Məhkəmə qərarları › İş №e-2-2(113)-2256/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2256/2024

08.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2256/2024 08.10.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, podrat müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə4, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 14 aprel 2022-ci il tarixli AMG/M/22-011 nömrəli, 20 avqust 2019-cu il tarixli 19/20 nömrəli xidmət müqavilələri və dörd sayda anbar icarəsi müqavilələri üzrə yaranmış 1 650 132,52 manat məbləğində pulun və ödənilmiş 1616 dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 14 aprel 2022-ci il tarixli AMG/M/22-011 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən “İcraçı” “Sıfarışçının” tələblərinə əsasən Daşkəsən rayonunun inzibatı ərazisində yerləşən Cənub-Şərq Dəmir filizi mədənində qazma-partlayış işlərini ("Xidmətlər") yerinə yetirir. Sifarışçı isə həmin Xidmətlərin müqabilində “İcraçıya” bu Müqavilədə və "X2"nda ("Əlavə") razılaşdırılmış qayda və şərtlərlə ödənişi (bundan sonra "Xidmət haqqı") həyata keçirir. Müqavilənin 6-ci bəndinə əsasən İcraçı tərəfindən yerinə yetirilən işlərın dəyəri qazma-partlayış işlərinin hər ton vahidi üçün hesablanır və müqavilənın ayrılmaz tərkib hissəsı olan "X1 ("Əlavə 1") qeyd edilir, Sifarişçi tərəfindən Əlavədə göstərilən müddətdə və qaydada ödənilir Hesablaşma Azərbaycan manatı (AZN) ilə aparılacaqdır İcraçı tərəfindən yerinə yetirilən işlərın dəyəri üzrə Xidmət haqqı barədə ödənış İcraçı tərəfindən hər ayın əvvəli Sifarışçıyə Təhvıl-Təslım Aktı, elektron qaimə və hesabfaktura təqdim edildikdən sonra 15 (on beş) iş günü müddətində bu Müqavilənın ayrılmaz tərkib hissəsi olan Əlavədə razılaşdırılan məbləğdə İcraçının Bank hesabına köçürmə usulu ilə ödənilir. Müqavilədə “İcraçı” və “Sifarişçi” hazırkı iddia ərizəsi üzrə müvafiq olaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qismində çıxış edirlər. Qeyd edilən müqavilə üzrə “İcraçı” öz öhdəliklərini tam icra etmişdir. Belə ki, 2022-ci ilin iyun-sentyabr aylarında Daşkəsən rayonun inzibati ərazisində yerləşən Cənaub-Şərq Dəmir filizi mədənində yerinə yetirilmiş qazma-partlayış işləri haqqında” akt və “xx.xx.2022-ci il tarixli EBCJ 805781 elektron qaimə tərtib edilmişdir. Lakin Cavabdeh qeyd edilən müqavilə üzrə öhdəliyini tam icra etməmiş, görülən işlərin dəyərini tam ödəməmişdir. Belə ki, ümumi görülən işlərin dəyəri (göndərilən qaimə məbləği) 710 821,021 manat, əlavə dəyər vergisi (ƏDV) 127 947,78 manat olmaqla cəmi 838 768,80 manat təşkil edir. Cavabdeh tərəfindən qeyd edilən müqavilə üzrə heç bir ödəniş edilməmidir. Bundan başqa, iddiaçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 20 avqust 2019-cu il tarixli 19/20 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Müqavilənin 1- ci bəndinə (müqavilənin mövzusu) əsasən “Sifarişçi” Daşkəsən rayonunun inzibati ərazisində yerləşən Ağyoxuş və Mərəh qızıl filizi mədənlərində qazma-partlayış işlərinin aparılmasını sifariş edir və görüləcək işlərin dəyərinin ödənilməsinə zəmanət verir. "İcraçı" qazmapartlayış işlərini smeta sənədlərinə uyğun yerinə yetirməyi, müqavilədə nəzərdə tutulan təminatı, görülmüş işlərin "Sifarişçi" təşkilatın nümayəndəsinin iştirakı ilə təhvil verilməsi öhdəliklərini öz üzərinə götürür. Görüləcək işlərin həcmi "Sifarişçinin tələblərinə uyğun aparılacaqdır. Müqavilədə “İcraçı” və “Sifarişçi” hazırkı iddia ərizəsi üzrə müvafiq olaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qismində çıxış edirlər. Müqavilənin 2-ci bəndinə əsasən görülən işlərin dəyəri qazma-partlayış işlərinin hər ton üçün hesablanır və bu müqavilənin ayrılmaz hissəsi olan X3 qeyd olunur. 2.2.Görülmüş işlərin dəyərinin ödənilməsi, yerinə yetirilmiş işin həcminə uyğun olaraq iki tərəfli imzalanmış 2 saylı Forma Aktına əsasən aparılır. Görülmüş işlərin dəyərinin ödənilməsi "İcraçı" işi təhvil verdikdən sonra 15 iş günü müddətinə "Sifarişçi" tərəfindən ödənilir. Qeyd edilən müqavilə üzrə “İcraçı” öz öhdəliklərini icra etmişdir. Belə ki, 2022-ci ilin avqust-noyabr aylarında yerinə yetirilmiş qazma-partlayış işləri haqqında 4 sayda akt və elektron qaimələr tərtib edilmişdir. Lakin Cavabdeh qeyd edilən müqavilə üzrə öhdəliyini tam icra etməmiş, görülən işlərin dəyərini tam ödəməmişdir. Belə ki, ümumi görülən işlərin dəyəri (göndərilən qaimə məbləği) 1 068 603,71 manat (ƏDV daxil), cavabdeh tərəfindən ödənilən məbləğ 342 200 manat (ƏDV daxil), qalıq borc 726 403,71 manat (ƏDV daxil) təşkil edir. Bundan başqa, iddiaçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında anbarların icarəsi ilə bağlı aşağıdakı müqavilələr bağlanmışdır. 1. 26 iyul 2021-ci il tarixli 216 nömrəli müqavilə üzrə müqavilənin 1-ci bəndinə (müqavilənin mövzusu) əsasən "İcarədar" özunə məxsus olan Daşkəsən rayonu inzibati ərazisində yerləşən partlayış materiallarının daimi sərf anbarını "İcarəçiyə" təhvil verir və "İcarəçi" bu partladıcı anbarı qəbul edir. Müqavilədə “İcarədar” və “İcarəçi” hazırkı iddia ərizəsi üzrə müvafiq olaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qismində çıxış edirlər. Müqavilə üzrə Daşkəsəndə yerləşən anbar aylıq icarə haqqı 3000 manat olmaqla 14 ay müddətində İcarəçinin istifadəsində olmuşdur. Cavabdeh tərəfindən 49 560 manat (ƏDV daxil) icarə haqqı bu günədək iddiaçıya ödənilməmişdir. 2. 23 iyul 2021-ci il tarixli 216/1 nömrəli müqavilə üzrə - müqavilənin 1-ci bəndinə (müqavilənin mövzusu) əsasən "İcarədar" özunə məxsus olan Şuşa rayonu Daşaltı inzibati ərazisində yerləşən partlayış materiallarının qısa müddətli sərf anbarını "İcarəçiyə" təhvil verir və "İcarəçi" bu partladıcı anbarı qəbul edir. Müqavilədə “İcarədar” və “İcarəçi” hazırkı iddia ərizəsi üzrə müvafiq olaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qismində çıxış edirlər. Müqavilə üzrə Şuşada yerləşən anbar aylıq icarə haqqı 1000 manat olmaqla 10 ay müddətində İcarəçinin istifadəsində olmuşdur. Cavabdeh tərəfindən 11800 manat (ƏDV daxil) icarə haqqı bu günədək iddiaçıya ödənilməmişdir. 3. 26 noyabr 2021-ci il tarixli 218 nömrəli müqavilə üzrə - müqavilənin 1-ci bəndinə (müqavilənin mövzusu) əsasən "İcarədar" özunə məxsus olan Zəngilan rayonu Bartaz inzibati ərazisində yerləşən partlayış materiallarının qısa müddətli sərf anbarını "İcarəçiyə" təhvil verir və "İcarəçi" bu partladıcı anbarı qəbul edir. Müqavilədə “İcarədar” və “İcarəçi” hazırkı iddia ərizəsi üzrə müvafiq olaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qismində çıxış edirlər. Müqavilə üzrə Daşkəsəndə yerləşən anbar aylıq icarə haqqı 1000 manat olmaqla 10 ay müddətində İcarəçinin istifadəsində olmuşdur. Cavabdeh tərəfindən 11800 manat (ƏDV daxil) icarə haqqı bu günədək iddiaçıya ödənilməmişdir. 4. 03 noyabr 2021-ci il tarixli 2017 nömrəli müqavilə üzrə - müqavilənin 1ci bəndinə (müqavilənin mövzusu) əsasən "İcarədar" özunə məxsus olan Göygöl rayonu Tuğanalı inzibati ərazisində yerləşən partlayış materiallarının qısa müddətli sərf anbarını "İcarəçiyə" təhvil verir və "İcarəçi" bu partladıcı anbarı qəbul edir. Müqavilədə “İcarədar” və “İcarəçi” hazırkı iddia ərizəsi üzrə müvafiq olaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qismində çıxış edirlər. Müqavilə üzrə Daşkəsəndə yerləşən anbar aylıq icarə haqqı 1000 manat olmaqla 10 ay müddətində İcarəçinin istifadəsində olmuşdur. Cavabdeh tərəfindən 11800 manat (ƏDV daxil) icarə haqqı bu günədək iddiaçıya ödənilməmişdir. Sadalanan anbarların icarəsi haqqında müqavilələr üzrə “İcarədar” (İddiaçı) öz öhdəliklərini icra etmişdir. Belə ki, xidmətlərin yerinə yetirilməsi haqqında akt və elektron qaimələr tərtib edilmişdir. Lakin Cavabdeh qeyd edilən müqavilələr üzrə öhdəliyini icra etməmiş, bu günədək heç bir ödəniş etməmişdir. Belə ki, müqavilələr üzrə icarə haqqı 84 960,00 manat (ƏDV daxil) təşkil edir. Beləliklə, iddiaçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 14 aprel 2022-ci il tarixli AMG/M/22-011 nömrəli, 20 avqust 2019-cu il tarixli 19/20 nömrəli xidmət müqavilələri və dörd sayda anbar icarəsi müqavilələri üzrə cavabdeh “X8" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 1 650 132,52 (bir milyon altı yüz əlli min yüz otuz iki manat əlli iki qəpik) manat icra edilməmiş öhdəliyi (borcu) yaranmışdır. Hesab edirik ki, qeyd edilən borc məbləği məhkəmə qaydasında cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir.

3. İddiaçı xx.xx.2024-cü il tarixində iddia tələbinin həcminin artırılması barədə ərizə verib iddiaçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 14 aprel 2022-ci il tarixli AMG/M/22-011 nömrəli, 20 avqust 2019-cu il tarixli 19/20 nömrəli xidmət müqavilələri və dörd sayda anbar icarəsi müqavilələri üzrə yaranmış 1 650 132,52 manat məbləğində pulun, gecikən günlərə görə cərimə və mənfəət itkisinə görə 490 356,02 manat və ödənilmiş 1861 dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 14 aprel 2022-ci il tarixli AMG/M/22-011 nömrəli, 20 avqust 2019-cu il tarixli 19/20 nömrəli xidmət müqavilələri və dörd sayda anbar icarəsi müqavilələri üzrə yaranmış 1 650 132,52 (bir milyon altı yüz əlli min yüz otuz iki manat əlli iki qəpik) manat məbləğində pulun və ödənilmiş 1616 (bir min altı yüz on altı manat) dövlət rüsumunun Cavabdehndən tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış yuxarıda qeyd edilən müqavilələr üzrə cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi nəticəsində iddiaçıya əlavə maddi ziyanlar dəymişdir. Hesab edirik ki, dəymiş maddi ziyanların məbləği iddia tələbinə əlavə edilməlidir. Belə ki, iddiaçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 14 aprel 2022-ci il tarixli AMG/M/22-011 nömrəli xidmət müqaviləsi üzrə gecikən günlərə görə cərimə 71082,10 manat, mənfəət itkisi 133579,41 manat cəmi 204 661,51 manat təşkil edir. İddiaçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 20 avqust 2019-cu il tarixli 19/20 nömrəli xidmət müqaviləsi üzrə gecikən günlərə görə cərimə 61559,63 manat, mənfəət itkisi 192534,88 manat cəmi 254 094,51 manat təşkil edir. İddiaçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış dörd sayda anbar icarəsi müqavilələri üzrə gecikən günlərə görə cərimə 7200,00 manat, mənfəət itkisi 24400,00 manat cəmi 31 600,00 manat təşkil edir. İddiaçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış qeyd edilən müqavilələr üzrə gecikən günlərə görə cərimə və mənfəət itkisinin cəmi məbləği 490 356,02 manat təşkil edir. Bununla da ümumi iddia tələbimiz 2 140 488.54 manat təşkil edir. İddia həcminin artırılmasına görə iddiaçı tərəfindən 245 manat əlavə dövlət rüsumu (Mədaxil Qəbzi № **********) ödənilmişdir.

5. İddiaçı xx.xx.2024-cü il tarixində iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verib cavabdehdən xx.xx.2020-ci il tarixli xidmət müqaviləsi üzrə 726403,71 manat məbləğində pulun, gecikən günlərə görə 61559,63 manat cərimənin, 192534,88 manat mənfəət itikisinin; xx.xx.2022-ci il tarixli xidmət müqaviləsi üzrə 838768,81 manat məbləğində pulun, 71082,10 manat cərimənin, 133579,41 manat mənfəət itkisinin; xx.xx.2021-ci il tarixli anbar icarəsi müqaviləsi üzrə 11800 manat pulun, 950 manat cərimənin, 3390,80 manat mənfəət itkisinin; xx.xx.2021-ci il tarixli icarə müqaviləsi üzrə 49560 manat pulun, 4450 manat cərimənin, 14227,60 manat mənfəət itkisinin, xx.xx.2021-ci il tarixli icarə müqaviləsi üzrə 11800 manat pulun, 900 manat cərimə pulunun, 3390,80 manat mənfəət itkisinin; xx.xx.2021-ci il tarixli icarə müqaviləsi üzrə 11800 manat pulun, 900 manat cərimə pulunun, 3390,80 manat mənfəət itkisinin, ümumilikdə 1650132,52 manat pulun, 139841,73 manat cərimənin, 350514,29 manat mənfəət itkisinə görə pulun, 1861 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

II. Tərəflərin mövqeləri:

6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında bağlanmış podrat müqavilələri üzrə işlər tam həcmdə icra edilmiş, xx.xx.2022-ci il tarixli xidmət müqaviləsi üzrə ümumilikdə 838768,81 manat məbləğində görülmüş işlərin müqabilində hər hansı vəsait ödənilməmişdir. Tərəflər arasında bağlanmış dörd icarə müqaviləsi üzrə isə ümumiyyətlə ödəniş olmamışdır. Materiallarda olan xx.xx.2020-ci il tarixli xidmət müqaviləsi üzrə ümumilikdə 7993493,05 manat məbləğində işlər icra edilmiş, həmin işlərinin dəyərinin 90 faizi, yəni 7267089,34 manat ödənilmiş, qalıq 726403,71 manat ödənilməmişdir. Həmin borcla bağlı tərəflər arasında təhvil aktları imzalanmış, ümumilikdə 4 elektron qaimə göndərilmiş, qaimənin biri qismən ödənilmiş, qalan üç qaimə ödənilməmişdir. İddiaçının podrat müqavilələri üzrə işləri icra etməsi təqdim etdikləri partlayış işlərinin pasportu ilə təsdiq edilir.

7. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbinə etiraz edib iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında olan podrat müqavilələri üzrə qalıq borcla bağlı iddiaçı tərəfindən hər hansı iş icra edilməmiş, cavabdehə hər hansı qeyri-yaşayış sahəsi icarəyə verilməmişdir. Materiallarda olan aktlarda olan möhürlər cavabdehə məxsus deyildir, imzalar isə əvvəlki direktor tərəfindən icra edilmişdir, hazırda həmin şəxs iddiaçının işçisidir. İddiaçı tərəfindən cavabdehə 2022-ci ildə kütləvi şəkildə qaimə təqdim edilmiş, cavabdehin həmin qaimələri araşdırmaq imkanı olmamış, qaimələr üzrə qismən ödəniş edilmişdir. Lakin iddiaçı tərəfindən təqdim edilən partlayış işlərinin pasportları tərəflərindən tədqiq edildikdən sonra müəyyən edilmişdir ki, ümumiyyətlə iddiaçı tərəfindən görülməsi iddia edilən həcmdə iş icra edilməmiş, nəticədə əsassız olaraq tərəflərindən ödənilməli olan məbləğdən artıq vəsait ödənilmişdir. Bu səbəbdən iddia əsassızdır.

8. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə4 iddia tələbinə etiraz edib iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, 2022-ci ilin sentyabr ayında MMC-də rəhbər dəyişikliyi olmuş, tərəflər arasında olan münasibətlər dayandırılmış, yeni rəhbərliyin dövründə iddiaçı tərəfindən hər hansı iş icra edilməmişdir. Tərəflər arasında olan icarə müqavilələrindən MMC-nin yeni rəhbərliyinin məlumatı olmamış, ümumiyyətlə həmin sahələrə MMC-nin hər hansı ehtiyacı olmamışdır. 2022-ci ildə iddiaçı onlara yaxın tarixlərdə çoxsaylı elektron qaimələr təqdim etmiş, cavabdehin onlara etiraz etməyə imkanı olmamışdır. xx.xx.2022-ci il tarixli müqavilə üzrə iddiaçı hər hansı iş icra etməmişdir. xx.xx.2020-ci il tarixli müqavilə üzrə iddiaçı tərəfindən reallıqda nə qədər iş icra edildiyindən məlumatları yoxdur, lakin iddiaçı tərəfindən təqdim edilən partlayış işlərinin pasportları tərəflərindən tədqiq edildikdən sonra müəyyən edilmişdir ki, ümumiyyətlə iddiaçı tərəfindən görülməsi iddia edilən həcmdə iş icra edilməmiş, nəticədə əsassız olaraq tərəflərindən ödənilməli olan məbləğdən artıq vəsait ödənilmişdir. Bu səbəbdən iddia əsassızdır.

III. Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

10. İddiaçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 14 aprel 2022-ci il tarixli AMG/M/22-011 nömrəli xidmət müqaviləsi bağlanmışdır.

11. Həmin müqavilənin 1-ci bəndinə əsasən “İcraçı” “Sıfarışçının” tələblərinə əsasən Daşkəsən rayonunun inzibatı ərazisində yerləşən Cənub-Şərq Dəmir filizi mədənində qazma-partlayış işlərini ("Xidmətlər") yerinə yetirir. Sifarışçı isə həmin Xidmətlərin müqabilində “İcraçıya” bu Müqavilədə və "X2"nda ("Əlavə") razılaşdırılmış qayda və şərtlərlə ödənişi (bundan sonra "Xidmət haqqı") həyata keçirir.

12. Müqavilənin 6-ci bəndinə əsasən İcraçı tərəfindən yerinə yetirilən işlərın dəyəri qazma-partlayış işlərinin hər ton vahidi üçün hesablanır və müqavilənın ayrılmaz tərkib hissəsi olan "X1 ("Əlavə 1") qeyd edilir, Sifarişçi tərəfindən Əlavədə göstərilən müddətdə və qaydada ödənilir. Hesablaşma Azərbaycan manatı (AZN) ilə aparılacaqdır. İcraçı tərəfindən yerinə yetirilən işlərın dəyəri üzrə Xidmət haqqı barədə ödəniş İcraçı tərəfindən hər ayın əvvəli Sifarışçıyə Təhvil-Təslim Aktı, elektron qaimə və hesab faktura təqdim edildikdən sonra 15 (on beş) iş günü müddətində bu Müqavilənın ayrılmaz tərkib hissəsi olan Əlavədə razılaşdırılan məbləğdə İcraçının Bank hesabına köçürmə üsulu ilə ödənilir.

13. xx.xx.2022-ci il tarixli invoice-dan görünür ki, 14 aprel 2022-ci il tarixli AMG/M/22-011 nömrəli müqavilə üzrə iyun-sentyabr aylarında Daşkəsən rayonunun inzibati ərazisində Cənub-Şərq Dəmir filizi mədənində yerinə yetirilmiş qazma-partlayış işlərinin ümumi dəyəri 838768,80 manat təşkil edir.

14. İddiaçı tərəfindən cavabdehə 14 aprel 2022-ci il tarixli AMG/M/22-011 nömrəli müqaviləyə əsasən, xx.xx.2022-ci il tarixli EBCJ 805781 nömrəli (iyun-sentyabr aylarında Daşkəsən rayonunun inzibati ərazisində Cənub-Şərq Dəmir filizi mədənində yerinə yetirilmiş qazma-partlayış işləri haqqında) 838768,81 manat məbləğində elektron qaimə göndərilmişdir.

15. “Azinterpartlayış-X" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 14 aprel 2022-ci il tarixli AMG/M/22-011 nömrəli müqaviləyə əsasən Daşkəsən rayonunun inzibati ərazisində Cənub-Şərq Dəmir filizi mədənində yerinə yetirilmiş qazma-partlayış işlərinin aparılması üçün xx.xx.2022-ci il tarixli qiymət razılaşdırma protokolu ilə partladılmış materiallar, onların ölçü vahidi və vahidinin qiyməti razılaşdırılmışdır.

16. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 20 avqust 2020-ci il tarixli 19/20 nömrəli xidmət müqaviləsi bağlanmışdır.

17. Müqavilənin 1-ci bəndinə əsasən “Sifarişçi” Daşkəsən rayonunun inzibati ərazisində yerləşən Ağyoxuş və Mərəh qızıl filizi mədənlərində qazma-partlayış işlərinin aparılmasını sifariş edir və görüləcək işlərin dəyərinin ödənilməsinə zəmanət verir. "İcraçı" qazma partlayış işlərini smeta sənədlərinə uyğun yerinə yetirməyi, müqavilədə nəzərdə tutulan təminatı, görülmüş işlərin "Sifarişçi" təşkilatın nümayəndəsinin iştirakı ilə təhvil verilməsi öhdəliklərini öz üzərinə götürür. Görüləcək işlərin həcmi "Sifarişçinin tələblərinə uyğun aparılacaqdır.

18. Müqavilənin 2-ci bəndinə əsasən görülən işlərin dəyəri qazma-partlayış işlərinin hər tonu üçün hesablanır və bu müqavilənin ayrılmaz hissəsi olan X3 qeyd olunur. Görülmüş işlərin dəyərinin ödənilməsi, yerinə yetirilmiş işin həcminə uyğun olaraq iki tərəfli imzalanmış 2 saylı Forma Aktına əsasən aparılır. Görülmüş işlərin dəyərinin ödənilməsi "İcraçı" işi təhvil verdikdən sonra 15 iş günü müddətinə "Sifarişçi" tərəfindən ödənilir.

19. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında 20 avqust 2020-ci il tarixli 19/20 nömrəli müqaviləyə əsasən Daşkəsən rayonunun inzibati ərazisində yerləşən Ağyoxuş və Mərəh qızıl filizi mədənlərində sülhməramlı qazma-partlayış işləri üçün 20 avqust 2020-ci il tarixli qiymət razılaşdırma protokoluna görə Sifarişçi qazma-partlayış işlərinin hər bir tonu üçün İcraçıya 1,05 USD+ƏDV 18% ödəyir.

20. xx.xx.2022-ci il tarixli invoice-dan görünür ki, 19/20 saylı, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 2022-ci ilin noyabr ayında yerinə yetirilmiş qazma-partlayış işlərinin ümumi qiyməti 138579,59 manat təşkil edir.

21. xx.xx.2022-ci il tarixli invoice-dan görünür ki, 19/20 saylı, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 2022-ci ilin oktyabr ayında yerinə yetirilmiş qazma-partlayış işlərinin ümumi qiyməti 132221,93 manat təşkil edir.

22. xx.xx.2022-ci il tarixli invoice-dan görünür ki, 19/20 saylı, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 2022-ci ilin sentyabr ayında yerinə yetirilmiş qazma-partlayış işlərinin ümumi qiyməti 318461,18 manat təşkil edir.

23. 02.09.2022-ci il tarixli invoice-dan görünür ki, 19/20 saylı, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 2022-ci ilin avqust ayında yerinə yetirilmiş qazma-partlayış işlərinin ümumi qiyməti 479341,02 manat təşkil edir.

24. İddiaçı tərəfindən cavabdehə 19/20 saylı, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən xx.xx.2022-ci il tarixli EBCJ 271220 nömrəli 132221,93 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCG 632378 nömrəli 318461,19 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCD 173374 nömrəli 479341,01 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCK 515966 nömrəli 138579,59 manat məbləğində elektron qaimələr göndərilmişdir.

25. İddiaçı tərəfindən cavabdehə 2021-ci ilin aprel ayında Ağyoxuş mədənində görülmüş qazma-partlayış işlərinə görə xx.xx.2021-ci il tarixli EBBC 264539 nömrəli 307898,93 manat məbləğində elektron qaimə göndəilmişdir.

26. Tərəflər arasında bağlanmış 26 iyul 2021-ci il tarixli 216 nömrəli müqavilə üzrə müqavilənin 1-ci bəndinə əsasən "İcarədar" özünə məxsus olan Daşkəsən rayonu inzibati ərazisində yerləşən partlayış materiallarının daimi sərf anbarını "İcarəçiyə" təhvil verir və "İcarəçi" bu partladıcı anbarı qəbul edir.

27. xx.xx.2022-ci il tarixli invoice-dan görünür ki, 216 saylı, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 26.05-xx.xx.2022-ci il tarixlərində Daşkəsən rayonu inzibati ərazisində yeləşən partlayış mateirallarının qısa müdətli sərf anbarının icarəyə verilməsi üçün icarə haqqı 14160 manat təşkil edir.

28. xx.xx.2022-ci il tarixli invoice-dan görünür ki, 216 saylı, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 26.04-xx.xx.2022-ci il tarixlərində Daşkəsən rayonu inzibati ərazisində yeləşən partlayış mateirallarının qısa müdətli sərf anbarının icarəyə verilməsi üçün icarə haqqı 3540 manat təşkil edir.

29. xx.xx.2022-ci il tarixli invoice-dan görünür ki, 216 saylı, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 26.03.21-xx.xx.2022-ci il tarixlərində Daşkəsən rayonu inzibati ərazisində yeləşən partlayış mateirallarının qısa müdətli sərf anbarının icarəyə verilməsi üçün icarə haqqı 3540 manat təşkil edir.

30. 06.12.2022-ci il tarixli invoice-dan görünür ki, 216 saylı, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 26.02-xx.xx.2022-ci il tarixlərində Daşkəsən rayonu inzibati ərazisində yeləşən partlayış mateirallarının qısa müdətli sərf anbarının icarəyə verilməsi üçün icarə haqqı 3540 manat təşkil edir.

31. xx.xx.2022-ci il tarixli invoice-dan görünür ki, 216 saylı, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 26.01-xx.xx.2022-ci il tarixlərində Daşkəsən rayonu inzibati ərazisində yeləşən partlayış mateirallarının qısa müdətli sərf anbarının icarəyə verilməsi üçün icarə haqqı 3540 manat təşkil edir.

32. 14.11.2022-ci il tarixli invoice-dan görünür ki, 216 saylı, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 26.12.21-xx.xx.2022-ci il tarixlərində Daşkəsən rayonu inzibati ərazisində yeləşən partlayış mateirallarının qısa müdətli sərf anbarının icarəyə verilməsi üçün icarə haqqı 3540 manat təşkil edir.

33. xx.xx.2022-ci il tarixli invoice-dan görünür ki, 216 saylı, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 26.11-xx.xx.2021-ci il tarixlərində Daşkəsən rayonu inzibati ərazisində yeləşən partlayış mateirallarının qısa müdətli sərf anbarının icarəyə verilməsi üçün icarə haqqı 3540 manat təşkil edir.

34. xx.xx.2022-ci il tarixli invoice-dan görünür ki, 216 saylı, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 26.10-xx.xx.2021-ci il tarixlərində Daşkəsən rayonu inzibati ərazisində yeləşən partlayış mateirallarının qısa müdətli sərf anbarının icarəyə verilməsi üçün icarə haqqı 3540 manat təşkil edir.

35. 20.08.2022-ci il tarixli invoice-dan görünür ki, 216 saylı, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 26.09-xx.xx.2021-ci il tarixlərində Daşkəsən rayonu inzibati ərazisində yeləşən partlayış mateirallarının qısa müdətli sərf anbarının icarəyə verilməsi üçün icarə haqqı 3540 manat təşkil edir.

36. 02.08.2022-ci il tarixli invoice-dan görünür ki, 216 saylı, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 26.08-xx.xx.2021-ci il tarixlərində Daşkəsən rayonu inzibati ərazisində yeləşən partlayış mateirallarının qısa müdətli sərf anbarının icarəyə verilməsi üçün icarə haqqı 3540 manat təşkil edir.

37. 216 saylı, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 26.07-xx.xx.2021-ci il tarixlərində Daşkəsən rayonu inzibati ərazisində yeləşən partlayış mateirallarının qısa müdətli sərf anbarının icarəyə verilməsi haqqında akta görə icarə haqqı 3540 manat təşkil edir.

38. İddiaçı tərəfindən cavabdehə 216 saylı, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, xx.xx.2022-ci il tarixli, EBBY 246469 nömrəli 3540 manat məbləğində, xx.xx.2022ci il tarixli, EBCC 588769 nömrəli 3540 manat məbləğində, xx.xx.2022-ci il tarixli, EBCB 226944 nömrəli (26.08-xx.xx.2021-ci il tarixlərində Daşkəsən rayonu inzibati ərazisində yeləşən partlayış mateirallarının qısa müdətli sərf anbarının icarəyə verilməsi haqqında) 3540 manat məbləğində, xx.xx.2022-ci il tarixli, EBCG 616914 nömrəli (26.11-xx.xx.2021ci il tarixlərində Daşkəsən rayonu inzibati ərazisində yeləşən partlayış mateirallarının qısa müdətli sərf anbarının icarəyə verilməsi haqqında) 3540 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCE 538480 nömrəli (26.10-xx.xx.2021-ci il tarixlərində Daşkəsən rayonu inzibati ərazisində yeləşən partlayış mateirallarının qısa müdətli sərf anbarının icarəyə verilməsi) 3540 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCJ 153351 nömrəli (26.12.21xx.xx.2022-ci il tarixlərində Daşkəsən rayonu inzibati ərazisində yeləşən partlayış mateirallarının qısa müdətli sərf anbarının icarəyə verilməsi haqqında) 3540 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCM 306970 nömrəli (26.05-xx.xx.2022-ci il tarixlərində Daşkəsən rayonu inzibati ərazisində yeləşən partlayış mateirallarının qısa müdətli sərf anbarının icarəyə verilməsi haqqında) 14160 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCM 288642 nömrəli (26.04-xx.xx.2022-ci il tarixlərində Daşkəsən rayonu inzibati ərazisində yeləşən partlayış mateirallarının qısa müdətli sərf anbarının icarəyə verilməsi haqqında) 3540 manat məbləğində, xx.xx.2022-ci il tarixli (26.03.21-xx.xx.2022-ci il tarixlərində Daşkəsən rayonu inzibati ərazisində yeləşən partlayış mateirallarının qısa müdətli sərf anbarının icarəyə verilməsi haqqında) 3540 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCK 615084 nömrəli (26.02-xx.xx.2022-ci il tarixlərində Daşkəsən rayonu inzibati ərazisində yeləşən partlayış mateirallarının qısa müdətli sərf anbarının icarəyə verilməsi haqqında), xx.xx.2022-ci il tarixli EBCJ 996497 nömrəli (26.01-xx.xx.2022-ci il tarixlərində Daşkəsən rayonu inzibati ərazisində yeləşən partlayış mateirallarının qısa müdətli sərf anbarının icarəyə verilməsi haqqında) 3540 manat məbləğində elektron qaimələr göndərilmişdir.

39. Tərəflər arasında bağlanmış 23 iyul 2021-ci il tarixli 216/1 nömrəli müqavilə üzrə - müqavilənin 1-ci bəndinə əsasən "İcarədar" özünə məxsus olan Şuşa rayonu Daşaltı inzibati ərazisində yerləşən partlayış materiallarının qısa müddətli sərf anbarını "İcarəçiyə" təhvil verir və "İcarəçi" bu partladıcı anbarı qəbul edir.

40. xx.xx.2022-ci il tarixli invoice-dan görünür ki, 23 iyul 2021-ci il tarixli 216/1 nömrəli müqavilə üzrə 23.04-xx.xx.2022-ci il tarixlərində Şuşa rayonu, Daşaltı inzibati ərazisində yeləşən partlayış mateirallarının qısa müdətli sərf anbarının icarəyə verilməsi üçün icarə haqqı 1180 manat təşkil edir.

41. xx.xx.2022-ci il tarixli invoice-dan görünür ki, 23 iyul 2021-ci il tarixli 216/1 nömrəli müqavilə üzrə 23.03.21-xx.xx.2022-ci il tarixlərində Şuşa rayonu, Daşaltı inzibati ərazisində yeləşən partlayış mateirallarının qısa müdətli sərf anbarının icarəyə verilməsi üçün icarə haqqı 1180 manat təşkil edir.

42. 06.12.2022-ci il tarixli invoice-dan görünür ki, 23 iyul 2021-ci il tarixli 216/1 nömrəli müqavilə üzrə 23.02-xx.xx.2022-ci il tarixlərində Şuşa rayonu, Daşaltı inzibati ərazisində yeləşən partlayış mateirallarının qısa müdətli sərf anbarının icarəyə verilməsi üçün icarə haqqı 1180 manat təşkil edir.

43. xx.xx.2022-ci il tarixli invoice-dan görünür ki, 23 iyul 2021-ci il tarixli 216/1 nömrəli müqavilə üzrə 23.01.21-xx.xx.2022-ci il tarixlərində Şuşa rayonu, Daşaltı inzibati ərazisində yeləşən partlayış mateirallarının qısa müdətli sərf anbarının icarəyə verilməsi üçün icarə haqqı 1180 manat təşkil edir.

44. 14.11.2022-ci il tarixli invoice-dan görünür ki, 23 iyul 2021-ci il tarixli 216/1 nömrəli müqavilə üzrə 23.12.21-xx.xx.2022-ci il tarixlərində Şuşa rayonu, Daşaltı inzibati ərazisində yeləşən partlayış mateirallarının qısa müdətli sərf anbarının icarəyə verilməsi üçün icarə haqqı 1180 manat təşkil edir.

45. xx.xx.2022-ci il tarixli invoice-dan görünür ki, 23 iyul 2021-ci il tarixli 216/1 nömrəli müqavilə üzrə 23.11-xx.xx.2021-ci il tarixlərində Şuşa rayonu, Daşaltı inzibati ərazisində yeləşən partlayış mateirallarının qısa müdətli sərf anbarının icarəyə verilməsi üçün icarə haqqı 1180 manat təşkil edir.

46. xx.xx.2022-ci il tarixli invoice-dan görünür ki, 23 iyul 2021-ci il tarixli 216/1 nömrəli müqavilə üzrə 23.10-xx.xx.2021-ci il tarixlərində Şuşa rayonu, Daşaltı inzibati ərazisində yeləşən partlayış mateirallarının qısa müdətli sərf anbarının icarəyə verilməsi üçün icarə haqqı 1180 manat təşkil edir.

47. 20.08.2022-ci il tarixli invoice-dan görünür ki, 23 iyul 2021-ci il tarixli 216/1 nömrəli müqavilə üzrə 23.09-xx.xx.2021-ci il tarixlərində Şuşa rayonu, Daşaltı inzibati ərazisində yeləşən partlayış mateirallarının qısa müdətli sərf anbarının icarəyə verilməsi üçün icarə haqqı 1180 manat təşkil edir.

48. 02.08.2022-ci il tarixli invoice-dan görünür ki, 23 iyul 2021-ci il tarixli 216/1 nömrəli müqavilə üzrə 23.08-xx.xx.2021-ci il tarixlərində Şuşa rayonu, Daşaltı inzibati ərazisində yeləşən partlayış mateirallarının qısa müdətli sərf anbarının icarəyə verilməsi üçün icarə haqqı 1180 manat təşkil edir.

49. xx.xx.2022-ci il tarixli invoice-dan görünür ki, 23 iyul 2021-ci il tarixli 216/1 nömrəli müqavilə üzrə 23.11-xx.xx.2021-ci il tarixlərində Şuşa rayonu, Daşaltı inzibati ərazisində yeləşən partlayış mateirallarının qısa müdətli sərf anbarının icarəyə verilməsi üçün icarə haqqı 1180 manat təşkil edir.

50. 23 iyul 2021-ci il tarixli 216/1 nömrəli müqavilə üzrə 23.07-xx.xx.2021-ci il tarixlərində Şuşa rayonu, Daşaltı inzibati ərazisində yeləşən partlayış mateirallarının qısa müdətli sərf anbarının icarəyə verilməsi haqqında akta görə icarə haqqı 1180 manat təşkil edir.

51. İddiaçı tərəfindən cavabdehə 23 iyul 2021-ci il tarixli 216/1 nömrəli müqaviləyə əsasən, xx.xx.2022-ci il tarixli EBCJ 153408 nömrəli (23.12.21-xx.xx.2022-ci il tarixlərində Şuşa rayonu, Daşaltı inzibati ərazisində yeləşən partlayış mateirallarının qısa müdətli sərf anbarının icarəyə verilməsi haqqında) 1180 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCJ 996392 nömrəli (23.01.21-xx.xx.2022-ci il tarixlərində Şuşa rayonu, Daşaltı inzibati ərazisində yeləşən partlayış mateirallarının qısa müdətli sərf anbarının icarəyə verilməsi haqqında) 1180 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCK 614976 nömrəli (23.02xx.xx.2022-ci il tarixlərində Şuşa rayonu, Daşaltı inzibati ərazisində yeləşən partlayış mateirallarının qısa müdətli sərf anbarının icarəyə verilməsi haqqında) 1180 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCL 884713 nömrəli (23.03.21-xx.xx.2022-ci il tarixlərində Şuşa rayonu, Daşaltı inzibati ərazisində yeləşən partlayış mateirallarının qısa müdətli sərf anbarının icarəyə verilməsi haqqında) 1180 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCM 288547 nömrəli (23.04-xx.xx.2022-ci il tarixlərində Şuşa rayonu, Daşaltı inzibati ərazisində yeləşən partlayış mateirallarının qısa müdətli sərf anbarının icarəyə verilməsi haqqında) 1180 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCG 617219 nömrəli (23.11-xx.xx.2021-ci il tarixlərində Şuşa rayonu, Daşaltı inzibati ərazisində yeləşən partlayış mateirallarının qısa müdətli sərf anbarının icarəyə verilməsi haqqında) 1180 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCB 226334 nömrəli (23.08-xx.xx.2021-ci il tarixlərində Şuşa rayonu, Daşaltı inzibati ərazisində yeləşən partlayış mateirallarının qısa müdətli sərf anbarının icarəyə verilməsi haqqında) 1180 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCC 588221 nömrəli 1180 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBBY 247382 nömrəli 1180 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCE 537550 nömrəli (23.10-xx.xx.2021-ci il tarixlərində Şuşa rayonu, Daşaltı inzibati ərazisində yeləşən partlayış mateirallarının qısa müdətli sərf anbarının icarəyə verilməsi haqqında) 1180 manat məbləğində elektron qaimələr göndərilmişdir.

52. Tərəflər arasında bağlanmış 26 noyabr 2021-ci il tarixli 218 nömrəli müqavilə üzrə - müqavilənin 1-ci bəndinə əsasən "İcarədar" özünə məxsus olan Zəngilan rayonu Bartaz inzibati ərazisində yerləşən partlayış materiallarının qısa müddətli sərf anbarını "İcarəçiyə" təhvil verir və "İcarəçi" bu partladıcı anbarı qəbul edir.

53. xx.xx.2022-ci il tarixli invoice-dan görünür ki, 26 noyabr 2021-ci il tarixli 218 nömrəli müqavilə üzrə 26.08-xx.xx.2022-ci il tarixlərində Zəngilan rayonu, Bartaz inzibati ərazisində yeləşən partlayış mateirallarının qısa müdətli sərf anbarının icarəyə verilməsi üçün icarə haqqı 1180 manat təşkil edir.

54. xx.xx.2022-ci il tarixli invoice-dan görünür ki, 26 noyabr 2021-ci il tarixli 218 nömrəli müqavilə üzrə 26.07-xx.xx.2022-ci il tarixlərində Zəngilan rayonu, Bartaz inzibati ərazisində yeləşən partlayış mateirallarının qısa müdətli sərf anbarının icarəyə verilməsi üçün icarə haqqı 1180 manat təşkil edir.

55. 06.12.2022-ci il tarixli invoice-dan görünür ki, 26 noyabr 2021-ci il tarixli 218 nömrəli müqavilə üzrə 26.06-xx.xx.2022-ci il tarixlərində Zəngilan rayonu, Bartaz inzibati ərazisində yeləşən partlayış mateirallarının qısa müdətli sərf anbarının icarəyə verilməsi üçün icarə haqqı 1180 manat təşkil edir.

56. xx.xx.2022-ci il tarixli invoice-dan görünür ki, 26 noyabr 2021-ci il tarixli 218 nömrəli müqavilə üzrə 26.05-xx.xx.2022-ci il tarixlərində Zəngilan rayonu, Bartaz inzibati ərazisində yeləşən partlayış mateirallarının qısa müdətli sərf anbarının icarəyə verilməsi üçün icarə haqqı 1180 manat təşkil edir.

57. 14.11.2022-ci il tarixli invoice-dan görünür ki, 26 noyabr 2021-ci il tarixli 218 nömrəli müqavilə üzrə 26.04-xx.xx.2022-ci il tarixlərində Zəngilan rayonu, Bartaz inzibati ərazisində yeləşən partlayış mateirallarının qısa müdətli sərf anbarının icarəyə verilməsi üçün icarə haqqı 1180 manat təşkil edir.

58. xx.xx.2022-ci il tarixli invoice-dan görünür ki, 26 noyabr 2021-ci il tarixli 218 nömrəli müqavilə üzrə 26.03-xx.xx.2022-ci il tarixlərində Zəngilan rayonu, Bartaz inzibati ərazisində yeləşən partlayış mateirallarının qısa müdətli sərf anbarının icarəyə verilməsi üçün icarə haqqı 1180 manat təşkil edir.

59. xx.xx.2022-ci il tarixli invoice-dan görünür ki, 26 noyabr 2021-ci il tarixli 218 nömrəli müqavilə üzrə 26.02-xx.xx.2022-ci il tarixlərində Zəngilan rayonu, Bartaz inzibati ərazisində yeləşən partlayış mateirallarının qısa müdətli sərf anbarının icarəyə verilməsi üçün icarə haqqı 1180 manat təşkil edir.

60. 20.08.2022-ci il tarixli invoice-dan görünür ki, 26 noyabr 2021-ci il tarixli 218 nömrəli müqavilə üzrə 26.01-xx.xx.2022-ci il tarixlərində Zəngilan rayonu, Bartaz inzibati ərazisində yeləşən partlayış mateirallarının qısa müdətli sərf anbarının icarəyə verilməsi üçün icarə haqqı 1180 manat təşkil edir.

61. 02.08.2022-ci il tarixli invoice-dan görünür ki, 26 noyabr 2021-ci il tarixli 218 nömrəli müqavilə üzrə 26.12-xx.xx.2022-ci il tarixlərində Zəngilan rayonu, Bartaz inzibati ərazisində yeləşən partlayış mateirallarının qısa müdətli sərf anbarının icarəyə verilməsi üçün icarə haqqı 1180 manat təşkil edir.

62. 26 noyabr 2021-ci il tarixli 218 nömrəli müqavilə üzrə 26.11-xx.xx.2021-ci il tarixlərində Zəngilan rayonu, Bartaz inzibati ərazisində yeləşən partlayış mateirallarının qısa müdətli sərf anbarının icarəyə verilməsi haqqında akta görə icarə haqqı 1180 manat təşkil edir.

63. İddiaçı tərəfindən cavabdehə 26 noyabr 2021-ci il tarixli 218 nömrəli müqaviləyə əsasən, xx.xx.2022-ci il tarixli EBCC 588151 nömrəli (26.01-xx.xx.2022-ci il tarixlərində Zəngilan rayonu, Bartaz inzibati ərazisində yeləşən partlayış mateirallarının qısa müdətli sərf anbarının icarəyə verilməsi haqqında) 1180 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCB 228619 nömrəli (26.12-xx.xx.2022-ci il tarixlərində Zəngilan rayonu, Bartaz inzibati ərazisində yeləşən partlayış mateirallarının qısa müdətli sərf anbarının icarəyə verilməsi haqqında) 1180 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBBY 245058 nömrəli 1180 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCJ 153732 nömrəli (26.04-xx.xx.2022-ci il tarixlərində Zəngilan rayonu, Bartaz inzibati ərazisində yeləşən partlayış mateirallarının qısa müdətli sərf anbarının icarəyə verilməsi haqqında) 1180 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCG 617324 nömrəli (26.03-xx.xx.2022-ci il tarixlərində Zəngilan rayonu, Bartaz inzibati ərazisində yeləşən partlayış mateirallarının qısa müdətli sərf anbarının icarəyə verilməsi haqqında) 1180 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCE 537203 nömrəli (26.02-xx.xx.2022-ci il tarixlərində Zəngilan rayonu, Bartaz inzibati ərazisində yeləşən partlayış mateirallarının qısa müdətli sərf anbarının icarəyə verilməsi haqqında) 1180 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCM 289051 nömrəli (26.08xx.xx.2022-ci il tarixlərində Zəngilan rayonu, Bartaz inzibati ərazisində yeləşən partlayış mateirallarının qısa müdətli sərf anbarının icarəyə verilməsi haqqında) 1180 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCL 885056 nömrəli (26.07-xx.xx.2022-ci il tarixlərində Zəngilan rayonu, Bartaz inzibati ərazisində yeləşən partlayış mateirallarının qısa müdətli sərf anbarının icarəyə verilməsi haqqında) 1180 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCK 614629 nömrəli (26.06-xx.xx.2022-ci il tarixlərində Zəngilan rayonu, Bartaz inzibati ərazisində yeləşən partlayış mateirallarının qısa müdətli sərf anbarının icarəyə verilməsi haqqında) 1180 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCJ 995533 nömrəli (26.05xx.xx.2022-ci il tarixlərində Zəngilan rayonu, Bartaz inzibati ərazisində yeləşən partlayış mateirallarının qısa müdətli sərf anbarının icarəyə verilməsi haqqında) 1180 manat məbləğində elektron qaimələr göndərilmişdir.

64. Tərəflər arasında bağlanmış 03 noyabr 2021-ci il tarixli 217 nömrəli müqavilə üzrə - müqavilənin 1-ci bəndinə əsasən "İcarədar" özünə məxsus olan Göygöl rayonu, Toğanalı inzibati ərazisində yerləşən partlayış materiallarının qısa müddətli sərf anbarını "İcarəçiyə" təhvil verir və "İcarəçi" bu partladıcı anbarı qəbul edir.

65. xx.xx.2022-ci il tarixli invoice-dan görünür ki, 03 noyabr 2021-ci il tarixli 217 nömrəli müqavilə üzrə 03.08-xx.xx.2022-ci il tarixlərində Göygöl rayonu, Toğanalı inzibati ərazisində yeləşən partlayış mateirallarının qısa müdətli sərf anbarının icarəyə verilməsi üçün icarə haqqı 1180 manat təşkil edir.

66. xx.xx.2022-ci il tarixli invoice-dan görünür ki, 03 noyabr 2021-ci il tarixli 217 nömrəli müqavilə üzrə 03.07-xx.xx.2022-ci il tarixlərində Göygöl rayonu, Toğanalı inzibati ərazisində yeləşən partlayış mateirallarının qısa müdətli sərf anbarının icarəyə verilməsi üçün icarə haqqı 1180 manat təşkil edir.

67. 06.12.2022-ci il tarixli invoice-dan görünür ki, 03 noyabr 2021-ci il tarixli 217 nömrəli müqavilə üzrə 03.06-xx.xx.2022-ci il tarixlərində Göygöl rayonu, Toğanalı inzibati ərazisində yeləşən partlayış mateirallarının qısa müdətli sərf anbarının icarəyə verilməsi üçün icarə haqqı 1180 manat təşkil edir.

68. xx.xx.2022-ci il tarixli invoice-dan görünür ki, 03 noyabr 2021-ci il tarixli 217 nömrəli müqavilə üzrə 03.05-xx.xx.2022-ci il tarixlərində Göygöl rayonu, Toğanalı inzibati ərazisində yeləşən partlayış mateirallarının qısa müdətli sərf anbarının icarəyə verilməsi üçün icarə haqqı 1180 manat təşkil edir.

69. 14.11.2022-ci il tarixli invoice-dan görünür ki, 03 noyabr 2021-ci il tarixli 217 nömrəli müqavilə üzrə 03.04-xx.xx.2022-ci il tarixlərində Göygöl rayonu, Toğanalı inzibati ərazisində yeləşən partlayış mateirallarının qısa müdətli sərf anbarının icarəyə verilməsi üçün icarə haqqı 1180 manat təşkil edir.

70. xx.xx.2022-ci il tarixli invoice-dan görünür ki, 03 noyabr 2021-ci il tarixli 217 nömrəli müqavilə üzrə 03.03-xx.xx.2022-ci il tarixlərində Göygöl rayonu, Toğanalı inzibati ərazisində yeləşən partlayış mateirallarının qısa müdətli sərf anbarının icarəyə verilməsi üçün icarə haqqı 1180 manat təşkil edir.

71. xx.xx.2022-ci il tarixli invoice-dan görünür ki, 03 noyabr 2021-ci il tarixli 217 nömrəli müqavilə üzrə 03.02-xx.xx.2022-ci il tarixlərində Göygöl rayonu, Toğanalı inzibati ərazisində yeləşən partlayış mateirallarının qısa müdətli sərf anbarının icarəyə verilməsi üçün icarə haqqı 1180 manat təşkil edir.

72. 20.08.2022-ci il tarixli invoice-dan görünür ki, 03 noyabr 2021-ci il tarixli 217 nömrəli müqavilə üzrə 03.01-xx.xx.2022-ci il tarixlərində Göygöl rayonu, Toğanalı inzibati ərazisində yeləşən partlayış mateirallarının qısa müdətli sərf anbarının icarəyə verilməsi üçün icarə haqqı 1180 manat təşkil edir.

73. 02.08.2022-ci il tarixli invoice-dan görünür ki, 03 noyabr 2021-ci il tarixli 217 nömrəli müqavilə üzrə 03.12.21-xx.xx.2022-ci il tarixlərində Göygöl rayonu, Toğanalı inzibati ərazisində yeləşən partlayış mateirallarının qısa müdətli sərf anbarının icarəyə verilməsi üçün icarə haqqı 1180 manat təşkil edir.

74. 03 noyabr 2021-ci il tarixli 217 nömrəli müqavilə üzrə 03.11-xx.xx.2021-ci il tarixlərində Göygöl rayonu, Toğanalı inzibati ərazisində yeləşən partlayış mateirallarının qısa müdətli sərf anbarının icarəyə verilməsi haqqında akta görə icarə haqqı 1180 manat təşkil edir.

75. İddiaçı tərəfindən cavabdehə 03 noyabr 2021-ci il tarixli 217 nömrəli müqaviləyə əsasən, xx.xx.2022-ci il tarixli EBCJ 153499 nömrəli (03.04-xx.xx.2022-ci il tarixlərində Göygöl rayonu, Toğanalı inzibati ərazisində yeləşən partlayış mateirallarının qısa müdətli sərf anbarının icarəyə verilməsi haqqında) 1180 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCJ 996332 nömrəli (03.05-xx.xx.2022-ci il tarixlərində Göygöl rayonu, Toğanalı inzibati ərazisində yeləşən partlayış mateirallarının qısa müdətli sərf anbarının icarəyə verilməsi haqqında) 1180 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCK 614778 nömrəli (03.06xx.xx.2022-ci il tarixlərində Göygöl rayonu, Toğanalı inzibati ərazisində yeləşən partlayış mateirallarının qısa müdətli sərf anbarının icarəyə verilməsi haqqında) 1180 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCL 884900 nömrəli (03.07-xx.xx.2022-ci il tarixlərində Göygöl rayonu, Toğanalı inzibati ərazisində yeləşən partlayış mateirallarının qısa müdətli sərf anbarının icarəyə verilməsi haqqında) 1180 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCM 288490 nömrəli (03.08-xx.xx.2022-ci il tarixlərində Göygöl rayonu, Toğanalı inzibati ərazisində yeləşən partlayış mateirallarının qısa müdətli sərf anbarının icarəyə verilməsi haqqında) 1180 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCG 617383 nömrəli (03.03-xx.xx.2022-ci il tarixlərində Göygöl rayonu, Toğanalı inzibati ərazisində yeləşən partlayış mateirallarının qısa müdətli sərf anbarının icarəyə verilməsi haqqında) 1180 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBBY 247145 nömrəli 1180 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCB 228936 nömrəli (03.12.21-xx.xx.2022-ci il tarixlərində Göygöl rayonu, Toğanalı inzibati ərazisində yeləşən partlayış mateirallarının qısa müdətli sərf anbarının icarəyə verilməsi haqqında) 1180 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCC 587869 nömrəli (03.01-xx.xx.2022-ci il tarixlərində Göygöl rayonu, Toğanalı inzibati ərazisində yeləşən partlayış mateirallarının qısa müdətli sərf anbarının icarəyə verilməsi haqqında) 1180 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCE 536238 nömrəli (03.02-xx.xx.2022-ci il tarixlərində Göygöl rayonu, Toğanalı inzibati ərazisində yeləşən partlayış mateirallarının qısa müdətli sərf anbarının icarəyə verilməsi haqqında) 1180 manat məbləğində elektron qaimələr göndərilmişdir.

76. Cavabdeh tərəfindən iddiaçıya 05 yanvar 2021-ci il tarixli 21/01 saylı icarə müqaviləsinə əsasən, xx.xx.2021-ci il tarixli EBBO 305773 nömrəli 24780 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCE 173115 nömrəli 12390 manat məbləğində elektron qaimələr göndərilmişdir.

77. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 5/782 nömrəli ekspert rəyinin nəticə hissəsinə əsasən, 26 noyabr 2021 -ci il tarixli 218 nömrəli, 3 noyabr 2021 -ci il tarixli 217 nömrəli, 26 iyul 2021-ci il tarixli 216 nömrəli, 23 iyul 2021-ci il tarixli 216/1 nömrəli müqavilələrdə, 20 avqust 2020-ci il tarixli 1 nömrəli, 14 aprel 2022-ci il tarixli 1 nömrəli Qiymət razılaşdırma protokollarda, xx.xx.2022-ci il tarixli AMG/M/22-011 nömrəli Xidmət müqaviləsində, 12 ədəd aktlarda (forma 2) olan Cavabdeh MMC-nin möhür əksləri relyef klişe vasitəsilə sənədin üzərinə birbaşa vurulmuş, 26 noyabr 2021-ci il tarixli 218 nömrəli, 3 noyabr 2021ci il tarixli 217 nömrəli, 26 iyul 2021-ci il tarixli 216 nömrəli, 23 iyul 2021-ci il tarixli 216/1 nömrəli müqavilələrdə olan möhür əksləri ekspertizaya təqdim edilmiş Cavabdeh MMC-nin möhürün sərbəst əks nümunələri ilə eynilik təşkil edir və 1 nömrəli, 14 aprel 2022-ci il tarixli Qiymət razılaşdırma protokollarda, xx.xx.2022-ci il tarixli AMG/M/22-011 nömrəli xidmət müqaviləsində, 12 ədəd aktlarda möhür əksləri ekspertizaya təqdim edilmiş Cavabdeh MMC-nin möhürün sərbəst əks nümunələri ilə eynilik təşkil etmir.

78. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 4/1041 nömrəli ekspert rəyinin nəticə hissəsinə əsasən, xx.xx.2021-ci il tarixli 218 nömrəli müqavilədə, xx.xx.2021 -ci il tarixli 217 nömrəli müqavilədə, xx.xx.2021-ci il tarixli 216 nömrəli müqavildə, xx.xx.2021-ci il tarixli 216/1 nömrəli müqavilədə “X7 Group MMC-nin direktoru” qrafalarındakı imzalar, xx.xx.2020-ci il tarixli qiymət razılaşdırma protokolunda, xx.xx.2022-ci il tarixli AMG/M/22-011 nömrəli xidmət müqaviləsində “X6 Group MMC-nin direktoru” qrafalarındakı imzalar, 03.11xx.xx.2021-ci il tarixlərində, 03.12.21-xx.xx.2022-ci il tarixlərində, 03.01-xx.xx.2022-ci il tarixlərində, 23.07-xx.xx.2021-ci il tarixlərində, 23.08-xx.xx.2021-ci il tarixlərində, 23.09xx.xx.2021-ci il tarixlərində, 26.07-xx.xx.2021-ci il tarixlərində, 26.08-xx.xx.2021-ci il tarixlərində, 26.09-xx.xx.2021-ci il tarixlərində, 26.11-xx.xx.2021-ci il tarixlərində, 26.12.21xx.xx.2022-ci il tarixlərində, 26.01-xx.xx.2022-ci il tarixlərində sərf anbarlarının icarəyə verilməsi haqqında aktlarda “İcarəçi tərəfdən X8 MMC-nin direktoru” qrafalarındakı imzalar- X4 tərəfindən icra olunmuşdur.

79. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

80. İddia ərizəsi 5 hissədən ibarətdir: 1. xx.xx.2020-ci il tarixli müqavilə üzrə 726403,71 manat pulun tutulması; 2. xx.xx.2022-ci il tarixli müqavilə üzrə 838768,81 manat pulun tutulması; 3. xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli icarə müqavilələri üzrə 84960 manat icarə haqqı borcunun tutulması; 4. Gecikən günlərə görə 139841,73 manat dəbbə pulunun tutulması; 5. Cavabdehdən mənfəət itkisinə görə 350514,29 manat vəsaitin tutulması.

81. Məhkəmə iddia ərizəsini birinci hissədə əsaslı hesab edir.

82. Belə ki, materiallardan görünür ki, tərəflər arasında xx.xx.2020-ci il tarixli 19/20 saylı podrat müqaviləsi imzalanmış, iddiaçı tərəfindən həmin müqavilə üzrə Daşkəsən rayonunun inzibati ərazisində yerləşən Ağyoxuş və Mərəh qızıl filiz mədənində qazmapartlayış işləri aparılmış, ümumilikdə 7993493,05 manat məbləğində işlər icra edilərək cavabdehə təhvil verilmiş, cavabdeh tərəfindən həmin müqavilə üzrə iddiaçıya ümumilikdə 7267089,34 manat vəsait ödənilmiş, qalıq borc ödənilməmişdir.

83. Cavabdeh iddiaya bu hissədə etiraz edərək, iddiaçı tərəfindən tələbin əsası kimi istinad edilən elektron qaimələr üzrə hər hansı işin icra edilməsinin sübut edilmədiyini bildirsə də, materiallardan görünür ki, həmin müqavilə üzrə cavabdeh tərəfindən 2021- 2023-cü illərdə təqdim edilən elektron qaimələr üzrə mütəmadi ödənişlər (xx.xx.2021-ci ildə 80931,30 manat, xx.xx.2021-ci ildə 100000 manat, xx.xx.2021-ci ildə 114506,30 manat, xx.xx.2021-ci ildə 78172 manat, xx.xx.2021-ci ildə 282556,30 manat, xx.xx.2021-ci ildə 6000 manat, xx.xx.2021-ci ildə 223186,80 manat, xx.xx.2021-ci ildə 100000 manat, xx.xx.2021-ci ildə 318569 manat, xx.xx.2022-ci ildə 418764,6 manat, xx.xx.2022-ci ildə 200000 manat, xx.xx.2022-ci ildə 305377 manat, xx.xx.2022-ci ildə 385345,30 manat, xx.xx.2022-ci ildə 332341,20 manat, xx.xx.2022-ci ildə 349387 manat, xx.xx.2022-ci ildə 114436 manat, xx.xx.2022-ci ildə 50000 manat, xx.xx.2022-ci ildə 100000 manat, xx.xx.2022-ci ildə 198206,30 manat, xx.xx.2022-ci ildə 361657,9 manat, xx.xx.2022-ci ildə 140000 manat, xx.xx.2023-cü ildə 150000 manat) aparılmış, EBCD 173374 saylı, xx.xx.2022-ci il tarixli elektron qaimə üzrə tələb edilən 479341,01 manat borcun bir qismi də ödənilmiş, hazırda həmin qaimə üzrə qalıq 137141,01 manat ödənilməmişdir.

84. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

85. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.

86. Həmin Məcəllənin 757-ci maddəsinə əsasən əgər podratçının hazırladığı və ya təmir etdiyi sifarişçiyə məxsus daşınar əşya hazırlanma və ya təmir məqsədilə onun sahibliyindədirsə, podratçı öz tələblərinin təminatı üçün həmin əşyaya girov hüququndan istifadə edə bilər.

87. Həmin Məcəlləninnin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.

88. Həmin Məcəlləninnin 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.

89. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməlidir.

90. Məhkəmə iddia tələbini ikinci hissədə əsassız hesab edir.

91. Belə ki, materiallardan görünür ki, tərəflər arasında xx.xx.2022-ci ildə tarixdə AMG/M/22-011 saylı podrat müqaviləsi imzalanmış, iddiaçı tərəfindən cavabdehə həmin müqavilə üzrə xx.xx.2022-ci il tarixli invoys və xx.xx.2022-ci il tarixli EBCJ 805781 nömrəli elektron qaimə təqdim edilmiş, həmin sənədlərdə iddiaçı tərəfindən müqavilə üzrə iyunsentyabr aylarında Daşkəsən rayonunun inzibati ərazisində Cənub-Şərq Dəmir filizi mədənində yerinə yetirilmiş qazma-partlayış işlərinin ümumi dəyərinin 838768,80 manat təşkil etməsi göstərilmişdir.

92. Cavabdeh bu hissədə iddiaya etiraz edərək, həmin müqavilə üzrə iddiaçı tərəfindən hər hansı işin icra edilmədiyini, tələb edilən borcun əsassız olduğunu bildirir.

93. İddiaçı tərəfindən məhkəməyə iddia tələbinin əsaslı olması, habelə işin həqiqətən icra edildiyini təsdiq edən hər hansı mötəbər və təkzibedilməz sübut təqdim edilməmişdir.

94. Belə ki, sübutların qiymətləndirilməsi prosesində sübutun məzmununu təşkil edən dəlillər və faktlar qiymətləndirilməlidir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin.

95. Heç bir sübutun əvvəlcədən sübutetmə qüvvəsi yoxdur. Ən mötəbər mənbədən alınmış sübuta da araşdırılıb, digər sübutlarla müqayisə edilərək, məcmu halda qiymət verilməlidir.

96. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.3-cü maddəsinə əsasən zəruri əlavə sübutların (qaimədə göstərilmiş işlərin icra edilməsini təsdiq edən sübutlar) təqdim edilməsi iddiaçıya dəfələrlə təklif edilsə də, iddiaçının nümayəndəsi təqdim edə biləcək başqa sübutlarının olmadığını bildirmişdir.

97. İşin faktiki hallarını və qanunvericiliyin müddəalarını nəzərə alan Məhkəmə hesab edir ki, iddiaçıya ödənilməli olan 838768,81 manat məbləğində borcun tutulması hissəsində iddiaçı tələbini əsaslandıra və bununla bağlı (tərəflər arasında bağlanmış podrat müqaviləsi üzrə cavabdehə iddia edilən məbləğdə işlərin icra edildiyini təsdiq edən) hər hansı mötəbər sübutlar təqdim edə bilmədiyindən iddia həmin hissədə təmin edilməməlidir.

98. Məhkəmə iddia tələbini üçüncü hissədə qismən əsaslı hesab edir.

99. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.

100. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

101. Belə ki, materiallardan görünür ki, tərəflər arasında dörd icarə müqaviləsi bağlanmış, həmin müqavilələr üzrə cavabdeh tərəfindən iddiaçıya hər hansı vəsait ödənilməmişdir.

102. İddiaçı xx.xx.2021-ci il tarixli icarə müqaviləsi üzrə 14 ay üçün, xx.xx.2021-ci il tarixli icarə müqaviləsi üzrə 10 ay üçün, xx.xx.2021-ci il tarixli icarə müqaviləsi üzrə 10 ay üçün, habelə xx.xx.2021-ci il tarixli icarə müqaviləsi üzrə 10 ay üçün icarə haqqının ödənilməsini tələb edir.

103. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş təhvil-təslim aktlarından görünür ki, xx.xx.2021-ci il tarixli icarə müqaviləsi üzrə 2 ay (xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixədək və xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə),xx.xx.2021-ci il tarixli müqavilə üzrə 3 ay (xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək, xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək, xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək), xx.xx.2021-ci il tarixli müqavilə üzrə 3 ay (xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək, xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək, xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək), xx.xx.2021-ci il tarixli müqavilə üzrə 3 ay (xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək, xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək, xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək) cavabdeh icarə müqavilə üzrə icarə sahələrinin ona təhvil verildiyini təsdiq etmişdir.

104. İddiaçı tərəfindən məhkəməyə həmin müqavilələr üzrə tələb edilən digər aylar üzrə də icarə sahələrinin cavabdehə təhvil verildiyini, tələb edilən digər aylarda da icarə sahələrinin cavabdehin sahiblik və istifadəsində olduğunu təsdiq edən mötəbər sübutlar təqdim edilməmişdir.

105. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 7080 manat (3540 manat * 2 ay), xx.xx.2021ci il tarixli müqavilə üzrə 3540 manat (1180 manat * 3 ay), xx.xx.2021-ci il tarixli müqavilə üzrə 3540 manat (1180 manat * 3 ay), xx.xx.2021-ci il tarixli müqavilə üzrə 3540 manat (1180 manat * 3 ay) tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

106. Məhkəmə iddia tələbini dördüncü hissədə (gecikən günlərə görə ümumilikdə 139841,73 manat dəbbə pulunun tutulması) hissəsində əsassız hesab edir.

107. Məhkəmə iddianın həmin hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış podrat və icarə müqavilələrində öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsinə, o cümlədən icranın gecikdirilməsinə görə dəbbə pulunun ödənilməsi nəzərdə tutulmamışdır.

108. Halbuki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

109. Həmin Məcəllənin 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.

110. Odur ki, tərəflər arasında dəbbə pulunun ödənilməli olması barədə yazılı razılaşma olmadığından məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

111. Məhkəmə iddia tələbini sonuncu, mənfəət itkisinə görə 350514,29 manat vəsaitin tutulması hissəsində də əsassız hesab edir.

112. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.

113. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

114. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

115. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

116. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

117. Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu.

118. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir.

119. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur.

120. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələrinin tələblərinə əsasən zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyi iddiaçının üzərinə düşür.

121. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdehin vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün cavabdehin ona birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur.

122. Hazırkı halda iddiaçı cavabdehin təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, Mülki Məcəllənin 21-ci maddəsində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir.

123. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı).

124. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən ümumilikdə 744103,71 manat (726403,71 manat + 7080 manat + 3540 manat + 3540 manat + 3540 manat) məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

125. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

126. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 1034,10 manat dövlət rüsumu cavabdehə, qalan 826,90 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

127. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən ümumilikdə 744103,71 manat əsas borc, 1034,10 manat dövlət rüsumu, ümumilikdə 745137,81 (yeddi yüz qırx beş min bir yüz otuz yeddi manat səksən bir qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş qalan 826,90 (səkkiz yüz iyirmi altı manat doxsan qəpik) manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar