Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-23/2021 21.12.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 və ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Vəkil iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ilkin iddia üzrə Cavabdehnə qarşı pul tələbi ilə bağlı ilkin iddia və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət) pul tələbi ilə bağlı qarşılıqlı iddia ərizələri üzrə kommersiya mübahisəsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sifarişçi ilə icraçı arasında imzalanmış 07 sentyabr 2016-cı il tarixli, 01 nömrəli müqavilə və həmin müqavilə əsasında imzalanmış 05.03.2018-ci il tarixli, 18 saylı razılaşma protokoluna əsasən Cavabdeh MMC tərəfindən görülmüş işə görə İddiaçı ASC tərəfindən ödənilmiş 13909,68 manat məbləğində pul vəsaitinin, anbarın döşəməsində olan beton örtüyünün boyanması üçün çəkilmiş cəmi 7157,46 manat xərcin, təmir müddətində yeni anbar binasının 2 ay müddətində icarəyə götürülməsi üçün çəkilməli olan 10000 manat məbləğində icarə xərcinin və anbarda olan avadanlıqların daşınması üçün isə çəkilməli olan 4000 manat məbləğində nəqliyyat xərci olmaqla, ümumilikdə 35067,14 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Expressbank” ASC (Sifarişçi) iləCavabdeh MMC (İcraçı) arasında 07 sentyabr 2016-cı il tarixdə müqavilə imzalanmışdır. Həmin müqavilənin icrası olaraq Sifarişçi ilə, İcraçı arasında imzalanmış 05 mart 2018-ci il tarixli, 18 nömrəli Razılaşma protokoluna əsasən, Sifarişçi Bankın istifadəsində olan Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 77L, 2062-73-cü məhəllə ünvanında yerləşən anbarın döşəməsində betonlama işi CavabdehMMC tərəfindən aparılmışdır. Tərəflər arasında imzalanmış 07 sentyabr 2016-cı il tarixli, 01 nömrəli Müqavilənin 3.2-ci bəndinə əsasən, “İcraçı” “Sifarişçi” tərəfindən sifariş edilən işləri tam keyfiyyətli və standartlara uyğun yerinə yetirməsi barədə öhdəlik götürmüşdür. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən isə, bir tərəf təqsirli olaraq digər tərəfə vurduğu ziyana və bu Müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin vaxtında, tam və ya lazımınca yerinə yetirməməsinə görə digər tərəf qarşısında tam həcmdə məsuliyyət daşıyır. “İcraçı” tərəfindən görülmüş iş başa çatdıqdan sonra, müqavilə şərtlərinə uyğun olaraq tərəflər arasında tərtib olunmuş 04 aprel 2018-ci il tarixli, OFC.A.0087 AKT-a əsasən görülmüş iş “İcraçı” tərəfindən “Sifarişçi”-yə təhvil verilmişdir. “İcraçı” tərəfindən görülmüş işlər və xidmətlərin dəyəri “Sifarişçi” tərəfindən müqavilə şərtlərinə uyğun olaraq 15.03.2018-ci il tarixdə 6954,80 manat və 12.04.2018-ci il tarixdə 6954,80 manat olmaqla, ümumilkdə 13.909,60 manat məbləğində pul vəsaiti İcraçı Cavabdeh MMC-nin Bank hesabına köçürülmüşdür. Lakin, görülmüş iş 04.04.2018-ciil tarixdə başa çatdıqdan 2 ay sonra, anbarın döşəməsinin beton qatında çatlar və bir müddət sonra isə dağıntılar yaranmış, nəticədə isə anbarın beton döşəməsi tam yararsız vəziyyətə düşmüşdür. Bu barədə Cavabdeh MMC-yə bildirildikdə onlar beton örtüyündəki dağıntıları aradan qaldırmaq üçün həmin anbarın döşəməsində olan beton örtüyünün boyanması işlərini təklif etmiş və həmin işə görə də əlavə olaraq vəsait ödənilməsini istəmişlər. Cavabdehin təklifi məqbul olmadığı üçün Bank bununla razılaşmamış və həmin nöqsanı aradan qaldırmaq üçün başqa bir fərdi sahibkarla müqavilə bağlanaraq beton örtüyünün boyanması işləri görülmüş və bunun üçün Bank tərəfindən aşağıda qeyd olunan xərclər çəkilmişdir. Boyaq materiallarının alınması üçün,cəmi 2945,52 manat (Əsas: 07.05.2018-ci il tarixli Qiymətlərin razılaşdırma Protokolu № 18-01 və 29.05.2018-ci il tarixli Qiymətlərin razılaşdırma Protokolu № 18-02). Xidmət haqqı və digər materiallar üçün,cəmi 4211.94 manat (Əsas: 08.06.2015-ci il tarixli müqaviləyə 90 və 96 nömrəli Əlavəyə əsasən Malların və işlərin təsnifatı və Qiymətlərin razılaşma Protokolu). Bundan əlavə, Cavabdeh MMC tərəfindən görülmüş iş nəticəsində yaranmış aşınmaların (beton örtüyünün dağılmasının) səbəbini müəyyənləşdirmək üçün İddiaçı ASC tərəfindən anbara mütəxəssis dəvət olunmuş və müasir texniki vasitələrdən istifadə etməklə yoxlama aparılmışdır. Belə ki, Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 77L, 2062-73-cü məhəllə ünvanında yerləşən anbarda “Keyfiyyət” şirkəti tərəfindən 22.09.2018-ci il tarixdə aparılmış “betonun möhkəmlik həddinin dağıtmayan üsulla yoxlanılması haqqında” 25 sentyabr 2018-ci il tarixli yoxlamanın nəticələrinə əsasən döşmədə aparılmış betonlama işində keyfiyyətsiz və zəif materillardan istifadə edilməsi müəyyən edilmişdir. Bundan əlavə, cavabdeh təşkilat tərəfindən işlər görülməmişdən əvvəl bankla cavabdeh arasında electron yazışmalar olmuş və həmin yazışmalarda cavabdeh təşkilat anbarda istifadə olunan betonun markasının M400 olacağını bildirmiş, lakin sonradan anbarın beton örtüyünün keyfiyyəti yoxlanılarkən cavabdeh təşkilat tərəfindən istifadə olunan betonun keyfiyyətinin nəzərdə tutulduğundan aşağı olması müəyyən olunmuşdur. Həmin müqavilənin şərtlərinə əsasən, İcraçı Sifarişçinin sifarişi əsasında Müqavilənin tərkib hissəsi hesab edilən ayrı-ayrı xidmətlərin təsnifatı və qiymətləri razılaşma protokolları üzrə müəyyən olunmuş ofislərdə cari təmizlik və digər xidməti işləri görür, Sifarişçi isə xidmətin icrası müqabilində İcraçıya müqavilə üzrə ödənişləri vaxtında və tam həcmdə həyata keçirməyi öz öhdəsinə götürmüşdür. Tərəflər arasında imzalanmış müqavilənin 3.1 və 3.2-ci bəndlərinə əsasən İcraçı müqavilədə, protokollarda qeyd olunan xidmətin icrasını müqavilə imzalandığı tarixdən Sifarişçinin sifarişi əsasında icra etməlidir və İcraçı Sifarişçi tərəfindən sifariş edilən işləri tam keyfiyyətli, standartlara uygun yerinə yetirir. Nəticədə cavabdeh təşkilat tərəfindən görülmüş işdə yaranmış ciddi qüsurlar nəticəsində İddiaçı ASC-yə xeyli miqdarda ziyan dəymişdir. Bu səbəbdən Bank tərəfindən cavabdeh təşkilata dəfələrlə şifahi müraciət edilərək, Bank tərəfindən görülmüş işə görə ödənilmiş vəsaitin geri qaytarılması tələb edilmiş, lakin bu vaxta kimi vəsaitin geri qaytarılması təmin edilməmişdir. Hazırda 920 kv.msahəsi olan anbarın döşəməsində yenidən betonlama işlərinin görülməsi zərurəti yaranmışdır ki, buna görə də anbarda olan avandanlıqların daşınması və təmir zamanı yeni anbar binasının icarəyə götürülməsi üçün xeyli vəsait tələb olunur. Belə ki, anbarda yenidən təmir işləri aparılan zaman icarəyə anbar binası götürülməlidir ki, həmin ərazidə də müvafiq anbar binasının 2 aylıq müddətində icarəsi 10.000 manat məbləğindədir. Bundan başqa təmir zamanı anbarda olan avadanlıqların daşınması da tələb olunur ki, bunun üçn də 4000 manat vəsait lazımdır. Nəticədə cavabdeh müqavilə üzrə öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün, İddiaçı ASC tərəfindən görülmüş işə görə "xxxx" MMC-nin Bank hesabına köçürülmüş 13.909,68 manat məbləğində pul vəsaitinin, anbarın döşəməsində olan beton örtüyünün boyanması üçün çəkilmiş cəmi 7157,46 manat xərcin, təmir müddətində yeni anbar binasının 2 ay müddətində icarəyə götürülməsi üçün çəkilməli olan 10.000 manat məbləğində icarə xərcinin və anbarda olan avadanlıqların daşınması üçün isə çəkilməli olan 4000 manat məbləğində nəqliyyat xərci olmaqla, ümumilikdə 35.067,14 (otuz beş min altmış yeddi manat, 14 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı ASC-yə ödənilməlidir. Müqavilə üzrə öhdəliyin vaxtında və lazımi qaydada icra etmədiyi üçün, 28 noyabr 2018-ci il tarixdə İddiaçı ASC tərəfindən cavabdeh "xxxx"MMC-yə pretenziya məktubu göndərilmişdir. Lakin pretenziya məktubuna cavabdeh təşkilatdan heç bir cavab verilməmişdir. Qeyd etmək istəyirik ki, tərəflər arasında yaranan mübahisə müqavilə öhdəliklərindən irəli gəldiyindən, qanunla müəyyən olunmuş mülki qaydada Azərbaycan Respublikasının müvafiq məhkəmələrində həll olunmalıdır. Qanunvericiliyin tələbinə uyğun olaraq, müqavilə üzrə yaranmış borcun cavabdehdən məhkəmə qaydasında tələb olunması tam əsaslı qaydada qanunvericiliklə bağlı müddəalarda ətraflı qeyd edilmişdir. Tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdeh tərəfindən öz öhdəliklərini yerinə yetirməməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıdakı bir çox maddələrinin pozulmasını özündə şərtləndirir. Belə ki; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəхslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühumşərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin prеdmеtinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr ücün mühüm və ya zəruri adlandırılmış şərtlər, habеlə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşması əldə еdilməli olan bütün şərtlər mühüm sayılır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra еtməyən borclu krеditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1 maddəsinə əsasən, icranı gеcikdirmiş boclu gеcikdirmə nəticəsində vurduğu zərər ücün gеcikdirmə zamanı təsadufən baş vеrmiş icra mümkünsüzlüyünün nəticələri üçün krеditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 374.1-ci maddəsinə əsasən, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən, idarə və ya digər mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər arasında iqtisadi mübahisələr üzrəişlər mülki icraat qaydasında inzibati-iqtisadi məhkəməyə aiddir. Qеyd olunanlardan göründüyü kimi, İddiaçı ASC ilə Cavabdeh MMC arasında yaranmış münasibətlərə müqavilə öhdəliyindən irəli gələn qanun normaları tətbiq еdilməlidir. Cavabdeh MMC məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı ASCdən işgüzar nüfuza, həmçinin maddi və mənəvi zərərə görə 3000 manat, mənfəətin itirildiyinə görə 2000 manat, vəkil üçün çəkilən 100 manat və 30 manat dövlət rüsumunun cəmi 5130 manat məbləğində pulun xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı Cavabdeh MMC iddia ərizəsini belə əsaslandırmışdır ki, İddiaçı ASC Cavabdeh MMC-yə qarşı iddia tələbləri irəli sürülmüşdür. Həmin tələblərə əsasən Cavabdeh MMC guya müqvilə öhdəliklərini lazımınca yerinə yetirmədiyinə görə iddiaçının çəkdiyi bütün xərclərin əvəzi tələb olunaraq ümumilikdə 35067,14 manat pulun tutulması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Hesab edir ki, bu iddia tələbləri əsassızdır və ona görə də məhkəmə tərəfindən təmin olunmamalıdır. Belə ki, ilkin iddia üzrə olan İddiaçı ASC iddia ərizəsində göstərir ki, “aramızda bağlanılmış 07.09.2016cı il tarixli 01 nömrəli müqavilənin 3.2-ci bəndinə əsasən Cavabdeh MMC icraçı qismində tərəf olaraq sifariş edilən işlərin tam keyfiyyətli və standartlarına uyğun yerinə yetirilməsi öhdəliyi götürülmüşdür. Həmçinin həmin müqavilənin 4.1-ci bəndinə əsasən isə, bir tərəf təqsirli olaraq digər tərəfə vurduğu ziyana görə digər tərəfin qarşısında tam həcmdə məsuliyyət daşıyacağını iddia ərizəsində əsas kimi idiaçı tərəfindən gətirilmişdir”. Lakin hesab edirik ki, iddia ərizəsində göstərilən hallar həqiqətə uyğun deyildir və və Cavabdeh MMC tərəfindən müqavilə üzrə götürülən öhdəliklər tam həcmdə və lazımi keyfiyyət və standartlarına uyğun olan işləri həyata keçirilmişdir. Həqiqətən Cavabdeh MMC ilə cavabdeh arasında 07.09.2016-cı il tarixli 01 nömrəli müqavilə imzalanmış və həmin müqavilə əsasında bir neçə dəfə müxtəlif işlər görülmüşdür. Gördüyümüz bütün işlər tam həcmdə və keyfiyyətlə yerinə yetirilmişdir. Həmçinin sonuncu dəfə cavabdehin istifadəsinə götürdüyü daşınmaz əmlakın döşəmə hissəsində beton işləri də tam həcmdə və əvvəlcədən razılaşdırılmış qaydada və keyfiyyətlə iddiaçı tərəfindən görülərək 04.04.2018ci il tarixində OFC.A.0087 nömrəli Akta əsasən tamamilə ona təhvil verilmişdir. Lakin bir neçə aydan sonra beton hissəsi cavabdehin deməsinə görə deformasiya və sair zərərlərə məruz qalmışdır. Hesab ediriok ki, bu uydurma və əsassız iradlardı və əgər belə zərərlər baş veribsə onlar yalnız cavabdehin öz təqsiri səbəbindən baş verə bilər. Beton tərkibinin əsasını müxtəlif markalı sement təşkil edir. Nümayəndəsi və vəkili olduğum hüquqi şəxs cavabdehə təqdim etdiyi betonun tərkibində əvvəlcədən razılaşdırılmış M400 markalı sementdən ibarət olan betonu təhvil vermişdir. Həmin beton məhsulu tərəfimizdən məhz nüfuzlu "xxxx" MMC-dən alınmışdır. Bununla əlaqədar olaraq müvafiq arayış da onlar tərəfindən verilmişdir. Beləliklə də tam həqiqət olaraq bildiririk ki, cavabdehə təqdim olunmuş beton m400 sementindən hazırlanaraq ona təhvil verilmişdir. Lakin cavabdeh bizə qarşı əsassız iddia irəli sürərək onun çəkdiyi bütün xərclərin əvəzini Cavabdeh -dən tələb edir. Belə olduğu halda bizə qarşı irəli sürülmüş iddia tələbləri əsassızdır və ona görə də rədd olunmalıdır. Əvəzində isə, əsassız iddia qaldırdığına görə Cavabdeh MMC özünün müdafiəsini təşkil etmək üçün vəkil xidmətindən istifadə etməkdən məcbur olaraq müvafiq tapşırıq müqaviləsi bağlamış və ona 100 manat xidmət haqqı ödəmişdir. (10 manat vəkil orderinə yapışdırılmış marka daxil) Həmçinin şirkətə qarşı əsassız iddia qaldırmaqla onun işgüzar nüfuzunu aşağı salmış, işgüzar imicinə zərər vurmuşdur. Bununla da fəaliyyət istiqamə üzrə görülməli olan işləri təxirə saldırmış və bununla da şirkətin əldə edə biləcəyi gəlirlərini aşağı salmışdır. Bu yaxınlarda iştirak edə biləcəyi müxtəlif layihələrdən çəkindirmiş və onlarda iştirak etmək imkanına zərbə vurmuşdur. Hətta bəzi şirkətlər bu məhkəmə çəkişməsindən xəbər tutaraq Cavabdeh MMC ilə birgə iş birliyindən imtina etmişdirlər. Bütün bunlar isə şirkətin işgüzar imicinə mənfi təsir göstərmiş və beləliklə də həm maddi, həm də mənəvi ziyan vurulmuşdur. Təbii ki, AR Konstitusiyasına, həmçinin digər qanunlarına görə hər kəsin pozulmuş hüquqlarının müdafiəsi məqsədilə məhkəməyə müraciət etmək hüququ var. Ancaq bu hüquqları həyata keçirdiyi zaman onlardan sui-istifadədən çəkinməli və digər şəxslərə zərər vurmamalıdır. Amma buna baxmayaraq cavabdeh İddiaçı ASC mülki hüquqlarını həyata keçirərkən onların sui istifadəsinə yol vermişdir. AR Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Eyni zamanda həmin məcəllənin 17.1-ci maddəsinə görə bütün dövlət hakimiyyət orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar. AR MPM-nin 155.1-ci maddəsinə görə cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir. Həmin Məcəllənin 155.2-ci maddəsində deyilir ki, məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. AR MM-nin 21.1-ci maddəsində deyilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər əldən çıxmış fayda başa düşülür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericilikdə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. AR MPM-nin 121.1-ci maddəsinə görə Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 120-ci maddəsinə görə məhkəmə vicdansızcasına əsassız iddia vermiş və ya iddiaya qarşı mübahisə etmiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, iş vaxtının itirilməsi üçün digər tərəfin və ya dövlətin xeyrinə məbləğ tuta bilər. Həmin məbləğ məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-nin nümayəndəsi X2 iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat vermiş və ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi Vəkil qarşılıqlı iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat vermiş və əlavə olaraq məhkəməyə betonun keyfiyyəti ilə bağlı sənəd təqdim edərək, betonun lazımi keyfiyyətdə olduğunu bildirərək ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 653867 nömrəli 13.03.2018-ci il tarixli elektron qaimədən görünür ki, Cavabdeh MMC-dən İddiaçı ASC-yə yola salınmış malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin yekun məbləği 13909,60 manatdır. 15 mart 2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC Cavabdeh MMC-nin AZ19AZEN******************** saylı hesabına 6954,80 manat ödəniş etmişdir. 12 aprel 2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC Cavabdeh MMC-nin AZ19AZEN******************** saylı hesabına 6954,80 manat ödəniş etmişdir. 07 sentyabr 2016-cı il tarixli 01 saylı müqavilədən görünür ki, sifarişçi İddiaçı ASC ilə icraçı Cavabdeh MMC arasında podrat müqavilə bağlanmışdır. Cavabdeh MMC və İddiaçı ASC arasında mövcud olan 07.09.2016-cı il tarixli 01 saylı Müqavilə əsasında 18 saylı razılaşma protokolundan görünür ki, təqdim edilmiş xidmət və məhsulun məbləği 13909,60 manat olmuşdur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyi S.Ə.Dadaşov adına ETLKİM institutunun İddiaçı ASC-nin anbarının beton döşəmə örtüyünün texniki vəziyyətinə dair 20 noyabr 2019-cu il tarixli rəyindən görünür ki, beton qatının sıxılmada möhkəmlik həddinin aşağı olması təyin edildi. Betonun sıxılmada möhkəmlik həddi M100-M150 marka arası dəyişməsi və daha az nəticə verən yerlərin aşkar olunması müəyyən edildi. Beton döşəmə örtüyünün bərpası üçün mövcud olan yəni inşa edilmiş və boyanmış beton qatı tam sökülməlidir. Döşəmənin yenidən inşa edilməsində betonun möhkəmliyi M300 markasından aşağı olmamalıdır. Aparılmış tədqiqatın dəyəri 718,94 manat təşkil edir. 12 yanvar 2021-ci il tarixli 10/3643 nömrəli mühəndis-texniki ekspertizanın rəyindən görünür ki, ekspert Tikintidə X1 Agentliyi S.Ə.Dadaşov adına ETLKİM institutunun İddiaçı ASC-nin anbarının beton döşəmə örtüyünün texniki vəziyyətinə dair 20 noyabr 2019-cu il tarixli rəyində göstərilənlərlə eyni nəticəyə gəlmişdir. Aparılmış tədqiqatın dəyəri 100 manatdır. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385.1, 443.1 və 752.1-ci maddələri). Məhkəmə baxışda tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, sifarişçi İddiaçı ASC-yə məxsus anbarın döşəməsinə beton tökmə işlərin görülməsi ilə bağlı sifarişçi ilə icraçı Cavabdeh MMC arasında 07 sentyabr 2016-cı il tarixdə 01 saylı podrat müqavilə bağlanmış və İddiaçı ASC tərəfindən şifarişin dəyəri olan 13909,60 manat məbləğində vəsait Cavabdeh MMC-yə ödənilmişdir. Sonuncu isə beton tökmə işləri görsə də, həmin işləri lazımi keyfiyyətdə görməmiş, nəticədə döşəmə yararsız vəziyyətə düşərək, onun sökülməsinə və yenidən lazımi keyfiyyətdə betonun tökülməsinə zərurəti yaranmışdır, belə ki, ekspert və mütəxəssis rəyinə əsasən müayinə zamanı müəyyən edilmişdir ki, betonun sıxılmada möhkəmlik həddi müvafiq qaydalara əsasən M300 deyil, normadan aşağı M100-M150 marka arası olmuşdur. Qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, ilkin iddia üzrə İddiaçı ASC-nin görülmüş işə görə ödənilmiş 13909,60 manat məbləğində vəsaitinin Cavabdeh MMC-dən tələbi hissəsində iddiası əsaslıdır, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-yə qarşı tələbi isə əsassızdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, ilkin iddia üzrə İddiaçı ASC-nin anbarın döşəməsində olan beton örtüyünün boyanması üçün çəkilmiş cəmi 7157,46 manat xərcin, təmir müddətində yeni anbar binasının 2 ay müddətində icarəyə götürülməsi üçün çəkilməli olan 10000 manat məbləğində icarə xərcinin və anbarda olan avadanlıqların daşınması üçün isə çəkilməli olan 4000 manat məbləğində nəqliyyat xərci tələbi ilə bağlı kifayət qədər sübut təqdim edilmədiyinə görə iddia tələbi həmin hissədə təmin edilə bilməz. Odur ki, qeyd olunanlara əsasən ilkin iddia qismən təmin edilməli və görülmüş işə görə ödənilmiş 13909,60 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilməli, iddia anbarın döşəməsində olan beton örtüyünün boyanması üçün çəkilmiş cəmi 7157,46 manat xərcin, təmir müddətində yeni anbar binasının 2 ay müddətində icarəyə götürülməsi üçün çəkilməli olan 10000 manat məbləğində icarə xərcinin və anbarda olan avadanlıqların daşınması üçün isə çəkilməli olan 4000 manat məbləğində nəqliyyat xərci tələbi hissəsində rədd edilməli, həmçinin İddiaçı ASC-dən işgüzar nüfuza, həmçinin maddi və mənəvi zərərə görə 3000 manat, mənfəətin itirildiyinə görə 2000 manat, vəkil üçün çəkilən 100 manat və 30 manat dövlət rüsumunun cəmi 5130 manat məbləğində pulun tutulması barədə Cavabdeh MMC-nin qarşılıqlı iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin 39,66%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, məhkəmə mühəndis-texniki ekspertizanın xərci olan 100 manat məbləğində pulun 60,34 manatı ilkin iddia üzrə İddiaçı ASC-dən, 39,66 manatı isə ilkin iddia üzrə Cavabdeh MMCdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. Bununla yanaşı mütəxəssis rəyi xərci olan 718,94 manat məbləğində pulun 433,80 manatı ilkin iddia üzrə İddiaçı ASCdən, 285,14 manatı isə ilkin iddia üzrə Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyi S.Ə.Dadaşov adına ETLKİM institutuna ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Görülmüş işə görə ödənilmiş 13909,60 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ASC-yə ödənilsin. Anbarın döşəməsində olan beton örtüyünün boyanması üçün çəkilmiş cəmi 7157,46 manat xərcin, təmir müddətində yeni anbar binasının 2 ay müddətində icarəyə götürülməsi üçün çəkilməli olan 10000 manat məbləğində icarə xərcinin və anbarda olan avadanlıqların daşınması üçün isə çəkilməli olan 4000 manat məbləğində nəqliyyat xərcinin Cavabdeh MMC-dən tələbi hissəsində İddiaçı ASC-nin iddiası təmin edilməsin. İddiaçı ASC-dən işgüzar nüfuza, həmçinin maddi və mənəvi zərərə görə 3000 manat, mənfəətin itirildiyinə görə 2000 manat, vəkil üçün çəkilən 100 manat və 30 manat dövlət rüsumunun cəmi 5130 manat məbləğində pulun tutulması barədə Cavabdeh MMC-nin qarşılıqlı iddiası rədd edilsin. Məhkəmə mühəndis-texniki ekspertizanın xərci olan 100 manat məbləğində pulun 60,34 manatı ilkin iddia üzrə İddiaçı ASC-dən, 39,66 manatı isə ilkin iddia üzrə Cavabdeh MMC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. Mütəxəssis rəyi xərci olan 718,94 manat məbləğində pulun 433,80 manatı ilkin iddia üzrə İddiaçı ASC-dən, 285,14 manatı isə ilkin iddia üzrə Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X1 Agentliyi S.Ə.Dadaşov adına ETLKİM institutuna ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-23/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-23/2021
21.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver