Məhkəmə qərarları › İş №e-2-2(113)-2253/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2253/2025

15.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2253/2025 15.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: podrat müqaviləsi,pul) X3 Rövşən qızının sədrliyi, Nuriyeva Nigar Fikrət qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx"CONSTRUCTİON MMC ilə aramızda bağlanmış xx.xx.2022-ci il tarixli, 01 saylı podrat müqaviləsiüzrə ödənilməyən 194.235,52 manat məbləğində pulun, nümayəndəyə və vəkilə göstərilən hüquqi yardıma görə ödədiyimiz 2.000 manat pulun. habelə ödədiyimiz 485 manat dövlət rüsumunun cavabdeh "xxxx"CONSTRUCTİON MMC-dən alınaraq PYRAMİD STUDİO” MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Pyramid Studio MMC ilə cavabdeh Nimex”CONSTRUCTİON MMC ilə arasında xx.xx.2022-ci il tarixli 01 saylı podrat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehin sifarişi əsasında bizim tərəfimizdən CRESCENT DEVELOPMENT PROJECT” tikinti layihəsində iştirak etmişik, orada təmir tikinti işləri görmüşük. (tələb olunan bütün material və işçiliyin təmin olunması) Bizim tərəfimizdən həmin binada ümumilikdə mal-material, işçiliklə birlikdə 710.169 ABŞ dollar məbləğində (710.169 ABŞ dollar x 1.70 manat = 1.207.287,52 manat məbləğində iş görülmüşdür. Həmin məbləğdən cavabdeh tərəfindən bizim hesabımıza bu günə qədər cəmi 1.013.052 manat pul ödənilmişdir. Hal-hazıra cavabdehin bizə 194.235.52 manat məbləğində borcu qalmışdır. Cavabdehlə aramızda görülmüş işlərin təhvil-təslim aktları vardır. Həmin aktları cavabdeh imzası və möhürü ilə təsdiq etmişdir. Cavabdeh bu günə qədər qalan borcunu bizə ödəməmişdir. Görülmüş işlərin dəyərinin qalan borcunun ödənilməsi barədə cavabdehə pretenziya göndərilmişdir. Lakin cavabdeh bizə cavab verməmişdir. Cavabdeh borcunu bizə ödəmək istəmir. Belə olan halda biz məhkəməyə müraciət etmək məcburiyyətində qalmışıq.

3. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, xx.xx.2022-ci il tarixli, 01 saylı podrat müqaviləsi üzrə ödənilməyən 194.235,52 manat məbləğində pulun, 34962.39 manat ƏDV,cəmi 229197.91 manat pulun və nümayəndəyə və vəkilə göstərilən hüquqi yardıma görə ödədiyimiz 2.000 manat pulun. habelə ödədiyimiz 520 manat dövlət rüsumunun cavabdeh "xxxx"CONSTRUCTİON MMC-dən alınaraq PYRAMİD STUDİO” MMC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdeh iddiaya etiraz verərək iddia ərizəsinin təmin edilməməsi arədə qətnamə qəbul edilməsini xahiş etdi.

5. Etiraz onunla əsaslandırılmışdır ki, ddia tələbindən də göründüyü kimi tərəflər arasında imzalanmış təhvil-təslim aktlarına (İPC) əsasən, iddiaçı tərəfindən hazırki müqavilə üzrə ümumilikdə ƏDV daxil 1,207,287.52 manat məbləğində xidmət göstərilmişdir. Cavabdeh tərəfindən isə hazırki müqavilə üzrə İddiaçıya ümumilikdə ƏDV daxil 1,198,776.36 manat məbləğində ödəniş həyata keçirilmişdir. Göründüyü kimi, göstərilmiş xidmətlər ilə ödənilmiş məbləğlər arasında fərq ƏDV daxil 8,511.16 manat təşkil edir.

II. Tərəflərin mövqeləri:

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini qismən müdafiə edib, cavabdehdən 191.375.35 manat əsas, 34.447.653 manat ƏDV borcu, nümayəndəyə və vəkilə göstərilən hüquqi yardıma görə ödədiyimiz 2.000 manat pulun. habelə ödədiyimiz 520 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.

7. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, ərizə ünvanlayaraq cavabdehin nümayəndəsi işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.

8. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

9. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

10. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

IV. Sübutların tədqiqi:

11. İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli podrat xidmətləri haqqında müqavilə imzalanmışdır. Həmin Müqavilənin: - 1.1-ci bəndinə əsasən Podratçı, Sifarişçinin Bakı şəhəri, Nərimanov rayonu Əhməd Rəcəbli 150 , ünvanda yerləşən “CRESCENT DEVELOPMENT PROJECT “ tikinti layihəsində (bundan sonra - Sahə )təmir - tikinti işlərinin tələb olunan bütün material və işçiliyin təmin olunmasını (bundan sonra - İşlər) bu Müqavilə ilə razılaşdırılmış qiymətə və müddətdə yerinə yetirməyi, Sifarişçiyə tam işlək vəziyyədə təhvil verməyi, Sifarişçi isə həmin İşlərin nəticələrini təhvil alıb dəyərini Müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə Podratçıya ödəməyi öhdəsinə götürür. - 3.2-ci bəndinə əsasən Podratçı İşləri (İş qrafiki) ilə razılaşdırılmış müddət ərzində, yəni 31.avqust 2023-ci il tarixinədək yerinə yetirəcək və İşlərin irəliləməsi və nəzarətinə görə özü məsuliyyət daşıyır. - 4.1-ci maddəsinə əsasən işlərin qənaətbəxş və tam icrası müqabilində Sifarişçi Podratçıya bu Müqaviləyə əlavə olunacaq Əlavələrdə qeyd olunan məbləğləri , (bundan sonra “Müqavilə məbləği”). Sifarişçi İşlərin icrası üçün Podratçıya bu Müqavilədən kənar hər hansı əlavə məbləğ ödəməyəcək və bu Müqavilə ilə müəyyən olunmuş hallar istisna olmaqla hər hansı digər ödəniş etməyəcək. - 4.2-ci bəndinə əsasən Bu Müqavilə üzrə hesablaşma nağdsız qaydada Azərbaycan manatı ilə həyata keçiriləcək. Xarici valyutada göstərilmiş məbləğlər müvafiq hesabfaktura üzrə ödəniş edilən tarixdə Azərbaycan Respublikasının Mərkəzi Bankının həmin tarix üçün müəyyən etdiyi rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə hesablanacaq və ödəniləcək. - 4.4-cü bəndinə əsasən Bu müqavilənin dəyəri 996 526.6 USD məbləğİndədir . Müqavilə imzalandığı tarixdə qüvvədə olan məzənnə (1 ABŞ dolları^ 1,70 AZN) gələcəkdə baş verə biləcək devalvasiya və digər fors-major hallar baş verdiyi zaman dəyişdiyi halda bu Müqavilənin şərtlərinə tətbiq edilməyəcəkdir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq olunmuşdur.

12. İddiaçı tərəfindən caabdehə EBCK 201651 nömrəli xx.xx.2022-ci il tarixli 354000 manat, EBDA 734122 nömrəli xx.xx.2023-cü il tarixli 165200 manat, EBDA 773980 nömrəli xx.xx.2023-cü il tarixli 3374.99 manat, EBDB 985157 nömrəli xx.xx.2023-cü il tarixli 17700 manat, EBDB 546463 nömrəli xx.xx.2023-cü il tarixli 59 000 manat, EBDD 116844 nömrəli xx.xx.2023-cü il tarixli 35461.36 manat, EBDE 500380 nömrəli xx.xx.2023-cü il tarixli 47200 manat, EBDD 725061 nömrəli xx.xx.2023-cü il tarixli 11800 manat, EBDD 708593 nömrəli xx.xx.2023-cü il tarixli 129800 manat, EBDK 882397 nömrəli xx.xx.2023-cü il tarixli 37760 manat, EBDL 012336 nömrəli xx.xx.2023-cü il tarixli 64900 manat, EBDL 324297 nömrəli xx.xx.2023-cü il tarixli 49943.50 manat, EBDN 325482 nömrəli xx.xx.2023-cü il tarixli 75136.51 manat, EBCM 299991 nömrəli xx.xx.2022-ci il tarixli 141600 manat məbləğində elektron qaimələr göndərilmişdir.

13. Tərəflərin möhürləri və imzaları ilə təsiq edilmiş Sifarişçi və podartçı arasında görülən işlərin təhvil təslim aktlarına əsasən, müxtəlif vaxtlarda ümumi dəyəri 710.169 ABŞ dolları olan işlər təhvil verilmişdir.

14. “ X4” ASC tərəfindən verilmiş ödəniş tapşrığı ilə təsdiq edilir ki, cavabdehin tərəfindən iddiaçıya 5000 manat ödənilmişdir.

15. “ X4” ASC tərəfindən verilmiş ödəniş tapşrığı ilə təsdiq edilir ki, cavabdehin tərəfindən iddiaçıya 40 000 manat ödənilmişdir.

16. “ X4” ASC tərəfindən verilmiş ödəniş tapşrığı ilə təsdiq edilir ki, cavabdehin tərəfindən iddiaçıya 22 000 manat ödənilmişdir.

17. “ X4” ASC tərəfindən verilmiş ödəniş tapşrığı ilə təsdiq edilir ki, cavabdehin tərəfindən iddiaçıya 1675 manat ödənilmişdir.

18. “ X4” ASC tərəfindən verilmiş ödəniş tapşrığı ilə təsdiq edilir ki, cavabdehin tərəfindən iddiaçıya 2325 manat ödənilmişdir.

19. “ X4” ASC tərəfindən verilmiş ödəniş tapşrığı ilə təsdiq edilir ki, cavabdehin tərəfindən iddiaçıya 40000 manat ödənilmişdir.

20. “ X4” ASC tərəfindən verilmiş ödəniş tapşrığı ilə təsdiq edilir ki, cavabdehin tərəfindən iddiaçıya 32 000 manat ödənilmişdir.

21. “ X4” ASC tərəfindən verilmiş ödəniş tapşrığı ilə təsdiq edilir ki, cavabdehin tərəfindən iddiaçıya 35000 manat ödənilmişdir.

22. “ X4” ASC tərəfindən verilmiş ödəniş tapşrığı ilə təsdiq edilir ki, cavabdehin tərəfindən iddiaçıya 20000 manat ödənilmişdir.

23. “ X4” ASC tərəfindən verilmiş ödəniş tapşrığı ilə təsdiq edilir ki, cavabdehin tərəfindən iddiaçıya 55000 manat ödənilmişdir.

24. “ X4” ASC tərəfindən verilmiş ödəniş tapşrığı ilə təsdiq edilir ki, cavabdehin tərəfindən iddiaçıya 5000 manat ödənilmişdir.

25. “ X4” ASC tərəfindən verilmiş ödəniş tapşrığı ilə təsdiq edilir ki, cavabdehin tərəfindən iddiaçıya 14000 manat ödənilmişdir.

26. “ X4” ASC tərəfindən verilmiş ödəniş tapşrığı ilə təsdiq edilir ki, cavabdehin tərəfindən iddiaçıya 6000 manat ödənilmişdir.

27. “ X4” ASC tərəfindən verilmiş ödəniş tapşrığı ilə təsdiq edilir ki, cavabdehin tərəfindən iddiaçıya 30000 manat ödənilmişdir.

28. “ X4” ASC tərəfindən verilmiş ödəniş tapşrığı ilə təsdiq edilir ki, cavabdehin tərəfindən iddiaçıya 40000 manat ödənilmişdir.

29. “ X4” ASC tərəfindən verilmiş ödəniş tapşrığı ilə təsdiq edilir ki, cavabdehin tərəfindən iddiaçıya 10000 manat ödənilmişdir.

30. “ X4” ASC tərəfindən verilmiş ödəniş tapşrığı ilə təsdiq edilir ki, cavabdehin tərəfindən iddiaçıya 30052 manat ödənilmişdir.

31. “ X4” ASC tərəfindən verilmiş ödəniş tapşrığı ilə təsdiq edilir ki, cavabdehin tərəfindən iddiaçıya 15000 manat ödənilmişdir.

32. “ X4” ASC tərəfindən verilmiş ödəniş tapşrığı ilə təsdiq edilir ki, cavabdehin tərəfindən iddiaçıya 10000 manat ödənilmişdir.

33. “ X4” ASC tərəfindən verilmiş ödəniş tapşrığı ilə təsdiq edilir ki, cavabdehin tərəfindən iddiaçıya 40000 manat ödənilmişdir.

34. “ X4” ASC tərəfindən verilmiş ödəniş tapşrığı ilə təsdiq edilir ki, cavabdehin tərəfindən iddiaçıya 5500 manat ödənilmişdir.

35. “ X4” ASC tərəfindən verilmiş ödəniş tapşrığı ilə təsdiq edilir ki, cavabdehin tərəfindən iddiaçıya 40000 manat ödənilmişdir.

36. “ X4” ASC tərəfindən verilmiş ödəniş tapşrığı ilə təsdiq edilir ki, cavabdehin tərəfindən iddiaçıya 2860.17 manat ödənilmişdir.

37. “ X4” ASC tərəfindən verilmiş ödəniş tapşrığı ilə təsdiq edilir ki, cavabdehin tərəfindən iddiaçıya 5000 manat ödənilmişdir.

38. “ X4” ASC tərəfindən verilmiş ödəniş tapşrığı ilə təsdiq edilir ki, cavabdehin tərəfindən iddiaçıya 50000 manat ödənilmişdir.

39. “ X4” ASC tərəfindən verilmiş ödəniş tapşrığı ilə təsdiq edilir ki, cavabdehin tərəfindən iddiaçıya 39500 manat ödənilmişdir.

40. “ X4” ASC tərəfindən verilmiş ödəniş tapşrığı ilə təsdiq edilir ki, cavabdehin tərəfindən iddiaçıya 40000 manat ödənilmişdir.

41. “ X4” ASC tərəfindən verilmiş ödəniş tapşrığı ilə təsdiq edilir ki, cavabdehin tərəfindən iddiaçıya 80000 manat ödənilmişdir.

42. “ X4” ASC tərəfindən verilmiş ödəniş tapşrığı ilə təsdiq edilir ki, cavabdehin tərəfindən iddiaçıya 45885.72 manat ödənilmişdir.

43. “ X4” ASC tərəfindən verilmiş ödəniş tapşrığı ilə təsdiq edilir ki, cavabdehin tərəfindən iddiaçıya 254114.28 manat ödənilmişdir. V. Tətbiq edilən hüquq:

44. AR Mülki Məcəlləsinin: - 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 753.3. Əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır.

45. AR MPM-in: - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2018-ci il tarixli Plenum Qərarında qeyd edilir ki, “...mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.”

47. Avropa İnsan Hüquqları Məhkəməsinin ədalətli məhkəmə araşdırması hüququna dair (maddə 6): “Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36). Bu öhdəlik üzrə qərarın əsaslandırılması dərəcəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər və yalnız işin konkret halları işığında şərh edilməlidir. (X1rşı, § 29; Hiro Balani İspaniyaya qarşı, § 27)”

Vİ.Məhkəmənin mövqeyi:

48. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir.

49. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli, 01 saylı podrat müqaviləsinə əsasən öhdəlik hüquq münasibətləri yaranmışdır. Tərəflərin məhkəmə iclaslarında verdiyi izahatlar, həmçinin cavabdehin etiraz ərizəsinin məzmunundan göründüyü kimi, tərəflər arasında müqavilə münasibətlərinin olması, iddiaçı tərəfindən müqavilənin şərtlərinə uyğun olaraq təmir tikinti işlərinin yerinə yetirməsi, təhil təslim aktları F2 sənədlərinə əsasən təhvil verilmiş işlərinin dəyərinin 1,207,287.52 manat məbləğində olması, cavabdeh tərəfindən iddiaçıya müqaviləyə əsasən cəmi 1.198.776.36 manat ödənilməsi işin mübahisəsiz halıdır. Tərəflər arasında işin mübahisələnidirilən halı, iddiaçı təhvil təslim aktlarında (F2 sənədi) təhvil verilən işlərin (1,207,287.52 manat) ədv xaric dəyəri olmasına əsaslanaraq, Nimex” CONSTRUCTİON MMC-nin iddiaçıya 191.375.35 manat əsas, 34.447.653 manat ƏDV borcunun qalmasını iddia edir, cavabdeh hazırki müqavilə üzrə ümumilikdə ƏDV daxil 1,207,287.52 manat məbləğində xidmət göstərildiyini, Cavabdeh tərəfindən isə hazırki müqavilə üzrə İddiaçıya ümumilikdə ƏDV daxil 1,198,776.36 manat məbləğində ödəniş həyata keçirildiyini, cavabdehin iddiaçıya cəm ƏDV daxil 8,511.16 manat borcu qalmasını bildirərək iddianı qismən qəbul edir.

50. Məhkəmə qeyd edir ki, göründüyü imi, müqavilə üzrə iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş F2 sənədlərində ( ümumi dəyəri 710.169 ABŞ dolları olan)qeyd edilən işlərin cavabdehə təhvil verilməsi və cavabdeh tərəfindən cəmi 1.198.776.36 manat məbləğində pulun ödəbilməsi işin mübahisəsiz halıdır. Tərəflər arasında əsas mübahisələndirilən hal F2 sənədlərində qeyd edilən iddiaçı tərəfindən cavabehə təhvil verilən xidmətlərin dəyərinin (ümumi dəyəri 710.169 ABŞ dolları (1,207,287.52 manat))ədv daxil dəyər və ya ədv xaric dəyər olmasıdır.

51. Məhkəmə qeyd edir ki, işlərin təhvil verilməsinə dair məhkəməyə təqdim edilən sənədlərdə, heç bir qrafada həmin rəqəmlərin ədv daxil rəqəm olmasına dair qeyd yoxdur və bu barədə heç bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Həmçinin iş materiallarına əlavə edilən ödəniş tapşırıqları və ƏDV subuçot hesabından köçürmələrdən görünür ki, F2 sənədlərində qeyd edilən rəqəmlər ədv xaric-görülən xidmətlərin dəyəridir. Belə ki, F-2 və Elektron qaimələrin birində görülən işlərin dəyəri məs. 300.000 manatdırsa (176.470.59 ABŞ) cavabdeh 54.000 manat ayrıca ƏDV ödəmişdir, (bax e-qaimə xx.xx.2022) .İş materiallarında görünür ki, F-2lərdə yalnız görülən işlərin dəyəri yazılmışdır. ƏDV isə qaimələr təqdim olunanda hesablanmış, cavabdeh tərəfindən ödəmələr də həmin qaydada həyata keçirilmişdir.

52. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, müqavilənin şərtlərinə uyğun olaraq cavabdehə işlər (təmir tikinti) yerinə yetirmişdir. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən görülmüş işlərin dəyərini tam ödəməmiş, bununla sözügedən müqaviləyə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2022-ci il tarixli, 01 saylı podrat müqaviləsinə əsasən,cavabdeh tərəfindən iddiaçıya təhvil verilən işlər əsasında ödənilməyən məbləğ, cavabdeh "xxxx" MMC-dən 191375,35 (yüz doxsan bir min üç yüz yetmiş beş manat otuz beş qəpik) manat məbləğində əsas borc, 34447,65 (otuz dörd min dörd yüz qırx yeddi manat altmış beş qəpik) ƏDV borcu İddiaçı MMC-nin xeyrinə ödənilməlidir.

53. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 2000 manat vəkil xərci ödənilmişdir. Məhkəmə cavabdehdən 500 manat vəkil xərcinin tutulmasını ağlabatan hesab edir.

54. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 485 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.

55. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli, 01 saylı podrat müqaviləsinə əsasən, cavabdeh "xxxx" MMCdən 191375,35 (yüz doxsan bir min üç yüz yetmiş beş manat otuz beş qəpik) manat məbləğində əsas borc, 34447,65 (otuz dörd min dörd yüz qırx yeddi manat altmış beş qəpik) ƏDV borcu, 500 (beş yüz) manat vəkil xərci və 485 (dörd yüz səksən beş) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar