Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2004/2025 09.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ X8 Seyfəddin oğlunun sədrliyi, Daşdəmirova Ləman Şahlar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" QSC-yə qarşı borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı MMC cavabdeh "xxxx" QSC-yə qarşı müqavilə üzrə yaranmış 2 435 541,25 manat (iki milyon dörd yüz otuz beş min beş yüz qırx bir manat, iyirmi beş qəpik) məbləğin, o cümlədən 121 778 (yüz iyirmi bir min yeddi yüz yetmiş səkkiz) manat gecikməsi ilə əlaqədar yaranmış məbləğində dəbbə pulu və ödənilmiş 2072 (iki min yetmiş iki) manat dövlət rüsumunun, ümumilikdə 2 559 391.25 (iki milyon beş yüz əlli doqquz min üç yüz doxsan bir manat, iyirmi beş qəpik) manat pul vəsaitinin İddiaçı MMC-nin xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2025-ci il tarixdə cavabdeh məhkəməyə (etirazla) müraciət edərək, iddia ərizəsinin rədd edilməsini xahiş etmiş və etirazda qeyd etmişdir ki, cavabdeh ADY ilə İddiaçı MMC arasında “Dartı yarımstansiyaları, elektrik təchizatı və digər əlaqəli komponentlər daxil olmaqla BakıBöyük Kəsik dəhlizi üzrə 25 kv 50 hz sistemin zavod layihələndirilməsinin, təchizatının və quraşdırılmasının satınalınması üzrə” xx.xx.2012-ci il tarixli AZRTTFP-DSİ-PQ-2İCB nömrəli müqavilə bağlanılmışdır. xx.xx.2021-ci il tarixdə qeyd olunan müqaviləyə Əlavə № 6 bağlanılmışdır. Həmin Əlavəyə əsasən İddiaçı MMC Layihənin İİİ bölməsində inşa edilmiş Müsüslü və Sığırlı dartı yarımstansiyaları üzrə 01 iyul 2022-ci il tarixdən 31 dekabr 2024-cü il tarixə kimi hər ay mühafizə, profilaktiki baxım, təmir və istismar xidmətləri, Layihənin İV bölməsində isə inşa edilmiş Hacıqabul, Ələt, Lökbatan və Keşlə dartı yarımstansiyaları üzrə 01 iyul 2022-ci il tarixdən 31 yanvar 2025ci il tarixə kimi hər ay mühafizə, profilaktiki baxım, təmir və istismar xidmətlərini göstərməyi öhdəsinə götürmüşdür. Əlavə № 6-nın 5 saylı qoşmasına əsasən İddiaçı MMC hər ay mühafizə, profilaktiki baxım, təmir və istismar xidmətlərini göstərdiyi təqdirdə ADY Layihə İİİ üzrə 2 dartı yarımstansiyasına görə hər ay 31,213.03 manat, 30 ay ərzində 936,390.90 manat məbləğinin, Layihə İV üzrə isə hər ay 49,971.68 manat, 31 ay ərzində isə 1,549,122.03 manat məbləğinin ödənişinin aparılmasını öhdəsinə götürmüşdür. Lakin qeyd olunmalıdır ki, "xxxx" MMC tərəfindən mühafizə, profilaktiki baxım, təmir və istismar xidmətləri göstərilməmişdir. Xidmətlər göstərilmədiyindən aktlar ADY-yə hər ay təqdim olunmamış və buna uyğun ödənişlər aparılmamışdır. İddiaçı qeyd olunan xidmətləri göstərməmiş və bu səbəbdən ADY Layihə İİİ və Layihə İV üzrə dartı yarımstansiyaları üzrə mühafizə, profilaktiki baxım, təmir və istismar xidmətlərini özü həyata keçirib. Bildirilir ki, iddiaçı tərəfindən 2024-cü il üzrə aktlar təqdim olunmamışdır. 2023-cü il üzrə bəzi aktlar təqdim olunsa da, onların saxta olduğu və imzaların müvafiq vəzifəli şəxs tərəfindən canlı olaraq icra edilmədiyi, imzaların xüsusi texniki vasitənin köməyi ilə skan olunduğu, habelə aktlarda ADY-nin nümayəndəsinin iştirakı və imzasının olmadığı aydın şəkildə görünür. 2022-ci ilin altı ayı (iyul-dekabr ayları) üzrə aktlara diqqət yetirsək yenidən saxta imzalarla üzləşirik. Belə ki, 2022-ci ilin altı ayı üzrə aktlarda iddiaçı öz əməkdaşlarının imzalarını saxtalaşdırarkən həmçinin çəkinmədən ADY-nin nümayəndələrinin də imzalarını saxlataşdırmışdır. Aktlara baxarkən aşkar görünür ki, imzalar skan olunaraq əlavə edilmişdir. Qeyd olunmalıdır ki, Əlavəyə əsasən xidmətlər hər ay göstərilməli, həmçinin aktlar hər ay tərtib edilib, elektron qaimə-fakturalara əlavə edilib təqdim olunmalı idi, lakin 30 ay ərzində heç bir akt, heç bir qaimə-faktura təqdim olunmamışdır. Bu isə bir daha sübuta yetirir ki, iddiaçı tərəfindən bu xidmətlər göstərilməmişdir. xx.xx.2025-ci il tarixdə cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmiş və ərizədə qeyd etmişdir ki, məhkəmə Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsini rəhbər tutaraq iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarmalıdır. Belə ki, cavabdeh ADY ilə İddiaçı MMC arasında “Dartı yarımstansiyaları, elektrik təchizatı və digər əlaqəli komponentlər daxil olmaqla Bakı Böyük Kəsik dəhlizi üzrə 25 kv 50 hz sistemin zavod layihələndirilməsinin, təchizatının və quraşdırılmasının satınalınması üzrə” xx.xx.2012-ci il tarixli AZRTTFP-DSİ- PQ-2İCB nömrəli müqavilə bağlanmışdır. X3 46.1-ci maddəsinə (Mübahisələr və arbitrajlar) əsasən mübahisələr Ümumi Şərtlərin 46.3-cü alt-bəndinə müvafiq olaraq həll edilməsi üçün X1 çıxarıla bilər. Tərəflər Xüsusi Şərtlərdə göstərilmiş tarixlərdə X6 təyin etməlidir. Müqavilənin A X2 Mexanizmi (MHM) Razılaşmasının ümumi şərtləri əks olunub. Əlavəyə əsasən iddiaçı və cavabdeh müqaviləyə daxil olmuşlar, hansı ki, “Müqavilə” adlandırılır və özündə bu Əlavəni daxil edən X4 Razılaşmasını təyin etmişlər. Qeyd olunan Əlavənin 9-cü maddəsinə əsasən mübahisələr Hazırkı X4 Razılaşmasından yaranan və ya onunla bağlı istənilən mübahisə və iddialar, yaxud da bu Razılaşmanın pozulması, xitamı və ya etibarsızlığı ilə bağlı mübahisə və iddialar yekun olaraq arbitraj institutu tərəfindən həll olunmalıdır. Əgər heç bir arbitraj institutu barəsində razılıq yoxdursa, arbitraj prosesi Beynəlxalq Ticarət Palatasının Arbitraj Qaydaları altında arbitraj qaydalarına müvafiq olaraq təyin olunmuş bir arbitr tərəfindən aparılmalıdır. Digər Əlavədə isə X4 üzrə təlimatlar qeyd edilmişdir. X3 46.5-ci maddəsinə əsasən XŞ-də əksi göstərilməyincə, MHH-nin qərarının yekun qərara çevrilmədiyi və tərəflər üçün məcburi hüquqi qüvvəyə malik olmadığı hallarla bağlı istənilən mübahisələr yekun olaraq arbitraj instansiyasında həll edilməlidir. Qeyd olunanlara əsasən məlum olur ki, iddiaçının hər hansı bir mübahisəsi yarandığı zaman o X4 (MHM) Razılaşmasını rəhbər tutub mübahisənin həlli istiqamətində addımlar atmalı, Razılaşmanın pozulması ilə bağlı arbitraj institutuna müraciət etməli idi. Həmçinin Müqavilə ilə bağlı istənilən mübahisə yarandıqda iddiaçı məhkəməyə deyil, arbitraj instansiyasına müraciət etməli idi, lakin iddiaçı müqavilə şərtlərini kobud şəkildə pozmuş və müqavilənin şərtlərinə əməl etməmişdir. Yuxarıda göstərilənləri əsas tutaraq, İddiaçı MMC-nin cavabdeh "xxxx" QSC-yə qarşı “görülmüş işlərinin dəyərinin tam şəkildə ödənilməsinin tələb edilməsi” barədə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərinin geri qaytarılması barədə qərardad qəbul olunmasını xahiş etmişlər. xx.xx.2025-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili məhkəməyə (yazılı mülahizə ilə) müraciət edərək, göstərmişdir ki, cavabdeh "xxxx" QSC-nin ərizəsinin dəlilləri əsassızdır. İddiaçı haqlı olaraq hazırkı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəmsinə müraciət etmişdir. Məhkəmə isə düzgün olaraq iddia ərizəsini icraata qəbul edərək kommersiya işinə baxmışdır. Sözügeden müqavilənin 6-cı əlavəsi imzalanan zaman müqavilə tərəfləri "xxxx" QSC ve "xxxx" MMC-dir. Hər iki hüquqi şəxs Azerbaycan Respublikasında qeydiyyata alınan hüquqi şəxsdir. Hazirki iş üzrə iddianın predmeti də xx.xx.2012-ci il tarixli müqavilənin 6-cı Əlavəsi üzrə yaranmış borcların tələb edilməsidir. Tərəflər arasında bağlanmış Müqavilənin xüsusi şərtlərinin 5.1-ci bəndinə görə, tərəflər müqavilənin müvafiq olaraq təfsir olunacağı ölkənin qanunlarına uyğun olaraq Azərbaycan Respublikasını müəyyən etmişlər. Müqavilənin 46.5-ci bəndinə əsasən, Müqavilənin Xüsusi Şərtlərində əksi göstərilməyincə, MHH-nin qərarının yekun qərara çevrilmədiyi, və tərəflər üçün məcburi hüquqi qüvvəyə malik olmadığı hallarla bağlı istənilən mübahisələr yekun olaraq arbitraj instansiyasında həll edilməlidir. Müqavilənin Xüsusi Şərtlərinin 46.5-ci maddəsinin “b” bəndinə görə isə ölkədaxili podratçılarla bağlanmış müqavilələr üçün arbitraj sifarişçinin ölkəsinin qanunlarına müvafiq prosedurlarla aparılmalıdır. Qeyd edilən normanın tələbinin hazırda tərəflər arasında yaranmış mübahisənin həlli qaydalarına tətbiqi nəticəsində müəyyən edilir ki, mübahisəyə Azərbaycan Respublikasında səlahiyyətli kommersiya məhkəməsində baxılmalıdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, tərəflər arasında bağlanılmış müqavilənin A Əlavəsinin 9-cu maddəsinə əsasən mübahisələr Hazırkı X4 Razılaşmasından yaranan və ya onunla bağlı istənilən mübahisə və iddialar, yaxud da bu Razılaşmanın pozulması, xitamı və ya etibarsızlığı ilə bağlı mübahisə və iddialar yekun olaraq arbitraj institutu tərəfindən həll olunmalıdır. Əgər heç bir arbitraj institutu barəsində razılıq yoxdursa, arbitraj prosesi Beynəlxalq Ticarət Palatasının Arbitraj Qaydaları altında arbitraj qaydalarına müvafiq olaraq təyin olunmuş bir arbitr tərəfindən aparılmalıdır. Hazırkı mübahisəyə Bakı Kommersiya Məhkəməsində baxılması aidiyyət qaydalarını pozduğundan iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında hazırkı mübahisəyə Bakı Kommersiya Məhkəməsində baxılmalı və mahiyyəti üzrə araşdırlaraq yekun qərar qəbul edilməli olduğunu bildirdi. Məhkəmə hesab edir ki, İddiaçı MMC-nin cavabdeh "xxxx" QSC-yə qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, İddiaçı MMC ilə "xxxx" QSC arasında “Dartı yarımstansiyaları, elektrik təchizatı və digər əlaqəli komponentlər daxil olmaqla Bakı Böyük Kəsik dəhlizi üzrə 25 kv 50 hz sistemin zavod layihələndirilməsinin, təchizatının və quraşdırılmasının satınalınması üzrə” xx.xx.2012-ci il tarixli AZRTTFP-DSİ-PQ-2İCB nömrəli müqavilə bağlanmışdır. X3 46.1-ci maddəsinə (Mübahisələr və arbitrajlar) əsasən mübahisələr Ümumi Şərtlərin 46.3cü alt-bəndinə müvafiq olaraq həll edilməsi üçün X1 çıxarıla bilər. Tərəflər Xüsusi Şərtlərdə göstərilmiş tarixlərdə X6 təyin etməlidir. Qeyd olunan müqavilənin “A” X2 Mexanizmi (MHM) Razılaşmasının ümumi şərtləri əks olunub. Əlavəyə əsasən iddiaçı və cavabdeh müqaviləyə daxil olmuşlar, hansı ki, “Müqavilə” adlandırılır və özündə bu Əlavəni daxil edən X4 Razılaşmasını təyin etmişlər. Qeyd olunan Əlavənin 9-cü maddəsinə əsasən mübahisələr Hazırkı X4 Razılaşmasından yaranan və ya onunla bağlı istənilən mübahisə və iddialar, yaxud da bu Razılaşmanın pozulması, xitamı və ya etibarsızlığı ilə bağlı mübahisə və iddialar yekun olaraq arbitraj institutu tərəfindən həll olunmalıdır. Əgər heç bir arbitraj institutu barəsində razılıq yoxdursa, arbitraj prosesi Beynəlxalq Ticarət Palatasının Arbitraj Qaydaları altında arbitraj qaydalarına müvafiq olaraq təyin olunmuş bir arbitr tərəfindən aparılmalıdır. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. Göründüyü kimi İddiaçı MMC ilə "xxxx" QSC arasında bağlanmış xx.xx.2012-ci il tarixli AZRTTFP-DSİ-PQ-2İCB nömrəli müqavilədə tərəflər mübahisələrin kommersiya arbitrajında (münsiflər məhkəməsində) baxılması barədə şərt nəzərdə tutulmuşdur. Digər tərəfdən iş materiallarından görünür ki, cavabdeh "xxxx" QSC işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair etiraz etmişdir. Məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə tərəflərin müqavilədə mübahisənin həlli üçün arbitraj şərtini müəyyən etdikləri halda, məhkəmələrin səlahiyyətli olubolmamasına gəldikdə, qeyd edilməlidir ki, MPM-in 259.0.5-ci maddəsinə əsasən qanuna müvafiq olaraq tərəflər arasında həmin mübahisənin münsiflər məhkəməsində baxılması üçün müqavilə bağlanmışsa və işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair cavabdeh tərəfindən etiraz daxil olarsa iddia ərizəsi baxılmamış saxlanılmalıdır. MPM-də və digər normativ hüquqi aktlarda əksər hallarda “arbitraj” sözü “münsiflər məhkəməsi” söz birləşməsi ilə eyni mənada istifadə edilmiş, həmçinin, qanunvericilik münsif sözünün anlayışını müəyyən etməmişdir. Arbitraj sözünün anlayışı isə “Beynəlxalq arbitraj haqqında” Azərbaycan Respublikası Qanununda verilmişdir. Qanunda qeyd edilir ki, arbitraj – daimi arbitraj idarəsi tərəfindən keçirilib keçirilmədiyindən asılı olmayaraq hər bir arbitraj deməkdir. Bununla yanaşı, bir sıra ikitərəfli beynəlxalq sazişlərdə də “arbitraj” və “münsif” sözləri sinonim kimi istifadə edilmişdir. Qanunvericilik tərəflər arasında mübahisəyə arbitrajda baxılması barədə razılığın əldə olunduğu hallarda da işə məhkəmədə baxılmasını istisna etməmiş, bunu işə mahiyyəti üzrə baxılanadək tərəflərin razılığından asılı etmişdir. Bu baxımdan konkret mübahisənin arbitrajda baxılması ilə bağlı müvafiq müqavilə şərtinin olmasına baxmayaraq, işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair cavabdeh tərəfindən etiraz daxil olarsa, ərizəyə MPM-nin 259.0.5-ci maddəsinin tələbləri qaydasında qiymət verilə bilər. Azərbaycan Respublikası MPM-nin: 259.0.5-ci maddəsinə əsasən qanuna müvafiq olaraq tərəflər arasında həmin mübahisənin münsiflər məhkəməsində baxılması üçün müqavilə bağlanmışsa və işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair cavabdeh tərəfindən etiraz olarsa məhkəmə ərizəni baxılmamış saxlayır. 260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdeh "xxxx" QSC-yə qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. İddia ərizəsinin verilməsinə görə xx.xx.2025-ci il tarixli, ********** saylı qəbzə əsasən ödənilmiş 2068,90 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. X9
Məhkəmə qərarları › İş №e-2-2(113)-2004/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2004/2025
09.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver