Məhkəmə qərarları › İş №e-2-2(113)-2242/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2242/2021

03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2242/2021 03.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Qasımov Fərrux Hüseynağa oğlu, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, “X1 X2 Sanayi ve Ticaret Limited Şirkəti”nin Cavabdehnə qarşı pul tələbi barədə iddia ərizəsinə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: “X1 X2 Sanayi ve Ticaret Limited Şirkəti” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehndən 87000 ABŞ dolları məbləğində borcun, həmin məbləğdən Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş uçot dərəcəsi ilə hesablanacaq faizin, hüquqi yardım haqqını təşkil edən 4010 manat xərcin, eləcədə 30 manat dövlət rüsumunun əvəzi iddiaçı X1 X2 Sanayi ve Ticaret Limited Şirkətinin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, iddiaçının nümayəndəsi Vəkil məhkəməyə ərizə ilə müraciət edərək Cavabdeh bank hesablarında olan pul vəsaitləri üzərinə iddia tələbi həcmində həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2-2(113)-2242/2021 saylı qərardadına əsasən iddianı təmin etmə tədbiri barədə ərizə qismən təmin olunaraq, Cavabdeh” Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus bank hesabı üzərinə işçilərin əmək haqları və məcburi dövlət ödənişlərinin (vergi, sosial və s.) ödənilməsinə məhdudiyyət qoyulmadan 87000 ABŞ dolları həcmində həbs qoyulması qərara alınmışdır. İddiaçını nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin geri qaytarılmasını və iddianı təmin etmə tədbirinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 170.1-ci maddəsinə əsasən həmin Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. - 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “X1 X2 Sanayi ve Ticaret Limited Şirkəti”nin Cavabdehnə qarşı pul tələbi barədə iddiaçı ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Bakı Kommersiya Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2-2(113)-2242/2021 saylı qərardadına əsasən Cavabdehnə məxsus bank hesabı üzərinə işçilərin əmək haqları və məcburi dövlət ödənişlərinin (vergi, sosial və s.) ödənilməsinə məhdudiyyət qoyulmadan 87000 ABŞ dolları həcmində həbs qoyulması barədə iddianı təmin etmə tədbiri ləğv edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar