Məhkəmə qərarları › İş №e-2-2(113)-219/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-219/2024

06.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-219/2024 06.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, İlk iddia üzrə iddiaçının/qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X4, İlk iddia üzrə cavabdehin/qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi/vəkili Vəkil2 və nümayəndəsi X2 iştirakı ilə, Müstəqil tələb irəli sürməyən 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan, İlk iddia üzrə iddiaçı "xxxx" MMC-nin Cavabdeh ASC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ASC-nin cavabdeh "xxxx" MMC-yə ("xxxx" Açıq Səhmdar Cəmiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs) qarşı “artıq ödənilmiş məbləğin geri qaytarılması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2018-ci il və xx.xx.2020-ci il tarixli Subpodrat müqavilələri və təhvil-təslim aktları üzrə ödənilməmiş 821.632,40 manat pul vəsaitinin və 2019-cu ilin fevral, 2020-ci ilin iyul, oktyabr və noyabr aylarına məxsus təhvil-təslim aktları üzrə yanlış hesablama nəticəsində ödənilməmiş 167324 manat pul vəsaitinin, ödənilmiş dövlət rüsumunun və 400 manat mediasiya xərcinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşıqlı iddia üzrə iddiaçı Cavabdeh ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “artıq ödənilmiş məbləğin geri qaytarılması” tələbinə dair qarşılı iddia ərizəsi ilə müraciət edərək, 51566.6 manat ƏDV daxil olmaqla artıq ödənilmiş məbləğin həmçinin, dövlət rüsumunun qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC-dən tutularaq Cavabdeh ASC-nin hesabına ödənilməsi barədə xahiş etmişdir. Məhkəmə baxışı iclası 06 sentyabr 2024-cü il tarixə təyin edilmişdir. xx.xx.2024-cü il tarixində ilkin və qarşılıqlı iddia üzrə iddiaçıların nümayəndələri barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdilər. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının/qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini xahiş etdi və barışıq sazişinin təsdiq edilməsinin nəticələrinin onlara aydın olduğunu bildirdilər. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdehin/qarşılıqlı iddia üzrə iddiaçının nümayəndələri tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini xahiş etdilər və barışıq sazişinin təsdiq edilməsinin nəticələrinin onlara aydın olduğunu bildirdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən, kommersiya mübahisəsinə dair işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263- 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İlk iddia üzrə iddiaçı "xxxx" MMC-nin Cavabdeh ASC-yə qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ASC-nin cavabdeh "xxxx" MMC-yə ("xxxx" Açıq Səhmdar Cəmiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs) qarşı “artıq ödənilmiş məbləğin geri qaytarılması” tələbinə dair iddia ərizələri üzrə tərəflər arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin və iş üzrə icraata xitam verilsin: 1) "xxxx" MMC təsdiq edir ki, 20 iyun 2018-ci il tarixli və 07 yanvar 2020-ci il tarixli Subpodrat müqavilələri üzrə bütün öhdəliklər "xxxx" ASC-nin "xxxx" Firması tərəfindən yerinə yetirilmişdir; həmin müqavilələr üzrə "xxxx" ASC-yə (həmçinin onun "xxxx" Firmasına) qarşı heç bir iddiası, tələbi yoxdur və gələcəkdə də olmayacaq və "xxxx" ASCyə qarşı iddiasından imtina edir. 2) "xxxx" ASC təsdiq edir ki, 20 iyun 2018-ci il tarixli və 07 yanvar 2020-ci il tarixli Subpodrat müqavilələri üzrə bütün öhdəliklər "xxxx" MMC tərəfindən tam yerinə yetirilmişdir, həmin müqavilələr üzrə "xxxx" MMC-yə qarşı heç bir iddiası, tələbi yoxdur və gələcəkdə də olmayacaq və "xxxx" MMC-yə qarşı iddiasından imtina edir. 3) Tərəflər razılığa gəlir ki, hər bir tərəfin iddia vermək üçün ödədiyi dövlət rüsumu özünə aiddir, ekspertizanın keçirilməsi üçün xərclər bütövlükdə "xxxx" MMC tərəfindən ödənilir. 4) Tərəflərə Mülki Prosessual Məcəllənin 153.2.2, 191 və 261.0.2-ci maddələrinin tələbləri məlumdur. 5) Hazırkı barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir. Məhkəmə tikinti-texniki-əmtəəşunaslıq ekspertizaların keçirilməsinə xərclənmiş 100 manat məbləğində pul vəsaiti "xxxx" MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X3, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) hesabına keçirilsin. Ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar