Məhkəmə qərarları › İş №e-2-2(113)-2427/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2427/2025

12.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2427/2025 12.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: podrat müqaviləsi, pul tələbi) X6 Seyfəddin oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı xx.xx.2023-cü il tarixli müqavilə üzrə pulun tutulması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı "xxxx" MMC Cavabdeh MMC arasında Təmir və İstismar Xidmətləri üzrə texniki xidmətin göstərilməsinə dair “02” Oktyabr 2023-cü il tarixli müqavilə üzrə ƏDV daxil 6600 AZN (altı min altı yüz AZN) pul vəsaitinin, habelə məhkəməyə iddia verilməsi məqsədilə iddiaçı tərəfindən çəkiləcək 41.0 AZN (qırx bir AZN) xərcin və müqavilənin 5-ci maddəsinin 5.2-ci bəndinə uyğun olaraq hesablanmış 632.0 AZN (altı yüz otuz iki AZN) peniyanın Cavabdeh MMC-nin Baş direktoru X1 tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Mexanika və Elektronika” MMC ilə Cavabdeh MMC-nin Baş direktoru X4 arasında Təmir və İstismar Xidmətləri üzrə texniki xidmətin göstərilməsinə “02” Oktyabr 2023-cü il tarixli müqavilə bağlanmış, müqavilə hər iki tərəfin dairəvi möhürü və səlahiyyətli şəxslərin imzaları ilə təsdiq olunmuşdur. Müqavilə şərtlərinə görə yerində 14 ədəd 400/800 kq, 12-15 dayanacaqlı, 1,0 m/s sürətli, 2004-cü il istehsalı olan, 04EL011-012, 04EL015016-017-018-019-020-021-022-023-024-025-026 zavod nömrəli BME markalı liftin avadanlıqlarına ayda bir dəfə olmaqla müxtəlif dövrlərdə xidmətlər göstərilmiş, cavabdeh tərəfindən müqavilə öhdəlikləri vaxtında və lazımi qaydada icra edilməmiş, pul vəsaitinin tam şəkildə ödənilməsi təmin olunmamışdır. Müqavilə xx/xx/2023 - xx/xx/2024-cü il tarixini əhatə etməklə, 12 ay nəzərdə tutulmuşdur. Tərəflərin arasında bağlanmış xx/xx/2023 - xx/xx/2024-cü il tarixləri arasındakı müqavilənin 5.1-ci bəndinə əsasən 14 ədəd liftə görə aylıq texniki xidmətin cəmi qiyməti ƏDV-siz 1356.00 manat, ƏDV daxil olmaqla isə 1600.00 manat təşkil etmişdir. Müqavilənin 5-ci maddəsində göstərilmişdir ki, xidmətlərin yerinə yetirilməsi tərəflərin cari ay üzrə imzaladığı texniki xidmət aktları (bundan sonra təhvil-təslim aktı) əsasında müəyyən edilir. Bu akt hər iki tərəfdən təsdiq edildikdən sonra ödəniş üçün hesab-faktura Şirkət tərəfindən tərtib olunaraq Lift sahibinə təqdim olunur. Lift Sahibi hesab-faktura kəsildiyi tarixdən etibarən 30 (otuz) təqvim günü ərzində hesab-faktura üzrə ödənişi həyata keçirir. Belə ki, "xxxx" MMC ilə Cavabdeh MMC-nin Baş direktoru X4 arasında Təmir və İstismar Xidmətləri üzrə texniki xidmətin göstərilməsinə dair bağlanmış “02” Oktyabr 2023-cü il tarixli müqavilə əsasında göstərilmiş xidmətlər üzrə Cavabdeh MMCnin Baş direktoru X2 (VÖEN: **********) "xxxx" MMC-yə 22 yanvar 2025-ci il tarixə ümumi ƏDV daxil 6600 AZN (altı min altı yüz AZN) borc öhdəliyi qalmışdır. Qeyd olunanlarla əlaqədar, iddiaçı tərəfindən ƏDV daxil 6600 AZN (altı min altı yüz AZN) 27 yanvar 2025-ci il tarixinədək "xxxx" MMC-yə ödənilməsinin təmin edilməsi xahiş edilmiş, əks halda borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət olunacağı barədə məlumat verilmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən bu istiqamətdə hər hansı tədbir görülməmişdir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin, 14.2.1, 385.1, 386.1, 389.1, 390.1, 399.1, 425.1, 430.1, 439.3, 442, 443, 448.2, 462.1,465.2-ci maddələrinə istinad olunmuşdur. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdi. Cavabdeh isə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar: İş materiallarına əlavə edilmiş: Bakı Mexanika və Elektronika” MMC ilə Cavabdeh MMC-nin Baş direktoru X4 arasında Təmir və İstismar Xidmətləri üzrə texniki xidmətin göstərilməsinə “02” Oktyabr 2023-cü il tarixli müqavilənin predmetindən görünür ki, bu müqavilə Müqavilə şərtlərinə görə yerində 14 ədəd 400/800 kq, 12-15 dayanacaqlı, 1,0 m/s sürətli, 2004-cü il istehsalı olan, 04EL011-012, 04EL015016-017-018-019-020-021-022-023-024-025-026 zavod nömrəli BME markalı liftin avadanlıqlarına ayda bir dəfə olmaqla müxtəlif dövrlərdə xidmətlər göstəriləcəkdir. Cavabdeh tərəfindən müqavilə öhdəlikləri vaxtında və lazımi qaydada icra edilməmiş, pul vəsaitinin tam şəkildə ödənilməsi təmin olunmamışdır. Müqavilə xx/xx/2023 - xx/xx/2024-cü il tarixini əhatə etməklə, 12 ay nəzərdə tutulmuşdur. Tərəflərin arasında bağlanmış xx/xx/2023 - xx/xx/2024-cü il tarixləri arasındakı müqavilənin 5.1-ci bəndinə əsasən 14 ədəd liftə görə aylıq texniki xidmətin cəmi qiyməti ƏDV-siz 1356.00 manat, ƏDV daxil olmaqla isə 1600.00 manat təşkil etmişdir. Müqavilənin 5-ci maddəsində göstərilmişdir ki, xidmətlərin yerinə yetirilməsi tərəflərin cari ay üzrə imzaladığı texniki xidmət aktları (bundan sonra təhvil-təslim aktı) əsasında müəyyən edilir. Bu akt hər iki tərəfdən təsdiq edildikdən sonra ödəniş üçün hesab-faktura Şirkət tərəfindən tərtib olunaraq Lift sahibinə təqdim olunur. Lift Sahibi hesab-faktura kəsildiyi tarixdən etibarən 30 (otuz) təqvim günü ərzində hesab-faktura üzrə ödənişi həyata keçirir. "xxxx" MMC ilə Cavabdeh MMC-nin Baş direktoru X4 arasında Təmir və İstismar Xidmətləri üzrə texniki xidmətin göstərilməsinə dair bağlanmış “02” Oktyabr 2023cü il tarixli müqavilə əsasında göstərilmiş xidmətlər üzrə Cavabdeh MMC-nin Baş direktoru X2 (VÖEN: **********) "xxxx" MMC-yə 22 yanvar 2025-ci il tarixə ümumi ƏDV daxil 6600 AZN (altı min altı yüz AZN) borc öhdəliyi qalmışdır. Qeyd olunanlarla əlaqədar, iddiaçı tərəfindən ƏDV daxil 6600 AZN (altı min altı yüz AZN) 27 yanvar 2025-ci il tarixinədək "xxxx" MMC-yə ödənilməsinin təmin edilməsi xahiş edilmişdir. Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə seriya MT2406, nömrə 11550976, xx.xx.2024-cü il tarixli elektron qaimə fakturaya əsasən "xxxx" MMC-nin Cavabdeh MMC-yə “02” Oktyabr 2023-cü il tarixli müqaviləyə əsasən iyun ayı üzrə 14 ədəd liftə göstərilmiş texniki xidmət haqqı (ƏDV daxil) 1599.9974 AZN Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə seriya MT2408, nömrə 10377890, xx.xx.2024-cü il tarixli elektron qaimə fakturaya əsasən "xxxx" MMC-nin Cavabdeh MMC-yə “02” Oktyabr 2023-cü il tarixli müqaviləyə əsasən iyul ayı üzrə 14 ədəd liftə göstərilmiş texniki xidmət haqqı (ƏDV daxil) 1599.9974 AZN Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə seriya MT2408, nömrə 12010959, xx.xx.2024-cü il tarixli elektron qaimə fakturaya əsasən "xxxx" MMC-nin Cavabdeh MMC-yə “02” Oktyabr 2023-cü il tarixli müqaviləyə əsasən avqust ayı üzrə 14 ədəd liftə göstərilmiş texniki xidmət haqqı (ƏDV daxil) 1599.9974 AZN Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə seriya MT2409, nömrə 11965288, xx.xx.2024-cü il tarixli elektron qaimə fakturaya əsasən "xxxx" MMC-nin Cavabdeh MMC-yə “02” Oktyabr 2023-cü il tarixli müqaviləyə əsasən sentyabr ayı üzrə 14 ədəd liftə göstərilmiş texniki xidmət haqqı (ƏDV daxil) 1599.9974 AZN Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə seriya MT2410, nömrə 12097047, xx.xx.2024-cü il tarixli elektron qaimə fakturaya əsasən "xxxx" MMC-nin Cavabdeh MMC-yə “02” Oktyabr 2023-cü il tarixli müqaviləyə əsasən oktyabr ayı üzrə 14 ədəd liftə göstərilmiş texniki xidmət haqqı (ƏDV daxil) 1599.9974 AZN Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir. xx.xx.2024-il tarixli, N-172-11/24 nömrəli Lift texniki xidmət üzrə təhvil-təslim aktı üzrə lift sahibi Cavabdeh MMC-nin məsul şəxsi komendant - Məlikov Şahin, "xxxx" MMCnin Lift Texniki Xidmət Şöbəsi, A saylı Lift Texniki Xidmət Sektorunun rəisi X3 “Şirkəti”in xx.xx.2023-cü il tarixli, 172 saylı əmrinə əsasən, ünvan 1 ünvanda quraşdırılmış bir ədəd, 480 k/g, 14 dayanacaqlı 1,00 m/s sürətli, 2004-cü il istehsalı olan, **-EL-*** zavod nömrəli BME markalı liftə texniki xidmət göstərmək üçün təhkim olunmuş məsul A saylı Lift Texniki Xidmət işçisi Bayramov Süleymanın iştirakı ilə bu Aktı tərtib etdilər ondan ötrü ki, xx.xx.2023-cü il tarixdə imzalanmış müqaviləyə əsasən 2024-cü ilin sentyabr ayı ərzində liftə xx.xx.2024-cü il tarixdə baxış keçirilmiş və aktda qeyd edilən xidmətlər göstərilmişdir. xx.xx.2024-il tarixli, N-172-12/24 nömrəli Lift texniki xidmət üzrə təhvil-təslim aktı üzrə lift sahibi Cavabdeh MMC-nin məsul şəxsi komendant - Məlikov Şahin, "xxxx" MMCnin Lift Texniki Xidmət Şöbəsi, A saylı Lift Texniki Xidmət Sektorunun rəisi X3 “Şirkəti”in xx.xx.2023-cü il tarixli, 172 saylı əmrinə əsasən, ünvan 1 ünvanda quraşdırılmış bir ədəd, 800 k/g, 14 dayanacaqlı 1,00 m/s sürətli, 2004-cü il istehsalı olan, **-EL-*** zavod nömrəli BME markalı liftə texniki xidmət göstərmək üçün təhkim olunmuş məsul A saylı Lift Texniki Xidmət işçisi Bayramov Süleymanın iştirakı ilə bu Aktı tərtib etdilər ondan ötrü ki, xx.xx.2023-cü il tarixdə imzalanmış müqaviləyə əsasən 2024-cü ilin sentyabr ayı ərzində liftə xx.xx.2024-cü il tarixdə baxış keçirilmiş və aktda qeyd edilən xidmətlər göstərilmişdir. xx.xx.2024-il tarixli, N-172-15/24 nömrəli Lift texniki xidmət üzrə təhvil-təslim aktı üzrə lift sahibi Cavabdeh MMC-nin məsul şəxsi komendant - Məlikov Şahin, "xxxx" MMCnin Lift Texniki Xidmət Şöbəsi, A saylı Lift Texniki Xidmət Sektorunun rəisi X3 “Şirkəti”in xx.xx.2023-cü il tarixli, 172 saylı əmrinə əsasən, ünvan 1 ünvanda quraşdırılmış bir ədəd, 480 k/g, 14 dayanacaqlı 1,00 m/s sürətli, 2004-cü il istehsalı olan, **-EL-*** zavod nömrəli BME markalı liftə texniki xidmət göstərmək üçün təhkim olunmuş məsul A saylı Lift Texniki Xidmət işçisi Bayramov Süleymanın iştirakı ilə bu Aktı tərtib etdilər ondan ötrü ki, xx.xx.2023-cü il tarixdə imzalanmış müqaviləyə əsasən 2024-cü ilin sentyabr ayı ərzində liftə xx.xx.2024-cü il tarixdə baxış keçirilmiş və aktda qeyd edilən xidmətlər göstərilmişdir. xx.xx.2024-il tarixli, N-172-16/24 nömrəli Lift texniki xidmət üzrə təhvil-təslim aktı üzrə lift sahibi Cavabdeh MMC-nin məsul şəxsi komendant - Məlikov Şahin, "xxxx" MMCnin Lift Texniki Xidmət Şöbəsi, A saylı Lift Texniki Xidmət Sektorunun rəisi X3 “Şirkəti”in xx.xx.2023-cü il tarixli, 172 saylı əmrinə əsasən, ünvan 1 ünvanda quraşdırılmış bir ədəd, 800 k/g, 14 dayanacaqlı 1,00 m/s sürətli, 2004-cü il istehsalı olan, **-EL-*** zavod nömrəli BME markalı liftə texniki xidmət göstərmək üçün təhkim olunmuş məsul A saylı Lift Texniki Xidmət işçisi Bayramov Süleymanın iştirakı ilə bu Aktı tərtib etdilər ondan ötrü ki, xx.xx.2023-cü il tarixdə imzalanmış müqaviləyə əsasən 2024-cü ilin sentyabr ayı ərzində liftə xx.xx.2024-cü il tarixdə baxış keçirilmiş və aktda qeyd edilən xidmətlər göstərilmişdir. xx.xx.2024-il tarixli, N-172-17/24 nömrəli Lift texniki xidmət üzrə təhvil-təslim aktı üzrə lift sahibi Cavabdeh MMC-nin məsul şəxsi komendant - Məlikov Şahin, "xxxx" MMCnin Lift Texniki Xidmət Şöbəsi, A saylı Lift Texniki Xidmət Sektorunun rəisi X3 “Şirkəti”in xx.xx.2023-cü il tarixli, 172 saylı əmrinə əsasən, ünvan 1 ünvanda quraşdırılmış bir ədəd, 480 k/g, 11 dayanacaqlı 1,00 m/s sürətli, 2004-cü il istehsalı olan, **-EL-*** zavod nömrəli BME markalı liftə texniki xidmət göstərmək üçün təhkim olunmuş məsul A saylı Lift Texniki Xidmət işçisi Bayramov Süleymanın iştirakı ilə bu Aktı tərtib etdilər ondan ötrü ki, xx.xx.2023-cü il tarixdə imzalanmış müqaviləyə əsasən 2024-cü ilin sentyabr ayı ərzində liftə xx.xx.2024-cü il tarixdə baxış keçirilmiş və aktda qeyd edilən xidmətlər göstərilmişdir. xx.xx.2024-il tarixli, N-172-18/24 nömrəli Lift texniki xidmət üzrə təhvil-təslim aktı üzrə lift sahibi Cavabdeh MMC-nin məsul şəxsi komendant - Məlikov Şahin, "xxxx" MMCnin Lift Texniki Xidmət Şöbəsi, A saylı Lift Texniki Xidmət Sektorunun rəisi X3 “Şirkəti”in xx.xx.2023-cü il tarixli, 172 saylı əmrinə əsasən, ünvan 1 ünvanda quraşdırılmış bir ədəd, 800 k/g, 11 dayanacaqlı 1,00 m/s sürətli, 2004-cü il istehsalı olan, **-EL-*** zavod nömrəli BME markalı liftə texniki xidmət göstərmək üçün təhkim olunmuş məsul A saylı Lift Texniki Xidmət işçisi Bayramov Süleymanın iştirakı ilə bu Aktı tərtib etdilər ondan ötrü ki, xx.xx.2023-cü il tarixdə imzalanmış müqaviləyə əsasən 2024-cü ilin sentyabr ayı ərzində liftə xx.xx.2024-cü il tarixdə baxış keçirilmiş və aktda qeyd edilən xidmətlər göstərilmişdir. xx.xx.2024-il tarixli, N-172-19/24 nömrəli Lift texniki xidmət üzrə təhvil-təslim aktı üzrə lift sahibi Cavabdeh MMC-nin məsul şəxsi komendant - Məlikov Şahin, "xxxx" MMCnin Lift Texniki Xidmət Şöbəsi, A saylı Lift Texniki Xidmət Sektorunun rəisi X3 “Şirkəti”in xx.xx.2023-cü il tarixli, 172 saylı əmrinə əsasən, ünvan 1 ünvanda quraşdırılmış bir ədəd, 480 k/g, 12 dayanacaqlı 1,00 m/s sürətli, 2004-cü il istehsalı olan, **-EL-*** zavod nömrəli BME markalı liftə texniki xidmət göstərmək üçün təhkim olunmuş məsul A saylı Lift Texniki Xidmət işçisi Bayramov Süleymanın iştirakı ilə bu Aktı tərtib etdilər ondan ötrü ki, xx.xx.2023-cü il tarixdə imzalanmış müqaviləyə əsasən 2024-cü ilin sentyabr ayı ərzində liftə xx.xx.2024-cü il tarixdə baxış keçirilmiş və aktda qeyd edilən xidmətlər göstərilmişdir. xx.xx.2024-il tarixli, N-172-20/24 nömrəli Lift texniki xidmət üzrə təhvil-təslim aktı üzrə lift sahibi Cavabdeh MMC-nin məsul şəxsi komendant - Məlikov Şahin, "xxxx" MMCnin Lift Texniki Xidmət Şöbəsi, A saylı Lift Texniki Xidmət Sektorunun rəisi X3 “Şirkəti”in xx.xx.2023-cü il tarixli, 172 saylı əmrinə əsasən, ünvan 1 ünvanda quraşdırılmış bir ədəd, 800 k/g, 12 dayanacaqlı 1,00 m/s sürətli, 2004-cü il istehsalı olan, **-EL-*** zavod nömrəli BME markalı liftə texniki xidmət göstərmək üçün təhkim olunmuş məsul A saylı Lift Texniki Xidmət işçisi Bayramov Süleymanın iştirakı ilə bu Aktı tərtib etdilər ondan ötrü ki, xx.xx.2023-cü il tarixdə imzalanmış müqaviləyə əsasən 2024-cü ilin sentyabr ayı ərzində liftə xx.xx.2024-cü il tarixdə baxış keçirilmiş və aktda qeyd edilən xidmətlər göstərilmişdir. xx.xx.2024-il tarixli, N-172-21/24 nömrəli Lift texniki xidmət üzrə təhvil-təslim aktı üzrə lift sahibi Cavabdeh MMC-nin məsul şəxsi komendant - Məlikov Şahin, "xxxx" MMCnin Lift Texniki Xidmət Şöbəsi, A saylı Lift Texniki Xidmət Sektorunun rəisi X3 “Şirkəti”in xx.xx.2023-cü il tarixli, 172 saylı əmrinə əsasən, ünvan 1 ünvanda quraşdırılmış bir ədəd, 480 k/g, 13 dayanacaqlı 1,00 m/s sürətli, 2004-cü il istehsalı olan, **-EL-*** zavod nömrəli BME markalı liftə texniki xidmət göstərmək üçün təhkim olunmuş məsul A saylı Lift Texniki Xidmət işçisi Bayramov Süleymanın iştirakı ilə bu Aktı tərtib etdilər ondan ötrü ki, xx.xx.2023-cü il tarixdə imzalanmış müqaviləyə əsasən 2024-cü ilin sentyabr ayı ərzində liftə xx.xx.2024-cü il tarixdə baxış keçirilmiş və aktda qeyd edilən xidmətlər göstərilmişdir. xx.xx.2024-il tarixli, N-172-0221/24 nömrəli Lift texniki xidmət üzrə təhvil-təslim aktı üzrə lift sahibi Cavabdeh MMC-nin məsul şəxsi komendant - Məlikov Şahin, "xxxx" MMCnin Lift Texniki Xidmət Şöbəsi, A saylı Lift Texniki Xidmət Sektorunun rəisi X3 “Şirkəti”in xx.xx.2023-cü il tarixli, 172 saylı əmrinə əsasən, ünvan 1 ünvanda quraşdırılmış bir ədəd, 800 k/g, 13 dayanacaqlı 1,00 m/s sürətli, 2004-cü il istehsalı olan, **-EL-*** zavod nömrəli BME markalı liftə texniki xidmət göstərmək üçün təhkim olunmuş məsul A saylı Lift Texniki Xidmət işçisi Bayramov Süleymanın iştirakı ilə bu Aktı tərtib etdilər ondan ötrü ki, xx.xx.2023-cü il tarixdə imzalanmış müqaviləyə əsasən 2024-cü ilin sentyabr ayı ərzində liftə xx.xx.2024-cü il tarixdə baxış keçirilmiş və aktda qeyd edilən xidmətlər göstərilmişdir. xx.xx.2024-il tarixli, N-172-023/24 nömrəli Lift texniki xidmət üzrə təhvil-təslim aktı üzrə lift sahibi Cavabdeh MMC-nin məsul şəxsi komendant - Məlikov Şahin, "xxxx" MMCnin Lift Texniki Xidmət Şöbəsi, A saylı Lift Texniki Xidmət Sektorunun rəisi X3 “Şirkəti”in xx.xx.2023-cü il tarixli, 172 saylı əmrinə əsasən, ünvan 1 ünvanda quraşdırılmış bir ədəd, 480 k/g, 14 dayanacaqlı 1,00 m/s sürətli, 2004-cü il istehsalı olan, **-EL-*** zavod nömrəli BME markalı liftə texniki xidmət göstərmək üçün təhkim olunmuş məsul A saylı Lift Texniki Xidmət işçisi Bayramov Süleymanın iştirakı ilə bu Aktı tərtib etdilər ondan ötrü ki, xx.xx.2023-cü il tarixdə imzalanmış müqaviləyə əsasən 2024-cü ilin sentyabr ayı ərzində liftə xx.xx.2024-cü il tarixdə baxış keçirilmiş və aktda qeyd edilən xidmətlər göstərilmişdir. xx.xx.2024-il tarixli, N-172-024/24 nömrəli Lift texniki xidmət üzrə təhvil-təslim aktı üzrə lift sahibi Cavabdeh MMC-nin məsul şəxsi komendant - Məlikov Şahin, "xxxx" MMCnin Lift Texniki Xidmət Şöbəsi, A saylı Lift Texniki Xidmət Sektorunun rəisi X3 “Şirkəti”in xx.xx.2023-cü il tarixli, 172 saylı əmrinə əsasən, ünvan 1 ünvanda quraşdırılmış bir ədəd, 800 k/g, 14 dayanacaqlı 1,00 m/s sürətli, 2004-cü il istehsalı olan, **-EL-*** zavod nömrəli BME markalı liftə texniki xidmət göstərmək üçün təhkim olunmuş məsul A saylı Lift Texniki Xidmət işçisi Bayramov Süleymanın iştirakı ilə bu Aktı tərtib etdilər ondan ötrü ki, xx.xx.2023-cü il tarixdə imzalanmış müqaviləyə əsasən 2024-cü ilin sentyabr ayı ərzində liftə xx.xx.2024-cü il tarixdə baxış keçirilmiş və aktda qeyd edilən xidmətlər göstərilmişdir. xx.xx.2024-il tarixli, N-172-025/24 nömrəli Lift texniki xidmət üzrə təhvil-təslim aktı üzrə lift sahibi Cavabdeh MMC-nin məsul şəxsi komendant - Məlikov Şahin, "xxxx" MMCnin Lift Texniki Xidmət Şöbəsi, A saylı Lift Texniki Xidmət Sektorunun rəisi X3 “Şirkəti”in xx.xx.2023-cü il tarixli, 172 saylı əmrinə əsasən, ünvan 1 ünvanda quraşdırılmış bir ədəd, 480 k/g, 11 dayanacaqlı 1,00 m/s sürətli, 2004-cü il istehsalı olan, **-EL-*** zavod nömrəli BME markalı liftə texniki xidmət göstərmək üçün təhkim olunmuş məsul A saylı Lift Texniki Xidmət işçisi Bayramov Süleymanın iştirakı ilə bu Aktı tərtib etdilər ondan ötrü ki, xx.xx.2023-cü il tarixdə imzalanmış müqaviləyə əsasən 2024-cü ilin sentyabr ayı ərzində liftə xx.xx.2024-cü il tarixdə baxış keçirilmiş və aktda qeyd edilən xidmətlər göstərilmişdir. xx.xx.2024-il tarixli, N-172-026/24 nömrəli Lift texniki xidmət üzrə təhvil-təslim aktı üzrə lift sahibi Cavabdeh MMC-nin məsul şəxsi komendant - Məlikov Şahin, "xxxx" MMCnin Lift Texniki Xidmət Şöbəsi, A saylı Lift Texniki Xidmət Sektorunun rəisi X3 “Şirkəti”in xx.xx.2023-cü il tarixli, 172 saylı əmrinə əsasən, ünvan 1 ünvanda quraşdırılmış bir ədəd, 800 k/g, 11 dayanacaqlı 1,00 m/s sürətli, 2004-cü il istehsalı olan, **-EL-*** zavod nömrəli BME markalı liftə texniki xidmət göstərmək üçün təhkim olunmuş məsul A saylı Lift Texniki Xidmət işçisi Bayramov Süleymanın iştirakı ilə bu Aktı tərtib etdilər ondan ötrü ki, xx.xx.2023-cü il tarixdə imzalanmış müqaviləyə əsasən 2024-cü ilin sentyabr ayı ərzində liftə xx.xx.2024-cü il tarixdə baxış keçirilmiş və aktda qeyd edilən xidmətlər göstərilmişdir. İş materiallarından görünür ki, "xxxx" MMC tərəfindən dövlət büdcəsinə 41 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 184.3-cü maddəsinə əsasən hakim yeni sübutun təqdim və ya tələb edilməsi barədə vəsatəti yalnız o halda təmin edir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər həmin vəsatətin verilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xidmət müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur. Belə ki, iddiaçı müqavilədə nəzər tutulmuş xidməti göstərsə də, cavabdeh tərəfindən nəzərdə tutulmuş xidmət haqqı iddiaçıya ödənilməmişdir. Bununla da cavabdeh müqavilə ilə üzərinə götürmüş öhdəlikləri yerinə yetirməmiş, qarşı tərəfin gördüyü işi qəbul etsə də, şərtləşdirilmiş xidmət haqqını ödəməmişdir. Buna görə də iddiaçının qüsursuz icra etdiyi işin müqabilində cavabdehdən xidmət haqqının ödənilməsini tələb etmək hüququ vardır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “...lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.” Məhkəmə qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini lazımi qaydada icra etməyərək təhvil alınan xidmətlərə və üzərinə götürdüyü öhdəliyə görə 6600 manat məbləğində borcu ödəmədiyini, iddiaçının göstərilən xidmətin dəyərinin və borcun ödənilməsini tələb etmək hüququnun olduğunu, tərəflər arasındakı işgüzar adəti nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, buna görə də 6600 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan əlavə "xxxx" MMC Cavabdeh MMC arasında bağlanmış Təmir və İstismar Xidmətləri üzrə texniki xidmətin göstərilməsinə dair “02” oktyabr 2023-cü il tarixli müqaviləsinin 5.2-ci bəndinə əsasən xidmətlərin yerinə yetirilməsi Tərəflərin cari ay üzrə imzaladığı texniki xidmət aktları (bundan sonra - "Təhvil – Təslim Aktı") əsasında müəyyən olunur. Bu akt her iki tərəfdən ləsdiq edildikdən sonra ödəniş üçün hesab-faktura Şirkət tərəfindən tərtib olunaraq 5 iş günü ərzində Lift sahibinə təqdim olunur. Lift sahibi hesab faktura kəsildiyi tarixdən etibarilə 30 təqvim günü ərzində hesab-faktura üzrə ödənişi həyata keçirir. Son ödəmə tarixinə qədər ödənişin aparılmaması halında hər gecikdirilmiş gün üçün Lift sahibinə 0,1% peniya tətbiq edilir. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilə ilə öhdəliklərin icrasının gecikdirilməsi üçün faiz məbləğinin ödənilməsi nəzərdə tutulduğundan iddiaçı 632 manat faiz məbləğinin ödənilməsi tələbində haqlı olmuşdur. Həmçinin tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulan müddətdə ödənişi razılaşdırılımış qaydada həyata keçirmədikdə 30 gündən artıq olmayaraq hər gecikdirilən gün müqavilənin ümumi məbləğinin 0.1% məbləğində cərimə ödənilməsi nəzərdə tutulduğundan, iddiaçının gecikdirilmiş günlərin sayı üzrə 632 manat cərimə məbləğinin cavabdeh tərəfindən ödənilməsi tələbi əsaslıdır. Belə olan halda məhkəmə mübahisəli hüquq münasibətlərində kreditor olan iddiaçının borclu olan cavabdehdən göstərilmiş xidmətlərin dəyərinin ödənilməsini tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi cavabdehdən müqavilə üzrə 6600 manat məbləğində əsas 632 manat (peniya) cərimə borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh MMC ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə də haqlıdır. Eyni zamanda hesablanmış dəbbə pulu məbləği tənasübsüz surətdə yüksək olmadığından onun Mülki Məcəllənin 467-ci maddəsinin tələblərinə uyğun olaraq azaldılması üçün əsas yoxdur. Bundan başqa iddia təmin olunduğundan məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 41 manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. "xxxx" MMC Cavabdeh MMC arasında Təmir və İstismar Xidmətləri üzrə texniki xidmətin göstərilməsinə dair “02” Oktyabr 2023-cü il tarixli müqavilə üzrə ƏDV daxil 6600 AZN (altı min altı yüz AZN) pul vəsaitinin, habelə məhkəməyə iddia verilməsi məqsədilə iddiaçı tərəfindən çəkiləcək 41.0 AZN (qırx bir AZN) xərcin və müqavilənin 5-ci maddəsinin 5.2-ci bəndinə uyğun olaraq hesablanmış 632.0 AZN (altı yüz otuz iki AZN) peniyanın Cavabdeh MMC-nin Baş direktoru X1 tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar