Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2177/2025 23.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ X5 Rövşən qızının sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh “X4 Company” MMC-nin nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh MMC-nin nümayəndəsi Vəkil1 iştirakları ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh MMC-yə və “X4 Company” MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh MMC-yə və “X4 Company” MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra cavabdeh “X4 Company” MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iddiaya qarşı yazılı etiraz verərək, iddianın baxılmamış saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Etiraz onunla əsaslandırılmışdır ki, qeyd olunan iş üzrə ilk öncə müəyyən edilməli olan məsələ işə tətbiq olunmalı olan hüquq, mübahisələrin həllinə dair aidiyyətin müəyyən edilməsidir. Belə ki, Distributor müqaviləsinin 12-ci maddəsinə əsasən həmin müqaviləyə Rusiya Federasiyasının hüququ tətbiq olunduğu və həmin müqaviləyə aid olan və ondan irəli gələn bütün mübahisələrin Moskva Arbitraj Məhkəməsində baxılmalı olması qeyd olunmuşdur. Sonradan Müqaviləyə edilmiş xx.xx.2017-ci il tarixli əlavəyə əsasən mübahisələrər baxılması üçün Rusiya Federasiyası Ticarət və Sənayə Palatası yanında X1 Məhkəməsində baxılması barədə razılığa gəlinmşdir. Daha sonra Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil1 iddiaya qarşı yazılı etiraz verərək, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil3 iddia ərizəsinə uyğun izahat verərək,ərizənin təmin olunmasını xahiş etdi.Əlavə olaraq bildirdi ki, hazırki ərizəyə Bakı Kommersiya Məhkəməsindəə baxılmalıdır. Məhkəmə iclasında iştirak edən cavabdeh “X4 Company” MMC-nin nümayəndəsi Vəkil2 etiraz ərizəsinə uyğun izahat verərək,ərizənin təmin olunmasını xahiş etdi.Əlavə olaraq bildirdi ki, hazırki ərizəyə Bakı Kommersiya Məhkəməsində baxılmalı deyil. İddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi Vəkil1 etiraz ərizəsinə uyğun izahat verərək,ərizənin təmin olunmasını xahiş etdi.Əlavə olaraq bildirdi ki, hazırki ərizəyə Bakı Kommersiya Məhkəməsində baxılmalı deyil və iddiaçı X2 Company” MMC-ni cavabdeh kimi göstərərək süni şəkildə aidiyyət qaydalarını pozmaq istəmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, hazırki ərizə baxılmamış saxlanılmalıdır. Belə ki,iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, “X4 Company” MMC ilə İddiaçı QSC arasında xx.xx.2016-cı il tarixli 410-A3 saylı distribütor müqaviləsi imzalanmışdır. Daha sonra 410-A3 nömrəli distribütor müqaviləsinə imzalanmış xx.xx.2017-ci il tarixli Əlavə razılaşmanın 12.2-ci bəndinə əsasən tərəflər bu Müqavilədən və ya onunla bağlı yaranan, o cümlədən, onun icrasına, pozulmasına, xitam verilməsinə və ya etibarsızlığına dair bütün mübahisələri, fikir ayrılıqlarını və ya tələbləri Rusiya Federasiyasının Ticarət-sənaye palatası yanında X1 məhkəməsində onun Reqlamentinə müvafiq olaraq tənzimləyəcəklər. İşin yuxarıda sadalanan hallarından görünür ki, “X4 Company” MMC ilə İddiaçı QSC arasında olan razılaşmada səalhiyyətli məhkəmə kimi Rusiya Federasiyasının Ticarətsənaye palatası yanında X1 məhkəməsi göstərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə; - - 259.0.5-ci maddəsinə əsasən qanuna müvafiq olaraq tərəflər arasında həmin mübahisənin arbitraj məhkəməsində baxılması üçün arbitraj sazişi bağlanmışsa və işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair tərəflərdən hər hansı biri tərəfindən etiraz daxil olarsa, yaxud belə etiraz məhkəmə baxışı zamanı daxil olarsa, o şərtlə ki, tərəflər işə baxılmasına qədər etirazın edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın məhkəmə aşağıdakı ərizəni baxılmamış saxlayır. “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli 15/2023 nömrəli Qərarına əsasən MPM-in 29,32.2, 259.0 və 259.0.5-ci maddələrinin birgə təfsirindən müəyyən olunur ki, tərəflər mübahisənin arbitraja (münsiflər məhkəməsinə) verilməsinə dair öz aralarında əvvəlcədən razılığa gələrək bunu ayrıca müqavilə və ya müqavilə şərti ilə rəsmiləşdirmişlərsə, belə şərtin olması birmənalı olaraq mübahisəyə həmin qaydada baxılacağı anlamına gəlmir. Prosessual qanunvericilik tərəflər arasında mübahisəyə arbitrajda (münsiflər məhkəməsində) baxılması barədə razılığın əldə olunduğu hallarda da işə məhkəmədə baxılmasını istisna etməmiş, bunu işə mahiyyəti üzrə baxılanadək tərəflərin razılığından asılı etmişdir. Bu baxımdan, konkret mübahisənin arbitrajda (münsiflər məhkəməsində) baxılması ilə bağlı müvafiq müqavilə şərtinin olmasına baxmayaraq, verilmiş iddia ərizəsinin icraata qəbul edilməsinin mümkünlüyü MPM-in 152 və 153-cü maddələrinin tələbləri qaydasında yoxlanılmalıdır. Qeyd olunan prosessual əsaslar olmadığı təqdirdə işə mahiyyəti üzrə baxılmasından əvvəl mübahisənin məhkəmədə həll edilməsinə dair cavabdeh tərəfindən etiraz daxil olarsa, iddia ərizəsinə MPM-in 259.0.5-ci maddəsinin tələbləri qaydasında qiymət verilməli və ərizə baxılmamış saxlanmalıdır. 3.6. Tərəflər arasında arbitraj şərtinin mövcud olmasına baxmayaraq, məhkəməyə iddia ərizəsi daxil olduqda, Azərbaycan Respublikasının 1999-cu il 9 noyabr tarixində qoşulduğu "Xarici arbitraj qərarlarının tanınması və icrası haqqında" 1958-ci il 10 iyun tarixli Nyu-York Konvensiyasının 2-ci maddəsinin 3-cü bəndinə və MPM-in 167.1, 167.1.5ci maddələrinə uyğun olaraq tərəflərin arbitraja müraciət etmək hüququ və bu hərəkətin nəticəsi onlara izah edilməlidir.. Məhkəmə hesab edir ki, “Xarici elementli kommersiya mübahisələrində qanunvericiliyin tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli 15/2023 nömrəli Qərarında müəyyən olunan hüquqi mövqe nəzərə alınmaqla, hazırlıq mərhələsində cavabdeh tərəfindən etiraz edilməsi, həmçinin tərəflər arasında müqavilədə arbitraj şərtinin olması nəzərə alınaraq iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh MMC-yə və “X4 Company” MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. ********** saylı qəbz üzrə ödənilmiş 4680,45 manat dövlət rüsumu iddiaçıya (Legal Address: 126/9, M.Alizadeh sir., AZE 1110, Baku, X3 address: A2İ052, Baku. Akhmad Rajabli 2/8 Tel.+**********18,TİN **********,Bank details:Kapital Bank ASC - bank branched Khatai Code 200071 Tax id ********** SWİFT AİİBAZ2X C/A AZ06AHB********************) geri qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. X6
Məhkəmə qərarları › İş №e-2-2(113)-2177/2025
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2177/2025
23.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver