Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-24/2022 28.03.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, X1, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X5, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İlkin iddia üzrə iddiaçı Qanuni nümayəndə adına "xxxx" QSC-nin ilkin iddia üzrə Cavabdeh MMC-yə qarşı pul tələbinə dair ilkin iddiası və qarşılıqlı iddia üzrə Cavabdeh MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh Qanuni nümayəndə adına "xxxx" QSC-yə qarşı pulun tutulması tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Qanuni nümayəndə adına "xxxx" QSC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən iddiaçının xeyrinə 7119 saylı 21.02.2019-cu il tarixli podrat müqaviləsi üzrə birbaşa zərər qismində 107.113,97 manat, əldən çıxmış fayda qismində 680.064,00 manat, eləcə də özgəsinin pul vəsaitindən faydalandığına görə 5.808,00 manat olmaqla; 1719 A saylı 01.07.2019-cu il tarixli podrat müqaviləsi üzrə birbaşa zərər qismində 790.704,22 manat əldən çıxmış fayda qismində 398.720,00 manat, eləcə də özgəsinin pul vəsaitindən faydalandığına görə 28.919,66 manat olmaqla; cəmi 2.011.329,85 manat vəsaitin tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, Qanuni nümayəndə adına "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və Cavabdeh arasında 7119 saylı 21 fevral 2019-cu il tarixli və 1719A saylı 01 iyul 2019-cu il tarixli podrat müqavilələri bağlanmışdır. 7119 saylı 21 fevral 2019-cu il tarixli və 1719A saylı 01 iyul 2019-cu il tarixli podrat müqavilələrinə əsasən cavabdeh iddiaçıya məxsus ünvan 1 ünvanlarında yerləşən tikililərin otel kimi istifadə etmək üçün dizayn, vizuallaşdırma, tikinti, quraşdırma, təchizat, təmir və s. işlərini görməyi, işləri başa çatdırmağı və həmin tikililəri otel kimi hazır vəziyyətdə iddiaçıya təhvil verməyi, iddiaçı isə cavabdehin gördüyü işlərin müqabilində razılaşdırılmış haqqı ödəməyi öhdələrinə götürmüşlər. Eyni zamanda cavabdeh iddiaçının 10 nəfər işçisinə hər iki müqavilə çərçivəsində dizayn, vizuallaşdırma və otel idarə edilməsi üzrə təlimi pulsuz olaraq təqdim etməsini öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən qeyd olunan podrat müqavilələri üzrə öhdəliklər tam yerinə yetirilməsinə baxmayaraq cavabdeh öz müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Müqavilələrin icra müddətinin müqavilədə göstərilən tarixlərə müəyyən edilməsi Göyçay rayonunda iddiaçının bilavasitə sponsorluğu və təşkilatçılığı ilə keçirilən ənənəvi “Nar Bayramı” ərəfəsində otelin istifadəyə verilməsi məqsədini daşımışdır. Belə ki, Azərbaycan ərazisindən və xaricdən “Nar Bayramı”na gələn qonaqların həmin otellərdə yerləşdirilməsi nəzərdə tutulduğundan, cavabdehin müqavilə üzrə öhdəliklərinin icrasının gecikdirməsi və “Nar Bayramı”na otellərin təhvil verilməməsi iddiaçı üçün müqavilənin cavabdeh tərəfindən icra edilməsi marağını itirmişdir. Beləliklə, cavabdeh hər iki müqavilədə göstərilmiş müddət ərzində podrat işlərini müqavilə şərtlərinə uyğun müddət, keyfiyyət və kəmiyyətdə, həmçinin tələb olunan işgüzar adətlərə uyğun qaydada təhvil verməmişdir. 7119 saylı 21 fevral 2019-cu il tarixli və 1719A saylı 01 iyul 2019-cu il tarixli podrat müqavilələri üzrə tərəflər eyni şəxs olduğundan və həmin podrat müqavilələri üzrə zərər eyni şəxs tərəfindən cavabdehə vurulduğundan hər iki müqavilə üzrə tələb bir iddia ərizəsində birləşdirilmişdir. 7119 saylı müqavilənin ümumi məbləği ƏDV daxil 2.425.803,88 manat və 1719A saylı müqavilənin ümumi məbləği ƏDV daxil 2.478.000 manat müəyyən edilmişdir. İddiaçı cavabdehə 7119 saylı müqavilə üzrə ƏDV daxil 1.940.643,05 manat və 1719A saylı müqavilə üzrə ƏDV daxil 1.239.000 manat vəsait ödəmişdir. Hər iki podrat müqaviləsinin ödəniş şərtləri eyni məzmunlu aşağıda göstərilən bəndlərində müəyyən edilmişdir: 3.1.2 bəndinə əsasən müqavilə məbləğinin qalan hissəsi işlərin gedişatı zamanında mühəndis və sifarişçi tərəfindən təsdiqlənmiş faktiki görülmüş işlərin aktı (Forma-2, Forma-3) əsasında ödəniləcəkdir. Forma-2, Forma-3 üzrə ödənişlər, həmin sənədlər sifarişçi və mühəndis tərəfindən təsdiq olunduqdan sonra 10 gün ərzində aparılacaq. Forma-2, Forma-3 aylıq olaraq tərtib olunacaq, bir təqvim ayı ərzində aparılmış işlərin həcmini özündə ehtiva edəcək. 3.1.3-cü bəndə görə sifarişçi müqavilənin icrasını təmin etmək məqsədilə görülmüş işlər üzrə hər Aktdan icra zəmanəti kimi 5% həcmində məbləğ tutur. Bu məbləğ tərəflər arasında yekun təhvil-təslim aktı imzalandıqdan 1 il sonra ödəniləcək. Görülən işin nəticəsində işlərdə və ya təchiz olunmuş malda hər hansı bir qüsur aşkar edildikdə, aifarişçinin hüququ var ki, bu tutulmuş icra zəmanəti hesabına bu qüsuru aradan qadırsın. 3.2-ci bəndə əsasən müqavilə üzrə ödəmələr bank köçürmə yolu ilə həyata keçirilir. İddiaçı podrat müqaviləsində ödəniş şərtlərinə uyğun olaraq işlərin görülməsinə uyğun olaraq ödənişlərini vaxtında yerinə yetirmişdir. 7119 saylı müqavilənin 5.7 bəndində qeyd edilmişdir ki, obyektin resepşn (qəbul hissəsi), birinci və ikinci mərtəbəsi tam hazır vəziyyətdə 01 may 2019-ci il tarixinədək başa çatdırılaraq təhvil verilməli, qalan hissələr isə 01 avqust 2019-cu il tarixinədək təhvil verilməlidir. Eyni zamanda 01 may 2019-cu il tarixinə təhvil verilən hissə elə təhvil verilməlidir ki, obyekt otel kimi fəaliyyət göstərməyə həmin gündən başlaya bilsin. 1719A saylı podrat müqaviləsinin 5.7 bəndində bütün işlərin cavabdeh tərəfindən 25 oktyabr 2019-cu il tarixinədək başa çatdırılması və iddiaçıya təhvil-təslim aktı əsasında təhvil verilməsi qeyd edilmişdir. 7119 saylı podrat müqaviləsinin 26 dekabr 2019-cu il tarixli 4 saylı əlavəsinə əsasən tərəflər razılaşmışlar ki, cavabdeh işi öz təqsirinə görə gecikdirərək, nəyinki müqavilə mətnində yer alan 5.7-ci bənddə nəzərdə tutulmuş vaxtda (01.08.2019-cu il), heç müqavilənin 3-cü saylı əlavəsində ona verilmiş möhlət vaxtında, yəni 20 oktyabr 2019-cu il tarixində belə təhvil verməyərək bu günə kimi işi bitirməmişdir. Eyni zamanda iddiaçı cavabdehə bu əlavənin imzalanması anına ƏDV daxil 1,940,643.05 manat pul ödəmişdir. Cavabdeh bu əlavə ilə öhdəsinə götürmüşdür ki, işi (tikinti, təmir, quraşdırma, avadanlıqla təchiz etmə və müqavilə üzrə bütün digər işlər) 31 yanvar 2020-ci il tarixinədək tam başa çatdırıb, qüsursuz vəziyyətdə təhvil verəcək. İşin təhvili yenidən geciksə, iddiaçının hüququ var ki, işi dərhal saxlasın, müqaviləyə birtərəfli qaydada xitam versin və cavabdehə heç bir ödəniş etməsin, vurulmuş ziyanı, dəbbə pulunu və quraşdırılmamış avadanlığın qiymətini ondan tələb etsin. Cavabdeh MMC-yə ünvanlanmış 1719A saylı podrat müqaviləsi üzrə 09.09.2019-cu il tarixli bildirişdə qeyd edilmişdir ki, podrat işlərinin gedişatında fasilələrə yol verilir və işlərin razılaşdırılmış tarixdə bitməsinin ehtimalı azdır. Bunu nəzərə alaraq cavabdehdən xahiş olunmuşdur ki, aktual iş qrafikinin təqdim olunması ilə yanaşı obyektdə çalışan işçilərin sayını ciddi şəkildə artırsın, işlərin fasiləsiz olaraq ən azı 2 növbəli iş qrafiki ilə aparsın ki, işləri müqavilədə nəzərdə tutulmuş təhvil vaxtınadək bitirib təhvil verə bilsin. Cavabdeh MMC-yə ünvanlanmış 1719A saylı podrat müqaviləsi üzrə 19.12.2019-cu il tarixli bildirişdə qeyd edilmişdir ki, podrat işləri çox aşağı sürətlə aparılır, cavabdeh tərəfindən cəlb olunan fəhlə-usta personalının sayı azdır, işin bitmə vaxtını da proqnozlaşdırmaq olmur. Bunun üçün tələb olunmuşdur ki, 30 dekabr 2019-cu il tarixinədək işin aparılmasını ciddi şəkildə sürətləndirsin, obyektdə çalışan işçilərin sayını ciddi şəkildə artırsın və iş qrafikini təqdim etsin. 30 dekabr 2019-cu il tarixinədək yuxarıda göstərilən məsələlər öz həllini tapmadıqda, müqavilənin birtərəfli qaydada ləğv ediləcəyi və ödənilmiş pullar, hesablanmış dəbbə pulu, vurulmuş ziyan və s. məhkəmə qaydasında tələb olunacağı bildirilmişdir. 1719A saylı podrat müqaviləsi üzrə 01.02.2020-ci il tarixli bildirişə əsasən Cavabdeh MMC-dən tələb edilmişdir ki, podrat işlərinin aparılmasını bərpa etsin, işi dərhal ciddi şəkildə sürətləndirsin, obyektdə çalışan işçilərin sayını artırsın və iş qrafikini təqdim etsin. Eyni zamanda bildirişdə tələb olunan məsələlər 5 iş günü ərzində öz həllini tapmadıqda, müvafiq ərizə ilə hüquq mühafizə orqanlarına müraciət ediləcəyi əks olunmuşdur. Lakin, buna baxmayaraq 1719A və 7119 saylı müqavilə və əlavəsində göstərilmiş müddət ərzində işlər müqavilə şərtlərinə uyğun keyfiyyət və kəmiyyətdə, həmçinin tələb olunan işgüzar adətlərə uyğun qaydada təhvil verilməmişdir. Bildirirlər ki, müqavilələrin icra müddətinin yuxarıda qeyd olunan tarixlərə müəyyən edilməsi Göyçay rayonunda iddiaçının bilavasitə sponsorluğu və təşkilatçılığı ilə keçirilən ənənəvi “Nar Bayramı” ərəfəsində otelin istifadəyə verilməsi məqsədini daşımışdır. Bununla da cavabdehin öhdəliklərin icrasını gecikdirməsi nəticəsində iddiaçı icraya marağını itmişdir. Bununla əlaqədar, Cavabdeh MMC-yə 7119 saylı 21.02.2019-cu il tarixli və 1719A saylı 01.07.2019-cu il tarixli podrat müqavilələrinin müddətinin başa çatması ilə əlaqədar olaraq, icranın iddiaçı üçün marağını itirdiyinə görə müqavilələrin ləğv edilməsi barədə 17.03.2020-ci il tarixli 37 və 38 saylı bildirişlər göndərilmiş və eyni zamanda qeyd edilmişdir ki, podrat müqaviləsi üzrə görülmüş işlərin keyfiyyətinin və kəmiyyətinin təftişi (auditi) aparılmaqdadır və təftiş başa çatdıqdan sonra iddiaçıya vurulmuş ziyanın, müqavilə şərtləri üzrə dəbbə pulunun və quraşdırılmamış avadanlığın qiyməti cavabdehdən tələb ediləcək. 7119 saylı və 1719A saylı podrat müqavilələri üzrə görülmüş işlərin keyfiyyətinin və kəmiyyətinin təftişi aparılmışdır. "xxxx" MMC-nin auditoru X8 tərəfindən aparılmış təftişin (auditin) nəticəsi olaraq aşkar edilmişdir ki, Cavabdeh MMC tərəfindən iddiaçı Qanuni nümayəndə adına "xxxx" QSC-yə 7119 saylı 21.02.2019cu il tarixli podrat müqaviləsi üzrə 107.113,97 manat (bu hal iddia ərizəsinə əlavə edilmiş “30” mart 2020-ci il tarixli Hesabatı (Rəyi) ilə öz təsdiqini tapır) və 1719A saylı 01.07.2019cu il tarixli Podrat müqaviləsi üzrə 790.704,22 manat (bu hal iddia ərizəsinə əlavə edilmiş “04” mart 2020-ci il tarixli Hesabatı (Rəyi) ilə öz təsdiqini tapir) birbaşa zərər vurulmuşdur. 7119 saylı 21 fevral 2019-cu il tarixli və 1719A saylı 01 iyul 2019-cu il tarixli podrat müqavilələri üzrə cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair 15.04.2020-ci il tarixli 49 və 50 saylı Pretenziyalar göndərilmiş və həmin pretenziyalar cavabdehə rəsmi qaydada çatdırılmışdır. Lakin cavabdeh tərəfindən həmin pretenziyalar cavabsız qalmışdır. 7119 saylı və 1719A saylı Podrat Müqavilələri üzrə cavabdeh tərəfindən öhdəlik olaraq götürülmüş işlər vaxtında icra edilsəydi, ünvan 2 ünvanlarında yerləşən otellər təhvil verilərək müvafiq olaraq 01.08.2019-cu il və 25.10.2019-cu il tarixlərindən tam faəliyyətə başlayardılar. Nəzərə alsalar ki, iddiaçı olaraq müqavilədə göstərilmiş öhdəliklər tərəflərindən tam olaraq yerinə yetirilmiş, lakin cavabdehin birbaşa hərəkəti (hərəkətsizliyi) nəticəsində müqavilə lazımınca icra edilməmişdir. Bununla əlaqədar olaraq da müqavilə birtərəfli qaydada ləğv edilmişdir. Qeyd edirlər ki, qeyd olunan otel kompleksləri müqavilədə göstərilmiş müddətdə istifadəyə verilmiş olsaydı, yəni iddiaçının hüququ pozulmuş olmasaydı adi mülki dövriyyə şəraitində obyektin otaqlarını ayrı-ayrı şəxslərin istifadəsinə verməklə gəlirəldə etmək mümkün olardı. Belə ki, 7119 saylı podrat müqaviləsi üzrə təhvil verilməli olan obyektdə 46 otağın və 1719A saylı podrat müqaviləsi üzrə təhvil verilməli olan obyektdə 40 otağın olması nəzərdə tutulmuşdur. Nəzərə alsalar ki, qeyd olunan otel kompleksində 1 gün üçün 1 otel nömrəsinin dəyəri 80 manat təşkil edir və obyektin yüklənmə rentabelliyi, yəni yüklənməsi orta hesabla 70% nəzərdə tutulur, 7119 saylı podrat müqaviləsi üzrə təhvil verilməli 46 otaqlı otel 1 günə (46 otaq x 80 manat = 3.680,00 manat; 3.680,00 manat x 70% yüklənmə əmsalı = 2.579,00 manat) 2.576,00 manat gəlir və 1719A saylı podrat müqaviləsi üzrə təhvil verilməli 40 otaqlı otel 1 günə (40 otaq x 80 manat = 3.200,00 manat; 3.200,00 manat x 70% yüklənmə əmsalı = 2.240,00 manat) 2.240,00 manat gəlirin gətirməsi nəzərdə tutulmuşdur. 7119 saylı müqavilə üzrə cavabdeh tərəfindən öhdəliklər vaxtında, yəni 01.08.2019-cu il tarixdə yerinə yetirildiyi halda və 01 avqust 2019-cu il tarixindən iddia qaldırılan tarixədək 264 təqvim günü keçdiyini nəzərə alsalar iddiaçı otelin istismarından 680.064,00 manat məbləğdə fayda əldə etməli idi. Eyni zamanda 1719A saylı müqavilə üzrə cavabdeh tərəfindən öhdəliklər vaxtında, yəni 25.10.2019-cu il tarixdə yetirildiyi halda və 25 oktyabr 2019-cu il tarixindən iddia qaldırılan tarixədək 178 təqvim günü keçdiyini nəzərə alsalar iddiaçı otelin istismarından 398.720,00 manat məbləğdə fayda əldə etməli idi. Lakin cavabdehin hərəkəti (hərəkətsizliyi) nəticəsində iddiaçı həmin faydanı əldə etməkdən məhrum edilib. "xxxx" MMC-nin auditoru X8 tərəfindən aparlmış təftişin (auditin) nəticəsi olaraq, müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya 7119 saylı 21.02.2019-cu il tarixli Podrat müqaviləsi üzrə 107.113,97 manat və 1719A saylı 01.07.2019-cu il tarixli Podrat müqaviləsi üzrə 790.704,22 manat birbaşa zərər vurulmuşdur. Yəni cavabdeh iddiaçıdan aldığı vəsaiti özündə saxlamaqla müqavilə üzrə öhdəliklərini icra etməmişdir və həmin vəsait cavabdehə konkret işlərin yerinə yetirilməsi üçün verilməsinə baxmayaraq həmin işlər yerinə yetirilməmişdir. Nəzərə alsalar ki, AR Mülki Məcəlləsinin 449.1. maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mərkəzi Bankı 10.04.2020-ci il tarixinə müəyyən etdiyi illik uçot faiz dərəcəsi 7,5% təşkil etdiyindən hesab edirlər ki, cavabdehdən iddiaçının xeyrinə iddiaçının vəsaitindən faydalanmağa görə həmin vəsaitin məbləğindən illik 7,5% olmaqla faiz məbləğləri tutulmalıdır. 7119 saylı 21.02.2019-cu il tarixli Podrat müqaviləsi üzrə işlərin tam təhvil verilməsi tarixi olan 01.08.2019-cu il tarixindən iddia qaldırılan 20.04.2020-ci il tarixinə qədər uçot faiz dərəcəsi hesablandıqda, illik (365 gün) 107.113,97 manat x 7,5% = 8.033,54 manat. 8.033,00 manat / 365 gün = 22,00 manat hər gün üçün. 22,00 manat x 264 gecikmə gününə = 5.808,00 manat faiz ödənilməlidir. Eyni zamanda 1719A saylı 01.07.2019-cu il tarixli Podrat müqaviləsi üzrə işlərin tam təhvil verilməsi tarixi olan 25.10.2019-cu il tarixindən iddia qaldırılan 20.04.2020-ci il tarixinə qədər uçot faiz dərəcəsi hesablandıqda, illik (365 gün) 790.704,22 manat x 7,5% = 59.302,81 manat. 59.302,81 manat / 365 gün = 162,47 manat hər gün üçün. 162,47 manat x 178 gecikmə gününə = 28.919,66 manat faiz ödənilməlidir. Daha sonra ilkin iddia üzrə Cavabdeh MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, podrat müqaviləsi ilə bağlı cavabdeh "xxxx" QSC-dən müqavilə üzrə görülmüş işlərə görə ƏDV daxil 541.934,43 manat məbləğində pul vəsaitinin tutulub Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə cavabdeh Qanuni nümayəndə adına "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında iki ədəd podrat müqaviləsi bağlanmışdır: 1) ümumi məbləği ƏDV daxil 2.425.803,88 manat olan 7119 saylı 21 fevral 2019-cu il tarixli müqavilə və 2) ümumi məbləği ƏDV daxil 2.478.000 manat olan 1719A saylı 01 iyul 2019-cu il tarixli müqavilə. Adıçəkilən podrat müqavilələrinə uyğun olaraq Cavabdeh MMC cavabdehə məxsus ünvan 1 ünvanlarında yerləşən, mövcud olmuş tikililərdə dizayn, vizuallaşma, tikinti, quraşdrma, təhcizat, təmir və s. işlər görməyi və həmin tikililəri otel kimi istifadə olunması məqsədilə cavabdeh "xxxx" QSC-yə təhvil verməyi öhdəsinə götürmüş, cavabdeh isə görülmüş işlərin müqabilində müqavilədə nəzərdə tutulmuş haqqı Cavabdeh MMC-yə ödəməli idi. Hər iki müqavilə üzrə iş həcmi həmin müqavilənin tərkib hissəsi olan əlavələrdə (smetada) nəzərdə tutulmuşdur. Müqavilələrin icrası müddətində 7119 saylı 21 fevral 2019-cu il tarixli müqaviləyə 2, 3, və 4 №-li 3 əlavə edilməklə tərəflər ödəniş qaydalarına və obyektin təhvil vermə müddətlərinə dəyişikliklər etmişdir. 7119 saylı 21 fevral 2019-cu il tarixli müqavilənin 2.2-ci maddəsinə əsəsn cavabdeh "xxxx" QSC “...hər zaman işlərin həcmini artıra və ya azalda bilər. Azaldığı halda, icra edilməyəcək işlər və təciz olunmayan mallar qiymətdən çıxılacaq, artırıldıqda isə vahidin qiyməti smetaya əsasən hesablanacaq, artırılan mal və ya iş smetada olmadıqda isə onun vahidinin dəyəri tərəflər qarşılıqlı razılaşacaq.” Müqaviənin qeyd olunan bəndindən istifadə edən cavabdeh dəfələrlə işlərin həcmində dəyişiklik etmiş, otel kimi istifadə olunacaq tikililərin fasad hissəsində təmir-tikinti işlərinin icraçısı kimi üzərində düşən öhdəlikləri icra olunma müddətlərində ləngimələrə yol vermiş, habelə gələcək otelin vizuallaşa və lahiyələ işlərində dəfələrlə müxtəlif variantlar təklif etməklə müqavilənin ilkin variantında nəzərdə tutlmuş müddətdə tərəflərindən icra olunub başa çatmasına maneçilik yaratmışdır. Bu səbəbdən də, müqavilənin icra müddəti bir neçə dəfə dəyişdirilmiş və müqaviləyə edilmiş sonuncu dəyişiklilə təhvil müddəti 31.01.2020-ci il tarixi nəzərdə tutulmuşdur. Müvafiq təhvil-təslim aktı tərtib olunmasa da, 7119 saylı 21 fevral 2019- cu il tarixli müqavilənin predmeti olan otelinin bir hissəsi, 12.11.2019-cu il tarixdə Göyçay şəhərində keçirilən Nar Bayramı ərəfəsində, cavabdehə təhvil verilmişdir. Daha sonrakı müddətlərdə, 7119 saylı 21 fevral 2019-cu il tarixli müqavilə və ona əlavə edilməiş əlavələrlə nəzrədə tutulmuş qaydada tərəflərindən cavabdehin sifariş etdiyi otel istifadə üçün hazır vəziyyətə gətirilmiş və faktiki olaraq ona təhvil verilmişdir. 2019-cu ilin noyabr ayının sonlarından etibarən mütəmadi olaraq şifahi və yazılı formada "xxxx" QSC-yə müraciət olunaraq razılaşdırılmış lahiyədə nəzərdə tutulmayan, cavabdehin istəyindən dəfələrlə müxtəlif dəyişikliklərə məruz qalan əlavə işlərin və bununla bağlı əlavə xərclərinin aktlaşdırılmasını tələb etmişlər. Müqavilə ilə nəzərdə tutulmuş və tərəflərindən icra olunmuş smetada əksini tapmış, habelə əlavə işlərin həcminin yerində yoxlanıb qeydə alınması, qüsürlar müəyyən olunduğu halda aradan qaldırılması, habelə tikintinin təhvil alınması məqsədilə birgə komissyanın təşkil olunması barədə "xxxx" QSC-yə ünvanlanmış yazılı və şifahi təklifləri cavabdeh tərəfindən son nəticədə qəbul olunmamışdır. Cavabdeh həmin müraciətlərinə cavab olaraq tezliklə audit keçirib xərclərə aydınlıq gətirəcəyinə söz verib, uzun müddət ərzində bunu həyata keçirməmidir. Nəhayət ki, 30.03.2020-ci il tarixdə cavabdeh onları xəbərdar etmədən və iştirakları olmadan audit keçirərək istəyinə uyğun hesabat tərtib etməklə Cavabdeh MMC-nin müqavilə öhdəliklərini yerinə yetirməməsi və "xxxx" QSC-yə böyük məbləğdə ziyan vuruma ilə bağlı heç bir iqtisadi və faktiki əsası olmayan hesabat ortaya qoymuşdur. Həmin audit hesabatı ilə razı deyillər və onların hesablamalarına görə 7119 saylı 21.02.2019-cu il tarixli podrad müqaviləsinə görə cavabdehin onlara ödənişləri olmalıdır. Yuxarıda qeyd olundu ki, cavabdeh "xxxx" QSC ilə bağladıqları 7119 saylı 21.02.2019-cu il tarixli müqavilənin məbləği ƏDV daxil 2.425.803,88 manat olmuşdur. Həmin müqavilə üzrə cavabdeh "xxxx" QSC-nin ödədiyi pul vəsaiti ƏDV daxil 1.940.643,05 manat təşkil edir. 7119 saylı 21 fevral 2019-cu il tarixli müqaviləyə edilmiş 3 və 4 №-li əlavələrlə nəzərdə tutulmuş qaydada, otelin tikintisi qurtardıqdan sonra cavabdeh "xxxx" QSC müqavilən qiymətinin, yəni 2.425.803,88 manatın sonuncu 20%-ni, yəni ƏDV daxil 485.159,95 manatını Cavabdeh MMC-yə ödəməli idi. Həmin 20% ödəniş işlər tam başa çatdıqdan sonra ödənilməli olduğundan cavabdeh müxtəlif bəhanələr gətirmək yolu ilə istifadə üçün tam hazır olan oteli rəsmi qaydada təhvil götürməkdən yayınmışdır. Bundan başqa, sözügedən müqavilənin 2.2-ci bəndi ilə nəzərdə tutulmuş qaydada işlərin həcmi artdığından Cavabdeh MMC otel binasında yerinə yetirdiyi əlavə təmir işləri və əlavə avadanlığın quraşdırılması ilə bağlı əlavə xərclərə məruz qalmışdır. Smetada nəzərdə tutulmamış, lakin tərəflərindən yerinə yetirilmiş işlərin qiyməti ƏDV daxil 606.595,20 manat məbləğində olmuşdur. Beləliklə, tərəflərindən görülmüş işlərin faktiki həcminə, quraşdırılmış avadanlıqların dəyərinə və s. dair apardıqları hesablamalara əsasən cavabdeh "xxxx" QSC-nin 7119 saylı 21 fevral 2019-cu il tarixli müqavilə üzrə onlara olan borcu ƏDV daxil 1.091.755,15 manat təşkil edir. (485.160,78 + 606.595,20 = 1.091.755,15). (müvafiq hesabat əlavə olunur). Cavabdeh "xxxx" QSC ilə bağladıqları 1719A saylı 01.07.2019-cu il tarixli podrat müqaviləsinə gəlincə qeyd olunmalıdır ki, sözügedən podrat müqaviləsi üzrə işlərin yubanması onunla əlaqəli olmuşdur ki, cavabdeh "xxxx" QSC 1-ci otelinin təmir-tikintisində olduğu kimi, 2-ci otelin lahiyə işlərində də müxtəlif dəyişikliklər aparmış və bu barədə qərarlarını həddən artıq gec vermiş və bununla bağlı "xxxx" MMC-nin yerinə yetirdiyi kommunikasiya və dizayn planlaşdırma işlərinin vaxtında yerinə yetirilməsini mümkünsüz etmişdir. Belə ki, cavabdeh uzun müddət ərzində AzNar zavodunun ofisinin tikiləcək 2-ci otel binasının hansı mərtəbəsində yerləşməsi, habelə otaq sayları ilə bağlı qərarını verə bilməmişdir. Nəzərə alsalar ki, otelin daxili tamamlama işlərinin yerinə yetirilməsi onların vəzifəsi olmuşdur, o zaman cavabdehin qeyd olunan məsələlələ bağlı hərəkətsizliyi (lahiyədə dəyişikliklər barədə qərarları gec qəbul etməsi) tərəflərindən müqavilə öhdəliklərini razılaşdırılmış müddətlərdə icra edə bilməmədilərinin səbəbi aydın olur. Qeyd olunanlara baxmayarq, cavabdeh "xxxx" QSC tərəfindən 2-ci otelin inşası üçün Cavabdeh MMC-yə ödənilmiş ƏDV daxil 1.239.000 manatdan inşaat və planlaşdırma işlərinə, habelə otelin təhcizatı üçün mal-material və avadanlıq alınmasına ƏDV daxil 689.179,28 manat məbləğində vəsait xərclənmişdir. (hesabat əlavə olunur) 1719A saylı 01.07.2019-cu il tarixli müqavilənin qismən icrası ilə bağlı tərəflərindən görülmüş faktiki işlər, tədarük olunmuş və anbarlarında daşınıb gətirilmiş mal-material və avadanlıq yuxarıda qeyd olunan məbləğdə xərclərinin olmasını sübuta yetirir. Nəzərə alsalar ki, cavabdeh "xxxx" QSC tərəfindən 2-ci otelin inşası üçün ödənilmiş vəsaitlə həmin lahiyəyə sərf etdikləri vəsait arasında ƏDV daxil 549.820,72 manat fərq var, (1.239.000,00 - 689.179,28= 549.820,72), o zaman cavabdehin qeyd olunan məbləğdə artıq pul vəsaiti xərcləməsi aydın olur. Lakin, yuxarıda qeyd olunduğu kimi, 7119 saylı 21.02.2019-cu il tarixli müqavilə üzrə köçürülməmiş sonuncu 20%-lik ödənişi, əlavə işlərin görülməsi və bununla bağlı cavabdeh "xxxx" QSC-nin Cavabdeh MMC-yə borcu olmasını nəzərə alaraq 1719A saylı 01.07.2019-cu il tarixli müqavilənin icrası üçün onlara köçürülmüş vəsaitdən 1-ci müqavilənin məqsədləri üçün istifadə olunmuşdur. Yuxarıda qeyd olunduğu kimi, 7119 saylı 21.02.2019-cu il tarixli müqavilə üzrə cavabdeh "xxxx" QSC-nin Cavabdeh MMC-yə borcu ƏDV daxil 1.091.755,15 manat təşkil edir. 1719A saylı 01.07.2019-cu il tarixli müqavilə üzrə isə cavabdeh "xxxx" QSC-nin ƏDV daxil 549.820,72 manat artıq ödəməsi olmuşdur. Hər iki podrat müqaviləsi üzrə görülmüş işlərin və köçürülmüş vəsaitin yekun hesabatını aparıb belə nəticəyə gəlmək olur ki, cavabdeh "xxxx" QSC-nin Cavabdeh MMC-yə olan bocu ƏDV daxil 541.934,43 manat təşkil edir, (1.091.755,15 - 549.820,72 = 541.934,43). Odur ki, belə hesab edirlər, məhkəmə ƏDV daxil olan 541.934,43 manat məbləğində pul vəsaitinin cavabdeh "xxxx" QSC-dən tutulub Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə qəbul etməldir. Məhkəmənin qərardadı ilə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin qarşılıqlı iddia üzrə cavabdeh Qanuni nümayəndə adına "xxxx" QSC-yə qarşı qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsi və ilk iddia ilə birlikdə baxılması qərara alınmışdır. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi ilkin iddia tələbini müdafiə edib, ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirdi ki, Cavabdeh MMC tərəfindən əlavə işlərin görülməsi ilə bağlı tərəflər arasında razılaşma olub-olmaması barədə məlumatsızdır. Lakin obyektə baxış keçirilərkən işlərin kimin tərəfindən görülməsi ilə bağlı mübahisənin olmasına şahid olmadı. Onlar ilkin cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ikinci smetanı qəbul etmirlər. Havalandırma sisteminin çöl blokları ilə bağlı qeyd etməlidir ki, müqavilə üzrə görülmüş işlər kimi nəzərə alınması üçün həmin həmin cihazlar quraşdırılmalı idi. Belə ki, tərəflər arasında alqı-satqı müqaviləsi deyil, podrat müqaviləsindən irəli gələn münasibətlər mövcud idi. Ekspert həmin cihazlar quraşdırılmadığına və istifadə edilmədiyinə görə qiymətləndirməyib. Odur ki, satıcı gəlib cihazları geri götürə bilər. Bununla yanaşı müqavilənin müddəti yanvarın sonu bitmiş, şahid ifadəsində isə cihazları fevral ayında təhvil verildiyi bildirmişdir, həmin tarixdə Cavabdeh MMC inşaat sahəsindən çıxarılmışdı. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili qarşılıqlı iddia tələbini müdafiə edib, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, qarşılıqlı iddianın təmin, ilkin iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirdi ki, ikinci müqavilə üzrə verilən avansı xərcləmişlər. - X17 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, tikintinin sonuna qədər tikintinin rəhbəri olmuş, bütün görüşlərdə o işitrak etmişdir. X17 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, işlərdə gecikmə olub, lakin səbəbləri var idi. Tikintinin gecikməsinin birinci səbəbi pəncərələrin dəyişdirilməsi oldu. 118 pəncərə söküldü, yenidən Türkiyə Respublikasından gətirildi. Tikintinin bütün işlərini onlar görməmişlər, liftini, fasadını, damını başqa firma etmişdir. Onlar tikintini 2 ay ərzində bitirə bilməzdilər. Otelin içini onlar hazırladılar, amma su xətləri, kanalizasiya xətləri və elektrik xətlərinin çəkilməsi işləri çöldən "xxxx" QSC tərəfindən görülmüşdür. Bunların hamısını təsdiq edən şəkilllər var. Otel üçün bir nümunə otaq hazırlamışlar. Avqust ayında divar kağızlarını dəyişmişlər, Qapı sayı 40 ədəd artıb, yataq otaqlarının sayı 38-dən 43-ə qalxıb, cəmi 360.000 manat dəyərində əlavə iş görülmüşdür. Ümumiyyətlə, layihələr çox dəyişilib, lakin dəyişikliklər edilərkən rəsmiləşdirmə olmayıb. Gecikmənin səbəbləri ilə bağlı iradlarını e-maildə "xxxx" ASC-yə göndərmişlər, ayda bir dəfə keçirilən iclaslarda da demişlər. 14 dekabr 2019-cu il tarixdə Teymur bəyə də e-mail göndərmişlər. Onlar, otelin içərisində görülən dizaynla bağlı pul tələb etmirlər. Onlar yalnız birinci otelin çölündə fasad işlərinə və peyzajın dizaynına görə pul tələb edirlər. İkinci otellə bağlı görülən işlərin dəyərini tələb edirlər. Auditor yoxlaması tərtib edilərkən iştirak etmiş auditor onlara bildirmişdir ki, o sökülən işləri görə bilmir, yalnız görülən işləri yazır. - X3 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, o, “Europan Pro” şirkətinin rəhbəridir. Cavabdeh MMC ilə aralarında olan alqı-satqı müqaviləsinə əsasən onlar sonuncuya oteldə quraşdırılması üçün cihazlar satmışlar, yəni aqreqatları Göyçay rayonuna göndərmişlər. Şahid L.Ələkbərova məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdi ki, havaslandırma sistemi üçüb 22 ədəd iç aqreqatını, 7 ədəd çöl aqreqatını təhvil vermişlər, cihazların Göyçay rayonuna göndərilməsini təsdiq edən fotoşəkil mövcuddur, təhvil-təslim aktları da var idi, sifariş verilən cihazların bir hissəsini ödəniş edilməməsi ilə bağlı tam təhvil verməmişlər, cəmi 27 ədəd iç hissə və pultlar təhvil verilməyib, cihazların quraşdırılması onların öhdəliyində olmayıb, onlar sadəcə çatdırılmanı həyata keçirmişlər, buna görə də quraşdırılma ilə bağlı məlumatı yoxdur, çöl aqreqatları 28.02.2020-ci il tarixdə, iç aqreqatları isə avqust-sentyabr 2019-cu il tarixdə təhvil verilib. - X6 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, o, mebel sexində kuryer vəzifəsində çalışırdı. Həmin dövrdə Cavabdeh MMC çalışdığı mebel sexindən mebel əldə etmişdi və onlar həmin mebel dəstlərini tikilən otelə təhvil verirdilər. Şahid T.Həsənov məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdi ki, Mebellər birinci tikilən binada quraşdırılmış, mebellərin dəyərinin Cavabdeh MMC ödənilib-ödənilməməsi, tərəflər arasında müqavilə təhvil-təslim aktları olub-olmaması, mebellərin dəyəri, ikinci bina üçün mebellərin sifariş edilib-edilməməsi, mebellərin quraşdırılması tarixi barədə dəqiq məlumatı yoxdur. - Şahid Camal-zadə Anar Qəni oğlu məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, o, “ETS Group” şirkətinin təsisçisidir. Şirkətləri elektrik avadanlıqlarının quraşdırılması və sair elektrik işləri ilə bağlı xidmət göstərir. Aydın olduğu kimi Cavabdeh MMC ilə aralarında bağlanılan müqavilə əsasında xidmətlər göstərirdilər. Daha sonra Cavabdeh MMC və "xxxx" QSC arasında mübahisə yarandı və şirkətləri bu mübahisədən çox zərər gördü. Hətta iş davam etdiyi vaxtda layihə iki dəfə dəyişilmişdi. Şahid A.Camal-zadə məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirdi ki, hər iki binada xidmət göstərmişlər, xidmətlərinin dəyəri tam ödənilməmişdir, birinci binada gördükləri işləri təhvil vermişlər, lakin ikinci binada təhvil verə bilmədilər, belə ki, işçiləri "xxxx" QSC tərəfindən zorla inşaat sahəsindən çıxarılmış, səbəbi barədə məlumat verilməmişdir. Birinci binada gördükləri işlər 2019-cu ilin noyabr ayında təhvil verilib. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil vəsatəti əsasında 21.02.2022-ci il tarixli məhkəmə iclasında iştirak edən ekspert Xəyyam İsgəndərov ona verilən suallara cavab olaraq bildirmişdir ki, 1719 A saylı podrat müqaviləsi əsasında ikinci binaya çöl blokunun təhvil verilməsi, lakin verilmiş rəydə bunun öz əksini tapmamasının səbəbini yerində baxış zamanı həmin cihazın onlara göstərilməməsi olmuşdur. Ekspert eyni zamanda bildirmişdir ki, dəyərinin birinci müqavilə üzrə 1.775.018,1 manat məbləğində yerinə yetirilmiş işlərin dəyərinə əlavə görülmüş işlər, mühəndis işləri daxil deyil, belə ki, həmin işlər smetada nəzərdə tutulmamışyalnız ilkin cavabdeh tərəfindən təqdim edilmiş əlavə smetada qeyd olunmuşdur. Baxış zamanı tərəflər arasında əlavə işlərin kimin tərəfindən görülməsi ilə bağlı mübahisə olmuşdur. Cavabdeh MMC tərəfindən görülmüş bəzi işlər (havalandırma sistemi) sonradan "xxxx" QSC tərəfindən sökülsə belə havalandırma sisteminin quraşdırılması xərclərini də görülmüş işlərə daxil etmişdir. Ekspert rəyində müəyyən etdiyi işlərin dəyərinə ƏDV daxil deyil. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: - Qanuni nümayəndə adına "xxxx" QSC (sifarişçi) ilə Cavabdeh MMC (icraçı) arasında bağlanmış 21 fevral 2019-cu il tarixli 7119 saylı podrat müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən icraçı, sifarişçiyə məxsus Göyçay şəhəri, Natavan küçəsi 118 ünvanında yerləşən tikilinin otel kimi istifadə etmək üçün dizayn, vizuallaşdırma, tikinti, quraşdırma, təchizat, təmir və s. işlərini görməyi, işləri başa çatdırmağı və həmin tikilini otel kimi tam hazır vəziyyətdə sifarişçiyə təhvil verməli, sifarişçi isə icraçının gördüyü işlərinin müqabilində bu müqavilə ilə razılaşdırılmış haqq ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin: 2.2-ci bəndinə əsasən sifarişçi hər zaman işlərin həcmini artıra və ya azalda bilər. Azaldığı halda, icra edilməyəcək işlər və təciz olunmayan mallar qiymətdən çıxılacaq, artırıldıqda isə vahidin qiyməti smetaya əsasən hesablanacaq, artırılan mal və ya iş smetada olmadıqda isə onun vahidinin dəyəri tərəflər qarşılıqlı razılaşacaq. 3.1-ci bəndin görə bu müqavilənin ümumi məbləği ƏDV daxil 2.425.803,88 manat edir. Bu müqavilənin qiyməti aşağıdakı qaydada ödənilir: 3.1.1. Bu müqavilənin imzalandıqdan sonra sifarişçi icraçıya ümumi məbləğin 15% hissəsini avans qismində ödəyir. 3.1.2. Müqavilə məbləğinin qalan hissəsi işlərin gedişatı zamanında Mühəndis (Sifarişçi təyin edir) və Sifarişçi tərəfindən təsdiqlənmiş faktiki görülmüş işlərin aktı (Forma- 2, Forma-3) əsasında ödəniləcəkdir. Forma-2, Forma-3 üzrə ödənişlər, həmin sənədlər Sifarişçi və Mühəndis tərəfindən təsdiq olunduqdan sonra 10 gün ərzində aparılacaq. Forma-2, Forma-3 aylıq olaraq tərtib olunacaq, bir təqvim ayı ərzində aparılmış işlərin həcmini özündə ehtiva edəcək. 3.1.3. Sifarişçi müqavilənin icrasını təmin etmək məqsədilə görülmüş işlər üzrə hər Aktdan icra zəmanəti kimi 5% həcmində məbləğ tutur. Bu məbləğ tərəflər arasında Yekun Təhvil-təslim aktı imzalandıqdan 1 il sonra ödəniləcək. Görülən işin nəticəsində işlərdə və ya təchiz olunmuş malda hər hansı bir qüsur aşkar edildikdə, Sifarişçinin hüququ var ki, bu tutulmuş icra zəmanəti hesabına bu qüsuru aradan qadırsın. 3.2-ci bəndinə əsasən müqavilə üzrə ödəmələr bank köçürmə yolu ilə həyata keçirilir. 5.5-ci bəndinə əsasən icraçı tərəfindən işlərin icrası zamanı ləngimələrə və ya gecikmələrə yol verərsə sifarişçi icraçıya həvalə edilmiş işlərin həcmini azaltmaqla həmin işləri digər icraçıya verə və ya özü işləri həyata keçirə bilər. Belə olan halda, icraçı ləngimələr və gecikmələrə görə sifarişçiyə dəymiş zərəri tam həcmdə ödəməlidir və ya sifarişçi belə zərəri icraçıya ödənməli olan haqdan tuta bilər. 5.6-cı bəndinə əsasən işlərin gecikməsinin və ya ləngiməsinin qarşısını almaq üçün icraçı əlavə işçi və texnika qüvvəsini cəlb etmək daxil olmaqla, bütün tələb olunan hərəkətləri etməyə borcludur. 5.7-ci bəndinə əsasən obyektin resepşn (qəbul hissəsi), birinci və ikinci mərtəbəsi tam hazır vəziyyətdə 01 may 2019-ci il tarixinədək başa çatdırılaraq təhvil verilməli, qalan hissələr isə 01 avqust 2019-cu il tarixinədək təhvil verilməlidir. Bütün işlər təhvil-təslim aktı əsasında təhvil verilməlidir. 01 may 2019-cu il tarixinə təhvil verilən hissə elə təhvil verilməlidir ki, obyekt otel kimi fəaliyyət göstərməyə həmin gündən başlaya bilsin. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 21 fevral 2019-cu il tarixli 7119 saylı Podrat Müqaviləsinə 1 №-li Əlavəsindən görünür ki, tərəflər arasında görüləcək işlərin dəyəri ƏDV daxil cəmi 2.425.803,88 manat məbləğində təşkil edir. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 21 fevral 2019-cu il tarixli 7119 saylı podrat müqaviləsinə 23.08.2019-cu il tarixli 2 saylı əlavədən görünür ki, həmin əlavənin: 1-ci bəndinə görə tərəflər razılaşır ki, müqavilənin 3-cü maddəsi dəyişdirilsin və aşağıdakı redaksiyada verilsin: İİİ. Ödəniş şərtləri 3.1-ci bəndinə görə bu bu müqavilənin ümumi məbləği ƏDV daxil 2.425.803,88 manat edir. Bu müqavilənin qiyməti aşağıdakı şəkildə ödənilir: 3.1.1. Bu müqavilənin imzalandıqdan sonra sifarişçi icraçıya ümumi məbləğin 15% hissəsini avans qismində ödəyir. 3.1.2. Bundan sonra sifarişçi 2019-cu ilin aprel ayı ərzində müqavilə dəyərinin 25% həcmində ödəniş edir. 3.1.3. 3-cü ödəniş müqavilə dəyərinin 20% həcmində 2019-cu ilin avqust ayı ərzində həyata keçirilir. 3.1.4. 4-cü ödəniş müqavilə dəyərinin 20% həcmində 2019-cu ilin sentyabr ayı ərzində həyata keçirilir. 3.1.5. Sonuncu ödəniş işlər tam bitdikdə və təhvil-təslim aktı imzalandıqdan sonra ödənilir. 2-ci bəndinə görə tərəflər razılaşır ki, müqavilənin 5.7-ci bəndi dəyişdirilsin və aşağıdakı redaksiyada verilsin: 5.7. Bütün işlər icraçı tərəfindən 01 oktyabr 2019-cu il tarixinədək başa çatdırılmalı və sifarişçiyə təhvil-təslim aktı əsasında təhvil verilməlidir. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 21 fevral 2019-cu il tarixli 7119 saylı podrat müqaviləsinə 26.08.2019-cu il tarixli 3 saylı əlavədən görünür ki, həmin əlavənin: 3-cü bəndinə görə tərəflər razılaşır ki, müqavilənin 3-cü maddəsi dəyişdirilsin və aşağıdakı redaksiyada verilsin: İİİ. Ödəniş şərtləri 3.1-ci bəndinə görə bu bu müqavilənin ümumi məbləği ƏDV daxil 2.425.803,88 manat edir. Bu müqavilənin qiyməti aşağıdakı şəkildə ödənilir: 3.1.1. Bu müqavilənin imzalandıqdan sonra sifarişçi icraçıya ümumi məbləğin 15% hissəsini avans qismində ödəyir. 3.1.2. Bundan sonra sifarişçi 2019-cu ilin aprel ayı ərzində müqavilə dəyərinin 25% həcmində ödəniş edir. 3.1.3. 3-cü ödəniş müqavilə dəyərinin 20% həcmində 26 avqust 2019-cu il-05 sentyabr 2019-cu il tarixləri arasında həyata keçirilir. 3.1.4. 4-cü ödəniş müqavilə dəyərinin 20% həcmində 2019-cu ilin sentyabr ayı ərzində həyata keçirilir. 3.1.5. Sonuncu ödəniş işlər tam bitdikdə və təhvil-təslim aktı imzalandıqdan sonra ödənilir. Əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 27.02.2019-cu il tarixli 246 saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, Qanuni nümayəndə adına "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə 21.02.2019-cu il tarixli 7119 saylı müqavilə üzrə 15% avans olaraq 308.365 manat məbləğində pul vəsaiti ödənilmişdir. 27.02.2019-cu il tarixli 65 saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, Qanuni nümayəndə adına "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə 21.02.2019-cu il tarixli 7119 saylı müqavilə üzrə ƏDV olaraq 55.505,70 manat məbləğində pul vəsaiti ödənilmişdir. 24.04.2019-cu il tarixli 515 saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, Qanuni nümayəndə adına "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə 7119 saylı müqavilə üzrə 25% avans olaraq 513.941,50 manat məbləğində pul vəsaiti ödənilmişdir. 24.04.2019-cu il tarixli 146 saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, Qanuni nümayəndə adına "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə 7119 saylı müqavilə üzrə ƏDV olaraq 92.509,47 manat məbləğində pul vəsaiti ödənilmişdir. 29.08.2019-cu il tarixli 1132 saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, Qanuni nümayəndə adına "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə 7119 saylı müqavilə üzrə 20% ödəniş olaraq 411.153,22 manat məbləğində pul vəsaiti ödənilmişdir. 29.08.2019-cu il tarixli 288 saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, Qanuni nümayəndə adına "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə 7119 saylı müqavilə üzrə ƏDV olaraq 74.007,58 manat məbləğində pul vəsaiti ödənilmişdir. 04.10.2019-cu il tarixli 1398 saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, Qanuni nümayəndə adına "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə 7119 saylı müqavilə üzrə 20% ödəniş olaraq 411.153,22 manat məbləğində pul vəsaiti ödənilmişdir. 04.10.2019-cu il tarixli 380 saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, Qanuni nümayəndə adına "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə 7119 saylı müqavilə üzrə ƏDV olaraq 74.007,55 manat məbləğində pul vəsaiti ödənilmişdir. - Qanuni nümayəndə adına "xxxx" QSC (sifarişçi) ilə Cavabdeh MMC (icraçı) arasında bağlanmış 01 iyul 2019-cu il tarixli 1719A saylı podrat müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən icraçı, sifarişçiyə məxsus ünvan 3 ünvanında yerləşən tikilinin otel kimi istifadə etmək üçün dizayn, vizuallaşdırma, tikinti, quraşdırma, təchizat, təmir və s. işlərini görməyi, işləri başa çatdırmağı və həmin tikilini otel kimi tam hazır vəziyyətdə sifarişçiyə təhvil verməli, sifarişçi isə icraçının gördüyü işlərinin müqabilində bu müqavilə ilə razılaşdırılmış haqq ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin: 2.2-ci bəndinə əsasən sifarişçi hər zaman işlərin həcmini artıra və ya azalda bilər. Azaldığı halda, icra edilməyəcək işlər və təciz olunmayan mallar qiymətdən çıxılacaq, artırıldıqda isə vahidin qiyməti smetaya əsasən hesablanacaq, artırılan mal və ya iş smetada olmadıqda isə onun vahidinin dəyəri tərəflər qarşılıqlı razılaşacaq. 3.1-ci bəndin görə bu müqavilənin ümumi məbləği ƏDV daxil 2.478.000 manat edir. Bu müqavilənin qiyməti aşağıdakı qaydada ödənilir: 3.1.1. Bu müqavilənin imzalandıqdan sonra sifarişçi icraçıya ümumi məbləğin 30% hissəsini avans qismində ödəyir. 3.1.2. Müqavilə məbləğinin qalan hissəsi işlərin gedişatı zamanında Mühəndis (Sifarişçi təyin edir) və Sifarişçi tərəfindən təsdiqlənmiş faktiki görülmüş işlərin aktı (Forma- 2, Forma-3) əsasında ödəniləcəkdir. Forma-2, Forma-3 üzrə ödənişlər, həmin sənədlər Sifarişçi və Mühəndis tərəfindən təsdiq olunduqdan sonra 10 gün ərzində aparılacaq. Forma-2, Forma-3 aylıq olaraq tərtib olunacaq, bir təqvim ayı ərzində aparılmış işlərin həcmini özündə ehtiva edəcək. 3.1.3. Sifarişçi müqavilənin icrasını təmin etmək məqsədilə görülmüş işlər üzrə hər Aktdan (Forma-2,3) icra zəmanəti kimi 5% həcmində məbləğ tutur. Bu məbləğ tərəflər arasında Yekun Təhvil-təslim aktı imzalandıqdan 1 il sonra ödəniləcək. Görülən işin nəticəsində işlərdə və ya təchiz olunmuş malda hər hansı bir qüsur aşkar edildikdə, Sifarişçinin hüququ var ki, bu tutulmuş icra zəmanəti hesabına bu qüsuru aradan qadırsın. 3.2-ci bəndinə əsasən müqavilə üzrə ödəmələr bank köçürmə yolu ilə həyata keçirilir. 5.5-ci bəndinə əsasən icraçı tərəfindən işlərin icrası zamanı ləngimələrə və ya gecikmələrə yol verərsə sifarişçi icraçıya həvalə edilmiş işlərin həcmini azaltmaqla həmin işləri digər icraçıya verə və ya özü işləri həyata keçirə bilər. Belə olan halda, icraçı ləngimələr və gecikmələrə görə sifarişçiyə dəymiş zərəri tam həcmdə ödəməlidir və ya sifarişçi belə zərəri icraçıya ödənməli olan haqdan tuta bilər. 5.6-cı bəndinə əsasən işlərin gecikməsinin və ya ləngiməsinin qarşısını almaq üçün icraçı əlavə işçi və texnika qüvvəsini cəlb etmək daxil olmaqla, bütün tələb olunan hərəkətləri etməyə borcludur. 5.7-ci bəndinə əsasən bütün işlər icraçı tərəfindən 25 oktyabr 2019-cu il tarixinədək başa çatdırılmalı və sifarişçiyə təhvil-təslim aktı əsasında təhvil verilməlidir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 01 iyul 2019-cu il tarixli Podrat Müqaviləsinə 1 №-li Əlavəsindən görünür ki, tərəflər arasında görüləcək işlərin dəyəri ƏDV daxil cəmi 2.478.000 manat məbləğində təşkil edir. 12.07.2019-cu il tarixli 229 saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, Qanuni nümayəndə adına "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə 09.07.2019-cu il tarixli elektron qaiməyə əsasən ƏDV olaraq 113.400 manat məbləğində pul vəsaiti ödənilmişdir. 12.07.2019-cu il tarixli 905 saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, Qanuni nümayəndə adına "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə 07.07.2019-cu il tarixli 1719A/01 saylı müqavilə üzrə 30% avans olaraq 630.000 manat məbləğində pul vəsaiti ödənilmişdir. 15.10.2019-cu il tarixli 1484 saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, Qanuni nümayəndə adına "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə müqavilə üzrə 30% avans olaraq 420.000 manat məbləğində pul vəsaiti ödənilmişdir. 15.10.2019-cu il tarixli 408 saylı ödəniş tapşırığı ilə ilə təsdiq edilir ki, Qanuni nümayəndə adına "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə 1719A/01 saylı müqavilə üzrə ƏDV olaraq 75.600 manat məbləğində pul vəsaiti ödənilmişdir. "xxxx" MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında bağlanmış 09 iyul 2019-cu il tarixli 301/19 saylı alqı-satqı barədə müqavilədən görünür ki, həmin müqavilənin: 1.1-ci bəndinə əsasən satıcı bu müqavilənin 1.2-ci yarımbəndində göstərilən malları alıcıya satmağı, alıcı isə həmin malları almağı və onun dəyərini ödəməyi öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən müqavilənin predmeti olan məhsulun növləri, çeşidi, kəmiyyəti və qiyməti razılaşma protokolunda və ya qaimə-fakturada öz əksini tapır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 10.07.2019-cu il tarixli, EAAW seriyalı, 979131 saylı və 01.10.2019-cu il tarixli, EBAA seriyalı, 618455 saylı elektron qaimələrdən görünür ki, "xxxx" MMC tərəfindən müvafiq olaraq ƏDV daxil 8.952,66 manat və 3.300,70 manat məbləğində malların verilməsinə dair elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. “Mətanət A” şirkəti (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında bağlanmış 09 iyul 2019cu il tarixli 301/19 saylı alqı-satqı barədə müqavilədən görünür ki, həmin müqavilənin: 1.1-ci bəndinə əsasən satıcı bu müqavilənin 1.2-ci yarımbəndində göstərilən malları alıcıya satmağı, alıcı isə həmin malları almağı və onun dəyərini ödəməyi öhdəsinə götürür. 1.2-ci bəndinə əsasən müqavilənin predmeti olan məhsulun növləri, çeşidi, kəmiyyəti və qiyməti razılaşma protokolunda və ya qaimə-fakturada öz əksini tapır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. Fiziki şəxs X10 (satıcı) ilə Cavabdeh MMC-Sky Hotel (alıcı) arasında bağlanmış 17 iyul 2019-cu il tarixli alqı-satqı barədə müqavilədən görünür ki, həmin müqavilənin: 1.1-ci bəndinə əsasən satıcı bu müqavilənin ayrılmaz tərkib hissəsi olan qiymətlərin razılaşması protokolunda göstərilən mal-materiallar, xırdavat və s. tikinti materiallarını alıcıya satmağı, alıcı isə həmin malları qəbul edib, onun dəyərini ödəməyi öhdəsinə götürür. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 17.07.2019-cu il tarixli, EAAX seriyalı, 289228 saylı və 29.07.2019-cu il tarixli, EAAX seriyalı, 750366 saylı elektron qaimələrə əsasən müəyən edilir ki, fiziki şəxs X10 tərəfindən müvafiq olaraq ƏDV daxil 8.673 manat və 3.964,80 manat məbləğində olan malların verilməsinə dair elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. "xxxx" MMC (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında bağlanmış 23 iyul 2019cu il tarixli ZK/2372019 saylı xidmət göstərilməsi haqqında müqavilədən görünür ki, həmin müqavilənin 1.1-ci bəndinə əsasən sifarişçi beton işlərinin yerinə yetirilməsinə dair xidmətlərin göstərilməsini sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada beton işlərinin yerinə yetirilməsinə dair xidmətləri göstərməyi öhdəsinə götürür. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 24.07.2019-cu il tarixli, EAAX seriyalı, 565328 saylı və 08.08.2019-cu il tarixli, EAAY seriyalı, 309722 saylı elektron qaimələrlə müəyyən edilir ki, "xxxx" MMC tərəfindən 9.351,72 manat və 11.100 manat məbləğində olan malların verilməsinə dair elektron qaimələr tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. "xxxx" MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında bağlanmış 24 iyul 2019-cu il tarixli 24/07-19 saylı alqı-satqı barədə müqavilədən görünür ki, həmin müqavilənin: 2.1-ci bəndinə əsasən tərəflər təsdiq edirlər ki, satıcı aralarında bu müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə və protokola uyğun olaraq razılaşdırılmış, müvafiq çeşidli və keyfiyyətli malları təqdim edir, alıcı isə onun sifarişinə əsasən təqdim edilən həmin malları qəbul edib onların dəyərini qüvvədə olan qanunvericiliyə müvafiq qaydada satıcıya ödəməyi öz öhdəsinə götürür. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 26.07.2019-cu il tarixli, EAAX seriyalı, 676703 saylı; 08.08.2019-cu il tarixli, EAAY seriyalı, 302865 saylı və 21.08.2019-cu il tarixli, EAAY seriyalı, 786248 saylı elektron qaimələrlə müəyyən edilir ki, "xxxx" MMC tərəfindən ƏDV daxil 29.596,76 manat, 18.865,84 manat və 13.475,60 manat məbləğində olan malların verilməsinə dair elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. - Cavabdeh MMC (sifarişçi) ilə "xxxx" MMC (icraçı) arasında bağlanmış 12 avqust 2019-cu il tarixli 0819/HS2 saylı subpodrat müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən icraçı, sifarişçinin təsdiq etdiyi və/və ya təqdim etdiyi layihəyə uyğun olaraq Göyçay şəhəri, Natavan küçəsi 118 ünvanında yerləşən inzibati binasında havalandırma, isitmə və soyutma sistemlərinə aid təchizat və quraşdırma işlərinin başa çatdırmağı və sifarişçiyə tam hazır vəziyyətdə təhvil verməyi, sifarişçi isə icraçının gördüyü işlərinin müqabilində bu müqavilə ilə razılaşdırılmış haqq ödəməyi öhdəsinə götürür. Bu müqavilənin ümumi məbləği 703.338,04+ƏDV manat təşkil edir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 27.12.2019-ci il tarixli təhvil-təslim aktı ilə təsdiq edilir ki, 12 avqust 2019-cu il tarixli 0819/HS2 saylı subpodrat müqaviləsi əsasında ümumi dəyəri ƏDV daxil olmaqla 286.678,81 manat məbləğində mallar (göstərilmiş xidmətlər) "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. "xxxx" MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında bağlanmış 17 sentyabr 2019-cu il tarixli 105/19 saylı satış müqaviləsindən görünür ki, həmin müqavilənin: 1.1-ci bəndinə əsasən müqaviləyə əsasən satıcı alıcıya boya və boya məhsulları satır, alıcı isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəyir. 1.2-ci bəndinə əsasən malın növü, çeşidi, tərkibi, rəngi, digər əlamətləri və xarakterik xüsusiyyətləri əlavə razılaşma ilə müəyyən olunur. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 17.09.2019-ci il tarixli 01 saylı təhvil-təslim aktı ilə təsdiq edilir ki, "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanmış 17 sentyabr 2019-cu il tarixli 105/19 saylı alqı-satqı müqaviləsi əsasında ümumi dəyəri ƏDV daxil olmaqla 25.407,76 manat məbləğində mallar Cavabdeh MMC-yə təhvil verilmişdir. 17.09.2019-cu il tarixli, EAAZ seriyalı, 947537 saylı elektron qaimədən görünür ki, "xxxx" MMC tərəfindən ƏDV daxil 25.407,76 manat məbləğində olan malların verilməsinə dair elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir. Qanuni nümayəndə adına "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 17.02.2020-ci il tarixli tələbnamədən görünür ki, 21.02.2019-cu il tarixli 7119 saylı podrat müqaviləsinə edilmiş 26.08.2019-cu il tarixli 3 saylı əlavəyə uyğun olaraq Cavabdeh MMC tərəfindən 20.10.2019-cu il tarixədək müqavilə üzrə nəzərdə tutulmuş işlərin tam qüsursuz vəziyyətdə təhvil verilməsini öhdəlik götürülsə də, lakin bugünədək işlər lazımi qaydada təhvil verilmədiyi, sözügedən müqavilə üzrə görülmüş işlərin keyfiyyətinə təftiş aparan, tərəflərindən cəlb edilmiş mütəxəssislərin otelin havalandırma və kondisioner sistemində bir sıra qüsurlar aşkar edildiyi bildirilmiş və çatışmamazlıqların aradan qaldırılmasının 10 gün müddətində təmin edilməsi xahiş edilmişdir. Qanuni nümayəndə adına "xxxx" QSC-nin müqaviləyə xitam verilməsi barədə 17.03.2020-ci il tarixli 37 nömrəli bildirişindən görünür ki, icraçı tərəfindən podrat işlərinin 01.07.2019-cu il tarixli 1719A saylı podrat müqaviləsinin şərtlərinə uyğun keyfiyyət və kəmiyyətdə, həmçinin tələb olunan işgüzar adətlərə uyğun qaydada təhvil verilmədiyi, bununla müqavilə şərtlərinin əsaslı olaraq pozulmasına yol verildiyi və sifarişçi Qanuni nümayəndə adına "xxxx" QSC və icraçı Cavabdeh MMC arasında bağlanmış 01.07.2019cu il tarixli 1719A saylı podrat müqaviləsinə müqavilə müddətinin başa çatması və icranın sifarişçi üçün əhəmiyyətini itirilməsi ilə əlaqədar xitam verildiyi bildirilmişdir. Qanuni nümayəndə adına "xxxx" QSC-nin müqaviləyə xitam verilməsi barədə 17.03.2020-ci il tarixli 38 nömrəli bildirişindən görünür ki, icraçı tərəfindən podrat işlərinin 21.02.2019-cu il tarixli 7119 saylı podrat müqaviləsinin şərtlərinə uyğun keyfiyyət və kəmiyyətdə, həmçinin tələb olunan işgüzar adətlərə uyğun qaydada təhvil verilmədiyi, bununla müqavilə şərtlərinin əsaslı olaraq pozulmasına yol verildiyi və sifarişçi Qanuni nümayəndə adına "xxxx" QSC və icraçı Cavabdeh MMC arasında bağlanmış 21.02.2019cu il tarixli 7119 saylı podrat müqaviləsinə müqavilə müddətinin başa çatması və icranın sifarişçi üçün əhəmiyyətini itirməsi ilə əlaqədar xitam verildiyi bildirilmişdir. "xxxx" MMC-nin Qanuni nümayəndə adına "xxxx" QSC-nin ünvan 4 ünvanında yerləşən obyektin otel kimi istifadə etmək üçün dizayn, vizuallaşdırma, tikinti, quraşdırma, təchizat, təmir və s. işlərinin görülməsi, işlərinin başa çatmasına dair 21.02.2019-cu il tarixli 7119 saylı müqavilədə göstərilən işlərin görülməsi üçün çəkilmiş ümumi xərclərin qiymətləndirilməsinə dair 30 mart 2020-ci il tarixli AG 037 nömrəli müstəqil auditorunun (Natiq Məmmədov) rəyindən görünür ki, sifarişçi Qanuni nümayəndə adına "xxxx" QSC ilə podratçı Cavabdeh MMC arasında bağlanmış 21.02.2019-cu il tarixli 7119 saylı müqavilədə nəzərdə tutulmuş işlərin cəmi 402.466 manat kəsirlə yerinə yetirilməsi, sifarişçi Qanuni nümayəndə adına "xxxx" QSC ilə podratçı Cavabdeh MMC hesabına işin icrası üçün ayrı-ayrı tarixlərdə avans kimi köçürülmüş ümumi məbləğin 107.113,97 manat hissəsi həcmində (1.940.643,05 manat ödənildiyi halda 1.833.529 manat məbləğində iş görülməklə) ziyan vurulduğu müəyyən edilmişdir. "xxxx" MMC-nin Qanuni nümayəndə adına "xxxx" QSC-nin ünvan 3 ünvanında yerləşən obyektin otel kimi istifadə etmək üçün dizayn, vizuallaşdırma, tikinti, quraşdırma, təchizat, təmir və s. işlərinin görülməsi, işləri başa çatdırmaq üçün çəkilmiş ümumi xərclərin faktiki qiymətləndirilməsinə dair 04 mart 2020-ci il tarixli AG 025 nömrəli müstəqil auditorunun (Natiq Məmmədov) rəyindən görünür ki, sifarişçi Qanuni nümayəndə adına "xxxx" QSC ilə podratçı Cavabdeh MMC arasında bağlanmış 01.07.2019-cu il tarixli 1719A saylı müqavilədə nəzərdə tutulmuş işlərin cəmi 1.933.042,26 manat kəsirlə yerinə yetirilməsi, sifarişçi Qanuni nümayəndə adına "xxxx" QSC ilə podratçı Cavabdeh MMC hesabına işin icrası üçün ayrı-ayrı tarixlərdə avans kimi köçürülmüş ümumi məbləğin 790.704,22 manat hissəsi həcmində (1.050.0000-259.295,78)ziyan vurulduğu müəyyən edilmişdir. Tərəflər arasında Cavabdeh MMC tərəfindən elekron poçt vasitəsilə (elektron poçt ünvanı: Elektron ünvan ) Qanuni nümayəndə adına "xxxx" QSC-yə ünvanlanmış 28.04.2020-ci il tarixli məktubla bildirilmişdir ki, məktubla bütün çətinliklərə baxmayaraq Qanuni nümayəndə adına "xxxx" QSC-nin otelini “Nar Bayram”ında hazır etmişlər və açmışlar, bütün otel təchizatı (tekstil, qab-qacaq və s.) və oteldə bütün kommunikasiya sistemləri (test imkanı olmadan) qonaqlara xidmət göstərmək üçün hazlr vəziyyətə gətirilmiş, otel bu günə qədər heç bir çatışmamazlığa görə işini dayandırmamış, çatışmamazlıqların isə səbəbləri bundan ibarətdir ki: 1. çiller-soyutma qrupu-tutumu çox gec qərarlaşdırıldı; 2. AHU-tutumu çox gec qərarlaşdırıldı; 3. 5 otaq açıldıqdan sonra qərarlaşdırıldı və sifariş edildi; 4. 1-ci mərtəbənin bir hissəsinin açılış zamanı gecikməsinin səbəbi bütün kommunikasiya xəttlərinin oradan keçməsi idi. 1-ci mərtəbədə olan otaqların bölünməsinə iyun ayında qərar verilmişdir. Buna görə yenidən sistemlərin dizayn olunmasına və s. səbəb olmuşdur; 5. Otelin girişində köhnə keramiklərin söküntüsünə çox gec qərar verilmişdir (16 iyul); 6. Nümunə otağında təsdiqlənən divar kağızı 14 avqust tarixində dəyişilməsinə qərar verildi; 7. İçəridə görüləcək bütün təmir işlərinə təsir edəcək olan köhnə pəncərələrin sökülməsidir, ölçülərinin genişləndirilməsi (AzNar tərəfindən edilirdi) və yeni pəncərələrin quraşdırılmasının bitməsi (iyunun sonu); 8. Ön tərəfdə, terasın üstündə olunan təmir işlərinə görə onların alt hissədə (lobbi) iş görməkləri yalnız 01 oktyabr tarixində mümkün olmuşdur; 9. Liftin sifarişi çox gec verildiyinə görə (AzNar) bütün mərtəbələrdə dəhlizdəki işlər gecikdirilmişdir və 10. Binanın xarici kommunikasiyaları (qaz, kanalizasiya) gec quraşdırıldığı üçün, binanın təmirinə və açılışına təsir edə biləcək sistemlərin test olmadan istifadə etməsini riskə atmışdır. Elə buna görə ilk açılış günü bəzi sistemlərdə problemlər yaranmışdır. Sonrakı 10 gün ərzində bütün problemlər həll olunmuşdur. Cavabdeh MMC-nin 21.02.2019-cu il tarixli 7119 saylı podrat müqaviləsi üzrə 01.05.2020-ci il tarixli yekun hesabatından görünür ki, təmir-tikinti işlərinin ümumi dəyəri 1.884.182,57 manat, elektro-mexanika işlərinin ümumi dəyəri 685.646,41 manat olmaqla cəmi məbləğ ƏDV daxil 3.032.398,20 manat təşkil edir. Cavabdeh MMC-nin 01.07.2019-cu il tarixli 1719A saylı podrat müqaviləsi üzrə 01.05.2020-ci il tarixli yekun hesabatından görünür ki, təmir-tikinti işlərinin ümumi dəyəri 288.066,10 manat, elektro-mexanika işlərinin ümumi dəyəri 295.984,14 manat olmaqla cəmi məbləğ ƏDV daxil 689.179,28 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 dekabr 2021-ci il tarixli, 9/3800-10/2692 saylı ekspert rəyindən görünür ki, qərardadın 1-ci sualı üzrə Qanuni nümayəndə adına "xxxx" QSC (sifarişçi) ilə Cavabdeh MMC (icraçı) arasında bağlanmış 7119 saylı 21.02.2019-cu il tarixli podrat müqaviləsinin 1 nömrəli əlavəsində (smetasında) nəzərdə tutulmuş işlərin tam yerinə yetirilmədiyi və 7119 saylı 21.02.2019-cu il tarixli podrat müqaviləsinin 1 nömrəli əlavəsində (smetasında) nəzərdə tutulmuş qiymətlər nəzərə alınmaqla icraçı tərəfindən müqaviləyə əlavə olunmuş smetada göstərilən yerinə yetirilmiş işlərin və quraşdırılmış avadanlığın dəyəri 1.775.018,10 (ƏDV daxil olmadan) manat məbləğində, qərardadın 3-cü sualı üzrə Qanuni nümayəndə adına "xxxx" QSC (sifarişçi) ilə Cavabdeh MMC (icraçı) arasında bağlanmış 1719 saylı 07.07.2019-cu il tarixli podrat müqaviləsi üzrə icraçı tərəfindən görülmüş işlərin dəyəri 289.355,85 (ƏDV daxil olmadan) manat məbləğində müəyyən olunur. Qərardadın 2-ci, 4cü və 5-ci suallar üzrə tədqiqat aparılmamışdır. Ekspertiza tədqiqatlarının dəyəri 120 manat təşkil edir. Qanuni nümayəndə adına "xxxx" QSC-nin pretenziya məktubları ilə təsdiq edilir ki, Cavabdeh MMC-yə sözügedən podrat müqavilələri üzrə borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia tələbləri qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Qanuni nümayəndə adına "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (sifarişçi) və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh (icraçı) arasında 7119 saylı 21 fevral 2019-cu il tarixli və 1719A saylı 01 iyul 2019-cu il tarixli podrat müqavilələri bağlanmış, həmin müqavilələrə əsasən Cavabdeh MMC "xxxx" QSC-yə məxsus ünvan 1 ünvanlarında yerləşən tikililərin otel kimi istifadə etmək üçün dizayn, vizuallaşdırma, tikinti, quraşdırma, təchizat, təmir və s. işlərini görməyi, işləri başa çatdırmağı və həmin tikililəri otel kimi hazır vəziyyətdə "xxxx" QSC-yə təhvil verməyi, "xxxx" QSC isə Cavabdeh MMC-nin gördüyü işlərin müqabilində razılaşdırılmış haqqı ödəməyi öhdələrinə götürmüşlər. "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə 7119 saylı 21 fevral 2019-cu il tarixli podrat müqaviləsi üzrə 1.940.643,05 manat və 1719A saylı 01 iyul 2019-cu il tarixli podrat müqaviləsi üzrə 1.239.000 manat məbləğində pul vəsaiti ödənilmişdir. Cavabdeh MMC isə həmin müqavilələr üzrə öhdəliklərini lazımi şəkildə yerinə yetirməmiş, podrat işlərini müqavilələrdə müəyyən edilmiş müddətdə təhvil verməmişdir. 17.03.2020-ci il tarixdə Qanuni nümayəndə adına "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən icraçının müqavilələr üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi, müqavilədə nəzərdə tutulmuş işlərin icra müddətinin başa çatması, sifarişçi üçün icranın əhəmiyyətinin itirilməsi əsasları ilə hər iki müqaviləyə birtərəfli qaydada xitam verilmişdir. Hazırda Qanuni nümayəndə adına "xxxx" Qapalı Səhmdar Cəmiyyəti 7119 saylı 21 fevral 2019-cu il tarixli podrat müqaviləsi üzrə ƏDV daxil 1.940.643,05 manat məbləğində ödəniş etdiyi halda Cavabdeh MMC tərəfindən cəmi ƏDV daxil 1.833.529 manat dəyərində iş görüldüyünü və 1719A saylı 01 iyul 2019-cu il tarixli podrat müqaviləsi üzrə isə ƏDV daxil 1.239.000 ödədiyi halda Cavabdeh MMC tərəfindən cəmi ƏDV daxil 259.295,78 manat dəyərində işlərin görüldüyünü, nəticədə onlara 7119 saylı 21 fevral 2019-cu il tarixli podrat müqaviləsi üzrə 107.113,97 manat məbləğində, 1719A saylı 01 iyul 2019-cu il tarixli podrat müqaviləsi üzrə isə 790.704,22 manat məbləğində ziyan vurulduğunu əsas göstərərək vurulmuş yuxarıda göstərilən real ziyanın, eləcə də 7119 saylı 21 fevral 2019-cu il tarixli podrat müqaviləsi üzrə 608.064 manat məbləğində əldən çıxmış faydanın və 5808 manat məbləğində özgəsinin pul vəsaitindən faydalanmağa görə faizlərin, 1719A saylı 01 iyul 2019-cu il tarixli podrat müqaviləsi üzrə 398.720 manat məbləğində məbləğində əldən çıxmış faydanın və 28.919,66 manat məbləğində özgəsinin pul vəsaitindən faydalanmağa görə faizlərin tutulması tələbinə dair iddia qaldırmışdır. Cavabdeh MMC isə ilkin iddia ilə razılaşmamış və 7119 saylı 21 fevral 2019-cu il tarixli podrat müqaviləsi üzrə işlərin tam görüldüyü halda "xxxx" QSC tərəfindən müqavilə qiymətinin 485.159,95 manat hissəsinin ödənilmədiyini, eyni zamanda həmin müqavilə üzrə tərəflərindən 606.595,20 manat məbləğində əlavə işlərin görüldüyünü, belə olan halda həmin müqavilə üzrə "xxxx" QSC-nin onlara borcunun ƏDV daxil 1.091.755,15 manat (485.159,95+606.595,20) təşkil etdiyini; 1719A saylı 01 iyul 2019-cu il tarixli podrat müqaviləsi üzrə isə QSC tərəfindən ödənilmiş 1.239.000 manat məbləğində pul vəsaitinin ƏDV daxil 689.179,28 manat hissəsinin həmin müqaviklə üzrə işlərin görülməsi üçün avadanlıq və mal-materialların alınmasına xərcləndiyini, belə olan halda həmin müqavilə üzrə "xxxx" QSC-yə olan borclarının ƏDV daxil 549.820,72 manat təşkil etdiyini, beləlikdə, iki müqavilə üzrə tərəflərin qarşılıqlı borclarını nəzərə aldıqda "xxxx" QSC-nin onlara borcunun 541.934,43 manat (1.091.755,15-549.820,72) olmasının müəyyən edildiyini əsas göstərərək həmin borcun tutulması tələbinə dair qarşılıqlı iddia qaldırmışdır. Göründüyü kimi tərəflər arasında mübahisə predmeti olan hal hər iki podrat müqaviləsi Cavabdeh MMC tərəfindən görülmüş işlərin dəyəri ilə bağlıdır. Göstərilən halın müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə texniki-tikinti ekspertizası təyin edilmiş və 27 dekabr 2021-ci il tarixli, 9/3800-10/2692 saylı ekspert rəyinə əsasən 7119 saylı 21.02.2019-cu il tarixli podrat müqaviləsinin 1 nömrəli əlavəsində (smetasında) nəzərdə tutulmuş işlərin tam yerinə yetirilməməsi və 7119 saylı 21.02.2019cu il tarixli podrat müqaviləsinin 1 nömrəli əlavəsində (smetasında) nəzərdə tutulmuş qiymətlər nəzərə alınmaqla icraçı tərəfindən müqaviləyə əlavə olunmuş smetada göstərilən yerinə yetirilmiş işlərin və quraşdırılmış avadanlığın dəyərinin 1.775.018,10 (ƏDV daxil olmadan) manat məbləğində və Qanuni nümayəndə adına "xxxx" QSC (sifarişçi) ilə Cavabdeh MMC (icraçı) arasında bağlanmış 1719A saylı 01.07.2019-cu il tarixli podrat müqaviləsi üzrə icraçı tərəfindən görülmüş işlərin dəyərinin 289.355,85 (ƏDV daxil olmadan) manat məbləğində olması müəyyən olunmuşdur. Azərbaycan Respublikası MPM-in 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə ekspert rəyini tədqiq edərək bu baxımdan, eyni zamanda məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir. 7119 saylı 21.02.2019-cu il tarixli müqavilə üzrə müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsi barədə ilkin iddia üzrə cavabdehin istinad etdiyi dəlillərə gəldikdə məhkəmə əvvəla qeyd edir ki, Mülki Məcəllənin: 753.3-cü maddəsinə görə əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. Əgər sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir. 753.2-ci maddəsinə görə əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. 753.4-cü maddəsinə görə müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Göründüyü kimi qanunverici podrat müqaviləsində nəzərdə tutulmamış işlərə görə podratçıya əlavə muzdun ödənilməsini bir neçə halla şərtləndirmişdir:
1. Podratçı tərəfindən görülmüş əlavə işlərin yerinə yetirilməsi sifarişçinin tələbi əsasında həyata keçirilməlidir.
2. İşlərin sifarişçinin sərəncamları əsasında dəyişdirilmiş həcminə uyğun olaraq yeni qiymət razılaşdırılmalıdır.
3. Sifarişçi əlavə işlərin yalnız ayrıca muzd müqabilində yerinə yetirilə biləcəyini qəbul etmirsə, podratçı ayrıca muzd almaq hüququ barəsində işə başlamazdan əvvəl məlumat verməlidir. Hazırkı işin hallarından əvvəla görünür ki, Cavabdeh MMC podrat müqaviləsindən kənar əlavə işlər gördüyünü iddia etsə də, tərəfindən müqavilələrdə nəzərdə tutulmayan əlavə işlərin görülməsini və onların sifarişçi tərəfindən qəbul edilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İkincisi, ilkin iddia üzrə cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsi ehtimal edilsə belə müqavilə tərəflərinin həmin müqavilə üzrə əlavə işlərin görülməsi barədə razılığa gəlməsi, yəni sözgedən əlavə işlərin sifarişçinin tələbi ilə görülməsi, eləcə də görüləcək əlavə işlərin dəyərini müəyyən edən smetanın təsdiq edilməsi iş materialları ilə müəyyən edilmir. Birinci otelin təmirinin onlar tərəfindən fasadının və peyzajın dizaynı işlərinin otellərin təmirinin onlar tərəfindən görülməsi şərti ilə tərəflərindən pulsuz yerinə yetirilməsi, hazırkı halda isə müqavilələrə xitam verildiyindən birinci otelin fasadının və peyzajın dizaynı işlərinə görə də onlara muzd ödənilməli olması barədə ilkin cavabdehin istinad etdiyi dəlillərə gəldikdə məhkəmə həmin dəlilləri əsaslı hesab etmir. Belə ki, tərəflər arasında bağlanmış podrat müqavilələrinin 1.2-ci bəndinə görə dizayn, vizuallaşdırma və təlim bu müqavilə çərçivəsində icraçı tərəfindən pulsuz təqdim edilir. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilələrdə dizayn, vizuallaşdırma və təlim işlərinin icraçı tərəfindən pulsuz yerinə yetirilməsi nəzərdə tutulmuş və bu zaman təmir-tikinti işlərinin tam olaraq icraçı tərəfindən həyata keçirilməsi şərt olaraq qoyulmamışdır. Bununla yanaşı ilkin iddia üzrə cavabdehin görülmüş işlərin dəyərinin düzgün müəyyən edilməməsi barədə dəlillərinə əsas kimi istinad etdiyi hallardan biri də ondan ibarət olmuşdur ki, "xxxx" MMC-dən aldıqları havalandırma, isitmə, soyutma sistemlərinin çöl blokları tikinti ərazisinə gətirilsə də, həmin blokların dəyəri görülmüş işlərin dəyəri müəyyən edilərkən nəzərə alınmamışdır. Məhkəmə həmin hissədə ilkin iddia üzrə iddiaçının dəlilləri ilə razılaşır ki, tərəflər arasında bağlanmış müqavilələr alqı-satqı müqavilələri deyil, podrat müqavilələridir. Podrat müqaviləsi üzrə işin görülmüş hesab edilməsi üçün isə satıcıdan alınmış çöl bloklarının tikinti ərazisinə gətirilməsi kifayət etmir. Həmin bloklar quraşdırılaraq sifarişçiyə təhvil verilməli idi. Quraşdırılmanın həyata keçirilmədiyi və görülmüş işin sifarişçiyə təhvil verilmədiyi hazırkı halda sözügedən çöl bloklarının dəyərinin görülmüş iş kimi nəzərə alınması üçün əsasların mövcudluğu müəyyən edilmir. 1719A saylı 01.07.2019-cu il tarixli podrat müqaviləsi üzrə ilkin iddia üzrə iddiaçı tərəfindən ödənilmiş pul vəsaitinin bir hissəsinin avadanlıq və mal-material alınmasına xərclərnməsi və həmin xərclərin sözügedən müqavilə üzrə ilkin iddia üzrə iddiaçıya olan borcundan çıxılmalı olması barədə ilkin iddia üzrə cavabdehin dəlillərinə münasibətdə isə məhkəmə qeyd edir ki, ilkin iddia üzrə cavabdeh həmin müqavilə üzrə işlərin görülməsi üçün alınmış avadanlıq və mal-materialların dəyərini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. İlkin iddia üzrə cavabdehin təqdim etdiyi müxtəlif hüquqi şəxslərlə bağladığı müqavilə və elektron qaimələrə gəldikdə qeyd edilməlidir ki, ilkin iddia üzrə cavabdeh həmin müqavilələrə əsasən alınan malların məhz ikinci otel binasının tikintitəmir işlərində (1719A podrat müqaviləsi üzrə işlərində) istifadə edilməsini və ya o məqsədlə alınmasını, eləcə də 1719A podrat müqaviləsinin məqsədləri üçün aldığı (gördüyü) malların (işlərin) ekspert tərəfindən görülmüş işlərin dəyəri müəyyən edilərkən nəzərə alınmamasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda məhkəmə ekspert rəyini əsas götürməklə belə qənaətə gəlir ki, 7119 saylı 21.02.2019-cu il tarixli podrat müqaviləsi üzrə Cavabdeh MMC tərəfindən yerinə yetirilmiş işlərin və quraşdırılmış avadanlığın dəyəri 1.775.018,10 manat (ƏDV daxil 2.094.521,36 manat) təşkil etdiyi halda həmin müqavilə üzrə “Qanuni nümayəndə adına "xxxx" QSC tərəfindən ƏDV daxil 1.940.643,05 manat məbləğində ödəniş edilmiş, yəni həmin müqavilə üzrə Cavabdeh MMC tərəfindən sözügedən müqavilə üzrə öhdəliklərin lazımi qaydada icra edilməməsi nəticəsində Qanuni nümayəndə adına "xxxx" QSC-yə real zərər vurulmamışdır. Digər tərəfdən ekspert rəyinə əsasən 1719A saylı 01.07.2019-cu il tarixli podrat müqaviləsi üzrə icraçı tərəfindən görülmüş işlərin dəyəri 289.355,85 manat (ƏDV daxil 52.084,05 manat olmaqla, cəmi 341.439,90 manat) məbləğində təşkil etdiyi müəyyən edilmiş, həmin müqavilə üzrə Qanuni nümayəndə adına "xxxx" QSC tərəfindən 1.239.000 manat məbləğində ödəniş edilmiş, yəni sözügedən müqavilə üzrə Cavabdeh MMC tərəfindən sözügedən müqavilə üzrə öhdəliklərin lazımi qaydada icra edilməməsi nəticəsində Qanuni nümayəndə adına "xxxx" QSC-nin Cavabdehnə 897.560,1 manat məbləğində real zərərin vurulması müəyyən edilir. Mülki Məcəllənin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddələrinə görə Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. 447.7-ci maddəsinə görə müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışsa, bu qayda tətbiq edilmir. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.4-ci maddəsinə əsasən bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır. 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Belə olan halda məhkəmə 1719A saylı 01.07.2019-cu il tarixli podrat müqaviləsi üzrə ilkin iddia üzrə Cavabdeh MMC-nin öhdəliklərini lazımi şəkildə icra etməməsi və bununla bağlı müqavilənin ləğv edilməsi nəticəsində ilkin iddia üzrə iddiaçı "xxxx" QSC-yə ona 897.560,1 manat məbləğində real zərərin vurulduğunu, eləcə də işə verilmiş tələblər üzrə baxılmalı olması barədə prosessual tələbi nəzərə alaraq hesab edir ki, ilkin iddia üzrə iddiaçı "xxxx" QSC 1719A saylı 01.07.2019-cu il tarixli podrat müqaviləsi üzrə dəymiş real zərərin əvəzi olaraq 790.704,22 manat məbləğində pul vəsaitinin ilkin iddia üzrə iddiaçı Qanuni nümayəndə adına "xxxx" QSC-dən tutulmasını tələb etməkdə haqlıdır. MPM-in: 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Digər tərəfdən 1719A saylı 01.07.2019-cu il tarixli podrat müqaviləsi üzrə ilkin iddiaçıya real zərər vurulması müəyyən edilmədiyindən həmin hissədə ilkin iddia əsassızdır. İlkin iddianın əldən çıxmış faydaya görə pulun ödənilməsi hissəsinə gəldikdə məhkəmə qeyd edir ki, həmin hissədə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 21 və 443-cü maddələri təşkil edir. Mülki Məcəllənin: 21.1-21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.4-cü maddəsinə görə əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Göstərilən müddəaların məzmunundan da göründüyü kimi əldən çıxmış fayda dedikdə zərərin əvəzinin ödənilməsini tələb edən şəxsin hüquqları pozulmadığı halda adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Əldən çıxmış faydanın tutulması barədə iddialara baxılarkən iddiaçı tərəfindən həmin faydanı əldə etmək üçün görülmüş tədbirlər və bu məqsədlə aparılmış hazırlıq işləri nəzərə alınmalıdır. İş materiallarından isə görünür ki, hazırkı işdə ilkin iddia üzrə iddiaçı "xxxx" MMC hüquqları pozulmadığı təqdirdə adi mülki dövriyyə şəraitində gəlir əldə biləcəyini, bunun üçün tədbirlər görməsini və bu məqsədlə hazırlıq işləri aparmasını sübuta yetirə bilməmişdir. Digər tərəfdən iş materiallarından görünür ki, ilkin iddia üzrə iddiaçı iddia ərizəsində həmçinin ödənilməsini gecikdirdiyi pul vəsatindən faydalanmaya görə bank uçot dərəcəsi ilə hesablanmış faizlərin tutulması tələbini də irəli sürmüşdür. Həmin hissədə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 449.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarına əsasən, Mülki Məcəllənin 449.1-ci maddəsinin mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanmış olur:qanunsuz saxlama;- qaytarmaqdan boyun qaçırma;- ödənilməsini digər şəkildə gecikdirmə;- başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin qərarda formalaşdırdığı hüquqi mövqeyə görə pul öhdəliklərinin icra edilməməsi ilə bağlı Mülki Məcəllənin 449.1-ci maddəsinin tələbləri baxımından bank dərəcəsinə uyğun olaraq faizin tutulması üçün borclunun həmin pul vəsaitindən Mülki Məcəllənin 152.3-cü maddəsində göstərilmiş qaydada faydalanması tələb olunur. Hazırkı işdə isə cavabdehin vaxtında ödəmədiyi pul vəsaitindən faydalanması ilə bağlı heç bir sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Odur ki, əldən çıxmış fayda və bank uçot dərəcəsi ilə faizlərin tutulması hissəsində ilkin iddia əsassız olmaqla rədd edilməlidir. Qarşılıqlı iddiaya münasibətdə qeyd edilməlidir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC qarşılıqlı iddiasını onunla əsaslandırılmışdır ki, thər iki podrat müqaviləsi üzrə ərəflərin qarşılıqlı borcları nəzərə alındıqda "xxxx" QSC-nin onlara 541.934,43 manat məbləğində borcunun olması müəyyən edilir. İşin yuxarıda göstərilən halları ilə isə müəyyən edilir ki, 7119 saylı 21.02.2019-cu il tarixli müqavilə üzrə yerinə yetirilmiş işlərin və quraşdırılmış avadanlığın dəyəri ƏDV daxil 2.094.521,36 manat təşkil etdiyi halda həmin müqavilə üzrə "xxxx" QSC tərəfindən ƏDV daxil 1.940.643,05 manat məbləğində ödəniş edilmiş, yəni həmin üzrə Cavabdeh MMC itərəfindən icra edilmiş 153.878,31 manat məbləğində işlərin dəyəri ödənilməmişdir. İkinci müqavilə üzrə (1719A saylı müqavilə) isə əksinə "xxxx" QSC-nin 1.239.000 manat məbləğində ödənişi müqabilində Cavabdeh MMC tərəfindən 341.439,90 manat dəyərində işlər görülmüşdür. Hazırkı qətnamə ilə sonuncu müqaviləyə əsasən 790.704,22 manat məbləğində pul vəsaitinin də Cavabdeh MMC-dən tutulmasının qət edildiyi nəzərə alınmaqla "xxxx" QSC-nin həmin müqavilə üzrə artıq ödəməsi (1.239.000-341.439,90- 790.704,22) 106.822 manat məbləğində müəyyən edilir. Beləliklə, məhkəmə 1719A saylı 01.07.2019-cu il tarixli podrat müqaviləsi üzrə AzNar” QSC-nin Cavabdeh MMC-yə 106.855,88 manat məbləğində artıq ödəməsinin (qətnaməyə əsasən Cavabdeh MMC-dən tutulacaq 790.704,22 manat nəzərə alınmaqla) olduğunu, 7119 saylı 21.02.2019-cu il tarixli podrat müqaviləsi üzrə görülmüş işlərin dəyərinin 153.878,31 manat hissəsinin "xxxx" QSC tərəfindən Cavabdeh MMC-yə ödənilmədiyini nəzərə alaraq hesab edir ki, qarşılıqlı iddia "xxxx" QSC-dən Cavabdeh MMC-nin xeyrinə 47.022,43 (153.878,31- 106.855,88) manat tutulması hissəsində əsaslıdır. Qalan hissədə qarşılıqlı iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hazırkı qətnamə ilə ilkin və qarşılıqlı iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 120 (yüz iyirmi) manat məbləğində pul vəsaitinin 60 (altmış) manat hissəsi ilkin iddia üzrə iddiaçı Qanuni nümayəndə adına "xxxx" QSC-dən və 60 (altmış) manat hissəsi ilkin iddia üzrə Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X4, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməlidir. İlkin və qarşılıqlı iddialar verilərkən ödənilmiş dövlət rüsumları müvafiq olaraq ilkin və qarşılıqlı iddialar üzrə iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İlkin iddia qismən təmin edilsin. İlkin iddia üzrə Cavabdeh MMC-dən 1719A saylı 01.07.2019-cu il tarixli podrat müqaviləsi üzrə 790.704,22 manat məbləğində pul tutularaq ilkin iddia üzrə iddiaçı Qanuni nümayəndə adına "xxxx" QSC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh Qanuni nümayəndə adına "xxxx" QSC-dən 47.022,43 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Cavabdeh MMC-yə ödənilsin. Qalan hissədə qarşılıqlı iddia rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 120 (yüz iyirmi) manat məbləğində pul vəsaitinin 60 (altmış) manat hissəsi ilkin iddia üzrə iddiaçı Qanuni nümayəndə adına "xxxx" QSC-dən və 60 (altmış) manat hissəsi ilkin iddia üzrə Cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X4, 210005, VÖEN **********, Müxbir Hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva