Məhkəmə qərarları › İş №e-2-2(113)-2279/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2279/2025

14.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2279/2025 14.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçınə qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçınə qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən İddiaçı xeyrinə əsas borc 184.477,28 manat, illik gecildirilmiş vaxt üçün 5% (beş faiz) məbləğində hesablanmaqla 17.689,6 manat, 494 manat dövlət rüsumu, hüquqi yardım üçün ödənilmiş 500 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixində 03/20 nömrəli Podrad müqaviləsi, xx.xx.2020-ci il tarixində 10/2020 nömrəli Alqısatqı müqaviləsi, xx.xx.2021-ci il tarixində 07/21 nömrəli Podrat müqaviləsi, xx.xx.2022-ci il tarixində 02/22 - TTS MTT nömrəli Podrad müqaviləsi, xx.xx.2022-ci il tarixində 04/22-22- TTS-MTT nömrəli Podrad müqaviləsi bağlanmış və həmin müqavilələr əsasında MTT Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən işlər görülmüş, xidmətlər göstərilmişdir. Hazırda tərəflər arasında bağlanmış 02 iyun 2022-ci il tarixli 11/22-TTS-MTT nömrəli Podrat müqaviləsi üzrə MTT MMC ilə Tunel Tikinti Servis MMC arasında mübahisə yaranmışdır. 02 iyun 2022-ci il tarixli 11/22-TTS-MTT nömrəli Podrat müqaviləsinin 1.1-cimaddəsinə əsasən “Podratçı” “Sifarişçi”-nin tələblərinə uyğun olaraq" Hacıqabul rayonunda kənd təsərrüfatı sahələrində təsərrüfatdaxili yolların qurulması” layihəsinin icrası çərçivəsində Müqaviləyə əlavə olunmuş 1 saylı Əlavədə daha ətraflı göstərilən suvarma sistemlərinin qurulması üzrə tikinti işlərinirazılaşdırılmış həcmdə və dəyərində yerinə yetirməyi, layihə çərçevəsində zəruri qurğu,avadanlıq və təmir-tikintimal-materiallarını təchizetməyə, işləri başa çatdırmağı, tikintisi qurtarmış sistemi sınaqdan keçirməyi və sifarişçiyə istismara tam hazır vəziyyətdə təhvil verməyi (bundan sonra-İşlər), Sifarişçi isə podratçının gördüyü işin müqabilində müqavilə ilə müəyyən edilmiş muzdu podratçıya ödəməyi öhdəsinə götürür. Həmçinin müqavilənin 4.2.1-ci maddəsində podratçının hüquqları hissəsində podratçının müqavilə ilə müəyyən edilmiş muzdun ödənilməsini tələb etmək hüququ vardır. Müqavilənin 4.3.3-ci maddəsi sifarişçinin öhdəlikləri hissəsində sifarişçinin işlər yekunlaşdıqdan sonra müqavilə üzrə qənaətbəxş səviyyədə görülmüş içləri yekun təhviltəslik atkı əsasında podratçıdan təhvil almaq və dəyərini ödəmək öhdəliyi vardır. İddiaçı MMC tərəfindən müqavilədənəzərdə tutulmuş öhdəliklər tam və vaxtında icra etməsinə baxmayaraq öhdəliklərin qarşılıqlı icrasına gəldikdə Cavabdeh MMC müqavilə üzrə yaranmış öhdəliklərini tam və vaxtında icra etməmişdir. İddiaçı MMC tərəfindən xx.xx.2023 tarixli EBDB 105447 saylı 302.173.57 manat elektron qaimə göndərilmişdir. Həmin qaimə üzrə qalıq borc 184.477,28 manat təşkil edir. Həmçinin, cavabdeh "xxxx" MMC öhdəliyinin icrası vaxtını gecikdirməklə ona ziyan vurmuşdur. Ona görə də İddaçı pul öhdəliyinin gecikdirilməsi ilə Mülki Məcəlləyə uyğun olaraq illik 5 % miqdar gecikdirmə faizini tələb etməkdə haqlıdır. İllik gecikdirmə faizinə görə ümumilikdə 17689.6 manat borc yaranmışdır.

3. Cavabdeh İddiaçınə qarşı qarşılıqlı iddia ərizəsi üzrə Məhkəməyə müraciət edərək, 13 yanvar 2022-ci il tarixli 02/22-TTS-MTT saylı, 03 mart 2022-ci il tarixli 04/22- TTS-MTT saylı və 02 iyun 2022-ci il tarixli 11/22-TTS-MTT saylı müqavilələrə əsasən İddiaçı MMC-nin öhdəliklərini icra etməməsi nəticəsində "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə tətbiq edilmiş 119.000 manat cərimə məbləğinin İddiaçı MMC-dən Cavabdeh MMC-nin xeyrinə tutulması, məhkəməyə ödənilmiş 409 manat dövlət rüsumu və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 326 manat məbləğində pul vəsaitinin İddiaçı MMC-dən Cavabdeh MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, podratçı Cavabdeh MMC ilə sifarişçi "xxxx" MMC arasında 12 yanvar 2022-ci il tarixli, 01/22-TTS-GP saylı, 02 mart 2022-ci il tarixli, 04/22-TTS-GP və 01 iyun 2022-ci il tarixli 09/22-TTS-GP saylı İşlərin görülməsi (Xidmətlərin göstərilməsi) haqqında müqavilələr bağlanmışdır. Yuxarıda adı çəkilən müqavilələrin icrasını təmin etmək məqsədilə Cavabdeh MMC və İddiaçı MMC arasında 13 yanvar 2022-ci il tarixli 02/22-TTS-MTT saylı, 03 mart 2022-ci il tarixli 04/22-TTS-MTT saylı və 02 iyun 2022-ci il tarixli 11/22-TTS-MTT saylı müqavilələr bağlanmış və sifarişçi "xxxx" MMC-nin sifarişləri ilə bağlı işlərin görülməsi İddiaçı MMC-yə tapşırılmışdır. İddiaçı MMC iddia ərizəsində qeyd edir ki, «müqavilənin 4.3.3-ci maddəsi sifarişçinin öhdəlikləri hissəsində sifarişçinin işlər yekunlaşdıqdan sonra müqavilə üzrə qənaətbəxş səviyyədə görülmüş işləri yekun təhvil-təslim aktı əsasında podratçıdan təhvil almaq ve dəyərini ödəmək öhdəliyi vardır. İddiaçı MMC tərəfindən müqavilədə nəzərdə tutulmuş öhdəliklər tam və vaxtında icra edilməsinə baxmayaraq öhdəliklərin qarşılıqlı icrasına gəldikdə "xxxx" MMC müqavilə üzrə yaranmış öhdəliklərini tam və vaxtında icra etməmişdir. Bu səbəbdən "xxxx" MMC-nin xeyrinə 156.336,68 manat ziyan dəymişdir. Həmin əsaslanma ilə bağlı bildiririk ki, "xxxx" MMC-yə müqavilədə qeyd edilən işlər qənaətbəxş formada təhvil verilməmiş və İddiaçı MMC-nin öz öhdəliklərini vaxtında icra etməməsi və işlərin gecikdirilməsi səbəbindən "xxxx" MMC tərəfindən bizdən müqavilə üzrə 48.456,80 manat və 70.543,20 manat cərimə məbləği tutulmuşdur.

II. Tərəflərin mövqeləri:

5. Tərəflər məhkəmə baxış iclasına gəlməmişlər

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

7. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclasında iştirak etməmişlər və belə olan halda, tərəflər məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

- 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsində göstərilmişdir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. - 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər(yeni redaksiya). (borclu pul məbləğinin tutulmasını gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz tutulması yolverilməzdir. əvvəlki redaksiya).

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

9. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia qismən, qarşılıqlı iddia rədd edilməlidir.

10. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, Cavabdeh (sifarişçi) ilə İddiaçı (podratçı) arasında xx.xx.2022-ci il tarixli podrat müqaviləsi bağlanmışdır.

11. Müqavilənin predmeti Hacıqabul rayonunda kənd təsərrüfatı sahələrində təsərrüfatdaxili yolların qurulması olmuşdur.

12. Qeyd edilmiş müqaviləyə 1 saylı əlavə razılaşma protokolundan görünür ki, tərəflər görülməli olan işlərin ümumi dəyərini 1.477.285,31 manat həcmində razılaşmışlar.

13. Qeyd edilmiş müqaviləyə 2 saylı əlavə razılaşma protokolundan görünür ki, tərəflər görülməli olan digər işlərin dəyərini 5.192 manat həcmində razılaşmışlar.

14. İş materiallarında olan hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli forma-2-dən (təhvil-təslim) görünür ki, 209.008,4 manat dəyərində işlər icra edilmişdir.

15. Bu barədə iddiaçı tərəfindən cavabdehə dəyəri 209.008,4 manat olan xx.xx.2022-ci il tarixli EBCA 850628 saylı elektron qaimə göndərilmişdir.

16. İş materiallarında olan hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli forma-2-dən (təhvil-təslim) görünür ki, 107.228.51 manat dəyərində işlər icra edilmişdir.

17. Bu barədə iddiaçı tərəfindən cavabdehə dəyəri 107.228.51 manat olan xx.xx.2022-ci il tarixli EBCH 407399 saylı elektron qaimə göndərilmişdir.

18. İş materiallarında olan hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli forma-2-dən (təhvil-təslim) görünür ki, 864.066,8 manat dəyərində işlər icra edilmişdir.

19. Bu barədə iddiaçı tərəfindən cavabdehə dəyəri 864.066,8 manat olan xx.xx.2023-cü il tarixli EBCO 963008 saylı elektron qaimə göndərilmişdir.

20. İş materiallarında olan hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli forma-2-dən (təhvil-təslim) görünür ki, 5.192 manat dəyərində işlər icra edilmişdir.

21. İş materiallarında olan hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli forma-2-dən (təhvil-təslim) görünür ki, 296.981,57 manat dəyərində işlər icra edilmişdir.

22. Son iki qeyd edilmiş forma-2-lər üzrə barədə iddiaçı tərəfindən cavabdehə dəyəri 302.173,57 manat olan xx.xx.2023-cü il tarixli EBDB 105447 saylı elektron qaimə göndərilmişdir.

23. Göründüyü kimi, iddiaçı tərəfindən icra edilmiş işlərin ümumi dəyəri, 1.482.477,28 manat təşkil edir.

24. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya görülümüş işlərə görə ümumilikdə 1.298.000 manat pul ödənilmişdir.

25. Hazırda cavabdeh tərəf işlərin görülməsini mübahisələndirmir, lakin pulun ödənilməməsi səbəbini, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə üzrə 70.543,2 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə onlardan 48.456,8 manat cərimə borcunun tutulması ilə izah edir və qeyd edilmiş 119.000 manat pulun ilkin iddiaçıdan tutulmasını xahiş edir.

26. Bununla bağlı Məhkəmə qeyd edir ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli müqavilələrin hazırkı ilkin iddiaçı tərəfindən görülümüş işlərlə hər hansı bir bağlılığı yoxdur.

27. Belə ki, işə əlavə edilmiş Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin 1.1-ci bəndindən də, göründüyü kimi, müqavilənin predmeti Hacıqabul rayonunda kənd təsərüffatı bitkilərinin su təminatı sistemlərinin qurulması olmuşdur.

28. Həmçinin işə əlavə edilmiş Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin 1.1-ci bəndindən də, göründüyü kimi, müqavilənin predmeti Hacıqabul rayonunda kənd təsərüffatı bitkilərinin su təminatı sistemlərinin qurulması olmuşdur.

29. Hazırkı mübahisənin predmeti olan Cavabdeh (sifarişçi) ilə İddiaçı (podratçı) arasında xx.xx.2022-ci il tarixli podrat müqavilə isə, Hacıqabul rayonunda kənd təsərrüfatı sahələrində təsərrüfatdaxili yolların qurulması olmuşdur.

30. Yəni, iddiaçı tərəfindən müqavilənin 6.1-ci bəndinin şərtlərinə ( işlərin xx.xx.2022-ci il tarixdə bitməli olması) əməl edilməməsi əsası ilə, "xxxx" MMC tərəfindən Cavabdehnə xx.xx.2022-ci il tarixli müqavilə üzrə 70.543,2 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 48.456,8 manat cərimənin tətbiq edilməsi arasında hər hansı bir bağlılıq yoxdur.

31. Həmçinin də, işə əlavə edilmiş Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsindən də, göründüyü kimi, Cavabdeh qeyd edilmiş 119.000 manat məbləğində pulu heç "xxxx" MMC-dən tələb etməmişdir.

32. Göründüyü kimi, ilkin iddiaçı tərəfindən 1.482.477,28 manat dəyərində işlər icra edilmiş, cavabdeh tərəfindən isə 1.298.000 manat ödəniş edilməklə, 184.477,28 manat borcu qalmışdır.

33. Ona görə də, Məhkəmə hesab edir ki, qarşılıqlı iddia rədd edilməli, xx.xx.2022ci il tarixli 11/22-TTS-MTT müqavilə üzrə 184.477,28 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilməlidir.

34. Məhkəmə ilkin iddianın əsas borca illik 5 faiz hesablanmaqla 17.689,6 manat pulun tutulması ilə bağlı aşağıdakakıları qeyd edir.

35. İş materiallarından görünür ki, ilkin iddiaçı cavabdehə göndərilmiş son elektron qaimə və forma-2, xx.xx.2023-cü il tarixdə olmuş, ilkin iddiaçı isə, Məhkəməyə xx.xx.2025ci il tarixdə etmişdir.

36. Göründüyü kimi, görülmüş işə görə pulun ödənilməsi üçün ağlabatan müddət də, çıxılmaqla, cavabdeh ödənişi 22 ay gecikdirmişdir.

37. Ona görə də, Məhkəmə hesab edir ki, əsas borca illik 5 faiz hesablanmaq 16.910,4 (184.477,28x5/100=9.223,86 (1 il üçün), 9.223,86/12=768,655 (1 ay üçün), 768,655x22=16.910,4 (22 ay üçün)) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilməlidir.

38. Bundan başqa məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq ilkin iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq, 491,39 manat, vəkilə çəkilmiş xərcin əvəzi olaraq 500 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilməlidir.

39. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. VI. Nəticə:

40. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İlkin iddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli 11/22-TTS-MTT müqaviləyə əsasən əsas borc üzrə 184.477 (yüz səksən dörd min dörd yüz yetmiş yeddi) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Əsas borca illik 5% hesablanmaqla 16.910 (on altı min doqquz yüz on) manat 40 (qırx) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 491 (dörd yüz doxsan bir) manat, 39 (otuz doqquz) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 500 (beş yüz) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar