Məhkəmə qərarları › İş №e-2-2(113)-2295/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2295/2023

05.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2295/2023 05.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının qanuni tənmsilçisi İsmet Yedikin, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti) qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-dən 1.021.813 ABŞ dolları pul vəsaiti, habelə ödənilmiş 1.659 manat dövlət rusumu tutularaq Türkiyənin hüquqi şəxsi olan İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Türkiyənin hüquqi şəxsi İddiaçı (bundan sonra İMECE) dünya bankının maliyyə vəsaiti ilə Meliorasiya və Su Təsərrüfatı ASC-in sifarişi ilə tikinitisi həyata keçirilmiş “Cəlilabad su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”ndə Layihəçi olaraq yer almışdır. Bu Layihə çərçivəsində Layihənin 4 Lotu üzrə Podratçılar “Beton&Rohrbau”, "xxxx" Birgə Müəssisəsi və "xxxx" X3 Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC, podratçılar adından çıxış edərək onlarla xx.xx.2012-ci il tarixində “Layihələndirmə, Mühəndislik Xidmətləri və X12” üçün 4 müqavilə bağlamışdır. Hər bir Lot üzrə Müqavilələr aşağıdakılardır: Lot-1: Cəlilabad Çirkab X28 və Kollektor Xəttinin Tikintisi (Podratçı: Beton&Rohrbau) Lot 2: X21 üçün su və kanalizasiya şəbəkəsinin Tikintisi (Podratçı: Art-Akkord BM) Lot 3: X22 Xəttinin Tikintisi (Podratçı: Art- Akkord BM) Lot 4: X23 üçün su və kanalizasiya şəbəkəsinin Tikintisi (Podratçı: Çakır YapıGül İş BM) Daha sonra İMECE, X19 tələblərinə uyğun olaraq Podratçılar tərfindən Sifarişçiyə və Dünya Bankı ilə Sifarişçinin Məsləhətçisi GauffTemelsuya Layihənin tək rəsmi Layihəçisi kimi təqdim edilmiş və Məsləhətçinin razılaşma məktubları ilə İMECE, layihənin hər bir lotu üzrə yeganə rəsmi Layihəçi olaraq təsdiq edilmişdir. Beləliklə İMECE, Sifarişçi və Məsləhətçi tərəfindən təsdiqlənmiş Baş Layihəçi statusunda, Cəlilabad su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində bütün lotlar üzrə podratçılara və onların subpodratçısı Akkorda layihələndirmə, mühəndislik və məsləhətçilik xidmətləri göstərilmişdir. Layihədəki meyarların Azərsu ilə razılaşdırması baxımından layihələndirmələr iki dəfə həyata keçirilmiş, Lot-1 üzrə isə ÇSTQ-un yerinin və meyarlarının bir neçə dəfə dəyişdirilməsinə bağlı olaraq onun layihələndirmə işləri iki dəfədən də artıq həyata keçirilmişdir və bunlar öz təsdiqlərini Akkord rəhbərliyinin də imzaladığı X9 (DƏT və ya COP) və X1 layihələndirmə işləri üçün nəzərdə tutulmuş Cədvəl-3-də (Schedule 3) öz əksini tapmışdır. Müqavilənin Xüsusi Şərtlər hissəsində, Mmaddə 7.1-də müəyyən olunmuşdur ki, X15 layihənin layihələndirilməsində hər hansı dəyişiklik edilməsini tələb edər və bu dəyişiklik Məsləhətçinin yerinə yetirdiyi xidmətlərin həcminin artmasına və Əsas Müqavilənin nəzdində layihələndirmə/mühəndislik işində qiymət artımına səbəb olarsa (Müştərinin işinə aid olmayan), tərəflər razılığa gəlir ki,layihələndirmə/mühəndislik işinin nəticəsində yaranan haqqın (pul vəsaitinin) 62% birbaşa İMECE-yə ödənilməlidir, qalan 38 % isə akkorda ödənilməlidir. Nəticədə, layihələndirmə işləri ilə bağlı bütün müvafiq rəylər və razılaşdırmalar Sifarişçidən, məsləhətçidən, Azərsu-dan və FHN Dövlət Baş Ekspertizalarından alınmış və işlər tərəflərindən müvəffəqiyyətlə tamamlanmışdır. Cəlilabad layihəsində onlar tərəfindən təkcə layihələndirmə və mühəndislik fəaliyyəti göstərilməmiş, həmçinin aşağıdakı işlər də yerinə yetirilmişdir: Layihənin idarə edilməsi və layihənin təşkili, işçi təmini ilə bağlı Akkorda köməklik; Ərazinin geoloji araşdırmaları və qruntun labaratoriya sınaqları; Ərazinin xəritə və geodeziya işlərinə nəzarət, düzəliş və razılaşdırılması; DƏT– X10 - hazırlanması və Sifarişçi ilə razılaşdırılması; Nəticə olaraq yuxarıda qeyd edilən Müqavilələrdə əks olunmuş və daha sonra Müqavilələrə əlavə olunmuş xidmətlər İMECE tərəfindən tamamlanmışdır. İşlərin tam görülməsi faktı müvafiq dövlət orqanlarının ekspetiza rəyləri və sertifikatları, habelə sifarişçinin və əsas podratçının mavafiq məktubları ilə təsdiq edilmişdir. Buna baxmayaraq, İMECE-yə ödənilməli pul vəsaitləri indiyədək də ödənilməmiş qalmışdır. Onlara məlum olmuşdur ki, Sifarişçi tərəfindən bütün ödənişlər tam şəkildə Akkord ASC-yə ödənilmişdir. Lakin Akkord ASC tərəfindən İMECE-yə ödənilməli pul vəsaitləri ödənilməmiş və İMECE-yə ödənilməli olan ümumilikdə 1.021.813 ABŞ Dolları (ƏDV-siz) pul vəsaiti onlarda olan əsaslı şübhələrə görə onlara məlum olmayan şəxslər tərəfindən mənimsənilmişdir. Belə ki, Müqavilələrin şərtlərinə görə İMECE-nin bütün Lotlar üzrə almalı olduğu ödəniş, ilkin Müqavilələr (1.806.279,66 ABŞ dolları) + DƏT (1.589.025,54 ABŞ dollar) birlikdə, cəmi 3.435.305 ABŞ dollarıdır. Bu məbləğin 1.626.691 ABŞ dolları həcmindəki hissəsi müxtəlif vaxtlarda köçürmə yolu ilə, 786.800 ABŞ dolları həcmindəki hissəsi isə nağd şəklində İMECE-yə ödənilmişdir. Ancaq yerdə qalan 1.021.813 ABŞ Dolları (ƏDV-siz) həcmindəki məbləğ indiyədək də ödənilməmişdir. İlk öncə onlar elə düşünürdülər ki, qeyd olunan məbləğin ödənilməməsinin səbəbi Sifarişçi tərəfindən ödənişlərin edilməməsidir. Lakin sonradan məlum olmuşdur ki, ödənişlər Akkorda tam şəkildə edilmişdir. Bu isə onlarda əsaslı şübhələr yaradır ki, İMECE-yə məxsus pul vəsaitləri qanunsuz olaraq mənimsənilmişdir. Akkorda etdikləri bütün yazılı və şifahi müraciətlərə və Akkord rəhbərliyinin dəfələrlə söz və vədlər verməyinə baxmayaraq, bu günə kimi məsələ həll edilməmiş, İMECE-yə aid pul vəsaiti ödənilməmişdir. Bütün bu hallar onların pul vəsaitlərinin mənimsənilməsi ilə bağlı əsaslı şübhələrinin əbəs olmamasına dəlalət edir. Bundan başqa, rəsmi sənədlərdə saxtakarlıqların edilməsi ilə bağlı da onlar da şübhələr vardır. Belə ki, layihənin yeganə rəsmi layihəçisi İMECE olmağına baxmayaraq, layihə ilə bağlı bəzi sənədləşmələrdə (istismara hazırlıq aktları, istismar aktları, müəllif nəzarət işlərində və s.) qanunsuz şəkildə başqa layihəçi təşkilatların adından və möhüründən istifadə edilməsinə dair məlumatlar vardır. Həmçinin Lot-4 üzrə podratçının (Çakır YapıGül İş BM-in) etibarnamə əsasında yeganə təmsilçisi olan şirkətlərinin rəhbəri İsmet Gedikin imzasının Akkord tərəfindən saxtalaşdırılaraq Lot-4 üzrə son 5% tutulmanın qanunsuz şəkildə sifarişçidən alınması ilə bağlı da əsaslı şübhələr vardır. Nəticə etibarı ilə, həm İMECE-yə məxsus 1.021.813 ABŞ dolları həcmindəki vəsaitin mənimsənildiyi müəyyən olunur, həm də İMECE adından sənədlərin saxtalaşdırılmasına dair əsaslı şübhələr ortaya çıxır. “Xarici investisiyaların qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində xarici investisiya hüquqi cəhətdən tam və qeyd-şərtsiz müdafiə olunur. Belə müdafiə, Azərbaycan Respublikasının bu Qanunu, başqa qanunvericilik aktları və beynəlxalq müqavilələri ilə təmin olunur. Tərəflərindən dövlət orqanlarına artıq yazılı müraciətlər olunmuşdur. Bundan sonra, Akkord tərəfindən 03-01/641 saylı xx.xx.2022-ci il tarixli məktubla KOBİA İdarə Heyətinin sədrinin birinci müavini cənab Namiq Həsənova cavab göndərilmişdir. Həmin məktubda Akkord tərəfindən onlarla müqavilə bağlaması və əməkdaşlıq edilməsi etiraf edilmişdir. Bu zaman, guya tərəflərindən hansısa işlərin icra edilməməsi, habelə Akkord tərəfindən digər şirkətlərin işlərə cəlb edilməsi qeyd olunmuşdur. Yuxarıda da qeyd olunduğu kimi, işlərin görülməsi faktı Sifarişçi tərəfindən qəbul edilmişdir və təsdiq edilmişdir (müvafiq rəy və məktublar vardır). Ona görə də, hansısa işlərin görülməməsi subpodratçı olan Akkord tərəfindən bildirilə bilməz. Digər tərəfdən işlərin guya hansısa bir hissəsinin digər şirkət tərəfindən icra olunmasının qeyd olunması da faktiki və hüquqi baxımdan ola bilməz. Çünki, qeyd olunan LOT-lar üzrə işlərin yeganə və tək layihəçisi İMECE-dir. Layihəçinin dəyişdirilməsi, başqa layihəçinin işlərə cəlb edilməsi yalnız sifarişçinin razılığı ilə ola bilərdi ki, belə bir razılıq mövcud deyildir. Sifarişçi tərəfindən onlara ünvanlanmış məktublarda birmənalı olaraq qeyd olunur ki, hər hansı başqa layihəçi mövcud olmamışdır və tək layihəçi olaraq yalnız İMECE qəbul edilir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə ş üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. xx.xx.2023-cü il tarixdə cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi üzrə iddia müddətinin keçməsini tətbiq etməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı iddia tələbinin əsası kimi xx.xx.2012-ci il tarixli müqaviləyə istinad etmişdir. Müqavilə tarixindən 11 il keçdikdən sonra iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə də, iddiaçı iddia müddətini ötürmüşdür. Bundan əlavə, iddiaçı görülmüş işləri təsdiq edən hər hansı bir sənəd məhkəməyə təqdim etməmişdir. Daha sonra iddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehin xx.xx.2023-cü il tarixli iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə etiraz təqdim edərək, iddia müddətinin tətbiqi haqqında ərizənin təmin edilməməsini xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki, Türkiyənin hüquqi şəxsi İddiaçı (bundan sonra İMECE) dünya bankının maliyyə vəsaiti ilə Meliorasiya və Su Təsərrüfatı ASC-in sifarişi ilə tikinitisi həyata keçirilmiş “Cəlilabad su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”ndə Layihəçi olaraq yer almışdır. Bu Layihə çərçivəsində Layihənin 4 Lotu üzrə Podratçılar “Beton&Rohrbau”, "xxxx" Birgə Müəssisəsi və "xxxx" Birgə Müəssisəsinin adından çıxış edən Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC (bundan sonra Akkord ASC), xx.xx.2012-ci il tarixində “Layihələndirmə, Mühəndislik Xidmətləri və X12” üçün 4 müqavilə bağlamışdır. Həmin müqavilələr üzrə Akkord ASC Podratçılar “Beton&Rohrbau”, "xxxx" Birgə Müəssisəsi və "xxxx" Birgə Müəssisəsini təmsil etmişdir. Sifarişçi Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən verilən məlumata görə, İMECE-yə məxsus 1.021.813 ABŞ dolları həcmindəki pul vəsaiti Akkord ASC-yə ödənilmişdir. Belə olan halda, müəyyən olunur ki, mülkiyyətçi İMECE-yə məxsus 1.021.813 ABŞ dolları həcmindəki pul vəsaiti Akkord ASC-in qanunsuz sahibliyində qalmışdır. Sifarişçi Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən pul vəsaitlərin Podratçılar Beton&Rohrbau”, "xxxx" Birgə Müəssisəsi və "xxxx" Birgə Müəssisəsinə deyil, birbaşa Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-nə ödənilməsi faktı məhkəmənin xx.xx.2023-cü il tarixli hazırlıq iclası zamanı "xxxx" ASC-in nümayəndəsi tərəfindən məhkəmədə bildirilmişdir. Bu isə bir daha təsdiq edir ki, mülkiyyətçi İMECE-yə məxsus 1.021.813 ABŞ dolları həcmindəki pul vəsaiti Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC-in qanunsuz sahibliyindədir. Cavabdeh tərəf nəzərə almamışdır ki, onların iddia tələblərinin məzmunu müqavilə üzrə öhdəliklərin icrası ilə bağlı deyil, çünki müqavilələr üzrə tərəf olan şəxs “Beton&Rohrbau”, "xxxx" Birgə Müəssisəsi və "xxxx" Birgə Müəssisəsidir ki, tələb olunan pul vəsaiti həmin hüquqi şəxslərdə deyil, məhz cavabdeh "xxxx" ASC-in qanunsuz sahibliyində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-ci maddəsinin birmənalı tələbinə görə mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. Nəzərə almaq lazımdır ki, əşya hüquqları tam və məhdud əşya hüquqları olaraq iki əsas qrupa ayrılır: tam əşya hüququ mülkiyyət hüququ; məhdud əşya hüquqları - servitut, uzufrukt, tikintiyə vərəsəlik, girov və ipoteka. Bu hüquqların xüsusiyyəti ondan ibarətdir ki, bu hüquqlardan istifadə edilməməsi onların aradan qalxmasına səbəb olmur və hər kəsə qarşı tələbin irəli sürülmə imkanı da hər hansı bir müddətlə məhdudlaşdırılmır. Əşya hüquqlarının iddia müddətinə tabe olmaması prinsipi hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biridir və Konstitusiyanın 29-cu maddəsinin, 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin müddəalarının təmin edilməsinə xidmət edir. Bundan başqa, nəzərə almaq lazımdır ki, hətta hazırkı halda müqavilə hüququ tətbiq edildiyi halda belə iddia müddəti keçməmişdir. Belə ki, Layihə çərçivəsində Layihənin 4 Lotu üzrə Podratçılar “Beton&Rohrbau”, "xxxx" Birgə Müəssisəsi və "xxxx" Birgə Müəssisəsinin adından çıxış edən Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası ASC xx.xx.2012-ci il tarixində “Layihələndirmə, Mühəndislik Xidmətləri və X12” üçün 4 müqavilənin hamısında eyni aşağıdakı eyni məzmunda müddəalar vardır: Müqavilələrin 2.7.5-ci bəndə əsasən məsləhətçiyə müqavilənin tələbləri əsasında, fors-major hadisə nəticəsində xidmətlər göstərə bilmədiyi müddət ərzində ödəniş edilməli, eyni zamanda, xidmətlərin görülməsi və onların bərpası müddətində çəkdiyi əlavə xərclər ağlabat əsaslarla sonda ödənməlidir. 2.9.5-ci bəndə əsasən müştəri ÜŞ-nin 2.9 və ya 2.9.2-ci bəndləri üzrə müqavilənin xitamı ilə birlikdə, məsləhətçiyə müqavilənin xitam tarixindən öncə yerinə yetirdiyi qənaətbəxş xidmətlərə görə ÜŞ-nin 6-cı maddəsinə uyğun ödənişlər etməlidir. (nəzərə almaq lazımdır ki, müqavilələrə xitam verilməmişdir). 5.5-ci bəndinə görə bu müqaviləyə əsasən, müştəri, məsləhətçinin yerinə yetirməli olduğu xidmətlərin müqabilində ona ÜŞ-nin 6-cı maddəsində nəzərdə tutulan qaydada və əsaslarla ödənişlər etməlidir. İİ. Müqavilənin Xüsusi Şərtlərinin 6-cı bəndlərinə əsasən ÜŞ maddə 2.4 -Müqaviləyə Əlavə A-da göstərildiyi kimi məsləhətçi tərəfindən xidmətlərin yerinə yetirilməsi başa çatdıqdan və işəgötürən tərəfindən təsdiq edildikdən, eləcə də bu müqavilənin tələbləri əsasında müştəri tərəfindən göstərilən xidmətlər müqabilində məsləhətçiyə bütün ödənişləri ödəndikdən sonra xitam verilir. (nəzərə almaq lazımdır ki, həmin müqavilədə ”İşəgötürən” dedikdə, Azərbaycan Meliorasiya və X31 Səhmdar Cəmiyyəti və onun rəsmi nümayəndəsi başa düşülür). Bu isə onu təsdiq edir ki, hətta cavabdeh tərəfin istinad etdiyi xx.xx.2012-ci il tarixli müqavilələrə, həmin müqavilələrin məcburi şərtinə əsasən bütün ödənişləri ödəndikdən sonra xitam verilir. Bundan başqa, cavabdeh tərəf öz ərizəsində “iddiaçı görülmüş işləri təsdiq edən hər hansı bir sənəd məhkəməyə təqdim etməmişdir” qeyd etmişdir. Bu isə onu göstərir ki, cavabdeh tərəf iş materialları ilə tanış olmamışdır. Belə ki, cavabdeh tərəf iş materialları ilə tanış olmuş olsa idi, ən azından iş materiallarında olan hər 4 LOT üzrə Sifarişçi qismində çıxış edən Azərbaycan Meliorasiya və X31 Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş iş bitirmə şəhadətnamələri və FHN tərəfindən işlərin təhvil verilməsini təsdiq edən ekspertiza rəylərini müəyyən etmiş olardı. Bundan başqa, 2020-ci ildə işlərin təhvil-təslimi ilə bağlı Azərsu ASC və Azərbaycan Meliorasiya və X31 Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş müvafiq AKT vardır. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. İddiaçının qanuni təmsilçisi İsmet Yedik məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Verilmiş suallara cavab olaraq İ.Yedik pandemiya ilə bağlı 2020-ci ildən sonra müəyyən müddət Azərbaycan Respublikasına gələ bilmədiyini, daha sonra sağlamlığında problemlər yarandığını, göstərilən səbəblərdən hazırkı iddianı daha əvvəl qaldıra bilmədiyini qeyd etdi. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddia ərizəsində və cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə xx.xx.2023-cü il tarixdə vermiş olduğu etirazında göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Nümayəndə1 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirdi ki, rəylər işlərin tərəflərindən görülməsini sübuta yetirir. İşlər 2019-cu ildə yerinə yetirirlib. Müxtəlif vaxtlarda ödəniş edilib. Sonuncu dəfə 2018-ci ildə ödəniş edilib. "xxxx" Açıq Səhmdar Cəmiyyəti iş üzrə sifarişçi olub. ASC-nin tərəflərindən işlərin görülməsi barədə məlumatı olmuşdur. Məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, iddiaçı şirkət bütün lahiyələndirmə işlərini aparıb. Cavabdeh iddiaçıya ödəniş etməli idi. Onlar bütün işlərin dəyərini cavabdehə ödəmişlər. Nümayəndə2 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, mübahisəli layihələr üzrə İddiaçındən başqa lahiyələndirmə işlərini aparan şirkət olmayıb. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə3 iddia tələbini qəbul etməyərək, izahatında tələbin müqavilədən irəli gəldiyini və bu səbəblə iddiaçının müddəti ötürdüyünü, müqavilənin 2012-ci ildə bağlandığını, təhvil-təslim aktlarındaki imzaların kimə məxsus masının onlara məlum olmadığını bildirmişdir. Nümayəndə3 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, lahiyənin həyata keçirilməsi mübahisəsizdir, lakin bu işlər ilə bağlı onlarda sənədlər yoxdur. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş üçüncü şəxsin nümayəndəsi X7 izahatında bildirmişdir ki, o mübahisəli obyektin tikintisi gedən müddətdə lahiyə rəhbəri vəzifəsində çalışmışdır. Mübahisə Cəlilabad müqaviləsi ilə bağlıdır. Bütün podratçı şirkətlərin subpodratçısı “X2 Company” MMC olmuşdur. Bir müddət "xxxx" ASC subpodratçı idi. İddiaçı şirkət 2012-2018-ci illərdə bütün lahiyələndirmə işlərini aparıb. Onlar bütün görülmüş işlər üzrə və lahiyələndirmə üzrə ödənişlər etmişlər. F.Ağarzayev məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, ilk üç lot üzrə subpodratçısı “X2 Company” MMC-yə ödəniş edilib, 4-cü lot üzrə "xxxx" Birgə Müəssisənə ödəniş edilib. Məktubda ödənişin "xxxx" ASC-yə edildiyi kimi göstərilməsinin səbəbi ondan ibarətdir ki, "xxxx" ASC müqavilə üzrə tərəf idi. “X2 Company” MMC-yə ödəniş etmələrinin səbəbi "xxxx" ASC-nin bununla bağlı müraciətinin olması idi. Lot 1-də 2019-cu ilin iyun ayında ödənilib, digərlər lotlar üzrə 2018-ci ilin mart ayında ödəniş edilib. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: - “Çakır Yapı&X24” MMC (baş podratçı) ilə "xxxx" ASC (subpodratçı) arasında bağlanmış 05 iyun 2012-ci il tarixdə AP 1425/1212 saylı bağlanmış müqavilənin: 1.1-ci bəndinə əsasən “Çakır Yapı&Gülişin” Baş podratçı qismində çıxış etdiyi SNWSSP-JAL-NETW2-D&B-11/2011nömrəli xx.xx.2012-ci il tarixli Cəlilabad rayonunun Qərb hissəsi üçün Su və Kanalizasiya Şəbəkəsinin Tikintisinə dair müqavilə (əsas müqavilə) üzrə “Çakır Yapı&Güliş” sifarişçi tərəfindən ona tapşırılmış, o cümlədən bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan 1 saylı Əlavəsində göstərilən bütün podrat işlərinin görülməsini bu subpodrat müqaviləsi əsasında "xxxx" müvafiq haqq ödəyir. Sifarişçi Azərbaycan Meliorasiya və X31 Səhmdar Cəmiyyətidir. 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə “Çakır Yapı&Güliş” tərəfindən "xxxx" ödəniləcək məbləğ ƏDV daxil 40.961.979,71 ABŞ dolları təşkil edir. Tərəflər razılaşırlar ki, sifarişçi tərəfindən əsas müavilə üzrə həcm artarsa, “Çakır Yapı&Güliş” həmin artan qiymətlərlə "xxxx" ötürəcək və “Akkord” həmin işləri icra edərək “Çakır Yapı&Güliş”ə təhvil verəcək. Bu artan işə görə “Çakır Yapı&Güliş” sifarişçidən aldığı pulu tam həcmdə "xxxx" ödəyəcəkdir. 2.3-cü bəndinə əsasən bu müqavilə imzalandıqdan sonra “Çakır Yapı&Güliş” tərəfindən ƏDV daxil 3.704.171,63 ABŞ dolları avans qismində "xxxx" bank köçürmə yolu ilə ödənilir. - İddiaçı Azərbaycan Respublikasındakı Filialı (məsləhətçi) ilə “Beton və Rohrbau C.-F.Thymian GmbH & Co.KG” adından "xxxx" ASC (müştəri) arasında bağlanmış 01 avqust 2012-ci il tarixli SNWSSP-JAL-1-D&B-08/2011 saylı bağlanmış Texniki Məsləhət, Layihələndirmə və Mühəndislik Xidmətləri müqaviləsindən görünür ki: a) müştəri məsləhətçiyə Cəlilabad Rayon Çirkab X28 və Kollektor Xətti üçün (SNWSSP- JAL-1-D&B-08/2011) (bundan sonra “Layihə”) Müqavilədə göstərilən layihələndirmə, mühəndislik və texniki məsləhət xidmətləri (bundan sonra “Xidmətlər”) göstərməyi tapşırmış; b) məsləhətçi də öz növbəsində müştəriyə tələb olunan peşəkar bacarıqlara və keyfiyyətlərə, eləcə də insan və texniki resurslara sahib olduğunu bildirərək, bu müqavilədə nəzərdə tutulan şərtlər əsasında xidmətlər göstərməyə razılıq vermişdir. Müqavilənin: 2-ci bəndinə əsasən müştəri və məsləhətçinin ümumi hüquq və vəzifələri bu müqavilədə göstərilməklə: a) Məsləhətçi müqavilənin müddəaları üzrə xidmətləri göstərməli; və b) Müştəri müqavilənin müddəaları üzrə məsləhətçiyə müvafiq ödənişlər etməlidir. İ. X13 2.1 X14 Bu müqavilə, əgər müştəri xidmətlərin başlama tarixinin başqa tarixdən hesablanması ilə bağlı məsləhətçiyə göstəriş verməmişdirsə, müqavilədə göstərilən tarixdən etibarən hüquqi qüvvəyə minir və başlanır. Əgər başqa hal nəzərdə tutulmamışdırsa, bu göstəriş xüsusi şərtlərdə (bundan sonra – XŞ) göstərilən bütün qüvvədə olma şərtlərinin qarşılıqlı şəkildə razılaşdırıldığını təsdiq etməlidir. 5.5 Ödəniş Bu müqaviləyə əsasən, müştəri, məsləhətçinin yerinə yetirməli olduğu xidmətlərin müqabilində ona ümumi şərtlərin (bundan sonra - ÜŞ) 6-cı maddəsində nəzərdə tutulan qaydada və əsaslarla ödənişlər etməlidir. 6.4 Ödəniş və Hesablaşma Forması Xidmətlərin yerinə yetirilməsi ilə bağlı ödənişlər və hesablaşmalar aşağıdakı kimi həyata keçirilir: a) Digər hallardan savayı, müştəri XŞ-ə əsasən məsləhətçiyə ilkin ödəniş ödəyir. İlkin ödəniş XŞ-də nəzərdə tutulan məbləğdə və valyutada məsləhətçinin müştəriyə təqdim etdiyi bank zəmanətindən sonra ödənilir və bank zəmanəti XŞ-ə əsasən öz qüvvəsini ilkin ödənişin tam şəkildə ödənilməsindən (geri ödəmə) sonra saxlayır. b) Müştəri, məsləhətçinin aylıq bəyannamələri üzrə bütün ödənişlərini on beş (15) bank günü müddətində Müştəri tərəfindən digər sənədlərlə birgə bəyannamələri təhvil adıqdan və İşəgötürən tərəfindən ödənişin həyata keçirilməsindən sonra ödəməlidir. Aylıq ödənişin yalnız qənaətbəxş dərəcədə dəstəklənməyən hissəsi ümumi ödənişdən çıxılır. Faktiki ödəniş və məsləhətçi tərəfindən meydana gələn xərclər arasında uyğunsuzluq aşkarlanarsa, müştəri ödənişlərə ya əlavə etməli və ya ödənişlərdən yaranan fərqi çıxmalıdır. b) Müqavilə ilə bütün ödənişlər məsləhətçinin XŞ-də nəzərdə tutulan bank hesabına ödənilir. Bank hesabı yalnız yazılı şəkildə məsləhətçi tərəfindən dəyişdirilə bilər. İİ. Müqavilənin Xüsusi Şərtləri

7. ÜŞ maddə 6.1(a) Mmüqavilənin sabit dəyəri 226.393,20 ABŞ Dollarıdır (18% ƏDV ilə) 7.1.X15 layihənin layihələndirilməsində hər hansı dəyişiklik edilməsini tələb edər və bu dəyişiklik məsləhətçinin yerinə yetirdiyi xidmətlərin həcminin artmasına və Əsas müqavilənin nəzdində layihələndirmə/mühəndislik işində qiymət artımına səbəb olarsa (Müştərinin işinə aid olmayan), tərəflər razılığa gəlir ki, X18 əsasında artan layihələndirmə/mühəndislik işinin nəticəsində yaranan sabit 62% (ƏDV daxil olmaqla) məbləğinə haqq qazanır

9. ÜŞ Maddə 6.4(a) Aşağıdakı müddəalar avans ödənişin şərtlərini müəyyən edir və avans ödənişə zəmanət verir: 1) Məsləhətçi müştəriyə qeyd-şərtsiz və geri qaytarılmaz bank zəmanəti təqdim etdikdən sonra məsləhətçiyə 5 (beş) bank günü müddətində 35% (otuz beş faiz) avans ödəniş ödənilir. Avans ödəniş, həmin ödənişin cəmi tamamlananadək məsləhətçinin aylıq hesab fakturasından eyni faiz dərəcəsində çıxılmalarla geri ödənir. X26 çıxılmalara parallel olaraq azalmalıdır. 2) X26 avans ödənişin məbləğindən az hesablana bilməz.

10. ÜŞ Maddə 6.4(b) Bu müddəalar müqavilə üzrə xidmətlər müqabilində verilən hesab fakturalara tətbiq edilir: 1) 4-cü bənddə göstərilən ödənişlər- Əlavə D-ə əsasən, layihə idarəçiliyi xidmətləri müqabilində ödənən məbləğ hər ayın sonunda 15 bərabər hissələrlə ödənməlidir. 2) Əlavə D-nin 3A.1.1, 3A.1.2, 3A.3.1 və 3A.3.2 bəndlərində göstərilən ödənişlər hesab fakturalar təqdim edilməklə, Əsas Müqaviləyə əsasən yuxarıda göstərilən bəndlər üzrə Müştərinin İşəgötürənə verdiyi hesab fakturalara parallel olaraq ödənməlidir. Müştəri tərəfindən Məsləhətçiyə hər hansı ödəniş, İşəgötürənin Məsləhətçiyə etdiyi müvafiq ödənişdən sonra həyata keçirilə bilər (Layihə İdarəçiliyi Xidmətləri istisna olmaqla). Müştərinin hesab fakturasına layihələndirmə işləri, hər hansı gecikmə olmadan Məsləhətçi tərəfindən yerinə yetirilən və İşəgötürən tərəfindən təsdiq edilən Əlavə D-də təqdim edilən bəndlər üzrə təslimetmələr daxil edilir.

12. ÜŞ Maddə 8.2. iii) Əgər münaqişələr danışıq yolu ilə həll edilə bilməzsə, müvafiq tərəf Azərbaycan Respublikasının məhkəmələrində məhkəmə qaydasında iddia irəli sürə bilər. iv) Tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi əsasında məsuliyyət daşıyırlar. Müqavilə müştərinin və məsləhətçinin imzası və möhürü ilə təsdiq edilmişdir. - İddiaçı Azərbaycan Respublikasındakı Filialı (məsləhətçi) ilə “X33 VE TİC. LTD.ŞTİ”-nin və öz adından "xxxx" ASC (müştəri) arasında bağlanmış 01 avqust 2012-ci il tarixli SNWSSP-JAL-NETW1-D&B-09/2011 saylı bağlanmış Texniki Məsləhət, Layihələndirmə və Mühəndislik Xidmətləri müqaviləsindən görünür ki: a) müştəri məsləhətçiyə Cəlilabad Rayonu Şərq X35 və Kanalizasiya Şəbəkəsinin Tikintisi üçün (SNWSSP-JAL-NETW1-D&B-09/2011) (bundan sonra “Layihə”) Müqavilədə göstərilən layihələndirmə, mühəndislik və texniki məsləhət xidmətləri (bundan sonra “Xidmətlər”) göstərməyi tapşırmış; b) məsləhətçi də öz növbəsində müştəriyə tələb olunan peşəkar bacarıqlara və keyfiyyətlərə, eləcə də insan və texniki resurslara sahib olduğunu bildirərək, bu müqavilədə nəzərdə tutulan şərtlər əsasında xidmətlər göstərməyə razılıq vermişdir. Müqavilənin: 2-ci bəndinə əsasən müştəri və məsləhətçinin ümumi hüquq və vəzifələri bu müqavilədə göstərilməklə: a) Məsləhətçi müqavilənin müddəaları üzrə xidmətləri göstərməli; və b) Müştəri müqavilənin müddəaları üzrə məsləhətçiyə müvafiq ödənişlər etməlidir. İ. X13 2.1 X14 Bu müqavilə, əgər müştəri xidmətlərin başlama tarixinin başqa tarixdən hesablanması ilə bağlı məsləhətçiyə göstəriş verməmişdirsə, müqavilədə göstərilən tarixdən etibarən hüquqi qüvvəyə minir və başlanır. Əgər başqa hal nəzərdə tutulmamışdırsa, bu göstəriş Xüsusi Şərtlərdə (bundan sonra – XŞ) göstərilən bütün qüvvədə olma şərtlərinin qarşılıqlı şəkildə razılaşdırıldığını təsdiq etməlidir. 5.5 Ödəniş Bu Müqaviləyə əsasən, Müştəri, Məsləhətçinin yerinə yetirməli olduğu Xidmətlərin müqabilində ona Ümumi Şərtlərin (bundan sonra - ÜŞ) 6-cı maddəsində nəzərdə tutulan qaydada və əsaslarla ödənişlər etməlidir. 6.4 Ödəniş və Hesablaşma Forması Xidmətlərin yerinə yetirilməsi ilə bağlı ödənişlər və hesablaşmalar aşağıdakı kimi həyata keçirilir: a) Digər hallardan savayı, Müştəri XŞ-ə əsasən Məsləhətçiyə ilkin ödəniş ödəyir. İlkin ödəniş XŞ-də nəzərdə tutulan məbləğdə və valyutada Məsləhətçinin Müştəriyə təqdim etdiyi bank zəmanətindən sonra ödənilir və bank zəmanəti XŞ-ə əsasən öz qüvvəsini ilkin ödənişin tam şəkildə ödənilməsindən (geri ödəmə) sonra saxlayır. b) Müştəri, Məsləhətçinin aylıq bəyannamələri üzrə bütün ödənişlərini on beş (15) bank günü müddətində Müştəri tərəfindən digər sənədlərlə birgə bəyannamələri təhvil adıqdan və İşəgötürən tərəfindən ödənişin həyata keçirilməsindən sonra ödəməlidir. Aylıq ödənişin yalnız qənaətbəxş dərəcədə dəstəklənməyən hissəsi ümumi ödənişdən çıxılır. Faktiki ödəniş və Məsləhətçi tərəfindən meydana gələn xərclər arasında uyğunsuzluq aşkarlanarsa, Müştəri ödənişlərə ya əlavə etməli və ya ödənişlərdən yaranan fərqi çıxmalıdır. b) Müqavilə ilə bütün ödənişlər Məsləhətçinin XŞ-də nəzərdə tutulan bank hesabına ödənilir. Bank hesabı yalnız yazılı şəkildə Məsləhətçi tərəfindən dəyişdirilə bilər. İİ. Müqavilənin Xüsusi Şərtləri

7. ÜŞ maddə 6.1(a) Müqavilənin sabit dəyəri 424.487,24 ABŞ Dollarıdır (18% ƏDV ilə) 7.1.X15 Layihənin layihələndirilməsində hər hansı dəyişiklik edilməsini tələb edər və bu dəyişiklik Məsləhətçinin yerinə yetirdiyi Xidmətlərin həcminin artmasına və Əsas Müqavilənin nəzdində layihələndirmə/mühəndislik işində qiymət artımına səbəb olarsa (Müştərinin işinə aid olmayan), Tərəflər razılığa gəlir ki, X18 əsasında artan layihələndirmə/mühəndislik işinin nəticəsində yaranan sabit 62% (ƏDV daxil olmaqla) məbləğinə haqq qazanır

9. ÜŞ Maddə 6.4(a) Aşağıdakı müddəalar avans ödənişin şərtlərini müəyyən edir və avans ödənişə zəmanət verir: 1) Məsləhətçi Müştəriyə qeyd-şərtsiz və geri qaytarılmaz bank zəmanəti təqdim etdikdən sonra Məsləhətçiyə 5 (beş) bank günü müddətində 35% (otuz beş faiz) avans ödəniş ödənilir. Avans ödəniş, həmin ödənişin cəmi tamamlananadək Məsləhətçinin aylıq hesab fakturasından eyni faiz dərəcəsində çıxılmalarla geri ödənir. X26 çıxılmalara parallel olaraq azalmalıdır. 2) X26 avans ödənişin məbləğindən az hesablana bilməz.

10. ÜŞ Maddə 6.4(b) Bu müddəalar Müqavilə üzrə Xidmətlər müqabilində verilən hesab fakturalara tətbiq edilir: 1) 4-cü bənddə göstərilən ödənişlər- Əlavə D-ə əsasən, Layihə İdarəçiliyi Xidmətləri müqabilində ödənən məbləğ hər ayın sonunda 15 bərabər hissələrlə ödənməlidir. 2) Əlavə D-nin 3A.1.1, 3A.1.2, 3A.3.1 və 3A.3.2 bəndlərində göstərilən ödənişlər hesab fakturalar təqdim edilməklə, Əsas Müqaviləyə əsasən yuxarıda göstərilən bəndlər üzrə Müştərinin İşəgötürənə verdiyi hesab fakturalara parallel olaraq ödənməlidir. Müştəri tərəfindən Məsləhətçiyə hər hansı ödəniş, İşəgötürənin Məsləhətçiyə etdiyi müvafiq ödənişdən sonra həyata keçirilə bilər (Layihə İdarəçiliyi Xidmətləri istisna olmaqla). Müştərinin hesab fakturasına layihələndirmə işləri, hər hansı gecikmə olmadan Məsləhətçi tərəfindən yerinə yetirilən və İşəgötürən tərəfindən təsdiq edilən Əlavə D-də təqdim edilən bəndlər üzrə təslimetmələr daxil edilir.

12. ÜŞ Maddə 8.2. iii) Əgər münaqişələr danışıq yolu ilə həll edilə bilməzsə, müvafiq tərəf Azərbaycan Respublikasının məhkəmələrində məhkəmə qaydasında iddia irəli sürə bilər. iv) Tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi əsasında məsuliyyət daşıyırlar. Müqavilə müştərinin və məsləhətçinin imzası və möhürü ilə təsdiq edilmişdir. - İddiaçı Azərbaycan Respublikasındakı Filialı (məsləhətçi) ilə “X33 VE TİC. LTD.ŞTİ”-nin və öz adından "xxxx" ASC (müştəri) arasında bağlanmış 01 avqust 2012-ci il tarixli SNWSSP-JAL-WS-D&B-10/2011 saylı bağlanmış Texniki Məsləhət, Layihələndirmə və Mühəndislik Xidmətləri müqaviləsindən görünür ki: a) müştəri məsləhətçiyə Cəlilabad Rayonu Magistral Su Xətti üçün (SNWSSP-JAL- WS-D&B-10/2011) (bundan sonra “Layihə”) Müqavilədə göstərilən layihələndirmə, mühəndislik və texniki məsləhət xidmətləri (bundan sonra “Xidmətlər”) göstərməyi tapşırmış; b) məsləhətçi də öz növbəsində müştəriyə tələb olunan peşəkar bacarıqlara və keyfiyyətlərə, eləcə də insan və texniki resurslara sahib olduğunu bildirərək, bu müqavilədə nəzərdə tutulan şərtlər əsasında xidmətlər göstərməyə razılıq vermişdir. Müqavilənin: 2-ci bəndinə əsasən müştəri və məsləhətçinin ümumi hüquq və vəzifələri bu müqavilədə göstərilməklə: a) Məsləhətçi Müqavilənin müddəaları üzrə Xidmətləri göstərməli; və b) Müştəri Müqavilənin müddəaları üzrə Məsləhətçiyə müvafiq ödənişlər etməlidir. İ. X13 2.1 X14 Bu Müqavilə, əgər Müştəri Xidmətlərin başlama tarixinin başqa tarixdən hesablanması ilə bağlı Məsləhətçiyə göstəriş verməmişdirsə, Müqavilədə göstərilən tarixdən etibarən hüquqi qüvvəyə minir və başlanır. Əgər başqa hal nəzərdə tutulmamışdırsa, bu göstəriş Xüsusi Şərtlərdə (bundan sonra – XŞ) göstərilən bütün qüvvədə olma şərtlərinin qarşılıqlı şəkildə razılaşdırıldığını təsdiq etməlidir. 5.5 Ödəniş Bu Müqaviləyə əsasən, Müştəri, Məsləhətçinin yerinə yetirməli olduğu Xidmətlərin müqabilində ona Ümumi Şərtlərin (bundan sonra - ÜŞ) 6-cı maddəsində nəzərdə tutulan qaydada və əsaslarla ödənişlər etməlidir. 6.4 Ödəniş və Hesablaşma Forması Xidmətlərin yerinə yetirilməsi ilə bağlı ödənişlər və hesablaşmalar aşağıdakı kimi həyata keçirilir: a) Digər hallardan savayı, Müştəri XŞ-ə əsasən Məsləhətçiyə ilkin ödəniş ödəyir. İlkin ödəniş XŞ-də nəzərdə tutulan məbləğdə və valyutada Məsləhətçinin Müştəriyə təqdim etdiyi bank zəmanətindən sonra ödənilir və bank zəmanəti XŞ-ə əsasən öz qüvvəsini ilkin ödənişin tam şəkildə ödənilməsindən (geri ödəmə) sonra saxlayır. b) Müştəri, Məsləhətçinin aylıq bəyannamələri üzrə bütün ödənişlərini on beş (15) bank günü müddətində Müştəri tərəfindən digər sənədlərlə birgə bəyannamələri təhvil adıqdan və İşəgötürən tərəfindən ödənişin həyata keçirilməsindən sonra ödəməlidir. Aylıq ödənişin yalnız qənaətbəxş dərəcədə dəstəklənməyən hissəsi ümumi ödənişdən çıxılır. Faktiki ödəniş və Məsləhətçi tərəfindən meydana gələn xərclər arasında uyğunsuzluq aşkarlanarsa, Müştəri ödənişlərə ya əlavə etməli və ya ödənişlərdən yaranan fərqi çıxmalıdır. b) Müqavilə ilə bütün ödənişlər Məsləhətçinin XŞ-də nəzərdə tutulan bank hesabına ödənilir. Bank hesabı yalnız yazılı şəkildə Məsləhətçi tərəfindən dəyişdirilə bilər. İİ. Müqavilənin Xüsusi Şərtləri

7. ÜŞ maddə 6.1(a) Müqavilənin sabit dəyəri 509.243,18 ABŞ Dollarıdır (18% ƏDV ilə) 7.1.X15 Layihənin layihələndirilməsində hər hansı dəyişiklik edilməsini tələb edər və bu dəyişiklik Məsləhətçinin yerinə yetirdiyi Xidmətlərin həcminin artmasına və Əsas Müqavilənin nəzdində layihələndirmə/mühəndislik işində qiymət artımına səbəb olarsa (Müştərinin işinə aid olmayan), Tərəflər razılığa gəlir ki, X18 əsasında artan layihələndirmə/mühəndislik işinin nəticəsində yaranan sabit 62% (ƏDV daxil olmaqla) məbləğinə haqq qazanır

9. ÜŞ Maddə 6.4(a) Aşağıdakı müddəalar avans ödənişin şərtlərini müəyyən edir və avans ödənişə zəmanət verir: 1) Məsləhətçi Müştəriyə qeyd-şərtsiz və geri qaytarılmaz bank zəmanəti təqdim etdikdən sonra Məsləhətçiyə 5 (beş) bank günü müddətində 35% (otuz beş faiz) avans ödəniş ödənilir. Avans ödəniş, həmin ödənişin cəmi tamamlananadək Məsləhətçinin aylıq hesab fakturasından eyni faiz dərəcəsində çıxılmalarla geri ödənir. X26 çıxılmalara parallel olaraq azalmalıdır. 2) X26 avans ödənişin məbləğindən az hesablana bilməz.

10. ÜŞ Maddə 6.4(b) Bu müddəalar Müqavilə üzrə Xidmətlər müqabilində verilən hesab fakturalara tətbiq edilir: 1) 4-cü bənndə göstərilən ödənişlər- Əlavə D-ə əsasən, Layihə İdarəçiliyi Xidmətləri müqabilində ödənən məbləğ hər ayın sonunda 15 bərabər hissələrlə ödənməlidir. 2) Əlavə D-nin 3A.1.1, 3A.1.2, 3A.3.1 və 3A.3.2 bəndlərində göstərilən ödənişlər hesab fakturalar təqdim edilməklə, Əsas Müqaviləyə əsasən yuxarıda göstərilən bəndlər üzrə Müştərinin İşəgötürənə verdiyi hesab fakturalara parallel olaraq ödənməlidir. Müştəri tərəfindən Məsləhətçiyə hər hansı ödəniş, İşəgötürənin Məsləhətçiyə etdiyi müvafiq ödənişdən sonra həyata keçirilə bilər (Layihə İdarəçiliyi Xidmətləri istisna olmaqla). Müştərinin hesab fakturasına layihələndirmə işləri, hər hansı gecikmə olmadan Məsləhətçi tərəfindən yerinə yetirilən və İşəgötürən tərəfindən təsdiq edilən Əlavə D-də təqdim edilən bəndlər üzrə təslimetmələr daxil edilir.

12. ÜŞ Maddə 8.2. iii) Əgər münaqişələr danışıq yolu ilə həll edilə bilməzsə, müvafiq tərəf Azərbaycan Respublikasının məhkəmələrində məhkəmə qaydasında iddia irəli sürə bilər. iv) Tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi əsasında məsuliyyət daşıyırlar. Müqavilə müştərinin və məsləhətçinin imzası və möhürü ilə təsdiq edilmişdir. - İddiaçı Azərbaycan Respublikasındakı Filialı (məsləhətçi) ilə “Çakır Yapı və X36 Müəssisəsi” adından "xxxx" ASC (müştəri) arasında bağlanmış 01 avqust 2012-ci il tarixli SNWSSP-JAL-NETW2-D&B-11/2011 saylı bağlanmış Texniki Məsləhət, Layihələndirmə və Mühəndislik Xidmətləri müqaviləsindən görünür ki: a) müştəri məsləhətçiyə Cəlilabad Rayonu Qərb X35 və Kanalizasiya Şəbəkəsinin Tikintisi üçün (SNWSSP-JAL-NETW2-D&B-11/2011) (bundan sonra “Layihə”) Müqavilədə göstərilən layihələndirmə, mühəndislik və texniki məsləhət xidmətləri (bundan sonra “Xidmətlər”) göstərməyi tapşırmış; b) məsləhətçi də öz növbəsində müştəriyə tələb olunan peşəkar bacarıqlara və keyfiyyətlərə, eləcə də insan və texniki resurslara sahib olduğunu bildirərək, bu müqavilədə nəzərdə tutulan şərtlər əsasında xidmətlər göstərməyə razılıq vermişdir. Müqavilənin: 2-ci bəndinə əsasən müştəri və məsləhətçinin ümumi hüquq və vəzifələri bu müqavilədə göstərilməklə: a) Məsləhətçi Müqavilənin müddəaları üzrə Xidmətləri göstərməli; və b) Müştəri Müqavilənin müddəaları üzrə Məsləhətçiyə müvafiq ödənişlər etməlidir. İ. X13 2.1 X14 Bu Müqavilə, əgər Müştəri Xidmətlərin başlama tarixinin başqa tarixdən hesablanması ilə bağlı Məsləhətçiyə göstəriş verməmişdirsə, Müqavilədə göstərilən tarixdən etibarən hüquqi qüvvəyə minir və başlanır. Əgər başqa hal nəzərdə tutulmamışdırsa, bu göstəriş Xüsusi Şərtlərdə (bundan sonra – XŞ) göstərilən bütün qüvvədə olma şərtlərinin qarşılıqlı şəkildə razılaşdırıldığını təsdiq etməlidir. 5.5 Ödəniş Bu Müqaviləyə əsasən, Müştəri, Məsləhətçinin yerinə yetirməli olduğu Xidmətlərin müqabilində ona Ümumi Şərtlərin (bundan sonra - ÜŞ) 6-cı maddəsində nəzərdə tutulan qaydada və əsaslarla ödənişlər etməlidir. 6.4 Ödəniş və Hesablaşma Forması Xidmətlərin yerinə yetirilməsi ilə bağlı ödənişlər və hesablaşmalar aşağıdakı kimi həyata keçirilir: a) Digər hallardan savayı, Müştəri XŞ-ə əsasən Məsləhətçiyə ilkin ödəniş ödəyir. İlkin ödəniş XŞ-də nəzərdə tutulan məbləğdə və valyutada Məsləhətçinin Müştəriyə təqdim etdiyi bank zəmanətindən sonra ödənilir və bank zəmanəti XŞ-ə əsasən öz qüvvəsini ilkin ödənişin tam şəkildə ödənilməsindən (geri ödəmə) sonra saxlayır. b) Müştəri, Məsləhətçinin aylıq bəyannamələri üzrə bütün ödənişlərini on beş (15) bank günü müddətində Müştəri tərəfindən digər sənədlərlə birgə bəyannamələri təhvil adıqdan və İşəgötürən tərəfindən ödənişin həyata keçirilməsindən sonra ödəməlidir. Aylıq ödənişin yalnız qənaətbəxş dərəcədə dəstəklənməyən hissəsi ümumi ödənişdən çıxılır. Faktiki ödəniş və Məsləhətçi tərəfindən meydana gələn xərclər arasında uyğunsuzluq aşkarlanarsa, Müştəri ödənişlərə ya əlavə etməli və ya ödənişlərdən yaranan fərqi çıxmalıdır. b) Müqavilə ilə bütün ödənişlər Məsləhətçinin XŞ-də nəzərdə tutulan bank hesabına ödənilir. Bank hesabı yalnız yazılı şəkildə Məsləhətçi tərəfindən dəyişdirilə bilər. İİ. Müqavilənin Xüsusi Şərtləri

7. ÜŞ maddə 6.1(a) Müqavilənin sabit dəyəri 1.018.486,3 ABŞ Dollarıdır (18% ƏDV ilə) 7.1.X15 Layihənin layihələndirilməsində hər hansı dəyişiklik edilməsini tələb edər və bu dəyişiklik Məsləhətçinin yerinə yetirdiyi Xidmətlərin həcminin artmasına və Əsas Müqavilənin nəzdində layihələndirmə/mühəndislik işində qiymət artımına səbəb olarsa (Müştərinin işinə aid olmayan), Tərəflər razılığa gəlir ki, X18 əsasında artan layihələndirmə/mühəndislik işinin nəticəsində yaranan sabit 62% (ƏDV daxil olmaqla) məbləğinə haqq qazanır

9. ÜŞ Maddə 6.4(a) Aşağıdakı müddəalar avans ödənişin şərtlərini müəyyən edir və avans ödənişə zəmanət verir: 1) Məsləhətçi Müştəriyə qeyd-şərtsiz və geri qaytarılmaz bank zəmanəti təqdim etdikdən sonra Məsləhətçiyə 5 (beş) bank günü müddətində 35% (otuz beş faiz) avans ödəniş ödənilir. Avans ödəniş, həmin ödənişin cəmi tamamlananadək Məsləhətçinin aylıq hesab fakturasından eyni faiz dərəcəsində çıxılmalarla geri ödənir. X26 çıxılmalara parallel olaraq azalmalıdır. 2) X26 avans ödənişin məbləğindən az hesablana bilməz.

10. ÜŞ Maddə 6.4(b) Bu müddəalar Müqavilə üzrə Xidmətlər müqabilində verilən hesab fakturalara tətbiq edilir: 1) 4-cü bənddə göstərilən ödənişlər- Əlavə D-ə əsasən, Layihə İdarəçiliyi Xidmətləri müqabilində ödənən məbləğ hər ayın sonunda 15 bərabər hissələrlə ödənməlidir. 2) Əlavə D-nin 3A.1.1, 3A.1.2, 3A.3.1 və 3A.3.2 bəndlərində göstərilən ödənişlər hesab fakturalar təqdim edilməklə, Əsas Müqaviləyə əsasən yuxarıda göstərilən bəndlər üzrə Müştərinin İşəgötürənə verdiyi hesab fakturalara parallel olaraq ödənməlidir. Müştəri tərəfindən Məsləhətçiyə hər hansı ödəniş, İşəgötürənin Məsləhətçiyə etdiyi müvafiq ödənişdən sonra həyata keçirilə bilər (Layihə İdarəçiliyi Xidmətləri istisna olmaqla). Müştərinin hesab fakturasına layihələndirmə işləri, hər hansı gecikmə olmadan Məsləhətçi tərəfindən yerinə yetirilən və İşəgötürən tərəfindən təsdiq edilən Əlavə D-də təqdim edilən bəndlər üzrə təslimetmələr daxil edilir.

12. ÜŞ Maddə 8.2. iii) Əgər münaqişələr danışıq yolu ilə həll edilə bilməzsə, müvafiq tərəf Azərbaycan Respublikasının məhkəmələrində məhkəmə qaydasında iddia irəli sürə bilər. iv) Tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi əsasında məsuliyyət daşıyırlar. Müqavilə müştərinin və məsləhətçinin imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2013-cü il tarixli ********** nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə İkinci Layihə”nin Həyata Keçirilməsi üzrə İşçi Qrupu tərəfindən “X29” ASC-nin hesabına 373.383,77 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2013-cü il tarixli ********** nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə İkinci Layihə”nin Həyata Keçirilməsi üzrə İşçi Qrupu tərəfindən “X29” ASC-nin hesabına 518.588,58 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2013-cü il tarixli ********** nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə İkinci Layihə”nin Həyata Keçirilməsi üzrə İşçi Qrupu tərəfindən “X29” ASC-nin hesabına 257.562,42 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2013-cü il tarixli ********** nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə İkinci Layihə”nin Həyata Keçirilməsi üzrə İşçi Qrupu tərəfindən “X29” ASC-nin hesabına 357.725,58 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2013-cü il tarixli ********** nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə İkinci Layihə”nin Həyata Keçirilməsi üzrə İşçi Qrupu tərəfindən “X29” ASC-nin hesabına 60.796,13 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2013-cü il tarixli ********** nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə İkinci Layihə”nin Həyata Keçirilməsi üzrə İşçi Qrupu tərəfindən “X29” ASC-nin hesabına 55.328,41 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2013-cü il tarixli ********** nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə İkinci Layihə”nin Həyata Keçirilməsi üzrə İşçi Qrupu tərəfindən “X29” ASC-nin hesabına 43.773,21 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2013-cü il tarixli ********** nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə İkinci Layihə”nin Həyata Keçirilməsi üzrə İşçi Qrupu tərəfindən “X29” ASC-nin hesabına 39.836,45 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2015-ci il tarixli 5 nömrəli ödəniş üçün müraciətdən və aralıq ödəniş sənədindən görünür ki, SNWSSP-JAL-NETW2-D&B-11/2011 nömrəli müqavilə (Cəlilabad Rayonu Şərq X35 və Kanalizasiya Şəbəkəsinin Tikintisi) üzrə 1 xx.xx.2015-ci il dövr üçün (müştəri) “X2 Company” MMC tərəfindən (məsləhətçi) İddiaçınə ödənilməli ümumi məbləğ (ƏDV daxil) 518.931,42 ABŞ dolları təşkil edir. xx.xx.2015-ci il tarixli 5 nömrəli ödəniş üçün müraciətdən və aralıq ödəniş sənədindən görünür ki, SNWSSP-JAL-WS-D&B-10/2011 nömrəli müqavilə (Cəlilabad Rayon Çirkab X28 və Kollektor Xətti) üzrə xx.xx.2014-xx.xx.2015-ci il dövr üçün (müştəri) “X2 Company” MMC tərəfindən (məsləhətçi) İddiaçınə ödənilməli ümumi məbləğ (ƏDV daxil) 256.083,33 ABŞ dolları təşkil edir. xx.xx.2017-ci il tarixli 33 nömrəli ödəniş üçün müraciətdən və aralıq ödəniş sənədindən görünür ki, SNWSSP-JAL-NETW1-D&B-09/2011 nömrəli müqavilə (Cəlilabad rayonunun X34 Təchizatı və Kanalizasiya Şəbəkəsinin Tikintisi) üzrə xx.xx.2017xx.xx.2017-ci il dövr üçün "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X8 ödənilməli ümumi məbləğ (ƏDV daxil) 792.240,94 ABŞ dolları təşkil edir. xx.xx.2017-ci il tarixli 5 nömrəli ödəniş üçün müraciətdən və aralıq ödəniş sənədindən görünür ki, SNWSSP-JAL-WS-D&B-10/2011 nömrəli müqavilə (Cəlilabad Rayon Çirkab X28 və Kollektor Xətti) üzrə xx.xx.2016-xx.xx.2017-ci il dövr üçün (müştəri) “X2 Company” MMC tərəfindənh (məsləhətçi) İddiaçınə ödənilməli ümumi məbləğ (ƏDV daxil) 153.733,88 ABŞ dolları təşkil edir. xx.xx.2018-ci il tarixli 29 nömrəli ödəniş üçün müraciətdən və aralıq ödəniş sənədindən görünür ki, SNWSSP-JAL-WS-D&B-10/2011 nömrəli müqavilə (Cəlilabad rayonunun X27 Tikintisi) üzrə xx.xx.2018-xx.xx.2018-ci il dövr üçün "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X8 ödənilməli ümumi məbləğ (ƏDV daxil) 1.800.016,35 ABŞ dolları təşkil edir. xx.xx.2018-ci il tarixli 5 nömrəli ödəniş üçün müraciətdən və aralıq ödəniş sənədindən görünür ki, SNWSSP-JAL-1-D&B-08/2011 nömrəli müqavilə (Cəlilabad Rayon Çirkab X28 və Kollektor Xətti) üzrə xx.xx.2014-xx.xx.2018-ci il dövr üçün (müştəri) "Beton&Rohrbau C.F. Thymian Gmbh & Co KG (məsləhətçi) tərəfindən İddiaçınə ödənilməli ümumi məbləğ (ƏDV daxil) 485.749,22 ABŞ dolları təşkil edir. xx.xx.2019-cu il tarixli 118m nömrəli iş bitirmə şəhadətnaməsinə (work completion certificate) əsasən müəyyən edilir ki, (subpodratçı) İddiaçı (podratçı – Beton&Rohrbau C.- F.Thymian GMBH & CO.KG.) Cəlilabad Rayon Çirkab Su Kollektorunun və X32 Qurğusunun tikintisi üzrə (SNWSSP-JAL-1-D&B-08/2011 saylı müqavilə) layihələndirmə işlərini müvəffəqiyyətlə bitirmişdir. Əsas müqavilənin yekun məbləği 24.303.151 ABŞ dolları (ƏDV xaric), Müqavilənin bitmə tarixi xx.xx.2018-ci il, subpodrat müqaviləsinin yekun məbləği 607.288,06 ABŞ dollarıdır (ƏDV xaric). Şəhadətnamə LHKQ-nin ("xxxx" Açıq Səhmdar Cəmiyyəti) rəhbərinin (Ayaz Qəhrəmanov) imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2019-cu il tarixli 172 nömrəli iş bitirmə şəhadətnaməsinə (work completion certificate) əsasən müəyyən edilir ki, (subpodratçı) İddiaçı (podratçı – ART-X20) Cəlilabad Rayonun X34 Təchizatı və Kanalizasiya şəbəkəsinin tikintisi üzrə (SNWSSP-JAL-NETW2- D&B-09/2011 saylı müqavilə) layihələndirmə işlərini müvəffəqiyyətlə bitirmişdir. Əsas müqavilənin yekun məbləği 21.984.450 ABŞ dolları (ƏDV xaric), Müqavilənin bitmə tarixi xx.xx.2018-ci il, subpodrat müqaviləsinin yekun məbləği 672.851,83 ABŞ dollarıdır (ƏDV xaric). Şəhadətnamə LHKQ-nin ("xxxx" Açıq Səhmdar Cəmiyyəti) rəhbərinin (Ayaz Qəhrəmanov) imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2019-cu il tarixli 173 nömrəli iş bitirmə şəhadətnaməsinə (work completion certificate) əsasən müəyyən edilir ki, (subpodratçı) İddiaçı (podratçı – ART-X20) Cəlilabad Rayonun Magistral Təchizatı xəttinin tikintisi üzrə (SNWSSP-JAL-WS-D&B-10/2011 saylı müqavilə) layihələndirmə işlərini müvəffəqiyyətlə bitirmişdir. Əsas müqavilənin yekun məbləği 30.012.113 ABŞ dolları (ƏDV xaric), Müqavilənin bitmə tarixi xx.xx.2018-ci il, subpodrat müqaviləsinin yekun məbləği 720.997,32 ABŞ dollarıdır (ƏDV xaric). Şəhadətnamə LHKQ-nin ("xxxx" Açıq Səhmdar Cəmiyyəti) rəhbərinin (Ayaz Qəhrəmanov) imzası və möhürü ilə təsdiq edilmişdir. xx.xx.2019-cu il tarixli 174 nömrəli iş bitirmə şəhadətnaməsinə (work completion certificate) əsasən müəyyən edilir ki, (subpodratçı) İddiaçı (podratçı – Çakır Yapı - X36 Müəssisəsi) Cəlilabad Rayonun Qərb hissəsinin Su Təchizatı və Kanalizasiya şəbəkəsinin tikintisi üzrə (SNWSSP-JAL-NETW2-D&B-11/2011 saylı müqavilə) layihələndirmə işlərini müvəffəqiyyətlə bitirmişdir. Əsas müqavilənin yekun məbləği 50.690.378 ABŞ dolları (ƏDV xaric), müqavilənin bitmə tarixi xx.xx.2018-ci il, subpodrat müqaviləsinin yekun məbləği 1.434.168 ABŞ dollarıdır (ƏDV xaric). Şəhadətnamə LHKQ-nin ("xxxx" Açıq Səhmdar Cəmiyyəti) rəhbərinin (Ayaz Qəhrəmanov) imzası və möhürü ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X11 X4 Ekspertiza Baş İdarəsi tərəfindən Cəlilabad rayonunun su təchizatı və çirkab su sistemlərinin yenidən qurulması (1-ci mərhələ) layihəsi üzrə xx.xx.2015-ci il tarixli 21099 nömrəli rəyə əsasən Cəlilabad rayonunun su təchizatı və çirkab su sisteminin yenidən qurulmasının (1-ci mərhələ) bu rəyin 4-cü bölməsinin (işçi layihə Ekologiya və təbii Sərvətlər Nazirliyi ilə razılşadırılmalıdır) tələbini növbəti mərhələdə yerinə yetirməklə, 1991-ci ilin bazis qiymətləri ilə obyekt smetaları üzrə cəmi - 3089,543 min manat, o cümlədən TQİ-3078,269 min manat və qaytarılan məbləğ – 6.478 min manat dəyərində layihə-smeta sənədləri razılaşdırılmışdır. Azərbaycan Meliorasiya və X31 Səhmdar Cəmiyyəti xx.xx.2019-cu il tarixli məktubla "xxxx" ASC-yə və Beton & Rohrbau Şirkətinin layihə rəhbərinə müraciət edərək qeyd etmişdir ki, İmece şirkəti İşçi Qrupa müraciət edərək Cəlilabad rayonunda Çirkab X28 və magistral çirkab su kollektoru üzrə "xxxx" ASC ilə imzalanmış müqavilə əsasında layihələndirmə və məsləhətçi xidmətlərinin həyata keçirdiyi barədə məlumat verərək müqavilə üzrə yerinə yetirdiyi işlərin dəyərini bugünədək ala bilmədiyini qeyd etmişdir. Məlumat üçün bildirirlər ki, Cəlilabad şəhərində Milli su İkinci layihə çərçivəsində həyata keçirilən İİ, İİİ və İV lotlar üzrə bütün ödənişlər 2018-ci ilədək, 1-ci Lot üzrə son 5% keyfiyyət zəmanəti saxlanılmaq şərti qalan bütün ödənişlər 2019-cu ilədək tam həyata keçirilmişdir. Qaldırılan məsələni araşdırıb qısa müddət ərzində məsələnin həlli ilə bağlı məlumat verilməsi xahiş edilmişdir. Məktubun surəti İddiaçınə ünvanlanmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X11 X25 tərəfindən Cəlilabad rayonunun su təchizatı və çirkab su sistemlərinin yenidən qurulması (çirkab sutəmizləyici qurğu) layihəsi üzrə xx.xx.2019-cu il tarixli 1012 nömrəli rəyinə əsasən müəyyən edilir ki, Azərbaycan Meliorasiya və X31 Səhmdar Cəmiyyəti Milli Su Təchizatı və Kanlizasiya Xidmətləri üzrə ikinci layihənin həyata keçirilməsi üzrə İşçi Qrupun sifarişi əsasında “X2 Company” MMC tərəfindən inşa edilmiş Cəlilabad rayonu üzrə su təchizatı və çirkab su sistemlərinin (çirkab sutəmizləyici qurğu) tikinti işləri layihəyə uyğun yerinə yetirilmişdir. xx.xx.2019-cu il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə İkinci Layihə”nin Həyata Keçirilməsi üzrə İşçi Qrupu tərəfindən “X2 Company” MMC-nin hesabına xx.xx.2019-cu il tarixli 08034 nömrəli hesabfaktura üzrə 1.980.547,74 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2019-cu il tarixli ödəniş tapşırığı ilə təsdiq edilir ki, “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə İkinci Layihə”nin Həyata Keçirilməsi üzrə İşçi Qrupu tərəfindən “X2 Company” MMC-nin hesabına xx.xx.2019-cu il tarixli 08034 nömrəli hesabfaktura üzrə 356.498,59 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2019-cu il tarixli ********** nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə İkinci Layihə”nin Həyata Keçirilməsi üzrə İşçi Qrupu tərəfindən “X2 Company” MMC-nin hesabına 1.980.547,74 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2019-cu il tarixli ********** nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə İkinci Layihə”nin Həyata Keçirilməsi üzrə İşçi Qrupu tərəfindən “X2 Company” MMC-nin hesabına 356.498,59 manat məbləğində pul vəsaiti köçürülmüşdür. xx.xx.2020-ci il tarixli təhvil-qəbul aktına əsasən müəyyən edilir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Su Təchizatı və Kanalizasiya xidmətləri üzrə 2-ci layihənin həyata keçirilməsi üzrə Cəlilabad şəhərində “Cəlilabad şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması” layihəsi üzrə suqəbuledici qurğu, su anbarları, su təchizatı, kanalizasiya sistemləri, içməli və çirkab su nasos stansiyaları, çirkab X28 və onlara aid əsas vəsaitlər "xxxx" ASC-nin balansına əvəzsiz olaraq təhvil verilmişdir. Təhvil verilən əsas vəsaitlərin ümumi dəyəri 199.227.895,88 manat təşkil etmişdir. Təhvil-qəbul aktı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin və "xxxx" ASC-nin nümayəndələrinin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış pretenziya məktubundan görünür ki, ASC-dən xidmət müqaviləsi üzrə yaranmış 1.021.813 ABŞ dolları məbləğində borcun 5 ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir.

Əsaslandırıcı hissə:

Məhkəmə ilk növbədə qeyd edir ki, hazırkı mübahisənin bir tərəfi – iddiaçı Türkiyə Respublikasında təsis edilmiş və fəaliyyət göstərən “İddiaçı”, digər tərəfi - cavabdeh isə AR-də təsis edilmiş və fəaliyyət göstərən "xxxx" ASC olduğundan mübahisə xarici elementli mübahisədir. Odur ki, məhkəmə tərəfindən ilk növbədə AR Məhkəmələrinin həmin mübahisəyə baxmağa səlahiyyətli olub-olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. 443.0. Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan həmçinin aşağıdakı işlərə baxmağa haqlıdır: 443.0.1. iş üzrə birgə iddiaçılardan və ya birgə cavabdehlərdən hər hansı birinin Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və yaxud adətən gəldiyi yer olduqda; 443.0.7. iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəldikdə. 450.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəməsi bu bölməyə uyğun olaraq səlahiyyətli olmamasına baxmayaraq, tərəflər Azərbaycan Respublikası məhkəməsinin beynəlxalq səlahiyyətləri barədə razılığa gələ bilərlər. Belə razılıq yazılı şəkildə olmalıdır. 450.2-ci maddəsinə əsasən tərəflərdən birinin xarici ölkədə yaşayış yeri, iş yeri və ya onun adətən olduğu yer varsa, tərəflər bu Məcəllənin 450.1-ci maddəsinə müvafiq olaraq xarici dövlətin məhkəməsinin beynəlxalq səlahiyyəti barədə razılığa gələ bilərlər. Məhkəmə əvvəla qeyd edir ki, hazırkı mübahisəni “İddiaçı” ilə "xxxx" ASC arasında bağlanılmış 01 avqust 2012-ci il tarixli SNWSSP-JAL-1-D&B-08/2011 saylı, 01 avqust 2012-ci il tarixli SNWSSP-JAL-NETW1-D&B-09/2011 saylı, 01 avqust 2012-ci il tarixli SNWSSP-JAL-WS-D&B-10/2011 saylı və 01 avqust 2012-ci il tarixli SNWSSP-JAL- NETW2-D&B-11/2011 saylı müqavilələrdən irəli gələn müqavilə kimi qəbul etsək həmin müqavilələrin İİ bölməsinin 12-ci hissəsinin ÜŞ 8.2-ci maddəsinin iii) yarımbəndində münaqişələrin danışıq yolu ilə həll edilə bilməməsi, müvafiq tərəfin Azərbaycan Respublikasının məhkəmələrində məhkəmə qaydasında iddia irəli sürə biləcəyi nəzərdə tutulmuşdur. Göründüyü kimi sözügedən şərtdə tərəflər mübahisələrin Azərbaycan Respublikasının məhkəmələrində baxılmalı olması barədə aydın şəkildə razılaşmamışlar. Digər tərəfdən hazırkı mübahisə əşya hüququndan irəli gələn tələb kimi nəzərdən keçirilərsə hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikasının qanunlarına əsasən təsis edilmiş və olduğu yer Azərbaycan Respublikası olan hüquqi şəxsdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, AR MPM-in 440.1-ci və 443.0.1-ci maddələrinə əsasən AR məhkəmələri hazırkı mübahisəyə baxmaqda səlahiyyətlidirlər. İkinci müəyyən edilməli olan məsələ xarici elementli mübahisəyə hansı hüququn tətbiq edilməli olması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, “Beynəlxalq xüsusi hüquq” haqqında Qanunun daşınar və daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqları, qanunla başqa hallar nəzərdə tutulmayıbsa, əmlakın yerləşdiyi ölkənin hüququ ilə müəyyən olunur. Hazırkı halda iddiaçı iddia ərizəsində qanuni əsas kimi Mülki Məcəllənin 157-ci maddəsinə istinad etməklə hazırkı mübahisəi əşya hüququndan irəli gələn tələb kimi qmüəyyən etmişdir. İddiaçının tələb etdiyi əmlak daşınan əşya olan puldur. Həmin pulun AR hüquqi şəxsi "xxxx" ASC-də olması iddia olunur. Yəni həmin pul yerləşdiyi yer Azərbaycan Respublikası olmaqla mübahisəyə AR hüququ tətbiq edilməlidir.

Tələbə müqavilədən irəli gələn tələb kimi yanaşılarsa isə qeyd edilməlidir ki, mübahisəli müqavilələrdə irəli gələn mübahisələrin hansı dövlətin hüququnun əsasında həll edilməli olması ilə bağlı şərt nəzərdə tutmuşlar. Belə ki, müqavilələrnin (İİ bölməsinin 12-ci hissəsinin ÜŞ 8.2-ci maddəsinin iv) yarımbənin) şərtlərinə əsasən tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi əsasında məsuliyyət daşıyırlar. Belə olan halda müqaviləyə görə tərəflərin razılığı ilə onların hazırkı müqavilə üzrə bütün hüquq və vəzifələrinə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq edilməlidir. “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun: 1.2-ci maddəsinə əsasən xarici elementli mülki hüquqi münasibətlərə tətbiq olunmalı hüquq bu Qanunla bərabər, həm də digər müvafiq qanunvericilik aktları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və ümumi qəbul olunmuş beynəlxalq adətlər, habelə tərəflərin razılığı əsasında müəyyən edilir. 1.3-ci maddəsinə əsasən tətbiq ediləcək hüququ müəyyən etmək barədə tərəflərin razılığı aydın ifadə olunmalı və ya bütövlükdə götürülməklə müqavilənin şərtlərindən və işin hallarından bilavasitə irəli gəlməlidir. Beləliklə, məhkəmə “Beynəlxalq xüsusi hüquq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən məhkəmə hesab edir ki, hazırkı mübahisəyə Azərbaycan Respublikasının mülki qanunvericiliyin maddi hüquq normaları tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, sifarişçi "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə baş podratçılar “Çakır Yapı&X24” MMC, “Beton və Rohrbau C.-F.Thymian GmbH & Co.KG” şirkəti və X33 ve tic. Ltd.şti arasında bağlanmış baş podrat müqavilələrinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin sifarişi əsasında “Cəlilabad rayonunun Qərb hissəsi üçün Su və Kanalizasiya Şəbəkəsinin tikintisi” layihəsi üzrə işlərin görülməsi baş podratçı “Çakır Yapı&X24” MMC-yə, “Cəlilabad Rayon Çirkab X28 və Kollektor Xətti” layihəsi üzrə üzrə işlərin görülməsi baş podratçı “Beton və Rohrbau C.- F.Thymian GmbH & Co.KG” şirkətinə, “Cəlilabad Rayonu Magistral Su Xətti layihəsi” və “Cəlilabad Rayonu Şərq X35 və Kanalizasiya Şəbəkəsinin Tikintisi” layihələri üzrə işlərin görülməsi baş podratçı X33 ve tic. Ltd.şti-yə həvalə edilmişdir. Bundan sonra sözügedən laiyhələr üzrə baş podratçılar subpodratçı "xxxx" ASC ilə subpodrat müqavilələri bağlayaraq baş podrat müqavilələri üzrə işlərin görülməsini subpodratçı "xxxx" ASC-yə həvalə etmişlər. Daha sonra "xxxx" ASC 01 avqust 2012-ci il tarixində “İddiaçı”nin AR-dakı Filialı ilə baş podratçıların adından SNWSSP-JAL-1-D&B-08/2011 və SNWSSP-JAL-NETW2-D&B- 11/2011 saylı müqavilələr, eləcə də baş podratçı X33 ve tic. Ltd. Şirkətinin və öz adından SNWSSP-JAL-NETW1-D&B-09/2011 saylı, SNWSSP-JAL-WS-D&B-10/2011 saylı müqavilələr bağlamış və həmin müqavilələrə əsasən “İddiaçı”nin AR-dakı filialı Cəlilabad Rayon Çirkab X28 və Kollektor Xətti, Cəlilabad Rayonu Şərq X35 və Kanalizasiya Şəbəkəsinin Tikintisi, Cəlilabad Rayonu Magistral Su Xətti və Cəlilabad Rayonu Şərq X35 və Kanalizasiya Şəbəkəsinin Tikintisi üçün layihələndirmə, mühəndislik və texniki məsləhət xidmətlərinin göstərilməsini xidmət haqqı müqabilində üzərinə götürmüşdür. İşin mübahisəsiz halı həmçinin ondan ibarətdir ki, hər 4 layihə üzrə (Cəlilabad Rayon Çirkab Su Kollektorunun və X32 Qurğusunun tikintisi üzrə (SNWSSP-JAL-1-D&B-08/2011 saylı müqavilə), Cəlilabad Rayonun X34 Təchizatı və Kanalizasiya şəbəkəsinin tikintisi üzrə (SNWSSP-JAL-NETW2-D&B-09/2011 saylı müqavilə), Cəlilabad Rayonunun Magistral Təchizatı xəttinin tikintisi üzrə (SNWSSP-JAL-WS-D&B-10/2011 saylı müqavilə) və Cəlilabad Rayonun Qərb hissəsinin Su Təchizatı və Kanalizasiya şəbəkəsinin tikintisi üzrə (SNWSSP-JAL-NETW2-D&B-11/2011 saylı müqavilə)) layihələndirmə işləri 2018- 2019-cu illərdə müvəffəqiyyətlə bitirilmiş (bu hal həm iş materialları (iş bitirmə şəhadətnamələri (work completion certificate), xx.xx.2015-ci il tarixli 21099 nömrəli rəy, xx.xx.2019-cu il tarixli məktub, xx.xx.2019-cu il tarixli 1012 nömrəli rəy) həm də tərəflərin (o cümlədən müstəqil tələb irəli sürməyən 3-cü şəxsin) nümayəndələrinin məhkəmə iclasında verdiyi izahatları ilə də öz təsdiqini tapır) və sözügedən layihələr üzrə sifarişçi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən bütün ödənişlər tam şəkildə həyata keçirilmişdir. Hazırda iddiaçı “İddiaçı” sifarişçi "xxxx" ASC tərəfindən layihələr üzrə bütün ödənişlərin "xxxx" ASC-yə edildiyini, lakin göstərilmiş layihələndirilmə, mühəndislik və texniki məsləhət xidmətlərinə görə onlara ödənilməli olan 1.021.813 ABŞ dolları (ƏDV-siz) pul vəsaitinin "xxxx" ASC tərəfindən ödənilmədiyini, belə olan halda onlara məxsus sözügedən pul vəsaitinin hazırda "xxxx" ASC-nin qanunsuz sahibliyində qaldığını iddia edir və iddiaçı hazırki iddiasının hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə və Mülki Məcəlləsinin 157-ci maddəsinə (mülkiyyətin müdafiəsi) istinad etməklə mülkiyyətçi kimi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını (1.021.813 ABŞ dolları (ƏDV-siz) pul vəsaitini) geri tələb edir. Məhkəmə əvvəla mübahisəli subpodrat müqaviləsinin “İddiaçı” AR filialı tərəfindən bağlanmasına baxmayaraq iddia tələbinin şirkətin özü tərəfindən irəli sürülməsi məsələsinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin: 43.1-cü maddəsinin tələblərinə görə hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. 44.1-ci maddəsinə görə hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. 53.2-ci maddəsinə görə hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır. 53.3-cü maddəsinə əsasən, nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Mülki Məcəllənin yuxarıda istinad olunan normalarının məzmunundan da göründüyü kimi hüquqi şəxsin filialı onun struktur bölməsi olmaqla hüquqi şəxs status yoxdur. Filial hüquqi şəxs olmadığından müstəqil mülki hüquq qabiliyyətinə malik deyil, mülki hüquq münasibətlərində aid olduğu hüquqi şəxsin adından iştirak edir, müstəqil olaraq mülki hüquqlar, o cümlədən əmlak üzərində mülkiyyət hüququ əldə etmir, filialın balansında olan əmlak mülkiyyət hüququ üzrə filialın aid olduğu hüquqi şəxsə məxsus olur. Odur ki, iddiaçı “İddiaçı” filialının həyata keçirdiyi sahibkarlıq fəaliyyəti nəticəsində əldə edilməsi ehtimal edilən əmlak barəsində iddia irəli sürməyə dair subyektiv hüquqa malikdir. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə qeyd edir ki, sözügedən maddədə nəzərdə tutulan vindikasiya iddiası mülkiyyətçi və ya digər qanuni sahib tərəfindən əmlaka qanunsuz olaraq sahiblik edən şəxsə qarşı irəli sürülən əmlakın natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbdir. Hazırkı halda isə birincisi, "xxxx" ASC SNWSSP-JAL-1-D&B-08/2011 və SNWSSP- JAL-NETW2-D&B-11/2011 saylı müqavilələri yalnız baş podratçıların adından bağlasa da, SNWSSP-JAL-NETW1-D&B-09/2011 saylı, SNWSSP-JAL-WS-D&B-10/2011 saylı müqavilələri baş podratçı X33 ve tic. Ltd. Şirkətinin və öz adından bağlamış, yəni həmin müqavilələrin tərəfi qismində çıxış edir. Tərəflər arasında eyni predmetlə bağlı müqavilələrin mövcudluğu isə iddiaçının hüquqlarının müqavilədənkənar xarakter daşıyan vindikasiya iddiası vasitəsilə müdafiə edilməsi imkanını istisna edir. İkincisi, vindikasiyanın obyekti qismində yalnız fərdi müəyyən edilmiş əşya və ya fərdiləşdirilən bilən əvəzedilən əşya çıxış edə bilər. Belə ki, fərdi-müəyyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar – avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar – telefon, kompüter və s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır. Həmin əşyalar onların qanuni əsas olmadan əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Odur ki, fərdiləşdirilən bilməyən əvəzedilən əşyaları qanunsuz əldə edən şəxs həmin əşyalar üzərində mülkiyyət hüququ əldə etdiyindən həmin əşyaların vindikasiya iddiası irəli sürülməsi yolu ilə qaytarılması mümkün deyildir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı “X6 Yönetim ve X5” Anonim Şirkəti pozulmuş hüququn müdafiə vasitəsini düzgün seçməmiş, Mülki Məcəllənin 157.2-ci maddəsinə əsaslanaraq cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair hazırkı iddianı irəli sürməkdə haqlı olmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi əsassız olduğundan mübahisəyə iddia müddətinin tətbiqi barədə cavabdeh tərəfindən verilmiş ərizəyə münasibət bildirməyə zərurət yoxdur. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.

Nəticə hissəsi

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar