Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2471/2023 07.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Müstəqil Şirkətinin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Müstəqil Şirkəti Cavabdehnə (Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 725783,48 (yeddi yüz iyirmi beş min yeddi yüz səksən üç manat qırx səkkiz qəpik) manat əsas, 341750,24 (üç yüz qırx bir min yeddi yüz əlli manat iyirmi dörd qəpik) manat cərimə, ödənilmiş dövlət rüsumunə görə 1325 manat, mediasiya prosesi üçün ödənilən 400 manat xərc olmaqla, ümumilikdə cəmi 1069258,72 (bir milyon altmış doqquz min iki yüz əlli səkkiz manat yetmiş iki qəpik) manat məbləğində pulun iddiaçı "xxxx" Müstəqil Şirkətinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı və cavabdeh “AZEMİS” Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə ərizələrlə müraciət edərək, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi və işin icraatına xitam verilməsini xahiş etmiş, eyni zamanda barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinin prosessual nəticələrinin onlara aydın olduğunu bildirmişlər. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış və tərəflərin imzası və möhürü ilə təsdiqlənmiş 20 iyun 2023-cü il tarixli barışıq sazişindən görünür ki:
1. “Şərq Bazarı” layihəsi üzrə “tikinti-quraşdırma və təmir bərpa işlərinin yerinə yetirilməsi barəsində” tərəflər arasında bağlanmış 6F/ŞBL/2021/01_02 nömrəli, 25 yanvar 2021-ci il tarixli subpodrat müqaviləsi üzrə sifarişçi tərəfindən icraçıya ödənilməli olan, yaxud ödəniləcək qalıq muzdun məbləği ümumilikdə cəmi ƏDV daxil 104588,92 manat (yüz dörd min beş yüz səksən səkkiz manat doxsan iki qəpik) razılaşdırılır.
2. Bu sazişlə razılaşdırılan ödəniş məbləği "xxxx" Müstəqil Şirkəti ilə “Şərq Bazarı” adlı tikinti layihəsinin əsas (baş) sifarişçisi arasında bağlanmış xx.xx.2023-cü il tarixli xitam razılaşması əsasında sonuncu tərəfindən ödəniş edilən pul vəsaiti hesabına həyata keçirilir.
3. Ödəniş bu sazişin 2-ci bəndindən asılı olan, başqa sözlə əsas sifarişçi tərəfindən edildikdən sonra 3 (üç) iş günü müddətində həyata keçirilməlidir.
4. Bu sazişin 1-ci bəndi ilə razılaşdırılan ödəniş məbləği tərəflər arasında bağlanmış 6F/ŞBL/2021/01_02 nömrəli, 25 yanvar 2021-ci il tarixli subpodrat müqaviləsi üzrə yekun hesablaşma hesab olunur.
5. Bu sazişin bağlanması ilə tərəflər aralarında bağlanmış 6F/ŞBL/2021/01_02 nömrəli, 25 yanvar 2021-ci il tarixli subpodrat müqaviləsi üzrə öhdəliklərinə bütün mənalarda xitam verirlər və tərəflərin bir-biri qarşısında öhdəlikləri qalmır qalmır (saxlanılan məbləğlər və zəmanət məktubları daxil olmaqla).
6. Bu barışıq sazişi ilə tərəflər arasında bağlanmış 6F/ŞBL/2021/01_02 nömrəli, 25 yanvar 2021-ci il tarixli subpodrat müqaviləsinə xitam verilir.
7. Tərəflər Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-2471/2023 kommersiya işi üzrə aralarında olan mübahisəni barışıq yolu ilə həll edirlər və bu yolla həmin məhkəmə işinin icraatına xitam verilməsinə dair müvafiq ərizə ilə müraciət edirlər.
8. Tərəflər təsdiq edir ki, bu barışıq sazişinin bağlanması yolu ilə məhkəmə mübahisəsinə, yəni bu sazişin 7-ci bəndində göstərilən kommersiya işlərinin icraatına xitam verilməsi, sonradan həmin mübahisə barəsində tərəflərin məhkəməyə müraciət etməsini aradan qaldırır, başqa sözlə məhkəməyə müraciət edilməsinə yol verilmir.
9. İcraçı tərəf bəyan edir ki, bu sazişin 1-ci bəndi ilə razılaşdırılan və müqavilə üzrə yekun hesablaşma hesab edilən muzd məbləği ödənildikdən sonra sifarişçiyə qarşı heç bir maddi və ya qeyri maddi tələbi olmayacaq, eləcə də bağlanmış 6F/ŞBL/2021/01_02 nömrəli, 25 yanvar 2021-ci il tarixli subpodrat müqaviləsi üzrə heç bir iddia və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır.
10. Tərəflər razılaşırlar ki, icraçı “Şərq Bazarı” layihəsi üzrə hərəkət və ya hərəkətsizliyi nəticəsində yayılan və əsas sifarişçinin imicinə və işgüzar nüfuzuna xələl gətirən istənilən xəbərə görə məsuliyyət daşıyacaq və zərəri qarşılayacaqdır.
11. Bu saziş imzalandıqdan sonra tərəflər bu sazişin məhkəmə tərəfindən təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməlidir.
12. Bu saziş imzalandığı andan qüvvəyə minir və Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-2471/2023 kommersiya işi üzrə icraata xitam verilməsi üçün əsasdır. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin barışıq sazişi bağlaması qanunazidd deyildir, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli və Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
İddiaçı "xxxx" Müstəqil Şirkətinin Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə tərəflər arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin və kommersiya işi üzrə icraata xitam verilsin: Tərəflər aşağıdakılar barədə razılaşırlar:
1. “Şərq Bazarı” layihəsi üzrə “tikinti-quraşdırma və təmir bərpa işlərinin yerinə yetirilməsi barəsində” tərəflər arasında bağlanmış 6F/ŞBL/2021/01_02 nömrəli, 25 yanvar 2021-ci il tarixli subpodrat müqaviləsi üzrə sifarişçi tərəfindən icraçıya ödənilməli olan, yaxud ödəniləcək qalıq muzdun məbləği ümumilikdə cəmi ƏDV daxil 104588,92 manat (yüz dörd min beş yüz səksən səkkiz manat doxsan iki qəpik) razılaşdırılır.
2. Bu sazişlə razılaşdırılan ödəniş məbləği "xxxx" Müstəqil Şirkəti ilə “Şərq Bazarı” adlı tikinti layihəsinin əsas (baş) sifarişçisi arasında bağlanmış xx.xx.2023-cü il tarixli xitam razılaşması əsasında sonuncu tərəfindən ödəniş edilən pul vəsaiti hesabına həyata keçirilir.
3. Ödəniş bu sazişin 2-ci bəndindən asılı olan, başqa sözlə əsas sifarişçi tərəfindən edildikdən sonra 3 (üç) iş günü müddətində həyata keçirilməlidir.
4. Bu sazişin 1-ci bəndi ilə razılaşdırılan ödəniş məbləği tərəflər arasında bağlanmış 6F/ŞBL/2021/01_02 nömrəli, 25 yanvar 2021-ci il tarixli subpodrat müqaviləsi üzrə yekun hesablaşma hesab olunur.
5. Bu sazişin bağlanması ilə tərəflər aralarında bağlanmış 6F/ŞBL/2021/01_02 nömrəli, 25 yanvar 2021-ci il tarixli subpodrat müqaviləsi üzrə öhdəliklərinə bütün mənalarda xitam verirlər və tərəflərin bir-biri qarşısında öhdəlikləri qalmır qalmır (saxlanılan məbləğlər və zəmanət məktubları daxil olmaqla).
6. Bu barışıq sazişi ilə tərəflər arasında bağlanmış 6F/ŞBL/2021/01_02 nömrəli, 25 yanvar 2021-ci il tarixli subpodrat müqaviləsinə xitam verilir.
7. Tərəflər Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-2471/2023 kommersiya işi üzrə aralarında olan mübahisəni barışıq yolu ilə həll edirlər və bu yolla həmin məhkəmə işinin icraatına xitam verilməsinə dair müvafiq ərizə ilə müraciət edirlər.
8. Tərəflər təsdiq edir ki, bu barışıq sazişinin bağlanması yolu ilə məhkəmə mübahisəsinə, yəni bu sazişin 7-ci bəndində göstərilən kommersiya işlərinin icraatına xitam verilməsi, sonradan həmin mübahisə barəsində tərəflərin məhkəməyə müraciət etməsini aradan qaldırır, başqa sözlə məhkəməyə müraciət edilməsinə yol verilmir.
9. İcraçı tərəf bəyan edir ki, bu sazişin 1-ci bəndi ilə razılaşdırılan və müqavilə üzrə yekun hesablaşma hesab edilən muzd məbləği ödənildikdən sonra sifarişçiyə qarşı heç bir maddi və ya qeyri maddi tələbi olmayacaq, eləcə də bağlanmış 6F/ŞBL/2021/01_02 nömrəli, 25 yanvar 2021-ci il tarixli subpodrat müqaviləsi üzrə heç bir iddia və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır.
10. Tərəflər razılaşırlar ki, icraçı “Şərq Bazarı” layihəsi üzrə hərəkət və ya hərəkətsizliyi nəticəsində yayılan və əsas sifarişçinin imicinə və işgüzar nüfuzuna xələl gətirən istənilən xəbərə görə məsuliyyət daşıyacaq və zərəri qarşılayacaqdır.
11. Bu saziş imzalandıqdan sonra tərəflər bu sazişin məhkəmə tərəfindən təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməlidir.
12. Bu saziş imzalandığı andan qüvvəyə minir və Bakı Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(113)-2471/2023 kommersiya işi üzrə icraata xitam verilməsi üçün əsasdır. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Zeynəb Axundova