Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-226/2020 03.03.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Hümbətov Eldəniz Məhəddin oğlunun katibliyi, İddiaçı1 və iddiaçıların nümayəndəsi, vəkil Nümayəndə və Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehna qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh, İddiaçı2 xeyrinə 2500 manant görülmüş işlərin dəyəri, 500 manat əldən çıxmış fayda, 150 manat hüquqi xidmətlərə görə vəkilə çəkilmiş xərc və işgüzar nufuza vurulmuş zərərin əvəzi olaraq kompensasiya kimi 1000 manat olmaqla, ümumilikdə 4150 manat pulun, həmçinin İddiaçı1 xeyrinə 3300 manat görülmüş işlərin dəyəri, 660 manat əldən çıxmış fayda, 150 manat hüquqi xidmətlərə görə vəkilə çəkilmiş xərc və işgüzar nufuza vurulmuş zərərin əvəzi olaraq kompensasiya kimi 1000 manat olmaqla, ümumilikdə 5110 manat pulun tutulub ödənilməsinə, bundan əlavə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçılarıların xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı1 ilə aylıq 1650 manat, İddiaçı2 ilə aylıq 1250 manatın ödənilməsi ilə bağlı müvafiq olaraq 2 aylıq xx xxxxx 2017-ci il tarixli, 11/XM nömrəli xidmətin göstərilməsi haqqında və xx xxxxx 2017-ci il tarixli, 10/XM nömrəli xidmətinin göstərilməsi haqqında müqavilə bağlanılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək, tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi vəkil Nümayəndə iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat vermiş və əlavə olaraq bildirmişdir ki, hər bir iddiaçıya görə tələb olunan müvafiq olaraq 500 və 660 manat məbləğində əldən çıxmış faydanın 2 il üçün illik 10% ilə hesablanan vəsaitdir. Odur ki, məhkəmədən qeyd olunanları nəzərə alaraq tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçılar tapşırığı yerinə yetirməmiş və iddiaçıların istifadəsində olan ultrasəsmüayinə aparatının kalibrasiya blokunu itirmişlər, bu 2019-cu ilin inventarizasiya siyahı ilə təsdiq olunur. Odur ki, məhkəmədən qeyd olunanları nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadəsində bildirmişdir ki, Cavabdeh texniki şöbəsinin rəisi vəzifəsində işləyir, institutun sifarişi ilə bağlı İddiaçı1 və İddiaçı2 ultrasəs üsulu ilə qaynaq tikişlərin müayinəsi işləri tam həcmdə görmüşlər. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İddiaçı2 (İcraçı) ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh (İnstitut) arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 10/XM nömrəli xidmət göstərilməsi haqqında müqavilədən görünür ki, müqavilənin qüvvədə olduğu müddət (xx.xx.2017-ci il tarixədək) ərzində İcraçı öz təcrübəsindən istifadə etməklə yüksək peşakarlıqla ultrasəs üsülü ilə qaynaq tikişlərin müayinəsi xidmətini yerinə yetirir, İnstitut isə görülən işlərin dəyərini ödəyir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən müqavilənin dəyəri aylıq olaraq 1250 (bir min iki yüz əlli) manat təşkil etmişdi və həmin müqavilənin 4.1-ci bəndinə əsasən bu muqavilə imzalandığı andan qüvvəyə minir və xx xxx 2017-ci il tarixinə qədər qüvvədədir. İddiaçı1 (İcraçı) ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh (İnstitut) arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 11/XM nömrəli xidmət göstərilməsi haqqında müqavilədən görünür ki, müqavilənin qüvvədə olduğu müddət (xx.xx.2017-ci il tarixədək) ərzində İcraçı öz təcrübəsindən istifadə etməklə yüksək peşakarlıqla ultrasəs üsülü ilə qaynaq tikişlərin müayinəsi xidmətini yerinə yetirir, İnstitut isə görülən işlərin dəyərini ödəyir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən müqavilənin dəyəri aylıq olaraq 1650 (bir min altı yüz əlli) manat təşkil etmişdi və həmin müqavilənin 4.1-ci bəndinə əsasən bu muqavilə imzalandığı andan qüvvəyə minir və xx xxx 2017-ci il tarixinə qədər qüvvədədir. xx.xx.2019-cu il tarixli BPM**********13 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı1 (AA*******) tərəfindən hüquq xidmətləri üçün 151 (bir yüz əlli bir) manat pul ödənilmişdir. xx.xx.2019-cu il tarixli BPM**********24 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı2 (AZE********) tərəfindən hüquq xidmətləri üçün 151 (bir yüz əlli bir) manat pul ödənilmişdir. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442 və 443.1-ci maddələri). Məhkəmə tədqiq olunan sübutlara əsasən müəyyən etmişdir ki, Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 ilə müvafiq olaraq hər ay 1650 və 1250 manat ödəməklə ultrasəs üsulu ilə qaynaq tikişlərin müayinəsi işlərin görməsi ilə bağlı 2 aylıq müqavilələr bağlanılmış, sonuncular tərəfindən məhkəməyə təqdim edilən ultrasəs müayinə rəylərə və şahid ifadəsinə əsasən sözügedən işlər görülmüş, lakin sifarişçi Cavabdeh tərəfindən görülən işlərin müqabilində iddiaçılara pul ödənilmədiyinə görə məhkəmə sonuncuların 2 aylıq xidmət haqqı və vəkilə çəkilmiş xərc ilə bağlı tələblərini əsaslı hesab edir. Eyni zamanda iddiaçılar əldən çıxmış faydanı 2 il üçün illik 10% ilə hesablasalar da, lakin bununla bağlı subut təqdim etmədiklərinə görə həmin vəsait Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən 5% ilə hesablanmalıdır. Bununla yanaşı işgüzar nufuza vurulmuş zərərin əvəzi olaraq kompensasiya kimi 1000 manat tələb ilə bağlı sübut təqdim olunmadığına görə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçıların tələbinin 72,1% təmin edildiyini nəzərə alan məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə münasib olaraq dövlət rüsumu kimi ödənilmiş 21,63 manat pul Cavabdeh tutularaq iddiaçılara ödənilməlidir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən edilməli və Cavabdeh 2500 manat görülmüş işlərin dəyəri, 250 manat əldən çıxmış fayda və 150 manat hüquqi xidmətə görə vəkilə çəkilmiş xərc olmaqla cəmi 2900 manat pul alınaraq İddiaçı2, 3300 manat görülmüş işlərin dəyəri, 330 manat əldən çıxmış fayda və 150 manat hüquqi xidmətlərə görə vəkilə çəkilmiş xərc olmaqla cəmi 3780 manat pul alınaraq İddiaçı1 ödənilməlidir. İddiaçıların işgüzar nufuza vurulmuş zərərin əvəzi olaraq kompensasiya kimi 1000 manat tələbləri ilə bağlı hissədə iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2500 manat görülmüş işlərin dəyəri, 250 manat əldən çıxmış fayda və 150 manat hüquqi xidmətə görə vəkilə çəkilmiş xərc olmaqla cəmi 2900 manat pul alınaraq İddiaçı2, 3300 manat görülmüş işlərin dəyəri, 330 manat əldən çıxmış fayda və 150 manat hüquqi xidmətlərə görə vəkilə çəkilmiş xərc olmaqla cəmi 3780 manat pul alınaraq İddiaçı1 ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş 21,63 manat pul Cavabdeh tutularaq iddiaçılar İddiaçı2 və İddiaçı1 ödənilsin. İddiaçıların işgüzar nufuza vurulmuş zərərin əvəzi olaraq kompensasiya kimi 1000 manat tələbləri ilə bağlı hissədə iddiaları rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-226/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-226/2020
03.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver