Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2302/2023 14.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi üzrə pul tələbi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Müqavilə üzrə ödənilməmiş 4.010 (dörd min on) manat borcun, 300 manat faizin, habelə mediasiya xidmətinin göstərilməsi üçün ödənilmiş 60 (altımış) manat,cəmi 4360 (dörd min üç yüz altmış) manat məbləğində pulun Cavabdeh MMC-dən alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, Sifarişçi - İddiaçı MMC ilə podratçı- Cavabdeh MMC arasında xx.xx.2020-ci il tarixdə AZPT/2020-051 R saylı “Podrat” müqaviləsi bağlanılmışdır. Müqavilə üzrə “Podratçı” müəyyən edilmiş işləri görməli və “Sifarişçi” isə müqavilə üzrə görülmüş işlərin haqqını ödəməlidir. Bundan sonra, tərəflər arasında 06 oktyabr 2021-ci il tarixdə “15 sentyabr 2020-ci il tarixli, AZ-PT/2020-051 R saylı podrat müqaviləsinə 1 saylı Əlavə razılaşma müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən, Podratçı razılığa gəlir ki, Podrat müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirmədiyi üçün Sifarişçiyə vurduğu 4.010 (dörd min on) manat ziyanı 20 (iyirmi) iş günü ərzində Sifarişçiyə qaytaracaqdır. Lakin, həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq dəfələrlə şifahi və yazılı müraciətlər edilsədə podratçı öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir.
3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2302/2023 saylı qərardadı ilə kiçik iddiaya dair kommersiya işi iddia icraatına keçirilmişdir
II. Tərəflərin mövqeləri:
4. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X3 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Cavabdeh xx.xx.2023-cü il tarixdə elektron məhkəmə informasiya sisteminə etiraz göndərərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
6. Cavabdehə məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, məhkəmə iclasının təxirə salınmasını, mümkün olmazsa etiraz əsasında iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
8. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
10. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. - 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. - Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. - 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. - 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməldirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.
11. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
12. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
13. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır.
14. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı (sifarişçi) ilə Cavabdeh (podratçı) arasında xx.xx.2020-ci il tarixdə AZ-PT/2020-051 R saylı podrat müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən podraçı müqavilənin 1.2-ci bəndində göstərilən işi icra etməyi, sifarişçi isə işi qəbul edib müqavilə ilə müəyyən olunmuş pulu podratçıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndinə əsasən müqavilə ilə görülməli iş sifarişçinin obyektində kondisioner və ventilasiya sistemləri üzrə avadanlıq, koplekləşdirici hissələrin və materialların göndərilməsi, montaj-quraşdırma və buraxılış sazlama işlərinin yerinə yetirilməsindən ibarətdir.
15. Müqavilənin 1.1-ci bəndinə əsasən podratçı, sifarişçinin sifarişi, bu müqavilə və müqavilənin ayrılmaz tərkib hissəsi olan sifarişçinin təqdim etdiyi layihə sənədlərində, spesifikasiyalarda, texniki tapşırıq və şərtnamələrdə göstərilən şərtlər əsasında müqavilənin ayrılmaz tərkib hissəsi olan X2nda göstərilən işləri yerinə yetirməyi, sifarişçi isə podratçının müqaviləyə uyğun, razılaşdırılmış keyfiyyətdə və miqdarda yerinə yetirdiyi işləri qəbul edib dəyərini ödəməyi öhdəsinə götürür.
16. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə ilə görülməsi nəzərdə tutulmuş işlərin qiyməti müqavilənin ayrılmaz tərkib hissəsi olan X2 ilə müəyyənləşdiriləcək.
17. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
18. Hazırda iddiaçı cavabdehdən podrat müqaviləsi üzrə öhdəlikləri tam yerinə yetirmədiyi üçün 4.010 manat məbləğində pulun tutulmasını tələb edir.
19. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli AZ-PT/2020-051 R saylı podrat müqaviləsi üzrə 06 oktyabr 2021-ci il tarixli 1 nömrəli Əlavə razılaşmadan görünür ki, tərəflər podrat müqaviləsi üzrə podratçı tərəfindən 24.010 manat dəyərində işlər görülmədiyini qəbul etmişlər.
20. Əlavə razılaşma ilə tərəflər xx.xx.2021-ci il tarixli akta əsasən podratçının işlərin təminatı qismində sifarişçidə saxlanılan 20.000 manat vəsaitə heç bir iddia və tələbinin olmaması ilə bağlı qarşılıqlı razılığa gəlmişlər.
21. Bundan başqa Əlavə razılaşmanın 1.4-cü bəndinə əsasən podratçı podrat müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirmədiyi üçün sifarişçiyə 4.010 manat pulu 20 gün ərzində qaytaracağı ilə bağlı razılığa gəlmişdir.
22. Əlavə razılaşma hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
23. Göründüyü kimi, hər iki tərəf 24.010 manat dəyərində işlərin görülmədiyi qəbul etmişlər və əlavəyə imza etməklə qeyd edilmiş pulun bir hissəsinin cavabdehdə olan 20.000 pulla əvəz edilməsi və artıq qalan 4.010 manat pulun qaytarılması ilə bağlı razılığa gəlmişlər.
24. Məhkəmə cavabdehin etirazı ilə bağlı bildirir ki, cavabdeh X1” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəflər arasında bağlanılan müqavilənin yalnız sonuncu səhifəsində imzanın olmasını qeyd etsə də, məhkəmə təqdim edilmiş xx.xx.2020-ci il tarixdə AZ-PT/2020-051 R saylı podrat müqaviləsinin hər səhifəsi cavabdeh MMC-nin direktoru tərəfindən imza edilmişdir.
25. Bundan başqa tərəflər arasında imzalanan Əlavə razılaşma cəmi 1 səhifədən ibarət olmaqla hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
26. Məhkəmə həmçinin qeyd edir ki, həm müqavilədə, həmçinin də 06 oktyabr 2021-ci il tarixli 1 nömrəli Əlavə razılaşmada Cavabdeh möhürünün olması onu deməyə əsas verir ki, qeyd edilmiş sənədlər cavabdeh tərəfindən təsdiq edilmişdir.
27. Çünki, oxşar vəziyyətlərdə fiziki şəxslərlə müqayisədə hüquqi şəxslərin üzərinə öz statusuna görə daha böyük məsuliyyət düşür. Belə ki, hüquqi şəxslər mülki dövriyyənin daha mütəşəkkil subyekti olmaqla öz üzvləri tərəfindən seçilən (təyin edilən) təmsilçiyə, icra və nəzarət orqanlarına, hüquq münasibətlərinə rəsmi forma verən möhürə və rekvizitlərə, o cümlədən təsis sənədlərinin və digər zəruri rekvizitlərin saxlanmasına maddi məsul olan şəxslərə malikdir.
28. Hüquqi şəxsin rəsmi reyestrdə qeydə alınması və möhürə malik olması onunla hüquq münasibətinə daxil olan fiziki və ya digər hüquqi şəxsdə ona təqdim edilmiş sənədlərin rəsmi xarakterə malik olması barədə əminlik yaradır. Bu zaman sənədin möhürlə təsdiq edildiyini görən şəxs həmin sənədin mötəbərliyini və səlahiyyətli şəxs tərəfindən imzalandığını güman etməkdə haqlıdır. Çünki bir qayda olaraq möhürün saxlanmasına məsul olan şəxs məhz sənədə hüquqi şəxsin adından imza etmək (təmsilçilik) səlahiyyətinə malik olan şəxs olur.
29. Belə olan halda, məhkəmə hesab edir ki, 4.010 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır
30. Məhkəmə hesab edir ki, iddia dəymiş zərərin əvəzi olaraq 300 manat məbləğində pulun tələb edilməsi hissəsində təmin edilə bilməz.
31. Qeyd edilməlidir ki, iddiaçı tərəf iddianın qeyd edilən hissəsini Mülki Məcəllənin 443.1-ci maddəsinə istinad edərək tələb etmişdir.
32. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
33. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
34. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
36. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2-ci maddə).
37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqe ondan ibarətdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.
38. Mülki Məcəllənin 21.2, 1096, 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər.
39. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehdən 300 manat miqdarında digər ziyan üçün pul tələb etsə də, qeyd olunan zərərin nədən ibarət olduğunu izah edə bilməmişdir.
40. Beləliklə qeyd edilən hissədə iddia təmin edilə bilməz
41. İş materiallarında olan xx.xx.2022-ci il tarixli mediasiya sessiyasında iştirak edilməmə barədə arayışdan görünür ki, İddiaçı tərəfindən Bakı şəhər 5 saylı Mediasiya təşkilatına 60 manat məbləğində mediasiya xərci ödənilmişdir.
42. Ona görə də, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 60 (altmış) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə verilməlidir.
43. Belə olan halda məhkəmə hesab edir ki, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
44. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2020-ci il tarixli müqavilə üzrə 4.010 (dörd min on) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə verilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 60 (altmış) manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov