyi öhdəsinə götürür. Müqavilənin 3.1-ci bəndində xidmətlərin ümumi dəyəri ƏDV-siz 225 000,00 ABŞ dolları (iki yüz iyirmi beş min dollar 00 sent) ABŞ dolları müəyyən olunmuşdur. Müqavilənin 3.3-cü bəndinə əsasən Sifarişçi ödənişi mərhələli şəkildə aşağıdakı qaydada həyata keçirir: - 57 200,00 ABŞ dolları – ilkin ödəniş Sifarişçi tərəfindən Müqavilə imzalandığı gündən etibarən 5 bank günü ərzində həyata keçirilir; - 24 300,00 ABŞ dolları ilkin ödəniş Sifarişçi tərəfindən xx.xx.2023-cü il tarixədək ödənilir; - 86 800,00 ABŞ dolları ilkin ödəniş Sifarişçi tərəfindən xx.xx.2023-cü il tarixədək ödənilir; - 48 600,00 ABŞ dolları ilkin ödəniş Sifarişçi tərəfindən xx.xx.2023-cü il tarixədək ödənilir; - 8 100,00 ABŞ dolları – yekun ödəniş Sifarişçi tərəfindən Tərəflər Yerinə yetirilmiş xidmətlərin təhvil-təslim aktını imzaladıqdan sonra 60 təqvim günü ərzində həyata keçirilir. Cavabdeh Spesifikasiyaya (müqavilənin 1 nömrəli əlavəsinə) uyğun olaraq, müqavilə imzalandığı, ilkin ödəniş və ilkin məlumatlar alındığı andan etibarən 105 təqvim günü müddətində 1cimərhələ (Ümumi texniki həllərin (ÜTH) işlənib hazırlanması) - sexin texnoloji iş sxeminin işlənib hazırlanması; - Sexin əsas və yardımçı avadanlığının tələb olunan parametrlərinin müəyyən edilməsi üçün lazımi texnoloji hesablamaların (əritmə . prosesinin material balansı, sobanın parametrlərinin hesablanması və s.) aparılması. Sexin avadanlığının spesifikasiyasının işlənib hazırlan-ması; - əsaslı tikinti həcmləri müəyyən olunmaqla avadanlığın yerləşməsinin bir neçə variantı üzrə (ikidən az olmamaqla) layihələndirilən sexin baş planının və kəsimlərinin işlənib hazırlanması; - sexin enerji istehlakının planlaşdırılması; - sifarişçi ilə razılaşdırmaq üçün aralıq hesabatın təqdim edilməsini xidmətlərini öhdəsinə götürür. Sifarişçi 1-ci mərhələni razılaşdırdıqdan sonra 45 təqvim günü müddətində cavabdeh 2-ci mərhələ (Sexin tikintisinin müxtəlif variantlarının iqtisadi qiymətləndirməsinin aparılması) - avadanlıqların mümkün təchizatçılarının müəyyən edilməsi və dəyərinin qiymətləndirilməsi (Sifarişçi ilə birlikdə); - sexin tikintisinə əsaslı xərclərin hesablanması; - lazımi işçi heyətinin və əmək haqqı fondunun səviyyəsinin hesablanması; - əməliyyat xərclərinin səviyyəsinin hesablanması (OPEX); - həllərin iqtisadisəmərəliyinin (bir neçə variant üzrə, ikidən az olmamaqla) hesablanması – NPV, İPR, PBP; - Layihənin gələcəkdə həyata keçirilməsi üçün əsas variantın əsaslandırılmış seçimi (Sifarişçinin təsdiqi ilə) xidmətlərini öhdəsinə götürür. Müqavilənin 4.1 və 4.2-ci bəndlərinə əsasən, xidmətlərin yerinə yetirilməsinə başlamaq üçün İcraçı Sifarişçidən texniki tapşırıq da daxil olmaqla bütün zəruri ilkin məlumatları tələb edir və yalnız onları aldıqdan sonra işlərin yerinə yetirilməsinə başlayır. Xidmətləri yerinə yetirdikcə İcraçı layihə sənədlərini baxılması və razılaşdırılması üçün elektron poçt vasitəsilə Sifarişçiyə göndərir. Müqavilənin 4.1-ci bəndinə uyğun olaraq, iddiaçı işə başlanmazdan əvvəl WhatsApp messencerindən istifadə edərək ilkin məlumatları operativ şəkildə cavabdehə təqdim edib və 57 200 ABŞ dolları məbləğində tam avans ödənişini icra edib, bununla da faktiki olaraq Müqavilənin icrasına başlamaq üçün şərtləri icra etmişdir. 157,900 ABŞ dollarıməbləğində ödəniş 10 iyul 2023-cü il tarixinədək hissə-hissə ödəniş kimimüəyyən edilir ki, bu da Müqavilənin mənasına görə, cavabdehin birincimərhələdə işləri yerinə yetirmək üzrə öhdəliklərini yerinə yetirməsi üçün şərt deyildir. İddiaçı QSC xx.xx.2023-cü ildən xx.xx.2023cü il tarixədək ümumi məbləği 81.500 ABŞ dolları məbləğində ödəniş həyata keçirmişdir. (xx.xx.2023-cü il tarixli №1 ödəniş tapşırıqı ilə 57.200 ABŞ dolları, №2 xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı ilə 19.700 ABŞ dolları, xx.xx.2023-cü il tarixli № 3 ödəniş tapşırıqı ilə 4.600 ABŞ dollarıməbləğində). Öz növbəsində, cavabdeh Spesifikasiyaya uyğun olaraq 1-ci mərhələ üzrə işin yekun nəticəsini xx.xx.2023-cü il tarixindən gec olmayaraq təqdim etməyi öhdəsinə götürmüşdür. Bununla belə, cavabdeh müqavilə öhdəliklərini pozaraq, xx.xx.2023cü il tarixinədək texniki-iqtisadi əsaslandırmanın 1-ci mərhələsinə dair işin nəticəsini iddiaçıya təqdim etməmişdir. Bu səbəbdən iddiaçıcari ödənişləri dayandırmışdır. 30 avqust 2023-cü il tarixində cavabdeh texniki-iqtisadi əsaslandırmanın 1-ci mərhələsi ilə bağlı sənədləri iddiaçıya göndərmişdir. 2023-cü ilin sentyabr ayı ərzində iddiaçı cavabdeh tərəfindən təklif olunan 30 avqust 2023-cü il tarixli texniki-iqtisadi əsaslandırmanın 1-ci mərhələsinin layihəsində səhvləri və çatışmazlıqları dəfələrlə şifahişəkildə cavabdehə bildirmişdi. İddiaçı QSC 02 oktyabr 2023-cü il tarixli 29 nömrəli məktubla cavabdehə TİƏ-nin 1-ci mərhələsində işləri qəbul etməkdən imtinanı aradan qaldırılmaq üçün şərhlərin siyahısını göndərmişdir. İddiaçı tərəfindən işə cəlb olunan mütəxəssislərin rəylərinə əsasən müəyyən olunmuşdur ki, texniki-iqtisadi əsaslandırmanın 1-ci mərhələsi üçün cavabdeh tərəfindən təqdim edilmiş sənədlər iddiaçı tərəfindən təyinatı üzrə istifadə edilə bilməz. Cavabdehin işi heç bir istehlak dəyəri daşımır və iş müqavilənin predmetinə uyğun olmadığından zavodun tikintisi layihəsinin həyata keçirilməsi üçün istifadə edilə bilməz. 27 oktyabr 2023-cü il tarixində iddiaçı cavabdehə işlərin (xidmətlərin) keyfiyyətinin müqaviləyə uyğun olmaması ilə bağlı stenoqramı (siyahısını) göndərmişdir. Göstərilən stenoqrammaya uyğun olaraq, cavabdeh müqavilə üzrə gördüyü işin yekun nəticəsini 31 dekabr 2023-cü il tarixinədək iddiaçıya təhvil verməli idi. 22 dekabr 2023-cü il tarixli 388 nömrəliməktubla cavabdeh iddiaçıya yalnız Müqavilə üzrə bütün məbləğin tam ödənilməsindən sonra TİƏnin 1-ci mərhələsini yekunlaşdırmağa başlamağa hazır olduğunu bildirmişdir. Cavabdeh onu da bildirmişdir ki, TİƏ-nin 1-ci mərhələsi hazır deyil, TİƏ-nin 2-ci mərhələsinin hazırlanmasına isə hələ başlamamışdır. Beləliklə,cavabdeh müqavilənin şərtlərinə zidd olan tələblər irəlisürmüşdür. İddiaçı cavabdehin bəyan etdiyi mövqeyi ilə razılaşmamışdır, çünki cavabdeh tərəfindən işin başa çatdırılması üçün son müddətin uzadılması iddiaçı üçün daha böyük məbləğdə əlavə itkilərə səbəb olacaq. İşlərin nə zaman tamamlanması, bir daha son müddətin pozulmaması və işin nəticəsinin lazimi qaydada tamamlanmış halda iddiaçıya təhvil verilməsi ilə bağlı cavabdeh heç bir zəmanət verməmişdir. İddiaçının müqavilə üzrə ödəmə öhdəliyi yalnızişin birincimərhələsinin vaxtında və lazımi qaydada yerinə yetirildiyində yaranır. Müqavilənin və Spesifikasiyanın 3.3-cü bəndinə əsasən, “57 200,00 ABŞ dolları – ilkin ödəniş Sifarişçi tərəfindən Müqavilə imzalandığı gündən etibarən 5 bank günü ərzində həyata keçirilir; 24 300,00 ABŞ dolları ilkin ödəniş Sifarişçi tərəfindən xx.xx.2023-cü il tarixədək ödənilir; 86 800,00 ABŞ dolları ilkin ödəniş Sifarişçi tərəfindən xx.xx.2023-cü il tarixədək ödənilir; 48 600,00 ABŞ dolları ilkin ödəniş Sifarişçi tərəfindən xx.xx.2023-cü il tarixədək ödənilir; 8 100,00 ABŞ dolları – yekun ödəniş Sifarişçi tərəfindən Tərəflər yerinə yetirilmiş xidmətlərin təhvil-təslim aktını imzaladıqdan sonra 60 təqvim günü ərzində həyata keçirilir. Sifarişçi Xidmətlərin ödənilməsi üzrə öhdəliklərini pozduqda, pozuntunun Müqavilənin hansı əlavəsinə aid olmasından asılı olmayaraq, İcraçı Xidmətlərin göstərilməsinin bərpa edilməsi üçün lazım olan ağlabatan müddəti nəzərə almaqla, Sifarişçi tərəfindən yol verilən pozuntular aradan qaldırılana qədər Xidmətlərin göstərilməsini tam və ya qismən dayandıra bilər.” Beləliklə, TİƏ-nin 1-ci mərhələsinə uyğun olaraq cavabdehin işinin nəticəsi olmadıqda, cavabdehin iddiaçıdan ödənişi tam şəkildə tələb etməsi ilə əlaqədar arqumentləriəsassızdır. Müqavilənin 5.2-ci bəndinə əsasən, “Xidmətlərin yerinə yetirilməsi müddətlərinin İcraçı tərəfindən pozulmasına görə Sifarişçi hər gecikdirilən gün üçün gecikdirilən Xidmətlərin dəyərinin 0,001% məbləğdə cərimə tutur. 5.3. Sifarişçi tərəfindən pul öhdəliklərinin vaxtında yerinə yetirilməməsinə görə İcraçı hər gecikdirilən gün üçün vaxtında ödənilməyən məbləğin 0,001% həcmində cərimə tutur. 5.4. İcraçı tərəfindən Xidmətlərin yerinə yetirilməsi müddətlərinin pozulması Sifarişçinin təqsiri üzündən baş verdikdə Xidmətlərin yerinə yetirilməsi müvafiq gecikmə vaxtına uyğun uzadılır. 5.5. Cərimə sanksiyalarının ödənilməsi Tərəfləri hazırkı Müqavilənin şərtlərinin yerinə yetirilməsi vəzifəsindən azad etmir. 5.6. Müqavilənin tərəflərindən biri tərəfindən vurulmuş ziyan təqsirkar tərəf tərəfindən tam həcmdə ödənilməlidir.” Cavabdehin hərəkətləri nəticəsində İddiaçı QSC zavodun tikintisi layihəsini vaxtında həyata keçirmək imkanını itirmiş, bu da potensial tərəfdaşlarla əldə edilmiş razılaşmalara mənfi təsir göstərmiş və nəticədə ilkin razılaşmaların və müqavilələrin ləğvinə səbəb olmuşdur. İddiaçının məhsulların tədarükü üçün tərəfdaşlar tərəfindən edilən avans ödənişlərinin qaytarılması öhdəliyi yaranmışdır. İlkin razılaşmalar üzrə alınmamış avans ödənişlərişəklində itirilmiş mənfəətin ümumiməbləği 500.000 ( beş yüz min) ABŞ dollarıdır. Həmçinin, cavabdehin işin tamamlanmasında gecikməsi səbəbindən iddiaçı kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı itkilərə məruz qalmışdır. Cavabdehin xidmətlərinin ödənilməsi üçün borc vəsaiticəlb edilmişdir. İddiaçı bu günə qədər kreditora kredit üzrə 9800 ABŞ dolları məbləğində faiz ödəmişdir. İddiaçı QSC-nin mühəndislik və iqtisadiyyat sahəsində xüsusi biliyi olmadığından, cavabdeh ilə bağlanmış müqaviləni dəstəkləmək və cavabdeh tərəfindən faktiki olaraq yerinə yetirilən işlərə, görülən işlərin normativ tələblərə uyğunluğuna obyektiv ekspertiza qiymətləndirməsini təmin etmək məqsədilə, müqavilə şərtlərinə uyğun olaraq, ekspert və iqtisadçını müqaviləyə əsasən işə cəlb etmişdir. İddiaçı bu mütəxəssislərə 60 300 ABŞ dollarıməbləğində xidmət haqqı ödəmişdir. İddiaçı QSC tərəfindən xx.xx.2024-cü il tarixli pretenziya məktubu cavabdeh "xxxx" MMC-yə göndərilmişdir. Cavabdeh pretenziyaya 174 №-li xx.xx.2024-cü il tarixli məktubla cavab olaraq bildirmişdir ki, “Sumqayıt texnologiya parkının rezidenti statusunun əldə olunması üçün Sifarişçi tərəfindən Çexiya qanunvericiliyinə uyğun qeydiyyatdan keçmiş və fəaliyyət göstərən X6 s.r.o. şirkətinin əqlimülkiyyəti istifadə olunmuşdur.” Cavabdehin irəli sürdüyü dəlillər həqiqəti əks etdirmir. Belə ki, xx.xx.2023-cü il tarixli 23№-li məktubda İddiaçı QSC sazişin birinci mərhələsi üzrə işlərin başa çatdırılmasını təsdiqləməmişdir, işlərin gedişatına nəzarət və əlavə məsələlərin müzakirəsi üçün iclas xx/xx/2023-cü il tarixinə planlaşdırılması bildirmişdir. Cavabdeh "xxxx" MMC-nin təqdim etdiyi TİƏ-nin 1 mərhələsinin layihəsində səhvlər və çatışmazlıqlar mövcud olmuşdur. Bu layihə əsasında İddiaçı QSC-nin Sumqayıt Texnologiyalar Parkında rezident statusunu alması qeyri-mümkündür. İddiaçı QSC tərəfindən hazırlanmış “Müasir texnologiyanın tətbiqi ilə illik istehsal gücü 12000 ton olan ferrosilisium FS75 xammalın istehsalı yönümlü” investisiya layihəsi əsasında Sumqayıt Texnologiyalar Parkının rezident statusunu əldə etmişdir. Həmin layihəyə cavabdehin təqdim etdiyi sənədlər əlavə edilməmişdir. Tərəflər arasında bağlanmış Müqavilənin 6.1-ci bəndində deyilir ki, “Tərəflər hazırkı müqavilənin şərtlərinin icrasızamanı yaranan mübahisələri, fikir ayrılıqlarını və ya tələbləri danışıqlar yolu ilə həlletməyə çalışacaq. Danışıqların istənilən nəticəsini tərəflər protokol qaydasında rəsmiləşdirir. Tərəflər arasında imzalanmış protokollar hazırkı Müqavilənin ayrılmaz hissəsi hesab olunur.
3. 25.05.2024-cü il tarixində ilkin iddia üzrə cavabdeh nümayəndəsi etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, iddia tələbini qəbul etdimirlər və ona qarşı etiraz edirlər. Hesab edirlər ki, cavabdeh Çexiya Respublikasında qeydiyyatda olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xx.xx.2023-cü il tarixli müqavilə (sonrakı mətndə “Müqavilə”) üzrə üzərinə düşən öhdəlikləri lazımınca icra etmişdir. Buna baxmayaraq aşağıdakı əsaslara görə hesab edirlər ki, İddiaçı QSC öz öhdəliklərini pozmuşdur. İşin faktiki halları: 1. Müqavilənin 1.1-ci bəndinə əsasən Müqavilənin predmetinə aiddir: “Gücü ildə 12 min ton silisium ferroərintiləri olan ferroərinti sexinin tikintisi” layihəsinin texnikiiqtisadi əsaslandırılmasının (sonrakı mətndə “TİƏ”) tərtibatı üzrə mühəndislik xidmətləri. 2. Xidmətlər Müqaviləyə 1 saylı əlavə razılaşmada (sonrakı mətndə “spesifikasiya”) olan qiymət, qayda və həcmdə icra olunur. 3. Müqavilənin 1.2-ci bəndinə əsasən Sifarişçi (iddiaçı) xidmətləri qəbul etməyə və ödəməyə borcludur. 4. Müqavilə imzalandıqdan sonra Sifarişçi (iddiaçı) tərəfindən işə başlamaq üçün lazımi ilkin məlumatlar İcraçıya (cavabdehə) təqdim olunmuşdur. 5. Müqavilənin 2.1-ci bəndinə əsasən xidmətlərin keyfiyyəti 1 saylı əlavə razılaşmanın (spesifikasiyalar) tələblərinə cavab verməlidir. Müqavilənin 3.1-ci bəndinə əsasən xidmətlərin ümumi qiyməti 225.000 ABŞ dolları təşkil edir. 7. Müqavilənin 3.3-cü bəndinə əsasən Sifarişçi (iddiaçı) ödənişi aşağıdakı qaydada aparır: - 57.200 ABŞ dolları (İlkin ödəniş) – Sifarişçi (iddiaçı) tərəfindən Müqavilə imzalandığı gündən 5 bank günü ərzində icra olunur. - 24.300 ABŞ dolları (İlkin ödəniş) – Sifarişçi (iddiaçı) tərəfindən xx.xx.2023-cü il tarixinə qədər icra olunur. - 86.800 ABŞ dolları (İlkin ödəniş) – Sifarişçi (iddiaçı) tərəfindən xx.xx.2023-cü il tarixinə qədər icra olunur. - 48.600 ABŞ dolları (İlkin ödəniş) – Sifarişçi (iddiaçı) tərəfindən xx.xx.2023-cü il tarixinə qədər icra olunur. - 8.100 ABŞ dolları (Yükun ödəniş) – Sifarişçi (iddiaçı) tərəfindən təhvil-təslim aktının tərəflərin imzalanmasından sonrakı 60 gün ərzində icra olunur. 8. Müqavilənin 3.3-cü bəndində həmçinin göstərilir ki, Sifarişçi tərəfindən xidmətlərin ödənilməsi üzrə öhdəliklər pozulduqda, İcraçının hüququ çatır ki, həmin pozuntular aradan qaldırılana qədər xidmətlərin göstərilməsini tam və ya qismin dayandırsın. Həmin şərt Sifarişçi tərəfindən yol verilmiş pozuntunun Müqaviləyə hansı əlavə razılaşmaya münasibətdə baş verməsini fərqləndirmir və xidmətlərin bərpa olunması üçün ağlabatan müddəti də nəzərdə tutur. 9. İşlərin görülməsi üçün Sifarişçinin Müqavilə ilə müəyyən edilmiş ödəniş qrafikinə əməl etməsi zəruridir. Layihələndirmə - Cavabdeh MMC-nin əsas fəaliyyət istiqamətidir. Cavabdeh şirkət işçilərinə vaxtında əmək haqqı vermək və şirkətin fəaliyyətli ilə bilavasitə əlaqədar digər xərclərlə bağlı məsuliyyət daşıyır. Sifarişçi (iddiaçı) tərəfindən maliyyələşmənin gecikdirilməsi Şirkətin ixtisaslı layihəçilərinin xeyli müddət boş dayanması ilə nəticələnmiş, cavabdehi öz iş qüvvəsindən daha səmərəli layihələrdə istifadə etməsinin qarşısını almışdır. 10.İddiaçı tərəfindən cəmi 164000 ABŞ dolları həcmində ilkin ödəniş edilmişdir. 11. Sifarişçi (iddiaçı) tərəfindən ödənişlərin gecikdirilməsi barədə ətraflı məlumat əks edilmişdir: Tarix Ödənilməli məbləğ (ABŞ dolları) Ödənilmiş məbləğ (ABŞ dolları) Gecikmə günlərinin sayı Gecikmiş məbləğ (ABŞ dolları) xx.xx.2023 57 200,00 xx.xx.2023 57 200,00 xx.xx.2024 24 300,00 24 300,00 xx.xx.2024 19 700,00 25 4 600,00 xx.xx.2024 4 600,00 xx.xx.2024 86 800,00 86 800,00 xx.xx.2023 28 500,00 22 58 300,00 xx.xx.2023 6 500,00 27 51 800,00 xx.xx.2024 48 600,00 34 100 400,00 xx.xx.2023 25 000,00 35 75 400,00 xx.xx.2023 22 500,00 45 52 900,00 09.05.2*** *** ** **0,00 12.İşlərin görülmə prosesinə həmçinin aralıq nəticələrin razılaşdırılmasında Sifarişçinin (iddiaçının) yol verdiyi gecikmələr də öz mənfi təsirini göstərirdi. 13. 25 iyul 2023-cü il tarixində 192 saylı məktubla İcraçı (cavabdeh) tərəfindən TİƏ-nin birinci mərhələri üzrə sənədləşmə təqdim edilmişdir. *Sonrakı mətndə birinci mərhələ “mərhələ” və ya “tom” kimi ifadə olunacaq. Tərtib olunmuş TİƏ-nin nömrəsi: 123.127-TX.TİƏ. 14.Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Kollegiyasının 15 may 2013- cü il tarixli 08 saylı qərarı ilə təsdiq edilmiş Hüquqi və fiziki şəxslərin sənaye parkının rezidenti kimi qeydiyyatdan keçmək üçün təqdim etdikləri ərizənin forması və ona əlavə edilən sənədlərin siyahısında göstərilir ki, Hüquqi və fiziki şəxslərin sənaye parkının rezidenti kimi qeydiyyata alınması üçün ərizəyə İnvestisiya layihəsi (biznes plan) da əlavə edilməlidir. İddiaçı 2023-cü ilin avqust ayında Sumqayıt Texnologiyalar Parkının rezidenti statusunu almışdır. 15.21 avqust 2023-cü il tarixli 23 saylı məktubla iddiaçı Müqavilənin birinci mərhələsi üzrə işlərin tam icra olunduğunu təsdiq etmişdir. Həmin məktubda qeyd olunmuşdur ki, İcraçı tərəfindən birinci mərhələ üzrə bütün işlər spesifikasiyaya uyğun yerinə yetirilmişdir. 16.23 avqust 2023-cü il tarixli 226 saylı, 24 avqust 2023-cü il tarixli 230 saylı, 30 avqust 2023-cü il tarixli 237 saylı, 01 sentyabr 2023-cü il tarixli 241 saylı, 07 sentyabr 2023- cü il tarixli 253 saylı məktublarla İcraçı (cavabdeh) tərəfindən Sifarişçiyə (iddiaçıya) *.dwg formatda sənədlər, eləcə də TİƏ-nin birinci tomuna (ТİƏ 123.127-ТХ.ТİƏ) qoşmalar və sənədlərin ingilis dilinə tərcümələri təqdim olunmuşdur. 17.07 sentyabr 2023cü il tarixli 253 saylı məktubda İcraçı (cavabdeh) eləcə də birinci mərhələ üçün işlərin görülməsini razılaşdırmağı xahiş etmişdir ki, bu da ikinci mərhələnin (ТİƏ 123.127-ТХ.ТİƏ) icrası üçün vacibdir. Sifarişçi (iddiaçı) tərəfindən göndərilmiş 02 oktyabr 2023-cü il tarixli 29 saylı məktub göndərilmişdir. Həmin məktub faktiki olaraq 10 oktyabr tarixində, yəni görülmüş işlərin qəbul edilməsi barədə məktubdan 33 gün sonra təqdim edilmişdir. Həmin məktubda görülmüş işlərlə əlaqədar heç bir irad göstərilməmiş, bunun əvəzinə Sifarişçinin tələbatlarının dəyişməsi ilə şərtləndirilmiş bir sıra arzular ifadə olunmuş, faktiki olaraq icra olunmuş işlərin yenidən görülməsi xahiş olunmuşdur. 19.27 sentyabr 2023-cü il tarixli 35 saylı məktubla Sifarişçi (iddiaçı) müəssisənin yeni situasiya planını qəbul etməyi xahiş etmişdir. Təqdim olunmuş situasiya planı əvvəllər təqdim olunmuş ilkin məlumatlarla ziddiyyət təşkil etmiş, əvvəlcədən tərəflər arasında razılaşdırılmamış, artıq icra olunmuş işlərin yenidən icra olunmasına və İcraçı (cavabdeh) üçün əhəmiyyətli xərclərin çəkilməsinə gətirib çıxarıracaqdır. 20.10 noyabr 2023-cü il tarixli məktubla (həmin məktub cavabdehin işləri razılaşdırma barədə 07 sentyabr 2023-cü il tarixli 253 saylı məktubundan 64 gün sonra təqdim edilmişdir) Sifarişçi (iddiaçı) bildirmişdir ki, TİƏ-nın icra olunmuş mərhələsi onun tələblərinə cavab vermir. Buna baxmayaraq Sifarişçi (iddiaçı) icra olunmuş ilərin konkret olaraq hansı hissəsinin Müqaviləyə və ya hər-hansı normativ sənədə uyğunsuzluğu barədə məlumat verməmişdir. 21.Birinci mərhələ üzrə sənədlərin tam paketini əldə etdikdən sonra Sifarişçi (iddiaçı) icra olunmuş işlərin razılaşdırılmasından yayınmış, ilkin ödənişin yerdə qalan hissələrini ödəməkdən də yayınmış, eləcə də bu günə qədər iradların konkret siyahısını təqdim etmir. İddia ərizəsində qeyd olunur ki, “30 avqust 2023-cü il tarixli TİƏ-nin 1-ci mərhələsinin layihəsində səhvləri və çatışmazlıqları dəfələrlə şifahi şəkildə cavabdehə bildirmişdi”. Həmin qeyd həqiqətə uyğun deyil. Konkret səhvlər və çatışmazlıqlar barədə cavabdehə nə şifahi, nə də yazılı müraciət daxil olmamışdır. 22.Konkret iradlar bildirməkdən çəkinib icra olunmuş işləri razılaşdırmayan Sifarişçi (iddiaçı) ilkin ödənişlərin edilməsini əhəmiyyətli şəkildə gecikdirmiş, buna görə də İcraçı (cavabdeh) öz növbəsində Müqavilə şərtlərini rəhbər tutmaqla işlərin icrasını dayandırmağa məcbur olmuşdur. 23.Cavabdeh 27 mart 2023-cü il tarixli 60 saylı, eləcə də 14 aprel 2023-cü il tarixli 80 saylı məktubları ilə Sifarişçiyə (iddiaçıya) müraciət edərək görülmüş işlərin qəbul olunmasını (razılaşdırılmasını) xahiş etmişdir. Həmin işlər yalnız 21 avqust 2023-cü il tarixli 23 saylı məktubla razılaşdırılmışdır. Beləliklə, razılaşdırmalarda əhəmiyyətli gecikmələr işlərin icra müddətinə mənfi təsir edirdi. 4.Nə məktublarında, nə də iddia ərizəsində iddiaçı izah edə bilmir ki, görüşmüş işlərdə konkret olaraq hansı hallar onu qane etmir. İddiaçı izah edə bilmir ki, spesifikasiyada olan hansı bəndlər cavabdeh tərəfindən icra olunmamışdır. 25. Sifarişçinin (iddiaçının) 02 oktyabr 2023-cü il tarixli 29 saylı məktubu layihənin inşaat qiymətinin aşağı salınmasına yönəlmişdir. Bu onu göstərir ki, iddiaçı öz maliyyə imkanlarını öncədən doğru qiymətləndirməmişdir. Məktubda qeyd olunan dəyişikliklər gələcəkdə inşa olunacaq zavodun öz funksiyalarını icra etməsinə çətinlik yarada bilərdi. Məsələn, həmin məktubda Sifarişçi (iddiaçı) layihədən bəzi binaları və qurğuları xaric etmək barədə fikir ifadə etmişdir. Bu təklifi irad və ya narazılıq kimi deyil, layihənin dəyişdirilməsi barədə müraciət kimi qiymətləndirmək lazımdır. Qeyd edək ki, hər bir bina və qurğu kommunikasiyalarla əlaqəlidir, onların yerləşməsi və funksional təyinatı layihələndirmədə nəzərə alınır. Binaların layihədən kommunikasiyaları dəyişmədən çıxarılması layihənin tam yenidən işlənilməsini tələb edir. 26.Bir halda ki, Sifarişçi (iddiaçı) birinci tomu (ТЭО 123.127-ТХ.ТЭО) Müqavilənin 4.3- cü bəndi ilə müəyyən edilmiş müddətlər ərzində qəbul etməkdən yayınmışdır və hər hansı əsaslandırılmış iradlar mövcud deyil, birinci mərhələ üzrə işlər tam qəbul olunmuş hesab olunmalıdır. İddiaçının Müqavilənin 4.3-cü bəndinə əsasən 5 təqvim günü ərzində əldə edilmiş layihə sənədlərini yoxlayaraq irad bildirmək və ya təhvil-təslim aktını imzalamaq vəzifəsi vardır. Təhvil-təslim aktını imzalamaqdan əsaslandırılmış imtina olunduqda tərəflər protokol tərtib edirlər. Həmin protokolda tamamlama işləri və onların icra müddəti göstərilməlidir. Beləliklə, iddiaçının təhvil-təslim aktı imzalamaq və ya əsaslandırılmış imtina etmək kimi vəzifəsi var. Bununla yanaşı iddiaçı AR Mülki Məcəlləsinin 770-ci maddəsinə əsasən görülmüş işi qəbul etmiş hesab olunur. Bu səbəbdən də birinci tomun (ТİƏ 123.127-ТХ.ТİƏ) Müqaviləyə uyğunsuzluğu barədə iddiaçının dəlilləri əsassızdır.
4. 04.06.2024-cü il tarixində cavabdehin nümayəndəsi etiraza əlavə ilə məhkəməyə müraciət edərək, Kommersiya mübahisəsinin mübahisə olunmayan halıdır ki, cavabdeh Müqavilə öhdəliklərini icra edərək 123.127-ТХ.ТЭО TOM1 adlı sənədi rus və ingilis dillərində iddiaçıya təqdim etmiş, iddiaçı isə Müqavilənin 3.3-cü bəndində şərtləndirilmiş ödənişləri lazımi qaydada etməmişdir. Müqavilənin 3.3-cü bəndinə görə sifarişçi (iddiaçı) müəyyən edilmiş ödəniş qrafikini pozduqda icraçının (cavabdehin) işlərin icrasını tam və ya qismən dayandırmaq hüququ var. Elektron kabinet vasitəsilə Məhkəməyə təqdim edilmiş 21 avqust 2023-cü il tarixli 23 saylı məktubla iddiaçı Müqavilənin birinci mərhələsi üzrə işlərin tam icra olunduğunu təsdiq etmişdir. Həmin məktubda qeyd olunmuşdur ki, İcraçı tərəfindən birinci mərhələ üzrə bütün işlər spesifikasiyaya uyğun yerinə yetirilmişdir. İddia tələbində cavabdehin işləri podrat müqaviləsində göstərilmiş qaydada və keyfiyyətdə icra edilməməsini təsdiq edən sübutlar əlavə edilməmiş, iddia tələbi formal mülahizələrdən və ümumi sözlərdən ibarətdir. İddia ərizəsində iddiaçının hansı mənfəətdən məhrum olması və bunda cavabdehin təqsirinin nədən ibarət olması açıqlanmamış və buna dair mötəbər sübutlar təqdim edilməmişdir. Eləcə də borc faizləri ilə bağlı “9800 ABŞ dolları” pul vəsaitini, “60300 min ABŞ dolları” mütəxəssislərin (ekspertlərin) cəlb edilməsi ilə bağlı zərərin cavabdehə nə aidiyyətinin olması əsaslandırılmamış və bunlara dair sübutlar təqdim olunmamış, həmin xərclərin (hətta çəkildiyi halda belə) cavabdehin təqsirli hərəkətləri ucbatından baş verdiyi göstərilməmişdir.
5. Cavabdeh şirkəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “123.127-TX.TEO” adlı texniki-iqtisadi əsaslandırma sənədinin və onun ayrı-ayrı hissələrinin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması və təqdim edilməsi qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə qadağan edilməsi, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh MMC-nin xeyrinə İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən 55.000 (əlli beş min) manat məbləğində kompensasiyanın tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Cavabdeh şirkətinin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin icraatında e-2-2(113)-3125/2024 saylı kommersiya mübahisəsi var. İlkin iddia tələbi üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (sonrakı mətndə İddiaçı) Çexiya Respublikasında qeydiyyatda olan Cavabdeh MMC-yə qarşı podrat müqaviləsi üzrə ödənişin geri qaytarılması, itirilmiş mənfəətin, cərimə sanksiyalarının и və digər məbləğlərin cavabdehdən tutulması barədə tələblər mövcuddur. Həmin iddia tələblərinə qarşı tərəfimizdən etiraz verilmişdir. e-2-2(113)-3125/2024 saylı işin materiallarına İddiaçı-ın nümayəndəsi tərəfindən AZEMİS vasitəsilə “X4 Private Limited” şirkətinin 24 senatyabr 2023-cü il tarixli məktubu əlavə edilmişdir. Məktubdan belə görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC-nin layihə sənədləri Hindistanda qeydiyyatda olan “X4 Private Limited” şirkətinə öyrənilməsi və qiymətləndirilməsi üçün təqdim edilmişdir. İşin materiallarına İddiaçı-nı nümayəndəsi tərəfindən AZEMİS vasitəsilə “X8 Co., LTD şirkətinin 22 oktyabr 2023-cü il tarixli məktubu əlavə edilmişdir. Məktubdan belə görünür ki, Azpal tərəfindən Cavabdeh MMC-nin layihə sənədləri Çində qeydiyyatda olan “X8 Co., LTD” şirkətinə öyrənilməsi və qiymətləndirilməsi üçün təqdim edilmişdir. Layihə sənədlərinin hazırlanmasında MMC-nin sayı 50 nəfərdən çox olan mütəxəssislər ştatı çalışır. Layihənin tərtibatı prosesində şirkətimiz tərəfindən öz nau-haularını, intelektual potensialını və çoxillik təcrübəyə söykənən məhsullarını ortaya qoyur. Bu texnologiyalar və həllər şirkətə bir tərəfdən mühəndislik sahəsində yüksək keyfiyyətli və innovativ xidmətləri təqdim etmək gücü verir, eyni zamanda da ona bu sahədə rəqabətdavamlı üstünlüklər qazandırır. Yuxarıda adları qeyd edilər Hindistan və Çində qeydiyyatda olmaqla sənaye metallurgiyasında və metalurgiya sahəsində istifadə olunan avadanlıqların istehsalına dair həllərin təqdim edilməsi ilə məşgül olduğu ehtimal olunan və injinirinq xidmətləri bazasında şirkətimizin rəqibi ola biləcək şəxslərdir. 13 yanvar 2023-cü il tarixli, 130123 nömrəli müqaviləyə əsasən İddiaçıın Azərbaycan Respublikası hüdudlarından kənarda layihə sənədlərindən istifadə etmək və zavod tikintisindən başqa layihə sənədlərindən istifadə etmək hüququ yoxdur. Layihə sənədlərinin başqasına ötürülməsi "X6" MMC şirkətinə zərər dəyməsinə səbəb olmuşdur. Layihədə olan bütün əqli mülkiyyəti rəqibə açıqlamaqla cavabdeh bizə əhəmiyyətli zərər vurmuşdur. Layihə sənədləri istehsal texnologiyaları, təsvirlər, texniki diaqramlar və hesablamaları ehtiva edir. Bu əqli mülkiyyət obyektlərinin verilməsi "X6" MMC-nin hüquqlarını pozmuşdur. Bu, haqsız rəqabət aktıdır. "xxxx"ın hərəkətləri "X6" MMC-nin rəqabət üstünlüklərinin sarsılmasına səbəb olmuşdur. " Azpal " məxfi və strateji əhəmiyyətli məlumatları bizim rəqibimizə açıqlamaqla şirkətimizə böyük iqtisadi ziyan vurmuşlar. Yuxarıda adları qeyd edilər Hindistan və Çin şirkətləri ekspert təşkilatları deyil, ona görə də Azpal-ın "X6" MMC-yə məxsus intellektual əmlakı rəqibə ötürmək üçün heç bir hüquqi əsası olmamışdır.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-8247/2024 saylı qərardadı ilə iddiaçı X6 şirtətinin İddiaçı QSC-yə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair e-2-2(113)-8247/2024 saylı iş, İddiaçı QSC-nin cavabdeh X6 S.R.O qarşı “borcun ödənilməsi” tələbinə dair e-2-2(113)-3125/2024 saylı işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır.
8. 07.02.2025-ci il tarixində ilkin iddia üzrə cavabdehin nümayəndəsi etiraza əlavə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Müqavilənin 4.1-ci bəndində göstərilən “İcraçı bütün zəruri ilkin məlumatları Sifarişçidən aldıqdan sonra işlərin görülməsinə başlayır” şərtinə dair aşağıdakı məlumatları diqqətə çatdırır: 1. İşlərin görülməsinə başlanılmazdan öncə cavabdeh müəssisənin rəhbəri və işçiləri planlaşdırılmış zavodun inşa ediləcəyi ərazidə (Sumqayıt Kimya Sənaye Parkının müvafiq ərazisində) baxış keçirmiş və ərazinin cizgisini əldə etmişlər. Bu işin mübahisə olunmayan halıdır. 2. Əlavə olaraq xx.xx.2023-cü il tarixli elekron poçt məktubu ilə iddiaçının işçisi Zuev Oleg (Elektron ünvan 1) tərəfindən cavabdehin rəhbəri Pavel Minqazova (Elektron ünvan 2) müraciət edərək “Sumqayıt Kimya Sənaye Parkının ərazisində 94 ha” başlıqlı ərazinin cizgisini pdf formatda göndərmişdir. Məhkəməyə təqdim edilmiş TİƏ-nin 20-ci səhifəsindəki 9-cu bənddə qeyd edilir ki, “9. Sahənin əsas kommunikasiya xətlərinə qoşulma şərtləri. Əraziya iki müstəqil elektrik enerjisi xətti çəkiləcək (35 кВ). Zavodun su təchizatının mənbələri bunlardır: – Sumqayıt Kimya Sənaye Parkının (SKSP) şəbəkələri, məişət və yanğınsöndürmə su ehtiyaclarını təmin edən; – İstehsalat ehtiyacları üçün su təminatını təmin edən idarələrarası texniki su boru kəməri Zavod tullantı sularının axıdılması nəzərdə tutulur: – Məişət tullantı sularının SKSP kanalizasiya şəbəkəsinə axıdılması; – Təmizlənmiş artıq istehsalat-yağış sularının SKSP kanalizasiya şəbəkəsinə axıdılması.”. Məhkəməyə təqdim edilmiş TİƏ-nin 21-ci səhifəsindəki 1.2-ci bənddə qeyd edilir ki, “12 000 ton/il istehsal gücünə malik silisium tərkibli ferroərintilər istehsalı zavodu yeni layihələndirilən müəssisədir. Bu müəssisənin Sumqayıt Kimya Sənaye Parkının ərazisində yerləşdirilməsi planlaşdırılır. Sumqayıt Kimya Sənaye Parkı (SKSP) Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 dekabr 2011-ci il tarixli 548 saylı Fərmanı ilə yaradılmışdır. SKSP Bakı şəhərindən 32,5 km məsafədə yerləşir və 583,5 hektar ərazini əhatə edir. SKSP ərazisində aşağıdakı infrastruktur obyektləri nəzərdə tutulmuşdur: Müəssisələrin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi üçün 110/35/6 kV və 110/6 kV gücündə iki yarımstansiya, 5 paylayıcı məntəqə və 22 transformator məntəqəsi fəaliyyət göstərir. Ümumi güc 140 MVt təşkil edir. Təbii qaz təhlükəsizlik normalarına və müvafiq standartlara uyğun şəkildə müəssisələrin ehtiyaclarını qarşılayır. Həcmi 10 000 m³/saat.”. Məhkəməyə təqdim edilmiş TİƏ-nin 77-ci səhifəsindəki 6.3-cü bənddə qeyd edilir ki, “Sumqayıt Kimya Sənaye Parkının (SKSP) şəbəkələrinə təbii qazın qoşulma nöqtəsində təzyiqin 0,3 MPa olduğu ilkin qəbul edilmişdir. Layihə sənədlərinin hazırlanmasının növbəti mərhələlərində, sifarişçinin qaz şəbəkəsinə qoşulmaq üçün texniki şərtləri əldə etməsindən sonra, istehlakçıların təbii qazla təminat sxemi dəqiqləşdiriləcəkdir.”. Daha əvvəllər də Məhkəməyə təqdim edilmiş sübutlardan görünürmüşdür ki, iddiaçı müvafiq məktublarımıza cavab verməmiş, SKSP-nın kommunikasiya şəbəkələrinə qoşulmaq üçün zəruri olan təsdiq edilmiş texniki şərtləri təqdim etməmişdir. Buna baxmayaraq sözü gedən infrastrukturun mövcudluğu TİƏ sənədində nəzərə alınmışdır və cavabdehin həmin infrastrukturun nəzərə alınmaması, guya zavodun “səhra”da inşa ediləcəyi təsəvvürünün yaranması ilə bağlı gətirdiyi dəlillər əsassızdır.
9. İlkin iddia üzrə iddiaçının nümayəndəsi qarşılıqlı iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, iddiaçı Cavabdeh MMC cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 123.127-TX.TEO adlı texniki-iqtisadi əsaslandırma sənədinin və onun ayrı-ayrı hissələrinin Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması və təqdim edilməsinin cavabdeh İddiaçı QSC-yə qadağan edilməsi, iddiaçı Cavabdeh MMC-nin xeyrinə cavabdeh İddiaçı QSC-dən 55000 (əlli beş min) manat məbləğində kompensasiyanın tutulması haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi aşağıda qeyd olunan səbəblərə görə əsassızdır və təmin edilməməlidir: 1) Ərizədə qeyd olunmuşdur ki, “Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)- 3125/2024 saylı işin materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli məktubdan və xx.xx.2023- cü il tarixli məktubdan görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC-nin layihə sənədləri Hindistanda qeydiyyatda olan “VAİBH X3 Limited” şirkətinə və Çində qeydiyyatda olan “X8 Co.LTD” şirkətinə öyrənilməsi və qiymətləndirilməsi üçün təqdim edilmişdir. Bununla da cavabdeh İddiaçı QSC Cavabdeh MMC-nin kommersiya sirrini qarşı tərəfə açıqlamışdır.” “X8 Co.LTD” şirkətinin xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Cavabdeh MMC tərəfindən təqdim olunan 123.127-TP.FS nömrəli izahlı qeyd təfsilatı ilə araşdırılmışdır və aşağıdakı nəticəyə gəlinmişdir. Hazırki texnologiya dünya istehsal təcrübəsinə cavab vermir. Texnologiya istehsal olunmuş məhsulların maya dəyərində artıma səbəb olacaq vahidə və aqreqatlarla təchiz olunub. İstehsal sexləri və köməkçi avadanlıqlar xaotik şəkildə ərazidə yerləşir. Bu qərarların əsası hər hansı şəkildə əsaslandırılmayıb. Nəzərinizə çatdırırıq ki, təklif olunan sxemin həyata keçirilməsi layihə və inşaat və yığma işlərinin xərclərində əhəmiyyətli artıma səbəb olacaq.” “VAİBH X3 Limited” şirkətinin xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, Cavabdeh LLC tərəfindən təqdim edilmiş 123.127-TP.FS nömrəli izahat və texniki təsnifata əsasən, təklif edilən variantda layihənin icrası böyük problemlərlə üzləşmişdir. Soba binasının hündürlüyü Ferrosilikon zavoduna uyğun deyildir. Həmçinin ərazi və avadanlıqdan səmərəsiz istifadə mənfəət itkisinə yol açacaq və istehsal dəyərini artıracaqdır. Fikrimizcə, soba 75% silisium tərkibində SiC qabığının dağılması, həll olması və əriməsini təmin edə bilərək yavaş fırlanma sisteminə malik olmalıdır. Alternativ olaraq, onların tərkibində fırlanma olmadan 68-70% silikon ola bilər və fırlanma olmadan hələ də konsistensiyanı təmin etmək mümkün deyildir. Ferrosilikon üçün biz fırlanma (rotasiya) sistemi və 3 adi fazalı transformatorlu 12MVA sobanı məsləhət görürük. Soba binasının hündürlüyü ən azı 21 metr və bunker sayı 10 olacaqdır.” Cavabdeh İddiaçı QSC “X8 Co.LTD” şirkətinə sxemlər və avadanlıqların parametrləri təqdim olunmuşdur. Tərəflər arasında bağlanmış xx.xx.2023cü il tarixli, 130123 nömrəli Müqavilənin 8.4-cü bəndinə əsasən, “Razılığa gələn tərəflər bu Müqavilənin və bütün əlaqəli məlumat və məlumatların kommersiya sirri olduğunu bildirir və tərəflər onu açıqlamamağı öhdələrinə götürürlər.” Bildiririk ki, müqavilənin qeyd olunan bəndində konkret olaraq layihə sənədlərinin kommersiya sirri olduğu müəyyən edilməmişdir. Müqavilə və onunla əlaqəli məlumatlar kommersiya sirri hesab edilir. Əlaqəli sənədlərin anlayışı müqavilədə yoxdur. Layihə müqavilənin icrası ilə bağlı sənəddir. Layihə kommersiya sirri hesab edilə bilməz, çünki tərəflərin niyyəti ondan ibarət olmuşdur ki, Sifarişçi əldə edəcəyi layihəyə əsasən istehsal sahəsini quracaq. İstehsal sahəsinin qurulması üçün təbii ki, inşaat, quraşdırma, avadanlıqların tədarükü işləri görülməlidir və onların görülməsi layihənin öyrənilməsi vasitəsilə həyata keçirilir. Cavabdeh İddiaçı QSC iddiaçı tərəfindən təqdim edilmiş layihənin sxemini “X4 PVT.LDT” şirkətinə və “X8 Co.LTD” şirkətinə təqdim edərək, avadanlıqların tədarükü və quraşdırlması üçün qiymət təkliflərini istəmişdir. Sözügedən şirkətlər də sxemlə tanış olduqda onun qeyri peşəkar, müasir texnologiyaya uyğun olmayan şəkildə tərtib edildiyini, iqtisadi baxımdan səmərəsiz olduğunu müəyyən etmişdilər və həmin sxemə əsasən istehsalın qurulmasını tövsiyə etməmişdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci (Sübut etmə vəzifəsi) maddəsinə əsasən, “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.” İddiaçı Cavabdeh MMC 123.127-TX.TEO adlı texniki-iqtisadi əsaslandırma sənədinin bütövlükdə cavabdeh İddiaçı QSC tərəfindən “X4 PVT.LDT” şirkəti və “X8 Co.LTD” şirkətinə göndərilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. 2) Ərizədə qeyd olunmuşdur ki, “Layihə sənədlərinin başqasına ötürülməsi Cavabdeh MMC şirkətinə zərər dəyməsinə səbəb olmuşdur. Layihədə olan bütün əqli mülkiyyəti rəqibə açıqlamaqla cavabdeh bizə əhəmiyyətli zərər vurmuşdur. Bu əqli mülkiyyət obyektlərinin verilməsi Cavabdeh MMC-nin hüquqlarına pozmuşdur. Bu haqsız rəqabət aktıdır. İddiaçı ın hərəkətləri Cavabdeh MMC-nin rəqabət üstünlüklərinin sarsılmasına səbəb olmuşdur. Azpal məxfi və strateji əhəmiyyətli məlumatları bizim rəqibimizə açıqlamaqla şirkətimizə böyük iqtisadi ziyan vurmuşdur. Lakin, zərərin nədən ibarət olduğu və hansı şəkildə iddiaçıya vurulduğu heç bir formada əsaslandırılmamışdır. Tərəflər arasında bağlanmış müqavilənin 8.6-cı bəndinə əsasən, “Müqavilələr və işlənmiş layihə sənədlərinə əqli mülkiyyət hüquqları Sifarişçiyə görülən işlərin tam qiyməti tam ödənildiyi andan keçir.” Müqavilənin 3.1-ci bəndinə əsasən xidmətə görə sifarişçi ödənişi mərhəhəli şəkildə həyata keçirir. Tərəflər arasında təsdiq olunmuş xx.xx.2023-cü il tarixli 1№-li əlavə TİƏ-nin hazırlanmasında dair Spesifikasiyada 1-ci mərhələ üzrə xidmətlərin yerinə yetirilmə müddəti müqavilə imzalandığı, ilkin ödəniş və ilkin məlumatlar alındığı andan etibarən 105 təqvim günü müəyyən olunmuşdur. Texniki-iqtisadi əsaslandırmanın İ mərhələsi üzrə xidmətlərin yerinə yetirilmə müddəti xx.xx.2023-cü il tarixdə bitirdi, iddiaçı layihə sənədlərini xx.xx.2023-cü il tarixdə cavabdehə təqdim etmişdir. Cavabdeh İddiaçı QSC tərəfindən iddiaçıya xidmətlərin yerinə yetirilməsinə dair ilkin ödəniş xx.xx.2023-cü il tarixdə, sonuncu ödəniş isə xx.xx.2023-cü il tarixdə edilmişdir. Yəni, cavabdeh İddiaçı QSC tərəfindən iddiaçıya edilən ödəniş texniki-iqtisadi əsaslandırmanın İ mərhələsini əhatə edir. Belə olan halda layihə sənədlərinə olan mülkiyyət hüququ İddiaçı QSC-yə keçir.
II. Tərəflərin mövqeləri:
10. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının/qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi ilkin iddianın məzmununa uyğun çıxış edərək ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddia ərizəsinin rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında təhvil-təslim aktları yoxdur. Hesab edir ki, iddiaçı xidməti qəbul etməməkdə haqlı olmuşdur. 164.000 dolları və zərəri tələb etməkdə iddiaçı haqlıdır. Qarşılıqlı iddiada isə, sənədlərin heç bir hissəsində sənədlərin kommersiya sirri olması qeyd edilməmişdir. Kommersiya sirri haqqında qanuna əsasən, sənədlər kommersiya sirri olduqda sənəddə qeydlər aparılmalı idi. Həm inşaat işinin aparılması, həm də layihınin aparılması üçün sənədlər podratçı şirkətə təqdim edilməlidir. Beləliklə layihə təkliflərin verilməsi üçün təqdim edilmişdir. Heç bir hissədə kommersiya sirrinin yayılmasından söhbət gedə bilməz. Qarşılıqlı iddia ərizəsinə etiraz edirlər. Həmçinin bildirir ki, xidmət məktubla qəbul edilmir. Məktubda sadəcə layihənin alınması qeyd edilir. Aşkar edilən qüsurlara dair qarşı tərəf protokol təqdim etmişdir və vədlər verir ki, düzəlişlər ediləcək. Düzəlişlərin ediləcək olması layihənin qüsurlu olmasıdır.
11. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdehin/qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi ilkin iddia ərizəsinə etiraz etdiyini və qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun çıxış edərək ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, 23 saylı məktuba əsasən iddiaçı tərəf ilkin mərhələ üzrə görülmüş demək olar kı bütün işləri, ikinci mərhələ üzrə az bir işin qəbul edilməsi üzrə məktub imzalayıb cavabdeh şirkətə göndərmişdir. Bu o deməkdir ki, işlərin icra edilməsi baş verilmişdir. 1,2,3,4,5-ci hissədə işlər icra edilmişdir. Sadəcə bir hissədə iş 50% icra edilmişdir. Mütəxəssis rəyində göstərilən faiz dərəcələri ilə razılaşırlar. Mütəxəssis rəyləri həqiqətən obyektivdir. Həmin layihə əsasında tərəfin istədiyi qədər vəsait əldə etməməsinə dair müqavilə öhdəliklərində qeyd yoxdur. Bu nisbi məsələdir. Əgər daha qlobal, səmərəli layihə lazım idisə müqavilədə tələblər fərqli olmalı idi. Bəlkə cavabdeh heç müqaviləni qəbul etməyəceydi və müqaviləyə dəyişikliklər ediləceydi. Hesab edir ki, müqavilə üzrə götürülən öhdəliklər icra edilib, təhvil verilmişdir. Sonradan iddiaçı layihədən əlini üzdüyündən bu formada iddia qaldırmışdır. Bu səbəblə ilkin iddia rədd edilməlidir. Qarşılıqlı iddia məsələsinə gəldikdə isə, qarşılıqlı iddianı müdafiə edir. Cavabdehə sonradan aydın oldu ki, layihə rəqib şirkətlərə göndərilmişdir. Bu məlumatın yayılmaması müqavilə üzrə razılaşdırılmışdır. Xahiş edir ki, qarşılıqlı iddia təmin edilsin və göstərdikləri məbləğdə olan delikt, yəni zərər təmin edilsin. Məlumatlarının yayılmasını və rəqiblərin əlinə keçməsini onlar zərər olaraq qəbul edir və 55.000 manat tələb edirlər.
12. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir.
13. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə müstəqil tələb irəli sürməyən 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
14. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a)Məhkəmənin beynəlxalq səlahiyyəti və tətbiq olunacaq hüquq ilə bağlı
15. Hazırkı iş üzrə iddiaçı Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş “Azpal QSC, cavabdeh isə Çexiyə Respublikasında qeydiyyatdan keçmiş Cavabdeh şirkətidir. Və mübahisə tərəflər arasında bağlanmış podrat müqaviləsindən irəli gəlir.
16. Məhkəmə, əvvəla, hazırkı mübahisəyə baxmaqda səlahiyyətli olub-olmamasının müəyyən edilməsi və mübahisənin həllində tətbiq ediləcək maddi hüquq normalarının seçilməsini zəruri hesab edir.
17. Mülki Prosessual Məcəllənin 439.1-ci maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır.
18. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli 16/2023 nömrəli Qərarının 2.4-2.5-ci bəndlərinə əsasən, əgər xarici elementli kommersiya mübahisəsinə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən baxılmasını istisna edən, bu Qərarın 2.2-ci bəndində göstərilən hallardan hər hansı biri mövcud deyilsə, MPM-in məhkəmələrin beynəlxalq səlahiyyətinin ümumi şərtlərinin təsbit olunduğu 440.1-ci maddəsinin tələbləri əsas götürülməlidir. ... Həmin ümumi şərtlərlə yanaşı, MPM-in 443-cü maddəsi aşağıdakı xüsusi hallarda xarici elementli kommersiya mübahisəsi üzrə Azərbaycan Respublikası məhkəmələrinin beynəlxalq səlahiyyətini müəyyən edir: ... xarici şəxslərin idarəçilik orqanı, filialı və ya nümayəndəliyinin Azərbaycan Respublikasının ərazisində olması; ... iddianın icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəlməsi.
19. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericilikdə məhkəmənin beynəlxalq səlahiyyəti ilə bağlı ümumi norma və xüsusi normalar əks olunmuşdur. Hazırkı mübahisəyə baxmağa məhkəmənin beynəlxalq səlahiyyəti xüsusi norma olan Mülki Prosessual Məcəllənin 443.0.2 və 443.0.7-ci maddələrindən irəli gəlir. Belə ki, həmin maddələrə əsasən, Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin idarəçilik orqanı, filialı və ya nümayəndəliyi Azərbaycan Respublikasının ərazisində olduqda, iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə işlərə baxmağa haqlıdır.
20. Digər tərəfdən, “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikasının Qanunun 1.2-ci maddəsinə əsasən xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir.
21. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 dekabr 2023-cü il tarixli 16/2023 nömrəli Qərarının 5.10-cu bəndinə əsasən, tərəflər arasında konkret mübahisəyə xarici hüququn tətbiqinə dair müqavilənin və ya müqavilə şərtinin mövcudluğuna baxmayaraq, tərəflərdən biri mübahisəyə Azərbaycan Respublikası qanununun tətbiqini məhkəmədən xahiş edirsə və qarşı tərəfin etirazı yoxdursa, həmin hal nəzərə alınaraq mübahisəyə Azərbaycan Respublikasının maddi hüquq normaları tətbiq edilməlidir.
22. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 130123 saylı xidmətlərin göstərilməsinə dair müqavilənin 6-ci bəndinə əsasən hazırkı müqavilənin şərtlərinin icrası zamanı yaranan mübahisələri, fikir ayrılıqlarını və ya iddiaları tərəflər danışıqlıqlar yolu ilə həll etməyə çalışacaqlar. Danışıqlıqların istənilən nəticəsini tərəflər protokolla rəsmiləşdirirlər. Tərəflər tərəfindən imzalanmış protokollar hazırkı Müqavilənin ayrılmaz hissəsidir. Tərəflər Müqavilədən irəli gələn və ya hazırkı Müqavilə ilə bağlı, yaxud onun pozulması, xitam verilməsi və ya etibarsız olması ilə əlaqədar yaranan mübahisələri, fikir ayrılıqlarını və ya iddiaları həll edə bilmədikdə işlər baxılması üçn Azərbaycan Respublikasının müvafiq məhkəmələrinə göndərilir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası hüququdur.
23. Odur ki, məhkəmə hazırkı işə baxmağa səlahiyyətlidir və mübahisə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilməklə həll olunmalıdır.
b) Podrat müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı
24. İddiaçı QSC ilə Cavabdeh arasında 13 yanvar 2023-cü il tarixli 130123 nömrəli müqavilə bağlanmışdır.
25. Həmin müqavilənin:
26. 1-ci bəndinə əsasən hazırki müqavilənin predmenti hazırki müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 Saylı Əlavəyə əsasən həcmdə, qaydada və qiymətə “İldə 12 000 ton silisiumlu ferroərinti məhsuldarlığı olan ferroərinti sexinin tikintisi” layihəsinin Texniki-iqtisadi əsaslandırmasının (TİƏ) işlənib hazırlanması üzrə mühəndis xidmətlərinin göstərilməsini, sifarişçi isə xidmətləri hazırkı müqavilənin şərtlərinə uyğun qəbul etməyi və ödəməyi öhdəsinə götürür.
27. 1.3-cü bəndinə əsasən Mühəndislik xidmətləri Sifarişçi tərəfindən təqdim edilən ilkin zəruri məlumatlar əsasında həyata keçirilir.
28. 1.4-cü bəndinə əsasən Xidmətlərin yerinə yetirilməsi şərtləri haqırkı Müqaviləyə 1 saylı Əlavədə göstərilimir.
29. 3.1-ci bəndində xidmətlərin ümumi dəyəri ƏDV-siz 225.000 ABŞ dolları ABŞ dolları müəyyən olunmuşdur.
30. Müqavilənin 3.3-cü bəndinə əsasən Sifarişçi ödənişi mərhələli şəkildə aşağıdakı qaydada həyata keçirir: - 57 200,00 ABŞ dolları – ilkin ödəniş Sifarişçi tərəfindən Müqavilə imzalandığı gündən etibarən 5 bank günü ərzində həyata keçirilir; - 24 300,00 ABŞ dolları ilkin ödəniş Sifarişçi tərəfindən xx.xx.2023-cü il tarixədək ödənilir; - 86 800,00 ABŞ dolları ilkin ödəniş Sifarişçi tərəfindən xx.xx.2023-cü il tarixədək ödənilir; - 48 600,00 ABŞ dolları ilkin ödəniş Sifarişçi tərəfindən xx.xx.2023-cü il tarixədək ödənilir; - 8 100,00 ABŞ dolları – yekun ödəniş Sifarişçi tərəfindən Tərəflər Yerinə yetirilmiş xidmətlərin təhvil-təslim aktını imzaladıqdan sonra 60 təqvim günü ərzində həyata keçirilir.
31. 4.1-ci bəndinə əsasən xidmətlərin yerinə yetirilməsinə başlamazdan əvvəl İcraçı Sifarişçidən ilkin zəruri məlumatları tələb etməlidir. İcraçı Sifarişçidən bütün lazimi məlumatları aldıqdan sonra Xidmətləri yerinə yetirməyə başlayır.
32. 4.2-ci bəndinə əsasən xidmətlər yerinə yetirildikdə, İcraşı layihə sənədlərini baxılması və razılaşdırılması üçün elektron poçtla Sifarişçiyə göndərir.
33. 4.3-cü bəndinə əsasən Sifarişçi tərəfindən layihə sənədlərinin alınmasından sonra 5 təqvim günü ərzində Sifarişçi qəbul edilmiş sənədləri yoxlayır və layihə sənədlərinin həcmi və/ və ya keyfiyyəti ilə bağlı iddialar olmadığı təqdirdə, yerinə yetirilən xidmətlərin təhviltəslim aktını imzayır. Yerinə yetirilən xidmətlərin təhvil-təslim aktını imzalamaqdan əsaslandırılmış şəkildə imtina edildikdə, tərəflər zəruri tamamalama işlərinin siyahısını və onların həyata keçirilməsi üçün müddətləri göstərməklə protokol tərtib edirlər. İradların aradan qaldırılmasına cavabdeh olan tərəf iradları öz qüvvəsi ilə və öz hesabına aradan qaldırır.
34. 8.4-cü bəndinə əsasən Razılığa gələn tərəflər hazırkı müqavilənin və ona aid olan bütün informasiya və məlumatların kommersiya sirri hesab edildiyini bildirir və onu açıqlamamağı öhdələrinə götürürlər.
35. 8.5-ci bəndinə əsasən İcraçı Sifarişçi qarşısında məsuliyyətini saxlamaqla, Müqavilənin icrasına üçüncü şəxsləri cəlb etmək hüququnu özündə saxlayır. Sifarişçi Xidmətlərin yerinə yetirilməsi prosesinə nəzarət etmək hüququnu özündə saxlayır.
36. Qeyd olunan Müqaviləyə 1 saylı Əlavə (Spesifikasiyaya) əsasən yerinə yetirilməli işlər aşağıdakı kimi müəyyən edilmişdir:
37. İ mərhələ: Ümumi texniki həllərin (ÜTH) işlənib hazırlanması: - sexin texnoloji iş sxeminin işlənib hazırlanması; - Sexin əsas və koməkçi avadanlığının tələb olunan parametrlərinin müəyyən edilməsi üçün zəruri texnoloji hesablamaların aparılması (ərimə prosesinin maddi balansı, sobanın parametrlərinin hesablanması və s.). Sexin avadanlığının spesifikasiyasının işlənib hazırlanması; - baş planın və əsaslı tikinti həcmlərinin müəyyən edilməsi ilə avadanlığın yerləşməsinin bir neçə variantı üzrə (ən azı iki) üzrə layihələndirilən sexin kəsiklərinin işlənib hazırlanması; - sexin enerji istehlakının planlaşdırılması; - sifarişçi ilə razılaşdırmaq üçün aralıq hesabatın təqdim edilməsi.
38. İİ mərhələ : Sexin tikintisinin müxtəlif variantlarının iqtisadi cəhətdən qiymətləndirməsinin aparılması: - avadanlığın mümkün təchizatçılarının müəyyən edilməsi və dəyərinin qiymətləndirilməsi (Sifarişçi ilə birlikdə); - sexin tikintisinə əsaslı xərclərin hesablanması (CAPEX); - personalın zəruri ştatınn və əmək haqqı fondunun hesablanması; - əməliyyat xərclərinin səviyyəsinin hesablanması (OPEX); - həllərin iqtisadi səmərəliyinin hesablanması (bir neçə variant üzrə, ikidən az olmamaqla)– NPV, İPR, PBP; - layihənin gələcəkdə həyata keçirilməsi üçün əsas variantın Sifarişçi tərəfindən təsdiq edilməklə əsaslandırılmış seçimi.
39. İddiaçı QSC-nin Cavabdeh şirkətinə ünvanladığı 23 saylı xx.xx.2023-cü il tarixli “TİƏ-nin yerinə yetirilməsi üzrə müqavilənin icrası çərçivəsində işlərin yerinə yetirilməsinin cari vəziyyəti” adlı məktubdan görünür ki, İ-ci mərhələ üzrə 1-Sexin işinin texnoloji sxeminin işlənib hazırlanması - yerinə yetirilib, 2-Sexin əsas və köməkli avadanlığının tələb olunan parametrlərinin müəyyən edilməsi üçün zəruri texnoloji hesablamaların aparılması (əritmə prosesinin material balansı, sobanın parametrlərinin hesablanması v ə s. - yerinə yetirilib, 3-əsaslı tikinti həcmləri müəyyən olunmaqla avadanlığın yerləşməsinin bir neçə variantı üzrə (ikidən az olmamaqla) layihələndirilən sexin baş planının və kəsimlərinin işlənib hazırlanması – yerinə yetirilib, 4-Sexin enerji istehlakının planlaşdırılması- yerinə yetirilib. İİ-ci mərhələ üzrə “Lazımı işçi heyətinin və əmək haqqı fondunun səviyyəsinin hesablanması (işçi heyətinin ştatı üzrə ödənş fondu olmadan)- yerinə yetirilib.
40. Cavabdeh şirkətin ilkin iddia üzrə iddiaçıya təqdim etdiyi 123.127-TX.TİƏ X1 Bölmə adlı sənəddən görünür ki, İddiaçı QSC-nin “Silisiumlu ferroərintilərin illik istehsal gücü 12.000 ton olan ferroərinti sexinin tikintisi üzrə tikinti-texniki əsaslandırma hazırlanmışdır.
41. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə kompleks məhkəmə texnikitikinti və əmtəəşunaslıq ekspertizası təyin edilmiş. Ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Lakin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən xx.xx.2025-ci il tarixində məhkəmə texniki-tikinti ekspertizasının aparılmasından imtina edilməsi ilə bağlı məlumat məhkəməyə daxil olmuşdur.
42. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə 1) Cavabdeh tərəfindən hazırlanmış “İldə 12 000 ton silisiumlu ferroərinti məhsuldarlığı olan ferroərinti sexinin tikintisi” layihəsinin Texniki-iqtisadi əsaslandırması (123.127-TX.TİƏ) göstərilən məqsədlər üçün yararlı olub-olmaması (təyinatı üzrə istifadə edilə bilərmi) müəyyən edilməsi, 2) İddiaçı QSC-nin Cavabdeh şirkətinə ünvanladığı 23 saylı xx.xx.2023-cü il tarixli “TİƏ-nin yerinə yetirilməsi üzrə müqavilənin icrası çərçivəsində işlərin yerinə yetirilməsinin cari vəziyyəti” adlı məktubunda göstərilən 1-Sexin işinin texnoloji sxeminin işlənib hazırlanması, 2-Sexin əsas və köməkli avadanlığının tələb olunan parametrlərinin müəyyən edilməsi üçün zəruri texnoloji hesablamaların aparılması (əritmə prosesinin material balansı, sobanın parametrlərinin hesablanması v ə s., 3-əsaslı tikinti həcmləri müəyyən olunmaqla avadanlığın yerləşməsinin bir neçə variantı üzrə (ikidən az olmamaqla) layihələndirilən sexin baş planının və kəsimlərinin işlənib hazırlanması, 4-Sexin enerji istehlakının planlaşdırılması, 5- (İİ-ci mərhələ üzrə) “Lazımı işçi heyətinin və əmək haqqı fondunun səviyyəsinin hesablanması (işçi heyətinin ştatı üzrə ödəniş fondu olmadan) adlı işlər Müqaviləyə 1 saylı Əlavədə (Spesifikasiyada) göstərilən işlərin cəminə (işlərin təxmini ağırlıq dərəcəsi, görülmə müddəti və sair xüsusiyyətləri nəzərə alınmaqla) münasibətdə işlərin neçə faizini təşkil etməsinin, 3) İddiaçı QSC-nin Cavabdeh şirkətinə ünvanladığı 23 saylı xx.xx.2023-cü il tarixli “TİƏ-nin yerinə yetirilməsi üzrə müqavilənin icrası çərçivəsində işlərin yerinə yetirilməsinin cari vəziyyəti” adlı məktubunda göstərilən 1-Sexin işinin texnoloji sxeminin işlənib hazırlanması, 2-Sexin əsas və köməkli avadanlığının tələb olunan parametrlərinin müəyyən edilməsi üçün zəruri texnoloji hesablamaların aparılması (əritmə prosesinin material balansı, sobanın parametrlərinin hesablanması v ə s., 3-əsaslı tikinti həcmləri müəyyən olunmaqla avadanlığın yerləşməsinin bir neçə variantı üzrə (ikidən az olmamaqla) layihələndirilən sexin baş planının və kəsimlərinin işlənib hazırlanması, 4-Sexin enerji istehlakının planlaşdırılması, 5- (İİ-ci mərhələ üzrə) “Lazımı işçi heyətinin və əmək haqqı fondunun səviyyəsinin hesablanması (işçi heyətinin ştatı üzrə ödəniş fondu olmadan) adlı işlərin ümumi müqavilə qiymətini (225.000 ABŞ dolları olmasını) nəzərə alınmaqla dəyərləri (ayrı-ayrılıqda) nə qədər təşkil edə bilməsinin müəyyən edilməsi məqsədi ilə iş üzrə kompleks texniki-tikinti və əmtəəşunaslıq ekspertizası təyin edilmişdir. Və qoyulmuş suallara dair rəyin verilməsi "xxxx" MMC-yə həvalə edilsin.
43. "xxxx" MMC-nin CVN/İ 46-204/25 nömrəli, 25 iyun 2025-ci il tarixli mütəxəsis rəyinə əsasən 1-ci sual üzrə: aparılan araşdırmalar və təhlillərə uyğun olaraq Cavabdeh tərəfindən hazırlanmış "İldə 12 000 ton silisiumlu ferroərinti məhsuldarlığı olan ferroərinti sexinin tikintisi" layihəsinin Texniki-iqtisadi əsaslandırması (123.127-TX.TİƏ) göstərilən məqsədlər üçün yararlıdır, təyinatı üzrə istifadə oluna bilər. 2-ci sual üzrə: aparılan araşdırmalar və təhlillərə əsasən "xxxx" QSC-nin 'X6" S.R.O. şirkətinə ünvanladığı 23 saylı xx.xx.2023-cü il tarixli "TİƏ-nin yerinə yetirilməsi üzrə müqavilənin icrası çərçivəsində işlərin yerinə yetirilməsinin cari vəziyyəti" adlı məktubunda göstərilən: 1- Sexin işinin texniki sənədləşdirilməsinin işlənib hazırlanması, 2-Sexin əsas və köməkçi avadanlığının tələb olunan parametrlərinin müəyyən edilməsi üçün zəruri texniki hesablamaların aparılması (əritmə prosesinin material balansı, sobanın parametrlərinin hesablanması və s.), 3-Tikinti həcmləri müəyyən olunmaqla avadanlığın yerləşdirilməsinin bir neçə variant üzrə (ikidən az olmamaqla) layihələndirilən sexin baş planının və kəsiklərinin işlənib hazırlanması, 4-Sexin enerji istehlakmın planlaşdırılması, 5-(İİ-ci mərhələ üzrə) "Lazımı işçi heyətinin və əmək haqqı fondunun səviyyəsinin hesablanması (işçi heyətinin ştat üzrə ödəniş fondu olmadan)" adlı işlər Müqaviləyə 1 saylı Əlavədə (Spesifikasiyada) göstərilən işlərin cəminə (işlərin təxmini çəki dərəcəsi, görülmə müddəti və digər xüsusiyyətləri nəzərə alınmaqla) münaisbətdə işlərin 78%-ni (yetmiş səkkiz faizi) təşkil edir. 3-cü sual üzrə: qiymətləndirici mütəxəssis qarşısında qoyulmuş 3-cü suala uyğun olaraq müəyyən edilir ki, "xxxx" QSC-nin “X6" S.R.O. şirkətinə ünvanladığı 23 saylı xx.xx.2023-cü il tarixli "TİƏ-nin yerinə yetirilməsi üzrə müqavilənin icrası çərçivəsində işlərin yerinə yetirilməsinin cari vəziyyəti" adlı məktubunda göstərilən aşağıdakı işlərin ayrı-ayrılıqda qiymətləri 1-Sexin işinin texnoloji sxeminin işlənib hazırlanması 36.000 ABŞ dolları olmaqla, 2-Sexin əsas və köməkçi avadanlığının tələb olunan parametrlərinin müəyyən edilməsi üçün zəruri texnoloji hesablamaların aparılması (əritmə prosesinin material balansı, sobanın parametrlərinin hesablanması və s. 58.500 ABŞ dolları olmaqla, 3-əsaslı tikinti həcmləri müəyyən olunmaqla avadanlığın yerləşməsinin bir neçə variantı üzrə (ikidən az olmamaqla) layihələndirilən sexin baş planının və kəsimlərinin işlənib hazırlanması 54.000 ABŞ dolları olmaqla, 4-Sexin enerji istehlakının planlaşdırılması 24.750 ABŞ dolları olmaqla, 5- (İİ-ci mərhələ üzrə) "Lazımı işçi heyətinin və əmək haqqı fondunun səviyyəsinin hesablanması (işçi heyətinin ştatı üzrə ödəniş fondu olmadan) 2250,0 ABŞ dolları olmaqla qiymətləndirilir və onların cəmi qiyməti: 175,500.0 (bir yüz yetmiş beş min beş yüz) ABŞ dolları təşkil edir.
V. Tətbiq edilən hüquq
44. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
45. 385-ci maddəsinə əsasən Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
46. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
47. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.
48. 753.3-cü maddəsinə əsasən Əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir.
49. 756.1-ci maddəsinə əsasən Əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur.
50. 762.1-ci maddəsinə əsasən Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
51. 762.2-ci maddəsinə əsasən Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.
52. 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.
53. 770-ci maddəsinə əsasən Əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.
54. 773-cü maddəsinə əsasən Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir.
55. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
56. Məhkəmə tərəflərin nümayəndələrinin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, ilkin və qarşılıqlı iddia ərizələri rədd edilməlidir.
57. İlkin iddia ərizəsi üzrə əsaslandırma:
58. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən icraçı “İldə 12 000 ton silisiumlu ferroərinti məhsuldarlığı olan ferroərinti sexinin tikintisi” layihəsinin Texniki-iqtisadi əsaslandırmasının (TİƏ) işlənib hazırlanması üzrə mühəndis xidmətlərinin göstərilməsini, sifarişçi isə xidmətləri hazırkı müqavilənin şərtlərinə uyğun qəbul etməyi və ödəməyi öhdəsinə götürür. İşin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər arasında ümumi dəyəri 225.000 ABŞ dolları olmaqla podrat müqaviləsi bağlanmış, sifarişçi tərəfindən (müqavilədə nəzərdə tutulan ödəniş qrafikləri pozulmaqla olsa da) cəmi 164.000 ABŞ dolları məbləğində pul vəsaiti icraçıya (cavabdehə) ödənilmiş, icraçı tərəfindən (müqavilədə nəzərdə tutulan bütün işlər olmasa da) İddiaçı QSC-nin “Silisiumlu ferroərintilərin illik istehsal gücü 12.000 ton olan ferroərinti sexinin tikintisi üzrə 123.127-TX.TİƏ tikinti-texniki əsaslandırma (zavodun tikintisi üçün layihə) hazırlanaraq sifarişçiyə təqdim edilmişdir.
59. Məhkəmə araşdırılması zamanı ilkin iddia üzrə iddiaçının nümayəndəsi bildirmişdir ki, Çexiyə Respublikasında qeydiyyatdan keçmiş cavabdehin təqdim etdiyi tikinti-texniki əsaslandırma müqavilənin şərtlərinə uyğun deyil və zavodun tikintisi üçün onlar tərəfindən həmin tikinti-texniki əsaslandırma müxtəlif üçüncü şirkətlərə göstərilmiş və onlara bildirmişlər ki, bu əsaslandırma səmərəsizdir, həmin texniki əsaslandırma (layihə) üzrə zavodun tikintisi böyük məsrəflərə və aşağı mənfəətə gətirib çıxara bilər. Ona görə cavabdehin gördüyü işi qəbul etmir, ödənilən 164.000 ABŞ dolları məbləğində pulun tam geri qaytarılmasını tələb edir.
60. İlkin iddia üzrə cavabdehin nümayəndəsi isə ilkin iddia ilə razılaşmayaraq bildirmişdir ki, işlərin yubanmasına səbəb qarşı tərəfin ödənişlərdə gecikmələrə yol verməsidir. Görülən işlər iddiaçıya təhvil verilib və iddiaçı şirkət tərəfindən cavabdehə məktublar unvanlanaraq görülmüş işlərin adları və həcmləri təsdiq edilmişdir.
61. Beləliklə, göründüyü kimi tərəflər müqavilə üzrə görüləcək hər bir işin dəyərini ayrıayrılıqda müəyyən etməmişlər, sadəcə ümumi müqavilə dəyəri 225.000 ABŞ dolları müəyyən edilmişdir.
62. Məhkəmə ilkin iddia üzrə iddiaçının arqumentləri ilə razılaşmayaraq qeyd edir ki, iddiaçı görülən işlərin (təqdim edilən lahiyyənin) müqavilə şərtlərinə əsasən keyfiyyətsin olmasını sübuta yetirə bilməmişdir. Yəni, işlərin keyfiyyəti ilə bağlı müqavilənin hansı şərtlərinin pozulması məhkəmə araşdırılması zamanı sübuta yetirilmədi (işlərin keyfiyyəti ilə bağlı müqavilənin 2-ci bəndində deyilir ki, xidmətlərin keyfiyyəti hazırkı Müqaviləyə 1 saylı Əlavənin tələblərinə uyğun olmalıdır. Müqaviləyə Əlavədə yalnız görüləcək işlərin və ödəniləcək pulların mərhələləri göstərilmişdir). Beləliklə, müəyyən edilir ki, müqavilədə görüləcək işlərin keyfiyyəti xüsusi olaraq şərtləşdirilməmişdir. (MM-nin 762.2-ci maddəsinə əsasən Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır). Müqavilə üzrə işlərin keyfiyyəti və sair xüsusiyyətləri (hansı tələblərə cavab verməli olduğu) dəqiq olaraq şərtləşdirilmədiyi halda ilkin iddia üzrə iddiaçının digər üçüncü şirkətlərin cavabdehin təqdim etdiyi tikinti-texniki əsaslandırmanın (zavodun tikintisi üçün layihənin) böyük məsrəflərə səbəb olması və s. barədə rəylərini ilkin iddia üzrə iddianın təmin edilməsi üçün əsas hesab edilə bilməz.
63. Hər bir halda, məhkəmə, cavabdeh tərəfindən görülən işlərin (təqdim olunan layihənin) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 762.2-ci maddəsinə əsasən müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olub-olmamasını müəyyən etmək (Cavabdeh tərəfindən hazırlanmış “İldə 12 000 ton silisiumlu ferroərinti məhsuldarlığı olan ferroərinti sexinin tikintisi” layihəsinin Texniki-iqtisadi əsaslandırması (123.127-TX.TİƏ) göstərilən məqsədlər üçün yararlı olub-olmaması (təyinatı üzrə istifadə edilə bilərmi) sualı qoyularaq) üçün tikinti-texniki ekspertizasını təyin etmiş, AR ƏN MEM tərəfindən rəy verilmədiyi üçün, mütəxəsis rəyi alınmış. Mütəxəsis rəyinə əsasən müəyyən edildi ki, aparılan araşdırmalar və təhlillərə uyğun olaraq Cavabdeh tərəfindən hazırlanmış "İldə 12 000 ton silisiumlu ferroərinti məhsuldarlığı olan ferroərinti sexinin tikintisi" layihəsinin Texniki-iqtisadi əsaslandırması (123.127-TX.TİƏ) göstərilən məqsədlər üçün yararlıdır, təyinatı üzrə istifadə oluna bilər.
64. İlkin iddia üzrə iddiaçının ikinci arqumenti ondan ibarət olmuşdur ki, müqavilə üzrə işlərin görülməsi təhvil-təslim aktı ilə tamamlanmalı idi, tərəflər arasında təhvil-təslim aktı imzalanmadığı üçün, işlər də görülməmiş kimi giymətləndirilməlidir. Məhkəmə ilkin iddiaçının bu arqumenti ilə razılaşmayaraq qeyd edir ki, birincisi, ilkin iddia üzrə iddiaçı şirkət özü cavabdeh şirkətə məktub ünvanlayaraq görülmüş işlərin həcmini bildirmişdir (İddiaçı QSC-nin Cavabdeh şirkətinə ünvanladığı 23 saylı xx.xx.2023-cü il tarixli “TİƏ-nin yerinə yetirilməsi üzrə müqavilənin icrası çərçivəsində işlərin yerinə yetirilməsinin cari vəziyyəti” adlı məktubdan görünür ki, İ-ci mərhələ üzrə 1-Sexin işinin texnoloji sxeminin işlənib hazırlanması - yerinə yetirilib, 2-Sexin əsas və köməkli avadanlığının tələb olunan parametrlərinin müəyyən edilməsi üçün zəruri texnoloji hesablamaların aparılması (əritmə prosesinin material balansı, sobanın parametrlərinin hesablanması v ə s. - yerinə yetirilib, 3-əsaslı tikinti həcmləri müəyyən olunmaqla avadanlığın yerləşməsinin bir neçə variantı üzrə (ikidən az olmamaqla) layihələndirilən sexin baş planının və kəsimlərinin işlənib hazırlanması – yerinə yetirilib, 4-Sexin enerji istehlakının planlaşdırılması- yerinə yetirilib. İİ-ci mərhələ üzrə “Lazımı işçi heyətinin və əmək haqqı fondunun səviyyəsinin hesablanması (işçi heyətinin ştatı üzrə ödənş fondu olmadan)- yerinə yetirilib). Həmin məktubda həm görülən, həm görülməyən işlər göstərilmişdir. Müqavilə üzrə müəyyən işlərin görülməməsi və ödənişlərin tamamlanmaması mübahisə edilməyən haldır. İlkin iddia üzrə cavabdeh müqavilə üzrə bütün işlərin deyil, iddiaçı tərəfindən ona ödənilən pul müqabilində işlərin görüldüyünü bildirir.
65. Məhkəmə qeyd edir ki, ilkin iddia üzrə iddiaçının cavabdehə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubda göstərdiyi “görülən işlərin siyahısı” cavabdeh tərəfindən mübahisələndirilmədiyi üçün, həmin işlərin təhvil-təslimi kimi qəbul edilməlidir. Sonradan iddiaçı şirkətin lahiyəsi üzrə şəxsi iqtisadi məqsədinin və ya həmin layihədən (zavodun tikintisi) gözləntilərinin dəyişməsi, cavabdeh şirkətin faktiki olaraq gördüyü və iddiaçıya təhvil verdiyi işlərin inkar etməsi üçün əsas ola bilməz və işgüzar münasibətlərdə mütləq mövcüd olmalı vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.
66. Beləliklə, müqavilə üzrə bəzi işlərin görüldüyü, lakin görülməyən işlərin də qaldığını, həmçinin müqavilə üzrə hər bir işin dəyərinin ayrı-ayrılıqda müəyyən edilmədiyini və ilkin iddiaçının tələbi ödənilən pulların geri qaytarılması olduğunu nəzərə alaraq, məhkəmə ilkin iddiaçının öz məktubunda etiraf etdiyi görülən işlərin dəyərinin (işlərin təxmini ağırlıq dərəcəsi, görülmə müddəti və sair xüsusiyyətləri nəzərə alınmaqla) müəyyən edilməsi üçün ekspert qarşısında digər iki süal da qoymuşdur: İddiaçı QSC-nin Cavabdeh şirkətinə ünvanladığı 23 saylı xx.xx.2023-cü il tarixli “TİƏ-nin yerinə yetirilməsi üzrə müqavilənin icrası çərçivəsində işlərin yerinə yetirilməsinin cari vəziyyəti” adlı məktubunda göstərilən 1- Sexin işinin texnoloji sxeminin işlənib hazırlanması, 2-Sexin əsas və köməkli avadanlığının tələb olunan parametrlərinin müəyyən edilməsi üçün zəruri texnoloji hesablamaların aparılması (əritmə prosesinin material balansı, sobanın parametrlərinin hesablanması v ə s., 3-əsaslı tikinti həcmləri müəyyən olunmaqla avadanlığın yerləşməsinin bir neçə variantı üzrə (ikidən az olmamaqla) layihələndirilən sexin baş planının və kəsimlərinin işlənib hazırlanması, 4-Sexin enerji istehlakının planlaşdırılması, 5- (İİ-ci mərhələ üzrə) “Lazımı işçi heyətinin və əmək haqqı fondunun səviyyəsinin hesablanması (işçi heyətinin ştatı üzrə ödəniş fondu olmadan) adlı işlər Müqaviləyə 1 saylı Əlavədə (Spesifikasiyada) göstərilən işlərin cəminə (işlərin təxmini ağırlıq dərəcəsi, görülmə müddəti və sair xüsusiyyətləri nəzərə alınmaqla) münasibətdə işlərin neçə faizini təşkil etməsinin, 3) İddiaçı QSC-nin Cavabdeh şirkətinə ünvanladığı 23 saylı xx.xx.2023-cü il tarixli “TİƏ-nin yerinə yetirilməsi üzrə müqavilənin icrası çərçivəsində işlərin yerinə yetirilməsinin cari vəziyyəti” adlı məktubunda göstərilən 1-Sexin işinin texnoloji sxeminin işlənib hazırlanması, 2-Sexin əsas və köməkli avadanlığının tələb olunan parametrlərinin müəyyən edilməsi üçün zəruri texnoloji hesablamaların aparılması (əritmə prosesinin material balansı, sobanın parametrlərinin hesablanması v ə s., 3-əsaslı tikinti həcmləri müəyyən olunmaqla avadanlığın yerləşməsinin bir neçə variantı üzrə (ikidən az olmamaqla) layihələndirilən sexin baş planının və kəsimlərinin işlənib hazırlanması, 4-Sexin enerji istehlakının planlaşdırılması, 5- (İİ-ci mərhələ üzrə) “Lazımı işçi heyətinin və əmək haqqı fondunun səviyyəsinin hesablanması (işçi heyətinin ştatı üzrə ödəniş fondu olmadan) adlı işlərin ümumi müqavilə qiymətini (225.000 ABŞ dolları olmasını) nəzərə alınmaqla dəyərləri (ayrıayrılıqda) nə qədər təşkil edə bilməsinin müəyyən edilməsi. Mütəxəsis rəyi ilə müəyyən edildi ki, iddiaçının məktubunda göstərilən görülmüş işlərin faiz nisbəti ilə həcmi 78%, dəyər baxımından (müqavilənin ümumi dəyərinin 225.000 ABŞ dolları olmasını nəzərə almaqla) isə 175.500 ABŞ dolları təşkil edir.
67. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, ilkin iddia üzrə cavabdeh tərəfindən müqavilə üzrə işlərin 78% - 175.500 ABŞ dolları məbləğində işlər görülmüşdür və iddiaçıya təhvil verilmişdir. Belə olan halda ilki iddia – 164.000 ABŞ dolları məbləğində pulun geri qaytarılması hissəsində təmin edilə bilməz.
68. İlkin iddia ərizəsinin ikincisi hissəsi – 403,88 ABŞ dolları məbləğində cərimənin tutulması təşkil edir.
69. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
70. Məhkəmə bu hissədə də ilkin iddianı əsassız hesab edir. Belə ki, müqavilə şərtlərinə əsasən görüləcək işlər edilməli ödənişlərin mərhələlərinə uyğun müddətdə icra edilməli idi. Lakin, işin mübahisəsiz halıdır ki, ilkin iddiaçı tərəfindən ödənişlər gecikdirilmiş və tamamlanmamışdır, ilkin cavabdeh tərəfindən isə ödənilən (164.000 ABŞ dolları) məbləğdən də artıq işlər (175.500 ABŞ dolları dəyərində) görülərək ilkin iddiaçıya təhvil verilmişdir. Belə olan halda cavabdehdən əlavə olaraq dəbbə pulunun tutulmasını məhkəmə qanunsuz və ədalətsiz hesab edir.
71. İlkin iddia ərizəsi üzrə əsas tələblər hesab edilən birinci (əsas borc olaraq 164.000 ABŞ dolları məbləğində pulun geri qaytarılması) və ikinci (403,88 ABŞ dolları dəbbə pulu) hissədə təmin edilmədiyi üçün, məntiqi davam olaraq məhkəmə digər tələbləri də (mütəxəssislərin (ekspertlərin) cəlb edilməsi ilə bağlı 60300 min ABŞ dolları məbləğində zərərin, 9800 ABŞ dolları məbləğində borc vəsaitləri üzrə faizlərin, 500.000 ABŞ dolları məbləğində itirilmiş mənfəətin) əsassız hesab edərək rədd edilməsi qənayətinə qəlir və prosessual qənayət prinsipi baxımından həmin tələblər üzrə hüquqi dəyərləndirmənin aparılmasını zəruri hesab etmir.
72. Qarşılıqlı iddia ərizəsi üzrə əsaslandırma:
73. Qarşılıqlı iddiaçı bildirir ki, işin materiallarına İddiaçı-ın nümayəndəsi tərəfindən AZEMİS vasitəsilə “X4 Private Limited” şirkətinin 24 senatyabr 2023-cü il tarixli məktubu əlavə edilmişdir. Məktubdan belə görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC-nin layihə sənədləri Hindistanda qeydiyyatda olan “X4 Private Limited” şirkətinə öyrənilməsi və qiymətləndirilməsi üçün təqdim edilmişdir. İşin materiallarına İddiaçı-nı nümayəndəsi tərəfindən AZEMİS vasitəsilə “X8 Co., LTD şirkətinin 22 oktyabr 2023-cü il tarixli məktubu əlavə edilmişdir. Məktubdan belə görünür ki, Azpal tərəfindən Cavabdeh MMC-nin layihə sənədləri Çində qeydiyyatda olan “X8 Co., LTD” şirkətinə öyrənilməsi və qiymətləndirilməsi üçün təqdim edilmişdir. Layihə sənədlərinin hazırlanmasında MMC-nin sayı 50 nəfərdən çox olan mütəxəssislər ştatı çalışır. Layihənin tərtibatı prosesində şirkətimiz tərəfindən öz nauhaularını, intelektual potensialını və çoxillik təcrübəyə söykənən məhsullarını ortaya qoyur. Bu texnologiyalar və həllər şirkətə bir tərəfdən mühəndislik sahəsində yüksək keyfiyyətli və innovativ xidmətləri təqdim etmək gücü verir, eyni zamanda da ona bu sahədə rəqabətdavamlı üstünlüklər qazandırır. Yuxarıda adları qeyd edilər Hindistan və Çində qeydiyyatda olmaqla sənaye metallurgiyasında və metalurgiya sahəsində istifadə olunan avadanlıqların istehsalına dair həllərin təqdim edilməsi ilə məşgül olduğu ehtimal olunan və injinirinq xidmətləri bazasında şirkətimizin rəqibi ola biləcək şəxslərdir. 13 yanvar 2023-cü il tarixli, 130123 nömrəli müqaviləyə əsasən İddiaçıın Azərbaycan Respublikası hüdudlarından kənarda layihə sənədlərindən istifadə etmək və zavod tikintisindən başqa layihə sənədlərindən istifadə etmək hüququ yoxdur. Layihə sənədlərinin başqasına ötürülməsi "X6" MMC şirkətinə zərər dəyməsinə səbəb olmuşdur. Beləliklə, “123.127- TX.TEO” adlı texniki-iqtisadi əsaslandırma sənədinin və onun ayrı-ayrı hissələrinin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması və təqdim edilməsi qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə qadağan edilməsini və qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh MMC-nin xeyrinə İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən 55.000 (əlli beş min) manat məbləğində kompensasiyanın tutulmasını xahiş edir.
74. Qarşılıqlı iddia üzrə cavabdeh isə iddiaya etiraz edərək bildirmişdir ki, Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 130123 nömrəli Müqavilənin 8.4-cü bəndinə əsasən, “Razılığa gələn tərəflər bu Müqavilənin və bütün əlaqəli məlumat və məlumatların kommersiya sirri olduğunu bildirir və tərəflər onu açıqlamamağı öhdələrinə götürürlər.” Bildiririk ki, müqavilənin qeyd olunan bəndində konkret olaraq layihə sənədlərinin kommersiya sirri olduğu müəyyən edilməmişdir. Müqavilə və onunla əlaqəli məlumatlar kommersiya sirri hesab edilir. Əlaqəli sənədlərin anlayışı müqavilədə yoxdur. Layihə müqavilənin icrası ilə bağlı sənəddir. Layihə kommersiya sirri hesab edilə bilməz, çünki tərəflərin niyyəti ondan ibarət olmuşdur ki, Sifarişçi əldə edəcəyi layihəyə əsasən istehsal sahəsini quracaq. İstehsal sahəsinin qurulması üçün təbii ki, inşaat, quraşdırma, avadanlıqların tədarükü işləri görülməlidir və onların görülməsi layihənin öyrənilməsi vasitəsilə həyata keçirilir. Cavabdeh İddiaçı QSC iddiaçı tərəfindən təqdim edilmiş layihənin sxemini “X4 PVT.LDT” şirkətinə və “X8 Co.LTD” şirkətinə təqdim edərək, avadanlıqların tədarükü və quraşdırlması üçün qiymət təkliflərini istəmişdir.
75. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
76. 21.1 və 21.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
77. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
78. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
79. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
80. Məhkəmə qarşılıqlı iddia üzrə cavabdehin arqumentləri ilə razılaşaraq hesab edir ki, qarşılıqlı iddia ərizəsi təmin edilə bilməz. Belə ki, birincisi, Sifarişçi İcraçı ilə müqavilə bağlayaraq zavodun tikintisi üçün layihənin (tikinti-texniki əsaslandırmasının) hazırlanmasını sifariş vermiş və həmin layihə əsasında zavodun tikintisini həyata keçirmək istəmiş. Zavodun tikintisinin həyata keçirilməsi üçün təbii ki, sifarişçi (qarşılıqlı iddia üzrə cavabdeh) həmin layihəni zavodu tikəcək yerli və xarici podratçı şirkətlərə təqdim etməli və işlərini davam etdirməlidir. Pul ödəyərək sifariş verdiyi həmin layihəni konfidensial saxlanılması (heç kimə göstərilməməsi), Azərbaycan Respublikasının hüquqlarından kənara çıxarılmasının və təqdim edilməsinin qadağan olunması heç bir məntiqə və qanuni əsaslandırmaya sığa bilməz. İkincisi, tərəflər arasında bağlanmış müqavilənin heç bir bəndində həmin lahiyyənin Sifarişçi tərəfindən istifadəsinə dair hər hansı məhdudiyyətin qoyulması və həmin məhdudiyyətin pozulmasına görə məsuliyyəti müəyyən edən bənd müəyyən edilməmişdir.
81. Beləliklə, məhkəmə araşdırılması zamanı qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən qarşılıqlı iddiaçının iddiasında göstərdiyi hər hası zərərin vurulması sübuta yetirilmədiyi üçün 55.000 manat pulun tutulması hissəsində, həmçinin yuxarıda qeyd edilənlərə əsasən texniki-iqtisadi əsaslandırma sənədinin Azərbaycan Respublikasının hüquqlarından kənara çıxarılmasının və təqdim edilməsinin qadağan olunması hissəsində qarşılıqlı iddia ərizəsi rədd edilməlidir.
82. Məhkəmə xərclərinə münasibətdə məhkəmə aşağıdakıları qeyd edir.
83. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
84. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
85. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
86. 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.
87. Məhkəmə qeyd edir ki, həm ilkin, həm qarşılıqlı iddia ərizəsi rədd edildiyi üçün, hər iki iddia üzrə məhkəmə xərcləri iddiaçıların özlərinə aid edilməlidir.
88. Mütəxəsis rəyinin xərci olaraq 1000 manat məbləğində pul vəsaiti, ziyanına rəy verilmiş ilkin iddia üzrə İddiaçı QSC-dən tutularaq "xxxx" MMC-yə ödənilməlidir.
VI. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İlkin iddia üzrə İddiaçı QSC-nin Cavabdeh şirkətinə qarşı “podrat müqavilə üzrə pul” tələbinə dair ilkin iddia ərizəsi rədd edilsin. İlkin iddia verilən zaman ödənilmiş dövlət rüsumu və digər xərclər ilkin iddia üzrə iddiaçının özünə aid edilsin.
Birləşdirilmiş (qarşılıqlı iddia) iş üzrə iddiaçı Cavabdeh şirkətinin cavabdeh İddiaçı QSCyə qarşı (müstəqil tələb irəli sürməyən üçün şəxs X5 X7 Şəxsi) zərərin ödənilməsi və s. tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilsin. Qarşılıqlı iddia verilərkən ödənilmiş dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilsin. Mütəxəsis rəyinin alınmasına xərclənmiş 1000 manat məbləğində pul vəsaiti İlkin iddia üzrə iddiaçı/qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı QSC-dən tutularaq "xxxx" MMC-yə ("xxxx" ASC Nərimanov filialı, M.h.: AZ03NABZ********************, h.H.:AZ471BAZ********************, Kod:805711, SWİFT: İBAZAZ2X) ödənilsin.
Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Günay Namazova