Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-212/2025 15.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" xxx Cəmiyyətinin (ləğv prosesindədir) cavabdehlər “X4 "xxxx" xxx Cəmiyyəti, Cavabdeh4 ASC və Cavabdeh3 qarşı subroqasiya qaydasında pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: sığorta hadisəsi, dərmiş zərər, subroqasiya qaydasında pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan "xxxx" xxx Cəmiyyətinin cavabdehlər “X5 "xxxx" xxx Cəmiyyəti, Cavabdeh4 ASC və Cavabdeh3 qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı "xxxx" xxx Cəmiyyəti (ləğv prosesindədir) cavabdehlər “X4 "xxxx" xxx Cəmiyyəti (“X4 "xxxx" ASC), Cavabdeh2 (Cavabdeh2 MMC) və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 2000 (iki min) manat məbləğində sığorta ödənişi, 46 (qırx altı) manat məbləğində dövlət rüsumu və 0,4 manat (qırx qəpik) məbləğində xidmət haqqı olmaqla, cəmi 2046,4 manat (iki min qırx altı manat qırx qəpik) məbləğində pulun tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “X11” ASC ilə "xxxx" АSC (bundan sonra “ASC”) arasında xx.xx.2022-ci il tarixdə ********** saylı sığorta şəhadətnaməsi imzalanmış və “Mercedes Benz G63” markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, kasko növü üzrə sığorta təminatı almışdır. xx.xx.2024-cü il tarixdə Bakı-Qazax yolunun 14-cü km-də baş vermiş sığorta hadisəsi nəticəsində Cavabdeh4 ASC-nin mülkiyyətində olan, “X4” Evrascon” ASC-nin istifadəsinə verilmiş və yol vərəqəsi əsasında Cavabdeh3 idarə etdiyi “X14” markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə (bundan sonra ASC) avtokasko risklərindən sığortalanmış “Mercedes Benz G63” markalı **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurulmuşdur. Yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh3 təqsirli bilinərək, AR İXM-in 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. “Mercedes Benz G63” markal, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 7250 (yeddi min iki yüz əlli) manat məbləğində qiymətləndirilmiş və dəymiş zərərin aradan qaldırılması üçün ödənilmişdir. Həmin məbləğin 5000 (beş min) manat məbləğində olan hissəsi AR Mülki Məcəlləsinin 931-ci maddəsinə müvafiq olaraq (Bir sığorta hadisəsi üzrə dəyən zərərin və (və ya) yaranan itkilərin əvəzinin ödənilməsi üçün iki və ya daha çox sığorta müqaviləsi ilə bir və ya bir neçə sığortaçının öhdəlikləri yarandıqda əvvəlcə icbari sığorta müqavilələri üzrə sığorta ödənişləri verilməlidir) “X14” markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC tərəfindən, qalan 2000 (iki min) məbləğ isə ASC tərəfindən ödənilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, ********** saylı əmlak sığortası müqaviləsinin surətindən müəyyən olunur ki, “Mercedes Benz G63” markalı **-AS-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ASC tərəfindən avtomobillərin tam sığortası qaydasında sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan və avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə “X14” markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Mercedes Benz G63” markalı **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobil arasında yol-nəqliyyat hadisəsi baş vermiş, baş vermiş yolnəqliyyat hadisəsinin törədilməsində “X14” markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh3 təqsirli bilinərək, AR İXM-in 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Hadisə baş verən vaxt avtomobil Cavabdeh4 ASC-yə məxsus olmuşdur. İddia ərizəsinə əlavə edilmiş elektron portaldan çıxarışdan müəyyən olunur ki, “X14” markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh4 ASC tərəfindən “X4 "xxxx" ASC-nin istifadəsinə verilmişdir. “X4 "xxxx" ASC-nin yol vərəqəsinin surətindən müəyyən olunur ki, “X14” markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı avtomobil yol vərəqəsi ilə Cavabdeh3 tərəfindən istifadəsinə verilmişdir. İddia ərizəsinə əlavə edilmiş “İSB az” portalından çıxarışdan müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi baş verən vaxt “X14” markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı avtomobil avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti cavabdeh "xxxx" ASC tərəfindən icbari sığorta qaydasında sığortalanmışdır. ASC-nin zərərin hesablanması aktından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz G63” markalı **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilə 7250 (yeddi min iki yüz əlli) manat məbləğində qiymətləndirilmişdir. ASC-nin sığorta aktından və xx.xx.2022-ci il tarixli, ********** saylı əmlak sığortası müqaviləsindən müəyyən edilir ki, 250 (iki yüz əlli) manat məbləğində şərtsiz azadolma məbləği müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş ASC-nin ödəniş tapşırığından müəyyən olunur ki, “Mercedes Benz G63” markalı **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə ASC tərəfindən 2000 (yeddi min iki yüz əlli) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş "xxxx" ASC-nin ödəniş tapşırığından müəyyən olunur ki, dəymiş zərərə görə "xxxx" ASC tərəfindən “X11” ASC-yə 5000 (beş min) manat məbləğində sığorta ödənişi edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, BS-S-24/0600 saylı pretenziya məktubundan və həmin məktubun Cavabdeh3 çatdırılmasını təsdiq edən poçt xəbərnaməsindən müəyyən olunur ki, pretenziya məktubu Cavabdeh3 çatdırılmışdır. İddia ərizəsinə əlavə edilmiş poçt xəbərnaməsinin surətindən müəyyən olunur ki, iddia ərizəsinin surəti Cavabdeh3 çatdırılmışdır. Onlayn kargüzarlıq sistemindən çıxarışlardan müəyyən olunur ki, pretenziya məktubu və iddia ərizəsi digər cavabdehlərə təqdim edilmişdir.
3. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehlərdən “X4 "xxxx" xxx Cəmiyyəti (“X4 "xxxx" ASC), Cavabdeh4 ASC və Cavabdeh3 müştərək qaydada 2000 manat məbləğində sığorta ödənişi, 47 manat məbləğində dövlət rüsumu, 0,8 manat məbləğində bank xidmət haqqı, 325 manat vəkil xərci, 300 manat məbləğində qiymətləndirişi təşkilatın xidmət haqqı olmaqla, cəmi 2672,8 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" ASC-nin (ləğv prosesindədir) hesabına ödənilməsi haqqında qərar qəbul edilməsi xahiş edilmişdir.
4. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385.1, 459.1, 936.1, 936.2, 936.5, 1096, 1097, 1099.1, 1099.2, 1108.1, 1108.2, 1114-cü maddələrinə istinad olunmuşdur.
5. İddia tələbinə etiraz daxil olmamışdır.
6. Cavabdehlərə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:
7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
8. ********** saylı avtomobillərin tam sığortası şəhadətnaməsi və ona əlavə olunan cədvəl 1-ə əsasən “X11” ASC-yə məxsus, “Mercedes Benz” markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək dövr üzrə "xxxx" ASC tərəfindən sığortalanmışdır. “Mercedes Benz” markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı minik avtomobili 7783,62 manat məbləğində sığorta edilmiş (1 saylı cədvələ əsasən) və 250 manat azadolma məbləği (15%) müəyyən edilmişdir. Şəhadətnaməyə əsasən hər bir hadisə üzrə azadolma məbləği avtomobil tam məhv olmuş hesab edildikdə, həmçinin oğurlandıqda, habelə qaçırılldıqda sığorta məbləğinə nisbətdə tətbiq olunan azadolma məbləği (oğurlanma va qaçırılma nəticəsində nəqliyyat vasitəsinin qismən zərərə məruz qalması halları istisna olmaqla) 1 saylı cədvələ əsasən 15% təşkil edir. Sığorta şəhadətnaməsinə əsasən avtomobili idarəetmə səlahiyyəti X9 və X3 məxsusdur. Şəhadətnamə və ona əlavə edilmiş 1 saylı cədvəl tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
9. Qaradağ rayon DYPŞ Polis Baş X1 tərəfindən tərtib edilmiş yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, ******* nömrəli qərardan müəyyən olunur ki, xx.xx.2024-cü il tarixli, 1XP5961165 nömrəli protokola və inzibati xəta haqqında işin digər materialları əsasında Cavabdeh3 xx.xx.2024-cü il tarixində, saat 15:20-də “X14” markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməsi nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətdiyi müəyyən edilmişdir. Cavabdeh3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir.
10. Qaradağ rayon DYPŞ Polis Baş X1 tərəfindən tərtib edilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışa əsasən xx.xx.2024-cü il tarixdə saat 15:20-də Bakı- Qazax yolu 14-cü km yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinən “X14” markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh3, mülkiyyətçisi Cavabdeh4 ASC-dir.
11. xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin məzmunundan müəyyən olunur ki, **-AS-*** qeydiyyat nişanlı “Mercedes Benz” markalı, G63 minik model nəqliyyat vasitəsi “X11” ASC-nin mülkiyyətindədir.
12. xx.xx.2008-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin məzmunundan müəyyən olunur ki, “X14” markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh4 ASC-nin mülkiyyətindədir.
13. İcbari Sığorta Bürosu tərəfindən tərtib edilmiş icbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanılması adlı sənədin məzmunundan müəyyən olunur ki, **-AS-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz G63” markalı minik avtomobili Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən, **-JG-*** dövlət qeydiyyat nişanlı, “X14” markalı nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən sığortalanmış, sığorta müqavilələrinin statusunun aktiv olduğu qeyd edilmişdir.
14. "xxxx" ASC-nin zərərin hesablanması aktından görünür ki, **-AS-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmir-bərpa xərcləri cəmi 7250 manat təşkil edir.
15. “Kia Motors” tərəfindən tərtib edilmiş qüsur aktında **-AS-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz” markalı nəqliyyat vasitəsinin təmir-bərpa işlərinin yekun məbləğinin 7250 manat təşkil etdiyi qeyd edilmişdir.
16. xx.xx.2024-cü il tarixli, ******* nömrəli yük maşınının yol vərəqəsində **-JG-*** dövlət qeydiyyat nişanlı, “X14” markalı nəqliyyat vasitəsinin sürücüsü kimi Cavabdeh3 qeyd edilmişdir.
17. xx.xx.2024-cü il tarixli, CM014/24 nömrəli sığorta aktından görünür ki, sığortalı “Mercedes Benz” markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilə sığortaçının zərər məbləğindəki payı 2250 manat, çıxılmış şərtsiz azadolma məbləği 250 manat, sığorta ödənişinin məbləği 2000 manatdır.
18. "xxxx" ASC-nin zərərin hesablanması aktından görünür ki, **-AS-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmir-bərpa xərcləri cəmi 7250 manat təşkil edir.
19. Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli, 0103924/01 nömrəli ödəniş aktından müəyyən olunur ki, Cavabdeh3 idarəsində olan “X14” markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yol nəqliyyat hadisəsi nəticəsində zərər vurduğu X2 idarəsində olan “Mercedes Benz minik” markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəyən zərərin əvəzi olaraq "xxxx" ASC tərəfindən “X11” ASC-yə 5000 manat ödəniş edilmişdir.
20. “X11” ASC tərəfindən "xxxx" QSC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli, H/F- 176/24 nömrəli məktubu ilə xx.xx.2024-cü il tarixində YNH zamanı “X11” ASC-yə məxsus “Mercedes Benz G63” markalı, **-AS-*** dövlət qeydiyyat nişanı avtomobilə maddi ziyan dəydiyi qeyd edilmiş, avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün müvafiq tədbirlər görülməsi məqsədilə 2000 manat məbləğində sığorta haqqının ASC-nin bank hesabına ödənilməsi xahiş edilmişdir.
21. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, AZ240403001 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən “X11” ASCnin bank hesabına 2000 manat məbləğində ödəniş edilmişdir. Ödənişin təyinatı və əsası kimi ********** nömrəli müqavilə üzrə “Mercedes Benz” markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üçün sığorta ödənişi qeyd edilmişdir.
22. “X15” ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, 76100 nömrəli ödəniş tapşırığına əsasən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən “X11” ASC-nin bank hesabına 5000 manat ödəniş edilmişdir.
23. İş materiallarına baş vermiş qəza və nəqliyyat vasitələrinə dəymiş ziyanı təsdiq edən fotoşəkillər əlavə edilmişdir.
24. İddiaçı tərəfindən cavabdehlərə göndərilmiş xx.xx.2024-cü il tarixli, BS-S-24/0600 nömrəli pretenziya məktubundan görünür ki, 2000 manat vəsaitin 5 (beş) gün müddətində "xxxx" ASC-yə ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir.
25. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/8716 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatında təqdim edilmiş mülki iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktında qeyd olunan 2014-cü il buraxılışlı, “Mercedes Benz G63” markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilin 04 adda ehtiyat hissələrinin orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 1400 manat müəyyən edilir. 03 adda ehtiyat hissələrinin yerli internet saytlarında satışına və qiymətinə dair məlumat olmadığı üçün dəymiş ziyanı müəyyən etmək mümkün olmadı.
26. "xxxx" MMC tərəfindən verilən xx.xx.2025-ci il tarixli, CVN/S 31-322/25 saylı mütəxəssis rəyindən müəyyən olunur ki, aparılmış hesablamalar və təhlillərə əsasən xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz G63” markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği (usta xidmətləri haqqı da daxil olmaqla) 7180 manat təşkil edir. Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçi subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən, başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün), zərərin əvəzinin ödənilməsi nəzərdə tutular. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 18 aprel 2022-ci il tarixli qərarına əsasən istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Belə məsuliyyət növlərindən biri işəgötürənin öz işçisinin törətmiş olduğu mülki hüquq pozuntusuna görə daşıdığı mülki hüquq məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Göstərilən maddədə işəgötürən dedikdə, əmr, tapşırıq və təlimatlarına əsasən, habelə nəzarəti altında başqasının – işçinin göstərmiş olduğu xidmətlərdən, yerinə yetirdiyi işdən öz mənfəəti üçün yararlanan şəxs olmaqla yalnız əmək müqaviləsi üzrə deyil, həm də mülki hüquq müqavilələri (tapşırıq, podrat və s.) üzrə fiziki şəxslərin əməyindən yararlanan şəxslər nəzərdə tutulmuşdur. İşəgötürənin məsuliyyətinin əsasını tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təşkil edilməməsi, tələb olunan diqqət və qayğının göstərilməməsi təşkil edir. Görüləcək işi zehni və fiziki qabiliyyətlərinə uyğun peşəkar şəxslərə (işçilərə) həvalə etmək, zəruri təlimat və tapşırıqlar vermək və icrasına nəzarət etmək obyektiv olaraq işəgötürənin vəzifəsidir. Məhz bu obyektiv vəzifənin lazımınca yerinə yetirilmiş olmaması baxımından qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə məsuliyyətə cəlb edilməsini zəruri hesab etmişdir. Odur ki, Mülki Məcəllənin 1099-cu maddəsi öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin – işəgötürənin həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Məqsəd işəgötürəni onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərləri, arzuolunmaz nəticələri önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, bütövlükdə cəmiyyəti qorumaqdır. İşəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Məhkəmənin mövqeyi
30. İşin faktiki hallarından göründüyü kimi, xx.xx.2024-cü il tarixdə Bakı-Qazax yolunun 14-cü km-də baş vermiş sığorta hadisəsi nəticəsində xx.xx.2008-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə Cavabdeh4 ASC-nin mülkiyyətində olan, “X4” Evrascon” ASC-nin istifadəsinə verilmiş və xx.xx.2024-cü il tarixli, ******* nömrəli yük maşınının yol vərəqəsi əsasında Cavabdeh3 idarə etdiyi “X14” markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə xx.xx.2022-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə “X11” ASC-yə məxsus “Mercedes Benz G63” markalı **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurulmuşdur. Qaradağ rayon DYPŞ Polis Baş X1 tərəfindən tərtib edilmiş yol hərəkət qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında xx.xx.2024cü il tarixli, ******* nömrəli qərarı ilə Cavabdeh3 əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməklə yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinmiş və barəsində cərimə tətbiq olunmuşdur.
31. “X11” ASC ilə "xxxx" АSC (bundan sonra “ASC”) arasında xx.xx.2022-ci il tarixdə ********** saylı sığorta şəhadətnaməsi imzalanmış, həmin şəhadətnamə və ona əlavə olunan cədvəl 1-ə əsasən “X11” ASC-yə məxsus, “Mercedes Benz” markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək dövr üzrə "xxxx" ASC tərəfindən sığortalanmışdır. İcbari Sığorta Bürosu tərəfindən tərtib edilmiş icbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanılması adlı sənəddən müəyyən olunur ki, **-AS-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz G63” markalı minik avtomobili Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən, **-JG-*** dövlət qeydiyyat nişanlı, “X14” markalı nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən sığortalanmış, sığorta müqavilələrinin statusunun aktiv olduğu qeyd edilmişdir.
32. "xxxx" ASC tərəfindən tərtib edilmiş zərərin hesablanması aktında **-AS-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin təmir-bərpa xərcləri 7250 manat təşkil etdiyi qeyd edilmiş, xx.xx.2024-cü il tarixli, CM014/24 nömrəli sığorta aktı ilə sığortalı “Mercedes Benz” markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilə sığortaçının zərər məbləğindəki payının 2250 manat, çıxılmış şərtsiz azadolma məbləğinin 250 manat, sığorta ödənişinin məbləğinin 2000 manat olduğu müəyyən edilmişdir.
33. Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli, 0103924/01 nömrəli ödəniş aktına əsasən Cavabdeh3 idarəsində olan “X14” markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yol nəqliyyat hadisəsi nəticəsində zərər vurduğu X2 idarəsində olan “Mercedes Benz minik” markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəyən zərərin əvəzi olaraq "xxxx" ASC tərəfindən “X11” ASC-yə 5000 manat, "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, AZ240403001 nömrəli ödəniş tapşırığına əsasən "xxxx" ASC tərəfindən “X11” ASC-nin bank hesabına 2000 manat məbləğində sığorta ödəniş edilmişdir.
34. İddia tələbi cavabdehlərdən müştərək qaydada 2000 manat məbləğində sığorta ödənişinin tutulmasından ibarətdir.
35. Məhkəmə işin faktiki hallarını və qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, sığorta ödənişini vermiş iddiaçı həmin məbləğin ödənilməsini tələb etmək hüququna malikdir.
36. Məhkəmə qanunvericilik normalarını, işin faktiki hallarını, sığorta ödənişini vermiş iddiaçının həmin məbləğin ödənilməsini tələb etmək hüququna malik olmasını və xx.xx.2025-ci il tarixli, CVN/S 31-322/25 saylı mütəxəssis rəyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdeh “X5 "xxxx" xxx Cəmiyyətindən 1930 (min doqquz yüz otuz) manat sığorta ödənişi iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə və digər cavabdehlərə münasibətdə təmin edilməməlidir.
37. Belə ki, avtomobilə dəymiş zərərin məbləğinin müəyyən edilməsi ilə bağlı məhkəmə tərəfindən ekspertiza təyin edilmiş, xx.xx.2025-ci il tarixli, CVN/S 31-322/25 saylı mütəxəssis rəyində qeyd olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz G63” markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği (usta xidmətləri haqqı da daxil olmaqla) 7180 manat təşkil edir. "xxxx" ASC tərəfindən “Mercedes Benz” markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı minik avtomobili 7783,62 manat məbləğində sığorta edilmiş və 250 manat azadolma məbləği müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli, CM014/24 nömrəli sığorta aktı ilə sığortalı “Mercedes Benz” markalı, **-AS-*** dövlət qeydiyyat nişanlı avtomobilə sığortaçının zərər məbləğindəki payı 2250 manat müəyyən edilmiş, qalan 5000 manat məbləğ "xxxx" ASC tərəfindən ödənilmişdir. Belə olan halda cavabdeh tərəfindən ödənilməli olan sığorta haqqı 7180-(5000 manat + 250 manat (azadolma məbləği))=1930 manat məbləğində müəyyən edilməlidir.
38. Hazırkı nəticəyə gələrkən məhkəmə AR MM-in yuxarıda qeyd edilən normalarını və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 18 aprel 2022-ci il tarixli qərarını nəzərə almışdır. Belə ki, Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. İşin faktiki hallarından göründüyü kimi, Cavabdeh3 hadisəni törətməkdə təqsirli bilinmiş və o, nəqliyyat vasitəsini “X4” Evrascon” ASC-nin ona verdiyi xx.xx.2024-cü il tarixli, ******* nömrəli yük maşınının yol vərəqəsi əsasında idarə etmiş, işçisi olmuşdur. Ona görə də işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün “X4” Evrascon” ASC məsuliyyət daşıyır.
39. Eləcə də, iddiaçı 47 manat məbləğində dövlət rüsumu, 0,8 manat məbləğində bank xidmət haqqı, 325 manat vəkil xərci, 300 manat məbləğində qiymətləndirişi təşkilatın xidmət haqqının cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulmasını xahiş etmişdir.
40. Məhkəmə hesab edir ki, cavabdeh “X5 "xxxx" xxx Cəmiyyətindən ödənilmiş dövlət rüsumuna görə 38,6 (iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq) manat (otuz səkkiz manat altmış qəpik), 0,80 manat (səksən qəpik) bank xidmət haqqı, 325 (üç yüz iyirmi beş) manat hüquqi yardım xərci, qiymətləndirici təşkilata ödənilmiş xidmət haqqının əvəzi olaraq 289,50 manat (iki yüz səksən doqquz manat əlli qəpik) manat tutularaq iddiaçıya ödənilməlidir.
41. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manatın 48,25 manat hissəsi cavabdeh “X5 "xxxx" xxx Cəmiyyətindən, 1,75 manat hissəsi ləğv prosesində olan "xxxx" xxx Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.
42. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “X5 "xxxx" xxx Cəmiyyətindən 1930 (min doqquz yüz otuz) manat sığorta ödənişi, 325 (üç yüz iyirmi beş) manat hüquqi yardım xərci, ödənilmiş dövlət rüsumuna görə 38,6 manat (otuz səkkiz manat altmış qəpik), 0,80 manat (səksən qəpik) bank xidmət haqqı, qiymətləndirici təşkilata ödənilmiş xidmət haqqının əvəzi olaraq 289,50 manat (iki yüz səksən doqquz manat əlli qəpik) olmaqla, ümumilikdə 2583,90 manat (iki min beş yüz səksən üç manat doxsan qəpik) məbləğində pul vəsaiti ləğv prosesində olan "xxxx" xxx Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manatın 48,25 manat hissəsi cavabdeh “X5 "xxxx" xxx Cəmiyyətindən, 1,75 manat hissəsi ləğv prosesində olan "xxxx" xxx Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova