Məhkəmə qərarları › İş №e-2-2(113)-2102/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2102/2021

09.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2102/2021 09.04.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, Bağırov Bəhruz Mirhəsən oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı iddiaçı ilə cavabdeh arasında bağlanan xx xxxxxx 2019cu il tarixli, 1733-A.BAY-001 saylı podrat müqaviləsi və onun 1 saylı əlavəsinə əsasən, daşların qırılması (drabilka) üçün cavabdehin hesabına köçürülmüş 85000 manat məbləğdən cavabdehin icra etdiyi 13369 ton daşın qırılması (drabilka) üçün müqaviləyə uyğun olaraq hər ton üçün nəzərdə tutulmuş 3 manat işçilik qiyməti hesablanmaqla, 13369x3=40107 manat hissəsinin çıxılaraq, yerdə qalan 85000-40107=44893 manat məbləğində vəsaitin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı iddiaçı ilə cavabdeh arasında bağlanan xx xxxxxx 2019-cu il tarixli, 1733-A.BAY-001 saylı podrat müqaviləsi və onun 1 saylı əlavəsinə əsasən, daşların qırılması (drabilka) üçün cavabdehin hesabına köçürülmüş 85000 manat məbləğdən cavabdehin icra etdiyi 13369 ton daşın qırılması (drabilka) üçün müqaviləyə uyğun olaraq hər ton üçün nəzərdə tutulmuş 3 manat işçilik qiyməti hesablanmaqla, 13369x3=40107 manat hissəsinin çıxılaraq, yerdə qalan 85000-40107=44893 manat məbləğində vəsaitin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 150.0.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Məhkəmə qeyd edir ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilmədən verilmiş, iddia ərizəsinin cavabdeh tərəfindən alınmasına dair sənəd iddia ərizəsinə əlavə olunmamışdır. İddia ərizəsinə əlavə olunmuş 002896 saylı qaimədən görünür ki, göndərən şəxs Cavabdeh, alan şəxs isə İddiaçıdir. Buna görə də məhkəmə hesab edir ki, həmin sənəd iddia ərizəsinin cavabdeh tərəfindən alınmasını təsdiq edən sənəd kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 152.1.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı iddiaçı ilə cavabdeh arasında bağlanan xx xxxxxx 2019cu il tarixli, 1733-A.BAY-001 saylı podrat müqaviləsi və onun 1 saylı əlavəsinə əsasən, daşların qırılması (drabilka) üçün cavabdehin hesabına köçürülmüş 85000 manat məbləğdən cavabdehin icra etdiyi 13369 ton daşın qırılması (drabilka) üçün müqaviləyə uyğun olaraq hər ton üçün nəzərdə tutulmuş 3 manat işçilik qiyməti hesablanmaqla, 13369x3=40107 manat hissəsinin çıxılaraq, yerdə qalan 85000-40107=44893 manat məbləğində vəsaitin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunur ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar