Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2523/2020 08.12.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə (MMC) qarşı borcun ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən onun xeyrinə 11827,95 manat məbləğində borcun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, onunla Cavabdeh MMC arasında xx xxx 2019-cu il tarixli, KKTX 57/0519 sayl xidmət müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icraçı 1 ədəd ** DR *** markalı nəqliyyat vasitəsi ilə Sifarişçinin verdiyi sifariş əsasında nəqliyyat xidmətərini icra edir və bu xidmət müqabilində Sifarişçi İcraçıya xidmət haqqı ödəyir. xx.xx.2019-cu il tarixli 08 saylı xidmətlərin təhvil-təslim Aktına, xx xxx 2019-cu il tarixli KKTX 57/0519 saylı xidmət müqaviləsinə xx.xx.2019-cu il tarixli 2 saylı Əlavəyə əsasən icraçı tərəfindən Gəncə - Qazax - Gürcüstan sərhəddi yolunun dörd zolağa genişləndirilməsi layihəsi çərçivəsində 2019-cu il dekabr ərzində işlər tam təmin edilmiş və müqaviləyə əsasən 11827,95 manat xidmət haqqı hesablanmışdır. Lakin, hal – hazıra kimi həmin xidmət haqqı cavabdeh tərəfindən ona ödənilməmişdir. Sonda iddiaçının nümayəndəsi məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, tərəflər arasında bağlanmış xx xxx 2019-cu il tarixli, KKTX 57/0519 sayl xidmət müqaviləsində xidmət haqqı 8500 manat, xx xxxx 2019-cu il tarixli, 1 №-li əlavədə 10500 manat, xx xxxxxxx 2019-cu il tarixli əlavədə isə 11827,95 manat müəyyən olunmuşdur. Bundan sonra oktyabr, noyabr və dekabr ayları üçün hər ay 11827,95 manat xidmət haqqı ödənilmişdir və buna görə də cavabdehin hal – hazırda iddiaçıya borcu yoxdur. 11827,95 manat xidmət haqqı ilə 4 ay üçün təhvil – təslim aktının imzalanması əvvəlki rəhbərliyin diqqətsizliyi nəticəsində baş vermişdir. Mülki iş materiallarında olan: - xx.xx.2019-cu il tarixli KKTX 57/0519 saylı xidmət müqaviləsinə əsasən İddiaçı 1 ədəd 99DR924 markalı nəqliyyat vasitəsi ilə sifarişçinin verdiyi sifarişlər əsasında nəqliyyat xidmətlərini icra etməyi və bunun müqabilində sifarişçi kimi xxxx MMC ona xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2019-cu il tarixli KKTX 57/0519 saylı xidmət müqaviləsinə 01 saylı əlavəyə əsasən müqavilə üzrə aylıq xidmət haqqı vergilər daxil 10500 manat müəyyən edilmişdir. - xx.xx.2019-cu il tarixli, 03 saylı təhvil-təslim atına əsasən “Gəncə-Qazax- Gürcüstan sərhəddi yolunun dörd zolağa geniləndirilməsi” layihəsi çərçivəsində 2019-cu il iyul ayı ərzində müqaviləyə əsasən 10500 manat dəyərində xidmət haqqı, xx.xx.2019-cu il tarixli, 05 saylı akta əsasən 11827.95 manat dəyərində, xx.xx.2019-cu il tarixli, 06 saylı akta əsasən 11827.95 manat dəyərində, xx.xx.2019-cu il tarixli 07 saylı akta əsasən 11827.95 manat dəyərində, xx.xx.2019-cu il tarixli, 08 saylı akta əsasən 11827.95 manat dəyərində xidmət haqqı hesablanmışdır. - xx.xx.2019-cu il tarixli, EAAY seriyalı elektron qaiməyə əsasən pompa işləri üzrə “xxxx” MMC-yə 10500 manat, xx.xx.2019-cu il tarixli, EAAZ seriyalı elektron qaiməyə əsasən yükqaldırıcı kran işləri üzrə “xxxx” MMC-yə 10500 manat, xx.xx.2019-cu il tarixli, EBAA seriyalı elektron qaiməyə əsasən pompa işləri üzrə “xxxx” MMC-yə 11827.50 manat, xx.xx.2019-cu il tarixli, EBAD seriyalı elektron qaiməyə əsasən pompa işləri üzrə “xxxx” MMC-yə 11827.50 manat və xx.xx.2020-ci il tarixli, EBAE seriyalı elektron qaiməyə əsasən pompa işləri üzrə “xxxx” MMC-yə 11827.95 manat məbləğində xidmət göstərilmişdir. - xx.xx.2019-cu il tarixli KKTX 57/0519 saylı xidmət müqaviləsinə 02 saylı əlavəyə əsasən müqavilə üzrə aylıq xidmət haqqı vergilər daxil 11827,95 manat müəyyən edilmişdir. - xx.xx.2019-cu il tarixli 141085 saylı ödəniş tapşırığına əsasən İddiaçı KTTX57/0519 saylı xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən nəqliyyat xidməti ilə bağlı “xxxx” MMC tərəfindən 5000 manat, xx.xx.2019-cu il tarixli 143528 saylı ödəniş tapşırığına əsasən 6827.50 manat, xx.xx.2019-cu il tarixli, 149638 saylı ödəniş tapşırığına əsasən 11827.95 manat və xx.xx.2020-ci il tarixli 16851 saylı ödəniş tapşırığına əsasən 11828 manat ödəniş edilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İddia ərizəsinin və əlavə olunmuş sənədlərin məzmunundan görünür ki, tərəflər arasında podrat müqaviləsi üzrə münasibətlər mövcud olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Tərəflər arasında bağlanmış xx xxx 2019-cu il tarixli, KKTX 57/0519 sayl xidmət müqaviləsinə əsasən xidmət haqqı 8500 manat, xx xxxx 2019-cu il tarixli, 1 №-li əlavədə 10500 manat, xx xxxxxxx 2019-cu il tarixli əlavədə isə 11827,95 manat müəyyən olunması, xidmət haqqı 11827,95 manat müəyyən olunduqdan sonra 3 ay üzrə ödəniş aparılması təqdim olunmuş sübutlarla təsdiqini tapdığından və işdə iştirak edən şəxslər tərəfindən mübahisləndirilmədiyindən məhkəmə qeyd olunan xüsusatlara işin mübahisələndirilməyən halları kimi qiymət verir. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli, 03 saylı təhvil-təslim atına əsasən “Gəncə-Qazax-Gürcüstan sərhəddi yolunun dörd zolağa geniləndirilməsi” layihəsi çərçivəsində 2019-cu il iyul ayı ərzində müqaviləyə əsasən 10500 manat dəyərində xidmət haqqı, xx.xx.2019-cu il tarixli, 05 saylı akta əsasən 11827.95 manat dəyərində, xx.xx.2019cu il tarixli, 06 saylı akta əsasən 11827.95 manat dəyərində, xx.xx.2019-cu il tarixli 07 saylı akta əsasən 11827.95 manat dəyərində, xx.xx.2019-cu il tarixli, 08 saylı akta əsasən 11827.95 manat dəyərində xidmət haqqı hesablanmış və cavabdeh tərəfindən təhvil alınmışdır. İş materiallarında olan ödəniş tapşırığından da göründüyü kimi cavabdeh cəmiyyət tərəfindən təhvil-təslim aktında nəzərdə tutulan 11827,95 manat məbləğindən üç akt üzrə ödənş həyata keçirilmiş, yalnız sonuncu təhvil təslim aktı üzrə nəzərdə tutulmuş məbləğ ödənilməmiş, bununla da cavabdeh müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyin icrasından yayınmışdır. Həmçinin, iddiaçı tərəfindən bütün aktlar, o cümlədən sonuncu akt üzrə elektron qaimələr tərtib olnaraq cavabdehə göndərilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Vergi Məcəlləsinin 176-cı maddəsinə əsasən həmin Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2009-cu il tarixli, 156 №li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının" 2.3.-cü bəndinə əsasən ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş və vergi tutulan əməliyyat aparan şəxs (bundan sonra - vergi ödəyicisi (satıcı) malları (işləri, xidmətləri) alan şəxsə (alıcıya, yaxud sifarişçiyə) elektron vergi hesab-fakturasını elektron formatda təqdim etməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən elektron vergi hesabfakturası malların (işlərin, xidmətlərin) alıcıya (sifarişçiyə) təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (qaimələr, qəbzlər, müqavilələr (əqdlər), təhviltəslim aktları və s.) əsasında doldurulmalı və bu barədə məlumat elektron vergi hesabfakturasının "Əsas" rekvizitində öz əksini tapmalıdır. Cavabdehin nümayəndəsi sonuncu təhvil – təslim aktının imzalanmasını hüquqi şəxsin əvvəlki rəhbərliyinin diqqətsizliyi ilə əsaslandırsa da, məhkəmə hesab edir ki, qeyd olunan xüsusat iddianın rədd edilməsi üçün əsas ola bilməz. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin olunmalı, 11827,95 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia tam təmin olunduğuna və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi barədə iddiası təmin edilsin. 11827,95 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ AZ 1040, Bakı şəhəri, Tel: (012) 525-20-74 Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsi “8” Faks: (012) 425-44-92 www.bakucommercialcourt.gov.az Elektron ünvan Cavab verərkən bizim nömrəyə istinad edin İş № 2-2(113)-709/2020 SURƏT xx xxxx 2020-ci il Bakı şəhəri, Neftçilər prospekti, 26A “X3 Klubu” MMC-yə Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-2(113)-709/2020 saylı qətnaməsi Sizə göndərilir. Qoşma: qətnamə Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2523/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2523/2020
08.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver