Məhkəmə qərarları › İş №e-2-2(113)-2165/2021

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-2165/2021

21.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2165/2021 21.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, Seyidova Çərkəz Rüstəm qızının katibliyi, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdehnə qarşı borcun ödənilməsi tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 3833.35 (üç min səkkiz yüz otuz üç manat, 35 qəpik) manat məbləğində borcun və 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 3,863.35 (üç min səkkiz yüz altmış üç manat, 035 qəpik) manat məbləğində pulun iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 24 may 2018-ci il tarixli, 180524/08-0102 nömrəli xidmət müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən iddiaçı tərəfindən ümumi dəyəri 40,959.36 (qırx min doqquz yüz əlli doqquz manat, 036 qəpik) manat məbləğində işlər görülmüşdür . Cavabdeh tərəfindən qeyd olunan müqavilə üzrə cəmi 37,126.01 (otuz yeddi min bir yüz iyirmi altı manat, 001ə qəpik) manat məbləğində ödəniş edilmişdir . Lakin, cavabdeh tərəfindən tərəfindən müqavilə üzrə razılaşdırılmış məbləğ üzrə qalan 3,833.35 (üç min səkkiz yüz otuz üç manat, 035 qəpik) manat məbləğində pul vəsaiti ödənilməmiş qalmışdır. İcraçı “xxxx” MMC tərəfindən yuxarıda qeyd olunan müqavilə üzrə üzərinə düşən öhdəliklərini vaxtlı-vaxtında və lazımi qaydada yerinə yetirsə də, sifarişçi tərəfindən öhdəliklər icra edilməmiş, Cavabdeh görülən işlərin dəyərinin ödənilməsinə dair öhdəliklərini bu günə qədər tam icra etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehnə məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci madəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmiş, buna görə də işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. İş materiallarında olan xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 24 may 2018-ci il tarixli, 180524/08-0102 nömrəli xidmət müqaviləsindən görünür ki, müqaviləyə əlavələr-razılaşma protokolları ilə müəyyən olunan xidməti müqavilə ilə razılaşdırılmış qaydada sifarişçiyə göstərməyi, sifarişçi isə göstərilən xidməti qəbul edib qarşılığında icraçıya müqavilə ilə razılaşdırılmış xidmət haqqını ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan X1 surətlərindən görünür ki, Cavabdehnə “aliminium billetin homeqenizasiya xidmətləri” göstərilmiş və sonuncu tərəfindən qəbul edilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Həmin Məcəllənin 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. İşin araşdırımış hallarından göründüyü kimi iddiaçı tərəfindən cavabdehə xidmətlər göstərilsə də, cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməmiş, bunu təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməli, 3833.35 (üç min səkkiz yüz otuz üç manat, 35 qəpik) manat məbləğində borcun və 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 3,863.35 (üç min səkkiz yüz altmış üç manat, 035 qəpik) manat məbləğində pul Cavabdehndən tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddianın tam təmin olunmasını nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti də cavabdehdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 3833.35 (üç min səkkiz yüz otuz üç manat, 35 qəpik) manat məbləğində pul Cavabdehndən tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə həmin qətnamənin ləğvi barədə cavabdeh tərəfindən ərizə verilə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qiyabi qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar