Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-23/2024 23.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı1 cavabdeh Azərbaycan xxxxna qarşı pul vəsaitinin tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: podrat müqaviləsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil2, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı1 cavabdeh Azərbaycan xxxxna qarşı pul vəsaitinin tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı1 (İddiaçı1 MTK) cavabdeh Azərbaycan xxxxna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17 mart 2020-ci il tarixli podrat müqaviləsinə uyğun olaraq icraçı İddiaçı1 MTK tərəfindən yerinə yetirlmiş faktiki işlərin qalıq dəyəri olan ƏDV daxil ******* manat vəsaitin, ilkin mediasiya sesiyasında iştirak üçün çəkilən xərc və dövlət rüsumü kimi ödənilmiş cəmi 1387,36 (min üç yüz səksən yeddi manat otuz altı qəpik) manat vəsaitin, umumilikdə isə 1196114,36 (bir milyon yüz doxsan altı min yüz on dörd manat otuz altı qəpik) manat pul vəsaitinin cavabdehdən tutularaq İddiaçı1 MTK-ya ödənilməsi, habelə iddiaçı tərəfindən tikinti sahəsində gətirilmiş heç bir əsas olmadan həmin tikinti sahəsindən çıxarılmasına maneəçilik törədilən tikinti ofis konteynerləri və texnikanın, 10000 ədəd cilov və 150 kub metr taxtaların, tikinti işlərinin həyata keçirilməsi üçün alınaraq tikinti sahəsinə gətirilən 9 ton armaturun İddiaçı1 MTK-ya təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Milli X10 idarəsi ilə İddiaçı1 MTK (VÖEN: **********) arasında 17 mart 2020-ci il tarixdə podrat müqaviləsi imzalanmış, həmin müqaviləyə əsasən sifarişçiyə məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 7,00 hektar torpaq sahəsi üzərində ("xxxx" MTK tərəfindən inşa olunmuş 1 bloklu, 2 girişli, 12 mərtəbəli bina istisna olmaqla) təsdiq edilmiş Baş Plana uyğun tikilməli olan binaların (o cümlədən yarımçıq tikilinin də) inşasınn həyata keçirilməsi podratçıya həvalə edilmişdir. Belə ki, "xxxx" Mənzil-Tikinti Kooerativi, İddiaçı1 Mənzil-Tikinti Kooerativi və payçılarla ayrı-ayrılıqda bağlanmış dört tərəfli müqavilələrə əsasən "xxxx" MTK ilə payçılar arasında bağlanmış müqavilələrə xitam verilmiş, payçıların ümumilikdə ödədikləri 741440 manat pul vəsaiti 2 nömrəli binanın yarımçıq tikintisinə sərf edildiyindən həmin vəsait ilə birlikdə cəmi 745000 manat "xxxx" MTK-nın gördüyü yarımçıq işlərin dəyərinə hesab edilmişdir. Sakinlərin qalıq ödənişlərinin isə müqavilə əsasında İddiaçı1 MTK-ya ödənilməsi razılaşdırılmış, bununla bağlı payçılarla İddiaçı1 MTK arasında yeni müqavilələrin bağlanması, qeyd edilənlərin həmin müqavilələrdə göstərilməsi, binanın tikinti işlərinin davam etdirilməsi öhdəliyinin, hüquq və vəzifələrinin, o cümlədən məsuliyyətinin İddiaçı1 MTK-ya ötürülməsi razılaşdırılmış və həmin payçılarla yeni müqavilələr bağlanmışdır. Azərbaycan Milli X10 İdarəsinin 06 avqust 2021-ci il tarixli, 06-1- 389 nömrəli məktubu ilə İddiaçı1 MTK tərəfindən öhdəliklərin yerinə yetirilmədiyi, tikinti işlərinin ləng şəkildə həyata keçirildiyi, sakinlərə dolğun məlumat verilmədiyi, qeyd edilənlərin sakinlərin narazılığına səbəb olduğu, bununla bağlı çoxsaylı şikayətlərin edildiyini qeyd edərək, AMEA-nın İşlər İdarəsi ilə İddiaçı1 MTK arasında bağlanmış 17 mart 2020-ci il tarixli müqavilənin 2.1.6-cı bəndinə əsasən sözügedən müqaviləyə xitam verilməsi barədə qərar qəbul edildiyi qeyd edilmişdir. Həmin məktuba verilmiş xx.xx.2021ci il tarixli, 04 saylı cavab məktubunda, o cümlədən sifarişçiyə ünvanlanmış digər məktublarda podratçı olaraq üzərinə düşən vəzifələrin icra edildiyini, müqavilənin 2.2.3-cü bəndinə əsasən Baş Plana uyğun aparılacaq tikinti işlərinin bilavasitə, eləcə də həmin binalardan mənzili (və ya qeyri-yaşayış sahəsi) olan payçılardan əldə olunan maliyyə vəsaiti hesabına həyata keçirilməsinin nəzərdə tutulduğunu, həmin maddənin digər bəndlərinə əsasən sifarişçinin mənzillərin bilavasitə satışını öz əməkdaşları arasından təşkil etməli və pul vəsaitlərinin icraçı tərəfindən yığılmasının təmin edilməli olması, mənzillərin satılacağı əməkdaşların siyahısının icraçıya təqdim edilməli olması, sifarişçinin öz əməkdaşları arasında ola biləcək problemli alıcılara görə məsuliyyət daşımasının qeyd edilməsinə baxmayaraq, sifarişçi qeyd edilən öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş, bu müqavilənin göstərişlərinə zidd olaraq əməkdaşlarına iddiaçını problemli podratçı kimi təqdim edərək, mənzillərin ödənişlərinin həyata keçirlməməsi bildirilmiş və İşlər İdarəsinə yeni rəhbər vəzifəsinin müvəqqəti icraçısı təyin edildikdən dərhal sonra onun göstərişinə əsasən ondan əvvəlki rəhbərliyin vaxtında podratçıya ayrılmış İşlər İdarəsinin inzibati binasındakı otaqda olan tikiləcək binaların Baş Planının maketi ordan götürülərək, həmin otaq podratçının istifadəsindən götürülmüş və bununla da podratçının həmin binada yerləşən mənzillərin satışının həyata keçirilməsinə suni maneələr törədilərək, işlərin görülməsi üçün sakinlər ilə əlaqənin qarşısı alınmışdır. Daha sonra sifarişçi tərəfindən tələb edilmiş həmin baş plana uyğun inşa edilmiş binadan mənzil alan əməkdaşlarla bağlanmış müqavilələrin əsilləri, o cümlədən binaya aid zəruri sənədlər rəsmi qaydada AMEA-nın İşlər İdarəsinə təhvil verilmişdir. Hazırda Azərbaycan Milli X10 idarəsi ilə İddiaçı1 Mənzil-Tikinti Kooerativi arasında 17 mart 2020-ci il tarixdə podrat müqaviləsi birtərəfli qaydada ləğv edildiyindən həmin müqavilənin 7.1.7-ci bəndinə əsasən müqaviləyə xitam verilənədək icraçı tərəfindən yerinə yetirilmiş işlər üzrə məbləğin və göstərişlərə riayət edilməsi ilə əlaqədar çəkilən bütün xərclərin iddiaçıya ödənilməsi zəruridir. AMEA-nın İşlər İdarəsinin “X21” MMC ilə 29 sentyabr 2021-ci il tarixli 09 nömrəli konsaltinq xidməti barədə bağladığı müqaviləyə əsasən sonuncunun MTK tərəfindən görülmüş işlərin faktiki həcmi barədə qiymətləndirmə hesabatı ilə görülmüş işlərin dəyəri ƏDV xaric 992440 manat hesablanmışdır ki, qeyd edilən qiymətləndirmə və iş həcmləri tikinti norma və qaydalarına uyğun olmayıb, mövcud bazar qiymətlərindən dəfələrlə aşağı hesablanmış və iddiaçının təqdim etdiyi faktiki iş həcmləri və qiymətlərlə heç bir uyğunluq təşkil etmir və görülən işlərə görə çəkilən xərclərdən dəfələrlə aşağıdır. Belə ki, İddiaçı1 Mənzil-Tikinti Kooerativi müqavilə əsasında baş plana uyğun olaraq şərti adı ilə “2-ci bina”nın 4 mərtəbəsi monolit olaraq inşa edilmiş, 5-ci mərtəbədə isə beton tökülməsi üçün qəlib işləri tam olaraq aparılmış, armatur toxunmasının 80-85%-i tamamlanaraq yarımçıq olmaqla beton tökülmədən təhvil verilmiş, habelə şərti adı ilə “3-cü və 4-cü bina”nın bünövrə qazma və suvay işlərinin həyata keçirilməsinə, tikinti üçün lazım olan infrastrukturun qurulmasına və layihə və icazə təsdiq xərclərinə, ümumilikdə işin başladığı və dayandırıldığı tarixlər arası orta bazar qiymətləri ilə ƏDV daxil ******* manat vəsait xərclənmiş, qeyd edilənləri əks etdirən hesabatlar da iddiaçı tərəfindən İşlər İdarəsinə də təqdim edilmişdir. MTK tərəfindən sifarişçinin əməkdaşlarına və digər sakinlərə satılmış mənzillərə görə isə ümumilikdə xx.xx.2021-ci tarixi də daxil olmaqla, ******* manat vəsait əldə edilmişdir. MTK tərəfindən işlərin yerinə yetirilməsinə çəkilmiş xərclər payçılardan əldə edilmiş vəsait çıxıldıqdan sonra AMEA-nın İşlər idarəsinin İddiaçı1 MTK-ya görülmüş işlərin faktiki dəyəri olan qalıq dəyəri olan ƏDV daxil olmaqla, ******* manat borcu qalmışdır. Bundan əlavə tikinti işlərinin həyata keçirilməsi üçün iddiaçı tərəfindən sahəyə gətirilmiş yük qaldıran texnikanın, işçilər üçün gətirilmiş 3 ədəd konteyner və anbarın, tikintidə beton işlərinin həyata keçirilməsi zamanı istifadə edilməsi üçün 10000 ədəd cilovun və 150 kub metr taxtaların, tikinti işlərinin həyata keçirilməsi üçün alınmış və işləri təhvil verərkən sahədə qalan 9 ton armaturun həmin tikinti sahəsindən götürülməsinə sifarişçi tərəfindən qeyri-qanuni olaraq məhdudiyyətlər qoyulmaqla müxtəlif maneələr törədildiyindən qeyd edilənləri itikinti sahəsindən götürə bilməmişlər. Qeyd edilənləri kooperativin həmin işləri yerinə yetirilməsində sahə rəisi kimi çalışmış X15, briqadir vəzifəsində çalışmış X14 da təsdiq edə bilərlər. Yuxarıda qeyd edilənləri nəzərə alaraq icraçı tərəfindən podrat müqaviləsinin ləğv edildiyi tarixədək podratçı tərəfindən faktiki olaraq yerinə yetirilmiş, sifarişçinin həmin işlərin göürlməsində marağının olduğu faktiki işlərin qalıq dəyəri olan ******* manat vəsaitin pretenziyanı aldıqdan sonra 10 gün müddətində iddiaçıya ödənilməsini, habelə iddiaçı tərəfindən sahəyə gətirilmiş heç bir əsas olmadan həmin tikinti sahəsindən çıxarılmasına maneçilik törədilən tikinti ofis konteynerləri və texnikanın, 10000 ədəd cilov və 150 kub metr taxtaların, tikinti işlərinin həyata keçirilməsi üçün alınmış işlər təhvil verilərkən tikinti sahəsində olan 9 ton armaturun, hal-hazırda sifarişçi tərəfindən istifadə edilən tikintidə beton işlərinin həyata keçirilməsi zamanı icarəyə götürülən 2150 ədəd dəmir dirəklərin tikinti sahəsindən götürülməsi üçün qoyulmuş məhdudiyyətin aradan qaldırılaraq zəruri köməkliyin edilməsini və bununla bağlı iddiaçıya rəsmi məlumat verilməsi barədə Milli X10 İdarəsinə xx.xx.2022ci il tarixdə Dövlət Vergi Xidmətinin X4 Sistemində yaradılmış elektron kabineti vasitəsilə, xx.xx.2022-ci il tarixdə isə ”Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə pretenziya (xəbərdarlıq məktubu) göndərilmişdir. Qeyd edilən pretenziya məktubuna sifarişçi təşkilat tərəfindən heç bir cavab verilmədiyindən və iddiaçının tələbləri təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qeyd edilən kommersiya mübahisəsinin mediasiya vasitəsi ilə həll edilməsi üçün Azərbaycan Milli X10 idarəsinə bu barədə xx.xx.2022-ci il tarixdə təklif göndərilmiş, daha sonra bu barədə Bakı 4 saylı Mediasiya Təşkilatına rəsmi qaydada müraciət edilmiş və mediator təyin edilmişdir. Lakin Azərbaycan Milli X10 idarəsi tərəfindən heç bir səlahiyyətli nümayəndə mediasiya sessiyasında iştirak etmədiyindən mediator tərəfindən “İlkin mediasiya sesiyasında iştirak edilməməsi” barədə xx.xx.2022-ci il tarixli, MŞB/4-00667 saylı Arayış tərtib edilmiş və ilkin mediasiya sesiyasında iştirak etmək üçün iddiaçı tərəfindən 400 (dörd yüz) manat mediasiya xərci ödənilmişdir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 442, 449.1, 752, 753, 759-cu maddələrinə istinad olunmuşdur.
4. İddiaçı ərizə ilə məhkəməyə müraciə edərək, hazırkı iş üzrə Azərbaycan xxxx cavabdeh Azərbaycan Milli X10 idarəsinin hüquq varisi olaraq əvəz edilməsi və cavabdeh qismində işə cəlb edilməsini xahiş etmiş, Bakı Kommersiya Məhkəməsi xx.xx.2023-cü il tarixli, e-2-2(113)-72/2023 saylı qərardadı ilə cavabdeh Azərbaycan Milli X10 idarəsi hüquqi varisi Azərbaycan xxxx ilə əvəz edilmişdir.
5. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, birincisi, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 50.3-cü maddəsinin tələblərinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Lakin AMEA baxılan işdə iddia tələbinin yönəldiyi fiziki və ya hüquqi şəxs ola bilməz. Belə ki, məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 oktyabr 2017-ci il tarixli 681s nömrəli sərəncamına əsasən Abşeron rayonunun Saray qəsəbəsi ərazisində Azərbaycan xxxxnın (AMEA) istifadəsində olan 30,0 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 7,0 hektarında AMEA-nın əməkdaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə çoxmərtəbəli çoxmənzilli kooperativ yaşayış binalarının və sosial obyektlərin tikintisi üçün həmin torpaq sahəsinin kateqoriyası dəyişdirilərək, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına keçirilmişdir. Abşeron rayon İcra Hakimiyyətinin 01 iyun 2018-ci il tarixli, 165 nömrəli sərəncamına əsasən sözügedən ərazidə AMEA-nın istifadəsində olan torpaq sahəsinin 7,0 hektarında "xxxx" yaşayış kompleksinin (kompleks) salınması nəzərdə tutulmuşdur. Bu məqsədlə AMEA-nın sifarişi əsasında yaşayış kompleksinin 2018-ci ildə eskiz layihəsi hazırlanmışdır. Eskiz layihənin Baş planına əsasən sözügedən ərazidə ümumilikdə 10 (on) ədəd yaşayış binası (o cümlədən: 1 (bir) ədəd şərti adı “1 nömrəli bina” olan 2 bloklu 12 mərtəbəli 168 mənzilli yaşayış binası, 1 (bir) ədəd şərti adı “2 nömrəli bina”, 1 (bir) ədəd “3 nömrəli bina” və 7 (yeddi) ədəd “4 nömrəli bina” olan 2 bloklu 16 mərtəbəli 240 mənzilli), uşaq bağçası və orta məktəb binalarının tikintisi nəzərdə tutulmuşdur. Layihə sənədlərinə uyğun olaraq kompleksdə çoxmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi məqsədi ilə kompleksin fəaliyyəti üçün bütün aidiyyəti sənədləşmə işləri (torpaq sahəsi və tikinti işlərinin aparılması ilə bağlı sərəncamlar, çıxarışlar, qərarlar, aktlar və sairə) aparılmışdır. Kompleksdə çoxmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin həyata keçirilməsi məqsədi ilə AMEA-nın İşlər idarəsi ilə ilk olaraq, "xxxx" Mənzil Tikinti Kooperativi (MTK) arasında 18 dekabr 2017-ci il tarixli SA/01 nömrəli podrat müqaviləsi imzalanmışdır. Bağlanılmış podrat müqavilələrinə əsasən yaşayış binalarının tikintisi üçün dövlət tərəfindən vəsait ayrılmamış, bu istiqamətdə dövlət tərəfindən, o cümlədən AMEA tərəfindən də hər hansı bir maliyyə vəsaitinin ayrılması nəzərdə tutulmamışdır. Tikinti işlərinin həyata keçirilməsi bilavasitə tikintiyə cəlb olunmuş və müvafiq podrat müqavilələri bağlanılmış podratçı şirkətlərin öz vəsaiti hesabına həyata keçirilmişdir və keçirilir də. Bağlanılmış podrat müqavilələrində nəzərdə tutulmuşdur ki, inşa olunmuş binalardakı yaşayış və qeyri-yaşayış sahələrinin satışlarını həmin tikinti şirkətləri özləri həyata keçirirlər, gördükləri işlərin müqabilində öz xərclərini bağlayır və işlərinin görülməsini maliyyələşdirirlər. Yəni maliyyə məsələrinə AMEA-nın İşlər idarəsinin heç bir aidiyyəti olmadığından və tikintinin maliyyələşdirilməsi işlərinə qarışmadığından, bu işdə AMEA-nın İşlər idarəsi cavabdeh tərəf də ola bilməz. "xxxx" MTK tərəfindən kompleksdə yalnız şərti adı “1 nömrəli bina” olan yaşayış binası inşa edilmişdir. Bu binada mənzillər "xxxx" MTK tərəfindən elm və təhsil sahəsində çalışan əməkdaşlara satılmışdır. "xxxx" MTK tərəfindən kompleksdə şərti adı “2 nömrəli bina” (1 ədəd 2 bloklu 16 mərtəbəli 240 mənzilli yaşayış binası) olan yaşayış binasının beton bünövrəsinin qurulması və bünövrə qatı hazırlıq işlərinin görülməsi təmin edilmişdir. Lakin sonradan, kompleksdə çoxmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin davam etdirilməsi məqsədi ilə 1-ci müqaviləyə dair öhdəliklərin digər podratçı şirkətə ötürülməsinə dair AMEA-nın İşlər idarəsi, "xxxx" MTK və İddiaçı1 MTK arasında 12 mart 2020-ci il tarixli üçtərəfli saziş imzalanmışdır. Kompleksdə "xxxx" MTK tərəfindən şərti adı “2 nömrəli bina” olan yaşayış binasının bünövrəsində aparılmış işlər və tikintisinin aparılması nəzərdə tutulmuş həmin bina üzrə öhdəliklərin icrası məqsədi ilə AMEA-nın İşlər idarəsi ilə İddiaçı1 MTK arasında 17 mart 2020-ci il tarixli podrat müqaviləsi bağlanmışdır. Qeyd olunan müqavilənin 2.1.1-ci bəndinə görə, “Sifarişçi özünə məxsus Abşeron rayonu Saray qəsəbəsində yerləşən 7,0 ha torpaq sahəsi üzərində ("xxxx" MTK tərəfindən inşa olunmuş 1 bloklu, 2 girişli, 12 mərtəbəli bina istisna olmaqla) təsdiq edilmiş Baş Plana uyğun tikilməli olan binaların (o cümlədən yarımçıq tikilinin) inşasının həyata keçirilməsini icraçıya sifariş edir.” Müqavilənin 2.2.2-ci bəndinə görə isə “İcraçı öhdəsinə götürür ki, inşa edilən binalardan satışı ilk növbədə AMEA-nın və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin işçilərinə hər m2-in dəyəri 470 manat məbləğindən artıq olmamaq şərti ilə təmin edəcəkdir. AMEA-nın və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin işçilərinin mənzil təminatı təmin edildikdən sonra icraçı qalan mənzilləri Sifarişçinin razılığı ilə bazar qiymətlərinə uyğun olaraq digər şəxslərə sata bilər.” Müqavilənin 2.2.3-ci bəndinə əsasən “Baş Plana uyğun olaraq, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən torpaq sahəsində aparılmalı olan bütün tikinti işləri icraçı tərəfindən, bilavasitə, eləcə də həmin binalardan mənzil (ya qeyriyaşayış sahəsi) olan payçılardan əldə olunan maliyyə vəsaiti hesabına həyata keçirilir.” Xitam zamanı icraçı işlərin yerinə yetirilməsini dayandırır. Sifarişçinin belə xitam verilməsi ilə əlaqədar bütün göstərişlərinə bütövlükdə riayət edir. Sifarişçi müqavilənin müddəalarına müvafiq qaydada xitam tarixinə qədər yerinə yetirilmiş işlər üzrə məbləği və göstərişlərinə riayət edilməsi ilə əlaqədar olaraq icraçı tərəfindən çəkilən bütün xərcləri icraçıya ödəyir. (Bu miqdar icraçının təqdim etdiyi xərclər smetasına uyğun olaraq müəyyən edilir). Bundan sonra, "xxxx" MTK və İddiaçı1 MTK arasında görülmüş işlərlə əlaqədar qarşılıqlı hesablaşma aparılmış, İddiaçı1 MTK tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin satışlarından əldə olunmuş pulların məbləği və onların sonrakı aqibətləri, İddiaçı1 MTK tərəfindən faktiki görülmüş işlərin dəyəri ilə yaşayış və qeyri-yaşayış sahələrinin satışlarından əldə etdiyi məbləğlər arasındakı fərqlər nəinki cavabdeh adlandırılan tərəfə, hətta məhkəməyə də təqdim olumamışdır. İddiaçı1 MTK şərti adı “2 nömrəli bina” olan yaşayış binasının 4-cü mərtəbəsinə qədər tikinti işlərini aparmış, həmçinin şərti adı “4 nömrəli bina” olan yaşayış binalarından birinin bünövrəsinin qazılması işlərini yerinə yetirmişdir. Kompleksdə çoxmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin gedişatından və keyfiyyətindən narazı qalan AMEA-nın İşlər idarəsi tikinti işlərinin daha keyfiyyətli davam etdirilməsi məqsədi ilə AMEA-nın İşlər idarəsi ilə "xxxx" MMC arasında 24 may 2022-ci il tarixində podrat müqaviləsi bağlanmışdır. Həmin podrat müqaviləsində yaşayış binalarının tikintisinin bu şirkət tərəfindən davam etdirilməsi nəzərdə tutulmuşdur. Hazırda "xxxx" MMC 2 nömrəli bina (şərti olaraq “B” binası) üzrə tikinti işlərini davam etdirməkdədir. İddiaçı1 MTK özü və "xxxx" MMC ilə arasında görülmüş işlərlə və İddiaçı1 MTK tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin satışlarından əldə olunmuş pulların məbləği və onların sonrakı aqibətləri ilə əlaqədar sonuncu ilə qarşılıqlı hesablaşma aparılmasını tələb etmək və öz əmlaklarını tikinti sahəsindən tam şəkildə götürmək əvəzinə (əgər orada İddiaçı1 MTK-nın hər hansı bir əmlakı qalmışdırsa), İddiaçı1 MTK heç bir əsas olmadan AMEA-nın hazırda mövcud olmayan (ləğv olunmuş) işlər idarəsini məhkəməyə vermişdir. Bir daha qeyd edilir ki, AMEA-nın sifarişi əsasında tikintisi davam etdirilən kompleksə yaşayış binalarının tikintisi üçün dövlət və AMEA tərəflərindən heç bir vəsait ayrılmamış, bu istiqamətdə dövlət və AMEA tərəflərindən hər hansı bir maliyyə vəsaitinin ayrılması da nəzərdə tutulmamışdır. Tikinti işlərinin həyata keçirilməsi bilavasitə tikintiyə cəlb olunmuş və müvafiq podrat müqavilələri bağlanılmış podratçı şirkətlərin öz vəsaiti hesabına həyata keçirilməlidir. Bağlanılmış podrat müqavilələrində müqavilələrin predmeti əsasən bu istiqamətdə öz əksini tapmışdır. Yuxarıda qeyd olunanlardan belə nəticəyə gəlinir ki, nə AMEA-nın hazırda mövcud olmayan (ləğv olunmuş) İşlər İdarəsi, nə də ki AMEA-nın özü podratçı şirkətlər qarşısında heç bir maddi məsuliyyət daşımırlar və daşıya da bilməzlər. İddiaçı1 MTK özü və "xxxx" MMC ilə arasında görülmüş işlərlə əlaqədar sonuncu ilə qarşılıqlı hesablaşma aparmalı və İddiaçı1 MTK özü öz əmlaklarını tikinti sahəsindən tam şəkildə götürməlidir, əgər orada doğurdan da İddiaçı1 MTK-nın hər hansı əmlakı qalıbsa. Bildirilir ki, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən AMEA Rəyasət Heyəti aparatına daxil olmuş 08 avqust 2022-ci il tarixli 0214-652çıx.22 nömrəli məktuba əsasən Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat idarəsində araşdırma aparılmış, toplanmış materiallara əsasən fakta görə cinayət işi başlanaraq, araşdırma materialları ibtidai istintaq aparılması üçün Baş İdarənin İstintaq İdarəsinə göndərilmişdir. Azərbaycan Milli Elmlər X11 aparatı İşlər İdarəsi ilə bağlanmış xx.xx.2021-ci il tarixli 09 saylı müqaviləyə müvafiq olaraq, “X21.” MMC-nin qiymətləndirmə predmeti olan Azərbaycan Milli Elmlər X11 aparatı İşlər İdarəsi tərəfindən təqdim edilmiş və Azərbaycan Respublikası, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən və AMEA-nın Saray qəsəbəsində inşa etdirdiyi, tikilialtı sahəsi 2120 kv.m olan 16 mərtəbəli yaşayış binasının inşa edilmiş 4 mərtəbəsində fakt üzrə aparılmış tikintiquraşdırma işlərinə sərf edilmiş vəsaitin məbləğinin müəyyən edilməsi üzrə nəticələri Azərbaycan Milli Elmlər X11 aparatı İşlər İdarəsinə təqdim etmişdir. Həmin hesabatda qeyd olunur ki, “Nəticələr hesabatda göstərilmiş məhdudlaşdırıcı şərtlər daxilində və istifadə olunmuş qiymətləndirmə standartları, yanaşmalar və məlumat mənbələri əsasında əldə olunmuşdur. Hesabatın məqsədi, qiymətləndirmə üçün təqdim edilmiş AMEA-nın saray qəsəbəsində inşa etdirdiyi, tikilialtı sahəsi 2120 kv.m olan 16 mərtəbəli yaşayış binasının inşa edilmiş 4 mərtəbəsində fakt üzrə yerinə yetirilmiş işlərin Azərbaycan Respublikası Qiymətləndirmə Standartlarına və X2 müvafiq qiymətləndirmə tarixinə tikintiyə sərf edilmiş vəsaitin məbləğinin müəyyən olunmasının təmin edilməsidir. Azərbaycan Respublikası Qiymətləndirmə Standartları və X1 tələbləri, qiymətləndirmə predmetinin xarakteristikası və məhdudlaşdırıcı şərtlər nəzərə alınaraq, AMEA-nın Saray qəsəbəsində inşa etdirdiyi, tikilialtı sahəsi 2120 kv.m olan 16 mərtəbəli yaşayış binasının inşa edilmiş 4 mərtəbəsində fakt üzrə yerinə yetirilmiş işlərə sərf edilmiş vəsaitin məbləğinin müəyyən edilməsi üçün xərclər metodu əsas qiymətləndirmə yanaşması kimi qəbul edilmişdir. Bu yanaşmanın qısa təsviri hesabatda verilmişdir. xx.xx.2021-ci il tarixinə AMEA-nın Saray qəsəbəsində inşa etdirdiyi, tikilialtı sahəsi 2120 kv.m olan 16 mərtəbəli yaşayış binasının inşa edilmiş 4 mərtəbəsində fakt üzrə yerinə yetirilmiş işlərin 2020-ci il qiymətlərində dəyəri 992440 manat (doqquz yüz doxsan iki min dörd yüz qırx manat) (ƏDV-siz) həcmində müəyyən edilmişdir. Yarımçıq tikilinin özülünün tikintisinə sərf edilmiş vəsaitin həcmi bu məbləğə daxil deyildir.” "xxxx" MMC-nin direktoru cənab Şabıyev Bəxtiyarın Azərbaycan xxxxna ünvanladığı 01 mart 2022-ci il tarixli məktubuna əsasən İddiaçı1 MTK-nın götürdüyü-faktiki əldə etdiyi pulun məbləği: ******* (iki milyon səkkiz yüz səksən səkkiz min səkkiz yüz səksən üç) manat təşkil edir. “X21.” MMC-nin “Qiymətləndirmə Hesabatı”na əsasən İddiaçı1 MTK-nın inşaat işlərinin görülmələrinə faktiki sərf etdiyi vəsaitin məbləği: 992440 (doqquz yüz doxsan iki min dord yüz qırx) manat təşkil edir. Əlavə olaraq, bildirilir ki, Azərbaycan xxxx Prezidentinin 08 dekabr 2022ci il tarixli 634 nömrəli Sərəncamı ilə AMEA Rəyasət Heyəti aparatının strukturunda mövcud olmuş İşlər İdarəsi ləğv edilmiş və 08 dekabr 2022-ci il tarixindən həmin idarənin fəaliyyətinə xitam verilmişdir. İddiaçı1 MTK-nın iddiası "xxxx" MMC-yə qarşı yönəldilə bilər, lakin sonuncunun iddiasına görə İddiaçı1 MTK-nın götürdüyü-faktiki əldə etdiyi pulun məbləği ******* (iki milyon səkkiz yüz səksən səkkiz min səkkiz yüz səksən üç) manat, inşaat işlərinin görülmələrinə faktiki sərf etdiyi vəsaitin məbləği isə: 992440 (doqquz yüz doxsan iki min dord yüz qırx) manat təşkil edir. İddiaçı1 MTK-nın "xxxx" MMC-nin fəaliyyət göstərdiyi ərazidə hər hansı bir əmlakı qalıbsa, həmin əmlaklarla bağlı hüquq mühafizə orqanlarına müraciət edə bilər və bu hal kommersiya məhkəməsinin baxılması predmetlərə aid deyildir.
6. İddiaçı tərəfindən yazılı mülahizə təqdim edilmişdir. Yazılı mülahizədə qeyd edilmişdir ki, e-2-2(113)-23/2024 saylı kommersiya işi üzrə tərəflər arasında 17 mart 2020ci il tarixdə podrat müqaviləsi bağlanılmışdır. Həmin müqavilə üzrə cavabdehin sifarişi üzrə iddiaçı (podratçı) Abşeron rayonu, Saray qəsəbəsində tikinti işləri aparmışdır. İddiaçı tərəfindən görülmüş işlər barəsində müvafiq sənədlər məhkəməyə təqdim edilmişdir. Qarşı tərəf sözügedən qiymətlər ilə razılaşmadığı üçün iş üzrə ekspertiza təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin eskperti tərəfindən tərtib edilmiş 17 iyul 2024-cü il tarixli ekspert rəyi üzrə iddiaçının Abşeron rayonu, Saray qəsəbəsində gördüyü tikinti işlərinin ümumi dəyəri ƏDV-siz 2787974,64 manat təşkil edir. Lakin ekspert qərardadda qoyulmuş suallara bütövlükdə cavav verməmiş, podratçının sənədləşmə işləri üzrə, əldən çıxmış fayda (burada İddiaçı1 MTK-nın əməkdaşlarının həmin layihəyə cəlb edilməsi, onlara maaşlarının ödənilməsi, şirkətin işçilərinin həmin layihə üzrə işləməsi və müvafiq xidmətləri göstərilməsi üzrə yaranan məbləğ nəzərdə tutulur) barəsində olan suallara cavab verməkdən imtina etmişdir. Özəl ekspetiza şirkəti olan "xxxx" MMC tərəfindən (ekspert X16) verilmiş ekspert rəyində məhkəmə ekspertiza mərkəzi tərəfindən tərtib edilmiş işin həcmi əsas götürülərək, əlavə xərclərin siyahısı çıxarılmış və həmin işlər üzrə podratçının məsrəfləri ƏDV-siz 587029 manat təşkil edir. İddia tələbinin hesablanma qaydası: 1) 2787974,64 manat + 587029 manat = 3375003,64 manat (ƏDV-siz); 2) 3375003,64 manat + (3375003,64 x 0.18 (ƏDV)) manat = 3982504,4 manat; 3) 3982504,4 manat - ******* manat (sifarişçi tərəfindən ödənilən pul vəsaiti) = 1093621,3 manat. Yuxarıda qeyd edilən 1093621,3 manat pul vəsaitini, mediasiya xərcləri, dövlət rüsumu cavabdehdən tələb edilir. Bundan əlavə olaraq qeyd edilir ki, tərəflər arasında bağlanılmış 17 mart 2020ci il tarixli müqavilənin 7.1.7-ci maddəsinə əsasən müqaviləyə sifarişçi tərəfindən xitam verilərsə, sifarişçi icraçının (podratçının) sifarişçiyə göndərdiyi smeta üzrə ödəniş etməlidir. İcraçı (podratçı) cavabdehə məxsus torpaq sahəsində (Abşeron rayonu, Saray qəsəbəsində) qalan tikinti mallarının geri qaytarılmasını tələb edir.
7. Cavabdeh tərəfindən iddiaya yazılı mülahizə daxil olmuşdur. Yazılı mülahizədə qeyd edilmişdir ki, Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-23/2024 saylı kommersiya işi üzrə əvvəlki müraciətdə qeyd edildiyi kimi məhkəmə tərəfindən tərəflər arasında yeni barışıq sazişinin hazırlanması və imzalanması üçün vaxt verildiyi zaman İddiaçı1 nümayəndəsi və vəkili məhkəmə iclasına bir neçə saat qalmış 09 dekabr 2024-cü il tarixində Bakı Kommersiya Məhkəməsinin elektron məhkəmə sisteminə ərizə ilə müraciət edərək, öz ərizəsində bildirmişdir ki, İddiaçı1 Azərbaycan xxxxna qarşı irəli sürdüyü iddiasında cavabdeh tərəf hesab edtiyi tərəfdən 1093621,3 manat pul vəsaitini, mediasiya xərclərini və iddiaçı tərəfin iddia ərizəsinin verilməsi üçün ödədiyi dövlət rüsumunu tələb edir. İddiaçı tərəfin təkidi ilə cavabdeh tərəf kimi qəbul edilmiş Azərbaycan xxxxnın nümayəndəsi iddiaçı tərəfin iddiasını tamamilə əsassız hesab etməklə yanaşı, hazırda faktiki iddiaçının cavabdeh tərəfə borclu olduğunu bir daha qeyd etdiyi müraciətini məhkəməyə təqdim etmiş və həmin müraciətində bir daha bildirmişdir ki, iddiaçı tərəf iddiasının bir əsası kimi onu qeyd edir ki, guya ki, cavabdeh tərəfin nümayəndəsi 23 sentyabr 2024-cü il tarixdə etiraf etmişdir ki, iddiaçının hansısa malları və ya əmlakları cavabdeh tərəfdə qalmışdır. Cavabdeh tərəf bir daha qeyd edir ki, iddiaçının bu iddiasının tamamilə ağ yalan olması ilə yanaşı bildirilir ki, iddiaçı tərəfin cavabdeh tərəfdə hər hansı bir əmlakı qalmamışdır. Əgər qalmışdırsa, onda həmin əmlak harada, hansı formada və hansı səbəbdən qalmışdır? Hansı səbəbdən iddiaçı tərəf gəlib, həmin guya ki, qalmasını iddia etdiyi əmlaklarını götürüb, aparmır. Kim isə onlara bu işdə mane olursa, onda niyə bu haqda bildirmir? İddiaçı tərəf bir tərəfdən iddiasını geri götürməsi ilə bağlı cavabdeh tərəfə və məhkəməyə dəfələrlə müraciət edir. Digər tərəfdən isə məhkəmədə faktiki cavabdeh tərəf olmayan tərəfə qarşı tamamilə əsassız iddialarını irəli sürməkdə davam edir. Mübahisənin mahiyyəti üzrə bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 oktyabr 2017-ci il tarixli 681s nömrəli sərəncamına əsasən Abşeron rayonunun Saray qəsəbəsi ərazisində Azərbaycan xxxxnın (AMEA) istifadəsində olan 30,0 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 7,0 hektarında AMEA-nın əməkdaşlarının mənzilməişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə çoxmərtəbəli çoxmənzilli kooperativ yaşayış binalarının və sosial obyektlərin tikintisi üçün həmin torpaq sahəsinin kateqoriyası dəyişdirilərək yaşayış məntəqələrinin torpaqları kateqoriyasına keçirilmişdir. Abşeron Rayon İcra Hakimiyyətinin 1 iyun 2018-ci il tarixli 165 nömrəli sərəncamına əsasən sözügedən ərazidə AMEA-nın istifadəsində olan torpaq sahəsinin 7,0 hektarında "xxxx" yaşayış kompleksinin (kompleks) salınması nəzərdə tutulmuşdu. Bu məqsədlə AMEA-nın sifarişi əsasında yaşayış kompleksinin 2018-ci ildə eskiz layihəsi hazırlanmışdır. Eskiz layihənin Baş planına əsasən sözügedən ərazidə ümumilikdə 10 (on) ədəd yaşayış binaları (o cümlədən: 1 (bir) ədəd şərti adı “1 nömrəli bina” olan 2 bloklu 12 mərtəbəli 168 mənzilli yaşayış binası, 1 (bir) ədəd şərti adı “2 nömrəli bina”, 1 (bir) ədəd “3 nömrəli bina” və 7 (yeddi) ədəd “4 nömrəli bina” olan 2 bloklu 16 mərtəbəli 240 mənzilli), uşaq bağçası və orta məktəb binalarının tikintisi nəzərdə tutulmuşdu. Kompleksdə çoxmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin həyata keçirilməsi məqsədilə İşlər idarəsi ilə ilk olaraq "xxxx" Mənzil Tikinti Kooperativi (MTK) arasında 18 dekabr 2017-ci il tarixli SA/01 nömrəli podrat müqaviləsi imzalanmışdır. "xxxx" MTK tərəfindən kompleksdə yalnız şərti adı “1 nömrəli bina” olan yaşayış binası inşa edilmişdir. Bu binada mənzillərin elm və təhsil sahəsində çalışan əməkdaşlara satılmışdır. Eyni zamanda, "xxxx" MTK tərəfindən Kompleksdə şərti adı “2 nömrəli bina” (1 ədəd 2 bloklu 16 mərtəbəli 240 mənzilli yaşayış binası) olan yaşayış binasının beton bünövrəsinin qurulması və bünövrə qatı hazırlıq işlərinin görülməsi təmin edilmişdir. Kompleksdə çoxmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin davam etdirilməsi məqsədilə 1-ci müqaviləyə dair öhdəliklərin digər podratçı şirkətə ötürülməsinə dair hazırda mövcud olmayan İşlər idarəsi, "xxxx" MTK və İddiaçı1 MTK arasında 12 mart 2020-ci il tarixli üçtərəfli saziş imzalanmışdır. Kompleksdə "xxxx" MTK tərəfindən şərti adı “2 nömrəli bina” olan yaşayış binasının bünövrəsində aparılmış işlər və tikintisinin aparılması nəzərdə tutulmuş həmin bina üzrə öhdəliklərin icrası məqsədilə AMEA-nın İşlər idarəsi ilə İddiaçı1 MTK arasında 17 mart 2020-ci il tarixli podrat müqaviləsi imzalanmışdır. İddiaçı1 MTK şərti adı “2 nömrəli bina” olan yaşayış binasının 4-cü mərtəbəsinə qədər tikinti işlərini aparmışdır. Bundan sonra AMEA-nın İşlər idarəsi İddiaçı1 MTK ilə 17 mart 2020-ci il tarixdə bağlanılmış podrat müqaviləsini 06 avqust 2021-ci il tarixdə ləğv edərək kompleksdə çoxmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin davam etdirilməsi məqsədilə İşlər idarəsi Kompleksdə çoxmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinə dair son olaraq, AMEA-nın İşlər idarəsi ilə "xxxx" MMC ilə 24 may 2022-ci il tarixində podrat müqaviləsi imzalanmışdır. Yaşayış binalarının tikintisinin bu şirkət tərəfindən davam etdirilməsi nəzərdə tutulmuşdur. Hazırda "xxxx" MMC 2 nömrəli bina (şərti olaraq “B” binası) üzrə tikinti işlərini davam etdirməkdədir. Yaşayış binalarının tikintisi üçün dövlət tərəfindən vəsait ayrılmamış, bu istiqamətdə dövlət tərəfindən hər hansı bir maliyyə vəsaitinin ayrılması da nəzərdə tutulmamışdır. Tikinti işlərinin həyata keçirilməsi bilavasitə tikintiyə cəlb olunmuş və müvafiq podrat müqavilələri bağlanılmış podratçı şirkətlərin öz vəsaiti hesabına həyata keçirilmişdir. Bağlanılmış podrat müqavilələrində müqavilələrin predmeti əsasən bu istiqamətdə öz əksini tapmışdır. Əlavə olaraq bildirilir ki, kompleksdə İddiaçı1 MTK tərəfindən həyata keçirilmiş şərti adı “2 nömrəli bina” olan yaşayış binasında tikinti işləri onların ərazidə tikinti apardığı iş həcmləri və çəkilmiş bütün xərclərlə bağlı tikinti işlərinin gedişi ilə əlaqədar həmin ərazidə İşlər idarəsi ilə podratçı müəssisələrin rəhbərləri arasında 10 iyun 2022-ci il tarixində səyyar iclası keçirilmiş, iclasın protokolu tərtib edilmişdir. İclas zamanı iştirakçılar tərəfindən səsləndirilmiş fikirlər və qoyulmuş məsələlərlə əlaqədar aparılmış müzakirələr üzrə İşlər idarəsi tərəfindən konkret tapşırıq və istiqamətlər verilmiş, lakin "xxxx" MMC-nin dəvətini qəbul etməyən İddiaçı1 MTK-nın günahı ucbatından podratçılar arasında görülmüş işlərin qarşılıqlı üzləşdirilmə aktları, görülmüş işlərin qarşılıqlı üzləşdirilmə hesabatları tərtib olunmamışdır. Bununla əlaqədar İşlər idarəsi tərəfindən İddiaçı1 MTK ilə "xxxx" MMC arasında olan ziddiyətli məsələlər üzrə zəruri addımların atılması üçün İşlər idarəsinin təşəbbüsü ilə yuxarıda göstərilən üçtərəfli razılaşma sənədləri və ona əlavələrə uyğun şəkildə sənədləşmə işlərinin aparılması üzrə təkliflər səsləndirilmişdir. Bu məsələlər üzrə yaranmış narazılıqların minimuma endirilməsi İşlər idarəsi tərəfindən onlara təklif edilmiş, lakin podratçılardan biri olan İddiaçı1 MTK tərəfindən zəruri addımlar atılmamışdır. İddia ərizəsində aşağıdakı iddia tələbi irəli sürmüşdür: “17 mart 2022-ci il tarixli podrat müqaviləsinə uyğun olaraq, icraçı İddiaçı1 MTK tərəfindən yerinə yetirilmiş faktiki işlərin qalıq dəyəri olan ƏDV daxil ******* (bir milyon yüz doxsan dörd min yeddi yüz iyirmi yeddi manat) manat vəsaitin, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasında iştirak üçün çəkdiyimiz xərc və dövlət rüsumu kimi ödənilmiş, cəmi 1387,36 (min üç yüz səksən yeddi manat otuz altı qəpik) manat vəsaitin, ümumilikdə isə 1196114,36 (bir milyon yüz doxsan altı min yüz on dörd manat otuz altı qəpik) manat pul vəsaitinin cavabdehdən tutularaq İddiaçı1 MTK-ya ödənilməsi, habelə iddiaçı tərəfindən tikinti sahəsinə gətirilmiş heç bir əsas olmadan həmin tikinti sahəsindən çıxarılmasına maneəçilik törədilən tikinti-ofis konteynerləri və texnikanın, 10000 ədəd cilov və 150 kub metr taxtaların, tikinti işlərinin həyata keçirilməsi üçün alınaraq, tikinti sahəsinə gətirilən 9 ton armaturun İddiaçı1 MTKya təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edəsiniz.” Lakin sonradan iddiaçı tərəfin nümayəndəsi 09 dekabr 2024-cü il tarixdə Bakı Kommersiya Məhkəməsinin elektron məhkəmə sisteminə müraciət edərək, məhkəməyə təqdim etdiyi yazılı mülahizələrində iddianın hesablanma qaydası kimi aşağıdakıları göstərmişdir: “1) 2787974.64 manat + 587029 manat = 3375003,64 manat (ƏDV-siz); 2) 3375003,64 manat + (3375003.64x0.18 (ƏDV)) manat = 3982504,4 manat; 3) 3982504,4 manat – ******* manat (sifarişçi tərəfindən ödənilən pul vəsaiti) = 1093621.3 manat. Yuxarıda qeyd edilən 1093621,3 manat pul vəsaiti, mediasiya xərcləri, dövlət rüsumu cavabdehdən tələb edilir. Bundan əlavə olaraq qeyd edilir ki, tərəflər arasında bağlanılmış 17 mart 2020-ci il tarixli müqavilənin 7.1.7-ci maddəsinə əsasən müqaviləyə sifarişçi tərəfindən xitam verilərsə, sifarişçi icraçının (podratçının) sifarişçiyə göndərdiyi smeta üzrə ödəniş etməlidir. İddiaçının iddialarının tamamilə əsassız olmasını qeyd etməklə yanaşı bildirilir ki, ilk əvvəl, AMEA-nın İşlər İdarəsi və İddiaçı1 MTK aralarında 17 mart 2020-ci il tarixdə bağlanılmış podrat müqaviləsinin 2.2.2-ci maddəsinə görə icraçı öhdəsinə götürmüşdür ki, inşa ediləcək yaşayış binalarından ilk növbədə AMEA-nın və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin işçiləri hər kvadratmetrinin dəyəri 470 manat məbləğindən artıq olmamaqla, yaşayış sahələri-mənzillərlə təmin olunmalı, artıq qalacaq mənzilləri isə bazar qiymətinə sifarişçinin razılığı ilə İddiaçı1 sata bilər. Lakin iddiaçı tərəfindən AMEA-nın İşlər idarəsi və İddiaçı1 MTK aralarında 17 mart 2020-ci il tarixdə bağlanılmış podrat müqaviləsinin 2.2.2-ci maddəsinin tələbləri qətiyyən gözlənilməmiş və bir sıra mənzillər tamamilə kənar şəxslərə satılmışlar. Digər tərəfdən isə reallıqdan tamamilə kənar olan 17 iyul 2024-cü il tarixli 3-16-16/2-108655 saylı məhkəmə ekspertiza rəyində göstərilir ki, “Abşeron rayonu, Saray qəsəbəsində inşa edilən "xxxx" yaşayış kompleksində 2, 3 və 4 saylı binaların inşası ilə bağlı “Sonradan üstü örtülən işlərin məsul konstruksiyaların qəbul edilməsi” aktlarına, eləcə də xx.xx.2021-ci il tarixli akt əsasında İddiaçı1 tərəfindən İşçi Layihəyə uyğun yerinə yetirilmiş tikintiquraşdırma işlərinin ümumi dəyəri 2787974,64 manat (ƏDV-siz), o cümlədən 2 saylı bina üzrə 2566417,37 manat, 3 saylı bina üzrə 86024,07 manat, 4 saylı bina üzrə 91742,2 manat və ümumi işlərin müvəqqəti qurğular və mobilizasiya işlərinin dəyəri 43791 manat məbləğində müəyyən olunur.” Lakin iddiaçı tərəf öz iddialarını irəli sürərkən qətiyyən nəzərə almamışdır ki, İddiaçı1 MTK tərəfindən 3 və 4 saylı binalar üzrə işləri özbaşına, yəni qanunvericiliklə müəyyən olunmuş qaydada tikintisinə icazə tələb olunan, lakin belə bir icazə alınmadan özbaşına layihə, smeta işləri üzrə olmadan-təsdiqlənmiş layihə olmadan, tikintiyə icazə verilmədən (tikintiyə icazə bu vaxta kimi verilməmişdir), yalnız ətraf və digər sakinlər üçün həyat və sağlamlıqları üçün böyük təhlükələr yaradan böyük çalalar qazılmış, guya ki, tikinti işi aparmışdır. Bu təhlükələrin həyat və sağlamlıq üçün real təhlükələrin aradan qaldırılmaları üçün həmin çalalarla bağlı müəyyən işlər görülməlidir. AMEA baxılan işdə cavabdeh tərəf ola bilməz, çünki tərəflərdən kiminsə məhkəməyə müraciət etməsindən əvvəl podratçılar: keçmiş İddiaçı1 MTK ilə hazırkı "xxxx" MMC arasında üzləşmə aktları tərtib olunmalı və bu qarşılıqlı təmasdan-işlərdən sonra, əgər onlar arasında hər hansı həll oluna bilməyəcək bir mübahisə yaranardısa, podratçılardan biri digərinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edə bilərdi, yəni belə olan halda AMEA iddia tələbinin yönəldiyi hüquqi şəxs-cavabdeh ola bilməz. Qeyd edilir ki, AMEA-nın istifadəsində olmuş torpaq sahəsinin 7,0 hektarında çoxmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin həyata keçirilməsi məqsədi ilə AMEA-nın İşlər idarəsi ilə ilk olaraq, "xxxx" Mənzil-Tikinti Kooperativi (MTK) arasında 18 dekabr 2017-ci il tarixli SA/01 nömrəli podrat müqaviləsi imzalanmışdır. Bağlanılmış podrat müqavilələrinə əsasən yaşayış binalarının tikintisi üçün dövlət tərəfindən vəsait ayrılmamış, bu istiqamətdə dövlət tərəfindən, o cümlədən AMEA tərəfindən də hər hansı bir maliyyə vəsaitinin ayrılması da nəzərdə tutulmamışdır. Tikinti işlərinin həyata keçirilməsi bilavasitə tikintiyə cəlb olunmuş və müvafiq podrat müqavilələri bağlanılmış podratçı şirkətlərin öz vəsaiti hesabına həyata keçirilmişdir və keçirilir də. Bağlanılmış podrat müqavilələrində nəzərdə tutulmuşdur ki, inşa olunmuş binalardakı yaşayış və qeyri-yaşayış sahələrinin satışlarını həmin tikinti şirkətləri özləri həyata keçirirlər, gördükləri işlərin müqabilində öz xərclərini bağlayır və işlərinin görülməsini maliyələşdirirlər. Yəni maliyyə məsələlərinə AMEA-nın İşlər idarəsinin heç bir aidiyyəti olmadığından və tikintinin maliyyələşdirilməsi işlərinə AMEA-nın İşlər idarəsi qarışmadığından, bu işdə nə AMEA-nın özü və ya AMEA-nın sabiq İşlər idarəsi cavabdeh tərəf də ola bilməz. "xxxx" MTK tərəfindən kompleksdə yalnız şərti adı “1 nömrəli bina” olan yaşayış binası inşa edilmişdir. Bu binada mənzillər "xxxx" MTK tərəfindən elm və təhsil sahəsində çalışan əməkdaşlara satılmışdır. "xxxx" MTK tərəfindən Kompleksdə şərti adı “2 nömrəli bina” (1 ədəd 2 bloklu 16 mərtəbəli 240 mənzilli yaşayış binası) olan yaşayış binasının beton bünövrəsinin qurulması və bünövrə qatı hazırlıq işlərinin görülməsi təmin edilmişdir. Lakin sonradan Kompleksdə çoxmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin davam etdirilməsi məqsədi ilə 1-ci müqaviləyə dair öhdəliklərin digər podratçı şirkətə ötürülməsinə dair AMEA-nın İşlər idarəsi, "xxxx" MTK və İddiaçı1 MTK arasında 12 mart 2020-ci il tarixli üçtərəfli saziş imzalanmışdır. Kompleksdə "xxxx" MTK tərəfindən şərti adı “2 nömrəli bina” olan yaşayış binasının bünövrəsində aparılmış işlər və tikintisinin aparılması nəzərdə tutulmuş həmin bina üzrə öhdəliklərin icrası məqsədi ilə AMEA-nın İşlər idarəsi ilə İddiaçı1 MTK arasında 17 mart 2020-ci il tarixli podrat müqaviləsi imzalanmışdır. Belə ki, həmin müqaviləyə əsasən bir tərəfdən hazırda mövcud olmayan Azərbaycan Milli X10 İdarəsi, digər tərəfdən İddiaçı1 sədri və qanuni təmsilçisi X12 (VÖEN: **********) Azərbaycan Respublikası Mülki qanunvericiliyinin tələblərini rəhbər tutaraq müqaviləni bağlamışlar. Qeyd olunan müqavilənin 2.1.1-ci bəndinə görə “Sifarişçi özünə məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 7,0 ha torpaq sahəsi üzərində ("xxxx" MTK tərəfindən inşa olunmuş 1 bloklu, 2 girişli, 12 mərtəbəli bina istisna olmaqla) təsdiq edilmiş Baş Plana uyğun tikilməli olan binaların (o cümlədən yarımçıq tikilinin) inşasının həyata keçirilməsini icraçıya sifariş edir.” Müqavilənin 2.2.2-ci bəndinə görə isə, “İcraçı öhdəsinə götürür ki, inşa edilən binalardan satışı ilk növbədə AMEA-nın və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin işçilərinə hər m2-in dəyəri 470 manat məbləğindən artıq olmamaq şərti ilə təmin edəcəkdir. AMEA-nın və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin işçilərinin mənzil təminatı təmin edildikdən sonra icraçı qalan mənzilləri sifarişçinin razılığı ilə bazar qiymətlərinə uyğun olaraq digər şəxslərə sata bilər.” Müqavilənin 2.2.3-ci bəndinə əsasən “Baş Plana uyğun olaraq, Abşeron rayonunun, Saray qəsəbəsi ünvanında yerləşən torpaq sahəsində aparılmalı olan bütün tikinti işləri İcraçı tərəfindən, bilavasitə, eləcə də, həmin binalardan mənzil (уa qeyri-yaşayış sahəsi) olan payçılardan əldə olunan maliyyə vəsaiti hesabına həyata keçirilir.” "xxxx" MTK özü və İddiaçı1 MTK arasında görülmüş işlərlə əlaqədar qarşılıqlı hesablaşma aparılmış, İddiaçı1 MTK tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin satışlarından əldə olunmuş pulların məbləği və onların sonrakı aqibətləri, İddiaçı1 MTK tərəfindən faktiki görülmüş işlərin dəyəri ilə yaşayış və qeyri-yaşayış sahələrinin satışlarından əldə etdiyi məbləğlər arasındakı fərqlər nəinki cavabdeh adlandırılan tərəfə, hətta məhkəməyə də təqdim olunmamışdır. Bundan sonra, Abşeron Rayon Prokurorluğunda və Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində əldə etdikləri məlumatlar əsasında araşdırmalar aparılmış və prokurorluq orqanları tərəfindən İddiaçı1 MTK vəzifəli şəxsləri haqqında cinayət işləri başlanılmışdır. Belə halda, hətta eyni predmet üzrə aparılan cinayət işləri üzrə nəinki məhkəmədə baxılmasının, hətta istintaqın belə nəticələrini, İddiaçı1 MTK və "xxxx" MMC arasında qarşılıqlı hesablaşmaların aparılmamasının müvafiq sonunu belə gözləmədən, məhkəmə baxışının tələm-tələsik davam etdirilməsi cəhdləri cavabdeh tərəfdə məhkəmənin obyektivliyi və bitərəfliyi ilə bağlı haqlı və əsaslı şübhələr doğurur. İddiaçı1 MTK şərti adı “2 nömrəli bina” olan yaşayış binasının 4-cü mərtəbəsinə qədər tikinti işlərini aparmış, həmçinin, şərti adı “4 nömrəli bina” olan yaşayış binalarından birinin bünövrəsinin qazılması işlərini yerinə yetirmişdir. Kompleksdə çoxmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin gedişatından və keyfiyyətindən narazı qalan AMEA-nın İşlər idarəsi tikinti işlərinin daha keyfiyyətli davam etdirilməsi məqsədi ilə yeni podratçı "xxxx" MMC ilə 24 may 2022-ci il tarixində podrat müqaviləsi imzalanmışdır. Həmin podrat müqaviləsində yaşayış binalarının tikintisinin bu şirkət tərəfindən davam etdirilməsi nəzərdə tutulmuşdur. Hazırda "xxxx" MMC 2 nömrəli bina (şərti olaraq “B” binası) üzrə tikinti işlərini davam etdirməkdədir. İddiaçı1 MTK özü və "xxxx" MMC ilə arasında görülmüş işlərlə və İddiaçı1 MTK tərəfindən yaşayış və qeyriyaşayış sahələrinin satışlarından əldə olunmuş pulların məbləği və onların sonrakı aqibətləri ilə əlaqədar sonuncu ilə qarşılıqlı hesablaşma aparılmasını tələb etmək və öz əmlaklarını tikinti sahəsindən tam şəkildə götürmək əvəzinə (əgər orada İddiaçı1 MTK-nın hər hansı bir əmlakı qalmışdırsa), İddiaçı1 MTK heç bir əsas olmadan AMEA-nın hazırda mövcud olmayan (ləğv olunmuş) işlər idarəsini məhkəməyə vermişdir. Bir daha qeyd edilir ki, AMEA-nın sifarişi əsasında tikintisi davam etdirilən kompleksə yaşayış binalarının tikintisi üçün dövlət və AMEA tərəflərindən heç bir vəsait ayrılmamış, bu istiqamətdə dövlət və AMEA tərəfindən hər hansı bir maliyyə vəsaitinin ayrılması da nəzərdə tutulmamışdır. Tikinti işlərinin həyata keçirilməsi bilavasitə tikintiyə cəlb olunmuş və müvafiq podrat müqavilələri bağlanılmış podratçı şirkətlərin öz vəsaiti hesabına həyata keçirilməlidir. Bağlanılmış podrat müqavilələrində müqavilələrin predmeti əsasən bu istiqamətdə öz əksini tapmışdır. Yuxarıda qeyd olunanlardan belə təbii nəticəyə gəlinir ki, nə AMEA-nın hazırda mövcud olmayan (ləğv olunmuş) İşlər İdarəsi, nə də ki, AMEA-nın özü podratçı şirkətlər qarşısında heç bir maddi məsuliyyət daşımırlar və daşıya da bilməzlər. İddiaçı1 MTK özü və "xxxx" MMC ilə arasında görülmüş işlərlə əlaqədar sonuncu ilə qarşılıqlı hesablaşma aparmalı və İddiaçı1 MTK özü öz əmlaklarını, əgər həmin əmlaklar varsa, tikinti sahəsindən tam şəkildə götürməlidir, əgər orada doğurdan da İddiaçı1 MTK-nın hər hansı əmlakı qalıbsa. Digər tərəfdən isə İddiaçı1 MTK tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərin surətləri digər podratçı "xxxx" MMC-yə təqdim belə olunmamışlar. Bundan başqa, əvvəllər 03 iyun 2022-ci il tarixdə tərəfimizdən Sizin ünvanınıza 01-6/518 saylı məktub göndərilərək bildirilmişdir ki, “Qeyd olunan məsələlər (eyni predmet) üzrə hazırda Abşeron rayon Prokurorluğunda və Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində də araşdırmalar aparılır. Qeyd olunan araşdırma materialları üzrə prokurorluq orqanlarının və ya məhkəmələrin müvafiq yekun qərarları qəbul olunanadək kommersiya iddia işi üzrə icraatın dayandırılması və ya iddianın baxılmamış saxlanılması barədə müvafiq məhkəmə qərarını qəbul etməyinizi Sizdən xahiş edirik.” Bildirilir ki, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən AMEA Rəyasət Heyəti aparatına daxil olmuş 08 avqust 2022-ci il tarixli 0214-652çıx.22 nömrəli məktuba əsasən Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat idarəsində araşdırma aparılmış, toplanmış materiallara əsasən fakta görə cinayət işi başlanaraq, araşdırma materialları ibtidai istintaq aparılması üçün Baş İdarənin İstintaq İdarəsinə göndərilmişdir. Cavabdeh tərəf eyni zamanda, məhkəmənin nəzərinə çatdırır ki, Azərbaycan Milli Elmlər X11 aparatı İşlər İdarəsi ilə bağlanmış xx.xx.2021-ci il tarixli 09 saylı müqaviləyə müvafiq olaraq “X21.” MMC-nin qiymətləndirmə predmeti olan Azərbaycan Milli Elmlər X11 aparatı İşlər İdarəsi tərəfindən təqdim edilmiş və Azərbaycan Respublikası, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən və AMEA-nın Saray qəsəbəsində inşa etdirdiyi, tikilialtı sahəsi 2120 kv.m olan 16 mərtəbəli yaşayış binasının inşa edilmiş 4 mərtəbəsində fakt üzrə aparılmış tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsaitin məbləğinin müəyyən edilməsi üzrə nəticələri Azərbaycan Milli Elmlər X11 aparatı İşlər İdarəsinə təqdim etmişdir. Həmin Hesabatda qeyd olunur ki, “Nəticələr Hesabatda göstərilmiş məhdudlaşdırıcı şərtlər daxilində və istifadə olunmuş qiymətləndirmə standartları, yanaşmalar və məlumat mənbələri əsasında əldə olunmuşdur. Hesabatın məqsədi, qiymətləndirmə üçün təqdim edilmiş AMEA-nın saray qəsəbəsində inşa etdirdiyi, tikilialtı sahəsi 2120 kv.m olan 16 mərtəbəli yaşayış binasının inşa edilmiş 4 mərtəbəsində fakt üzrə yerinə yetirilmiş işlərin Azərbaycan Respublikası Qiymətləndirmə Standartlarına və X2 müvafiq qiymətləndirmə tarixinə tikintiyə sərf edilmiş vəsaitin məbləğinin müəyyən olunmasının təmin edilməsidir. Azərbaycan Respublikası Qiymətləndirmə Standartları və X1 tələbləri, qiymətləndirmə predmetinin xarakteristikası və məhdudlaşdırıcı şərtlər nəzərə alınaraq, AMEA-nın Saray qəsəbəsində inşa etdirdiyi, tikilialtı sahəsi 2120 kv.m olan 16 mərtəbəli yaşayış binasının inşa edilmiş 4 mərtəbəsində fakt üzrə yerinə yetirilmiş işlərə sərf edilmiş vəsaitin məbləğinin müəyyən edilməsi üçün xərclər metodu əsas qiymətləndirmə yanaşması kimi qəbul edilmişdir. Bu yanaşmanın qısa təsviri hesabatda verilmişdir. 14 oktyabr 2021-ci il tarixinə AMEA-nın Saray qəsəbəsində inşa etdirdiyi, tikilialtı sahəsi 2120 kv.m olan 16 mərtəbəli yaşayış binasının inşa edilmiş 4 mərtəbəsində fakt üzrə yerinə yetirilmiş işlərin 2020-ci il qiymətlərində dəyəri 992440 (doqquz yüz doxsan iki min dörd yüz qırx) manat (ƏDV-siz) həcmində müəyyən edilmişdir. Yarımçıq tikilinin özülünün tikintisinə sərf edilmiş vəsaitin həcmi bu məbləğə daxil deyildir.” Bu o deməkdir ki, İddiaçı1 MTK tərəfindən AMEA-nın Saray qəsəbəsində faktiki yerinə yetirdiyi işlərin dəyəri 992440 (doqquz yüz doxsan iki min dörd yüz qırx) manat (ƏDV-siz) həcmində olmuşdur. Qeyd edilir ki, 3 və 4 saylı binaların tikintilərinə başlanılmasına hələ bu vaxta kimi icazə belə verilməmişdir. Qanunsuz olaraq həmin binaların gələcəkdə tikilmələri üçün çalaların qazılması və bu vəziyyətdə saxlanılması ətrafda yaşayanlar üçün əsil təhlükə mənbəyi olaraq qalmaqdadır. Həmin binaların tikilmələrinə icazələrin verilməsi hazırda nəzərdə belə tutulmur. "xxxx" MMC-nin direktoru cənab Bəxtiyar Şabıyevin Azərbaycan xxxxna ünvanladığı 01 mart 2022-ci il tarixli məktubuna əsasən İddiaçı1 MTKnın götürdüyü-faktiki əldə etdiyi pulun məbləği: ******* (iki milyon səkkiz yüz səksən səkkiz min səkkiz yüz səksən üç) manat təşkil edir. “X21.” MMC-nin “Qiymətləndirmə Hesabatı”na əsasən İddiaçı1 MTK-nın inşaat işlərinin görülmələrinə faktiki sərf etdiyi vəsaitin məbləği: 992440 (doqquz yüz doxsan iki min dord yüz qırx) manat təşkil edir. Əlavə olaraq bildirilir ki, Azərbaycan xxxx Prezidentinin 08 dekabr 2022-ci il tarixli 634 nömrəli Sərəncamı ilə AMEA Rəyasət Heyəti aparatının strukturunda mövcud olmuş İşlər İdarəsi ləğv edilmiş və 08 dekabr 2022-ci il tarixindən həmin idarənin fəaliyyətinə xitam verilmişdir. Baxılan halda Azərbaycan xxxx iddia tələbi yönəldiləcək tərəf, yəni cavabdeh tərəf deyildir və ola da bilməz. Hazırda əlavə olaraq müəyyən olunmuşdur ki, 09 iyul 2021-ci il tarixdə bir tərəfdən İddiaçı1 MTK-nın sədri X12 şəxsində, gələcəkdə “İcraçı” adlandırılacaq, digər tərəfdən X22 şəxsində, gələcəkdə “Sifarişçi” adlandırılacaq, aşağıdakılar barədə B100 nömrəli müqavilə imzalamışlar. Həmin müqavilənin 1.1-ci bəndinə görə “Bu müqaviləyə əsasən “icraçı” İddiaçı1 MTK, Abşeron rayonu, Saray qəsəbəsində inşa edilən 2 girişli, 240 mənzilli, 16 mərtəbəli, şərti olaraq “B1” binasında Xİİ mərtəbədə, 1 (bir) otaqlı, ümumi sahəsi 59.80 kv.m. 84 nömrəli izolə olunmuş mənzili sifarişçiyə satmağı öz öhdəsinə götürür. Sifarişçi isə öz növbəsində yaşayış mənzilinin 1 kv.m-nin dəyərini razılaşdırılmış qiymətlərlə, müqaviləyə 1 saylı əlavəyə əsasən qrafik üzrə icraçıya ödəyir və həmin mənzili satın alır. X22 qeyd olunan müqavilənin tələbinə əsasən 09 iyul 2021-ci il tarixdə İddiaçı1 MTK-nın kassasına mənzilin tam dəyəri olan 28106 (iyirmi səkkiz min yüz) manat pulu tam şəkildə ödədikdən sonra İddiaçı1 MTK-dan X18 müvafiq kassa mədaxil arayışı verilmişdir ki, ondan ötəri ki, həqiqətən İddiaçı1 MTK-nın Abşeron rayonu, Saray qəsəbəsində inşa etdiyi yaşayış 2 girişli, 240 mənzilli, 16 mərtəbəli, şərti olaraq “B1” binasında Xİİ mərtəbədə, 1 (bir) otaqlı, ümumi sahəsi 59.80 kv.m 84 nömrəli mənzilin dəyərini 28106 (iyirmi səkkiz min yüz) manat məbləğində pulu tam ödəmişdir. Qeyd olunan kassa mədaxil qəbzini İddiaçı1 MTK-nın sədri Yaşar Dəmir imzalyaq İddiaçı1 MTK-nın möhürü ilə təsdiq etmişdir. Bundan sonra, İddiaçı1 MTK arasında 17 mart 2020-ci il tarixdə bağlanılmış podrat müqaviləsinin 06 avqust 2021-ci il tarixdə ləğv olunmasına baxmayaraq, 09 iyul 2021-ci il tarixdə İddiaçı1 MTK və X22 ilə bağlanılmış Abşeron rayonu, Saray qəsəbəsində inşa edilən 2 girişli, 240 mənzilli, 16 mərtəbəli, şərti olaraq “B1” binasında Xİİ mərtəbədə, 1 (bir) otaqlı, ümumi sahəsi 59.80 kv.m. 84 nömrəli izolə olunmuş mənzilin B100 nömrəli alqı-satqı müqaviləsi mövcud olduğu halda, 04 aprel 2022-ci il tarixdə İddiaçı1 MTK və vətəndaş X7 ilə Abşeron rayonu, Saray qəsəbəsində inşa edilən 2 girişli, 240 mənzilli, 16 mərtəbəli, şərti olaraq “B1” binasında Xİİ mərtəbədə, 1 (bir) otaqlı, ümumi sahəsi 59.80 kv.m. 84 nömrəli izolə olunmuş mənzilin B100 Devr nömrəli yeni alqı-satqı müqaviləsi bağlanılmışdır. (Onu da qeyd edək ki, bu halda eyni zamanda AMEA-nın İşlər idarəsi və İddiaçı1 MTK aralarında 17 mart 2020-ci il tarixdə bağlanılmış podrat müqaviləsinin 2.2.2-ci maddəsinin tələbləri də pozulmuşdur. X8 və X6 AMEA-ya və Azərbaycan Respublikasının Təhsil Nazirliyinə heç bir aidiyyətləri yoxdur.) 04 aprel 2022-ci il tarixdə vətəndaş X3 rayonu, Saray qəsəbəsində inşa edilən 2 girişli, 240 mənzilli, 16 mərtəbəli, şərti olaraq “B1” binasında Xİİ mərtəbədə, 1 (bir) otaqlı, ümumi sahəsi 59,80 kv.m. 84 nömrəli izolə olunmuş mənzilin əldə etmək üçün İddiaçı1 MTK-nın kassasına həmin mənzilin dəyərini tam ödəmiş və ona bununla bağlı müvafiq Kassa mədaxil orderi verilmişdir. Nəticədə, İddiaçı1 MTK-nın vəzifəli şəxsləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törədilmişlər ki, bu halla bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən məhkəmənin müvafiq xüsusi qərardadı çıxarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən düzgün cəlb olunmamış cavabdeh tərəf adından Azərbaycan xxxxnın nümayəndəsi kimi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 1, 2, 26, 47, 50, 78, 135, 154, 254-256 və 258-ci maddələrinin tələblərini rəhbər tutaraq, Sizdən müvafiq məhkəmə qərarlarını qəbul edərkən aşağıdakıları nəzərə almağınızı xahiş edilir: 1. Azərbaycan xxxxnın cavabdeh tərəf kimi cəlb edilməsi qanunun tələblərinə tamamilə zidd olduğundan, cavabdeh tərəf kimi cəlb oluna bilməz. 2. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 254-256 və 258-ci maddələrinin tələblərinə görə eyni predmetlər üzrə aparılan cinayət işləri üzrə yekun prosessual qərarların qəbul olunmalarına, yəni istintaq olunan cinayət işləri üzrə müvafiq yekun məhkəmə hökmü və ya müvafiq yekun prosessual qərarlar qəbul olunana kimi “Prosessual qərarların preyudisial əhəmiyyəti” ilə bağlı Bakı Kommersiya Məhkəməsində məhkəmə icraatı qaydasında qeyd olunan kommersiya işinə baxılması dayandırılmalıdır. Əgər məhkəmə Bakı Kommersiya Məhkəməsində məhkəmə icraatı qaydasında qeyd olunan kommersiya işinə baxılması dayandırılması haqqındakı qanunun birbaşa tələbini qəsdən nəzərə almasa, 3. İddiaçı: İddiaçı1 MTK-nın iddiası "xxxx" MMCyə qarşı yönəldilə bilərdi. Lakin sonuncunun iddiasına görə İddiaçı1 MTK-nın götürdüyüfaktiki əldə etdiyi pulun məbləği: ******* (iki milyon səkkiz yüz səksən səkkiz min səkkiz yüz səksən üç) manat, inşaat işlərinin görülmələrinə faktiki sərf etdiyi vəsaitin məbləği(görülmüş işlərin faktiki dəyəri) isə: 992440 (doqquz yüz doxsan iki min dord yüz qırx) manat təşkil edir. Bu isə o deməkdir ki, iddiaçı: İddiaçı1 MTK-nın "xxxx" MMC-yə də qarşı iddiası tamamilə əssız olmuş olardı, çünki hesablamalara görə iddiaçı: İddiaçı1 MTKnın "xxxx" MMC-yə olan borcu faktiki ******* (bir milyon səkkiz yüz doxsan altı min dörd yüz qırx üç) manat təşkil edir. 4. 19 yanvar 2024-cü il tarixdə Azərbaycan xxxxnın nümayəndəsi iddiaçı: İddiaçı1 MTK-nın nümayəndələri ilə birlikdə AMEA-nın Saray qəsəbəsində yerləşən torpaq sahəsində olarkən, "xxxx" MMC-nin fəaliyyət göstərdiyi ərazidə tikinti işləri aparılan yerdən kənar bir yerdə iddiaçı: İddiaçı1 MTK-nın yalnız bir əmlakının tikinti kranının olması müşahidə olunmuşdur ki, onun da götürülməsinə nəinki "xxxx" MMC və ya digər fiziki və hüquqi şəxs heç bir maneə yaratmır. Hətta həmin tikinti kranının götürülməsi üçün iddiaçı: İddiaçı1 MTK-ya dəfələrlə müraciətlər olmuşdur. Lakin iddiaçı həmin kranı götürməkdən imtina etməklə ətraf sakinlərin həyat və sağlamlıqları üçün təhlükə yaradır. 19 yanvar 2024-cü il tarixdə Azərbaycan xxxxnın nümayəndəsi iddiaçı: İddiaçı1 MTK-nın nümayəndələri ilə birlikdə AMEA-nın Saray qəsəbəsində yerləşən torpaq sahəsində olarkən, iddiaçı: İddiaçı1 MTK-nın AMEA-nın Saray qəsəbəsində yerləşən torpaq sahəsində hər hansı bir digər əmlakı aşkar olunmamışdır və yoxdur. 5. İddiaçı tərəf İddiaçı1 MTK tikintilərinə başlanılmasına belə icazə verilmədiyi halda 3 və 4 saylı binalar üzrə işləri özbaşına, yəni qanunvericiliklə müəyyən olunmuş qaydada tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan özbaşına layihə, smeta işləri üzrə olmadan-təsdiqlənmiş layihə olmadan, tikintiyə icazə verilmədən, yalnız ətraf və digər sakinlər üçün həyat və sağlamlıqla bağlı böyük təhlükələr yaradan böyük çalalar qazıb, guya ki, tikinti işi aparmışdır və nəticədə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 222-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlləri törədilmişdir ki, bu halla bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən məhkəmənin müvafiq xüsusi qərardadı çıxarılmalıdır. 6. İddiaçı1 MTKnın vəzifəli şəxsləri Abşeron rayonu, Saray qəsəbəsində inşa edilən 2 girişli, 240 mənzilli, 16 mərtəbəli, şərti olaraq “B1” binasında Xİİ mərtəbədə, 1 (bir) otaqlı, ümumi sahəsi 59.80 kv.m 84 nömrəli izolə olunmuş mənzili iki şəxsə satmaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri halı müəyyən edildiyindən, bu halla bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən məhkəmənin müvafiq xüsusi qərardadı çıxarılmalıdır. Tədqiq olunan sübutlar:
8. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
9. Cavabdehin nümayəndəsi Nümayəndə etiraz ərizəsinin və yazılı mülahizənin məzmununa uyğun izahat verərək və iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir.
10. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, icraçı qismində İddiaçı1 MTK ilə sifarişçi qismində Azərbaycan Milli X10 İdarəsi arasında xx.xx.2020-ci tarixli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən Azərbaycan xxxxna məxsus olan, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən torpaq sahəsində təsdiq olunmuş Baş Plana uyğun çoxmənzilli, hündürmərtəbəli yaşayış binalarının tikintisinin, həmin binadakı mənzillərin AMEA-nın və Azərbaycan Respublikası Təhsil Nazirliyinin işçilərinə bu müqavilə müəyyən edilən güzəştli şərtlərlə satılmasının və bununla əlaqədar tərəflərin hüquq, vəzifə və öhdəliklərinin, eləcə də bu müqavilədən irəli gələn digər məsələlərin hüquqi tənzimlənməsi. Bu müqavilə ilə tənzimlənməyən məsələlər Azərbaycan Respublikasının qanunvericilik aktlarına uyğun həyata keçirilir.
12. Həmin müqavilənin 2.1.1-ci bəndinə əsasən sifarişçi özünə məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ha torpaq sahəsi üzərində ("xxxx" MTK tərəfindən inşa olunmuş 1 bloklu, 2 girişli, 12 mərtəbəli bina istisna olmaqla) təsdiq edilmiş Baş Plana uyğun tikilməli olan binaların (o cümlədən yarımçıq tikilinin) inşasını həyata keçirilməsini icraçıya sifariş edir. Həmin müqavilənin 2.1.2-ci bəndinə əsasən sifarişçi torpaq sahəsini, o cümlədən torpaq sahəsində inşa edilmiş yarımçıq tikilini bütün tələblərdən və iddialardan azad şəkildə tikinti işlərinin aparılması məqsədi ilə icraçıya verir. Həmin müqavilənin 2.2.1ci bəndinə əsasən sifarişçinin sifariş etdiyi binaların inşasım Baş Plana uyğun olaraq bu müqavilənin şərtlərinə müvafiq həyata keçirir. Həmin müqavilənin 2.2.2-ci bəndinə əsasən icraçı öhdəsinə götürür ki, inşa edilən binalardan satışı ilk növbədə AMEA-nın və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin işçilərinə hər m2-in dəyəri 470 manat məbləğindən artıq olmamaq şərti ilə təmin edəcəkdir. AMEA-nın və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin işçilərinin mənzil təminatı təmin edildikdən sonra icraçı qalan mənzilləri sifarişçinin razılığı ilə bazar qiymətlərinə uyğun olaraq digər şəxslərə sata bilər. Həmin müqavilənin 2.2.3-cü bəndinə əsasən Baş Plana uyğun olaraq Abşeron rayonu Saray qəsəbəsi ünvanında yerləşən torpaq sahəsində aparılmalı olan bütün tikinti işləri İcraçı tərəfindən bilavasitə, eləcə də həmin binalardan mənzil (və ya qeyri yaşayış sahəsi) olan payçılardan əldə olunan maliyyə vəsaiti hesabına həyata keçirilir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən bu müqavilə və onun tərkib hissələri ilə müəyyənləşdirilmiş işlər icraçı tərəfindən hazırkı müqavilə ilə müəyyən edilmiş müddətdə tamamilə icra edilərək, istismara hazır vəziyyətdə sifarişçiyə təhvil verilməlidir. İşlər görüləndən sonra sahələr istismara tam hazır vəziyyətdə olmalıdır. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən tərəflərin səlahiyyətli nümayəndələri birlikdə müvafiq təhvil-qəbul sınağını həyata keçirir, sınağa müsbət nəticələr əldə edildikdə və görülən işlərin həcminə, keyfiyyətinə iradlar olmadıqda İcraçı tərəfindən təqdim olunan İşlərin İlkin və ya Yekun Təhvil-Təslim Aktını imzalayarlar. Həmin müqavilənin 7.1-ci bəndinə əsasən sifarişçi və ya icraçı bu müqavilə ilə müəyyən edilmiş öhdəliklərini yerinə yetirmədikdə və belə öhdəliyin yerinə yetirilməməsini dərhal aradan qaldırmadıqda və ya öhdəliyin yerinə yetirilmənıəsinin dərhal aradan qaldırılması qeyri-mümkün olduqda, belə bir öhdəliyin yerinə yetiriiməməsinin aradan qaldırılması üçün tədbirlərə başlamadıqda və onları davam etdirmədikdə 10 (on) gün əvvəlcədən icraçıya müvafiq xitam tarixini müəyyən edən yazılı bildiriş təqdim etməklə müqaviləyə vaxtından əvvəl xitam verə bilər. Həmin müqavilənin 7.1.7-ci bəndinə əsasən xitam zamanı icraçı işlərin yerinə yetirilməsini dayandırır, sifarişçinin belə xitam verilməsi ilə əlaqədar bütün göstərişlərinə bütövlükdə riayət edir. Sifarişçi müqavilənin müddəalarına müvafiq qaydada xitam tarixinə qədər yerinə yetirilmiş işlər üzrə məbləği və göstərişlərinə riayət edilməsi ilə əlaqədar olaraq icraçı tərəfindən çəkilən bütün xərcləri icraçıya ödəyir (Bu miqdar icraçının təqdim etdiyi xərclər smetasına uyğun olaraq müəyyən edilir).
13. "xxxx" MMC tərəfindən AMEA Rəyasət Heyəti aparatının Təsərrüfat işlərinin təşkili şöbəsinə ünvanlanmış məlumatda qeyd edilmişdir ki, "xxxx" MMC 22 dekabr 2021ci ildə Abşeron rayon, Saray qəsəbəsində yerləşən Azərbaycan xxxxna məxsus Alimlər şəhərciyi yaşayış kompleksində tikintisi yarımçıq qalmış 2-ci binanın inşasını davam etdirmək üçün podrat müqaviləsi bağlanmışdır. Müqavilə əsasında 240 mənzilin 123-nün həmin tarixə kimi tikinti işlərini həyata keçirən İddiaçı1 MTK tərəfindən satıldığı məlum olmuşdur və 123 mənzilin çox hissəsi kredit yolu ilə satılmışdır. Həmin mənzillərdən aylar üzrə olan köçürmələri ******* (iki milyon səkkiz yüz səksən səkkiz min səkkiz yüz səksən üç) manat İddiaçı1 MTK tərəfindən yığılmışdır. Nəzərə çatdırılır ki, sözü gedən binanın 4cü mərtəbəsinin dəmir beton və qəlib tamamlama işlərini və layihə üzrə 3 mərtəbədə tikintisi düzgün aparılmamış yerlərin tikintisi "xxxx" MMC tərəfindən həyata keçirilmişdir.
14. AMEA Rəyasət Heyəti aparatının Təsərrüfat işlərinin təşkili şöbəsi tərəfindən AMEA Rəyasət Heyəti aparatının Hüquq şöbəsinə ünvanlanmış arayışda qeyd edilmişdir ki, 21 fevral 2023-cü il tarixli sorğunuza Azərbaycan xxxx (AMEA) Rəyasət Heyəti aparatının Təsərrüfat işlərinin təşkili şöbəsində aidiyyəti üzrə baxılmışdır. Bildirilir ki, Abşeron rayonu, Saray qəsəbəsində AMEA-nın istifadəsində olan 7,0 hektar torpaq sahəsində inşası nəzərdə tutulmuş "xxxx" yaşayış kompleksində çoxmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi məqsədilə 17 mart 2020-ci ildə AMEA Rəyasət Heyəti aparatı İşlər idarəsi (İşlər idarəsi) ilə podratçı təşkilat olan İddiaçı1 Mənzil Tikinti Kooperativi (MTK) arasında bağlanılmış müvafiq podrat müqaviləsinə əsasən həmin MTK tərəfindən tikintisi qismən aparılmış şərti adı “2 nömrəli bina” olan yaşayış binasında tikinti işlərinin fakt üzrə aparılması barədə qiymətləndirmə hesabatının tərtib olunması nəzərdə tutulmuşdur. Bununla bağlı 29 sentyabr 2021-ci ildə İşlər idarəsi ilə audit şirkəti olan “X21” MMC arasında kompleksdə tikilialtı sahəsi 2120 kv.m. olan 16 mərtəbəli yaşayış binasının (şərti adı “2 nömrəli bina” olan yaşayış binasının) dörd mərtəbəsində fakt üzrə aparılmış tikintiquraşdırma işlərinə sərf edilmiş vəsaitin məbləğinin qiymətləndirilməsi ilə əlaqədar qiymətləndirmə hesabatı hazırlanaraq İşlər idarəsinə təqdim edilmişdir. Təqdim edilmiş qiymətləndirmə hesabatına əsasən fakt üzrə yerinə yetirilmiş işlərin 2020-ci il qiymətlərində olan dəyəri ƏDV nəzərə alınmadan 992440 (doqquz yüz doxsan iki min dörd yüz qırx) manat məbləğində müəyyən edilmişdir.
15. “X21” MMC tərəfindən verilən xx.xx.2021-ci il tarixli, 07/QH/10-21-ci il nömrəli Azərbaycan Milli Kimlər Akademiyası (AMKA) Rəyasət Heyəti aparatı İşlər idarəsinin təqdim etdiyi Azərbaycan Respublikası, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən tikintidə fakt üzrə yerinə yetirilmiş işlərin dəyərinin qiymətləndirilməsinə dair rəydə qeyd edilmişdir ki, “X21” MMC Azərbaycan xxxx (AMEA) Rəyasət Heyəti aparatı İşlər idarəsinin təqdim etdiyi Azərbaycan Respublikası, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən, AMEA-nın Saray qəsəbəsində inşa etdirdiyi, tikilialtı sahəsi 2120 kv.m olan 16 mərtəbəli yaşayış binasının inşa edilmiş 4 mərtəbəsində fakt üzrə yerinə yetirilmiş işlərin qiymətləndirilməsini yerinə yetirmişdir. Qiymətləndirmə üçün təqdim edilmiş əmlak və müvafiq sənədlər şirkətimizin mütəxəssisləri tərəfindən yerində öyrənilmiş, yerinə yetirilmiş işlərin dəyəri müəyyən edilmişdir. Xərclər yanaşmasının tətbiqindən istifadə etməklə aparılmış qiymətləndirmə əsasında Azərbaycan xxxx (AMEA) Rəyasət Heyəti aparatı İşlər idarəsimin təqdim etdiyi Azərbaycan Respublikası, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən və AMEA-nın Saray qəsəbəsində inşa etdirdiyi, tikilialtı sahəsi 2120 kv.m olan 16 mərətbəli yaşayış binasının inşa edilmiş 4 mərtəbəsində fakt üzrə yerinə yetirilmiş işlərə 14 oktyabr 2021-ci il tarixinə çəkilmiş xərclər 2020-ci il qiymətlərində 992440 (doqquz yüz doxsan iki min dörd yüz qırx) manat müəyyən edilmişdir. Yarımçıq tikilinin özülünün tikintisinə sərf edilmiş vəsaitin həcmi bu məbləuə daxil deyildir.
16. İddiaçı tərəfindən iş materiallarına cavabdehə göndərilmiş "xxxx" MTK-dan İddiaçı1 MTK-ya devr olunan müqavilələr (cədvəldə), sonradan üstü örtülən işlərin məsul konstruksiyaların qəbul edilmə aktları, AMEA-nın Abşeron rayonu Saray qəsəbəsində “Akademik şəhərcik” (Science City) yaşayış kompleksinin işçi layihəsi, AR FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinin Tikintidə Dövlət Nəzarət Jurnalı, "xxxx" MMC-nin tikintiyə müəllif nəzarəti jurnalı, "xxxx" MMC-nin AMEAnın Abşeron rayonu Saray qəsəbəsində “Akademik şəhərcik” (Science City) yaşayış kompleksinin işçi layihəsi “Bina-2“ konstruksiya hissəsi adlı sənəd əlavə edilmişdir.
17. İddiaçı1 MTK tərəfindən AMEA İşlər İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 03 nömrəli məktubda qeyd edilmişdir ki, “AMEA və Təhsil Nazirliyi” əməkdaşları üçün Abşeron rayonu Saray qəsəbəsində nəzərdə tutulmuş “Science City” yaşayış kompleksində tikintisi davam edən 2 nömrəli binaya aid işin planlaşdırılma qrafiki xx.xx.2021 tarixində 01 saylı məktubla “AMEA" İşlər İdarəsinə təqdim edilmişdir. Daha sonra istəyiniz üzrə xx.xx.2021 tarixində 02 saylı məktubla İşlər İdarəsinə təkrar təqdim edilmişdir. Bu iş cədvəllərində və binanın monolit dəmir beton tikinti işlərinə görə mərtəbələr üzrə bölgü verilmiş və işlər monolit dəmir beton tikinti işlərinə görə tikinti normalarına və tikinti normativ qaydalarına uyğun ardıcıllıqla qrafıkləşdirilib, mərtəbələr üzrə bölgüsü aparılmışdır. "xxxx" MTK ilə ilkin müqavilə bağfamış 65 payçı ilə müqavilələrin dəyişdirilməsi pandemiya səbəbindən xx.xx.2020-ci il tarixindən etibarən iddiaçı tərəfindən başlanılmışdır. Pandemiyə səbəbindən insanların sərbəst hərəkətinə məhdudiyyət qoyulduğu üçün müqavilələrin dəyişdirilməsi iddiaçıdan asılı olmayan səbəblərə görə ləngimişdir. 2020-ci ilin sentyabr ayında müqavilələrin hamısı İddiaçı1 MTK adına rəsmiləşdirilmişdir. Bu tarixdən sonra işlər başladılmış, ikinci bina birinci mərtəbə səviyyəsinə 2020-ci ildə çatdırılmışdır. İqlim şəraitini və fors-majoru nəzərə alaraq qış aylarında tikintidə ləngimələr olmuşdur. Hal-hazırda tikintidə dördüncü mərtəbənin tikinti işləri davam edir. Bina ətrafı torpaq dolğu işləri tamamlanıb. Hündür mərtəbələr üçün nəzərdə tutulmuş qaldırıcı kran quraşdırılıb. Təkrar nəzərə çatdırılır ki, fors-major situasiyalar işlərə mane olsada olmasa da, binanın beton konstruksiya işləri hər mərtəbə üçün 21 gün ərzində tamamlanacaq. Həmçinin əlavədə nəzəriə çatdırılan bir binaya aid ümumi işlər gündəlik bazar qiymətləri ilə smeta dəyəri hesablanmışdır. Nəzərə çatdırılır ki, hal-hazırdaki satış qiymətləri “AMEA” və Təhsil işçilərinə güzəştli kredit şərtləri ilə verilir. Kredit ödənişlərindəki ləngimələr tikintinin gedişatına əlavə problemlər yarada bilər. Məktuba əlavə edilən sənədlərdə də görüldüyü kimi bu günə qədər tikintyə ******* (üç milyon) manat məbləğində vəsait xərclənmişdir. Əlavə olaraq 13 payçıya aid siyahı təkrar məktuba əlavə edilmişdir.
18. AMEA İşlər İdarəsi tərəfindən İddiaçı1 MTK-ya ünvanlanmış xx.xx.2021-ci il tarixli, 06-1-389 nömrəli məktubda qeyd edilmişdir ki, Azərbaycan xxxxnın (AMEA) elmi əməkdaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Abşeron rayonu, Saray qəsəbəsində "xxxx" (Science City) yaşayış kompleksində çoxmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin həyata keçirilməsi üçün AMEA-nın İşlər idarəsi ilə İddiaçı1 Mənzil Tikinti Kooperativi arasında 17 mart 2020-ci il tarixli müqavilə imzalanmışdır. AMEA Rəyasət Heyəti aparatının İşlər idarəsi tərəfindən 08 iyun 2021-ci il tarixli 06-1-263 nömrəli məktubla bağlanmış müqaviləyə əsasən 2 nömrəli binaya dair müəyyən tədbirlərin görülməsi Sizdən xahiş olunmuş, görməli olduğunuz işlərin mərtəbələr üzrə bölgüsünün aparılmadığı, tikinti işlərinin ləng şəkildə aparıldığı, payçılara düzgün və dolğun məlumat verilmədiyi bildirilmişdir. Eyni zamanda, 17 mart 2020-ci il tarixli müqavilənin 2.1.6-cı yarımbəndində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi barədə 08 iyun 2021-ci il tarixli 06-1-263 nömrəli məktubla AMEA Rəyasət Heyəti aparatının işlər idarəsi tərəfindən Sizə xəbərdarlıq edilmişdir. Lakin təəssüflər olsun ki, müqavilə şərtləri pozularaq bugünədək tərəfinizdən müvafiq tədbirlər görülməmişdir. "xxxx" MTK tərəfindən 12 mart 2020-ci il tarixli "Müqavilənin qismən ləğv edilməsi barədə” üçtərəfli razılaşma və bu razılaşmaya əlavə olunan sənədlərin (üçtərəfli aktlar və üçtərəfli Əfavə 1 sənədi) İddiaçı1 MTK-ya ötürülməsindən, 17 mart 2020-ci il tarixli müqavilənin imzalanmasından 1 (bir) ildən artıq zaman keçməsinə baxmayaraq, "xxxx" MTK tərəfindən sözügedən məsələ ilə əlaqədar öhdəliklər yerinə yetirilməmiş, tikinti işləri aparılmamış, payçılara düzgün və dolğun məlumatlar verilməmişdir. Bu vəziyyət payçıların haqlı narazılığına səbəb olmuşdur. Sözügedən məsələ ilə əlaqədar olaraq, payçılar ölkə rəhbərliyinə, AMEA prezidentinə və X5 internet saytlarına çoxsaylı şikayətlər edir, problemlərin həlii üçün AMEA-dan dolğun cavab atmaq istəyirlər. AMEA-nın İşlər İdarəsi ilə “Campus of Scientist" MTK arasında bağlanmış 17 mart 2020-ci il tarixli müqavilənin 2.1.6. yarımbəndini əsas götürərək AMEA Rəyasət Heyəti aparatının İşlər idarəsi sözügedən müqaviləyə xitam verilməsi barədə qərar vermişdir. Qeyd olunanları və müqavilənin 7-ci bəndini nəzərə alaraq, “Alimlər şəhərciyi" (Science City) yaşayış kompleksində tikintisi yarımçıq qalmış 2 nömrəli binada tikinti işlərinin, yaşayış və qeyri-yaşayış sahələrinin satışının 10 (on) gün müddətində dayandırılması Sizdən tələb olunur.
19. İddiaçı1 MTK tərəfindən AMEA İşlər İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 04 nömrəli məktubda qeyd edilmişdir ki, “AMEA və Təhsil Nazirliyi” əməkdaşları üçün Abşeron rayonu Saray qəsəbəsində müqavilə əsasında iddiaçı tərəfindən tikintisi aparılan “Science City” yaşayış kompleksi tərəflər arasındakı müqavilənin şərtlərinə uyğun və Madde 2-nin bənd “2.2.3. də yazdığı kimi “Baş Plana uyğun olaraq Abşeron rayonu Saray qəsəbəsi ünvanında yerləşən torpaq sahəsində aparılmalı olan bütün tikinti işləri; icracı tərəfindən bilavasitə, eləcə də həmin binalardan mənzil (və ya qevri-yaşayış sahəsi) olan payçılardan əldə olunan maliyyə vəsaiti hesabına həvata keçirilir.” icra edilməkdə olub. Yenə bu müqavilənin öhdəliklərinin yazılı olduğu Maddə 2 bəndləri olan; 2.1.12. Sifarişçi mənzillərin bilavasitə satışını öz əməkdaşları arasında təşkil etməli və pul vəsaitlərinin icraçı tərəfindən yığılmasını təmin etməlidir; 2.1.13. Sifarişçi icraçıya mənzillərin satılacağı əməkdaşların siyahısını təqdim etməlidir; 2.1.14. Sifarişçi etibarlı alıcıları doğru seçməlidir; 2.1.15. Sifarişçi öz əməkdaşları arasında ola biləcək problemli alıcılara görə məsuliyyət daşıyır. Bu 2-ci maddənin 2.1.12 bəndində yazılı olan şərtlər yerinə yetirilməyib əksinə “Science City” dən mənzil alan AMEA əməkdaşlarına müqavilələri əsasında ödəməli olduqları daxili kredit borçlarını ödəməmələri şəxsiniz tərəfindən tövsiye olunub. Əməkdaşlara bu tövsiyəniz səbəbi ilə müqavilənin 8-ci maddəsini əsasdan pozmuş olmaqdasınız. AMEA-nın əsas binası daxilində yerləşən və AMEA əməkdaşları ilə əlaqə saxlamaq və onları layihə haqqında məlumatlandırmaları üçün iddiaçıya tahsis ədilən bir otaq, vazifəyi icraya başladığınız həftə əmriniz üzrə boşaldılıb kompleksə aid maket əlimizdən alınmışdır. Beləcə AMEA əməkdaşları ilə olan əlaqə zəyifləmiş olub. 2.1.13 yazılı olan siyahı bu günə kimi tərəfəmizə vərilməyib yenə əksinə olarak AMEA-dan vərilən əməkdaşlıq arayışları iddiaçı tərəfindən soruşulmaqda olub. Bənd 2.1.14/15 iddiaçı tərəfindən etibar görməyib iddiaçı tərəfdən ölkənin qüruru olan AMEA da işiəyən hər kəs etibarlı olub problemli deyildir. Sizə tikinti mövzusunda 11 iyul tarixində yazmış olduqlarə məktubda nəzərə çatdırıldığı kimi hal-hazırdaki satış qiymətləri “AMEA” və Təhsil Nazirliyi işçilərinə bazar qiymətlərinə baxmayaraq güzəştli kredit şərtləri ilə verilir. Kredit ödənişlərindəki ləngimələr tikintimizin gedişatına əlavə problemlər yarada bilər. Sizin AMEA əməkdaşlarına yuxarıda bildirdiyimiz tövsiyəniz bu ləngimə problemini yaratmaqdadır. Sizdən xahiş edilir ki, “Science City” yaşayış kompleksi gələcəkdəki sakinlərinə müqavilə şərtlərinə uyğun hərəkət etmələrini və kompleksi digər əməkdaşlara tövsiyə edəsiniz.
20. İddiaçı1 MTK tərəfindən AMEA İşlər İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 05 nömrəli məktubda qeyd edilmişdir ki, tərəfinizdən yazılan 06-1-389 saylı və 06 avqust 2021-ci il tarixli məktubunuzda; “AMEA və Təhsil Nazirliyi” əməkdaşları üçün Abşeron rayonu Saray qəsəbəsində müqavilə əsasında iddiaçı tərəfindən tikintisi aparılan “Science City” yaşayış kompleksi tikintisinə aid müqavilənin şərtlərinin pozulduğu irəli sürülərək şəxsiniz tərəfindən xitam qərarı verildiyini yazmaqdasınız. Yenə eyni məktubda adını çəkdiyiniz 08 iyun 2021-ci il tarixli məktubunuzdakı tövsiyələrinizi müqavilə şərti kimi nəzərdə tutaraq bu qərarı uyğun gördüyünüzü irəli sürməkdəsiniz. Lakin bu məktubunuza cavab olan 11 iyun 2021-ci il tarixli məktubu nəzərə almamışsınız. Payçılara həmişə düzgün məlumat verilmiş olub. Sözünü etdiyiniz şikayətlərin tamamına yaxını tikintisi başa çatmış olan 1 nömrəli blok və bu blok səbəbi ilə süni olaraq yaradılan kanalizisiya problemi ilə əlaqədar olub. Bu məsələ ilə əlaqədar şikayətlərə vəriləcək dolğun doğru məlumatlar və cavab bizə hər hansi bir şey soruşulmadan və iddiaçıdan məsləhət ilə məlumat alınmadan birbaşa şəxsiniz tərəfindən sakinlərə verilmişdir. Almış olduğunuzu dəqiqləşdirdiyiniz bu qərar aradakı müqavilənin 8ci maddəsini dəfələrcə pozaraq tamamı ilə yaxşı niyyətli olaraq davam edən işin xeyrinə olmayan bir qərardır. Sakinlər ilə danışıqlarda etmiş olduğunuzu söylədiyiniz bəzi axtarış və danışıqlar isə müqavilənin 6-ci maddəsini dəfəiərcə pozaraq 10-cu maddəni də pozmuş olmaqdasınız. Tərəfinizdən yazılan 06-1-389 sayı və 06 avqust 2021 tarixli məktubunuzda; xahiş etdiyiniz tikinti işlərinin dayandırılma prosesi +10,70 səviyyəsinin 12 avqustda töküləcək betonun sonrası dayandırılacaqdır. Arada heç bir mübahisə olmadan, tək tərəfli olarak almış olduğunuz bu qərarınızı təkrar gözdən keçirməyinizi 13-cü maddədə olan haqları sakit qalmaq qeydi ilə şəxsinizdən xahiş edirik.
21. İddiaçı1 MTK tərəfindən AMEA İşlər İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 05 nömrəli məktubda qeyd edilmişdir ki, “AMEA və Təhsil Nazirliyi” əməkdaşları üçün Abşeron rayonu Saray qəsəbəsində 17 mart 2020-ci il tarixli müqavilə əsasında tikintisi aparılan “Science City” yaşayış kompleksinin müqaviləsinə tərəfinizdən xitam verilmişdir. Tikinti işlərinin dayandırılma prosesi aralarındakı müqavilə şərtlərinə uyğun olaraq +14,00 səviyyəsinin 17 sentyabr 2021-ci il tarixində texniki olaraq tökülməsində fayda olan mərtəbə betonu tökülməsi sonrasında faktiki olaraq tam dayandırılacaqdır. Satış və kreditor ödənişləri həmin vaxta kimi sifarişçilər habərdar ədilərəq dayandırılacaqdır. Tikinti sahəsi və satış ilə əlaqəli sənədlərin tərəfinizə təhvil-təslim işləri üçün aralarında heç bir mübahisə olmadan 20 sentyabr 2021-ci il tarixində aşağıda adları yazılan komissiya əmrinizə hazır olacaqdır. Tikintidə görülən işlər və çəkilən xərclərin günlük bazar qiymətləri ilə hesablanaraq satışlardan əldə olunan gəlirdən çıxarılması nəticəsində ki balans hesabatı razılaşılıb, balans ödənişi ilə birlikdə tikinti sahəsi tam təhvil verilmiş və müqaviləyə də hüquqi olaraq da tam xitam verilmiş olacaqdır. Sizdən xahişimiz odur ki, “Science City” yaşayış kompleksini gələcəkdə, ölkənin qüruru olacaq kadrlara yaraşır nəsilləri yetişdirəcək olan AMEA və Təhsil Nazirliyi əməkdaşlarından olan sakinlərə və sizlərə verilən narahatçılığa görə üzrlü hesab ediniz.
22. İddiaçı1 MTK tərəfindən AMEA İşlər İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 08 nömrəli məktubda qeyd edilmişdir ki, “AMEA və Təhsil Nazirliyi” əməkdaşları üçün Abşeron rayonu Saray qəsəbəsində 17 mart 2020-ci il tarixli müqavilə əsasında tikintisi aparılan “Science City” yaşayış kompleksinin tərəfinizdən xitam verilən müqaviləsinə aid təhvil-təslim prosəsinin bir hissəsi olan satış müqavilə sənədlərindən original müqavilələr (qanuni olaraq sadəcə kopyalarının verilməsi lazımkən iyi niyyətlə və kontrol ədilməsi məqsədi ilə originallar vərilib) və muhasəbat cədvəlləri, kredit cədvəlləri, satış və qalıq mənzil hulasa cədvəli, görülən işlərə aid hesab cədvəlləri aralarında heç bir mübahisə olmadan İdarənizə təhvil verilmişdir. Tikinti sahəsinde isə işlər dayandırılıb, sahənin tərəfinizdən təhvil alınması gözlənilmək olub. Tikinti sahəsində ki yarımçıq olan işlər və iddiaçıya aid olan mal material ilə kirayə olan texnikalar tərəfinizdən saxlanılıb. Bu iddiaçıya əlavə xərç yarandırmaqdadır. İddiaçıya və üçüncü şəxslərə aid olan matərial və texnikalara söz ilə qoyduğunuz huquqsuz məhdudiyətin aradan qaldırılmasını xahiş edilir. 22 oktyabr 2021-ci il tarix və 06-1-667 saylı məktubda sadaladığınız təhvil-tTəslim Audit şirkətinin suallərinin təhvil-təslim işlərinə heç bir daxili ola bilməz və bu suallərdə ki sənədlər İddiaçı1 MTK-nın ticari fəaliyyətləri səbəbiylə yaranan və ya yarana biləcek qanunvericiliyə aid olan huquqi öhdəlikləriylə əlaqəli olub AMEA və ya başqa hər hansi bir huquqi şəxsi əlaqələndirməməkdədir. Bütöv məsuliyyət ƏDV ödəyicisi olan İddiaçı1 MTKya aiddir. Təhvil-Təslim üçün lazım olan satış müqavilələri və ödənişləri ilə görülən işlərə aid tərəfinizə təqdim edilən həsabata aid bu cədvəllər üzərində ki mükafatın təzliklə nəticələndirilməsini və huquqi olaraq üzləşmənin yerinə yetirilməsi xahiş edilir.
23. AMEA İşlər İdarəsi tərəfindən İddiaçı1 MTK-ya ünvanlanmış xx.xx.2021-ci il tarixli, 06-1-730 nömrəli məktubda qeyd edilmişdir ki, Azərbaycan xxxxnın (AMEA) elmi əməkdaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Abşeron rayonu, Saray qəsəbəsindəki torpaq sahəsində tikintisi nəzərdə tutulan “Alimlər şəhərciyi" yaşayış kompleksində (Kompleks) çoxmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin həyata keçirilməsi üçün AMEA-nın İşlər idarəsi (işlər idarəsi) ilə “Sahil-A" Mənzil Tikinti Kooperativi (MTK) arasında “Tikinti işlərinin görülməsi haqqında” 18 dekabr 2017-ci ii tarixli SA/01 nömrəli podrat müqaviləsi bağlanılmışdır. İşlər idarəsi ilə “Sahil-A" MTK arasında bağlanılmış podrat müqaviləsinə əsasən tikinti işlərinin İddiaçı1 MTK-ya ötürülməsi məqsədilə 18 dekabr 2017-ci İl tarixli SA/01 nömrəli podrat müqaviləsinin qismən ləğv edilməsi barədə İşlər idarəsi, "xxxx" MTK və İddiaçı1 MTK arasında 12 mart 2020-ci il tarixli üçtərəfli müqavilə imzalanmışdır. Kompleksdə çoxmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin həyata keçirilməsi üçün İşlər idarəsi ilə "xxxx" MTK arasında 17 mart 2020-ci il tarixli müqavilə bağlanılmışdır. 17 mart 2020-ci il tarixli müqavilənin imzalanmasından 1 (bir) ildən artıq zaman keçdiyi müddətdə tikinti işləri ilə əlaqədar tərəfinizdən müqavilə öhdəliklərinin yerinə yetirilməməsi, tikinti işlərinin aparılmaması, payçılara düzgün və dolğun məlumatların verilməməsi, nəticədə payçıların haqlı narazılıqlarının yaranması, bununla da payçılar tərəfindən ölkə rəhbərliyinə, AMEA prezidentinə və X5 internet saytlarına çoxsaylı şikayətlərin edilməsi nəzərə alınaraq, 06 avqust 2021-ci il tarixli 06-1-389 nömrəli məktubla sözügedən müqavilənin 2.1.6-cı yarımbəndi əsas götürülərək həmin müqaviləyə İşlər idarəsi tərəfindən birtərəfli qaydada xitam verilməsi barədə qərar qəbul edilmişdir. Kompleksdə çoxmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin davam etdirilməsi üçün İşlər idarəsi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) arasında 20 oktyabr 2021-ci il tarixli podrat müqaviləsi bağlanılmışdır. İşlər idarəsinə təqdim etdiyiniz 28 sentyabr 2021-ci il tarixli sənədə əsasən ilkin ödəniş və ödənilən kredit məbləğlərinin ümumilikdə cəmi olan ******* (iki milyon səkkiz yüz əlli yeddi min doxsan altı) manat məbləği payçılara mənzil satışından əldə edilmiş vəsaitin ümumi dəyərini əks etdirir. Təhvil-təslim işləri ilə əlaqədar olaraq, İddiaçı1 MTK tərəfindən şərti adı “2-ci bina" olan binada fakt üzrə yerinə yetirilmiş tikinti işlərinə sərf edilən vəsaitin qiymətləndirilməsi məqsədilə İşlər idarəsi ilə audit şirkəti olan “Mizan Konsaltinq” LTD" MMC arasında 29 sentyabr 2021-ci il tarixli 09 nömrəli konsaltinq xidməti göstərilməsi barədə müqavilə bağlanılmışdır. İddiaçı1 MTK tərəfindən görülmüş tikinti işlərinə dair audit rəyinin verilməsi üçun bır sıra zəruri sənədlərin (məlumatlar) işlər idarəsinə təqdim edilməsi barədə 22 oktyabr 2021-ci il tarixli 06-1-667 nömrəli məktuba tərəfinizdən cavab verilməmiş, sənədlər bugunədək təqdim edilməmişdir. Audit şirkəti olan “X21” MMC tərəfindən Azərbaycan Respublikası Qiymətləndirmə Standartları və X1 tələbləri, qiymətləndirmə predmetinin xarakteristikası və məhdudlaşdırıcı şərtlər nəzərə alınaraq, Kompleksdə tikilialtı sahəsi 2120 kv.m oları 16 mərtəbəli yaşayış binasının (şərti adı “2-ci bina" olan bina) "xxxx" MTK tərəfindən inşa edilmiş dörd mərtəbəsində fakt üzrə aparılmış tikıntı-quraşdırma işlərinə sərf edilmiş vəsaitin məbləğinin qiymətləndirilməsi ilə əlaqədar qiymətləndirmə hesabatı İşlər idarəsinə təqdim edilmişdir. Təqdim edilmiş qiymətləndirmə hesabatına əsasən şərti adı “2-ci bina” olan binanın İddiaçı1 MTK tərəfindən inşa edilmiş dörd mərtəbəsində fakt üzrə yerinə yetirilmiş işlərin 2020-ci il qiymətlərində olan dəyəri ƏDV nəzərə alınmadan 992440 (doqquz yüz doxsan iki min dörd yüz qırx) manat məbləğində müəyyən edilmişdir. Eyni zamanda, məlum olmuşdur ki, sakinlər tərəfindən İddiaçı1 MTK-nın hesabına ödənişlər edilməsinə baxmayaraq, 28 sentyabr 2021-ci il tarixli sənədinizdə həmin məbləğlər öz əksini tapmamışdır. Beləliklə müəyyən olunur ki, mənzil satışından əldə etdiyiniz vəsaitin ümumi dəyəri ilə (2857096 manat) fakt üzrə müəyyən edilmiş məbləğin (ƏDV nəzərə alınmadan 992440 manat) dəyəri arasındakı fərq ******* (bir milyon səkkiz yüz altmış dörd min altı yüz əlli altı) manat təşkil edir. Bu məbləğin kompleksdə tikinti işlərini davam etdirən podratçı şirkət olan "xxxx" MMC ilə razılaşdırılıb onlara ötürülməsi tərəfinizdən təmin edilməlidir.
24. İddiaçı1 MTK tərəfindən AMEA İşlər İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 10 nömrəli məktubda qeyd edilmişdir ki, tərəfinizdən yazılan 06-1-389 sayı və 06 avqust 2021 tarixli məktubunuzda; “AMEA və Təhsil Nazirliyi” əməkdaşları üçün Abşeron rayonu Saray qəsəbəsində müqaviləmiz əsasında tərəfimizdən tikintisi aparılan “Science City” yaşayış kompleksi tikintisinə aid müqavilənin şərtlərinin pozulduğu irəli sürülərək şəxsiniz tərəfindən müqaviləye bir tərəfli xitam qərarı verdiyinizi bildirmişdiniz. Yenə eyni məktubda adını çəkdiyiniz 8 iyun 2021-ci il tarixli məktubunuzdakı tövsiyələrinizi müqavilə şərti kimi nəzərdə tutaraq bu qərarı uyğun gördüyünüzü irəli sürmüşdünüz. Lakin bu məktubunuza cavab olan 11 İyun 2021-ci il tarixli məktubu nəzərə almamışsınız. Almış olduğunuzu dəqiqləşdirdiyiniz bu qərar aramızdakı müqavilənin 8-ci maddəsini dəfələrcə pozub yenə sakinlər ilə danışıqlarınızda etmiş olduğunuz bəzi danışıq mövzuları isə müqavilənin 6-ci maddəsini dəfələrcə pozaraq, 10-cu maddəni də pozmuşdur. Payçılara həmişə düzgün məlumat verilmiş olub. Sözünü ettiyiniz kütləvi şikayətlərin tamamına yaxım tikintisi başa çatmış olan 1 nömrəli blok və bu blok səbəbi ilə süni olaraq yaradılan kanalizisiya problemi ilə əlaqədar olub. Bu məsələ ilə əlaqədar şikayətlərə vəriləcək dolğun doğru məlumatlar və iddiaçıya cavab hər hansi bir şey soruşulmadan və bizdən məsləhət ilə məlumat alınmadan birbaşa şəxsiniz tərəfindən sakinlərə verilmişdir. Bütöv bu hadisələrə rəğmən, sakinlərə ziyan vərəcək gəcikməye və mübahisəye səbəb vərmədən, hüquq mühafizə organlarını məşğul ətmədən səmimiyyət və iyi niyyətimizlə müqaviləye xitam vərme qərarınıza xörmət göstərib təhvil-təslim prosəsini başlatmış olduk. Ancak tərəfinizdən yazılan 06-1-730 sayı və 11 noyabr 2021 tarixli məktubunuzda; İdarə ilə aralarında bağlanan xx-xx-2020 tarihli müqavilə ilə əlaqalı tikinti işlərinə aid sadaladığınız mövzular ve ithamlar real olmayıb, tam mənası ile gərçəkləşmiş vəziyyəti əks ettirməməkdə olub. 06-1-667 sayı və 22 oktyabr 2021 tarixli məktubunuza, 25 oktyabr 2021 tarixli məktub ilə cavab vərilmiş olub kopyası əlavədədir. Şöyləki; aramızda bağlanan bu müqaviiə bir blok için dəyil ümumi kompleks üçün olub. Bu səbəblə tikinti planlaşma ve qaydalarına görə yapılmış çoxlu iş və sahə planlaşması ile tikintiye ait çoxlu sənədləşmə işləridə yapılmış olub. Görülmüş işlərə aid iş həcmlərini göstərən smeta sənədləri idarəyə təqdim edilmişdir. Kompleksə aid görülmüş işlərə aid smeta cədvəlləri əlavədə təkrar vermişdir. Yenə bu məktubunuzda İddiaçı1 MTK-nın 123 payçısından əldə olunan vəsait ******* manat olmayıb ******* manat (üç milyon yüz on dörd min yeddi yüz qırx altı) manat olub. Ödəniş siyahısı sizlərə daha öncə təqdim edilmişdir. Sakinlər ilə looperativ arasında bağlanan mənzil pay müqavilələrinə, tərəflərcə daha əvvəl "xxxx" MTK ilə olduğu kimi hüquqi qaydada xitam verilmədən, yəni eyni məktubunuzda yazdığınız “Alimlər Şəhərciyi “ MMC ilə sakinlər arasında: aralarında xx.xx.2020-ci il tarixli müqavilənin huquqi olaraq axıra çatmamasına və yenə bu müqavilənin 6-cı maddəsi nəzərə alınmadan yeni bir müqavilə bağlanması nə dərəcə doğrudur. Konsaltinq xidmətlərini aparan “X21” şirkəti tərəfindən yapılan iş həcmləri həsaplaması və qiymətləndirməsi, görülmüş işlər, tikinti norma və qaydalarına uyğun olmadan, hansı qaydaya görə hesablandığı bəlli olmayan bir hesab olmuşdur. Bu Audit şirkəti raportu iddiaçıya uyğun görülməyib, səlahiyyətli orqanlara müraciət edilərək kompleksdə görülən işlər və bazar qiymətləri ilə təchiz olunmuş yeni Audit raportunu tələb edəcəklərini bildirir, işlərinizdə muvaffakiyet arzulayırlar.
25. İddiaçı1 MTK tərəfindən AMEA İşlər İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 11 nömrəli məktubda qeyd edilmişdir ki, tərəfinizdən yazılan 06-1-853 saylı və 30 noyabr 2021-ci il tarixli məktubunuzda, “AMEA və Təhsil Nazirliyi” əməkdaşları üçün Abşeron rayonu Saray qəsəbəsində müqavilə əsasında iddiaçı tərəfindən tikintisi aparılan “Science City” yaşayış kompleksi tikintisinə aid müqaviləyə xitam verildiyini vurğulayırsınız. Lakin görülən işlərə aid haqq-hesab mövzuunda mutabakat sağlanmadığı və üzləşmə aktı imzalanmadığı üçün hüquqi olaraq xitam hələlik nəticələndiriləməmişdir. “Science City” yaşayış kompleksi Blok-2 də və tikinti sahəsində görülən bütöv işlərə aid bazar vahid qiymətləri ilə qiymət razılaşma protokolunun təzliklə yapılması və razılaşdırılan vahid qiymətlər ilə F-2 nin tərtib edilərək haqq hesabdan 123 sakin tərəfindən bugünə kimi yığılan ******* manat çıxılarak qalıq məbləğin ödənilməsini takibən təhvil-təslim işlərinin huquqi olaraqda təzliklə nəticələndirilməsini sizdən təkrar xahiş edilir. Tikinti norma və qaydalarına uyğun olarak FHN iə bağlı Dadaşov İnstitutu tərəfindən laboratoriya xidmətləri yerinə yetirilmiş olub kopyaları toplu sənədlər ilə idarənizə təhvil verilmişdir. Mövcud mərtəbə üzrə akt, mərtəbə betonu tökülmədiyi üçün tərtib edilməmişdir. Dadaşov institutu tərəfindən fundament və birinci mərtəbə xaric, iddiaçıya hesab-faktura göndərilməmişdir. Fundament və birinci mərtəbə üçün olan hesab-faktura əlavədə olub.
26. İddiaçı1 MTK tərəfindən AMEA İşlər İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 01 nömrəli məktubda qeyd edilmişdir ki, “AMEA və Təhsil Nazirliyi” əməkdaşları üçün Abşeron rayonu Saray qəsəbəsində müqavilə əsasında tikintisi aparılan “Science City” yaşayış kompleksi tikintisi müqavilə şərtlərinin pozulduğu irəli sürülərək işlər İdarəsi tərəfindən 06-1-389 saylı və 06 avqust 2021-ci il tarixli məktub ilə müqaviləyə bir tərəfli xitam qərarı verilib. Ölkənin qüruru olacaq kadrlara yaraşır nəsilləri yetişdirəcək olan AMEA və Təhsil Nazirliyi əməkdaşlarından olan sakinlərə ziyan vərəcək gecikməyə və mübahisəyə səbəb vermədən, hüquq mühafizə orqanlarını məşğul ətmədən səmimiyyət və iyi niyyətimizlə müqaviləyə xitam vərme qərarına xörmət göstərib təhvil-təslim prosəsini başlatmış oldular. Lakin bu tarixə qədər aralarında bağlanan bu müqaviləyə hüquqi qaydada tam olaraq xitam vərilməsinə əsas təşkil edəcək olan görülmüş işlərə aid iş həcmlərini göstərən smeta sənədləri işlər İdarəsinə təqdim ədilməsinə rəğmən üzləşmə aktı hələki tərtib edilməyib. Bu məsələ ilə bağlı məktublara cavab da verilməmişdir. Sizdən xahiş odur ki, aralarında xx.xx.2020-ci il tarixli müqavilənin hüquqi olaraq axıra çatmasına və bu müqavilə üzrə yaranan haq-həsabın görülməsi üçün lazım olan köməyi görstərəsiniz.
27. İddiaçı1 MTK tərəfindən AMEA İşlər İdarəsinə ünvanlanmış pretenziya məktubunda qeyd edilmişdir ki, podrat müqaviləsinə uyğun olaraq icraçı tərəfindən yerinə yetirilmiş faktiki işlərin qalıq dəyəri olan ******* manat vəsaitin bu pretenziyanı aldıqdan sonra 10 gün müddətində iddiaçıya ödənilməsini, habelə iddiaçı tərəfindən sahəyə gətirilmiş heç bir əsas olmadan həmin tikinti sahəsindən çıxarılmasına maneçilik törətdiyiniz tikinti ofis konteynerləri və texnikanın, 10000 ədəd cilov və 150 kub metr taxtaların, tikinti işlərinin həyata keçirilməsi üçün alınmış hazırda tikinti sahəsində olan 9 ton armaturun, hal-hazırda istifadə etdiyiniz tikintidə beton işlərinin həyata keçirilməsi zamanı icarəyə götürdükləri 2150 ədəd dəmir dirəklərin tikinti sahəsindən götürülməsi üçün qoyulmuş məhdudiyyətin aradan qaldırılaraq zəruri köməkliyin edilməsini və bununla bağlı iddiaçıya rəsmi məlumat verilməsi xahiş edilmiş, əks halda yuxarıda qeyd edilənlərlə bağlı ******* manat vəsaitinin ödənilməsini, həmin vəsaitin ödənilməsinin gecikdirilməsinə görə faizlərin, habelə əlavə yaranmış digər zəruri xərclərin Azərbaycan Milli X10 idarəsindən tutularaq "xxxx" MTK-ya ödənilməsi və iddiaçıya məxsus tikinti ofis konteynerləri və texnikanın, 10000 ədəd cilov və 150 kub metr taxtaların, tikinti işlərinin həyata keçirilməsi üçün alınmış hazırda tikinti sahəsində olan 9 ton armaturun bizə qaytarılması və ya dəyərinin ödənilməsi barədə müvafiq məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
28. "xxxx" MMC tərəfindən verilən Abşeron rayonu, Saray qəsəbəsində "xxxx" yaşayış kompleksi ekspert raportu adlı sənəddə qeyd edilmişdir ki, tədqiqatın nəticəsi olaraq Abşeron rayonu, Saray qəsəbəsində inşa edilən "xxxx" yaşayış kompleksində 2, 3 və 4 saylı binalarda İddiaçı1 MTK tərəfindən işçi layihəyə uyğun şəkildə yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin həyatə keçirilən həcmləri hesablanıb smeta cədvəllərində qeyd edilib. Bu işlər üçün çəkilmiş xərclər ayrı-ayrılıqda olaraq bazar orta qiymətləriylə həsablanıb. İddiaçı1 MTK tərəfindən satılmış olan 123 ədəd mənzildən daxil olan pul vəsati ******* manatdır. Smeta cədvəllərində görüləcəyi üzrə: A-2 saylı bina ümumi xərcə ******* manat, B-3 saylı bina ümumi xərc 100600 manat, C-4 saylı bina ümumi xərc 103150 manat, D-Sənədləşmə ümumi xərci 173412 manat, E-Sahə daxili işlər üçün çəkilən xərclər 21600 manat, F-Qalıq tikinti materialları təxmini dəyəri cədvəli 82000 manat olmaqla, ümumi xərc (ƏDV xaric) ******* manat, satışlar ******* manat, İddiaçı1 MTK lehinə fərq 587029 manat.
29. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-108655 saylı ekspert rəyindən görünür ki, Qərardadın birinci və ikinci sualları üzrə: Abşeron rayonu, Saray qəsəbəsində inşa edilən "xxxx" yaşayış kompleksində 2, 3 və 4 saylı binaların inşası ilə bağlı “Sonradan üstü örtülən işlərin məsul konstruksiyaların qəbul edilməsi” aktlarına, eləcə də xx.xx.2021-ci il tarixli akt əsasında İddiaçı1 Mənzil Tikinti Kooperativi tərəfindən İşçi Layihəyə uyğun yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin ümumi dəyəri 2787974,64 manat (ƏDV-siz), o cümlədən 2 saylı bina üzrə 2566417,37 manat, 3 saylı bina üzrə 86024,07 manat, 4 saylı bina üzrə 91742,2 manat və ümumi işlərin müvəqqəti qurğular və mobilizasi işlərinin dəyəri 43791 manat məbləğində müəyyən olunur. Tədqiq olunan ünvanda yerinə-yetirilmiş tikinti-quraşdırma işlərinin orta bazar dəyəri hər iş növü üçün qiymətlər ayrı-ayrılıqda smetada ətraflı göstərilmişdir. Qərardadın üçüncü sualı üzrə: Abşeron rayonu, Saray qəsəbəsində inşa edilən "xxxx" yaşayış kompleksində 2, 3 və 4 saylı binalarda İddiaçı1 Mənzil Tikinti Kooperativi tərəfindən İşçi Layihəyə uyğun yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin həyata keçirilməsi ilə bağlı çəkilmiş xərclərin (layihələndirilməsi və təsdiqi, ekspertiza, laboratoriya ilə əlaqədar sənədləşmə işlərinin aparılması üçün çəkilmiş xərclər və s.) müəyyən edilməsi tikinti ekspertinin səlahiyyətinə aid olmadığından, qərardadın bu sualı üzrə tədqiqat aparılmadı. Tətbiq edilən hüquq
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. 755-ci maddəsinə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
32. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmənin mövqeyi
33. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında bağlanmış 17 mart 2020ci il tarixli podrat müqaviləsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Müqavilə AMEA-nın İşlər İdarəsi ilə bağlanmış, sonradan AMEA Rəyasət Heyəti aparatının strukturunda mövcud olmuş həmin İdarə ləğv edilmiş və 08 dekabr 2022-ci il tarixindən həmin idarənin fəaliyyətinə xitam verilmişdir. Həmin müqaviləyə əsasən sifarişçiyə məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 7,00 hektar torpaq sahəsi üzərində ("xxxx" MTK tərəfindən inşa olunmuş 1 bloklu, 2 girişli, 12 mərtəbəli bina istisna olmaqla) təsdiq edilmiş Baş Plana uyğun tikilməli olan binaların (o cümlədən yarımçıq tikilinin də) inşasınn həyata keçirilməsi podratçıya həvalə edilmiş, sonradan müqaviləyə cavabdeh tərəfdən birtərəfli qaydada xitam verilmişdir.
34. Müqavilə şərtlərinə əsasən sifarişçi özünə məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ha torpaq sahəsi üzərində ("xxxx" MTK tərəfindən inşa olunmuş 1 bloklu, 2 girişli, 12 mərtəbəli bina istisna olmaqla) təsdiq edilmiş Baş Plana uyğun tikilməli olan binaların (o cümlədən yarımçıq tikilinin) inşasının həyata keçirilməsini icraçıya sifariş edir, sifarişçi torpaq sahəsini, o cümlədən torpaq sahəsində inşa edilmiş yarımçıq tikilini bütün tələblərdən və iddialardan azad şəkildə tikinti işlərinin aparılması məqsədi ilə icraçıya verir. Sifarişçinin sifariş etdiyi binaların inşası Baş Plana uyğun olaraq bu müqavilənin şərtlərinə müvafiq həyata keçirilir. Müqaviləyə əsasən Abşeron rayonu Saray qəsəbəsi ünvanında yerləşən torpaq sahəsində aparılmalı olan bütün tikinti işləri İcraçı tərəfindən bilavasitə, eləcə də həmin binalarda mənzili (və ya qeyri yaşayış sahəsi) olan payçılardan əldə olunan maliyyə vəsaiti hesabına həyata keçirilməli idi.
35. Podrat müqaviləsinin 7.1.7-ci bəndinə əsasən xitam zamanı icraçı işlərin yerinə yetirilməsini dayandırır, sifarişçinin belə xitam verilməsi ilə əlaqədar bütün göstərişlərinə bütövlükdə riayət edir. Sifarişçi müqavilənin müddəalarına müvafiq qaydada xitam tarixinə qədər yerinə yetirilmiş işlər üzrə məbləği və göstərişlərinə riayət edilməsi ilə əlaqədar olaraq icraçı tərəfindən çəkilən bütün xərcləri icraçıya ödəyir və bu miqdar icraçının təqdim etdiyi xərclər smetasına uyğun olaraq müəyyən edilir.
36. Qeyd olunduğu kimi, cavabdeh tərəfindən sonradan müqaviləyə qaydada xitam verilir. Hazırda iddiaçı xitam vaxtına qədər 17 mart 2020-ci il tarixli podrat müqaviləsinə uyğun olaraq icraçı olaraq yerinə yetirdiyi faktiki işlərin qalıq dəyəri olan ƏDV daxil ******* manat vəsaitin cavabdehdən tutulmasını xahiş edir.
37. Məhkəmənin qənaətinə əsasən müqavilə şərtlərinə əsasən iddiaçı xitam tarixinə qədər yerinə yetirdiyi işlərin dəyərini, çəkilən xərcləri cavabdehdən tələb etmək hüququna malikdir və cavabdeh də müvafiq olaraq görülən işlərin dəyərini, çəkilən xərcləri iddiaçıya ödəmək vəzifəsi daşıyır.
38. Ona görə də iddiaçı cavabdehə qarşı hazırkı tələbi irəli sürmək haqlıdır, lakin iddia qismən əsaslı olduğundan qismən təmin olunmalıdır.
39. Belə ki, müəyyən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-108655 saylı ekspert rəyi ilə müəyyən olunur ki, İddiaçı1 Mənzil Tikinti Kooperativi tərəfindən İşçi Layihəyə uyğun yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin ümumi dəyəri 2787974,64 manat (ƏDV-siz) təşkil edir. Eyni zamanda iddiaçı MTK tərəfindən satılmış olan 123 ədəd mənzildən daxil olan pul vəsati ******* manat təşkil etdiyini bildirmiş, bunun əksini (daha çox olmasını) təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Əlavə xərclər üzrə üzrə podratçının məsrəfləri 587029 manat təşkil etmişdir (Campus of Ccientis MTK- nın əməkdaşlarının layihəyə cəlb edilməsi, maaşların ödənilməsi, şirkətin işçilərinin həmin layihə üzrə işləməsi və müvafiq xidmətləri göstərilməsi və s. xərclər və s.). Beləliklə, gəlinən nəticəyə əsasən iddiaçıya ödənilməli olan məbləğ 486120,64 manat təşkil edəcək (2787974,64+587***-*******=486120,64). Hazırkı halda iddiaçının hesabladığı məbləğlərinin cavabdehdən tutulması üçün əsaslar müəyyən edilmir.
40. Eləcə də, iddiaçı ilkin mediasiya sesiyasında iştirak üçün çəkilən xərc və dövlət rüsumü kimi ödənilmiş cəmi 1387,36 manat pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
41. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş mediasiya xərci və dövlət rüsumunun əvəzi olaraq 564,50 manat (beş yüz altmış dörd manat əlli qəpik) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
42. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan xxxxndan 486120,64 manat (dörd yüz səksən altı min yüz iyirmi manat altmış dörd qəpik) pul, ödənilmiş mediasiya xərci və dövlət rüsumunun əvəzi olaraq 564,50 manat (beş yüz altmış dörd manat əlli qəpik) olmaqla, cəmi 486685,14 manat (dörd yüz səksən altı min altı yüz səksən beş manat on dörd qəpik) məbləğində pul vəsaiti İddiaçı1 xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməlidir.
43. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan xxxxndan 486120,64 manat (dörd yüz səksən altı min yüz iyirmi manat altmış dörd qəpik) pul, ödənilmiş mediasiya xərci və dövlət rüsumunun əvəzi olaraq 564,50 manat (beş yüz altmış dörd manat əlli qəpik) olmaqla, cəmi 486685,14 manat (dörd yüz səksən altı min altı yüz səksən beş manat on dörd qəpik) məbləğində pul vəsaiti İddiaçı1 xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova