Məhkəmə qərarları › İş №e-2-2(113)-2345/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2345/2021

31.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2345/2021 31.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı xxxx Tikinti Firmasının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “xxxx” Tikinti Firmasının cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı “pulun tutulması” tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Tikinti Firması cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azneft İB-dən ƏDV daxil 59 255,26 manat məbləğində borcun, 4 197,25 manat cərimə məbləğinin və 30 AZN həcmində dövlət rüsumu məbləğinin tutularaq xxxx Tikinti Firmasının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xxxx Tikinti Firmasının direktoru məhkəməyə ərizə göndərərək iddiadan imtina etdiyini bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı xxxx Tikinti Firmasının nümayəndəsi X3 izahat verərək, iddiadan imtina barədə ərizənin qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci madddəsində iddiaçının iddiadan imtina etməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. Həmin Məcəllənin 261.0 və 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. İddiaçının iddiadan imtina etməsi qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə məhkəmə hesab edir ki, iddiadan imtina qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “xxxx” Tikinti Firmasının Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı “pulun tutulması” tələbi barədə “xxxx” Tikinti Firmasının iddiadan imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar