Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2261/2024 07.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: pulun qaytarılması Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rüstəmova Mülayim Akif qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pulun qaytarılması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. Cavabdeh MMC tərəfindən 32 nömrəli müqavilə üzrə (xx.xx.2025-ci ilə qədər qüvvədədir) 1.850 manat dəyərində www.azbeauty.az saytına bir illik yerləşməsi xidmətinin göstərilməsinə dair EBDY seriyalı, 359729 nömrəli imzalanma tarixi xx.xx.2024cü il olan elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə İddiaçınə göndərilmiş, lakin e-qaimə “ləğv edilməsi təklif edilmişdir” statusundadır.
2. Cavabdeh MMC tərəfindən 33 nömrəli müqavilə üzrə (xx.xx.2025-ci ilə qədər qüvvədədir) 1.850 manat dəyərində www.azbeauty.az e-maillərinə və məlumatlarına bir illik yerləşməsi xidmətinin göstərilməsinə dair EBDY seriyalı, 416027 nömrəli imzalanma tarixi xx.xx.2024-cü il olan elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə İddiaçınə göndərilmiş, lakin e-qaimə “ləğv edilməsi təklif edilmişdir” statusundadır.
3. Cavabdeh MMC tərəfindən 34 nömrəli müqavilə üzrə (xx.xx.2025-ci ilə qədər qüvvədədir) 1.850 manat dəyərində www.azbeautygroup.az saytına bir illik yerləşməsi xidmətinin göstərilməsinə dair EBDY seriyalı, 519722 nömrəli imzalanma tarixi xx.xx.2024cü il olan elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə İddiaçınə göndərilmiş, lakin e-qaimə “ləğv edilməsi təklif edilmişdir” statusundadır.
4. "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, İddiaçı MMC tərəfindən (EBDY seriyalı, 359729 nömrəli e-qaimə üzrə) Cavabdeh MMC-nin hesabına 1.850 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
5. "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, İddiaçı MMC tərəfindən (EBDY seriyalı, 416027 nömrəli e-qaimə üzrə) Cavabdeh MMC-nin hesabına 1.850 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
6. "xxxx" QSC-nin xx.xx.2024-cü il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, İddiaçı MMC tərəfindən (EBDY seriyalı, 519722 nömrəli e-qaimə üzrə) Cavabdeh MMC-nin hesabına 1.850 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
7. İddiaçı MMC-nin vergi elektron kabinetinə daxil olan e-qaimələrin siyahısından görünür ki, Cavabdeh MMC tərəfindən 1.850 manat dəyərində xx.xx.2024-cü il tarixli EBDY seriyalı, 359729 nömrəli, 1.850 manat dəyərində xx.xx.2024-cü il tarixli EBDY seriyalı, 416027 nömrəli və 1.850 manat dəyərində xx.xx.2024-cü il tarixli EBDY seriyalı, 519722 nömrəli elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə İddiaçınə göndərilmiş, lakin e-qaimələrin “vəziyyəti” qrafasında hər hansı qeyd (təsdiqləndi, sistem tərəfindən təsdiqləndi və s.) yoxdur.
8. İddiaçı MMC xx.xx.20224-cü il tarixli ərizə ilə AR Daxili İşlər Nazirliyinə müraciət edərək, bildirirmişdir ki, Cavabdeh MMC (VÖEN: **********) və onun rəhbəri Qanuni nümayəndə tərəfindən İddiaçı MMC-yə qarşı dələduzluq törədilərək 5550 manat məbləğində vəsait qanunsuz olaraq mənimsənilmişdir. Belə ki, artıq uzun illərdir bu qaydada dələduzluqla məşğul olan şəxslər bu dəfə şirkətlərinə qarşı bu qanunsuz hərəkətləri törətmişlər. Cavabdeh tərəfindən xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərində elektron qaimə-fakturalar göndərilmişdir. İddiaçı MMC tərəfindən müvafiq olaraq göstərilən tarixlərdə hər dəfə 1850 manat, ümumilikdə 5550 manat ödəniş həyata keçirilmişdir. Tərəflərindən aparılan araşdırma zamanı Cavabdeh MMC ilə İddiaçı MMC arasında heç bir müqavilənin bağlanmadığı və heç bir xidmətin sifariş olunmadığı müəyyən edilmişdir. Beləliklə, ödənişlər heç bir hüquqi əsas olmadan icra olunmuşdur. Beləliklə, heç bir qarşılıqlı müqavilə və ya hər-hansı razılaşma olmadan əsassız olaraq İddiaçı MMC-nin 5550 manat məbləğində pulu Cavabdeh MMC tərəfindən ələ keçirilmişdir. Şəxslər barədə internetdə axtarış edilən zaman bu şəxslərin daha əvvəllər də bu tipli qanunsuz əməllər törətdiyi və məsuliyyətə cəlb edildiyi barədə xəbərləri əldə etmək mümkündür. Yuxarıda göstərilənlərə əsasən şirkətlərinə vurulan zərərin aradan qaldırılması və cinayətkar şəxslərin məsuliyyətə cəlb edilməsi barədə tədbir görülməsini xahiş edirlər.
9. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə xəbərdarlıq (pretenziya) ünvanlanmışdır.
İİ. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
10. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 5.550 vəsaitin, o cümlədən 76 manat dövlət rüsumunun, ümumilikdə 5.626 manat vəsaitin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC (VÖEN: **********) və onun rəhbəri Qanuni nümayəndə tərəfindən İddiaçı MMC-yə qarşı dələduzluq törədilərək 5550 manat məbləğində vəsait qanunsuz olaraq mənimsənilmişdir. Belə ki, artıq uzun illərdir bu qaydada dələduzluqla məşğul olan şəxslər bu dəfə şirkətlərinə qarşı bu qanunsuz hərəkətləri törətmişlər. Cavabdeh tərəfindən xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərində elektron qaimə-fakturalar göndərilmişdir. İddiaçı MMC tərəfindən müvafiq olaraq göstərilən tarixlərdə hər dəfə 1850 manat, ümumilikdə 5550 manat ödəniş həyata keçirilmişdir. Tərəflərindən aparılan araşdırma zamanı Cavabdeh MMC ilə İddiaçı MMC arasında heç bir müqavilənin bağlanmadığı və heç bir xidmətin sifariş olunmadığı müəyyən edilmişdir. Beləliklə, ödənişlər heç bir hüquqi əsas olmadan icra olunmuşdur. Beləliklə, heç bir qarşılıqlı müqavilə və ya hər-hansı razılaşma olmadan əsassız olaraq İddiaçı MMC-nin 5550 manat məbləğində pulu Cavabdeh MMC tərəfindən ələ keçirilmişdir. Şəxslər barədə internetdə axtarış edilən zaman bu şəxslərin daha əvvəllər də bu tipli qanunsuz əməllər törətdiyi və məsuliyyətə cəlb edildiyi barədə xəbərləriəldə etmək mümkündür. Beləliklə, Cavabdeh MMC heç bir hüquqi əsas olmadan İddiaçı MMC-nin 5550 manat vəsaitini ələ keçirdiyindən həmin vəsaiti geri qaytarmalıdır. Cavabdehə təqdim olunmuş pretenziyada göstərilən müddət ərzində tələb icra olunmamışdır.
12. İddiaçı tələbinin maddi hüquqi əsası kimi AR Mülki Məcəlləninn 1091.1-ci və 1092.1-ci maddələrinə istinad etmişdir.
b) İddiaya qarşı etirazın dəlilləri
13. İddiaya qarşı etiraz təqdim olunmamışdır.
a. İşdə iştirak edən şəxslər və onların izahatları
14. İddiaçı və cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, lakin iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmədən mülki işə iddiaçı tərəfin məhkəmənin baxış iclasında iştirakı olmadan baxılmasını, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdeh gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
15. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
16. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
17. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).
İV. TƏTBİQ EDİLƏN HÜQUQ
18. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 385.2-ci maddəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 386.2-ci maddəsinə əsasən bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. - 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. - 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
19. AR MPM-in: - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
20. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir.
21. Belə ki, işin halları ondan ibarətdir ki, Cavabdeh MMC xx.xx.2024-cü il tarixində 32 nömrəli müqaviləyə istinad etməklə www.azbeauty.az saytına bir illik yerləşməsi xidmətinin göstərilməsinə dair 1.850 manat dəyərində, xx.xx.2024-cü il tarixində 33 nömrəli müqaviləyə istinad etməklə www.azbeauty.az e-maillərinə və məlumatlarına bir illik yerləşməsi xidmətinin göstərilməsinə dair 1.850 manat dəyərində və xx.xx.2024-cü il tarixində 34 nömrəli müqaviləyə istinad etməklə www.azbeautygroup.az saytına bir illik yerləşməsi xidmətinin göstərilməsinə dair 1.850 manat dəyərində, ümumilikdə 5.550 manat dəyərində elektron qaimələr tərtib edərək elektron sistem vasitəsilə İddiaçınə göndərilmişdir.
22. İddiaçı də öz növbəsində həmin e-qaimələr üzrə ümumilikdə 5.550 manat pul vəsaitini Cavabdeh MMC-nin hesabına köçürmüşdür.
23. Məhkəmə araşdırması zamanı o da müəyyən edilmişdir ki, sözügedən elektron qaimələrin ləğv edilməsi İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təklif edilmiş və hazırda e-qaimələrin “vəziyyəti” qrafasında hər hansı qeyd (təsdiqləndi, sistem tərəfindən təsdiqləndi və s.) yoxdur.
24. Hazırda İddiaçı tərəflər arasında heç bir müqavilənin bağlanmadığını və tərəflərindən cavabdehə heç bir xidmətin sifariş olunmadığını, tərəflərindən ödənişlərin heç bir hüquqi əsas olmadan icra olunduğunu iddia edərək həmin pulun geri qaytarılmasını tələb edir.
25. Məhkəmə qeyd edir ki, iş materiallarında olan sübutlara əsasən Cavabdeh MMCnin İddiaçı MMC-nin hesabına əmlak (5550 manat pul vəsaiti) əldə etməsi iş materialları ilə öz təsdiqini tapır, Cavabdeh MMC-nin həmin əmlakı əldə etməsinə dair hər hansı qanuni əsas və ya müqavilə əsasının mövcud olması isə müəyyən edilmir.
26. Odur ki, İddiaçı MMC tərəfindən 5550 manat pul vəsaitinin Cavabdeh MMC-nin bank hesabına köçürülməsi nəticəsində Cavabdeh MMC hər hansı qanuni əsas və ya müqavilə əsası olmadan başqa şəxsin hesabına əmlak əldə etməklə əsassız varlanmışdır.
27. Belə olan halda məhkəmə məhrum olan şəxs olan İddiaçı MMC -nin əsassız varlanmış şəxs olan Cavabdeh MMC-dən əsassız əldə etdiklərinin geri qaytarılmasını tələb etmək hüququna malik olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı 5.550 manat məbləğinhdə pul vəsaitinin cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.
28. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 76 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.
29. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 75,5 manat təşkil edir.
30. Hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 76 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.
31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. Cavabdeh MMC-dən 5.550 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 76 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva