Məhkəmə qərarları › İş №e-2-2(113)-239/2024

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-239/2024

03.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-239/2024 03.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, X4 oğlunun katibliyi, İddiaçının nümayəndə və vəkilləri Vəkil1 və Vəkil2, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası xxxxx Nazirliyinə qarşı müqavilə üzrə görülmüş işlərin dəyərinin ödənilməsi tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası xxxxx Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası xxxxx Nazirliyindən AV14-SP10 saylı müqaviləyə xx.xx.2017-ci il tarixli 2 saylı əlavə üzrə görülmüş işlərə, göstərilmiş xidmətlərə görə 889020,97 manat (ƏDV-li), SP14-HM6 saylı müqaviləyə xx.xx.2017-ci il tarixli 2 saylı əlavə üzrə görülmüş işlərə, göstərilmiş xidmətlərə görə 2296117,34 manat (ƏDV-li), xx.xx.2019-cu il tarixli 20 nömrəli müqavilə üzrə görülmüş işlərə, göstərilmiş xidmətlərə görə 752686,03 manat (ƏDV-li), xx.xx.2019-cu il tarixli 21 nömrəli müqavilə üzrə görülmüş işlərə, göstərilmiş xidmətlərə görə 980000 manat (ƏDV-li) manat olmaqla, cəmi 4917824,34 (dörd milyon doqquz yüz on yeddi min səkkiz yüz iyirmi dörd manat otuz dörd qəpik) manat (ƏDV-li) əsas borcun, hüquqi yardımla bağlı ödənilmiş 1000 (bir min) manat və dövlət rüsumu kimi ödənilmiş 3251 (üç min iki yüz əlli bir) manat vəsaitin alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin həcminin azaldılması” barədə ərizə verərək, cavabdeh Azərbaycan Respublikası xxxxx Nazirliyindən AV14-SP10 saylı müqaviləyə xx.xx.2017-ci il tarixli 2 saylı əlavə üzrə görülmüş işlərə, göstərilmiş xidmətlərə görə 889020,97 manat (ƏDV-li), SP14-HM6 saylı müqaviləyə xx.xx.2017-ci il tarixli 2 saylı əlavə üzrə görülmüş işlərə, göstərilmiş xidmətlərə görə 2296117,34 manat (ƏDV-li), xx.xx.2019-cu il tarixli 20 nömrəli müqavilə üzrə görülmüş işlərə, göstərilmiş xidmətlərə görə 752686,03 manat (ƏDV-li), xx.xx.2019-cu il tarixli 21 nömrəli müqavilə üzrə görülmüş işlərə, göstərilmiş xidmətlərə görə 980000 manat (ƏDV-li) olmaqla, ümumilikdə 4917824,34 (dörd milyon doqquz yüz on yeddi min səkkiz yüz iyirmi dörd manat otuz dörd qəpik) manat (ƏDV-li) vəsaitin alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tərəflərin nümayəndələri tərəflər arasında barışıq sazişinin bağlandığını bildirərək, bağlanmış barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsini xahiş etdilər. Eyni zamanda tərəflər barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinin prosessual nəticələrinin onlara aydın olduğunu bildirdilər. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış və tərəflərin imzası və möhürü ilə təsdiqlənmiş 29 mart 2024-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər: 1.1. Azərbaycan Respublikası xxxxx Nazirliyi və İddiaçı MMC arasında xx.xx.2014-cü il tarixli AV14-SP10 saylı müqaviləyə xx.xx.2017-ci il tarixli 2 saylı əlavə, xx.xx.2014-cü il tarixli SP14-HM6 saylı müqaviləyə xx.xx.2017-ci il tarixli 2 saylı əlavə, xx.xx.2019-cu il tarixli 20 saylı və xx.xx.2019-cu il tarixli 21 saylı müqavilələr üzrə birinci tərəfinin ikinci tərəfə olan 4917824,34 (dörd milyon doqquz yüz on yeddi min səkkiz yüz iyirmi dörd manat otuz dörd qəpik) manat (ƏDV-li) borc məbləğini müvafiq maliyyə vəsaiti ayrılan kimi ödəməyi üzərinə götürür. İkinci tərəf həmin məbləği qəbul edir. 1.2. Tərəflər ikinci tərəfin bu sazişin 1.1-ci bəndində göstərilən müqavilələrdən kənar birinci tərəf üçün görmüş olduğu işlər, göstərdiyi xidmətlərin dəyərinin və ödəniş qaydasının müəyyən edilməsindən ötrü məhkəmədən kənar qaydada mediasiya prosesində iştirak etmək barədə razılığa gəlir. 1.3. Tərəflər könüllü mediasiya prosesində sazişin 1.1-ci bəndində göstərilən müqavilələrdən kənar görülmüş işlər, göstərilmiş xidmətlərin dəyəri və ödəniş qaydası ilə bağlı razılıq əldə edə bilməsələr, iddianın yalnız həmin hissəsində məhkəmə çəkişməsini davam etdirmək barədə razılığa gəlirlər. 1.4. İkinci tərəf iddianın dəqiqləşdirilməsi ilə bağlı göstərdiyi gecikmiş ödənişlərlə bağlı faiz borcu, hüquqi yardımla bağlı ödənilmiş 1000 (bir min) manat və məhkəmə xərcləri ilə bağlı tələbindən imtina edir. 1.5. Tərəflər könüllü mediasiya prosesinin Bakı 13 saylı mediasiya təşkilatında keçirilməsi barədə razılığa gəlir və mediasiya prosesinin xx.xx.2024-cü il tarixdən başlanması barədə razılığa gəlir.

2. Birinci tərəfi xx.xx.2024-cü il tarixli, 3-25/2-1/2024 nömrəli etibarnamə əsasında Azərbaycan Respublikası xxxxx Nazirliyinin Hüquq İdarəsinin rəisi, polkovnik X2, ikinci tərəfi İddiaçı təsisçisi və qanuni təmsilçisi (direktoru) Qanuni nümayəndə təmsil edir. Tərəflərin nümayəndələri bu barışıq sazişini oxuduğunu, barışıq sazişinin şərtlərinin onlara aydın olduğunu və sazişin şərtlərini başa düşdüklərini, bu şərtlərlə razı olduqlarını bildirirlər və bunu öz imzaları ilə təsdiq edirlər. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı cavabdeh Azərbaycan Respublikası xxxxx Nazirliyinə qarşı müqavilə üzrə görülmüş işlərin dəyərinin ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və kommersiya işi üzrə icraata xitam verilsin: 1.1. Azərbaycan Respublikası xxxxx Nazirliyi və İddiaçı MMC arasında xx.xx.2014-cü il tarixli AV14-SP10 saylı müqaviləyə xx.xx.2017-ci il tarixli 2 saylı əlavə, xx.xx.2014-cü il tarixli SP14-HM6 saylı müqaviləyə xx.xx.2017-ci il tarixli 2 saylı əlavə, xx.xx.2019-cu il tarixli 20 saylı və xx.xx.2019-cu il tarixli 21 saylı müqavilələr üzrə birinci tərəfinin ikinci tərəfə olan 4917824,34 (dörd milyon doqquz yüz on yeddi min səkkiz yüz iyirmi dörd manat otuz dörd qəpik) manat (ƏDV-li) borc məbləğini müvafiq maliyyə vəsaiti ayrılan kimi ödəməyi üzərinə götürür. İkinci tərəf həmin məbləği qəbul edir. 1.2. Tərəflər ikinci tərəfin bu sazişin 1.1-ci bəndində göstərilən müqavilələrdən kənar birinci tərəf üçün görmüş olduğu işlər, göstərdiyi xidmətlərin dəyərinin və ödəniş qaydasının müəyyən edilməsindən ötrü məhkəmədən kənar qaydada mediasiya prosessinə iştirak etmək barədə razılığa gəlir. 1.3. Tərəflər könüllü mediasiya prosesində sazişin 1.1-ci bəndində göstərilən müqavilələrdən kənar görülmüş işlər, göstərilmiş xidmətlərin dəyəri və ödəniş qaydası ilə bağlı razılıq əldə edə bilməsələr, iddianın yalnız həmin hissəsində məhkəmə çəkişməsini davam etdirmək barədə razılığa gəlirlər. 1.4. İkinci tərəf iddianın dəqiqləşdirilməsi ilə bağlı göstərdiyi gecikmiş ödənişlərlə bağlı faiz borcu, hüquqi yardımla bağlı ödənilmiş 1000 (bir min) manat və məhkəmə xərcləri ilə bağlı tələbindən imtina edir. 1.5. Tərəflər könüllü mediasiya prosesinin Bakı 13 saylı mediasiya təşkilatında keçirilməsi barədə razılığa gəlir və mediasiya prosesinin xx.xx.2024-cü il tarixdən başlanması barədə razılığa gəlir.

2. Birinci tərəfi xx.xx.2024-cü il tarixli, 3-25/2-1/2024 nömrəli etibarnamə əsasında Azərbaycan Respublikası xxxxx Nazirliyinin Hüquq İdarəsinin rəisi, polkovnik X2, ikinci tərəfi İddiaçı təsisçisi və qanuni təmsilçisi (direktoru) Qanuni nümayəndə təmsil edir. Tərəflərin nümayəndələri bu barışıq sazişini oxuduğunu, barışıq sazişinin şərtlərinin onlara aydın olduğunu və sazişin şərtlərini başa düşdüklərini, bu şərtlərlə razı olduqlarını bildirirlər və bunu öz imzaları ilə təsdiq edirlər. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar