Məhkəmə qərarları › İş №e-2-2(113)-2164/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2164/2021

11.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2164/2021 11.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, X1 ilə, tərəflərin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin açıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanmış 18 noyabr 2019-cu il tarixli, 1733-A.BAY-001 saylı podrat müqaviləsi və onun 1 saylı əlavəsinə əsasən, daşların qırılması üçün cavabdehin hesabına köçürülmüş 85.000 manat məbləğdən cavabdehin icra etdiyi 13.369 ton daşın qırılması üçün müqaviləyə uyğun olaraq hər ton üçün nəzərdə tutulmuş 3 manat işçilik qiyməti hesablanmaqla, 13369x3=40.107 manat hissəsinin çıxılaraq, yerdə qalan 44.893 manat (85.000-40.107) məbləğində vəsaitin Cavabdeh MMC-dən alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək, əlaqəli işlərin icraatının birləşdirilməsi və digər hakim Fərrux Qasımovun ictaatına mahiyyəti üzrə mahiyyəti üzrə baxılması üçün verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə e-2-2(113)1479/2021 nömrəli iş hakim Fərrux Qasımovun icraatındadır. Hər iki iş bir-biri ilə əlaqəli olan olduğunu nəzərə alaraq hesab edir ki, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün həmin işlər bir icraatda birləşdirilməlidir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 43.1 və 43.2-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. 169.3-cü maddəsinə görə hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. İş materiallarından isə görünür ki, hazırkı iş üzrə iddia ərizəsində iddiaçı İddiaçı MMC Cavabdeh MMC ilə aralarında bağlanmış 18 noyabr 2019-cu il tarixli, 1733-A.BAY- 001 saylı podrat müqaviləsinə əsasən əvvəlcədən ödədiyi pulun müqabilində Cavabdeh MMC tərəfindən işin görülmədiyini əsas göstərərək əvvəlcədən etdiyi ödənişin geri qaytarılmasını tələb edir. Bakı Kommersiya Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə e-2- 2(113)1479/2021 nömrəli iş üzrə iddia ərizəsinin məzmunundan isə görünür ki, Cavabdeh MMC eyni podrat müqaviləsi üzrə görülmüş işə görə muzdun İddiaçı MMC tərəfindən ödənilmədiyini iddia edir və podrat işlərinə görə muzdun tutulmasını tələb edir. Göründüyü kimi sözügedən iki iş üzrə iddia tələbləri tərəflər arasında bağlanmış eyni müqavilədən irəli gəlir, bundan əlavə hazırkı işlərdən biri üzrə iddianın təmin edilməsi digər iş üzrə iddianın tam və ya qismən təmin edilməsini imkanını aradan qaldırır. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iş və Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-1472/2021 saylı iş eyni tərəflərin iştirak etdiyi eyni növlü işlər olduğundan həmin işlərə birgə baxılması ədalət mühakiməsinin düzgün və ağlabatan müddətə həyata keçirilməsi baxımından məqsədəmüvafiqdir. İş materiallarından həmçinin görünür ki, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı pul tələbinə dair hakim F.Qasımovun icraatında olan e-2-2(113)- 1472/2021 saylı iş 23 fevral 2021-ci il tarixdə, hazırkı iş isə 13 aprel 2021-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iş ilkin olaraq məhkəmə icraatında qəbul edilmiş iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı pul tələbinə dair e-2-2(113)-1472/2021 saylı işə birləşdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43, 268-269–cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair e-2-2(113)-2164/2021 saylı kommersiya mübahisəsinə dair iş iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı MMC-yə qarşı pul tələbinə dair iş e-2-2(113)-1472/2021 saylı kommersiya mübahisəsinə dair işlə bir icraatda birləşdirilsin və baxılması üçün Bakı Kommersiya Məhkəməsinin hakimi X2 icraatına verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar