Məhkəmə qərarları › İş №e-2-2(113)-2098/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2098/2020

13.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2098/2020 13.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil2, cavabdehin nümayəndələri Vəkil1 və X3 iştirakı ilə, İddiaçı (MMC) Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı əsas borcun, faiz borcunun, zərərin əvəzinin ödənilməsi və avadanlıqların qaytarılması barədə ilkin, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İddiaçınə qarşı zərərin əvəzinin ödənilməsi barədə qarşılıqlı iddialarına dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehndən ödənilməmiş əsas borca görə 6130465,3 ABŞ dolları, hesablanmış illik 5 % borcuna görə 798159,23 ABŞ dolları, vurulmuş maddi zərərə görə 8459865,03 ABŞ dolları, ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi manata olan məzənnəsi ilə ümumilikdə 15388489,56 ABŞ dolları, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin tutulması, OSC110332A seriya nömrəli hidrogenişləndirici (+ açar dəsti), RR8001 seriya nömrəli hidrogenişləndirici, BM2065 seriya nömrəli stabilləşdirici, ED022 seriya nömrəli qaldırıcı (Patrupka) Lift sub və xalta/xamut/safety clamp (8 diş) avadanlıqların alınaraq qaytarılması və ya dəyərinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, tələbin faktiki əsasını cifarişçi qismində çıxış edən Cavabdeh ilə podratçı qismində çıxış edən İddiaçı MMC arasında bağlanmış xx xxxxxxxx 2016-cı il tarixli, 05/2016 saylı (trestin qazma quyularında maili qazma və geofiziki-geoloji işlərin MWD (QZÖ) və LWD (QZK) ölçü cihazları vasitəsilə görülməsi və qazma avadanlıqlarının istifadə verilməsi barədə), xx xxxxxxxx 2018-ci il tarixli SOCAR **********20020137X00373 saylı (trestin istehsalat bölümlərinin quyularında genişləndirmə işlərinin yerinə yetirilməsi barədə) və xx xxxx 2019-cu il tarixli 26217-18S saylı (trestin maili və qazma işlərini yerinə yetirmək üçün öz avadanlıq və materialları hesabına xidmət göstərilməsi barədə) Podrat müqavilələri (bundan sonra – Müqavilələr) əsasında yaranmış münasibətlər təşkil edir. Əsas borc tələbi ilə bağlı müqavilələrə əsasən, iddiaçı cavabdehin xidmət sifarişləri əsasında həmin müqavilənin predmetini təşkil edən işləri görməyi və xidmətləri göstərməyi, cavabdeh isə müqavilənin 1 saylı Qoşmasında göstərilən qiymətlərə uyğun işlərin və xidmətlərin dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2016-cı il və xx.xx.2019-cu il tarixli müqavilələr 2 il, xx.xx.2018-ci il tarixli müqavilə isə 1 il müddətinə bağlanmışdır. Müqavilələrin “Qiymətlərin razılaşdırma protokolu” adlanan 1 saylı qoşmasına əsasən, işlərin və xidmətlərin dəyəri ABŞ dolları ilə müəyyən edilmişdir. Müqavilələrin muzd (müqavilə qiyməti) və ödəniş şərtlərini müəyyən edən 14-cü bəndinə əsasən, cavabdeh işin icrası və tamamlanması üçün iddiaçıya müqaviləyə əlavə olunmuş 1 saylı Qoşmaya uyğun tərtib edilən görülmüş işlərin yekununu əks etdirən qarşılıqlı imzalanmış təhvil-təslim aktları əsasında Müqavilədə müəyyən olunan tariflərdə və məbləğlərdə tərtib olunub təqdim edilən hesab-fakturaların qəbul edilməsindən sonra 30 gün ərzində daxili (və ya xarici) valyutalarla həyata keçirilən ödənişlərdə müvafiq məbləği ödəniş tarixinə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə ekvivalent Azərbaycan manatı ilə iddiçının bank hesabına ödəməlidir. Ödəniləcək məbləğə X8 daxil olduqda, həmin verginin məbləği hesab-fakturada ayrıca göstərilməklə, müvafiq olaraq Müqavilənin dəyərinə əlavə olunur. Görülən işlər və göstərilən xidmətlərlə əlaqədar tərəflər arasında qarşılıqlı borcların üzləşdirilməsinə dair xx.xx.2017, xx.xx.2018, xx.xx.2019, xx.xx.2019 və xx.xx.2020-ci il tarixli aktlar tərtib olunaraq imzalanmışdır. xx.xx.2020-ci il tarixinə olan qarşılıqlı üzləşməyə görə cavabdehin iddiaçıya görülən işlərə və göstərilən xidmətlərə görə cəmi 10433096,99 manat (6137115,87 ABŞ dolları) məbləğində əsas borcu yaranmışdır. Cavabdeh bu borcdan 2020-ci ilin iyul ayında 125000 manat, sentyabr ayında 15000 manat, oktyabr ayında 100000 manat olmaqla, cəmi 240000 manat (141176,47 ABŞ dolları) ödəmişdir. Bununla yanaşı, tərəflər arasında bağlanmış müqavilələr üzrə görülmüş işlərin yekununu əks etdirən qarşılıqlı imzalanmış təhvil-təslim aktlarına əsasən iddiaçı tərəfindən 2020-ci ilin iyun-avqust aylarında aşağıda qeyd edilən məbləğdə və xx.xx.2020-ci il tarixli üzləşmə aktında öz əksini tapmayan işlər görülmüşdür: xx.xx.2020-ci il tarixli 216/20 saylı akta və həmin tarixli hesab-fakturaya əsasən 7632,24 ABŞ dolları; Neft daşları 331, 2048 saylı quyu - xx.xx.2020-ci il tarixli 217/20 saylı akta və həmin tarixli hesab-fakturaya əsasən 13494,48 ABŞ dolları; Neft daşları 1541a, 2471 saylı quyu - xx.xx.2020-ci il tarixli 218/20 saylı akta və həmin tarixli hesab-fakturaya əsasən 38215,48 ABŞ dolları; Cilov 112, 127 saylı quyu - xx.xx.2020-ci il tarixli 219/20 saylı akta və həmin tarixli hesab-fakturaya əsasən 12866,72 ABŞ dolları; Qərbi Abşeron 54, 141 saylı quyu - xx.xx.2020-ci il tarixli 220/20 saylı akta və həmin tarixli hesab-fakturaya əsasən 16237,98 ABŞ dolları; Qərbi Abşeron 54, 141 saylı quyu - xx.xx.2020-ci il tarixli 221/20 saylı akta və həmin tarixli hesab-fakturaya əsasən 7574,42 ABŞ dolları; Qərbi Abşeron 54, 141 saylı quyu xx.xx.2020-ci il tarixli 222/20 saylı akta və həmin tarixli hesab-fakturaya əsasən 18590,90 ABŞ dolları; Qərbi Abşeron 54, 142 saylı quyu - xx.xx.2020-ci il tarixli 223/20 saylı akta və həmin tarixli hesab-fakturaya əsasən 10438,28 ABŞ dolları; Qərbi Abşeron 54, 142 saylı quyu - xx.xx.2020-ci il tarixli 224/20 saylı akta və həmin tarixli hesab-fakturaya əsasən 318,60 ABŞ dolları; Bulla 122, 122 saylı quyu - xx.xx.2020-ci il tarixli 039/20 saylı akta və həmin tarixli hesab-fakturaya əsasən 9156,80 ABŞ dolları; Bulla 122, 122 saylı quyu. Ümumilikdə üzləşmə aktından kənar görülən işlərin dəyəri 134525,9 ABŞ dolları (228.694,03 manat) təşkil edir. Göstərilənləri nəzərə alaraq, xx.xx.2020-ci il tarixinə cavabdehin iddiaçıya cəmi əsas borcu 6137115,87 - 141176,47 + 134525,9 = 6130465,3 ABŞ dollları (10421791,01 manat) təşkil edir. Bundan başqa, cavabdeh iddiaçıya xx.xx.2020-ci il tarixdə e-mail vasitəsilə müraciət edərək, Bulla, 8 mart, Ümid istehsalat bölümü Bulla yatağı 122 saylı meydança 122 saylı quyuda 215.9 mm balta ilə qazılan quyu lüləsinin 244.5 mm-ə genişləndirilməsi ücün 203/244.5 mm ölcülü hidrogenişləndirici ilə təmin olunmasını və mühəndis xidməti işlərinin yerinə yetirilməsini xahiş etmişdir. Həmin sifarişə uyğun olaraq iddiaçı tərəfindən OSC110332A seriya nömrəli hidrogenişləndirici (+ açar dəsti), RR8001 seriya nömrəli hidrogenişləndirici, BM2065 seriya nömrəli stabilləşdirici, ED022 seriya nömrəli qaldırıcı (Patrupka) Lift sub və xalta/xamut/safety clamp (8 diş) avadanlıqları xx.xx.2020-ci il tarixdə cavabdehin Bulla 122 anbarına göndərilmiş və təhvil verilmişdir. (müvafiq yol vərəqəsi əlavə olunur). Lakin adı çəkilən hidrogenişləndiricilər və digər avadanlıqlar indiyədək heç bir səbəb və əsas göstərilmədən İddiaçıya geri qaytarılmamışdır, baxmayaraq ki, bu barədə cavabdehə xx.xx.2020-ci il tarixdə e-mail vasitəsilə müraciət olunaraq, Günəşli 5/366 saylı quyuda yerləşən iddiaçıya məxsus hidrogenişləndiricilər və digər avadanlıqların geri qaytarilması xahiş edilmiş, qeyd edilən avadanlıqların iki ay bundan öncə Bulla lahiyəsinə göndərildiyi və nə səbəbdən Günəşli özülündə saxlanılması ilə əlaqədar məlumat verilmədiyi bildirilmişdir. Hesab edir ki, məlumat verilmədiyindən avadanların mövcud olmaması ehtimalı vardır və buna görə də avadanlıqlar və ya onların dəyəri ödənilməlidir. Faiz tələbi ilə bağlı müqavilələrin 14-cü bəndinə əsasən, cavabdeh görülmüş işlərin dəyərini müvafiq hesab-faktura təqdim edildikdən sonra 30 gün ərzində İddiaçıya ödəməli olduğu halda, bu öhdəliyini pozaraq və lazımınca yerinə yetirməyərək görülən işlərə və göstərilən xidmətlərə görə yaranmış borcların ödənilməsini gecikdirmişdir. Bu səbəbdən, cavabdeh Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1 və 445.7-ci maddələrinə əsasən, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Tərəflər arasında qarşılıqlı borcların üzləşdirilməsinə dair tərtib olunaraq imzalanmış xx.xx.2020-ci il tarixli akta əsasən həmin tarixə cavabdehin iddiaçıya ümumi qalıq borcu 10433096,99 manat təşkil etmiş və iddiada bu öhdəliyin icrasının gecikdirilməsinə görə illik 5 % 2020-ci ilin yanvariyul ayları (7 ay) üzrə hesablanmaqla 304.298,65 manat təşkil etmişdir. Hazırda xx.xx.2020-ci il tarixinə cavabdehin iddiaçıya cəmi əsas borcunun 10421791,01 manat təşkil edir və həmin öhdəliyin icrasının gecikdirilməsi 2020-ci ilin avqust, sentyabr və oktyabr aylarında da davam etmişdir, qeyd edilən məbləğə görə illik 5 % 2020-ci ilin 10 ayı (yanvar-oktyabr) üzrə hesablanmaqla 434241,29 manat (10421791,01 x 5 % : 12 ay x 10 ay) olacaqdır. Beləliklə, gecikdirilmiş vaxt üçün illik 5 % məbləği 2016-2019-cu illər və 2020-ci ilin 10 ayı üzrə cəmi 1356870,7 manat (798159,23 ABŞ dolları) təşkil edir. xx.xx.2016-cı il tarixli müqavilənin şərtlərinə görə, müqavilənin qüvvədə olma müddətinin başa çatmasına 30 gün qalmış tərəflərdən biri müqaviləyə xitam vermək barədə digər tərəfi xəbərdar etməzsə, müqavilə növbəti illər üçün uzadılmış sayılır. 2 il müddətinə bağlanmış həmin müqavilənin qüvvədə olma müddəti xx.xx.2018-ci il tarixdə başa çatsa da, tərəflərin heç biri müqaviləyə xitam verməmiş və müqavilənin qüvvədə olma müddəti avtomatik olaraq eyni şərtlərlə daha 2 il müddətinə uzadılmışdır. Ona görə də, 2018-ci ilin oktyabr ayı ərzində iddiaçı tərəfindən 2016-cı il tarixli müqavilə üzrə işlər görülmüş və xidmətlər göstərilmişdir. Lakin 2016-cı il tarixli müqavilənin qüvvədə olmasına və cavabdehin iddiaçıya bu müqavilə üzrə işlərin dayandırılması barədə hər hansı bildiriş, xəbərdarlıq verməməsinə rəğmən, 2018-ci ilin noyabr, dekabr və 2019- cu ilin yanvar, fevral və mart ayları ərzində iddiaçı cavabdeh tərəfindən həmin müqavilə üzrə heç bir işlərə və əməlyyatlara cəlb olunmamışdır, baxmayaraq ki, iddiaçı qeyd edilən dövr ərzində 2016-cı il tarixli müqavilə üzrə öz öhdəliklərini icra etmək məqsədilə işçi heyətini və avadanlıqlarını hər zaman işlərin icrasına hazır vəziyyətdə saxlamış və digər şirkətlərdən hər hansı sifariş qəbul etməmişdir. Nəticədə, iddiaçı əldən çıxmış fayda şəklində 4485952,90 ABŞ dolları məbləğində real maddi zərərə məruz qalmışdır. Müqavilənin 21.1 və 21.2-ci bəndlərinə əsasən, “dolayı (əldən çıxmış fayda) itki” dedikdə, müqavilə bağlanarkən əvvəlcədən görülüb-görülmədiyindən aılı olmayaraq, müqavilənin icrası ilə əlaqədar və ya bunun nəticəsində meydana çıxan dolayı itkilər və/və ya istehsalat itkisi, məhsul itkisi, fayda və gəlir itkisi, mənfəət və ya güman edilən mənfəət itkisi başa düşülməklə, cavabdeh iddiaçını belə itkilərdən qorumalı və müdafiə etməldir. 2017-2018-ci illərdə analoji aylar üzrə quyu qazma işləri 2018-ci ilin noyabr ayında 852665,64 ABŞ dolları, dekabr ayında 781076,22 ABŞ dolları, 2019-cu ilin yanvar ayında 955521,52 ABŞ dolları, fevral ayında 1312678,02 ABŞ dolları, mart ayında 584011,50 ABŞ dolları olmaqla 5 ay üçün ƏDV daxil cəmi məbləğ 4485952,90 ABŞ dolları təşkil etmiş və zərər də buna uyğun hesablanmışdır. xx.xx.2018-ci il tarixli müqavilənin və həmin müqavilə ilə bağlı keçirilmiş tenderin şərtlərinə görə cavabdehin istehsalat bölümlərinin quyularında genişləndirmə işlərinin görülməsi ilə bağlı bütün müraciətlər iddiaçıya edilməli olduğu halda, işlərin bir hissəsi digər şirkətlərə (Schlumberger, xxxx və SRS) həvalə olunmuşdur, baxmayaraq ki, iddiaçı bu Müqavilə üzrə öz öhdəliklərini yerinə yetirmək üçün bütün lazımi hazırlıq işlərini görmüş, o cümlədən, işçi heyətini, onlara təlimlərin keçirilməsini təşkil etmiş, lazımi avadanlıqları və ehtiyat hissələrini almışdır. Nəticədə, iddiaçıya ******* ABŞ dolları məbləğində real maddi zərər vurulmuşdur. Pirallahı yatağında 1219 saylı quyunun maili qazması zamanı “X1” şirkətinə məxsus, icarəyə götürülmüş (xx.xx.2017-ci il tarixli müqavilə, № SPT/ED/2017) NOV markalı, №2680486-2 seriyalı, yeni istehsal olunmuş quyu dibi mühərrikinin ehtiyat hissələri cavabdehin təqsiri üzündən ciddi zədələnmiş, qazma məhlulunun içərisinə düşən metal hissələr mühərrikin daxilindən keçərək rotor, stator və paçevnik hissələri kimi komponentlərə ciddi zərər vurmuşdur. Quyunun qazılması haqqında hesabatda təsvir olunduğu kimi, iddiaçının komandası xx.xx.2019-cu il tarixdə təyinat yerinə daxil olaraq 12 ¼” (311 mm) ölçülü lülə üzrə BHA avadanlıqlarını QDM ilə birlikdə yığılaraq quyu ağzında və qoruyucu kəmərin daxilində test etmiş, bütün tədbirlər və test sınaqları uğurla həyata keçirilmiş, QDM quyuya göndərilməzdən əvvəl tam yoxlamadan keçirilmiş və vəziyyəti “sıfır” saata əsasən yeni olmuşdur. Qazma zamanı 521 metr dərinliyə çatdıqdan sonra telemetriya ölçü avadanlığı (MWD) siqnalında xəta baş vermiş və quyuda qazma zamanı heç bir MWD siqnalı qəbul edilməmişdir. Daha sonra cavabdeh rotor rejimi ilə qazma işlərinin 600 metrə qədər davam etdirilməsi barədə qərar qəbul etmiş və qazma 311 mm lülənin sonuna 600 metrədək davam etmişdir. Qazma bitdikdən sonra avadanlıq quyu ağzına qaldırılmış və qazma baltası QDM-dən açıldıqda baltanın daxilində və ştuserində metal qırıntılarının olduğu aşkar olunmuş, metal qırıntısı baltanın ştuserində, digər metal və rezin qırıntıları isə baltanın daxilində qalmışdır. MWD avadanlıq 521 metr dərinlikdə siqnal göndərməyi dayandırdığı üçün belə nəticəyə gəlinmişdir ki, MWD avadanlığının komponentləri sınmış, qazma məhluluna qarışmış və QDM daxilindən keçərək baltanın daxilinə tökülmüş, nəticədə QDM-in rotor, stator və paçevnik hissələri ciddi zədələnməyə məruz qalmışdır. QDM iddiaçının istehsalat sahəsinə çatdırıldıqdan sonra şirkətin mühərriklər üzrə mütəxəsisi dəymiş zərərin dəyərini qiymətləndirmək üçün hərtərəfli yoxlama aparmış, müəyyən edilmişdir ki, mühərrik MWD avadanlığının müxtəlif hissələrinin metal qırıntıları tərəfindən zədələnmiş, rotorun xrom və gövdə hissələrinə ciddi ziyan dəymiş, hal-hazırda rotor və stator əsaslı təmir üçün istehsalçının (NOV) ən yaxın bölgədə - BƏƏ-nin Dubay şəhərində yerləşən təmir istehsalat sahəsinə göndərilməli, “Bearing” hissəsini isə təmir etmək üçün ehtiyat hissələri sifariş edilməlidir. Nəticədə, bununla bağlı iddiaçıya vurulmuş real maddi zərər 80314,34 ABŞ dolları təşkil etmişdir. Cavabdeh tərəfindən iddiaçıya elektron məktub vasitəsilə KQİT-in X4 yatağındakı 5 saylı özüldə qazılacaq quyunun Ø 311,5 mm, Ø 215,9 mm-lik seksiyalarının qazılması zamanı lazım olacaq avadanlıq və mühəndis xidməti üçün sifariş verilmiş, bununla bağlı bir neçə dəfə müzakirələr aparılaraq iddiaçı tərəfindən cavabdehə hər RSS avadanlığının özünə məxsus telemetriya avadanlığı ilə işləməsi, KQİT-in təqdim etdiyi telemetriya avadanlığı RSS avadanlığı ilə uzlaşmadğı təqdirdə istifadəsinin mümkün olmayacağı bildirilmiş, lakin buna baxmayaraq avadanlığın sifarişə uyğun təmin olunması tələb edilmişdir. Bu səbəbdən, iddiaçı sifarişin icrası məqsədilə “D-Tech UK Ltd” şirkəti ilə bağladığı avadanlıqların icarəsinə dair xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən avadanlıqları Azərbaycan Respublikasına müvəqqəti idxal etmişdir. Sonradan RSS və telemetriya avadanlıqlarının texniki göstəriciləri və proqram təminatları araşdırılaraq məlum olmuşdur ki, cavabdeh tərəfindən təqdim edilən, Geologiya və Geofizika İdarəsinə məxsus telemetriya avadanlığı ilə RSS avadanlığının uzlaşmadığı səbəbindən istifadə edilə bilməyəcəkdir. İddiaçının telemetriya avadanlığına dair müqaviləsi olmadığına görə KQİT-ni RSS avadanlığına uyğun telemetriya avadanlığı ilə təmin edə bilməmişdir. Bununla əlaqədar tərəflərin iştirakı ilə İddiaçının texniki bazasına baxış keçirilmiş və müəyyən olunmuşdur ki, cavabdehin gələcək perspektiv planına uyğun olaraq RSS, quyudibi mühərriklər, hidrogenişləndiricilər və onların ehtiyat hissələrinə aid malmateriallarla bağlı heç bir çatışmazlıq mövcud deyildir. İddiaçının bu işləri rotorla idarə olunan sistemlə həyata keçirməməsinə səbəb onun Geologiya və Geofizika İdarəsi ilə müqaviləsinin olmamasına görə telemetriya sistemində baş verən uyğunsuzluqla əlaqədar rotorla idarə olunan sistemin (RSS) istifadəsinin mümkün olmamasıdır, çünki rotorla idarə olunan sistem yalnız öz telemetriya sistemi ilə işləyə bilər. Göründüyü kimi, iddiaçı cavabdehin tapşırığı əsasında rotorla idarə olunan sistemi icarəyə götürərək Azərbaycan Respublikasına müvəqqəti idxal etsə də, İddiaçıdan asılı olmayan səbəblərdən həmin sistemi istifadə etmək mümkün olmamışdır. Nəticədə, bununla bağlı iddiaçı 104.076 ABŞ dolları məbləğində real maddi zərərə məruz qalmışdır. Müqavilələr üzrə mühəndis xərcləri, yəni quraşdırma yerində olarkən mühəndislər üçün qida, konteyner icarəsi/alışı, xamut və s. kimi xərclər cavabdeh tərəfindən ödənişsiz təmin edilməli olduğu halda, cavabdeh həmin xərcləri qarşılamamış və bu xərcləri iddiaçı çəkməklə əlavə maddi zərərə məruz qalmışdır. Belə ki, müqavilələrin icrası ilə əlaqədar Müqavilələrin icrası ilə əlaqədar müxtəlif təyinatlı daşına bilən konteynerlərin işçilər üçün anbar, yataqxana və ya ofis qismində istifadə edilməsi üçün kirayəyə götürülməsinə və və sair avadanlıqların icarəsinə görə cəmi 22239,6 manat (13082,12 ABŞ dolları), işçilərin yeməklərinə isə 86940 ABŞ dolları məbləğində pul vəsaiti xərcləmişdir. Halbuki, müqavilə şərtlərinə görə, işlər ofşor ərazidə görülərkən cavabdeh iddiaçının təmin etdiyi işçilər üçün ofşor sığınacaq və yemək, bütün marşrut və tibbi yardım nəqliyyatını, vertolyot və təchizat bazası ilə iş sahəsi arasında vertolyot və təchizat qayığı ilə daşınması mümkün olan avadanlıq və materiallar üçün nəqliyyatı ödənişsiz təmin etməli idi. Nəticədə, bununla bağlı iddiaçıya 99908,98 ABŞ dolları məbləğində real maddi zərər dəymişdir. İddiaçı tərəfindən müqavilələr üzrə öhdəliklərin icrası məqsədilə Aberdin şəhərində (Birləşmiş Krallıq) yerləşən “X9 Limited” şirkəti ilə bağlanmış avadanlıqların (təkrar ixrac şərtilə) istifadəyə götürülməsi barədə xx.xx.2016-cı il tarixli TWC/İddiaçı/2016 saylı müqavilə üzrə xərclər (avadanlıqların istifadəyə götürülməsi, mühəndis xərcləri, texniki şərtlərə uyğun olmayan, iş zamanı zədələnmiş avadanlıqların təmir xərcləri və s.) 332407,60 ABŞ dolları, iş şəraitinin pozulması nəticəsində zədələnmiş avadanlıqların təmiri üçün sərf edilən və X5 mühərrikləri üçün ehtiyat hissələrinə çəkilən xərclər isə 96959,32 ABŞ dolları təşkil etmişdir. Nəticədə, bununla bağlı İddiaçıya 429366,92 ABŞ dolları məbləğində real maddi zərər vurulmuşdur. Müvəqqəti idxal şərtilə gətirilmiş avadanlıqlara görə çəkilən xərclərlə bağlı dəymiş zərər müqavilələr üzrə öhdəliklərin icrası üçün iddiaçı ilə Aberdin şəhərində (Birləşmiş Krallıq) yerləşən “X9 Limited” şirkəti arasında bağlanmış avadanlıqların (təkrar ixrac şərtilə) istifadəyə götürülməsi (eyni zamanda mühəndis xidmətləri) barədə xx.xx.2016-cı il tarixli TWC/İddiaçı/2016 saylı müqavilə əsasında müvəqqəti idxal şərtləri ilə Azərbaycana gətirilən və sifarişi gözlənilən işlərin proqnozlarına uyğun verilən avadanlıqlar cavabdehin müqavilə şərtlərini pozması səbəbindən işləməmiş, iddiaçı həmin avadanlıqları cavabdehin vaxtında ödəniş etməməsi nəticəsində yığılan debitor borcları üzündən geri göndərə bilməmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 245 saylı Qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”na əsasən həmin mallar üçün ödənilməsi nəzərdə tutulan gömrük rüsumlarını və vergiləri ödəmək məcburiyyətində qalmışdır. Nəticədə, iddiaçı bununla bağlı 134117,65 ABŞ dolları məbləğində real maddi zərərə məruz qalmışdır. Müqavilə öhdəliklərinin icrası məqsədilə götürülən bank kreditlərinə görə çəkilən xərclərlə bağlı dəymiş zərər göstərilən xidmətlərin və görülən işlərin dəyərinin cavabdeh tərəfindən vaxtında ödənilməməsi səbəbindən, iddiaçı müqavilələr üzrə işlərin icrası ilə əlaqədar fasiləsiz xidmətlər göstərmək və müqavilə öhdəliklərini yerinə yetirmək üçün, habelə əməliyyat fəaliyyətlərinə (əmək haqqı, köməkçi şirkətlərin xidmətlərinə görə ödəmə, gömrük rüsumları, vergilər və s.) vəsait çatışmazlığı nəzərə alınmaqla, xx.xx.2017, xx.xx.2018 və xx.xx.2018-ci il tarixli kredit müqavilələrinə əsasən müvafiq olaraq 500000 ABŞ dolları, ******* ABŞ dolları və 775000 AZN məbləğində kreditlər götürməyə və bu kreditlərə hesablanmış faizləri və cərimələri ödəmək məcburiyyətində qalmışdır. Nəticədə, iddiaçıya bununla bağlı 188929,08 ABŞ dolları məbləğində real maddi zərər dəymişdir. Cavabdeh tərəfindən müqavilələr üzrə ödəniş öhdəliklərinin vaxtında icra olunmaması ilə bağlı yaranmış vergi borcları ilə əlaqədar dəymiş zərər səyyar vergi yoxlamasının nəticəsinə görə pozuntulardan biri cavabdeh tərəfindən ödənişlərin vaxtında icra olunmaması səbəbindən meydana gəlmişdir. Belə ki, xx.xx.2016-cı və xx.xx.2019-cu il tarixli müqavilələr üzrə öhdəliklərin icrası üçün iddiaçı ilə Aberdin şəhərində (Birləşmiş Krallıq) yerləşən “X9 Limited” şirkəti arasında avadanlıqların (təkrar ixrac şərtilə) istifadəyə götürülməsi (eyni zamanda mühəndis xidmətləri) barədə xx.xx.2016-cı il tarixli TWC/İddiaçı/2016 saylı müqavilə bağlanmışdır. Cavabdeh tərəfindən müqavilələr üzrə ödənişlərin vaxtında və tam ödənilməməsi səbəbindən İddiaçı qeyrirezidentlərə əsas məbləği ödəmədən yalnız ƏDV ödəmək və ödənilən ƏDV-ni əvəzləşdirmək məcburiyyətində qalmışdır. Qeyd edilən hal səyyar vergi yoxlaması zamanı pozuntu kimi qiymətləndirilərək, həmin ödənilən məbləğlərə münasibətdə maliyyə sanksiyaları hesablanmışdır. Nəticədə, iddiaçıya bununla bağlı 1598276,02 ABŞ dolları məbləğində real maddi zərər vurulmuşdur. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manata olan məzənnəsi ilə 806303,12 ABŞ dolları məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin İddiaçı MMC-dən tutularaq Cavabdeh bank hesabına köçürülməklə geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 26217-188 saylı xidmət müqaviləsinə əsasən, podratçı Qərbi Abşeron 54 saylı özüldə 72 və 73 saylı quyuda qazma işləri yerinə yetirməli idi. Belə ki, qeyd edilən müqavilənin 4.1-ci bəndinə görə, podratçı bütün növ idarəçilik, nəzarət, işçi heyəti, material və avadanlıq (şirkət tərəfindən təmin edilməli olan materiallar və avadanlıqlar istisna olmaqla), istehlak məhsulları, ləvazimatlar və müvəqqəti və ya daimi xarakterli bütün digər ləvazimatları təmin etməlidir. Həmin müqavilənin 4.7-ci bəndinə əsasən, işin icrasının və başa çatdırılmasının vaxtında həyata keçirilməsi və hər hansı bir maneənin yaranmamasını təmin etmək üçün podratçı maddə 4.1-də nəzərdə tutulan bütün vəzifələri vaxtında icra etməlidir və materialların və avadanlığın təmin edilməsinə görə məsuliyyət daşıyır. Həmin müqavilənin 10.2-ci maddəsinə görə, verilmiş bildirişdən dərhal sonra başlamaqla podratçı öz xərcləri və riski hesabına işin müqaviləyə uyğun icra edilməmiş hissəsini yenidən icra edir. Qüsurlu icra ilə bağlı yenidən icra podratçı tərəfindən icra edilmədiyi təqdirdə (tənasübsüz xərclər tələb etdiyi üçün və yaxud da digər ağlabatan səbəblərə görə) qüsurlu icra ilə bağlı şirkətə dəymiş əsaslandırılmış və ağılabatan maddi zərər podratçı tərəfindən şirkətə ödənilir. Həmin müqavilənin 10.3-cü maddəsinə əsasən, podratçı maddə 10.2-yə əsasən qüsuru aradan qaldıra bilmədikdə və ya işləri yenidən görə bilmədikdə yenidən icra edilməmiş və şirkət tərəfindən maddə 10.1ə uyğun olaraq barəsində podratçıya bildiriş verilmiş hissəsinin icrasına üçüncü tərəfi cəlb edə bilər. Belə olan halda podratçı şirkət tərəfindən üçüncü tərəfin cəlb edilməsi ilə bağlı xərclərin əvəzini və qüsurlu icra ilə bağlı şirkətə dəymiş zərərin əvəzini ödəyir. Lakin, İddiaçı MMC müxtəlif bəhanələr gətirərək üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və həmin işlər 3-cü tərəflər olan “xxxx” MMC və “xxxx” şirkəti tərəfindən həyata keçirilmişdir. Heç bir əsas olmadan İddiaçı şirkəti işləri “xxxx” (açar təhvil qiymətinə) şərtləri ilə (müqavilədə isə sutkalıq nəzərdə tutulub) yerinə yetirə biləcəyini bəyan etmişdir. “X2” MMC-nin invoysları üzrə 72 saylı quyu üzrə işlərin icrası üçün xxxx şirkətinə 086/19 saylı invoys üzrə ümumilikdə 424800 ABŞ dolları (ƏDV ilə) ödənilmişdir. İddiaçı MMC icra etsəydi məbləğ ƏDV ilə birlikdə 52038 ABŞ dolları olacaqdı. 73 saylı quyu işlərin icrası üçün xxxx şirkətinə 111/19 saylı invoys üzrə ümumilikdə 49142 dollar (ƏDV ilə) ödəniş edilib. İddiaçı MMC icra etsəydi məbləğ 32809,9 ABŞ dolları (ƏDV ilə) olacaqdı. İnvoys 110/19 üzrə işlərin icrası üçün xxxx şirkətinə 110/19 saylı invoys üzrə ümumilikdə 300900 ABŞ dolları (ƏDV ilə) ödəniş edilib. İddiaçı MMC icra etsə idi məbləğ 34692 ABŞ dolları (ƏDV ilə) olacaqdı. “Schlumberger Overseas” şirkətinin invoysları üzrə işlərin icrası üçün “Schlumberger Overseas” şirkətinə İ6 1541 saylı invoys üzrə ümumilikdə 27822 ABŞ dolları (ƏDV ilə) ödəniş edilib. İddiaçı MMC icra etsəydi məbləğ 11546,3 ABŞ dolları (ƏDV ilə) alacqdı. İnvoys İ61550 üzrə ƏDV ilə 4238,56 dollar pul ödənilmişdir, İddiaçı MMC icra etsə idi məbləğ 1908,06 ABŞ dolları (ƏDV ilə) olacaqdı. 612 saylı quyu üzrə məbləğ ƏDV daxil 211981,10 ABŞ dolları təşkil etmişdir. İddiaçı MMC icra etsə idi məbləğ 93067,78 ABŞ dolları (ƏDV ilə) olacaqdı. Ümumilikdə “xxxx” və “Schlumberger Overseas” şirkətlərinə qeyd edilən işlərin icrası üçün ödənilən məbləğ: ******* ABŞ dolları təşkil edir. Ümumilikdə İddiaçı MMC işləri icra etsə idi yaranacaq xərc isə 256013,98 ABŞ dolları (ƏDV daxil) təşkil edəcəkdi. Buna görə də trestə dəyən zərərin məbləği 806303,12 ABŞ dolları (ƏDV daxil), yəni, 1370715,30 manat təşkil edir. Eləcə də, “KQİ” tresti ilə İddiaçı MMC arasında 26217-18S saylı, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən "İddiaçı" MMC xx.xx.2019-cu il tarixində Qaradağ 612 saylı istismar-basqı quyusunda maili qazma işinin aparılması üçün işə cəlb edilmişdir. Geolojitexniki tapşırığa əsasən 311.1 mm-lik quyu bölməsinin 34.7 gün ərzində 1550-3100m intervalında qazılması nəzərdə tutulmuşdur. xx.xx.2019-xx.xx.2019 tarixlərdə 1580-2757 m intervalında qazma işləri aparılmışdır. Bu intervalın qazılması zamanı dəfələrlə planlaşdırılmış trayektoriyadan kənarlaşma olmuşdur. Belə ki, xx.xx.2019- cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixlərində iş qüsurlu icra edildiyinə görə alət qaldırılaraq QKAN dəyişikliyi aparılmışdır. Aparılmış tədbirlər nəticəsində planlaşdırılmış quyu trayektoriyasının yenidən əldə edilməsi mümkün olmamışdır. "İddiaçı" MMC şirkətinin qüsurlu icrası nəticəsində planlaşdırılmış quyu trayektoriyasının yenidən əldə edilə bilinməməsi və quyudibi mühərriklə işləməyin mümkünsüzlüyü nəzərə alınaraq, aparılmış işlər zay iş kimi aktlaşdırılmış və digər Podratçı tərəfindən qazmanın rotorla idarə olunan sistemlə (RSS) davam etdirilməsinə qərar verilmişdir. Müqavilənin 4.5-ci bəndinə əsasən – podratçı tərəfindən təmin edilən, müqavilədə təfsilatlı şəkildə nəzərdə tutulmuş material və avadanlıqlar və ya onların hissələri təzə olmalıdır və ya şirkətin razılığına əsasən təzə kimi yaxşi keyfiyyətdə və işlək olmalıdır və müqavilədə bunun üçün məqsəd müəyyən edilmişdirsə, bu məqsədə uyğun gəlməlidir və ya belə bir məqsəd müəyyən edilməmişdirsə özünün normal təyinatına uyğun olmalıdır. Müqavilənin 4.6-cı maddəsinə əsasən, müqavilə və ona əlavələrdə müəyyən olunmuş və son nəticədə şirkətin əmlakı olacaq materiallar və avadanlıqlarla əlaqədar podratçı bu cür materialların və avadanlığın şirkətin müqavilədə göstərilmiş və neft yataqları və mühəndis təcrübəsinə uyğun olan hər hansı keyfiyyət, kəmiyyət, spesifik xüsusiyyətlərlə bağlı tələblərinə cavab verməsinə təminat verməlidir. Bununla belə, həmin əşyalara münasibətdə güman edilən zəmanət, qənaətbəxş keyfiyyət və ya hər hansı xüsusi məqsədə uyğunluq təmin edilmir. Ümumilikdə dəymiş zərərə görə İddiaçı MMC Trestə 806303,12 ABŞ dolları (ƏDV daxil), yəni, 1370715,30 manat ödəməlidir. Həmin dəymiş zərər əsas borcla əvəzləşdirilməklə əsas borcun məbləğindən dəymiz zərər silinməklə məbləğ 9062354,68 manat müəyyən edilə bilər. İddiaçının nümayəndəsi Vəkil2 ilkin iddianı müdafiə etdiyini, qarşılıqlı iddianı isə qəbul etmədiyini bildirərək ilkin iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq izahatında göstərdi ki, qarşılıqlı iddia ərizəsində iddiaçı tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin 4-cü və 10-cu bəndlərinə istinadən iddia edir ki, cavabdeh bu müqaviləyə əsasən “Qərbi Abşeron” yatağındakı 54 saylı özüldə 72 və 73 saylı quyularda qazma işlərini yerinə yetirməli olduğu halda, guya müxtəlif bəhanələr gətirərək üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, yəni müqavilədə sutkalıq nəzərdə tutulmasına rəğmən heç bir əsas olmadan işləri “xxxx” şərtləri ilə yerinə yetirə biləcəyini bəyan etmiş, bu səbəbdən həmin işlər 72 saylı quyuda “xxxx” MMC tərəfindən 400400 ABŞ dollarına, 73 saylı quyuda isə “xxxx” şirkəti tərəfindən 323816 ABŞ dollarına icra olunmuş, halbuki, xidmətləri cavabdeh özü göstərsəydi, 72 saylı quyu üzrə 238205 ABŞ dolları, 73 saylı quyu üzrə isə 219836 ABŞ dolları vəsait xərclənərdi ki, nəticədə iddiaçı sözügedən quyularda göstərilmiş xidmətlərə görə cəmi 266175 ABŞ dolları məbləğində artıq vəsait sərf etməli olmuşdur. Belə ki, trest tərəfindən xx.xx.2019-cu il tarixdə e-mail vasitəsilə MMC-yə müraciət olunaraq, “KQİT”-in Günəşli İB Qərbi Abşeron yatağındakı 54 nömrəli özüldə qazılacaq horizontal quyuların Ø444.5 mm, Ø 311.1 mm, Ø215.9 mm, Ø152.4 mm-lik intervallarının QDM (quyudubi mühərrik) və RSS-lə (rotorla idarə olunan sistem) qazılması üçün lazım olacaq avadanlıq və mühəndis xidməti ilə bağlı xx.xx.2019cu il tarixə qədər “xxxx” şərtləri ilə qiymət təklifi vermək xahiş olunmuşdur. MMC tərəfindən xx.xx.2019-cu il tarixdə Trestə həmin işləri yerinə yetirmək üçün ümumi layihə dəyəri barədə təklif təqdim edilmiş, həmin təklifdə Ø444.5 mm, Ø311.1 mm, Ø215.9 mm, Ø152.4 mm-lik intervalların bir quyu üçün 45 gün ərzində qazılmasının ümumi dəyəri 317.500 ABŞ dolları göstərilmişdir. Həmçinin, MMC SOCAR-a və Trestə ünvanlanmış xx.xx.2019-cu il tarixli ED-535 və ED536 saylı məktublarda Trest tərəfindən “Qərbi Abşeron” yatağında yerləşən 54 saylı özüldə maili quyuların quyudubi avadanlıqların icarə və mühədis xidmətlərinin “xxxx” təklifi əsasında qazıldığını diqqətə çatdırmaqla, həmin yataqda qazılan quyuların konstruksiyası ilə tanış olduqdan sonra quyuların qazılmasında bahalı RSS-lərə (rotorla idarə olunan sistem) ehtiyac olmadığı və onların RSS-siz də qazıla bilinəcəyi qənəatinə gəlinməklə, Qərbi Abşeron layihəsində hər quyunu bütün quyudibi mühərriklər və mühəndis xidmətləri daxil “xxxx” olaraq cəmi 99000 ABŞ dollarına qazmağa hazır olduğunu, qazma zamanı quyuda sifariş olunmuş hədəfdən yayınma halında bütün məsuliyyəti öz üzərinə götürüb yaranacaq əlavə xərcləri qarşılayacağını bildirmişdir. Lakin bütün bunlara baxmayaraq, Trest və SOCAR tərəfindən MMC-nin bu təkliflərinə hər hansı münasibət bildirilməyərək, Qərbi Abşeron yatağındakı 54 saylı özüldə yerləşən 72 və 73 saylı quyularda qazma işlərinin yerinə yetirilməsi müvafiq olaraq “xxxx” MMC və “xxxx” şirkətinə həvalə edilmişdir. Trestin guya MMC-nin öz müqavilə öhdəliklərini icra etməməsi üzündən 72 və 73 saylı quyularda qazma işlərinin görülməsini başqa şirkətlərə həvalə etmək məcburiyyətində qalıb bu işlərə görə artıq vəsait xərcləməsində MMC-nin heç bir təqsiri olmamışdır. Digər tərəfdən, müqavilənin 8.1-ci bəndinin a yarımbəndinə əsasən, şirkət müqaviləni və ya onun bir hissəsini hər hansı bir üçüncü şəxsə o halda verə bilər ki, buna podrtaçının əvvəlcədən verilmiş razılığı olsun. Lakin 72 və 73 saylı quyularda qazma işlərinin görülməsinin başqa şirkətlərə həvalə edilməsi zamanı podratçıdan buna dair müvafiq razılıq da alınmamışdır. Bundan başqa, iddiaçı tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin 10.3-cü bəndinə istinadən iddia edir ki, geoloji-texniki tapşırığa əsasən 34,7 gün ərzində 1550-3100 m intervalında qazılması nəzərdə tutulan Qaradağ 612 saylı istismar-basqı quyusunun 311.1 mm-lik quyu bölməsində xx.xx.2019xx.xx.2019-cu il tarixlərdə 1580-2757 m intervalında qazma işləri aparan cavabdeh tərəfindən guya bu intervalın qazılması zamanı dəfələrlə planlaşdırılmış trayektoriyadan kənarlaşma olmuş, iş qüsurlu icra edildiyinə görə həmin trayektoriyanın yenidən əldə edilə bilinməməsi və quyudibi mühərriklə işləməyin mümkünsüzlüyü nəzərə alınmaqla, qazmanın digər podratçı tərəfindən rotorla idarə olunan sistemlə (RSS) davam etdirilməsinə qərar verilərək, bu işlərin görülməsinə “xxxx” şirkəti cəlb olunmuş, həmin şirkət xx.xx.2019- xx.xx.2019-cu il tarixlərində problemi aradan qaldırmış, bu işin görülməsi trestə 179645 ABŞ dollarına başa gəlmiş, halbuki, həmin işi cavabdeh özünə məxsus avadanlıqlarla və mühəndis tərkibi ilə görsəydi, eyni işin dəyəri 33984 ABŞ dolları təşkil edəcəkdi ki, nəticədə iddiaçı qüsurun aradan qaldırılmasına 145.661 ABŞ dolları məbləğində artıq vəsait xərcləməli olmuşdur. İddia edilən qüsurlu icra ilə əlaqədar iddiaçı tərəfindən cavabdehə nə müvafiq yazılı bildiriş verilmiş, nə də bu barədə qüsur aktı tərtib edilmişdir. Belə olan təqdirdə, müqavilənin 10.3-cü bəndinə əsasən, Şirkət qüsurlu işlərin icrasına üçüncü tərəfi o halda cəlb edə bilər ki, podratçı həmin qüsuru aradan qaldıra və ya işləri yenidən görə bilməsin. Yalnız bu halda podratçı şirkət tərəfindən üçüncü tərəfin cəlb edilməsi ilə bağlı xərclərin və qüsurli icra nəticəsində Şirkətə dəymiş zərərin əvəzini ödəməlidir. İkincisi, trest xx.xx.2019-cu il tarixdə e-mail vasitəsilə MMC-yə müraciət edərək, “Qaradağ-Qalmaz“ istehsalat bölümünün “Qaradağ” sahəsindəki 612 saylı quyusunda Ø444.5 mm, Ø311.1 mm və Ø215.9 mm seksiyaların qazılması ücün müvafiq quyudibi mühərrik, stabilizator (sliv), KLS avadanlıqıarından və mühəndis xidmətindən istifadə etmək istəyini bildirmişdir. Bu sifariş əsasında MMC tərəfindən xx.xx.2019-cu il tarixdə 612 saylı quyuda qazma işlərinə başlanılmış, xx.xx.2019-xx.xx.2019-cu il tarixlərdə birinci intervalda 1500 metr dərinliyədək, xx.xx.2019-xx.xx.2019-cu il tarixlərdə isə ikinci intervalda 1500 mterdən 2757 metrədək dərinlikdə qazma işləri uğurla aparılıb təhvil verilmişdir. Bundan sonra qazmanın davam etdirilməsinin quyudibi mühərriklə yox, rotorla idarə olunan sistemlə həyata keçirilməsinin vacibliyi trestin qazma departamentinin nəzərinə çatdırılmış, lakin MMC-nin telemetriya avadanlığı ilə bağlı müvafiq müqaviləsinin olmaması üzündən MMC rotorla idarə edilən sistemi işlədə bilməmiş, bu səbəbdən quyuda tələb olunan bucağı QDM-lə yığmaq mümkün olmamış, yaranmış vəziyyət tərəflərin nümayəndələrinin iştirakı ilə müzakirə edilərək, quyudubi mühərriklə qazma prosedurlarına uyğun olaraq 3 dəfə müxtəlif parametrli BHA yığılaraq quyuya endirilmiş, ancaq geoloji kəsilişlərin mürəkkəbliyindən lazımi bucağı yığmaq baş tutmamışdır. Trest tərəfindən MMC-yə 612 saylı quzunun qazılması üçün verilmiş sifariş quyudibi mühərriklə qazma barədə olduğu halda, “xxxx” şirkətinə verilən sifariş rotorla idarə olunan sistemlə qazma haqda olmuşdur. Trestin səlahiyyətli nümayəndələrininin iştirakı ilə tərtib edilib imzalanmış “MMC-nin texniki bazasına keçirilmiş baxış haqqında” xx.xx.2019-cu il tarixli aktda Trestin gələcək perspektiv planına uyğun olaraq quyudibi mühərriklər, hidrogenişləndiricilər və onların ehtiyat hissələri ilə bağlı heç bir problemin müəyyən olunmadığı göstərilmiş və əsas çətinliyin MMC-nin Geologiya və Geofizika İdarəsi ilə müqaviləsinin olmaması səbəbindən telemetriya sistemi problemi ilə əlaqədar rotorla idarə olunan sistemin (RSS) istifadəsinin mümkün olmadığı qeyd edilmişdir. Beləliklə, nəzərə alaraq ki, rotorla idarə olunan sistem yalnız öz telemetriya avadanlığı ilə işləyə bilər və MMC-nin bu işləri rotorla idarə olunan sistemlə yerinə yetirə bilməməsinin yeganə səbəbi onun telemetriya avadanlığı ilə bağlı müvafiq müqaviləsinin olmamasıdır, belə olan halda MMC tərəfindən 612 saylı quyuda görülmüş işlər qüsurlu icra kimi qiymətləndirilə bilməzdi. Üçüncüsü, əgər 612 saylı quyu üzrə iddia edilən qüsurun aradan qaldırılması üçün tələb olunan işləri cavabdeh özü görsəydi, dəyərinin məhz 33984 ABŞ dolları təşkil edəcəyinə, həmin məbləğin necə hesablanıb müəyyən edilməsinə dair də məhkəməyə heç bir sübut təqdim olunmamışdır. İddiaçının nümayəndəsi Vəkil2 göstərilənlərə əsasən ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi Vəkil1 ilkin iddianı qismən qəbul etdiyini, qarşılıqlı iddianı isə müdafiə etdiyini bildirərək qarşılıqlı iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq izahatında göstərdi ki, ilkin iddianın əsas borc ilə bağlı istər üzləşmə aktlarında olan məbləği, istərsə də aktlardan kənar görülmüş işlərlə bağlı hissəni mübahisələndirmir, qarşılıqlı iddiada göstərilən məbləğ əsas borc məbləğindən çıxılmaqla ilkin iddianın həmin hissədə təmin olunmasına razıdır. İlkin iddianın avadanlıqların qaytarılması ilə bağlı hissəsini də qəbul etmir. Belə ki, həmin avadanlıqların təhvil verilməsi, hal – hazırda trestdə olub – olmaması barədə aydınlaşdırılmamışdır. İddianın faiz tələbi ilə bağlı hissəsi tamamilə əsassızdır. Belə ki, iddiaçı zərərlə bağlı ayrı–ayrı bəndlər üzrə tələblər irəli sürmüşdür və həm də zərərin əvəzini faiz formasında istəməsi iddiaçının əsasssız varlanmasına gətirib çıxarar. İkincisi isə, tərəflər arasında imzalanmış müqavilələrdə borclunun üzərinə öhdəliyin yerinə yetirilməməsi və ya gecikdirilməsi ilə bağlı heç bir məsuliyyət qoyulmamışdır. Belə olan halda, tərəfin əlavə olaraq faiz tələbi tam əsassızdır. Həmçinin, cavabdehin öhdəliyinin icrası ilə bağlı bir az gecikdirilmələrə yol verməsinə səbəb bütün ölkələrin, eləcə də ölkənin iqtisadiyyatına, ələxsüs də dünya iqtisadiyyatı ilə birbaşa əlaqədar olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iqtisadi duruma təsir edən COVİD-19 virusu ilə bağlı bütün dünyada elan edilən pandemiya şəraiti olmuşdur ki, bu da fors major halına uyğun hesab edilir. 5 aylıq boşdayanma dövrü üçün dəymiş zərər tələbi ilə bağlı iddiaçı başqa şirkətlərdən sifariş ala bilməməsini onunla əsaslandırır ki, guya ki, o, işçilərini və avadanlığını hazır vəziyyətdə iddiaçı üçün saxlamışdır. İddiaçı bunu əldən çıxmış fayda kimi qiymətləndirir və müqavilənin 21.1 və 21.2-ci bəndlərinə əsasən dolayı itki kimi tələb edir. Halbuki, bu tələb aşağıdakı səbəblərdən tam əsassız və qanunsuzdur: xx.xx.2016-cı il tarixli müqavilədə və onun qoşmalarında boşdayanmaya görə ödəniş nəzərdə tutulmamışdır. Belə ki, müqavilənin 1 saylı qoşması olan qiymətlərin razılaşdırma protokolunda gündəlik gözləmə tarifi 0.00 ABŞ dolları qeyd edilmişdir. Eləcə də, avadanlıqlar trest tərəfindən həmin dövrlərdə quyuda saxlanılmamışdır. Yəni iddiaçı istədiyi zaman həmin avadanlıqlardan başqa şirkətlərin sifarişləri üçün istifadə edə bilərdi. İddiaçının başqa işlərinin olmamasına görə cavabdehin ödəniş etməsi tələbi tam ədalətsizdir. Bundan başqa işlər müqavilədə razılaşdırıldığı kimi trest tərəfindən verilən xidmət sifarişinə əsasən həyata keçirilir. Müqavilənin 4.9-cu maddəsinə əsasən işlərin başlanmasına 10 gün qalmış şirkət podratçıya texniki və geoloji şərtləri təqdim edir, podratçı isə işlərin başlanmasına 5 gün qalmış işlərin görülməsinə dair qazma planını şirkət ilə razılaşdırmaq üçün tərtib edib şirkətə təqdim edir. Qazma planı şirkət və Podratçı tərəfindən imzalandıqdan sonra, hər bir tərəf təqdim etdiyi məlumatlara görə məsuliyyət daşıyır. Müəyyən aylarda sifarişlərin verilməməsi təbii ki, boşdayanma kimi səciyyələndirilməməlidir. İddiaçı MMC-nin özünün də, istinad etdiyi müqavilənin 21.2-ci bəndi nəzərdə tutur ki, tərəflər bir-birini müqavilənin icrasından və ya icra olunmamasından irəli gələn və ya onunla bağlı olan öz dolayı itkisindən qoruyur və müdafiə edir. Müqavilənin 21.1-ci bəndində isə dolayı itki anlayışı verildikdə fayda və gəlir itkisi mənfəət və ya güman edilən mənfəət itkisi dolayı itki kimi müəyyənləşdirilmişdir. Bundan belə qərara gəlmək olar ki, trest İddiaçı MMC tərəfindən dolayı itki səbəbindən dəymiş zərərə görə məsuliyyətdən azad edilmişdir. Bulla və Günəşlidə RR işləri ilə bağlı dəymiş zərər ilə bağlı İddiaçı MMC iddia edir ki, guya keçirilmiş tenderin şərtlərinə görə xx.xx.2018-ci il tarixli müqavilədə qeyd olunan işlər yalnız onlara tapşırılmalı idi. Lakin qeyd olunan tələb də tamamilə əsassızdır. Belə ki, bir podratçı ilə müqavilə bağlanması o demək deyil ki, yalnızca həmin podratçının müqavilə predmetində göstərilən işləri görməyə “eksklüziv hüququ” vardır. Eksklüzivlik müddəası, bir tərəfin digər tərəfdən yalnız mal alacağına, xidmət göstərəcəyinə və s. dair iki tərəf arasındakı razılaşmadır. Ancaq tərəflər arasında imzalanmış müqavilədə belə bir müddəa nəzərdə tutulmamışdır. Əksinə xx.xx.2018-ci il tarixli müqavilənin 4.8-ci bəndində qeyd edilir ki, şirkət bu İşlə bağlı digər müqavilələrə icazə vermək hüququnu özündə saxlayır. Podratçı şirkətə və şirkətin digər podratçılarına öz işlərini və ya müqavilələrini icra edə bilmələri üçün ağılabatan çatım və imkan təmin edir və bu cür tərəflərlə tam əməkdaşlıq etməlidir. Müqavilədə qeyd edilmişdir ki, Trest istədiyi şirkətə həmin işləri tapşırmaqda sərbəstdir və İddiaçı MMC həmin məsələlərə müdaxilə edə bilməz. Pirallahı yatağında 1219 saylı quyusunda maili qazma işləri görülərkən quyu dibi mühərrikin zədələnməsi ilə bağlı dəymiş zərər İddiaçı MMC Pirallahı yatağında 1219 saylı quyunun qazması zamanı quyudibi mühərrikin cavabdehin təqsiri üzündən zədələndiyini bildirmiş və onun təmiri üçün zəruri olan 80314,34 ABŞ dollarının ödənilməsini tələb etmişdir. Qeyd olunan tələb də əsassızdır. Belə ki, həmin avadanlığın trestin ucbatından zədələnməsi ilə bağlı İddiaçı MMC tərəfindən heç bir sübut təqdim edilməmişdir. Eləcə də, zədələnmə faktı həm sifarişçi, həm də podratçının nümayəndələrinin iştirakı ilə aktlaşdırılmalı və səbəblər araşdırılmalı idi. Maili qazma işini müqavilə üzrə yerinə yetirən podratçı şirkət görülən işin və hər hansı hadisələr haqqında gündəlik report təqdim etməlidir. “Eaysdrilll” şirkətindən bu tarixdə heç bir report təqdim olunmamışdır. Hesab edirik ki, qeyd olunan məsələ İddiaçı MMCnin avadanlığının qüsurlu olması nəticəsində yaranmışdır. Halbuki, müqavilənin 4.5ci maddəsinə əsasən, podratçı tərəfindən təmin edilən, müqavilədə təfsilatlı şəkildə nəzərdə tutulmuş material və avadanlıqlar və ya onların hissələri təzə olmalıdır və ya şirkətin razılığına əsasən təzə kimi yaxşı keyfiyyətdə və işlək olmalıdır və müqavilədə bunun üçün məqsəd müəyyn edilmişdirsə, bu məqsədə uyğun gəlməlidir və ya belə bir məqsəd müəyyən edilməmişdirsə, özünün normal təyinatına uyğun olmalıdır. Müqavilənin 4.6-cı bəndinə əsasən İddiaçı MMC saz vəziyyətdə olan və müvafiq keyfiyyət, kəmiyyət, spesifik xüsusiyyətlərlə bağlı tələblərə cavab verməsinə təminat vermək öhdəliyi olduğu halda, avadanlıq qüsurlu olmuş və bu da trestin mənfəət itkisinə səbəb olmuşdur. RSS-nin (rotorla idarə olunan sistemlər) fraxt, icarə və digər xərcləri ilə bağlı dəymiş zərər ilə bağlı tələbdə İddiaçı MMC tərəfindən təchiz edilmiş avadanlığın istifadə edilə bilinməməsini bəhanə gətirmiş və nədənsə bunun trestin ucbatından baş verdiyi ilə bağlı iddia irəli sürmüşdür. Halbuki, tərəflər arasında imzalanmış xx.xx.2019-cu il tarixli müqavilənin predmetini İddiaçı MMC müəyyən edilmiş ödəniş müqabilində öz avadanlıq və materialları hesabına maili qazma və qazma işlərini yerinə yetirmək olmuşdur. İddiaçı MMC telemetriya avadanlığının onun avadanlığı ilə uzlaşmadığını bəhanə gətirərərək işləri görməmiş və yarımçıq gətirdiyi avadanlığın icarə haqqını tələb etmişdir. Lakin avadanlıq elə gətirilməli idi ki, son nəticə olan qazma işləri yerinə yetirilə bilinsin. İddiaçı MMC öz öhdəliklərini yerinə yetirməməsi ilə yanaşı həm də 3-cü tərəf olan “D-Tech UK Ltd” şirkəti ilə bağladığı icarə müqaviləsini əsas gətirərək 104076 manat məbləğində maddi ziyana görə ödəniş tələb etmişdir. Amma qeyd olunan tələb nə müqaviləyə, nə də ki, qanunvericiliyin tələblərinə əsaslanmır.Həmçinin müqavilənin 19.1-a bəndinə əsasən, podratçı şirkət qurupunu podratçı qurupuna məxsus olan, onun tərəfindən icarəyə götürülən, kirayəyə götürülən və ya digər şəkildə təmin edilən podratçı qurupunun əmlakının, şirkətin səbəb olmadığı, müqavilənin icrası ilə bağlı olaraq və ya bunun nəticəsində meydana çıxan itkisi və ya dəymiş ziyan ilə bağlı olan bütün iddialardan, itkilərdən və ya xərclərdən müdafiə edir, bunları ödəyir və şirkət qrupunun təhlükəsizliyini təmin edir. Bu məsələdə, İddiaçı MMC tam haqqsız olmaqla yanaşı, müqaviləyə əsasən avadanlıqlarının icarəyə götürülməsi ilə bağlı yaranmış zərəri özü ödəməlidir. Nəzərə alınmalıdır ki, həmin zərər onun müqavilə üzrə öz öhdəliklərini yerinə yetirməməsi səbəbindən yaranmışdır. İddiaçı MMC öz mühəndislərinə çəkdiyi xərclər ilə bağlı trestdən 99908,98 ABŞ dolları vəsait tələb etmişdir. Tərəfin bu məsələ ilə bağlı tələbi əsassızdır. Belə ki, bir çox quyularda işlər dəniz şəraitində görülür və İddiaçı MMC-nin işçiləri SOCARın digər işçiləri kimi yaşayış yeri, yemək və tibbi xidmətlərlə tam təmin edilir. Quruda da eynilə SOCAR işçilərini təmin edilmiş bütün şərait İddiaçı MMC-nin işçilərinə də təmin edilmişdir. Tərəf ola bilər ki, öz işçilərinə daha yaxşı şərait təmin etmək üçün müəyyən vəsait xərcləmişdir. Lakin qeyd olunan vəsaitin Trestə yönəldilməsi tamamilə əsassızdır. Eləcə də, tərəf öz iddiasını sübuta yetirəcək heç bir dəlil təqdim etməmişdir. Əgər xərc çəkmişdirsə, belə bir xərcin çəkilməsinə ehtiyac olub-olmamasını, nə də çəkilən xərclərlə bağlı sübutlar təqdim edə bilməmiş, yalnız xərclərini göstərmişdir. Lakin bu o demək deyil ki, qarşı tərəfin işçiləri yaşayış yeri, nəqliyyat, tibbi xidmətlər və yeməklə təmin edilməmişdir. Trest tərəfindən müqavilənin 5-ci bəndində qeyd edilən bütün öhdəliklər tam olaraq yerinə yetirilmişdir. Avadanlıqların istifadəyə götürülməsi və təmir edilməsi xərcləri ilə bağlı dəymiş zərər Qeyd olunan tələb çox mücərrəd formada tələb edilmiş və avadanlıqların trest tərəfindən zədələnməsi ilə bağlı heç bir sübut təqdim edilməmişdir. Buna baxmayaraq öz avadanlıqlarının təmiri ilə bağlı çəkilmiş 332407,60 ABŞ dolları və 96959,32 ABŞ dolları məbləğində, ümumilikdə isə 429.366,92 ABŞ dolları məbləğində ödənişlər tələb etmişdir. xx xxxxxxxx 2016-cı il tarixli müqavilənin 4.5-ci bəndinə əsasən podratçı tərəfindən təmin edilən, müqavilədə təfsilatlı şəkildə nəzərdə tutulmuş material və avadanlıqlar və ya onların hissələri təzə olmalıdır və ya şirkətin razılığına əsasən təzə kimi yaxşı keyfiyyətdə və işlək olmalıdır. Müqavilədə bunun üçün məqsəd müəyyən edilmişdirsə, bu məqsədə uyğun gəlməlidir və ya belə bir məqsəd müəyyən edilməmişdirsə özünün normal təyinatına uyğun olmalıdır. Müvəqqəti idxal şərtilə gətirilmiş avadanlıqlara görə çəkilən xərclərlə bağlı dəymiş zərər ilə bağlı işlərin görülməsindən İddiaçı MMC özü imtina etmiş və müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Həmçinin İddiaçı MMC heç bir əsas olmadan özü ilə 3-cü tərəf olan “X9 Limited” şirkəti arasında xx.xx.2016-cı il tarixli TWC/İddiaçı/2016-cı il tarixli müqaviləyə istinad edərək həmin müqavilə üzrə 134117,65 ABŞ dolları borcların və gömrük xərclərinin Trestə yönləndirilməsi ilə bağlı tələb irəli sürmüşdür. xx xxxxxxxx 2016-cı il tarixli müqavilənin 19.1-a bəndinə əsasən, podratçı şirkət qrupunu podratçı qurupuna məxsus olan, onun tərəfindən icarəyə götürülən, kirayəyə götürülən, və ya digər şəkildə təmin edilən podratçı qrupunun əmlakının, şirkətin səbəb olmadığı, müqavilənin icrası ilə bağlı olaraq və ya bunun nəticəsində meydana çıxan itkisi və ya dəymiş ziyan ilə bağlı olan bütün iddialardan, itkilərdən və ya xərclərdən müdafiə edir, bunları ödəyir və şirkət qrupunun təhlükəsizliyini təmin edir. Müqavilənin 29.2-ci maddəsinə əsasən, podratçı işin icrası üçün lazım olan, gömrük nəzarətindən keçən malları gömrük və aksiz qaydalarından maksimum yararlanmağa imkan verəcək şəkildə idxal, ixrac və və təkrar idxal etməyi üzərinə götürür. Müqavilənin 29.4-cü bəndinə əsasən, şirkət və podratçı, kimin gömrük nəzarətindən keçən malların ticarətçisi və kimin bu malların sahibi (mükiyyətçisi deyil) olmasından asılı olaraq ayrı-ayrılıqda gömrük qaydalarına riayət edilməsinə görə cavabdehdirlər və məsuliyyət daşıyırlar. Trest İddiaçı MMC-nin 3-cü tərəflər ilə münasibətlərindən irəli gələn zərərə görə məsuliyyət daşıya bilməz. Müqavilə öhdəliklərinin icrası məqsədilə götürülən bank kreditlərinə görə çəkilən xərclərlə bağlı dəymiş zərərlə bağlı onu qeyd etmək lazımdır ki, İddiaçı MMC-nin kredit götürməsinin təyinatı məlum deyildir. Trest iddiaçıdan nə kredit götürməsi ilə bağlı xahiş etmiş, nə də ki, trest ilə hər hansı bir razılaşma olmuşdur. Cavabdeh tərəfindən Müqavilələr üzrə ödəniş öhdəliklərinin vaxtında icra olunmaması ilə bağlı yaranmış vergi borcları ilə əlaqədar dəymiş zərər Tərəf səyyar vergi yoxlaması zamanı 3-cü tərəflərlə (“X9 Limited” şirkəti ilə) arasında bağlanmış müqavilədən irəli gələn vergi borcları nəticəsində əmələ gələn 1598276,02 ABŞ dolları məbləğində cərimənin Trest tərəfindən ödənilməsini əsassız olaraq tələb etmişdir. Qoşma edilmiş protokoldan da aydın görünür ki, qeyd olunan pozuntu İddiaçı MMC ilə Cavabdeh arasında yaranmış münasibətlərdən irəli gəlməmişdir. Belə olan halda bu məsələdə trestin heç bir məsuliyyəti yaranmır və onun məsuliyyətini sübut edən səbəbli əlaqə yoxdur. Həmçinin hər 3 müqavilənin 15.3-cü bəndinə əsasən, podratçı şirkəti bu maddədə nəzərdə tutulan bütün rüsumlardan, cərimələrdən, təzminatlardan və vergilərdən və Azərbaycan Respublikası müvafiq dövlət orqanının müqavilə ilə əlaqədar olaraq podratçı qrupunun üzərinə qoyduğu faiz və cərimələrdən və bunlarla bağlı meydana çıxan bütün xərclərdən qoruyur, müdafiə edir, bunları ödəyir və şirkətin zərərsizliyini təmin edir. Tam aydın olur ki, səyyar yoxlama nəticəsində İddiaçı MMC-yə tədbiq edilmiş cərimə onun özünün məsuliyyətidir. İş materiallarında olan: - xx xxxxxxxx 2016-cı il tarixli, 05/2016 saylı müqavilənin surətindən görünür ki, podratçı - İddiaçı MMC şirkət - Cavabdeh qazma quyularında maili qazma və geofiziki – geoloji işlərin MWD (QZÖ) və LWD (QZK) ölçü cihazlarının vasitəsilə görülməsini və qazma avadanlıqlarının istifadəyə verilməsini, şirkət isə müqavilənin 1 saylı qoşmasında göstərilmiş qiymətlərə əsasən işlərin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. - xx xxxxxxxx 2018-ci il tarixli, SOCAR **********20020137X00373 saylı müqavilənin surətindən görünür ki, podratçı - İddiaçı MMC şirkət - Cavabdeh istehsalat bölümlərinin quyularında genişləndirmə işlərinin yerinə yetirilməsini, şirkət isə müqavilənin 1 saylı qoşmasında göstərilmiş qiymətlərə əsasən işlərin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. - xx xxxx 2019-cu il tarixli, 26217-18S saylı müqavilənin surətindən görünür ki, podratçı - İddiaçı MMC şirkət - Cavabdehnə maili qazma və qazma işlərini yerinə yetirilmək üçün öz avadanlıq və materialları hesabına xidmət göstərməyi, şirkət isə müqavilənin 1 saylı qoşmasında göstərilmiş qiymətlərə əsasən işlərin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. - xx xxxxxx 2017-ci il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktının surətindən görünür ki, xx xxxxxx 2017-ci il tarixə Cavabdeh İddiaçı MMC-yə olan borcu 119435,95 manat təşkil edir. - xx xxxxxx 2018-ci il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktının surətindən görünür ki, xx xxxxxx 2018-ci il tarixə Cavabdeh İddiaçı MMC-yə olan borcu 2873220,18 manat təşkil edir. - xx xxxxxx 2019-cu il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktının surətindən görünür ki, xx xxxxxx 2019-cu il tarixə Cavabdeh İddiaçı MMC-yə olan borcu 5842032,30 manat təşkil edir. - xx xxxxxx 2019-cu il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktının surətindən görünür ki, xx xxxxxx 2019-cu il tarixə Cavabdeh İddiaçı MMC-yə olan borcu 9617900,30 manat təşkil edir. - xx xxxx 2020-ci il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktının surətindən görünür ki, xx xxxx 2020-ci il tarixə Cavabdeh İddiaçı MMC-yə olan borcu 10433096,98 manat təşkil edir. - xx xxxx 2020-ci il tarixli yol vərəqəsinin surətindən görünür ki, OSC110332A seriya nömrəli hidrogenişləndirici (+ açar dəsti), RR8001 seriya nömrəli hidrogenişləndirici, BM2065 seriya nömrəli stabilləşdirici, ED022 seriya nömrəli qaldırıcı (Patrupka) Lift sub və xalta/xamut/safety clamp (8 diş) avadanlıqlar İddiaçı MMC tərəfindən “Bulla 122”, “Well122” anbarına təhvil verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. - 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. xx xxxx 2020-ci il tarixli qarşılıqlı borcların üzləşdirilməsi akt və həmin aktda xx xxxx 2020-ci il tarixə hesablanmış 10433096,98 manat borcun mövcud olması, həmin borcdan 2020-ci ilin iyul - oktyabr aylarında 240000 manat məbləğində hissənin ödənilməsi, üzləşmək aktından kənar 134525,9 ABŞ dolları (228694,03 manat) məbləğində işlərin görülməsi işdə iştirak edən şəxslər tərəfindən mübahisələndirilmədiyindən və işin faktiki halları ilə sübuta yetirildiyindəni məhkəmə qeyd olunan xüsusatlara işin mübahisələndirilməyən halları kimi qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. - 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. Tərəflər arasında bağlanmış hər 3 müqavilə və həmin müqavilələrə əlavələrdə göstərilən xidmətlərin dəyəri ABŞ Dolları ilə qeyd olunmuşdur. Lakin bütün üzləşmə aktlarında, həmçinin, son hesablaşma sənədi olaraq tərtib olunmuş xx xxxx 2020-ci il tarixli qarşılıqlı borcların üzləşdirilməsi aktında pul öhdəliyi manatla ifadə olunaraq yekun borcun məbləği 10433096,98 manat müəyyən olunmuşdur. Həmin üzləşmə aktlarına əsasən müəyyən olunmuş məbləğin hansı işlərin görülməsi nəticəsində yaranması, dəyərinin məhz ABŞ dolları ilə hesablanaraq 6137115,87 ABŞ dolları təşkil etməsi ilə bağlı iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Buna görə də məhkəmə hesab edir ki, sonuncu üzləşmə aktından qeyd olunan 10433096,98 manat pul vəsaitindən cavabdeh tərəfindən 2020-ci ilin iyul - oktyabr aylarında ödənilmiş 240000 manat pul vəsaiti çıxılaraq 10193096,98 manat məbləğində pul vəsaiti cavabdehdən idddiaçının xeyrinə tutulmalıdır. Üzləşmə aktlarından kənar görülmüş işlərin dəyəri olaraq 134525,9 ABŞ dolları məbləğində pul vəsaitinin ödənilməsi ilə bağlı onu qeyd etmək lazımdır ki, iddiaçı tərəfindən bu xüsusatla bağlı təqdim olunmuş sənədlərdə (hesab fakturalar, cədvəllər, aktlar) görülən işlərin dəyəri ABŞ dolları ilə qeyd olunduğundan həmin məbləğdə pul vəsaiti cavabdehdən idddiaçının xeyrinə tutulmalıdır. İş materiallarından görünür ki, xx xxxx 2020-ci il tarixdə Cavabdeh İddiaçı MMC-yə e-mail vasitəsilə müraciət edərək, Bulla, 8 mart, Ümid istehsalat bölümü Bulla yatağı 122 saylı meydança 122 saylı quyuda 215.9 mm balta ilə qazılan quyu lüləsinin 244.5 mm-ə genişləndirilməsi ücün 203/244.5 mm ölcülü hidrogenişləndirici ilə təmin olunmasını və mühəndis xidməti işlərinin yerinə yetirilməsini xahiş etmiş, bundan sonra OSC110332A seriya nömrəli hidrogenişləndirici (+ açar dəsti), RR8001 seriya nömrəli hidrogenişləndirici, BM2065 seriya nömrəli stabilləşdirici, ED022 seriya nömrəli qaldırıcı (Patrupka) Lift sub və xalta/xamut/safety clamp (8 diş) avadanlıqlar İddiaçı MMC tərəfindən “Bulla 122”, “Well122” anbarına təhvil verilmişdir. Qeyd olunan avadanlıqların təhvil verilməsi təsdiqi tapdığından və hal – hazıra kimi iddiaçı tərəfindən tələb olunmasına baxmayaraq heç bir səbəb göstərilmədən qaytarılmadığından məhkəmə hesab edir ki, iddia avadanlıqların qaytarılması hissəsində təmin edilməlidir. Lakin məhkəmə iddianın həmin avadanlıqların dəyərinin ödənilməsi barədə hissəsini əsassız hesab edir. İddiaçı bu tələbi avadanlıqların mövcud olmaması ilə əsaslandırsa da, bu barədə və əmlakların dəyəri ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia həmin hissədə rədd edilməlidir. Faiz tələbi ilə bağlı ilkin iddianın faktiki əsası kimi öhdəliklərin icra edilmədiyinə, hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1 və 445.7-ci maddəsinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 445.2 və 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Cavabdehin nümayəndəsi isə iddianın bu hissəsinə etirazını zərərlə bağlı tələblər irəli sürüldüyü halda əlavə olaraq zərərin əvəzini faiz formasında da istənilməsinin əsasssız varlanmaya gətirib çıxarması, həmçinin, tərəflər arasında imzalanmış müqavilələrdə borclunun üzərinə öhdəliyin yerinə yetirilməməsi və ya gecikdirilməsi ilə bağlı heç bir məsuliyyət qoyulmamaması ilə əsaslandırmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında da qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Həm Azərbaycan Respublikası Mülki Məcəlləsinin, həm də qeyd olunan plenum qərarında vurğulanır ki, kreditorun illik beş faiz ödənilməsini tələb etmək hüququ o vaxt yaranır ki, digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmir. Hazırda iddiaçı bu tələbin əsası kimi müqaviləyə və digər əsaslara istinad etmir. Bu hissədə tələbin əsasını öhdəliyin icra edilməməsi təşkil edir və pul öhdəliyinin icra olunmaması işin mübahisələndirilməyən halıdır. Cavabdehin iddianın bu hissəsinə etirazının digər səbəbi kimi müqavilənin 21.2-ci bəndinə istinad etmişdir. Həmin bənddə qeyd olunmuşdur ki, müqavilənin hər hansı müddəaya baxmayaraq və müqavilə ilə müəyyən edilən (əvvəlcədən müəyyən edilmiş xitam etmə ödənişləri də daxil olmaqla) razılıq əsasında aradan qaldırılan zərərlər istisna olmaqla, şirkət podratçı qrupu şirkətlər qrupunu öz dolayı itkisindən qoruyur, müdafiə edir və podratçı şirkətlər qrupunu podratçı qrupun müqavilənin icrasından və ya icra olunmamasından irəli gələn və ya onunla bağlı olan öz dolayı itkisindən qoruyur, müdafiə edir. Məhkəmə hesab edir ki, qeyd olunan bənd də illik beş faiz ödənilməsini tələb etmək hüququnu məhdudlaşdıra bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.8-ci maddəsinə əsasən borclunun öhdəliyi qəsdən edilmiş hərəkətlər nəticəsində icra etməməsi zamanı onun zərərin əvəzini ödəməkdən azad edilməsi barədə tərəflərin qabaqcadan razılaşması yolverilməzdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin nümayəndəsinin iddianın bu hissəsi ilə bağlı irəli sürdüyü mülahizələr əsassızdır və iddianın illik 5% hesablanmaqla faiz borcunun ödənilməsi hissəsində iddia qismən təmin olunaraq əsas borcun manatla ifadə olunması ilə bağlı yuxarıda qeyd olunan əsaslandırma nəzərə alınmaqla məbləğ manatla qeyd olunmalıdır. İddiaçı ərizədə 5 aylıq boşdayanma (noyabr 2018 – aprel 2019) dövrü üçün 4485952,90 ABŞ dolları məbləğində zərəri əldən çıxmış fayda şəklində real zərər kimi qiymətləndirmiş, zərərin hesablanmasını isə əvvəlki illərin həmin dövrlərində hansı miqdarda işlərin görülməsi ilə, Bulla və Günəşli yatağında RR işləri ilə bağlı vurulmuş ******* ABŞ dolları məbləğində zərəri real zərər kimi əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Normanın məzmunundan göründüyü kimi mülki qanunvericilik real zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərcləri nəzərdə tutur. Lakin iddianın qeyd olunan hissələri ilə bağlı iddiaçının çəkdiyi və ya çəkməli olduğu xərclər mövcud olmadığından zərər mövcud olduğu təqdirdə belə onun real zərər kimi qiymətləndirilməsi mümkün deyildir. İddianın 5 aylıq boşdayanma dövrü üçün zərərin əvəzinin ödənilməsinin əsasını tərəflər arasında bağlanmış xx xxxxxxxx 2016-cı il tarixli müqavilə təşkil edir. Lakin istər həmin müqavilədə, istərsə də əlavə və qoşmalarda boşdayanmaya görə hər hansı ödənişin verilməsi nəzərdə tutulmamış, qiymətlərin razılaşdırma protokolu olan 1 saylı qoşmasında gündəlik gözləmə tarifi 0.00 ABŞ dolları göstərilmişdir. Həmçinin, müqavilənin qüvvədə olması cavabdeh tərəfindən daimi olaraq sifariş vermək, əvvəlki illərin həmin dövründə hansı həcmdə işlərin görülmüşdürsə, eyni işlərin sifariş verilməsi öhdəliyi yaratmır. Bulla və Günəşlidə RR işləri ilə bağlı dəymiş zərərlə bağlı iddianın əsasını o təşkil edir ki, keçirilmiş tenderin şərtlərinə görə xx xxxxxxxx 2018-ci il tarixli müqavilədə qeyd olunan işlərin yalnız İddiaçı MMC-yə tapşırılmaması səbəbindən onlara ******* ABŞ dolları məbləğində maddi zərər dəymişdir. Bu hissədə iddianın əsasını təşkil edən xx xxxxxxxx 2018-ci il tarixli müqavilənin 4.8-ci bəndində qeyd olunmuşdur ki, şirkət bu işlə bağlı digər müqavilələrə icazə vermək hüququnu özündə saxlayır. Podratçı şirkətə və şirkətin digər podratçılarına öz işlərini və ya müqavilələrini icra edə bilmələri üçün ağılabatan çatım və imkan təmin edir və bu cür tərəflərlə tam əməkdaşlıq etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia həmin hissələrdə təmin oluna bilməz. İddianın digər hissəsi onunla əsaslandırılmışdır ki, Pirallahı yatağında 1219 saylı quyunun maili qazması zamanı “X1” şirkətinə məxsus, icarəyə götürülmüş (xx.xx.2017-ci il tarixli müqavilə, № SPT/ED/2017) NOV markalı, №2680486-2 seriyalı, yeni istehsal olunmuş quyu dibi mühərrikinin ehtiyat hissələri cavabdehin təqsiri üzündən ciddi zədələnməsi nəticəsində 80314,34 ABŞ dolları məbləğində zərər vurulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Qeyd olunan maddi hüquq normasının mənasına görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. İddianın bu hissəsi ilə bağlı zərərin mövcudluğunu təsdiq edən sənədlər təqdim olunsa da, avadanlığın cavabdehin təqsiri üzündən zədələnməsi və zərərlə cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi arasında səbəbli əlaqə təqdim olunmuş sübutlarla təsdiqini tapmadığından məhkəmə iddianın bu hissəsini də əsassız hesab edir. İddia ərizəsində RSS-nin fraxt, icarə və digər xərclərlə bağlı tələbin əsasını “D-Tech UK Ltd” şirkəti ilə bağladığı avadanlıqların icarəsinə dair xx xxxx 2019-cu il tarixli müqaviləyə əsasən avadanlıqların Azərbaycan Respublikasına müvəqqəti idxal edilməsi, idiaçıdan asılı olmayan səbəblərdən həmin sistemi istifadə etməyin mümkün olmaması və bunun cavabdehin təqsiri üzündən baş verməsi təşkil edir və zərər 104076 ABŞ dolları məbləğində qiymətləndirilir. xx xxxx 2019-cu il tarixli müqavilənin predmetini podratçının vəzifəsi müəyyən edilmiş ödəniş müqabilində öz avadanlıq və materialları hesabına maili qazma və qazma işlərini yerinə yetirmək olmuşdur. Müqavilənin 19.1-a bəndində qeyd olunmuşdur ki, podratçı şirkət qrupunu podratçı qrupuna məxsus olan, onun tərəfindən icarəyə götürülən, kirayəyə götürülən və ya digər şəkildə təmin edilən podratçı qrupunun əmlakının, şirkətin səbəb olmadığı, müqavilənin icrası ilə bağlı olaraq və ya bunun nəticəsində meydana çıxan itkisi və ya dəymiş ziyan ilə bağlı olan bütün iddialardan, itkilərdən və ya xərclərdən müdafiə edir, bunları ödəyir və şirkət qrupunun təhlükəsizliyini təmin edir. Bu xüsusatla bağlı qeyd olunmalıdır ki, zərərin məhz cavabdehin təqsiri üzündən yaranması təqdim olunmuş sübutlarla təsdiqini tapmır. Mühəndis xərcləri ilə bağlı 99908,98 ABŞ dolları zərərin əvəzinin ödənilməsi ilə bağlı iddiaçı tərəfindən məhkəməyə İddiaçı MMC ilə “xxxx” MMC arasında bağlanmış xx xxx 2019-cu il tarixli, 22 №-li “Daşınabilən ofis və anbar tipli konteynerlərin kirayəsi haqqında” müqavilə, müqavilə ilə bağlı elektron qaimələr, “Maks LTD” MMM arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli müqavilə, həmin müqavilə ilə bağlı elektron qaimələr təqdim olunmuş və zərərin əsası kimi həmin sənədlərə istinad edilmişdir. Lakin qeyd olunan sənədlərlə xərclənmiş vəsaitin məhz Cavabdeh ilə bağlanmış müqavilələrin icrası ilə əlaqədar çəkilməsini müəyyən etmək mümkün deyildir və buna görə də məhkəmə hesab edir ki, iddia həmin hissədə də rədd edilməlidir. Avadanlıqların istifadəyə götürülməsi, təmiri və müvəqqti idxal şərtilə gətirilmiş həmin avadanlıqlara görə müvafiq olaraq 429366,92 ABŞ dolları və 134117,65 ABŞ dolları zərərlə bağlı iddiaçı tərəfindən məhkəməyə “X9 Limited” şirkəti ilə bağlanmış avadanlıqların (təkrar ixrac şərtilə) istifadəyə götürülməsi barədə xx.xx.2016-cı il tarixli TWC/İddiaçı/2016 saylı müqavilə, aktlar, gömrük bəyannamələri və digər sənədlər təqdim olunsa da, iddianın əsaslandığı, yəni, qeyd olunan xərclərin cavabdehin təqsirinə görə sərf edilməsi ilə bağlı halları (avadanlıqların iş şəraitinin pozulması səbəbindən zədələnməsi, avadanlıqların cavabdehin müqavilə şərtlərini pozması səbəbindən işlənməməsi və s.) sübuta yetirə bilməmişdir. Həmçinin, tərəflər arasında bağlanmış xx xxxxxxxx 2016-cı il tarixli müqavilənin: - 19.1-a bəndinə əsasən, podratçı şirkət qrupunu podratçı qrupuna məxsus olan, onun tərəfindən icarəyə götürülən, kirayəyə götürülən, və ya digər şəkildə təmin edilən podratçı qrupunun əmlakının, şirkətin səbəb olmadığı, müqavilənin icrası ilə bağlı olaraq və ya bunun nəticəsində meydana çıxan itkisi və ya dəymiş ziyan ilə bağlı olan bütün iddialardan, itkilərdən və ya xərclərdən müdafiə edir, bunları ödəyir və şirkət qrupunun təhlükəsizliyini təmin edir. - 29.2-ci maddəsinə əsasən, podratçı işin icrası üçün lazım olan, gömrük nəzarətindən keçən malları gömrük və aksiz qaydalarından maksimum yararlanmağa imkan verəcək şəkildə idxal, ixrac və və təkrar idxal etməyi üzərinə götürür. - 29.4-cü bəndinə əsasən, şirkət və podratçı, kimin gömrük nəzarətindən keçən malların ticarətçisi və kimin bu malların sahibi (mükiyyətçisi deyil) olmasından asılı olaraq ayrı-ayrılıqda gömrük qaydalarına riayət edilməsinə görə cavabdehdirlər və məsuliyyət daşıyırlar. Məhkəmə yuxarıda qeyd olunan xüsusatları və müqavilənin göstərilən bəndlərini nəzərə alaraq hesab edir ki, iddia həmin hissələrdə də rədd edilməlidir. İddianın bank kreditlərinin və vergi borclarının ödənilməsi ilə bağlı hissəsinin əsaslandığı hal görülən iş və xidmətlərin dəyərinin vaxtında ödənilməməsi olduğundan məhkəmə hesab edir ki, iddianın bu hissələri birlikdə qiymətləndirilməlidir. İlkin olaraq onu qeyd etmək lazımdır ki, iddiaçı tərəfindən məhkəməyə iddianın bu hissələri ilə bağlı kredit müqavilələri, vergi borclarının olması ilə bağlı sənədlər təqdim olunsa da, həmin sənədlər bu xərclərin cavabdehin təqsirli hərəkətləri nəticəsində yaranmış zərər kimi qiymətləndirməyə əsas vermir. Yəni, bu zərər mövcud olsa da, zərərlə cavabdehin hərəkəti arasında səbəbli əlaqənin olması sübuta yetirilmir. Həmçinin, tərəflər arasında bağlanmış hər 3 müqavilənin 15.3-cü bəndinə əsasən, podratçı şirkəti bu maddədə nəzərdə tutulan bütün rüsumlardan, cərimələrdən, təzminatlardan və vergilərdən və Azərbaycan Respublikası müvafiq dövlət orqanının müqavilə ilə əlaqədar olaraq podratçı qrupunun üzərinə qoyduğu faiz və cərimələrdən və bunlarla bağlı meydana çıxan bütün xərclərdən qoruyur, müdafiə edir, bunları ödəyir və şirkətin zərərsizliyini təmin edir. Cavabdeh qarşılıqlı iddiası ilə bağlı qeyd etmək lazımdır ki, xx.xx.2019-cu il tarixli, 26217-188 saylı xidmət müqaviləsinin 4.8-ci bəndə əsasən şirkət bu işlə bağlı digər müqavilələrə icazə vermək hüququnu özündə saxlayır. Ancaq Cavabdeh tərəfindən məhkəməyə İddiaçı MMC-nin müqavilənin 4-cü bəndində göstərilən öhdəliklərini pozmasına və bu səbəbdən işlərin görülməsini digər podratçılara həvalə etməyə məcbur qalmasına, həmçinin, əgər 72 və 73 saylı quyular üzrə xidmətlərin cavabdeh tərəfindən göstəriləcəyi təqdirdə müvafiq olaraq məhz 238205 və 219836 ABŞ dolları vəsait xərclənəcəyinə və 612 saylı quyu üzrə qeyd olunan qüsurun aradan qaldırılması üçün tələb olunan işləri cavabdeh özü görsəydi, dəyərinin məhz 33984 ABŞ dolları təşkil edəcəyinə, həmin məbləğin necə hesablanıb müəyyən edilməsinə dair məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, ilkin iddia qismən təmin olunaraq 10193096,98 manat və ödəniş anında Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla 134525,9 ABŞ dolları məbləğində əsas borc, 1356870,7 manat məbləğində faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməli, avadanlıqlar iddiaçıya qaytarılmalı, qarşılıqlı iddia isə rədd edilməlidir. Həmçinin, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin olunduğuna görə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 10 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qarşılıqlı iddia rədd edildiyindən ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid olunmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı əsas borcun, faiz borcunun, zərərin əvəzinin ödənilməsi və avadanlıqların qaytarılması barədə ilkin iddiası qismən təmin edilsin. 10193096,98 manat və ödəniş anında Azərbaycan manatına olan məzənnəsi hesablanmaqla 134525,9 ABŞ dolları məbləğində əsas borc, 1356870,7 manat məbləğində faiz borcu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. OSC 110332A seriya nömrəli hidrogenişləndirici və açar dəsti, KK8001 seriya nömrəli hidrogenişləndirici, BM2065 seriya nömrəli stabilləşdirici, ED 022 seriya nömrəli qaldırıcı (patrupka) lift sub və xalta/xamut/safety (8 diş) avadanlıqlar Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq İddiaçınə qaytarılsın. İlkin iddia qalan hissədə rədd edilsin. İlkin iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 10 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İddiaçınə qarşı zərərin əvəzinin ödənilməsi barədə qarşılıqlı iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar