Məhkəmə qərarları › İş №e-2-2(113)-20/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-20/2024

14.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-20/2024 14.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" MTK-nın Cavabdeh MMC-yə qarşı kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçı "xxxx" MTK-nın Cavabdeh MMC-yə qarşı öhdəliyin icra edilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. "xxxx" MTK ilə Cavabdeh MMC arasında bağlanmış 18 yanvar 2014-cü il tarixli podrat müqaviləsindən görünür ki, Abşeron rayonu icra hakimiyyəti başçısının 11 aprel 2007-ci il tarixli 142 saylı sərəncamı ilə "xxxx" MTK-ya Xırdalan şəhəri, H.Aslanov (indiki Qolubiyya) küçəsində 21-ci məhəllə ərazisində təsdiq edilmiş layihə əsasında çoxmərtəbəli 7 girişli yaşayış binasının 5 girişinin Cavabdeh MMC tərəfindən tikilməsi, istifadəyə və təhvil verilməsi nəzərdə tutulur. Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən təsdiq edilmiş layihə əsasında 5 girişli 12 mərtəbəli yaşayış binasının tikintisinin Cavabdeh MMC (bundan sonra – podratçı) tərəfindən tərəflər arasında hazırki müqavilə təsdiq edildiyi vaxtdan 10 gündən gec olmayaraq başlanılması, 3 il 6 aydan gec olmayaraq başa çatdırılması nəzərdə tutulur. 2.2-ci bəndinə əsasən podratçının fəaliyyəti üçün "xxxx" MTK (bundan sonra – sifarişçi) ona bütün sənədləri, o cümlədən layihə-smeta sənədlərini, tikinti sahəsini təqdim etməyi, tikintinin başlanıb aparılması üçün şərait yaradılmasını öhdəsinə götürür. 2.4-cü bəndinə əsasən, mənzillərin satışı maya dəyəri nəzərə alınmaqla nağd pul, köçürmə və barter yolu ilə tərəflər, mərtəbələr nəzərə alınmaqla bərabər (hər tərəfə 50%) bölgü əsasında bu müqaviləyə əlavə edilmiş mənzillərin və qeyri-yaşayış sahələrinin, hər iki tərəfin təsdiq etdiyi dislakasiya bölgüsünə dair sənəd (cədvəl) əsasında ayrı-ayrılıqda aparılır. Lakin podratçı tərəfindən satılmış mənzillər və qeyri-yaşayış sahələri "xxxx" MTKda lazımi qaydada təsdiq edildikdən sonra qüvvəyə minir. Satış zamanı müqavilənin düzgün tərtibinə və sonrakı mübahisələrə satışı aparmış tərəf məsuliyyət daşıyır. 3.1-ci bəndinə əsasən, podratçı sifarişçinin ona təqdim etdiyi layihə sənədləri əsasında 5 girişli 12 mərtəbəli binanı tam istismara yararlı vəziyyətə çatdırmaqla tikintisini, binanın ərazisindəki abadlıq işlərini, kommunikasiya (su, qaz, kanalizasiya, elektrik) işlərini öz materialları və vəsaiti hesabına həyata keçirir, bunun müqabilində sifarişçi tikinti üçün öz mülkiyyətindəki torpaq sahəsinə dair sənədləri təqdim edir, bundan başqa torpaq üzərində tikiləcək binanın yaşayış və qeyri-yaşayış sahələrinin 50% podratçıya verir. 3.8-ci bəndinə əsasən, podratçı tikintinin fasiləsiz aparılmasını təmin edir, müqavilə üzrə şərtləşdirilmiş işi öz materialları və vəsaiti hesabına qüsursuz və keyfiyyətlə icra etməyə borcludur. 3.12-ci bəndində isə qeyd olunur ki, podratçı tərəfindən əldə olunan pul vəsaiti tikinti tam başa çatana qədər ancaq tikinti və tikinti ilə bağlı digər xərclərə yönəldilir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

2. Cavabdeh MMC (satıcı) ilə bağlanmış mənzil alqı-satqı müqavilələrindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi 21-ci məhəllədəki tikintidə olan yaşayış binasının: - “A” girişinin (blokunun) 2-ci mərtəbəsindən 7, 9, 10, 11, 12 nömrəli, 4-cü mərtəbəsindən 19, 21, 22, 23, 24 nömrəli, 6-cı mərtəbəsindən 31, 32, 33, 35, 36 nömrəli, 8-ci mərtəbəsindən 43, 44, 45, 46, 48, 60 nömrəli, 10-cu mərtəbəsindən 55, 56, 57, 58, 59 nömrəli, 11-ci mərtəbəsindən 62 nömrəli mənzillər, “A” girişində (blokunda) ümumi sahəsi 148,56 m2 və 21,32 m2 olan qeyri-yaşayış sahələri; - “B” girişinin (blokunun) 1-ci mərtəbəsindən 1, 2, 3, 4, 5 nömrəli, 3-cü mərtəbəsindən 11, 12, 13, 14 nömrəli, 5-ci mərtəbədən 21, 22, 23, 24, 25 nömrəli, 7-ci mərtəbədən 31, 33, 34, 35 nömrəli, 9-cu mərtəbədən 41, 42, 43, 44, 45 nömrəli, 11-ci mərtəbəsindən 55 nömrəli mənzillər, “B” girişində (blokunda) ümumi sahəsi 65 m2, 70 m2, 157,74 m2 və 125,51 m2 olan qeyri-yaşayış sahələri; - “C” girişinin (blokunun) 2-ci mərtəbəsindən 7, 8, 9 nömrəli, 4-cü mərtəbəsindən 16, 17, 18, 19 nömrəli, 6-cı mərtəbəsindən 26, 27, 28, 29, 30 nömrəli, 8-ci mərtəbəsindən 36, 38, 40 nömrəli, 10-cu mərtəbəsindən 46, 47, 48, 50 nömrəli, 11-ci mərtəbəsindən 53, 54 nömrəli mənzillər, “C” girişində (blokunda) ümumi sahəsi 115,93 m2, 115,8 m2 olan qeyriyaşayış sahələri; - “S” girişinin (blokunun) 1-ci mərtəbəsindən 1, 2, 3, 4, 5, 6 nömrəli, 3-cü mərtəbəsindən 13, 14, 15, 16, 17, 18 nömrəli, 5-ci mərtəbəsindən 25, 26, 27, 28, 29, 30 nömrəli, 7-ci mərtəbəsindən 39, 40, 41, 42 nömrəli, 9-cu mərtəbəsindən 49, 51, 52, 53 nömrəli, 11-ci mərtəbəsindən 61, 63 nömrəli mənzillər; - “V” girişinin (blokunun) 2-ci mərtəbəsindən 7, 8, 9, 10, 11, 12 nömrəli mənzillər, 4-cü mərtəbəsindən 19, 20, 21, 22, 23, 24 nömrəli, 6-cı mərtəbəsindən 31, 32, 33, 34, 36 nömrəli, 8-ci mərtəbəsindən 43, 44, 45, 46, 47, 48 nömrəli, 9-cu mərtəbəsindən 54 nömrəli, 10-cu mərtəbəsindən 55, 56, 57, 58, 59, 60 nömrəli, 11-ci mərtəbəsindən 62, 64, 65, 66 nömrəli mənzillər, “V” girişində (blokunda) ümumi sahəsi 176,11 m2, 85 m2, 42,5 m2, 71 m2 olan qeyri-yaşayış sahələri və - Ümumi sahəsi 76,84 m2 və 245 m2 olan qeyri-yaşayış sahələri 2014-2020-ci illər ərzində Cavabdeh MMC tərəfindən müxtəlif şəxslərə satılmışdır.

3. "xxxx" MMC-nin 29 iyun 2020-ci il tarixli auditor hesabatından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi 21-ci məhəllədəki yaşayış kompleksinin tikintisinin hazırki vəziyyətinə baxış aparılarkən ilkin olaraq müəyyən edilmişdir ki, 18 yanvar 2014-cü il tarixli podrat müqaviləsinin şərtləri pozulmuş, tikinti quraşdırma işləri vaxtında başa çatdırılmamış, yaşayış kompleksi alıcıların istifadəsinə verilməmişdir. Həmçinin audit yoxlaması nəticəsində müəyyən edilmişdir ki, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi 21-ci məhəllə ərazisində, təsdiq edilmiş layihə əsasında çoxmərtəbəli 7 girişli yaşayış binasının 5 girişinin tikintisinin natamam hissəsinin başa çatdırılması və istifadəyə verilməsi üçün xx.xx.2020-ci il tarixinə 1.698.960,30 manat məbləğində vəsait lazımdır.

4. 25 noyabr 2023-cü il tarixli akta əsasən, "xxxx" MTK ilə Cavabdeh MMC arasında bağlanmış 18 yanvar 2014-cü il tarixli podrat müqaviləsinə əsasən Cavabdeh MMC tərəfindən inşa edilməsi və istismara təhvil verilməsi nəzərdə tutulan ünvan 1 ünvanda yerləşən 5 blokdan ibarət mənzillərdə Avro Qrand” MMC tamamlanmamış tikinti işlərinin adları və həcmləri müəyyən edilmişdir. Akt "xxxx" MTK-nın sədri, texniki nəzarətçisi, komendantı, Avro Qrand MMC-nin sabiq direktoru X1 adından çıxış edən etibarlı şəxs Nümayəndə, direktoru və nümayəndəsinin imzaları ilə təsdiq edilmişdir.

5. 15 dekabr 2023-cü il tarixli akta əsasən, "xxxx" MTK ilə Cavabdeh MMC arasında bağlanmış 18 yanvar 2014-cü il tarixli podrat müqaviləsinə əsasən Cavabdeh MMC tərəfindən inşa edilməsi və istismara təhvil verilməsi nəzərdə tutulan ünvan 1 ünvanda yerləşən 5 blokdan ibarət mənzillərdə Cavabdeh MMC tərəfindən yarımçıq saxlanılmiş, "xxxx" MTK-nın vəsaiti hesabına işlənmiş tikinti işlərinin adları və həcmləri müəyyən edilmişdir. Akt "xxxx" MTK-nın sədri, texniki nəzarətçisi və komendantı, Cavabdeh MMC-nin direktoru və nümayəndəsinin imzaları ilə təsdiq edilmişdir. 6."xxxx" MMC-nin 12 avqust 2024-cü il tarixli mütəxəssis rəyinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsi (indiki Qalubiyyə), 21-ci məhəllədə podratçı Cavabdeh MMC tərəfindən görülməyən, lakin "xxxx" MTK-nın vəsaiti hesabına yerinə yetirilmiş işlərin dəyəri- 966.845,4 manat, tamamlanmayan işlərin dəyəri isə 777.136 manat məbləğində müəyyən edilmişdir.

7. "xxxx" MTK tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış pretenziya məktublarından görünür ki, MMC-dən öhdəliklərinin 10 gün ərzində ödənilməsi xahiş edilmişdir. İİ. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

8. İddiaçı "xxxx" MTK cavabdehlər Cavabdeh MMC-yə və X2 qarşı podrat müqaviləsi üzrə öhdəliklərin icra edilməsi və dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixli podrat müqaviləsinə xitam verilməsi və həmin müqavilə əsasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov (hazırki Qalubiyyə) küçəsi 21-ci məhəllə ərazisində təsdiq edilmiş layihə əsasında çox mərtəbəli 7 girişli yaşayış binasının 5 girişinin tikintisinin yekunlaşdırılması üçün 1.698.960,30 manat məbləğində pul vəsaitinin və ödənilmiş 1.640 manat dövlət rüsumunun, ümumilikdə 1.698.976,30 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı "xxxx" MTK-ya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MTK Abşeron rayon İcra Hakimiyyəti başçısının 11 aprel 2007-ci il tarixli 142 saylı sərəncamı əsasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov (hazırki Qalubiyyə) küçəsi 21-ci məhəllə ərazisində təsdiq edilmiş layihə əsasında çox mərtəbəli 7 girişli yaşayış binasının tikilməsi hüququnu əldə etmişdir. Həmin çoxmərtəbəli binanın inşası üçün iddiaçı "xxxx" MTK ilə Cavabdeh MMC arasında xx.xx.2014-cü il tarixli podrat müqaviləsi bağlanmışdır. Həmin müqavilə Bakı şəhəri 27 saylı notariat kontorunda 3M - 01/19 reyestr altında notarial qaydada təsdiq edilmişdir. Tərəflər arasında əldə edilmiş razılığa əsasən təsdiq edilmiş podrat müqaviləsinin 2.1-ci bəndinə əsasən podratçı Cavabdeh MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov (hazırki Qalubiyyə) küçəsi 21-ci məhəllə ərazisində təsdiq edilmiş layihə əsasında 5 girişli 12 mərtəbəli yaşayış binasını 3 il 6 aydan gec olmayaraq başa çatdırılması nəzərdə tutulmuşdur. Müqavilənin 2.4-cü bəndinə əsasən, podratçı tərəfindən satılmış mənzillər və qeyri-yaşayış sahələri "xxxx" MTK-da lazımi qaydada təsdiq edildikdən sonra qüvvəyə minir. Satış zamanı müqavilənin düzgün tərtibinə və sonrakı mübahisələrə satışı aparmış tərəf məsuliyyət daşıyır. Müqavilənin 3.1-ci bəndinə əsasən, podratçı sifarişçinin ona təqdim etdiyi layihə sənədləri əsasında 5 girişli 12 mərtəbəli binanı tam istismara yararlı vəziyyətə çatdırmaqla tikintisini, binanın ərazisindəki abadlıq işlərini, kommunikasiya (su, qaz, kanalizasiya, elektrik) işlərini öz materialları və vəsaiti hesabına həyata keçirir, bunun müqabilində sifarişçi tikinti üçün öz mülkiyyətindəki torpaq sahəsinə dair sənədləri təqdim edir, bundan başqa torpaq üzərində tikiləcək binanın yaşayış və qeyri-yaşayış sahələrinin 50% podratçıya verir. Həmin müqavilənin 3.8-ci bəndinə əsasən, podratçı tikintinin fasiləsiz aparılmasını təmin edir, müqavilə üzrə şərtləşdirilmiş işi öz materialları və vəsaiti hesabına qüsursuz və keyfiyyətlə icra etməyə borcludur. Həmin müqavilənin 3.12-ci bəndində isə qeyd olunur ki, podratçı tərəfindən əldə olunan pul vəsaiti tikinti tam başa çatana qədər ancaq tikinti və tikinti ilə bağlı digər xərclərə yönəldilir. Cavabdeh MMC ilə iddiaçı "xxxx" MTK arasında bağlanmış xx.xx.2014-cü il tarixli podrat müqaviləsinə əsasən podratçı Cəmiyyətin rəhbəri X3 16433 m2 yaşayış sahəsini, 1401 m2 qeyri-yaşayış sahəsini və 31 ədəd qaraj sahəsini tikərək satmalı və həmin satışdan əldə edilmiş vəsait hesabına tikintini 2017-ci ilin sonlarına qədər tam yekunlaşdırmalı və istismara qəbul edilməsi üçün bütün lazımi tədbirləri görməli idi. Cavabdeh Cəmiyyətin rəhbəri Xanlar Cəfərov ilə əldə edilmiş ilkin razılaşmaya əsasən 16433 m2 yaşayış sahəsinin 1 m2 600 manatdan, 1401 m2 qeyriyaşayış sahəsinin 1 m2 1500 manatdan və 31 ədəd qaraj sahəsinin 1 ədədini 10000 manatdan aşağı olmayan qiymətə satmalı idi. Cavabdeh MMC-nin iddiaçı "xxxx" MTK-ya təqdim etdiyi sənədlərə əsasən müəyyən edilmişdir ki, o mənzilləri və qeyri-yaşayış sahələrini razılaşdırılmış qiymətə deyil, nisbətən aşağı qiymətə sataraq 10.874.350 manat pul vəsaiti toplamışdır. Həmin toplanmış pul vəsaitindən 5 girişli çox mərtəbəli yaşayış binasının inşası üçün cəmi 7.850.000 manat xərcləmişdir. Cavabdeh qalan pul vəsaitini isə şəxsi məqsədlərə istifadə edərək mənimsəmişdir və beləliklə cavabdeh üzərinə götürdüyü öhdəliyi tam icra etməyərək binanın tikintisini natamam şəkildə saxlamışdır. Baxmayaraq ki, binanın tikintisi 2017-ci ilin sonuna qədər tam yekunlaşdırılmalı olsa da, bugünədək hələ də yekunlaşdırılmayıb. Bu hal daşınmaz əmlak alıcılarının haqlı olaraq narazılığına səbəb olmuşdur. Lakin cavabdeh üzərinə götürdüyü öhdəlikləri icra etməkdən və binanın tikintisini tam yekunlaşdıraraq bina sakinlərinə təhvil verməkdən imtina edir. Bununla da iddiaçı "xxxx" MTK-nın iş-güzar nüfuzuna ciddi şəkildə zərər vurulmuşdur. Belə ki, bina sakinləri aldıqları məznillərin yekunlaşdırılaraq onlara verilməsini iddiaçıdan tələb edirlər. Halbuki pul vəsaitlərini toplayaraq binanı tikib sakinlərə təhvil vermək Cavabdeh MMC-nin öhdəliyi idi. Belə olan halda binanın tikintisinə çəkilən xərcin və tikintinin natamam hissəsinin təhvil verilməsi üçün çəkilməli olan xərcin müəyyən edilməsi məqsədi ilə "xxxx" MTK tərəfindən audit yoxlaması dəvət edilmişdir. Aparılan audit yoxlaması zamanı Cavabdeh MMC-nin nümayəndəsi və Xanlar Cəfərov audit yoxlamasında iştirak etməkdən imtina etdiyindən yaşayış binasına çəkilən xərcləri müəyyən etmək mümkün olmamışdır. Ancaq audit yoxlaması zamanı Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov (hazırki Qalubiyyə) küçəsi 21-ci məhəllə ərazisində təsdiq edilmiş layihə əsasında çox mərtəbəli 7 girişli yaşayış binasının 5 girişinin tikintisinin natamam hissəsinin başa çatdırılması və istifadəyə verilməsi üçün xx.xx.2020-ci il tarixinə 1.698.960,30 manat məbləğində pul vəsaitinin lazım olduğu müəyyən edilmişdir. Bu hal "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli auditor hesabatı ilə öz təsdiqini tapır. Həmin Auditor hesabatı ilə Cavabdeh MMC-nin nümayəndəsi Xəzər Əliyev xx.xx.2020-ci il tarixdə tanış olmuş və bir nüsxəsini direktora təqdim etmək məqsədi ilə qəbul etmişdir. Eyni zamanda cavabdeh tikintidə istifadə edilmiş elektrik enerjisinin dəyərinin ödənilməsini də təmin etməmişdir. Bu səbəbdən də "xxxx" ASC "xxxx" MTK-ya qarşı məhkəmədə iddia qaldırmış və elektrik enerjisindən istifadəyə görə 27.000 manat məbləğində pul vəsaitinin "xxxx" MTK-dan tutulmasına dair qətnamə qət edilmişdir. Elektrik enerjisindən istifadəyə görə hesablanmış həmin borcun 5000 manat hissəsi cavabdeh tərəfindən istifadə edilmiş və ödənilməmiş elektirk enerjisinə görə yaranmış borcdur. Məlumat üçün bildirmək istərdilər ki, Xanlar Cəfərov əvvəllərdə etibardan sui-istifadə edərək dələduzluq etmiş və bina tikintisi üçün toplanılmış pul vəsaitlərini mənimsəmişdir. Qanuna zidd əməllərinə görə Xanlar Cəfərov Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə AR CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. AR CM-in 70-ci maddəsinə əsasən X.Cəfərov təyin edilmiş cəza 2 il sınaq müddəti ilə şərti hesab edilmişdir. Növbəti dələduzluq əməlinə görə isə Bakı Ağır Cinayətlər məhkəməsinin 1(101)-960/2018 saylı iş üzrə xx.xx.2018-ci il tarixli hökmü ilə AR CM-in 178.3.2, 308.2, 213.3 və 313-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 3 il müddətinə dövlət və yerli özünüidarətmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il 9 ay 19 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. AR CM-in 70-ci maddəsinə əsasən X.Cəfərov təyin edilmiş cəza 2 il sınaq müddəti ilə şərti hesab edilmişdir. Cavabdeh MMC-nin keçmiş təsisçisi və direktoru Xanlar Cəfərov ilə fərdi söhbət zamanı etiraf etmişdir ki, sonuncu cinayət işi zamanı, yəni ünvan 2 ünvanında inşa olunan 1 girişli 21 mərtəbəli binanın tikintisi zamanı yol verdiyi saxtakarlıqları və dələduzluq əməllərini qarşılamaq və zərərçəkmiş şəxsləri razı salmaq məqsədi ilə Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov (hazırki Qalubiyyə) küçəsi 21-ci məhəllə ərazisində təsdiq edilmiş layihə əsasında çoxmərtəbəli 7 girişli yaşayış binasının 5 girişinin tikintisi üçün alıcılardan topladığı vəsaitdən istifadə etmişdir. Bu səbəbdən o, hal-hazırda Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov (hazırki Qalubiyyə) küçəsi 21-ci məhəllə ərazisində təsdiq edilmiş layihə əsasında çox mərtəbəli 7 girişli yaşayış binasının 5 girişinin tikintisini yekunlaşdırmaqdan birbaşa və dolayı yollarla yayınır.

4. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.2, 324.4, 425.1, 425.2, 430, 442, 443.1, 445.1,445.2.1, 445.2.2, 445.3-cü maddələrinə istinad etmişdir.

5. 13.06.2022-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili iddianın dəqiqləşdirilməsi barədə sonuncu ərizə verərək, cavabdeh kimi Cavabdeh MMC-nin müəyyən edilməsi, Cavabdeh MMC-nin üzərinə "xxxx" MTK ilə aralarında bağlanılmış xx.xx.2014-cü il tarixli podrat müqaviləsi üzrə öhdəliklərin tam icra edilməsi vəzifəsinin, o cümlədən Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov (hazırkı Qalubiyyə) küçəsi 21-ci məhəllə ərazisində təsdiq edilmiş layihə əsasında çoxmərtəbəli 7 girişli yaşayış binasının 5 girişinin tikintiquraşdırma işlərinin yekunlaşdırılması üçün tələb olunan dəyəri 1.698.960,30 manat məbləğində olan işlərin (hörgü işləri 21818 m2 , qazlaşdırma 5 blokda 308 mənzil, blokların damında izaolyasiya işləri, liftlər və quraşdırılması, plastik qapı və pəncərələr, mərtəbə arası pilləkən kənarlarına perilla, suvaq, rəngləmə, mozaika işləri və materiallar, mənzillərin giriş qapısı, mərkəzi kanalizasiya xətti kargo boru d-300, su xətti, kanalizasiya və yağmur suyunu axıtmaq üçün boru xətti, vitraj (aliminium) material, yardımçı tikili A, B., V bloklarının qarşısında, havalandırma və yanğın söndürmə, elektrik bölməsi, abadlıq işləri (asfalt, hazırlıq işləri) və təhlil qrupunun rüsumu 5 blok - A, B, C, V, S blokları üçün) başa çatdırılması öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulması, Cavabdeh MMC-dən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1240 manat və mediasiya xərclərin əvəzi olaraq 400 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı "xxxx" MTK-ya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh MMC-nin üzərinə "xxxx" MTK ilə aralarında bağlanılmış xx.xx.2014-cü il tarixli podrat müqaviləsi üzrə Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov (hazırkı Qalubiyyə) küçəsi 21-ci məhəllə ərazisində təsdiq edilmiş layihə əsasında çoxmərtəbəli 7 girişli yaşayış binasının 5 girişinin tikinti-quraşdırma işlərinin yekunlaşdırılması üçün tələb olunan dəyəri 1.698.960,30 manat məbləğində olan işlərin (hörgü işləri 21818 m2 qazlaşdırma 5 blokda 308 mənzil, blokların damında izaolyasiya işləri, liftlər və quraşdırılması, plastik qapı və pəncərələr, mərtəbə arası pilləkən kənarlarına perilla, suvaq, rəngləmə, mozaika işləri və materiallar, mənzillərin giriş qapısı, mərkəzi kanalizasiya xətti kargo boru d300, su xətti, kanalizasiya və yağmur suyunu axıtmaq üçün boru xətti, vitraj (aliminium) material, yardımçı tikili A, B, V bloklarının qarşısında, havalandırma və yanğın söndürmə, elektrik bölməsi, abadlıq işləri (asfalt, hazırlıq işləri) və təhlil qrupunun rüsumu 5 blok - A, B, C, V, S blokları üçün) başa çatdırılması öhdəliyinin qoyulması, Cavabdeh MMC-dən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 1240 manat və mediasiya xərclərin əvəzi olaraq 400 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" MTK-ya ödənilməsi qət edilmişdir.

7. Cavabdeh MMC-nin ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək qiyabi qətnamənin ləğv edilməsini xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-1481/2022 saylı qiyabi qətnaməsi ləğv edilmiş və kommersiya mübahisəsinə dair iş üzrə icraat təzələnmişdir.

b) İddiaya qarşı etirazın dəlilləri

8. İddiaya qarşı etiraz təqdim olunmamışdır.

b) İşdə iştirak edən şəxslər və onların izahatları

9. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. 10.Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahatında iddia tələbini qəbul etmədiyini bildirmişdir.

11. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

12. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

13. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3cü maddəsi).

İV. TƏTBİQ EDİLƏN HÜQUQ

14. AR Mülki Məcəlləsinin: - 385.1, 442, 443.1, 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 753.3. Əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. 762.1-ci maddəsinə görə podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.3-ci maddəsinə görə podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. 763.1-ci maddəsinə görə əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər.

15. AR MPM-in: - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 114.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

16. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.

17. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı "xxxx" MTK ilə Cavabdeh MMC arasında 18 yanvar 2014-cü il tarixli podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı Xələfli-M.Y.H” MTK həmin müqaviləyə (2.2-ci bəndinə) əsasən üzərinə götürdüyü öhdəlikləri icra edərək podratçının (Cavabdeh MMC) fəaliyyəti üçün tikinti sahəsini təqdim etsə, tikintinin başlanıb aparılması üçün Cavabdeh MMC-yə şərait yaratsa və müqavilənin şərtlərinə uyğun olaraq tikiləcək binanın yaşayış və qeyri-yaşayış sahələrinin 50%-ni cavabdehə təqdim etsə də, cavabdeh müqavilənin (2.1-ci bəndinin) şərtlərini pozaraq 5 girişli 12 mərtəbəli yaşayış binasının tikintisinin nəinki 3 il 6 aydan gec hətta 10 ilə yaxın müddətdə başa çatdırmamış, tikintiquraşdırma işlərinin yekunlaşdırılması üçün tələb olunan işləri bir hissəsini görməmişdir.

18. Hazırda iddiaçı "xxxx" MTK tamamlanmamış 1.698.976,30 manat məbləğində işlərin görülməsi öhdəliyinin Cavabdeh MMC-nin üzərinə qoyulmasını tələb edir.

19. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edildi ki, Cavabdeh MMC tərəfindən müqavilə üzrə görülməmiş işlərin bir hissəsi işə məhkəmədə baxılarkən iddiaçı "xxxx" MTK tərəfindən görülmüşdür. "xxxx" MTK tərəfindən görülmüş işlərin, eləcə də Cavabdeh MMC tərəfindən görülməli olan, lakin hal-hazıradək tamamlanmamış işlərin adları və həcmi hər iki tərəfin iştirakı ilə tərtib edilmiş xx.xx.2023 və xx.xx.2023-cü il tarixli aktlarla müəyyən edilmişdir. Həmin aktlara əsasən hal-hazıradək 5 girişli 12 mərtəbəli yaşayış binasının tikintisi üzrə icra edilməmiş işlər aşağıdakılardan ibarətdir: A və S bloklarında fasad svaq işləri =400m2; A və S bloklarında fasadda boya işləri =400 m2 A, B və S bloklarında mərtəbələrin boya işləri =5730m2;S blokunda 8-ci mərtəbəsində mozayka işi=62m2; A, B və S bloklarında şpaklovka işləri =4740m2; B blokunun girişində mozayka işi=45m2; V və C blokunun bütöv B blokunun çöl tərəfinin fasadının boya işləri=6000m2; 5 blokda (A, B, V, C, S) qaraja düşmə pilləkənin perillası=150p/m; 5 blokda (A, B, V, C, S) qarajın pilləkan hissəsinin təmiri=350m2; A və S bloklarında qaraja düşmə qapıları=2 ədəd; A, B, V, C və S bloklarında o cümlədən qarajda yanğınsöndürmə və təhlükəsizlik sistemləri işləri=42000m2 ; Mənzillərdə arakəsmə və şaxtaların hörgü ölçüsü=1057m2, Blokarası temperaturnu şov=530p/m; C blokunda bazara tərəf çıxışın təmiri=250m2; 5 blokunun arxa tərəfində obyekt qabağı asvalt =120m2 ; A və S blokunda qaraja girişin hörgü işləri=62m2; 5 blokda (A, B, V, C, S) lift şaxtasının fasadının boya işləri=625m2; 5 blokda (A, B, V, C, S) lift şaxtasının iç işləri: pol=100m2, tavan=1002, divar=310m2; A, B, V, C bloklarda qarajın asfalt işləri=2500m2; A blokunun qaraja giriş pandusunun suvaq və boya işləri=120m2; A və S blokunda 2 ədəd yük, B, V və C blokunda 3 ədəd sərnişin liftləri; A, B, V, C, S bloklarında liftlər üçün 5 ədəd stablizator; Su anbarı motorlarla təmini=6 ədəd motor komplekt; Mənzillərdə giriş qapıları=40 ədəd; Binaların istismara yararlığını yoxlamaq üçün tikintiyə nəzarət agentliyinin təhlil qrupunun və dövlətə təhvil rüsumları.

20. Müqavilə üzrə hal-hazıradək görülməmiş işlərin dəyərinə gəldikdə məhkəmə qeyd edir ki, AZ-Ekspertiza” MMC-nin 12 avqust 2024-cü il tarixli mütəxəssis rəyinə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsi (indiki Qalubiyyə), 21-ci məhəllədə podratçı Cavabdeh MMC tərəfindən görülməyən, lakin "xxxx" MTK-nın vəsaiti hesabına yerinə yetirilmiş işlərin dəyəri- 966.845,4 manat, tamamlanmayan işlərin dəyəri isə 777.136 manat məbləğində müəyyən edilmişdir.

21. Məhkəmə hesab edir ki, müətəxəssis rəyi ilə razılaşmaması üçün əsas yoxdur, Odur ki, sözügedən rəy sübut qismində qəbul edilməlidir.

22. Belə olan halda məhkəmə iddiaçı "xxxx" MTK-nın mübahisəli podrat müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etsə də, Cavabdeh MMC-nin tərəflər arasında bağlanmış müqaviləyə əsasən üzərinə götürdüyü tikinti-quraşdırma işlərinin görülməsi öhdəliyini lazımi qaydada yerinə yetirmədiyini, görülməli olan tikinti-quraşdırma işlərini başa çatdırmadığını, iddiaçı "xxxx" MTK-nın isə Mülki Məcəllənin 752.1 və 763.1-ci maddələrinin tələblərinə əsasən həmin öhdəliyinin icrasını tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-nin üzərinə "xxxx" MTK ilə aralarında bağlanılmış xx.xx.2014-cü il tarixli podrat müqaviləsi üzrə Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov (hazırkı Qalubiyyə) küçəsi 21-ci məhəllə ərazisində təsdiq edilmiş layihə əsasında çoxmərtəbəli 7 girişli yaşayış binasının 5 girişinin tikinti-quraşdırma işlərinin yekunlaşdırılması üçün tələb olunan dəyəri 777.136 manat məbləğində olan işlərin (A və S bloklarında fasad svaq işləri =400m2; A və S bloklarında fasadda boya işləri =400 m2 A, B və S bloklarında mərtəbələrin boya işləri =5730m2;S blokunda 8-ci mərtəbəsində mozayka işi=62m2; A, B və S bloklarında şpaklovka işləri =4740m2; B blokunun girişində mozayka işi=45m2; V və C blokunun bütöv B blokunun çöl tərəfinin fasadının boya işləri=6000m2; 5 blokda (A, B, V, C, S) qaraja düşmə pilləkənin perillası=150p/m; 5 blokda (A, B, V, C, S) qarajın pilləkan hissəsinin təmiri=350m2; A və S bloklarında qaraja düşmə qapıları=2 ədəd; A, B, V, C və S bloklarında o cümlədən qarajda yanğınsöndürmə və təhlükəsizlik sistemləri işləri=42000m2; Mənzillərdə arakəsmə və şaxtaların hörgü ölçüsü=1057m2, Blokarası temperaturnu şov=530p/m; C blokunda bazara tərəf çıxışın təmiri=250m2; 5 blokunun arxa tərəfində obyekt qabağı asvalt =120m2 ; A və S blokunda qaraja girişin hörgü işləri=62m2; 5 blokda (A, B, V, C, S) lift şaxtasının fasadının boya işləri=625m2; 5 blokda (A, B, V, C, S) lift şaxtasının iç işləri: pol=100m2, tavan=1002, divar=310m2; A, B, V, C bloklarda qarajın asfalt işləri=2500m2; A blokunun qaraja giriş pandusunun suvaq və boya işləri=120m2; A və S blokunda 2 ədəd yük, B, V və C blokunda 3 ədəd sərnişin liftləri; A, B, V, C, S bloklarında liftlər üçün 5 ədəd stablizator; Su anbarı motorlarla təmini=6 ədəd motor komplekt; Mənzillərdə giriş qapıları=40 ədəd; Binaların istismara yararlığını yoxlamaq üçün tikintiyə nəzarət agentliyinin təhlil qrupunun və dövlətə təhvil rüsumları) başa çatdırılması öhdəliyi qoyulmalıdır.

23. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 400 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 1240 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

24. Dövlət rüsumunun hesablanmaması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 1640 manat təşkil edir.

25. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 180 və dövlət rüsumununa görə 600 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-nin üzərinə "xxxx" MTK ilə aralarında bağlanılmış xx.xx.2014-cü il tarixli podrat müqaviləsi üzrə Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov (hazırkı Qalubiyyə) küçəsi 21-ci məhəllə ərazisində təsdiq edilmiş layihə əsasında çoxmərtəbəli 7 girişli yaşayış binasının 5 girişinin tikinti-quraşdırma işlərinin yekunlaşdırılması üçün tələb olunan dəyəri 777.136 manat məbləğində olan işlərin (A və S bloklarında fasad suvaq işləri =400m2; A və S bloklarında fasadda boya işləri =400 m2 ; A, B və S bloklarında mərtəbələrin boya işləri =5730m2; S blokunda 8-ci mərtəbəsində mozayka işi=62m2; A, B və S bloklarında şpaklovka işləri =4740m2; B blokunun girişində mozayka işi=45m2; V və C blokunun bütöv B blokunun çöl tərəfinin fasadının boya işləri=6000m2; 5 blokda (A, B, V, C, S) qaraja düşmə pilləkənin perillası=150p/m; 5 blokda (A, B, V, C, S) qarajın pilləkan hissəsinin təmiri=350m2; A və S bloklarında qaraja düşmə qapıları=2 ədəd; A, B, V, C və S bloklarında o cümlədən qarajda yanğınsöndürmə və təhlükəsizlik sistemləri işləri=42000m2; mənzillərdə arakəsmə və şaxtaların hörgü ölçüsü=1057m2; blokarası temperaturlu şov=530p/m; C blokunda bazara tərəf çıxışın təmiri=250m2; 5 blokunun arxa tərəfində obyekt qabağı asfalt =120m2 ; A və S blokunda qaraja girişin hörgü işləri=62m2; 5 blokda (A, B, V, C, S) lift şaxtasının fasadının boya işləri=625m2; 5 blokda (A, B, V, C, S) lift şaxtasının iç işləri: pol=100m2, tavan=1002, divar=310m2; A, B, V, C bloklarda qarajın asfalt işləri=2500m2; A blokunun qaraja giriş pandusunun suvaq və boya işləri=120m2; A və S blokunda 2 ədəd yük, B, V və C blokunda 3 ədəd sərnişin liftləri; A, B, V, C, S bloklarında liftlər üçün 5 ədəd stabilizator; su anbarı motorlarla təmini=6 ədəd motor komplekt; mənzillərdə giriş qapıları=40 ədəd; binaların istismara yararlığını yoxlamaq üçün tikintiyə nəzarət agentliyinin təhlil qrupunun və dövlətə təhvil rüsumları) başa çatdırılması öhdəliyi qoyulsun. Qalan hissədə iddia rədd edilsin. İddia verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 600 və mediasiya xərclərinin əvəzi olaraq 180 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar