Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1936/2020 12.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi vəkil X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı (“xxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “borcun tutulması”tələbinə dairişə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı (“xxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, 120055,95 manat borca əlavə olaraq borcun ödənilməsi barədə xx xxxx 2020-ci il tarixdə elektron qaimə, pretenziya göndərilən gündən bu iddia ərizəsinin məhkəməyə təqdim olunan gününə qədər hər ödənişin gecikdirilməsi gün üçün 120,056 manat həcmində cərimə ödənişinin borca əlavə olaraq ödənilməsinin təmin edilməsi, borclu 120.055,95 manat borc ödənişinin ödənilməməsinə görə 2 faiz bəndi əlavə edilməklə bank uçot dərəcəsi ilə 7+2=9 faiz həcmində olan 10805,36 manat ödənilməsinin təmin edilməsi, 120.055 manat borcun ödənilməməsinə görə illik 5 faiz həcminin, 6 aylıq müddəti üçün 1205,60 manat ziyan və ona əlavə olaraq ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin rəhbərliyi bildirir ki, sifarişçi “xxxxxxxxxxxx” QSC Ləki-Qəbələ dəmir yolun çəkilişində podratçı Cavabdeh MMC ilə bağlanılmış xx xxxxxxx 2019-cu il tarixli ESA/2019 saylı icarə müqaviləsinə əsasən (Şahin adlı əməkdaş vasitəsi ilə) yükdaşıma xidmətinin aparılması işləri görmüşdür. Tərəflər arasında bağlanılmış icarə müqaviləsinə əsasən işlərin görülməsi nəticəsində “xxxxxxxxx” MMC-nin subpodratçı İddiaçı MMC-yə 120055,95 manat borcu yaranmışdır ki, podratçı ona göndərilən həmin borcun olmasını təsdiq edən üzləşmə aktlarını təsdiq etməkdən yayınmış və könüllü surətdə borcu ödəməkdən imtina etmişdir. Bu barədə xx xxxx 2020-ci il tarixdə cavabdehə elektron qaimə, pretenziya və ona əlavə olaraq üzləşmə aktları rəsmi surətdə təqdim edərək üzləşmə aktlarının təsdiq edilməsi və könüllü surətdə yaranmış borcun ödənilməsi xahiş olunmuşdur. Cavabdehə borc ödənilmədiyi təqdirdə ödənişin gecikdirilməsinə görə hər gün üçün MM-in 462.1-ci bəndinə əsasən 0,1 faiz cərimə, MM-in 439.3 və 449.1-ci maddəsinə əsasən 7 faiz olan bank uçot dərəcəsinə 2 faiz bəndi əlavə olunmaqla 9 faiz, MM-in 445.7-ci maddəsinə əsasən ümumi borc məbləğinin illik 5 faiz məbləğində dəymiş maddi ziyan və ödəniləcək 30 manat dövlət rüsumu Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə tələb edilməsi bildirilmişdir. Cavabdehə pretenziya bildirişi xx xxxx 2020-ci il tarixdə poçt vasitəsi ilə göndərildikdən sonra onun məsul şəxs ilə əlaqə saxlanılmış, lakin borcun ödənilməsi barədə müsbət nəticə olmamışdır. “Azərbaycan xxxxxxxxxxxx” QSC-nin 337/2 nömrəli xx xxxx 2020-ci il tarixli cavab məktubuna əsasən Cavabdeh MMC Ləki-Qəbələ dəmiryolxəttinin tikintisinin həyata keçirilməsi məqsədi ilə cavabdehlə icarə müqaviləsi imzalamış və müqavilə üzrə icarəyə götürülən nəqliyyat vasitələrinə aid ödənişlər vaxtlı vaxtında ödənilərək tam icra edilmiş və cavabdehə heç bir borcu qalmamışdır. Cavabdehə pretenziya göndərilmiş, lakin qeydiyyat ünvanı tam olmadığına görə geri qaytarılmış, sonra hazırki idia ərizəsi və təkrar pretenziya iddia ərizəsində qeyd edilmiş tələblə tərtib olunaraq borcluya poçt vasitəsi ilə göndərilir. Cavabdeh MMC ilə bağlanılmış xx xxxxxxx 2019-cu il tarixli ESA/2019-cu il tarixli icarə müqaviləsinə əsasən yükdaşıma xidmətinin aparılması işləri 2019-cu ilin dekabr ayından başlanılmış və 2020-ci ilin mart ayına qədər görülmüşdür. Cavabdeh üzləşmə aktında göstərilmiş işlərin görülməsinə görə göndərilmiş elektron qaimələrə əsasən 25.000 manat ödəniş etmiş və hazırki vaxta qədər görülən işlərə görə yaranmış 120055,95 manat borcu ödəməkdən yayınmış, borcluya bu barədə pretenziya məktubu göndərilmiş və borc ödənilmədiyi təqdirdə tərəflər arasında bağlanılmış xx xxxxxxx 2019-cu il tarixli ESA/2019-cu il tarixli icarə müqaviləsinin 2.4-cü bəndinə əsasən borcun ödənişinin gecikdirilməsinə görə hər gün üçün 0.1 faiz həcmində cərimə ödənilməsi razılaşdırılmışıdr. İşlərin görülməsində ərizəyə əlavə edilən sürücülər və nəzarətçilər iştirak etmişdir və həmin işlərin görülməsində istifadə edilmiş nəqliyyat vasitələrinə GPS vasitəsi ilə nəzarəti tərəflər arasında bağlanılmış xidmət müqaviləsinə əsasən maraqlı şəxs “xxxxxxxxx” MMC tərəfindən aparılmışdır. GPS vasitələrinə nəzarət barədə məlumatlar ərizəyə əlavə edilir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək bildirdi ki,iş üzrə sübutlar, elektron qaimələr, şahid ifadələri, üçüncü şəxsin ifadəsi bir daha təsdiq edir ki, İddiaçı MMC dəmir yollarının tikintisində işləmişdir. İşlərin görülməsinə görə cavabdehin borcu vardır. Tərəfə elektron qaimələr göndərilmişdir. Beş gün ərzində cavab verilməli idi. Üzləşmə aktları təqdim olunmuşdur, lakin cavabdeh xxxxxxxxxxxx tərəfindən ödənişlər edilmədiyini əsas gətirərək borcu gecikdirir. Ona görə iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi vəkil X3 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddia qanunsuz və əsassızdır. Qarşı tərəf icarə müqaviləsinə istinad edir, bəli həqiqətən də xx.xx.2019-cu il tarixdə belə bir müqavilə imzalanmışdır. Qarşı tərəf müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. Müqaviləyə əsasən qarşı tərəf tam yararlı, saz vəziyyətdə maşınlar təqdim etməli idi. Lakin şahid ifadəsində də qeyd edildiyi kimi, işlər çox olmuşdur, dayanmadan işləmişlər. Deməli avadanlıq yararlı vəziyyətdə olmayıb ki, o qədər işləyiblər, özləri ilə çilingər, təkərçi aparıblar. Nasazlıq barədə iddiaçı tərəfə də bildirilmişdir. xx.xx.2019-cu il tarixli akt var. Müqavilə əsasında tərtib olunub, İddiaçı tərəfindən imzalanmışdır. Daha sonra imzalanmaq üçün Cavabdeh MMC-yə təqdim olunmuşdur. Onlar xx.xx.2019-cu il tarixdən həmin işi təhvil alıb qəbul etməyə dair bir sənəd belə təqdim etməmişlər. İşi qəbul edən olmamışdırsa nə üçün işləməyə davam etmişlər. Cavabdeh MMC məcbur qalaraq başqa dövlətdən-mexanizm alıb ki, müqavilə öhdəlikləri icra olunsun. 25000 manat pulu cavabdeh iddiaçıya ona görə ödəyib ki, müəyyən işlər görülüb, fəaliyyət göstərilib. 25000 manat həmin göstərilən fəaliyyətin dəyəridir. Qaldı ödənilməmiş hissəyə elə bir işlər görülməyib ki, onun dəyəri ödənilsin. Ona görə iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi hər hansı bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən üşüncü şəxsin nümayəndəsi X11 bildirmişdir ki, 2019-cu ilin dekabr ayından 2020-ci ilin mart ayına qədər İddiaçı məxsus olan avtomobillərə GPS xidməti quraşdırıb, 4 ayın sonunda və günbəgün olaraq hesabatlar İddiaçı təqdim edilib. Qarşə tərəf deyir ki, maşın bəlkə ordan təsadüfən keçib. Təsadüfən keçməsi mümkün deyildi. Çünki maşın İddiaçı qarajına məxsusdur. Qaraj Bakıdadır. Saat neçədə çıxıb, nə qədər benzin sərf edib, nə qədər yol qət etməsi ilə bağlı sənədlər İddiaçı təqdim edilib. xx.xx.2020-ci il tarixdə məhkəmə iclasında şahid qismində X6 ifadə verərək bildirmişdir ki, o, İddiaçı MMC-də təkərçi vəzifəsində çalışır. 2019-cu ilin axırından 2020-ci ilin mart ayına qədər Qəbələdə Dəmir yolunda işlər gedirdi. Onları da ora çağırmışlar. Orada 15-20 arası texnikaları işləyirdi. Saat 5-dən 7-yə qədər fəaliyyət göstərmişlər. Texnikalar qalmayıb. Daim fəaliyyət göstəriblər. Görülən işlərə mexanik Ceyhun və mexanikin köməkçisi Elşən müəllim, dəmiryol tərəfdən Şöhrət müəllim nəzarət edirdi. xx.xx.2020-ci il tarixdə məhkəmə iclasında şahid qismində X7 ifadə verərək bildirmişdir ki, o, İddiaçı MMC-də çilingər vəzifəsində çalışır. 2019-cu ilin axırından 2020-ci ilin may ayına qədər Qəbələ Dəmir yolunda çalışmışlar. Təxminən 15-20 texnika var idi. İşə saat 5-dən başlamışlar. Mexanik Ceyhun müəllim və Elşən müəllim var idi. Qarşı tərəfdən isə Şöhrət müəllim və Ceyhun müəllimi tanıyır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv surətdə araşdıraraq, tərəflərin nümayəndələrinin izahatlarını və şahidlərin ifadələrini dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: İcarəyə verən İddiaçı MMC və icarəçi Cavabdeh MMC arasında bağlanan ESA/2019 nömrəli xx xxxxxxx 2019-cu il tarixli maşın və mexanizmlərin icarə müqaviləsindən görünür ki, bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərlə icarəyə verən müqavilədə qeyd edilən Kamaz 61115 və Volvo FMX markalı özüboşaldan yükdaşıyan avtomobilləri icaərçinin istifadəsinə verməyi, icarəçi isə bunun qarşılığında müqavilə ilə müəyyən edilmiş 1 ədəd Kamaz 61115 markalı özüboşaldan yükdaşıyan avtomobili aylıq 18 faiz ƏDV ilə birlikdə 4130 manat, Volvo FMX markalı özüboşaldan yükdaşıyan avtomobili aylıq 18 faiz ƏDV ilə birlikdə 5310 manat icarə haqqını ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.2-ci bəndinə əsasən, icarəçi icarə haqqını icarəyə verənə, tərəflərin qarşılıqlı razılığı ilə müqavilə hüquqi qüvvəyə mindiyi gündən hər ayın sonuna qədər icarəyə verənin təqdim etdiyi hesab faktura əsasında, bank hesabına köçürmək üsulu ilə və ya nağd şəkildə ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.3-cü bənində əsasən, ödəniş hər ayın axırı təhvil təslim aktlarına əsasən ödənilməlidir. Müqavilənin 2.4-cü bəndinə əsasən, icarəçi icarə haqqını gecikməyə yol verdiyi təqdirdə, hər gecikdirilmiş gün üçün ödəniş gecikdirilmiş məbləğin 0.1 faiz həcmində cərimə ödəyir. Cərimənin ödənilməsi icarəçini ödəniş etmək öhdəliyindən azad etmir. Müqvavilənin 5.1-ci bəndinə əsasən, bu müqavilə xx.xx.2019-cu il tarixdən qüvvəyə minir və 1 il müddətinə qədər qüvvədədir. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanan 127 nömrəli xx xxxx 2020ci il tarixli pretenziyadan görünür ki, Qəbələ-Ağdaş dəmiryolunun çəkilişində podratçı Cavabdeh MMC ilı bağlanılmış xx xxxxxxx 2019-cu il tarixli ESA/2019-cu il tarixli icarə müqaviləsi əsasən yükdaşıma xidmətinin aparılması işləri görülmüşdür. Tərəflər arasında bağlanılmış icarə müqaviləsinə əsasən işlərin görülməsi nəticəsində Cavabdeh MMC-nin subpodratçı İddiaçı MMC-yə 120055,95 manat borcu yaranmışdır ki, podratçı kimə göndərilən həmin borcun olmasını təsdiq edən üzləşmə aktlarını təsdiq etməkdən yayınır və könüllü surətdə borcu ödəməkdən imtina edir. Ona görə borcun ödənilməsi, əks təqdirdə ödənişin gecikdirilməsinə görə hər gün üçün 0,1 faiz cərimə və ümumi borc məbləğinin illik 5 faiz məbləğində dəymiş maddi ziyan və ödəniləcək 30 manat dövlət rüsumu ilə bağlı məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC tərəfindən İddiaçı MMC-yə ünvanlanan 337/2 nömrəli xx xxxx 2020-ci il tarixli məktubdan görünür ki, “11 saylı X5 Müəssisəsi” MMC Ləki-Qəbələ dəmir yolu xəttinin tikinti işlərinin həyata keçirilməsi məqsədi ilə Cavabdeh MMC ilə icarə müqaviləsi imzalamış, müqavilə üzrə icarəyə götürülən nəqliyyat vasitələrinə aid ödənişlər vaxtlı-vaxtında ödənilərək öhdəliklər tam icra edilmişdir. xx.xx.2019-cu il tarixli aktdan görünür ki, İddiaçı MMC-yə məxsus 10 ədəd Kamaz markalı yük avtomaşını xx.xx.2019-xx.xx.2019-cu il müddətində Cavabdeh MMC-nin ərazisində istifadə edilmişdir. Günlük icarə haqqı vergi və digər ödənişlər daxil Kamaz yük avtomaşının üçün 147,5 manat təşkil edir. Vergi və digər ödənişlər daxil ümumi ödəniləcək məbləğ 17700 manat təşkil edir. Təqdim edən İddiaçı MMC tərəfindən alıcı Cavabdeh MMC-yə ünvanlanan EBAE seriyalı 378337 nömrəli xx.xx.2019-cu il tarixli elektron qaimədən görünür ki, xx.xx.2019cu il tarixli ESA/2019 saylı müqaviləyə əsasən cəmi 15.0xx xxxxx 2700 manat ƏDV olmaqla yekun məbləğ 17700 manat olaraq qeyd edilmişdir. İddiaçı MMC-nin AFBBankda olan hesabından çıxarış məlumatlarından görünür ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC xx.xx.2019-cu il tarixli EBAE 378337 saylı EQ-yə əsasən 15.000 manat ödəniş etmişdir. ESA/2019 nömrəli xx xxxxxxx 2019-cu il tarixli icarə müqaviləsi əsasında tərtib edilmiş xx.xx.2019-cu il tarixli aktdan görünür ki, tərəflər razılaşırlar ki, 2019-cu ilin dekabr ayında 25 ədəd texnikanın aylıq icarə haqqı 37903,29 manat ƏDV 6822,59 manat, yekun 44725,88 manatdır. Akt yalnız icarəyəverən İddiaçı MMC tərəfindən imzalanmışdır. ESA/2019 nömrəli xx xxxxxxx 2019-cu il tarixli icarə müqaviləsi əsasında tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, tərəflər razılaşırlar ki, 2020-ci ilin yanvar ayında 23 ədəd texnikanın aylıq icarə haqqı 68714,23 manat ƏDV 12368,56 manat, yekun 81082,79 manatdır. Akt yalnız icarəyəverən İddiaçı MMC tərəfindən imzalanmışdır. ESA/2019 nömrəli xx xxxxxxx 2019-cu il tarixli icarə müqaviləsi əsasında tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, tərəflər razılaşırlar ki, 2020-ci ilin fevral ayında 23 ədəd texnikanın aylıq icarə haqqı 20124,82 manat ƏDV 3622,46 manat, yekun 23747,28 manatdır. Akt yalnız icarəyəverən İddiaçı MMC tərəfindən imzalanmışdır. Təqdim edən İddiaçı MMC tərəfindən alıcı Cavabdeh MMC-yə ünvanlanan EBAG seriyalı 875684 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaimədən görünür ki, xx.xx.2019-cu il tarixli ESA/2019 saylı müqaviləyə əsasən cəmi 10.0xx xxxxx 1800 manat ƏDV olmaqla yekun məbləğ 11800 manat olaraq qeyd edilmişdir. İddiaçı MMC-nin AFBBankda olan hesabından çıxarış məlumatlarından görünür ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh MMC xx.xx.2020-ci il tarixli EBAG 875684 saylı EQ-yə əsasən 10.000 manat ödəniş etmişdir. Təqdim edən İddiaçı MMC tərəfindən alıcı Cavabdeh MMC-yə ünvanlanan EBAl seriyalı 913397 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaimədən görünür ki, xx.xx.2019-cu il tarixli ESA/2019 saylı müqaviləyə əsasən cəmi 101742,xx xxxxx 18313,62 manat ƏDV olmaqla yekun məbləğ 120055,95 manat olaraq qeyd edilmişdir. xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə müraciət edilməsi ilə əlaqədar 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, hazırkı məhkəmə araşdırmasının predmetini təşkil edən mübahisə tərəflər arasında bağlanmış ESA/2019 nömrəli xx xxxxxxx 2019-cu il tarixli maşın və mexanizmlərin icarə müqavilədən irəli gəlmişdir. Müqaviləyə əsasən, icarəyə verən qismində İddiaçı MMC və icarəçi qismində Cavabdeh MMC çıxış edir və müqavilə ilə nəzərdə tutulmuş şərtlərlə icarəyə verən müqavilədə qeyd edilən Kamaz 61115 və Volvo FMX markalı özüboşaldan yükdaşıyan avtomobilləri icarəçinin istifadəsinə verməyi, icarəçi isə bunun qarşılığında müqavilə ilə müəyyən edilmiş 1 ədəd Kamaz 61115 markalı özüboşaldan yükdaşıyan avtomobili aylıq 18 faiz ƏDV ilə birlikdə 4130 manat, Volvo FMX markalı özüboşaldan yükdaşıyan avtomobili aylıq 18 faiz ƏDV ilə birlikdə 5310 manat icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 1.2-ci bəndinə görə İcarəyəverən bu Müqavilə imzalandıqdan sonra 10 (on) gün ərzində icarə predmetini İcarəçinin istifadəsinə təhvil verməlidir, icarə predmetinin təhvil-təslimi hər iki tərəfin və ya onların nümayəndələrinin imzası ilə təsdiqlənən və bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan təhvil-təslim aktı əsasında həyata keçirilir. Təhvil-təslim aktında təhvil verilərkən icarə predmetinin avadanlıqların adları, sayı və vəziyyəti əks olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Tərəflər arasında bağlanmış müqavilənin 2.3-cü bənində əsasən, ödəniş hər ayın axırı təhvil təslim aktlarına əsasən ödənilməlidir. İddiaçı tərəfindən təsdiq olunmuş, lakin cavabdeh tərəfindən təsdiq edilməmiş xx.xx.2019-cu il tarixli aktda göstərilir ki, İddiaçı MMC-yə məxsus 10 ədəd Kamaz markalı yük avtomaşını xx.xx.2019-xx.xx.2019-cu il müddətində Cavabdeh MMC-nin ərazisində istifadə edilmişdir. Günlük icarə haqqı vergi və digər ödənişlər daxil Kamaz yük avtomaşının üçün 147,5 manat təşkil edir. Vergi və digər ödənişlər daxil ümumi ödəniləcək məbləğ 17700 manat təşkil edir. Daha sonra İddiaçı MMC tərəfindən alıcı Cavabdeh MMC-yə ünvanlanan EBAE seriyalı 378337 nömrəli xx.xx.2019-cu il tarixli elektron qaiməyə əsasən xx.xx.2019-cu il tarixli ESA/2019 saylı müqaviləyə əsasən cəmi 15.0xx xxxxx 2700 manat ƏDV olmaqla yekun ödənilməli məbləğ 17700 manat olaraq qeyd edilmişdir və xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC xx.xx.2019-cu il tarixli EBAE 378337 saylı EQ-yə əsasən 15.000 manat ödəniş etmişdir. Bundan əlavə iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixli, xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli aktlar məhkəməyə təqdim olunmuşdur ki, bu aktların hər üçün yalnız İddiaçı MMC tərəfindən təsdiq olunmudur. Bundan əlavə birtərəfli qaydada təsdiq edilmiş aktlardan sonra Cavabdeh MMC-yə hər hansı ödəniş sənədi göndərilməmişdir. xx.xx.2020-ci il tarixdə tərtib olunmuş aktda yekun məbləğ 23747,28 manat göstərilməsinə baxmyaraq, İddiaçı MMC tərəfindən alıcı Cavabdeh MMC-yə ünvanlanan EBAG seriyalı 875684 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaimədə xx.xx.2019-cu il tarixli ESA/2019 saylı müqaviləyə əsasən cəmi 10.0xx xxxxx 1800 manat ƏDV olmaqla yekun məbləğ 11800 manat olaraq qeyd edilmişdir və xx.xx.2020-ci il tarixdə Cavabdeh MMC xx.xx.2020-ci il tarixli EBAG 875684 saylı EQ-yə əsasən 10.000 manat ödəniş etmişdir. Sonuncu hal da göstərir ki, xx.xx.2020-ci il tarixli elektron qaimə xx.xx.2020-ci il tarixli aktla bağlı deyildir. Həmçinin iddiaçının təqdim etdiyi sübutlarla müəyyən edilə bilmir ki, xx.xx.2020-ci il tarixdə əgər icrarə haqqının yekun məbləğ 23747,28 manat təşkil edirdisə, xx.xx.2020-ci il tarixli elektron qaimədə xx.xx.2019-cu il tarixli ESA/2019 saylı müqaviləyə əsasən cəmi ödənilməli məbləğ 11800 manat olaraq göstərilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, xx.xx.2019-cu il tarixli akt da qarşı tərəf olan Cavabdeh MMC tərəfindən imzalanmasa da xx.xx.2019-cu il tarixli elektron qaiməyə əsasən xx.xx.2019-cu il tarixli ESA/2019 saylı müqaviləyə əsasən cəmi 15.0xx xxxxx 2700 manat ƏDV olmaqla yekun ödənilməli məbləğ 17700 manat olaraq qeyd edilmişdir və xx.xx.2019-cu il tarixdə Cavabdeh MMC xx.xx.2019-cu il tarixli EBAE 378337 saylı EQ-yə əsasən 15.000 manat ödəniş etmişdir. Yəni akt cavabdeh tərəfindən imzalanmasa da, ödəniş edilməsi həmin aktın mübahisələndirilmədiyini göstərir. xx.xx.2020-ci il tarixli elektron qaiməyə əsasən, xx.xx.2019-cu il tarixli ESA/2019 saylı müqaviləyə əsasən cəmi 101742,xx xxxxx 18313,62 manat ƏDV olmaqla 120055,95 manat yekun məbləğ Cavabdeh MMC tərəfindən ödənilməlidir, lakin həmin qaimənin verilməsinə, yəni ödəniş üçün əsas olan hər iki tərəfdən razılaşdırılmış təhvil-təslim aktları mövcud deyildir. Həmçinin Cavabdeh MMC ES-02/19 nömrəli müqavilə əsasında “X12.İnş.TemGidaTar və Hayv.İŞ və Dış.Tic.San.A.Ş” şirkətindən müxtəlif markada 7 ədəd özüboşaldan texnika almışdır. Müqavilə üzrə alınan həmin texniklara görə 120.000 ABŞ dolları ödəniş etmişdir. Bu da onu göstərir ki, İddiaçı MMC müqavilə üzrə öz öhdəliklərini lazımi qaydada icra etməmiş və əlavə texnikaya ehtiyac yaranmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. «X2rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Həmçinin məhkəmə İddiaçı MMC-nin sübut qismində məhkəməyə təqdim etdiyi “xxxxxxxxx” MMC tərəfindən hazırlanmış GPS məlumatlarını mötəbər sübut saymır. Məhkəmə qeyd edir ki, İddiaçı MMC tərəfindən borcun yaranma əsasları ilə bağlı hər hansı sənəd məhkəməyə təqdim olunmadığından, iddiaçının yaranmış borcla bağlı tələbinin həqiqiliyi şübhə altına düşmüş olur və iddia tələbinin sübüt edilməməsinə gətirib çıxarır və iddia tələbi əsas borcun ödənilməsi hissəsində təmin edilməməlidir. Məhkəmənin qənaətinə görə tələbin sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Məhkəmə faiz, cərimə və ziyan tələbi ilə bağlı hesab edir ki, iddia tələbi əsas borcun ödənilməsi hissəsində təmin edilmədiyindən və iddiaçı faiz, cərimə və ziyan məbləğini əsas borca istinad edərək tələb etdiyindən iddia tələbi qeyd edilən hissələrdə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı (“xxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “borcun tutulması”tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-1936/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1936/2020
12.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver